Növbəti Bakı Şopinq Festivalının tarixi məlum oldu

Bakı. Trend: Bakıda üçüncü dəfə təşkil olunacaq Şopinq Festivalının tarixi açıqlanıb. Azərbaycan Konqreslər Bürosundan Trend-ə verilən məlumata görə, növbəti ticarət festivalı mayın 1-dən 31-dək keçiriləcək. Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək.