Qazaxda yol qəzasında vurulan piyada ölüb

Bakı. Trend: Martın 7-də saat 1 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndində rayon sakini Bilal Mustafayev idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən kənd sakini Əmir Musayevi vurub. DİN-dən Trend-ə verilən məlumata görə, piyada hadisə yerində ölüb.