Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend: Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığından, eləcə də azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqətindən danışaraq hər bir hərbi qulluqçunun Vətəni şücaətlə qoruduğunu bildirib.