Vəfa Zeynalova Elnurla görüşdü

Azərbaycanlı aktrisa "O səs Türkiyə" müsabiqəsində ifası ilə hər kəsi heyran edən müğənni Elnur Hüseynovla bir araya gəlib.

ANS PRESS-in məlumatına görə, əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Vəfa Zeynalova İstanbulda "O səs Türkiyə"nin növbəti mərhələləri üçün məşqlər edən Elnur Hüseynovla görüşüb.

Qardaş ölkədə bir araya gələn məşhurlarımız birlikdə çəkdirdikləri fotoşəkli sosial şəbəkədə yayımlayıblar.

Qeyd edək ki, "O səs Türkiyə"dəki ifası ilə bütün Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə aparır. Möhtəşəm ifası ilə Türkiyədə, eləcə də ölkəmizdə hamı tərəfindən maraqla qarşılanan ifaçı günlərlə internetdə "trend topik"lərdən (TT - ən çox danışılanlar) olub. O, "Eurovision 2008"-də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.