Ukrayna Qarapapaq Türkləri Milli Şurasının yeni tərkibi müəyyənləşib

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) yeni tərkibdə katibliyi təyin edilib. Bu barədə Avrasiya.net-ə UQTMŞ Rəyasət heyətinin Sədri Alyona Kazimova məlumat verib.

Onun sözlərinə görə bu gün UQTMŞ Sədri Daşqın Gülməmmədov Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) yeni tərkibdə katibliyinin təyin edilməsi haqinda bir neçə sərancam imzalayib. T. Həsənovun rəhbərlik etdiyi UQTMŞ katibliyi istefaya göndərilib. UQTMŞ Donesk Vilayət Təşkilatinin sədri İsgəndər Onufriyçuk eyni zamanda UQTMŞ y Baş katibi vəzifəsinə təyin edilib. UQTMŞ Nikolayev Vilayət Təıkəlatının Sədri Nemət Güləhmədov eyni zamanda UQTMŞ Baş katinin şərq regionlarə üzrə müavini, Müzzəffər Əliyev isə UQTMŞ Baş katibinin qərb regionları üzrə müavini postlarına təyinat alıblar. Sergey Gnatyuk UQTMŞ Təşkəlati işlər üzrə katibi, Viktoriya Qnatyuk UQTMŞ Beynəlxalq əlaqələr üzrə katibi, Teymur Həsənov UQTMŞ İdeoloji məsələlər üzrə katibi, UQTMŞ Zaporojye Vilayət Təıkilatinin sədri Gülzar Məhərrəmova isə eyni zamanda UQTMŞ Humanitar məsələlər üzrə katibi vəzifələrinə təyin ediliblər. Alyona Kazimova əlavə edib ki, yeni komanda ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) fəaliyyətinin effektiv qurulacağına əmindir.

Qeyd edək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Ukraynada türdilli xalqlara məxsus təşkilatlardan ən böyüyüdür. Mərkəzi Mənzil Qərargahı Ukraynanın Vinniça şəhərində yerləşir. Hazirda UQTMŞ-nın Ukraynanin 18 vilayətində Vilayət Təşkilatlari rəsmi dövlət qeydiyyatina alınıb. UQTMŞ-nin anket qeydiyyatina alinmiş 34.700 üzvü var.