Ombudsman Aparatının əməkdaşları ön cəbhədə hərbi postlara baxış keçiriblər

Bakı. Gülnar Bəşirova - APA. Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qazax, Tovuz, Gədəbəy, Daşkəsən və Göygöl rayonları ərazisindəki hərbi hissələrin döyüş növbəçəkmə postlarına baxış keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, baxış zamanı şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, təkmilləşdirilmiş məişət şəraiti, xüsusilə modul tipli yataqxanaların istifadəyə verilməsi, qidanın keyfiyyəti və hərbi nizamnamələrə uyğun xidmətin təşkili müsbət qiymətləndirilib.

Baxışlar zamanı hərbi hissələrdə bir neçə hərbi qulluqçunun şifahi müraciətləri dinlənilib.