Bakıda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Bakı. Trend: Bakıda keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində - martın 14-15-də Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil olunacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlanan konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunur.