NATO toplanır: Rusiyaya qarşı yeni qüvvələr yaradılır

NATO Müdafiə nazirləri bu gün Brüsseldə görüşəcək.

Axar.az xəbər verir ki, görüş zamanı alyansın Ukrayna böhranı ilə əlaqədar olaraq Şərqi Avropanın yeni fəaliyyət planı elan ediləcək.

Məlumatda alyansın dörd min nəfərdən ibarət olan çevik reaksiya qüvvələrinin yaradılması nəzərdə tutulur. Bundan əlavə isə NATO-nun altı ölkəsində komanda mərkəzləri şəbəkələrinin yaradılması ehtimalı var. Altılıqda Latviya, Litva, Estoniya, Polşa, Bolqarıstan və Rumıniyanın olacağı gözlənilir.