Elçin Qəzənfərov: "Vətəndaşlar onlayn qaydada ipotekaya müraciət edə bilərlər"

"Elektron ipoteka portalı 2 fevral 2015-ci il tarixindən etibarən istifadəyə verilib. Günümüzdə artıq əhalinin ipotekaya çıxışı asanlaşır". Bunu bu gün "Elektron Hökumət" bülleteni üzrə keçirilən brifinq sonrası SİA-ya açıqlamasında "e-İpoteka" portalının nümayəndəsi Elçin Qəzənfərov deyib. Onun sözlərinə görə, artıq vətəndaşlar onlayn olaraq ipoteka almaq üçün müraciət etmə imkanları əldə ediblər: "İpoteka Fondunda kabinet yaradılır. Buradakı məlumata əsasən əhali kreditlərlə bağlı banklara müraciət edə bilərlər. Vətəndaşlar onlayn və gözləmə rejimində ipotakaya müraciət etmə imkanları yaradılıb. 2 Fevral tarixində istifadəyə verilən portala bu günə qədər 465 müraciət olunub. Bunlardan 150 müraciət güzəştli, 315 müraciət isə adi olub".

Elçin Qəzənfərov qeyd etdi ki, ipoteka faizləri və girov məsələləri olduğu kimi saxlanılıb: "İpoteka əldə edərkən əvvəlki faizlər olduğu kimi saxlanılıb. Yəni güzəştli ipoteka kreditləri 4 faizlə, adi ipoteka isə 8 faizlə vətəndaşlara təqdim olunur. Girov məsələsi olduğu kimi saxlanılır".

Orxan Faiqov