Azərbaycan Turizm Forumu öz işini yekunlaşdırıb (FOTO)

Bakı. Trend: Holiday İnn otelində keçirilən Azərbaycan Turizm Forumu öz işini uğurla tamamlayıb. Trend-in məlumatına görə, Azərbaycan Turizm Forumu Mədəniyyət və Turizm Nazirliyinin siyasi dəstəyi, Azərbaycan Konqreslər Bürosunun əsas təşkilati dəstəyi ilə keçirilib. Qeyd edək ki, Forumda 340 şirkətin təmsilçisi iştirak edib. Bu şirkətlər siyahısına iri və xırda otellər, turizm agentlikləri, turizm informasiya mərkəzinin nümayəndələri, bloggerlər, media nümayəndələri, Mədəniyyət və Turizm Nazirliyi, regional turizm şöbələri, Azərbaycan Turizm və Menecment Universiteti, Konqreslər Bürosu, Milli Turizm təbliğat bürosu və s. daxildir. Qeyd edək ki, Azərbaycan Turizm Forumu turizm sahəsində istər yerli, istərsə də xarici mütəxəssislərin öz təcrübəsini paylaşdığı yeganə platformadır. Bizi Facebook rəsmi səhifəmizdən https://www.facebook.com/turizmforumuazerbaycan/ izləyə bilərsiniz. İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin