yuxarıya
Onlayn Ödəmə
UUEN Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə veriləcək
07.02.2014 07:31
A A
Azərbaycan Respublikası Nazirlər Kabineti 2012-ci il 5 dekabr tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

"ICTnews" elektron xəbər xidmətinin Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, qaydaların 2.1-ci bəndinin birinci cümləsində "proqram təminatı" sözləri "Ünvan Reyestri İnformasiya Sistemi" sözləri ilə əvəz edilməlidir.

Qeyd edək ki, dəyişiklikdən öncə, Qaydalarda göstərilirdi ki, hər bir nəqliyyat infrastrukturu obyektinin adına proqram təminatı vasitəsilə avtomatik olaraq daxili Universal Unikal Eyniləşdirmə Nömrəsi (UUEN) verilir.

Bundan sonra isə UUEN Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə veriləcək.

CAHANGİR
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Bakıda ikimərtəbəli ev yandı
    01.08.2015 18:32
    Nizami rayonunda ikimərtəbəli ev yanıb.Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları və ev əşyaları 40kv....
  • Kiprli azərkeşlərin cavabını verən kapitanımız danışdı
    01.08.2015 18:05
    Qəbələni təmsil edən futbol klubu Avropa Liqasının III təsnifat mərhələsində "Apollon" -"Qəbələ" matçında yaranan qalmaqal ilə əlaqədar bəyanat yayıb.Oxu.Az xəbər verir ki, oyunun qəhrəmanına çevrilən "Qəbələ"nin kapitanı Cavid Hüseynov ANS-ə danışıb.Müsahibəs...
  • Xalası oğlunu güllələyən şəxs yaxalandı
    01.08.2015 17:51
    İyulun 30-da Neftçala rayon Qaraqaşlı kənd sakini Zürriyyət Əsgərovun yaşadığı evdən döş qəfəsindən və qol nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin şəxs izahatınd...
  • Azərbaycan paytaxtında əqli cəhətdən qüsurlu olan yeniyetmə qız tapılıb
    01.08.2015 17:23
    Bakı-APA. Bakı şəhərinin Hövsan qəsəbəsində yeniyetmə qız tapılıb.Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsindən bildirilib. Əqli cəhətdən qüsurlu olan qızın 15 yaşlarında olduğu ehtimal edilir. Onun Quba rayonundan gəldiyi təxmin olunur.Bu ş...
  • "İnterpol" Saakaşvili barədə axtarış elan etməkdən imtina edib
    01.08.2015 17:03
    Bakı, 1 avqust, SalamNews, C.Nəzərov. "İnterpol" Gürcüstan hökumətinin tələb etdiyi kimi, Mixeil Saakaşvili barədə beynəlxalq axtarış elan etməkdən imtina edib.SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat verib.Prok...
  • Aleksandr Çertoqanov daha 1 il "Sumqayıt"ın şərəfini qoruyacaq
    01.08.2015 17:03
    Bakı, 1 avqust, SalamNews."Sumqayıt" futbol klubu daha bir futbolçu ilə müqavilənin müddətini artırıb."Sumqayt" FK-nın mətbuat xidmətindən SalamNews-a bildirilib ki, komanda kapitan Aleksandr Çertoqanov ilə 1 illik sazişə imza atıb. A.Çertoqanov ötən mövsüm olduğu kimi, bu m...
  • Aİ ölkələri və ABŞ koalisiyası Liviyada İŞİD-ə qarşı mübarizə aparmağa hazırdır - KİV
    01.08.2015 16:17
    Bakı, 1 avqust, SalamNews, C.Nəzərov. Yüzlərlə Britaniya hərbçisi Şimali Afrikada vəziyyətin sabitləşdirilməsinə yardım göstərmək üzrə beynəlxalq missiyada iştirak etmək və İŞİD terror təşkilatına qarşı mübarizə aparmaq üçün Liviyaya yollanmağa hazırdır.Salam...
  • PKK Naxçıvana gələn avtobusu və 30 azərbaycanlını saxladı
    01.08.2015 16:01
    Azərbaycan Xarici İşləri Nazirliyinin tapşırığı ilə Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə naməlum silahlı şəxslər tərəfindən içərisində Azərbaycan vətəndaşlarının olduğu deyilən sərnişin avtobusunun saxlanması ilə bağlı məlumatı araşdırır.Diplo...
  • Kəlbəcər sakini olan qadın özünü bıçaqlayıb
    01.08.2015 15:44
    Gəncə. Azər Məmmədli - APA. Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış qəsəbədə qadın özünü bıçaqlayıb.APA-nın qərb bürosunun verdiyi məlumata görə 1988-ci il təvəllüdlü Sevinc İbrahimova qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə...
  • Bakıya gətirilən yeni avtobuslar gələn həftədən xəttə buraxılacaq - REPORTAJ
    01.08.2015 14:56
    "İstidir, gedib gəlmək olmur. İnanın, şəhərin bu başından o başına getdiyimiz marşrutların hamısı dəyişib. Qızım xəstədir, hər gün onun yanına getmək üçün 5 marşrut dəyişirəm. Artıq bir müddətdir ki, bu cür əziyyətlə gedib gəlirəm".Bakının Parlament prospe...
XƏBƏR LENTİ
  • Amerikanın əfsanəvi müğənnisi dünyasını dəyişib
    01.08.2015 18:42
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Amerikanın əfsanəvi müğənnisi Linn Anderson dünyasını dəyişib.

    Gün.Az xarici mətbuata istinadən xəbər verir ki, 67 yaşlı ifaçı ürəktutmasından keçinib. Daha əvvəl İtaliyada pnevmaniyadan müalicə alan Linnin həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, L.Anderson "Rose garden" ("Qızılgül bağı") mahnısına görə "Qremmi" mükafatına layiq görülüb. Onun mahnıları sənətçiyə 70-ci illərdə xüsusilə məşhurluq gətirib.

    6
  • Merkel 4-cü dəfə kansler olacaq?
    01.08.2015 18:36
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Alman mətbuatında yer alan məlumatlara görə, Kansler Angela Merkel siyasətdən gedəcək. Lakin Merkelin atdığı addımlar bunu demir. Xanım kansler 2 ildən sonra keçiriləcək seçkilərdə qalib gəlmək niyyətindədir.

    Axar.az xəbər verir ki, "Der Spiegel" jurnalı Merkelin 2017-ci il parlament seçkilərində dördüncü dəfə namizədliyini irəli sürəcəyini açıqlayıb. Xəbərdə Merkelin Xristian Demokrat Birlik Partiyasının (CDU) səlahiyyətliləri Peter Tauber və Klaus Şüler ilə bir araya gələrək seçki kampaniyasını müzakirə etdiyi bildirilib.

    İddiaya görə, 61 yaşlı xanım siyasətçi müttəfiq Xristian Sosial Birlik Partiyasının (CSU) lideri Horst Seehoferlə də 2017-ci il seçkiləri ilə bağlı müzakirə aparıb. Merkel Seehoferə Xristian ittifaqının (CDU / CSU) seçkilərdə qalib gələcəyini deyib. O,namizədliyini 2016-cı ilin əvvəlində elan edəcəyini qeyd edib.

    Xatırladaq ki, Angela Merkel ötən il keçirilən seçkilərdə 96,7 % səslə səkkizinci dəfə CDU sədri seçilib. 2000-ci ildən bəri CDU-ya liderlik edən Merkel 22 sentyabr 2013-cü ildə parlament seçkilərin ardından üçüncü dəfə kansler kreslosuna oturub. Merkel 2017-ci il parlament seçkilərində qalib gəlsə belə, kansler seçiləcəyi böyük sual altındadır.

    Qeyd edək ki, Merkelin siyasətdən uzaqlaşacağı tez-tez alman mediasında gündəmə gəlir. "Stern" jurnalında 2013-ci ildə yer alan bir xəbərdə Merkelin 2017-ci ildə tamamlanacaq vəzifə müddətindən əvvəl, 2016-cı ildə kansler vəzifəsindən gedəcəyi iddia olunmuşdu.
    25
  • : Cavid Hüseynov Kiprdəki qalmaqaldan danışdı
    01.08.2015 18:32
    http://www.xezerxeber.com/uploads/images/large/2015/08/01/80873603.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2015/08/01/80873603.jpg
    3 il öncə Kiprin "Apoel" klubunun azarkeşləri kimi "Apollon" fanatları da çılğınlıqlarından qalmadılar. Üstəlik, "Apollon" - "Qəbələ" oyununda meydan sahiblərinin futbolçuları və rəsmiləri də klubumuzun üzvlərini döyməyə çalışdılar. Cavid Hüseynovun qoldan sonra etdiyi hərəkət isə xüsusi müzakirə mövzusu idi. Hadisələrin mərkəzində olan iki şəxs qolun müəllifi Cavid Hüseynov və klubun rəsmisi Səbuhi Səfiyarlı yaşananları "Xəzər Xəbər"ə anlatdı.

    "Apollon" - "Qəbələ" oyununda komandamıza dəstək təzyiqini ekran qarşısından da, sezmək çətin deyildi. Artırılmış 5-ci dəqiqədə Cavid Hüseynovun vurduğu dəqiq penalti zərbəsindən sonra bu fiziki təzyiqə keçib.

    Cavid Hüseynov son saniyələrdə bərabərlik qolunu vursa da, bu gün onun sevincini qeyri-etik hərəkətlə qeyd etməsi daha çox müzakirə olunur.

    Cavid Azərbaycan bayrağının cırılmasına etiraz edib və hisslərini cilovlaya bilməyib. Digər tərəfdə isə 90 dəqiqə boyunca nümayəndələrimiz azarkeş tərbiyəsizliyinə məruz qalıb.

    Ən yaxın zamanda UEFA-nın intizam komitəsi qərarını açıqlayacaq. Cavid Hüseynovun bir neçə oyunluq cəzalandırılacağı gözlənilir. Hətta baş hakimin də zərbəyə məruz qaldığını nəzərə aldıqda isə Kipr klubuna ağır cəza veriləcəyi şübhə doğurmur.
    5
  • Bakıda ikimərtəbəli ev yandı
    01.08.2015 18:32
    http://news.lent.az/upload/images/news/2015/august/01/small/49599f0b78d90e997272d626e26acd29.jpg
    http://news.lent.az/upload/images/news/2015/august/01/small/49599f0b78d90e997272d626e26acd29.jpg
    Nizami rayonunda ikimərtəbəli ev yanıb.

    Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları və ev əşyaları 40kv.m sahədə, 1 otağın tavanı 14 kv.m sahədə , 2-ci mərtəbədə 1 otağın tavanı 15 kv.m sahədə və evin çardağının yanar konstruksiyaları 48 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
    3
  • Kürd liderdən PKK-ya qarşı çağırış
    01.08.2015 18:31
    http://arxiv.az/media/365/1000/anspress.com/20150801/50185336/95851.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150801/50185336/95851.jpg
    Türkiyənin hücumları dayandırmaq fikirində olmadığını görən Şimali İraq Kürd Müxtariyyətinin lideri Məsud Barzanı PKK terrorçularına səslənib.

    ANS PRESS-in məlumatlna görə, Bərzani bilidirib ki, PKK yerli əhaliyə ziyan dəyməməsi üçün muxartariyyət ərazisini tərk etməlidir. Çünki Türk qırıcıları PKK hədəflərini... Kürd liderdən PKK-ya qarşı çağırış

    Arxiv.az

    108.161.133.88
    2
  • Kürd liderdən PKK-ya qarşı çağırış
    01.08.2015 18:31
    http://arxiv.az/media/365/1000/anspress.com/20150801/50185336/95851.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150801/50185336/95851.jpg
    Türkiyənin hücumları dayandırmaq fikirində olmadığını görən Şimali İraq Kürd Müxtariyyətinin lideri Məsud Barzanı PKK terrorçularına səslənib.

    ANS PRESS-in məlumatlna görə, Bərzani bilidirib ki, PKK yerli əhaliyə ziyan dəyməməsi üçün muxartariyyət ərazisini tərk etməlidir. Çünki Türk qırıcıları PKK hədəflərini... Kürd liderdən PKK-ya qarşı çağırış

    Arxiv.az

    108.161.133.88
    2
  • Qulu Məhərrəmli: "Bu gün cəmiyyətdə dilə qarşı bir soyuqluq və biganəlik var"
    01.08.2015 18:28
    http://deyerler.org/uploads/thumbs/FHTKESG.jpg
    http://deyerler.org/uploads/thumbs/FHTKESG.jpg
    1 avqust - ölkədə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. 2001-ci il 1 avqust tarixində Azərbaycanda kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Ekspertlər Azərbaycan dili ilə bağlı bir çox problemlərin mövcudluğunu qeyd edilər. Bu baxımdan mövcud problemlərin həlli ilə bağlı ciddi işlər aparılmasını zəruri hesab edilrər.

    Media eksperti Qulu Məhərrəmli Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, əslində bu gün bizə fürsət verir ki, dilmizin problemlərini qaldıraq: "Nə qədər dünya ilə təmasdayıq dilə həmişə alınma söz gələcək. Bunsuz keçinmək olmur. Sadəcə burada söhbət bu sözlərə aludə olmaqdan gedir. Təəssüflər olsun ki, bizim bəzi ziyalıların dilində bu ölçü pozulur, yəni alınma sözlərdən çox istifadə edirlər. Halbuki, alınma sözlərin öz dilimizdə çox asan bir qarşlıqlı sözü var. Belə tendensiyalar həmişə olub və olacaq. Önəmli olan bu günün cəmiyyətin qanına və canına hopmuş bir gün kimi hiss edilməməsidir.  Əslində bu gün bizə fürsət verir ki, dilmizin problemlərini qaldıraq. Eyni zamanda da cəmiyyətin diqqətini buna cəlb edək. Amma təəssüf ki, bu meyl görünmür. Bu gün cəmiyyətdə dilə qarşı bir soyuqluq və biganəlik var. Bunu açıq aşkar sezmək olur. Digər tərəfdən alınma sözlərdən daha çox dilin qaydalarının tapdalanması prosesi gedir. Bu daha da qorxuludur. Məsələn 1990-cı illərin əvvələrində nə qədər türk, ingilis sözləri var idi. Bunlar xeyli dərəcədə təmziləndi. Amma ümumiyyətlə dilin özünün ifadə tərzi dəyişir. Dilimizə xas olmayan yad elementlər, ifadə tərzi gəlir. Ən ciddi ehtiyat olunmalı mövzu budur. Bunun qarşısını almaq lazımdır. Bunun üçün də mətbuatda dərsliklərdə bu tendensiyaya qarşı müqavimət olmalıdır".

     

    3
  • Qarabağa sülhməramlılar yerləşdirilir
    01.08.2015 18:23
    http://arxiv.az/media/365/1000/anspress.com/20150801/50182958/53810.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150801/50182958/53810.jpg
    Rusiya Prezidenti Vladimir Putin bu il sentyabrın ortalarında Nyu-Yorka yola düşmək və BMT-nin Baş Məclisinin yubiley sessiyasında çıxış etmək niyyətindədir.

    ANS PRESS-in məlumatına görə, sessiya tarixi hadisələrlə yadda qalacaq. Çox ehtimal ki, Qarabağa sülhməramlılar yerləşdirilir (FOTO)

    Arxiv.az

    108.161.133.88
    8
  • Cəzaçəkmə müəssisələrində 336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub
    01.08.2015 18:21
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı-APA. Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

    DİN-nin mətbuat xidmətindən APA-ya... Cəzaçəkmə müəssisələrində 336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub

    Arxiv.az

    108.161.133.88
    4
  • Cəzaçəkmə müəssisələrində 336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub
    01.08.2015 18:21
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı-APA. Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

    DİN-nin mətbuat xidmətindən APA-ya... Cəzaçəkmə müəssisələrində 336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub

    Arxiv.az

    108.161.133.88
    3
  • Qarabağa sülhməramlılar yerləşdirilir
    01.08.2015 18:21
    http://arxiv.az/media/365/1000/anspress.com/20150801/50182958/53810.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150801/50182958/53810.jpg
    Rusiya Prezidenti Vladimir Putin bu il sentyabrın ortalarında Nyu-Yorka yola düşmək və BMT-nin Baş Məclisinin yubiley sessiyasında çıxış etmək niyyətindədir.

    ANS PRESS-in məlumatına görə, sessiya tarixi hadisələrlə yadda qalacaq. Çox ehtimal ki, Qarabağa sülhməramlılar yerləşdirilir (FOTO)

    Arxiv.az

    108.161.133.88
    4
  • "Azərbaycan qlobal maliyyə böhranına daha yaxşı hazırlaşıb"
    01.08.2015 18:19
    http://lent.az/photo/Dunya-Bank.jpg
    http://lent.az/photo/Dunya-Bank.jpg
    Dünya Bankının nümayəndəsi qlobal maliyyə böhranının Azərbaycana təsiri barədə danışıb

    "Keçid iqtisadiyyatına malik digər ölkələrlə müqayisədə Azərbaycan qlobal maliyyə böhranına daha yaxşı hazırlaşıb. Bu Azərbaycan banklarının daha az borc almasının nəticəsidir. Azərbaycanın Mərkəzi bankı da kommersiya qurumlarının xarici valyuta risklərinə daha az məruz qalması üçün çox ehtiyatlı siyasət həyata keçirib". Lent.az-ın məlumatına görə, bu barədə Dünya Bankının Bakı ofisinin rəhbəri Greqori Yedjeyçak jurnalistlərin sualına cavab verərkən deyib.

    Onun sözlərinə görə, həm Milli Bank, həm də Dövlət Neft Fondu bankların borclarını yenidən maliyyələşdirilməsi ilə bağlı kifayət qədər ehtiyata malikdirlər: "İndiki halda Dünya Bankının və yaxud Beynəlxalq Valyuta Fondunun Azərbaycana hər hansı yardımı haqqında danışmaq çox tezdir. Buna hələ ehtiyac yoxdur".

    Elxan SALAHOV
    6
  • BDU-da "Rus mərkəzi" açıldı
    01.08.2015 18:18
    http://lent.az/photo/Baki-Dovlet.jpg
    http://lent.az/photo/Baki-Dovlet.jpg
    Mərkəz ali məktəblərdə rus dilini tədris edən müəllimlərin ixtisaslarının artırılmasına dəstək verəcək

    Bakı Dövlət Universitetində Rus Mərkəzinin açılışı olub. Mərkəz Azərbaycan Rusiya elmi mərkəzlərinin daha sıx əməkdaşlığına xidmət edəcək.

    Universitetdən Lent.az-a bildiriblər ki, rus dili və mədəniyyətinin qorunmasına yönələn layihə 2007-ci ildə Rusiya prezidentinin sərəncamı ilə təsis edilən "Rus dünyası" fondu tərəfindən həyata keçirilir və ilk növbədə keçmiş post sovet ölkələrində rus mərkəzləri şəbəkəsinin yaradılımasına yönəlib. Mərkəz rus kinematoqrafiyasının klassikası, audiokitablar, tədris metodik vəsaitləri ilə təchiz edilmiş multimedia nəşrləri və Rus dili tədris proqramları ilə təmin edilib. Həmcinin rus dili kursları təşkili, ali məktəblərdə rus dilini tədris edən müəllimlərin ixtisaslarının artırılması da nəzərdə tutulub. Kitabxanada toplanmış 1200 adda kitab arasında ensiklopediyalar, soraq nəşrləri, rus dili lüğəti, uşaq ədəbiyyatı üstünlük təşkil edir.

    Mərasimdə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov da iştirak edib. Səfir bildirib ki, bu layihə Azərbaycanda acılan ilk mərkəzdir. Bakıdan sonra Rus mərkəzini digər şəhərlərdə də acılacaq və mərkəzin BDU-da mövcudluğu gələcəkdə təhsil sahəsində əlaqələrin genişlənməsinə kömək olacaq. Ümumiilkkdə isə belə mərkəzlərin acılması barədə 50-yə yaxın razılıq əldə olunub.

    BDU-nun rektoru, Abel Məhərrəmov isə mərasimdə çıxış edərək bildirib ki, Rus Mərkəzinin istifadəçiləri Rusiyanın mərkəzi KİV-nin elektron versiyalarına pulsuz çıxış əldə edəcək. Bu imkanlardan təkcə universitet tələbələri deyil, bütün Bakı sakinləri istifadə edə biləcək.

    Elxan SALAHOV
    4
  • Cənubi Qafqaz Parlamenti yaradıla bilər
    01.08.2015 18:18
    http://lent.az/photo/Arzu-Abdullayeva-1.jpg
    http://lent.az/photo/Arzu-Abdullayeva-1.jpg
    Brüsseldə səfərdə olan Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin (AMİK) üzvləri Arzu Abdullayeva, Sabit Bağırov, Rəşid Hacılı və Yaşar Zeynalov Avropa Birliyinin İnsan Haqları Komissiyası və Cənubi Qafqaz üzrə təmsilçisi Cozeffi Busini ilə görüşüblər.

    Lent.az-ın məlumatına görə, bu barədə açıqlama verən Arzu Abdullayeva görüşdə həbs olunan jurnalistlərin vəziyyəti, eləcə də Cənubi Qafqazda baş verən hadisələr əsas müzakirə mövzusu olub.

    Arzu Abdullayeva İnsan Haqları Komissiyasının nümayəndəsi Rafael Fişerlə görüşdə də bu məsələləri qaldırdıqlarını vurğulayıb: "Hətta "Talışi Sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun da həbsi məsələsinə toxunduq. Görüşlərdə qabartdığımız əsas məsələlərdən biri də qafqazlıların Rusiyada təqib edilməsi oldu. Bildirdik ki, artıq ruslar üçün təqib etdikləri şəxsin milliyyəti önəm daşımır. Hakimiyyətdə də təmsilçiləri olan mafiya Cənubi Qafqazdan olan biznesmənləri hədəfə götürüb. Buna misal kimi millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılovun həbsini göstərdik".

    Hazırda Azərbaycanın fəaliyyət planı ilə əlaqədar monitorinq keçirdiklərini deyən A.Abdullayeva bildirib ki, ilkin hesabat hazırdır: "Əsas hesabatı yanvar ayının ortalarında açıqlayacağıq. Çıxış yolu kimi hesab edirik ki, Cənubi Qafqazda fəaliyyət göstərən bütün demokratik qüvvələr və insan hüquqları təşkilatları birləşməlidir. Artıq bu istiqamətdə işlər görülür. Çalışacağıq ki, Rusiyada təqib olunanları birgə müdafiə edək. Gələcəkdə Cənubi Qafqaz Parlamenti yaratmaq niyyətindəyik".
    3
  • "Taliban"ın rəsmi nümayəndəsi öldürüldü
    01.08.2015 18:16
    http://lent.az/photo/Taliban-resmisi-oldu.jpg
    http://lent.az/photo/Taliban-resmisi-oldu.jpg
    Əfqanıstanda "Taliban" hərəkatının keçmiş rəsmi nümayəndəsi Məhəmməd Hənif öldürülüb.

    Lent.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, Hənifi əfqan ordusunun geyimində olan şəxslər güllələyib. Onunla bərabər daha 3 nəfər öldürülüb.

    Məhəmməd Hənif 2007-ci ildə Əfqanıstan kəşfiyyatı tərəfindən tutulub və 6 ay əvvəl azadlığa çıxıb. Sonradan Əfqanıstan kəşfiyyatı onun ifadəsi olan disklər yayıb. Hənif həmin ifadələrində Pakistan xüsusi xidmət orqanlarının "Taliban" lideri Molla Ömərə kömək etdiyini açıqlayıb. Qeyd edək ki, Hənif Böyük Britaniya ərazisində uğursuz terror aktlarında da ittiham olunurdu.
    3
  • Xınalıqda sel körpünü dağıtdı
    01.08.2015 18:15
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Şimal zonasında yağan aramsız yağışlar bir çox fəasadlara yol açıb.

    Rayon sakinlərinin Axar.az-a verdiyi məlumata görə, rayonun ən ucqar dağ kəndi olan Xınalıqda sel bir körpü və yaxınlıqda yerləşən yarımtikilini dağıdıb, rayonun kəndlə əlaqəsi kəsilib.

    Bundan savayı Qudyalçayın səviyyəsi kəskin qalxıb, çaya yaxın yerləşən kəndlər sel təhlükəsi ilə üzləşib.

    Leysan yağışları hazırda davam edir.
    4
  • Premyer Liqada birinci dövrəyə yekun vurulur
    01.08.2015 18:15
    http://lent.az/photo/Premyer-Liqa-Azerbaycan.jpg
    http://lent.az/photo/Premyer-Liqa-Azerbaycan.jpg
    İkinci dövrə 2009-cu il fevralın 14-də start götürəcək

    Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin son turunun qarşılaşmaları keçiriləcək. Lent.az-ın məlumatına görə, XIII tur çərçivəsində baş tutacaq 7 görüşdən sonra milli çempionatda 2009-cu il fevralın 14-dək fasilə yaranacaq.

    Turun mərkəzi görüşü Zaqatala şəhər stadionunda "Simurq"la "Xəzər-Lənkəran" arasında olacaq. Rasim Karanın öz köməkçiləri ilə birgə baş məşqçi postundan istefasından sonra Lənkəran təmsilçisini oyuna Hafiz Əliyev çıxaracaq. H.Əliyev indiyədək komandada qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərib. 12 turdan sonra "Simurq" 27 xalla 2-ci, "Xəzər-Lənkəran" isə 25 xalla 5-ci pillədə qərarlaşıb.

    Lider "İnter"insə fasiləyə qış çempionu kimi çıxacağı şübhə doğurmur. 28 xala malik baş məşqçi Valentin Xodukinin komandası noyabrın 30-da öz meydanında 6 xalla 11-ci pillədə olan "Bakılı"nı sınağa çəkəcək.

    Turun proqramı ilə tanış olun:

    29 noyabr

    14:00. "Turan" (Tovuz) - "Qəbələ" (Qəbələ)

    Tovuz şəhər stadionu. Hakim: Elçin Məmmədov.

    14:00. "Muğan" (Salyan) - "Bakı" (Bakı)

    Salyan Olimpiya Kompleksinin stadionu. Hakim: Anar Salmanov.

    14:00. MOİK (Bakı) - "Standard" (Bakı)

    "Şəfa" stadionu. Hakim: Ceyhun Haşımov.

    14:15. "Qarabağ" (Ağdam) - "Karvan" (Yevlax)

    Suraxanı qəsəbə stadionu. Hakim: Anar Niyazov.

    18:00. "Simurq" (Zaqatala) - "Xəzər-Lənkəran" (Lənkəran)

    Zaqatala şəhər stadionu. Hakim: Zöhrab Qədiyev.

    30 noyabr

    14:30 "Neftçi" (Bakı) - "Olimpik" (Bakı)

    Tofiq Bəhramov adına Respublika stadionu. Hakim: Vüsal Əliyev.

    15:00 "İnter" (Bakı) - "Bakılı" (Bakı)

    "Şəfa" stadionu. Hakim: Elçin Səmədli.
    4
  • Xarici diplomatlar Eynulla Fətullayevlə görüşüblər
    01.08.2015 18:14
    http://lent.az/photo/Eynulla-Fetullayev.jpg
    http://lent.az/photo/Eynulla-Fetullayev.jpg
    Jurnalist səhhəti ilə bağlı problem olmadığını deyib

    Bu gün ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə bir neçə diplomat missiyanın Bakı nümayəndəliyinin təmsilçiləri Lökbatandakı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Eynulla Fətullayevlə görüşüblər.

    Bu barədə Lent.az-a İşgəncələr Əleyhinə Azərbaycan Milli Komitəsinin sədri Elçin Behbudov məlumat verib. Görüşdə Avropa Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri, səfir Veronika Kotek, ATƏT-in Bakı Ofisinin insan haqları üzrə koordinatoru, ABŞ səfirliyinin əməkdaşı, Norveç, Fransa və Almaniya səfirlərinin müavinləri və E. Behbudov iştirak ediblər.

    Görüş Penitensiar Xidmətin əməkdaşlarının iştirakı olmadan keçirilib. Qonaqlar "cərimə otağı"na da baxış keçiriblər. E.Behbudov bildirib ki, Eynulla Fətullayevin vəziyyəti normaldır: "Eynulladan səhhətində problem olub-olmadığını soruşdum. Bildirdi ki, səhhəti ilə bağlı heç bir problemi yoxdur".

    Pərvin ABBASOV
    3
  • "Mercedes" "KamAZ"la toqquşdu - ölən var
    01.08.2015 18:09
    http://www.xezerxeber.com/uploads/images/large/2015/08/01/93413516.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2015/08/01/93413516.jpg
    XezerXeber.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 31-də saat 02 radələrində Siyəzən rayonu ərazisində Quba şəhər sakini Ceyhun Məmmədovun idarə etdiyi "Mercedes" və Xaçmaz rayon sakini Şakir Əhmədovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.Nəticədə C.Məmmədovun sərnişinləri - həmyerliləri S.Minyaşova və N.Mehdiyeva xəstəxanaya yerləşdirilib. S.Minyaşova orada ölüb.Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi araşdırma aparır.
    10
  • Kiprli azərkeşlərin cavabını verən kapitanımız danışdı
    01.08.2015 18:05
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMDgvMDEvMTgvMDQvMTgvMzYwL18ucG5nIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjU Il1d?sha=02d6fb09
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMDgvMDEvMTgvMDQvMTgvMzYwL18ucG5nIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjU Il1d?sha=02d6fb09
    Qəbələni təmsil edən futbol klubu Avropa Liqasının III təsnifat mərhələsində "Apollon" -"Qəbələ" matçında yaranan qalmaqal ilə əlaqədar bəyanat yayıb.

    Oxu.Az xəbər verir ki, oyunun qəhrəmanına çevrilən "Qəbələ"nin kapitanı Cavid Hüseynov ANS-ə danışıb.

    Müsahibəsində oyunçu xahiş edib ki, onu qəhrəman kimi qələmə verməsinlər. Hüseynov hərəkətinə görə peşman olmasa da, qəhrəmanlıq etdiyini də düşünmür:

    "Düzdür bunun üçün bir neçə oyunda iştirak edə bilməyəcəm. Xahiş edirəm bunu qəhrəmanlıq kimi qələmə verməsinlər. Burada qəhrəmanlıq yoxdur. Sadəcə hisslərimi belə bir jestlə ifadə etdim. Bu oyunun nə qədər çox əhəmiyyətli olduğunu hər kəs bilir. Oyunçular mənim komandada olub-olmamağımı hiss etdirməyəcəklər. Biz qələbə qazanacağımıza inanırıq".

    UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində 1:1 nəticələnən "Appalon" - "Qəbələ" matçının artırma dəqiqələrində qırmızı-qaraların kapitanı Cavid Hüseynovun penaltını dəqiq yerinə yetirdikdən sonra Azərbaycan bayrağını təhqir edən kiprli azarkeşlərə ünvanladığı jest hazırda futbol ictimaiyyətində əsas müzakirə mövzusudur.

    Atdığı addıma görə Cavidi təqdir edənlər də var, qınaq obyektinə çevirənlər də. Bu məsələdə ən pis məqam odur ki, "Qəbələ"nin liderinin UEFA tərəfindən bir neçə oyunluq cəzanlanma ehtimalı var.

    "Qəbələ" futbol klubu isə rəsmi saytında oyun zamanı rəqib azarkeşlərinin təxribatçı hərəkətləri və meydana yad əşyalar atması ilə bağlı bəyanatla çıxış edib. Baş verən hadisələrin təəssüf doğurduğunu bildirən klub rəhbərliyi cavab oyununda azarkeşləri təxribata uymamağa və yalnız komandanı dəstəkləməyə çağırıb.

    "Qəbələ" - "Apallon" matçı avqustun 6-si 8-ci kilometr qəsəbə stadionunda baş tutacaq. Matçın start fiti saat 21:00-da səslənəcək.
    8
  • NATO İraqın müdafiəsini gücləndirir
    01.08.2015 18:03
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    NATO-ya üzv ölkələr İraqın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı razılığa gəliblər.

    Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, bu müqavilə NATO ilə İraq arasında əməkdaşlığı artıracaq.

    Qeyd edək ki, son bir neçə gün ərzində Türkiyə İraqın şimalındakı PKK və İŞİD bazalarına aviazərbələr endirir.
    5
  • SAY-in növbəti tədbiri
    01.08.2015 18:02
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "İRƏLİ" İctimai Birliyi Avropa Oyunlarından öncə hazırlanmış konsepsiya əsnasında ərsəyə gələn SAY (Support of Azerbaijan Youth) hərəkatının növbəti tədbirini reallaşdıracaq.

    Bunu "Qafqazinfo"ya açıqlamasında İRƏLİ İctimai Birliyinin sədri MirHəsən Seyidov deyib.

    "Gənclər və İdman Nazirliyinin dəstəyi və İRƏLİ İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının ikinci fəaliyyəti çərçivəsində təşkil olunacaq düşərgədə gənclər açıq havada qurulacaq yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirəcək və eyni zamanda təşkil olunacaq səmti müəyyən etmə, dağa dırmanma və müxtəlif ekstrim idman növləri üzrə yarışlarda özlərini sınayacaqlar. Düşərgə zamanı gənclərə Azərbaycanda aparılan könüllü hərəkatı üzrə xüsusi təlimçilər, səmti müəyyən etmə, dağçılıq, atıcılıq, velosiped idmanı, ekoloji maarifləndirmə üzrə xüsusi təlimlər və təcrübə proqramları təşkil olunacaq".

    Qeyd edək ki, İRƏLİ İctimai Birliyi tərəfindən həyata keçirilən SAY hərəkatı ilk tədbirini Avropa Oyunlarına dəstək istiqamətində könüllülərin dəstəyi üçün həyata keçirib.

    "Qafqazinfo"
    6
  • Ağ Ev: "Obama Putinə nifrət etmir"
    01.08.2015 17:56
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Ağ Ev sözçüsü Joş Ernest ABŞ Prezidenti Barak Obamanın rusiyalı həmkarı ilə şəxsi münasibətlərinə toxunub.

    Axar.az xəbər verir ki, Vaşinqton rəsmisinin sözlərinə görə, Obama ilə Putin arasında normal münasibətlər var:

    "Obama Putin ilə olan əlaqələrini iş prinsipində davam etdirir. Ancaq Putinin bəzi məsələlərdə fikir ayrılığı var. Bu, münasibətlərdə heç nəyi dəyişmir. Ruslarla bəzi məsələlərdə çox yaxşı anlaşırıq. İranla nüvə danışıqları buna misal ola bilər".

    Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd, milyarder iş adamı Donald Tramp Şotlandiyada təşkil etdiyi mətbuat konfransında iki liderin bir-birinə nifrət etdiyini açıqlamışdı:

    "Obama və Putin bir-birinə nifrət edir. Münasibətlərimiz inanılmayacaq dərəcədə pisdir. Hesab edirəm ki, mən Vladimir Putin ilə çox yaxşı dil tapardım".
    11
  • Xalası oğlunu güllələyən şəxs yaxalandı
    01.08.2015 17:51
    http://news.lent.az/upload/images/news/2015/august/01/small/03a742d7eb5e8eb54e982d179e6f39fc.jpg
    http://news.lent.az/upload/images/news/2015/august/01/small/03a742d7eb5e8eb54e982d179e6f39fc.jpg
    İyulun 30-da Neftçala rayon Qaraqaşlı kənd sakini Zürriyyət Əsgərovun yaşadığı evdən döş qəfəsindən və qol nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin şəxs izahatında öz-özünə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirməsini bildirməsi barədə verilmiş məlumatla əlaqədar iyulun 31-də cinayət işi başlanıb.

    RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş xalası oğlu Amid Axundov tutulub. Ondan, hadisə törədilərkən istifadə edilmiş "MS-2112" markalı ov tüfəngi götürülüb.
    6
  • Kreml üçün 3 fəlakətli plan: Rusiya belə çökəcək
    01.08.2015 17:42
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Qərbin sanksiyaları Rusiya dövlətçiliyi üçün təhlükə mənbəyidir.

    Axar.az xəbər verir ki, bu sözləri "Tha Question" qəzetinə müsahibəsində Karnegi Fondunun iqtisadi proqramlar üzrə rəhbəri Andrey Movçan söyləyib. Onun sözlərinə görə, Rusiya üçün nəzərdə tutulan 4 inkişaf ssenarisindən 3-ü fəlakətlidir:

    "Birinci ssenariyə əsasən, neftin qiyməti 90-100 dollara qədər qalxmalıdır. Bu az inandırıcı məsələlərdəndir. Hadisə belə inkişaf etsə, o zaman Rusiya iqtisadiyyatında yenidən yüksəlmə gedəcək. İkinci ssenari isə neftin qiymətinin daha da ucuzlaşmasıdır. Belə olan halda Rusiyanın rezervləri 4-5 il ərzində bitəcək. Nəticədə ölkə fəlakətin bir addımlığında olacaq. Moskva öz xarici siyasətini dəyişdirib, Qərbdə yeni kapital axtarışına çıxacaq. Bununla da Qərb sanksiyalarını geri götürəcək, Ukrayna ilə müqavilə imzalanacaq. Rusiya 90-cı illərin əvvəllərindəki proseslərə geri qayıdacaq. Üçüncü variant isə neftin qiymətinin ucuzlaşması fonunda Moskvanın üzünü Çinə tərəf çevirməsidir. Nəticədə Kreml faktiki olaraq Çindən asılı vəziyyətə düşəcək. Çin Qərb və Ukrayna ilə danışıqları öz üzərinə götürəcək. Sanksiyalar ləğv ediləcək və Rusiya müstəqil siyasətini itirəcək. Ola bilsin ki, ölkə öz daxili siyasətdə də Pekindən asılı vəziyyətə düşsün. Dördüncü variant isə neftin qiymətinin ucuzlaşmasından sonra Rusiyanın daxili siyasətində sola meyilliliyin artmasıdır. Nəticədə ölkə sənayəsi tam şəkildə milliləşdiriləcək. Bu, əhalinin güzaranının qurban verilməsilə iqtisadiyyatın balanlaşdırılmasına səbəb olacaq. Nəticədə xarici siyasət dəyişməyəcək və sanksiyalar qüvvəsində qalacaq. Bu, ssenarilərin hər birinin öz nəticələri olacaq. Bunların hər biri Rusiya dövlətçiliyi üçün fəlakətə çevrilə bilər".
    10
  • Nisə Qasımova həmkarları haqda: "Bir-birinin acığına Türkiyəyə gedirlər"
    01.08.2015 17:41
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Xalq artisti Nisə Qasımova əcnəbi ölkəyə üz tutan həmkarlarını qınayıb.

    Gün.Az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni "ATV Maqazin"ə açıqlamasında sənətçiləri yalan danışmaqda ittiham edib:

    "Oturum burda, başlayım yalandan deyim ki, Toni Breksonla görüşdük. Yalan danışmağa nə var? Bəzən müğənnilər bir-birinin acığına Türkiyəyə gedirlər: mən Türkiyədə səs yazdırdım, getdim, klip çəkdirdim. Hamısı bir-birinə acıq getsin deyə belə edir. Bununla onlar heç nə qazanmırlar. Əksinə, yalan danışmasalar daha uğurlu olar. Hamısı paxıllıqdandır. Belə edirlər ki, burada 8 milyon insandan on nəfəri onun xariqələr yaratdığını düşünsün. Yalanın ömrü 40 gündür".

    6
  • UEFA "Qəbələ"yə cəza kəsdi
    01.08.2015 17:35
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Qəbələ" UEFA tərəfindən pul cəzasına məruz qalıb.

    Axar.az sport7.az-a istinadən xəbər verir ki, klub Avropa Liqasında Tiflis "Dinamo"su ilə oyunda baş verən hadisələrə görə cəzalandırılıb.

    Məlumatı klubdan təsdiqləyiblər. Qəbələdə baş tutan oyunda yerli azarkeşlər tiflisli fanatlara cavab olaraq Gürcüstan bayrağı yandırmış, siyasi pankartlar açmışdı.

    Xatırladaq ki, Tiflisdə baş verənlərə görə "Dinamo"ya da eyni məbləğdə cərimə kəsilib.
    8
  • Putinin köməkçisi evlənir- "Əsrin toyu"
    01.08.2015 17:34
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov 47 yaşında evlənir.

    "Qafqazinfo"nun Gazeta.ru-ya istinadən məlumatına görə, o, fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navka ilə ailə həyatı qurur. Cütlüyün toyu bu gün Soçidəki "Rodina Grand Hotel amp; SPA"da keçirilir. Hoteldə 100-ə yaxın VİP qonağın iştirakı gözlənilir. Mərasimə Putin də dəvətlidir, amma prezidentin toya gəlib-gəlməyəcəyi hələ ki, məlum deyil.

    Rusiya mətbuatında "Əsrin toyu" adlandırılan mərasim turistləri narahat edib. Belə ki, kurort bölgəsində təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçiblər. Bununla bağlı Soçidəki 3 sanatoriya müəyyən müddətlik fəaliyyətlərini dayandırıblar.

    Bəzi məlumatlara görə isə toyun bütün xərci hotelin rəhbəri Oleq Deripask tərəfindən ödəniləcək. Ümumi xərcin 5-10 milyon rubl arasında olduğu deyilir.

    Xatırladaq ki, Peskov 40 yaşlı idmançı ilə dostunun ad günündə tanış olub. Prezident köməkçisinin Navkaya verdiyi ilk sual "Siz saç rənglərinin reklamındakı həmin qız deyilsiniz?" olub. Cütlüyün bir övladı olsa da, onlar münasibətlərini bir müddət gizli saxlayıblat.

    "Qafqazinfo"
    9
  • İŞİD-in Mosuldakı kürd əmiri öldürüldü
    01.08.2015 17:31
    http://deyerler.org/uploads/thumbs/X83AXXT.jpg
    http://deyerler.org/uploads/thumbs/X83AXXT.jpg
    Kürdlərə qarşı təhdid videoları ilə məşhurlaşan İŞİD terror təşkilatının kürd əmiri əslən Ərbildən olan Mela Şivan xüsusi əməliyyatda öldürülüb.

     

    Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Şimali İraq Kürd Muxtariyyəti Təhlükəsizlik İdarəsindən bir mənbə məlumat verərək, iyulun 28-də Mosulun Həvicə qəsəbəsinə təşkil olunan xüsusi bir hava əməliyyatında İŞİD-in Kürd əmiri Mela Şivanın öldürüldüyünü açıqlayıb.

     

    Təhlükəsizlik işçisi, Mela Şivanın xeyli  müddətdir ki təqib olunduğunu bildirərək, qaldığı evin müəyyən edildikdən sonra koalisiya təyyarələrinə verilən koordinatlar sayəsində xüsusi bir əməliyyatda öldürüldüyünü qeyd edib.

     

    Əməliyyatda İŞİD-in Kürd əmiri Melə Şivan ilə yanaşı bir qrup İŞİD terrorçusunun öldürüldüyü bildirilib.

     

    8
  • Mehman Əliyev: "Azərbaycana qarşıdan böhran gəlir"
    01.08.2015 17:24
    http://deyerler.org/uploads/thumbs/CN535GX.jpg
    http://deyerler.org/uploads/thumbs/CN535GX.jpg
    «Azərbaycana qarşıdan böhran gəlir və ölkəni ciddi sosial gərginlik gözlədiyindən hakimiyyət repressiyaları artırır»

     

    Azərbaycan hakimiyyəti beynəlxalq aləmdən gələn istəkləri nəzərə almır və bu niyyətini açıq bəyan edir. Bundan başqa, beynəlxalq təzyiq gücləndikcə hakimiyyət daxildəki repressiyanı da artırır. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə, "Meydan" TV-nin rəhbəri Emin Milliyə qarşı atılan addımlar bunu bir daha təsdiqləyir.

    Halbuki hakimiyyət mediası uzun müddətdir onun təbliğatını aparır ki, hakimiyyətin Qərblə münasibətləri normallaşıb. ABŞ rəsmilərinin, Avropa Ittifaqı Şurasının prezidenti Tuskun səfərləri məhz Qərbin jesti kimi dəyərləndirilir. Amma baş verənlər, hakimiyyətin atdığı addımlar, beynəlxalq aləmdən gələn təpkilər onu deməyə əsas verir ki, Qərblə münasibətlər heç də iqtidarın təqdim etdiyi kimi normal deyil. Bundan başqa, Dövlət Departamentinin Q.Zahid və E.Millinin qohumlarına olan təzyiqləri pisləməsi onu deməyə əsas verir ki, ABŞ demokratik prinsiplərdən əl çəkmək niyyətində deyil.

    "Turan" Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Azərbaycana qarşı sanksiyaların gündəmə gəlməsinə rəğmən, onun tətbiq edilməməsi hakimiyyətin əl-qolunu açır. Amma Azərbaycan hakimiyyətinin daxildə repressiya siyasətini gücləndirməsini təsadüfi saymayan M.Əliyev vurğuladı ki, hakimiyyət preventiv addımlar atmaqla cəmiyyətdə aktivliyin qarşısını almağa çalışır: "Hakimiyyət cəmiyyətdə aktivlik edən adamlara qarşı repressiyanı artırır. Bu da təsadüfi deyil. Çünki, Azərbaycana qarşıdan böhran gəlir. Ölkəni ciddi sosial problemlər gözləyir, sosial gərginlik artacaq. Hakimiyyət sadəcə olaraq addımları ilə toplumu qorxutmağa, onları iqtidara qarşı fəaliyyətdən çəkindirməyə çalışır". (azadliq.info)
    10
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri