Ləğv prosesində olan bankalara məxsus 16 avtomobil və iki bankomat hərracda satılıb

Bakı. Trend: Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə 27 mart və ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib. Fonddan Trend-ə verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Toyota Avalon”, 5 ədəd “Toyota Corolla”, 2 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia”, 1 ədəd “Jeep Grand Cherokee” minik avtomobilləri və 2 ədəd bankomat hərracda satılıb.