yuxarıya
Onlayn Ödəmə
Manyak ata gəlin köçən qızını zorladı
16.01.2014 11:55
A A
İşin üstü 5 ildən sonra açılıb.

Gün.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Tekirdağ vilayətində baş verib. Əxlaqsız ata dərhal həbs olunub.

Gündoğdu məhəlləsində yaşayan F.A. ilə D.A. cütlüyünün 20 yaşındakı qızı G. ötən ilin aprel ayında T.T. ilə ailə həyatı qurub. Evliliyin ilk günlərində gəlin G.T. ərinə etiraf edərək, atası D.A.-nın 5 il bundan əvvəl onu 2 dəfə zorladığını deyib.

Bu dəhşətli xəbəri eşidən kürəkən polisə getmək istəyib, lakin arvadı ona mane olub. Ər də xanımına ailəsi ilə görüşməyi qadağan edib. Arvadının öz ailəsi ilə gizli-gizli görüşdüyündən xəbər tutan ər evdə dava salıb.

Növbəti mübahisədən sonra G.T. ərindən küsərək, ata evinə qayıdıb. Məsələdən agah olan və qayınatasına qəzəblənən ər polisə gedərək, hər şeyi danışıb, ondan şikayət ərizəsi yazıb.

Prokurorluq şikayət ərizəsinə əsasən, araşdırmalara başlayıb və qızın atasını və anasını saxlayıb. Ata qızını zorlamaqla bağlı iddiaları qəbul etməyib, ana isə məsələdən xəbərsiz olduğunu deyib. İfadə verən G.T. 15 yaşında ikən atasının onu 2 dəfə zorladığını etiraf etməli olub.

İfadələr alınandan sonra, əxlaqsız ata Tekirdağdakı T tipli cəzaçəkmə müəssisəsinə göndərilib.

Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
50
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Prezident qəbul keçirdi
    01.10.2014 14:07
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.Görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olund...
  • Berti Foqts "İnter" - "Qarabağ" oyununa baxacaq
    01.10.2014 16:42
    Azərbaycan, Bakı, 1 oktyabr /Trend/Azərbaycan milli komandasının baş məqşçisi Berti Foqts İtaliyada "İnter" - "Qarabağ" oyununu izləyəcək.Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 2-də, yerli v...
  • Nizami rayonunda Beynəlxalq Ahıllar Günü qeyd olunub
    01.10.2014 16:31
    Azərbaycan, Bakı, 1 oktyabr /Trend/1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ahıllar arasında stolüstü...
  • Azərbaycanın dövlət sərhədini kimlər pozurlar?
    01.10.2014 15:08
    Sentyabrda Azərbaycanın dövlət sərhədini pozmuş 50 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa,...
  • Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
    01.10.2014 14:24
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın ...
  • "Qalatasaray" "Arsenal"a qarşı
    01.10.2014 12:11
    Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları keçiriləcək.İlk turda olduğu kimi azarkeşlər yenə 4 qrupda 8 oyuna tamaşa edəcəcəklər.Azərbayan futbol sevərləri üçün əsas diqqət Londona yönələcək. İngiltərənin paytaxtında qardaş ölkə...
  • Erməni İsveç parlamenti spikerinin müavini seçildi
    01.10.2014 10:35
    52 yaşlı erməni qadın İzabel Dingizyan sentyabrın 30-da İsveç parlamenti spikerinin müavini seçilib. "Media forum" saytı xəbər verir ki, o, İsveç parlamentində Yaşıllar Partiyasını təmsil edir.İzabel Dingizyan 1962-ci ildə İraqda doğulub. İsveçdə uşaq yaşlarından məsk...
  • Fransız turisti qaçıraraq edam edən şəxslərin kimliyi bəlli oldu
    01.10.2014 01:02
    Əlcəzair edam olunmuş fransız turisti oğurlayan şəxsləri müəyyənləşdiribƏlcəzair hakimiyyəti ötən həftə qəddarcasına edam olunmuş Fransa vətəndaşını oğurlayan şəxslərin kimliyini müəyyənləşdirə bilib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu ba...
  • Arnold Şvarsneger səfir təyin olundu
    01.10.2014 00:23
    Hollivud ulduzu Leonardo Di Kaprionun ardınca sabiq qubernator Arnorld Şvarsnegerin gördüyü işlər qiymətləndirilib.ANS TV-nin mlumatına görə, Hollivud ulduzu Arnold Şvarsneger Madriddə fəxri turizm səfiri təyin olunub. İspaniya hökuməti turizm sahəsindəki böhranı aradan qald..
  • BDU ilə Koreya Hankuk Xarici Dillər Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb
    01.10.2014 20:56
    Bakı, 1 oktyabr (AzərTAc). Oktyabrın 1-də Koreya Hankuk Xarici Dillər Universitetinin prezidenti Kim İn Chulun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.AzərTAc xəbər verir ki, IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən gör..
XƏBƏR LENTİ
  • "İnter"-"Qarabağ" matçı ilə bağlı bilet proqramı İtaliya təmsilçisinin rəsmi saytında yerləşdirilib
    01.10.2014 21:12
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Milan, 1 oktyabr (AzərTAc). İtaliyanın "İnter" klubunun rəsmi saytında bu komanda ilə Azərbaycanın "Qarabağ" klubu arasında keçiriləcək oyun üçün bilet satışı proqramı yerləşdirilib.

    Biletlər www.inter.it/ tickets səhifəsindən sifariş edilə bilər. Qonaq azarkeşlər üçün 500 yer ayrılıb. Həmin yerlərə bileti isə www.inter.it/ puntivendita linkindən sifariş etmək mümkündür.

    Qarşılaşma oktyabrın 2-də Bakı vaxtilə saat 00:05-də başlayacaq.

    Maqsud Dadaşov

    0
  • İtaliya-Azərbaycan matçının biletləri satışa çıxarılıb
    01.10.2014 21:12
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Palermo, 1 oktyabr (AzərTAc). Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya-Azərbaycan matçına biletlər satışa çıxarılıb. Biletlərin qiyməti 10-50 avro arasındadır.

    İtaliya-Azərbaycan qarşılaşması oktyabrın 10-da Palermodakı "Rentso Barbera" stadionunda keçiriləcək. Cavab oyunu isə 2015-ci il oktyabrın 10-da olacaq.

    Maqsud Dadaşov

    0
  • Moskvada cümə namazında qalmaqal: 30 nəfər tutuldu
    01.10.2014 21:12
    http://axar.az/cdn/2014/october/01/1412179661.jpg
    http://axar.az/cdn/2014/october/01/1412179661.jpg
    Rusiyanın paytaxtı Moskvadakı məscidlərin birində cümə namazı vaxtı insident baş verib.

    Axar.az xəbər verir ki, cümə namazından sonra polis tərəfindən bir gəncin saxlanması namaza gələnlərin narazılığına səbəb olub.

    Kütlə polis avtomobilini əhatəyə alaraq gənci azad etməyə çalışıb. İnsident nəticəsində 30 nəfər saxlanılaraq, polis bölməsinə aparılıb.

    Moskva polisinin rəsmisi Andrey Qaliakberov məsələ ilə bağlı 30 nəfərin həbs olunduğunu deyib.

    "Məhkəmə həbs olunanlardan bəziləri haqda inzibati və pul cəriməsi hökmünü çıxarıb. İki nəfər isə insanları təxribata çağırmaqda və polisə hücum etməkdə ittiham olunaraq, istintaqa cəlb olunub", - Qaliakberov deyib.

    İki nəfərin günahı sübuta yetirilərsə, onları 10 ilə qədər həbs cəzası gözləyir.
    0
  • Azərbaycanın üç qrossmeysteri FİDE-nin beynəlxalq reytinqinin ilk onluğuna daxildir
    01.10.2014 21:12
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 1 oktyabr (AzərTAc). Beynəlxalq Şahmat Federasiyası (FİDE) klassik şahmat üzrə reytinq siyahısını təzələyib.

    Oktyabrın 1-nə olan məlumata görə, bu siyahıda birinci yerdə yenə Maqnus Karlsendir. Hazırda onun reytinq əmsalı 2863-ə bərabərdir. Siyahıda ikinci yeri reytinq əmsalı 2844 olan Fabiano Karuana tutur. Yeri gəlmişkən, Karuana kişilər arasında 2014-2015-ci illərin üçüncü Qran-pri seriyasının bu gün Bakıda start götürən birinci mərhələsinin iştirakçılarından biridir. Veselin Topalov (2800) çoxlarının gözləmədiyi halda üçüncü yerə çıxıb.

    Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov reytinq əmsalını 8 bənd artıraraq ən güclü şahmatçıların ilk onluğuna daxil olub. Hazırda onun beynəlxalq ELO reytinqi 2764-ə bərabərdir.

    Daha iki Azərbaycan qrossmeysteri - Teymur Rəcəbov və Rauf Məmmədov da hazırda dünyanın ən güclü 100 şahmatçısı sırasındadırlar. Teymur Rəcəbov (2726) bu siyahıda 25-ci, Rauf Məmmədov (2667) isə 80-ci yerdədir.

    Qadın şahmatçılar arasında reytinq əmsalına görə birinci yeri macarıstanlı Yudit Polqar tutur (2675). Siyahıda ikinci yeri tutan Hou İfan (Çin) liderdən cəmi 2 bənd geri qalır. Çinin digər nümayəndəsi Yu Venyun (2582) üçüncü yerdədir.
    0
  • Gəncədə yol nəqliyyat qəzası baş verib, bir nəfər xəsarət alıb
    01.10.2014 21:11
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Gəncə. Azər Məmmədli - APA. Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

    Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Təbriz küçəsi ilə Nigar Rəfibəyli küçələrinin kəsişməsində baş verib.

    Gəncə şəhər sakini, 32 yaşlı Orxan Vəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilli, 27 yaşlı Elçin Babayevin idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub. Sürətlə hərəkət edən "Mercedes" sonra yolun kənarı ilə hərəkət edən, 48 yaşlı Gəncə şəhər sakini Mehriban Həsənovaya dəyib. Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
    0
  • "Nemanya Matiç "əjdaha"dır"
    01.10.2014 21:02
    http://img.milli.az/n/elnur/00/0/mourinyo3.jpg
    http://img.milli.az/n/elnur/00/0/mourinyo3.jpg
    "Çelsi"nin "Sportinq" üzərindəki qələbəsindən sonra müsahibə verən portuqal məşqçi Joze Mourinyo oyun haqqında danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mourinyo komandanın qələbə qolunu vuran Nemanya Matiçi tərifləyib.

    "Bizim tərzimizdə oynamaq çətindir. "Aston Villa", "Bolton", hətta bugünkü qarşılaşmada da "Çelsi" üçün qol vurmaq çətin idi. Düşünürəm ki, 4 müdafiəçi tapşırıqlara əməl etdilər. Fabreqas əsas işin öhdəsindən gəldi. Nemanya Matiç "əjdaha"dır. Qollar vura bilməsək də, bunun səbəbkarı "Sportinq"in qapıçısı idi".

    "Növbəti qarşılaşma "Maribor"a qarşıdır. Rəqibin 2 xalı var. Onlar Almaniyada "Schalke"yə və "Spotinq"ə uduzmayıb. Bir gün istirahət edib sonra qalan şeylər haqqında düşünəcəyik".

    14
  • "İnter" - "Qarabağ" matçı ilə bağlı bilet proqramı İtaliya təmsilçisinin rəsmi saytında yerləşdirilib
    01.10.2014 21:01
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Milan, 1 oktyabr (AzərTAc). İtaliyanın "İnter" klubunun rəsmi saytında bu komanda ilə Azərbaycanın "Qarabağ" klubu arasında keçiriləcək oyun üçün bilet satışı proqramı yerləşdirilib.

    Biletlər www.inter.it/ tickets səhifəsindən sifariş edilə bilər. Qonaq azarkeşlər üçün 500 yer ayrılıb. Həmin yerlərə bileti isə www.inter.it/ puntivendita linkindən sifariş etmək mümkündür.

    Qarşılaşma oktyabrın 2-də Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

    Maqsud Dadaşov

    6
  • BDU ilə Koreya Hankuk Xarici Dillər Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb
    01.10.2014 20:56
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14121786776425554913_600x400.JPG
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14121786776425554913_600x400.JPG
    Bakı, 1 oktyabr (AzərTAc). Oktyabrın 1-də Koreya Hankuk Xarici Dillər Universitetinin prezidenti Kim İn Chulun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

    AzərTAc xəbər verir ki, IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən danışıb.

    Müasir dünyada elmin, təhsilin mühüm rolunu diqqətə çatdıran rektor BDU ilə Koreya Respublikasının universitetləri, o cümlədən Koreya Hankuk Xarici Dillər Universiteti arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

    Görüşdən məmnun qaldığını söyləyən Kim İn Chul universitetlər arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.

    Sonra əməkdaşlığa dair müqavilə imzalanıb.

    Sənəddə professor-müəllim, tələbə və tədqiqatçıların mübadiləsi, birgə seminar və konfransların keçirilməsi, layihələr üzrə araşdırmaların aparılması və s. nəzərdə tutulub.

    Eyni zamanda, Bakı Dövlət Universitetində Vyetnamın sabiq elm və texnologiya nazirinin müavini, BDU-nun məzunu Ngihem Vu Khai ilə keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.
    8
  • Mobil operatorların kapital xərcləri azalacaq
    01.10.2014 20:56
    http://www.azadinform.az/up/news/article/2014/oktyabr/01/2114400.jpg
    http://www.azadinform.az/up/news/article/2014/oktyabr/01/2114400.jpg
    Ekspertlərin proqnozuna görə, 2015-ci ildə telekommunikasiya operatorlarının rabitə avadanlığının (baza stansiyaları və s.) alınması və quraşdırılmasına ümumdünya xərcləri 2 faiz azalacaq, 2014-cü ilin yekunları üzrə müsbət ( 3) qalacaq.

    AZADİNFORM xəbər verir ki, kapital qoyuluşunun azalmasının başlıca səbəbi kimi "Dell'Oro Group" şirkətinin analitiki Stefan Ponqrats mobil mədaxilin artımının zəifləməsini göstərir.

    Onun sözlərinə görə, 2011-ci ildə mobil şirkətlərin ümumi gəlirləri bir il əvvəlki göstərici ilə müqayisədə 11 faiz yüksəlib. Bu il artım tempinin 2 faizə bərabər olacağı gözlənilir. Mənfi tendensiya hətta Çində də müşahidə olunacaq. 2014-cü ildə operatorların mobil rabitə xidmətlərindən mədaxili isə dünya miqyasında 7-8 faiz artacaq ki, bu da ötən ilin göstəricisindən iki dəfə azdır.

    Avropa kapital qoyuluşuna daha çox vəsait xərcləyən ən böyük regionlardan biri olaraq qalır. Burada operatorların mobil şəbəkəyə investisiya qoyuluşlarının artımının ikirəqəmli olacağı proqnozlaşdırılır. Şirkətlər arasında daha çox "Vodafone", "Orange" və "Deutsche Telecom" investisiya yatıracaq.

    Operatorların seçdiyi qənaət siyasətinə baxmayaraq mobil şəbəkəyə sərmayələrlə bağlı vəziyyət müsbət qalır. Analitiklər bildirirlər ki, radioşəbəkə infrastrukturunun dəstəklənməsinə xərclərin həcmi 2014-cü ilin ikinci rübündə ikirəqəmli templə artıb. Daha çox investisiya "Voice over LTE" və digər texnologiyalara yatırılıb.

    "Gartner" analitik şirkətinin proqnozuna görə, 2014-cü ildə dünyada mobil rabitə operatorları üçün şəbəkə avadanlığının satışı 85,4 milyard dollar təşkil edəcək ki, bu da bir il əvvəldən 3 faiz çoxdur. Yaponiya istisna olmaqla Asiyada bazarın həcminin 7 faiz, Avropa və Şimali Amerikada 6 faiz artacağı gözlənilir.
    8
  • NATO: Rusiya buna qadirdir
    01.10.2014 20:55
    http://anspress.com/images/photos/73531.jpg
    http://anspress.com/images/photos/73531.jpg
    NATO-nun yeni baş katibi Jens Stoltenberq Rusiyanın Ukraynanın sabitliyini pozmağa gücü olduğunu bildirib.

    ANS PRESS-in məlumatına görə, yeni baş katib bu haqda Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

    "Biz Ukraynada atəşkəsin pozulduğunu görürük. Rusiya beynəlxalq qanunlara riayət etməli və beynəlxalq öhdəliklərinə hörmət etdiyini göstərməlidir", - deyə Stoltenberq bildirib.

    Baş katib Rusiya ilə konstruktiv münasibətlərlə güclü NATO planları arasında heç bir ziddiyyət görmədiyini bildirib.

    Qeyd edək ki, Stoltenberg NATO-nun 65 illik tarixində 13-cü baş katibidir.
    6
  • Azərbaycanın korrupsiyaya qarşı mübarizədəki təcrübəsi yüksək qiymətləndirilib
    01.10.2014 20:52
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 1 oktyabr (AzərTAc). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Roma Apellyasiya Məhkəməsinin baş vəkili Antonio Marini ilə Ədliyyə Nazirliyində görüş keçirilib.

    Görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafı, bu əlaqələrin dövlətlərimizin rəhbərliyi, həmçinin parlamentlərarası işçi qruplarının qarşılıqlı səfərləri ilə daha da möhkəmləndiyi bildirilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda qanunvericilik bazası Avropa standartlarına uyğunlaşdırılıb, məhkəmə sistemi təkmilləşdirilib, infrastruktur müasirləşdirilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub.

    Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, A.Cəfərov ölkələrimiz arasında möhkəm müqavilə bazasına söykənən faydalı hüquqi əməkdaşlıqdan, Ədliyyə nazirliklərinin səmərəli işgüzar əlaqələrindən danışıb, Azərbaycanın və İtaliyanın Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasında uğurlu təmsil olunduqlarını və korrupsiyaya qarşı ciddi mübarizədə iştirak etdiklərini vurğulayıb.

    Azərbaycana ilk dəfə səfər etdiyini diqqətə çatdıran qonaq ölkəmizdə böyük inkişafın şahidi olduğunu bildirib. O, Azərbaycanda məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimini təqdir edib. Qonaq İtaliyada məhkəmə sistemində mövcud problemlərin aradan qaldırılması üçün, habelə korrupsiya ilə mübarizədə bir çox Avropa dövlətlərinin, o cümlədən Azərbaycanın təcrübəsindən bəhrələnmək niyyətində olduğunu söyləyib. A.Marini ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu bildirib.

    Görüşdə, həmçinin terrorçuluqla mübarizə məsələləri müzakirə olunub. Azərbaycanın erməni terrorizmindən əziyyət çəkməsi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü diqqətə çatdırılıb.

    Sonra A.Marini nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
    5
  • Salyan sakini intihar edib
    01.10.2014 20:51
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Salyan. Əlibəy Zeynallı-APA. Salyanda bankda sürücü işləyən şəxs tabel silahı ilə atəş açaraq intihar edib.

    APA-nın Mil-Muğan bürosuna polisdən verilən məlumata görə, hadisə bu gün 12.00 radələrində bankların birinin həyətində, xidməti avtomobilin içində qeydə alınıb.

    Şirvan şəhər sakini, 1962-ci il təvəllüdlü İsgəndərov Telman Əmir oğlu ona məxsus "makarov" tipli tabel silahı ilə sağ gicgah nahiyəsindən atəş açaraq intihar edib.

    Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.
    10
  • Argentina xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb
    01.10.2014 20:51
    http://az.trend.az/article_photo/2013/02/15/Hector_Timerman_iran_150213.jpg
    http://az.trend.az/article_photo/2013/02/15/Hector_Timerman_iran_150213.jpg
    Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

    Argentinanın xarici işlər naziri Hektor Markos Timerman noyabrın axırı - dekabrın əvvəlində Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva bildirib.

    Onun sözlərinə görə, səfər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

    Səfir sabah Bakıda işə başlayacaq Beynəlxalq Humanitar Forumu yüksək qiymətləndirib: "Argentina bu forumda bir senatorla təmsil olunacaq".

    Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirakı çərçivəsində sentyabrın 23-də Argentinanın xarici işlər naziri H.M.Timerman ilə görüşü zamanı argentinalı həmkarını ölkəmizə səfərə dəvət etmişdi.
    5
  • Zaqatalada ahıllara ərzaq yardımı verilib
    01.10.2014 20:47
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14121780655268013305_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14121780655268013305_600x400.jpg
    Zaqatala, 1 oktyabr (AzərTAc). Oktyabrın 1-də Zaqatala şəhərindəki "Ulduz" şadlıq sarayında Beynəlxalq Ahıllar Günü münasibətilə bayram tədbiri keçirilib.

    AzərTAc xəbər verir ki, rayon rəhbərliyinin, ahıl və gənclərin iştirak etdikləri tədbirdə ahılların sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının təmin edilməsi, sağlamlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərdən bəhs edilib. Vurğulanıb ki, rayonda abadlıq-quruculuq işlərinin həyata keçirilməsində, gənclərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında, adət-ənənələrin qorunub saxlanmasında yaşlı nəslin nümayəndələrinin məsləhət və tövsiyələrinə, təkliflərinə hər zaman böyük ehtiyac vardır.

    Tədbirdə çıxış edən ahıllar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

    Bayram süfrəsi arxasında musiqili-bədii proqramla davam edən tədbirin sonunda ahıllara ərzaq yardımı verilib.
    10
  • Azərbaycanın Göygöl və Fransanın Şabli şəhərlərinin qardaşlaşması barədə niyyət protokolu imzalanıb
    01.10.2014 20:41
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Göygöl, 1 oktyabr (AzərTAc). Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilyenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-də Göygöl rayonunda olub.

    AzərTAc xəbər verir ki, fransalı qonaqlarla keçirilən görüşdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Azərbaycan-Fransa əlaqələrinin getdikcə dərinləşdiyini diqqətə çatdırıb, iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səmərəli və məqsədyönlü fəaliyyətini xüsusilə qeyd edib.

    Fransanın Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye və həmin regionun Şabli şəhərinin meri Patrik Jandro çıxış edərək bildiriblər ki, bu gün Fransada Azərbaycanı daha yaxşı tanıyır və sevirlər.

    Şabli şəhərinin iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyini diqqətə çatdıran qonaqlar Göygöl rayonu ilə dostluq əlaqələrinin qurulmasına maraq göstərdiklərini bildiriblər və iki şəhərin qardaşlaşmasının böyük səmərə verə biləcəyinə əminlik ifadə ediblər.

    Sonra qarşılıqlı razılaşma əsasında Azərbaycanın Göygöl və Fransanın Şabli şəhərlərinin qardaşlaşması ilə bağlı niyyət protokolu imzalanıb.

    Qarşılıqlı surətdə xatirə hədiyyələri təqdim olunduqdan sonra qonaqlar rayonun tarixi-mədəni yerlərini gəzib, Dövlət Bayrağı Meydanına, vaxtilə almanlar tərəfindən salınmış məhəllələrə baxıblar.
    9
  • Əsədin rayonunda güclü partlayış: 10 uşaq öldü
    01.10.2014 20:40
    http://anspress.com/images/photos/61010.jpg
    http://anspress.com/images/photos/61010.jpg
    Suriyanın Homs şəhərində bomba partlayışları nəticəsində 17 nəfər həlak olub.

    ANS PRESS-in məlumatına görə, ölənlərin əksəriyəti uşaqlardır.

    Partlayışlar prezident Bəşar Əsədin mənsub olduğu ələvilərin əksəriyyət təşkil etdiyi rayonda yerləşən orta məktəb və xəstəxananın yaxınlığında törədilib.

    Partlayışlar zamanı10 uşaq həyatını itirib. Partlayışın kim tərəfindən törədildiyi məlum deyil.

    Qeyd edək ki, bir zamanlar Bəşar Əsəd hakimiyyətinə qarşı inqilabların paytaxtı olan Homs şəhərinin böyük hissəsi iki il bombardman və mühasirədən sonra rejimin nəzarəti altına qayıdıb.
    5
  • Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması diqqət mərkəzindədir
    01.10.2014 20:37
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14121772986118546263_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14121772986118546263_600x400.jpg
    Naxçıvan, 1 oktyabr (AzərTAc, Rauf Əliyev). Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər müəssisələrin metodist və tərbiyəçi-müəllimlərinin iştirakı ilə kurs təşkil edilib.

    AzərTAc xəbər verir ki, bununla bağlı keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq qarşıda duran vəzifələrdən danışıb.

    Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı" Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra vəzifələr qoyub. Bu baxımdan komitə aidiyyəti təşkilatlarla birgə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması məqsədilə rübdə bir dəfə belə kurslar təşkil edir. Sözsüz ki, belə kursların təşkil olunması muxtar respublikada məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunmasına xidmət edir.

    Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli vurğulayıb ki, adıçəkilən dövlət proqramından irəli gələn vəzifələrin uğurlu icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsində və cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrində mühüm rol oynayacaq. Məktəbəqədər təhsil müəssisələrində çalışan metodist, tərbiyəçi-müəllimlər uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə sıx əlaqə saxlamalı, bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına daha çox səy göstərməlidirlər.

    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara əyani vəsaitnot;lər paylanılıb.
    7
  • Azərbaycan FİDE-nin yeni reytinq cədvəlində 163 ölkə arasında 13-cü pillədədir
    01.10.2014 20:36
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 1 oktyabr (AzərTAc). Beynəlxalq Şahmat Federasiyası (FİDE) oktyabrın 1-i vəziyyətinə şahmatçıların reytinq siyahısını açıqlayıb.

    AzərTAc xəbər verir ki, ölkələrin reytinq cədvəlində Azərbaycan 163 ölkə arasında 13-cü pillədədir.

    Dünyanın ilk 100 ən güclü şahmatçıları arasında 3 həmyerlimiz yer alıb. Təmsilçilərimizdən ən yüksək reytinqə malik Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 2764 beynəlxalq əmsalla ilk onluqda qərarlaşıb. Teymur Rəcəbov 8 pillə irəliləyərək 2726 əmsalla 25-ci, Rauf Məmmədov 2667 əmsalla 80-ci pillədə qərar tutub.

    Sürətli şahmat üzrə dünyanın ən güclü şahmatçıları siyahısında beynəlxalq qrossmeystr Teymur Rəcəbov 2776 əmsalla 12-ci, Şəhriyar Məmmədyarov isə 2739 əmsalla 21-ci pillədədir.

    Blits üzrə isə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 2824 əmsalla 6-cı yerdə, Rauf Məmmədov 2767 əmsalla ilk onluqda qərarlaşıb. Teymur Rəcəbov isə 2715 əmsalla 34-cü yerdədir.

    Beynəlxalq usta Günay Məmmədzadə (2316), beynəlxalq usta Səbinə İbrahimova (2271) və FİDE ustası Nərmin Xələfova (2166) 100 ən güclü şahmatçı qızların siyahısında yer alıblar.

    Oğlanlar arasında beynəlxalq qrossmeysterlər Nicat Abasov, Ülvi Bacarani və beynəlxalq usta Zaur Məmmədov 100 ən güclü gənc şahmatçılar siyahısındadırlar.
    6
  • İraqın Baş naziri ərəb ölkələrinin İraqdakı hava hücumlarına qoşulmasından narazıdır
    01.10.2014 20:36
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Zümrüd Paşayeva - APA. İraqın baş naziri Heydər əl-Abadi ərəb ölkələrinin İraqdakı İŞİD qüvvələrinə qarşı hava hücumlarına qoşulmasına qarşı olduğunu bildirib.

    APA-nın məlumatına görə, o, bu barədə BBC-yə müsahibəsində deyib.

    İraqın güclü hərbi hava qüvvələrinə malik olduğu təqdirdə İŞİD-ə qarşı uğurlu mübarizə apara biləcəyini deyən Heydər əl-Abadi ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasının ölkəsinin İŞİD-lə mübarizədəki boşluqlarını doldurduğunu əlavə edib.

    Baş nazir İraqın heç bir ölkənin quru qoşunlarına ehtiyac olmadığını vurğulayıb. "Biz açıq şəkildə ifadə etmişik ki, heç bir ölkənin quru qoşunlarını qəbul etməyəcəyik. İraq ordusu onların öhdəsindən gələcək" Heydər əl-Abadi deyib.
    6
  • Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşları təcrübə mübadiləsində olublar
    01.10.2014 20:36
    http://www.azadinform.az/up/news/article/2014/oktyabr/01/yegodsc_0064samir17.jpg
    http://www.azadinform.az/up/news/article/2014/oktyabr/01/yegodsc_0064samir17.jpg
    ARDNŞ-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə "BP-Azərbaycan" şirkəti arasında əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmək məqsədilə İdarənin bir qrup əməkdaşı Böyük Britaniyanın TTE-Petrofac Ltd. şirkətinin dəstəyi ilə Xəzər Texniki Təlim Mərkəzində təcrübə mübadiləsində olub və neft-qaz ixtisası üzrə kadr hazırlığı proseslərində iştirak ediblər.

    AZADİNFORM xəbər verir ki, tədris zamanı peşəkar kadrların hazırlanması, müasir tələblərə cavab verən təlimlərin keçirilməsi, dərs proqramlarının və materiallarının yeniləşdirilməsi diqqət mərkəzində olub. Təlim fəaliyyətinin təkmilləşdirilməsi üçün nəzəri və praktiki dərslərə diqqət yetirilib, mərkəzdə quraşdırılan simulyatorlar vasitəsilə qazma prosesi müşahidə edilib. Risklərin qiymətləndirilməsi, yanğının qarşısının alınması, habelə təhlükəsizlik məsələləri üzrə maarifləndirici təlimlər keçirilmiş və sertifikatlar təqdim olunub. Daha sonra tədris planları, keyfiyyətə nəzarət, SƏTƏM, daxili yoxlayıcı, dərslərin və imtahanların təşkili, tədris və təchizat üzrə sənədlərin hazırlanması və təhvil-təslim formaları, prosedurları nəzərdən keçirilib. Sonda BP şirkətinin nümayəndəsi və TTE-Petrofac Ltd. şirkətinin rəhbərliyi ilə təcrübə prosesinin yekunları müzakirə edilib və bildirilib ki, bu cür tədbirlər əsas təlim-tədris bazası olmaqla yanaşı, dərs proqramlarının keyfiyyətlə işlənib hazırlanmasına, şəxsi heyətin yüksək peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə və mənəvi-psixoloji səviyyəsinin artırılmasına xidmət edir.
    5
  • İnfarkt keçirən ayı belə öldü
    01.10.2014 20:35
    http://anspress.com/images/photos/46960.jpg
    http://anspress.com/images/photos/46960.jpg
    ABŞ-ın Alyaska ştatında ayının infarkt keçirməyi kameraya düşüb.

    Belə ki, Dağa tərəf qaçanın ayının infarkt keçirməyi bir gənc tərəfindən çəkilib.

    Kadrlardan görünür ki, ağa qaça-qaça çıxan ayının ürəyi birdən-birə dayanır və ayı yıxılaraq təpədən aşağı düşür.

    Ayını müayinə etdikdən sonra məlum olub ki, heyvan infarkt keçirib.

    ANS PRESS həmin görüntüləri sizə təqdim edir.
    6
  • 900-a yaxın zədəli futbolçu- "Arsenal"dan rekord
    01.10.2014 20:34
    http://cdn.qafqazinfo.az/80436.jpg
    http://cdn.qafqazinfo.az/80436.jpg
    "Arsenal" ilginc rekorda imza atıb.

    "Qafqazinfo" qol.az-a istinadən xəbər verir ki, 2002-ci ildən indiyə kimi London klubunun 889 futbolçusu zədələnib. Bu nəticə ilə "Arsenal" son 12 ildə ən çox futbolçusu zədələnən komandadır.

    "Arsenal"da zədə problemi ilə ən çox Teo Uolkott (42) üzləşib. Abu Diabi (40) və Roma Rosiçki də (36) ən çox zədə alan futbolçulardandır.
    4
  • Qərib Məmmədov ölkəmizi Moldovada təmsil edib
    01.10.2014 20:28
    http://cdn.qafqazinfo.az/80434.jpg
    http://cdn.qafqazinfo.az/80434.jpg
    Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Təşəbbüsünün Avropa Regional Bölməsinin təsis iclasında ölkəmizi təmsil edib.

    "Qafqazinfo"ya daxil olan məlumata görə, yeni qlobal tarazlaşma proseslərində xüsusi geosiyasi çəkiyə malik olan Avropa İttifaqı ilə Cənubi Qafqaz geosiyasi məkanında sürətlə regional liderdən qlobal əməkdaşlıq müstəvisində əhəmiyyətli mövqeyə malik ölkəyə çevrilməkdə olan Azərbaycanın əlaqələrinin genişlənməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də öz fəaliyyətində Avropanın müvafiq qurumları ilə əlaqələrin qurulmasına xüsusi önəm verir.

    Komitənin fəaliyyət istiqamətində ən mühüm əməkdaşlıq platformalarından biri BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsüdür (UN-GGİM). Bu təşəbbüsün məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal çağırışlara yönəlik istifadəni təşviq etməkdir. O, Üzv Ölkələr arasında və Üzv Ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır.

    Nazirlər Kabinetinin 17/17/548-22/25 saylı 3 mart 2014-cü il tarixli və 17/1833-22/25 saylı 07 may 2014-cü il tarixli göstərişlərinə əsasən BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsündə ölkəmizi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmsil edir və komitə sədri Qərib Məmmədov Təşəbbüsün Asiya və Sakit Okean regional bölməsinin İcraçı Şurasının üzvü seçilib. 6-8 avqust 2014-cü il tarixlərində Nyu-York şəhərində (ABŞ) Təşəbbüsün Ekspertlər Komitəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti də iştirak etdiyi dördüncü sessiyasında BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Təşəbbüsünün Avropa Regional Bölməsinin (UN-GGIM: Europe) təsis iclası 1 oktyabr 2014-cü il tarixində keçirilməsi qərara alınıb.

    Moldovanın Kişinyov şəhərində baş tutan təsis iclasında Bölmənin İcraçı Komitəsinin sədri, müavini və üzvləri seçilib, həmçinin UN-GGIM: Europe Əsasnaməsi və Prosedur qaydaları qəbul edilib. UN-GGIM: Europe təşkilatının normativ sənədlərinə əsasən BMT-də qəbul olunmuş praktikaya görə həmin qurumda ölkəmizi yalnız bir təşkilat - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmsil edəcəkdir.
    9
  • Azərbaycan səfiri İtaliyanın Puliya regionuna səfəri çərçivəsində bir sıra görüşlər keçirib
    01.10.2014 20:27
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14121768873136510607_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14121768873136510607_600x400.jpg
    Puliya, 1 oktyabr (AzərTAc). Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Puliya regionuna səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

    Səfər zamanı V.Sadıqov Puliyanın Andriya şəhərində yerli ictimaiyyətin və işgüzar dairələrin nümayəndələri ilə görüşüb.

    Görüşdə Andriya şəhərinin meri Nikola Corcino çıxış edərək ölkəsinin sürətlə inkişaf edən Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, Andriya şəhərində xüsusilə kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlərdən söz açıb.

    Səfir Azərbaycan və İtaliya arasındakı yüksək səviyyəli münasibətlərdən, iqtisadiyyatımızın prioritet inkişaf istiqamətlərindən bəhs edib. Bildirib ki, ölkələrimizin bir çox sahələrdə əməkdaşlıq etməsi üçün geniş imkanlar mövcuddur. Yerli iş adamlarını Azərbaycan bazarını araşdırmağa dəvət edən V.Sadıqov İtaliyanın kiçik və orta biznesinin ölkəmizdə təşviqinin məqsədəuyğun olduğunu vurğulayıb.

    Səfər çərçivəsində səfir Puliya regionunun inzibati mərkəzi olan Bari şəhərində işgüzar dairələrin nümayəndələri ilə görüşüb. Tədbirdə Barinin sənayeçilər konfederasiyasının, ticarət və sənaye palatasının və digər işgüzar qurumlarının yüksək vəzifəli nümayəndələri, Azərbaycan ilə əməkdaşlığa maraq göstərən iş adamları iştirak ediblər.

    V.Sadıqov Azərbaycanın iqtisadi inkişaf təmayülləri və perspektivləri, ölkələrimiz arasında iqtisadi əlaqələr və həyata keçirilən layihələr barədə geniş məlumat verib. Görüşdə kənd təsərrüfatı, inşaat sahələri, TAP layihəsinin əhəmiyyəti və Puliya üçün yaradacağı imkanlar barədə çoxsaylı suallar cavablandırılıb.

    Səfir ilə Novoli, Quanyano və Leççe şəhərlərinin merləri arasında keçirilən görüşlərdə Azərbaycanın və İtaliyanın şəhərləri arasında əlaqələrin inkişafı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

    V.Sadıqov Azərbaycan hökumətinin İtaliya regionları, o cümlədən Puliya ilə münasibətlərə böyük önəm verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, TAP layihəsinin reallaşması ilə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni mühit yaranacaq.

    Leççe şəhərinin iş adamlarının iştirakı ilə keçirilən toplantıya da qatılan V.Sadıqov Azərbaycanın son illər sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və prioritet inkişaf sahələri ilə bağlı məlumat verib. Bildirib ki, ölkəmizdə qeyri-neft sektorunda yüksək texnologiyalara əsaslanan istehsalat sahələrinin yaradılmasına böyük önəm verilir.

    Tədbirdə çıxış edən italiyalı nümayəndələr Azərbaycanı regional güc mərkəzi, sürətlə inkişaf edən iqtisadiyyata və qeyri-neft sektorunda geniş imkanlara malik ölkə kimi təqdim ediblər. Qeyd edilib ki, yerli iş adamları Azərbaycan bazarına dərin maraq göstərirlər. Bu baxımdan ölkələrimizin iş adamlarının qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir.

    Toplantıda kənd təsərrüfatı, aqrar-sənaye kompleksi, dəb və geyim, memarlıq, dizayn, inşaat və digər sahələri təmsil edən xeyli sayda iş adamı iştirak edib.

    Səfər çərçivəsində səfir, həmçinin Bari şəhərində keçirilən dünya çempionatında iştirak edən Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının üzvləri ilə görüşərək onlara yarışda uğurlar arzulayıb.

    Maqsud Dadaşov

    6
  • Rusiyalı deputatdan Qarabağla bağlı SENSASİON :
    01.10.2014 20:26
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Mənim fikrimcə, Qarabağ münaqişəsi yaxın vaxtlarda öz həllini tapacaq. Birinci mərhələdə Azərbaycanın işğal edilmiş torpaqları boşaldılacaq, daha sonra Qarabağla bağlı razılaşma əldə olunacaq. Hesab edirəm ki, üç il ərzində bu məsələni həll etmək olar". Modern.az-ın məlumatına görə bunu haqqın.az saytına müsahibəsində Rusiya Dövlət Dumasının Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dmitri İvan Savelyev deyib. Deputat bildirib ki, Rusiya siyasi rəhbərliyi məhz bu variantla münaqişəni həll edəcək.

    İvan Savelyev Rusiyanın Ermənistanla sıx müttəfiqliyinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə necə təsir edəcəyi barədə suala isə belə cavab verib: "Bəli, biz Ermənistanla müttəfiqik. Amma Ermənistan Rusiyanın Qərblə münasibətlərində bizə möhkəm dəstək vermədi. ABŞ-da çəkisi olan erməni lobbisi Kanadanın, Avstraliyanın, Kanadının Rusiyaya qarşı tətbiq etdiyi haqsız sanksiyalara işarə vurmadılar. Buna görə biz dostları sözlərinə görə yox, əməllərinə görə qiymətləndiririk",-deyə deputat Ermənistanı tənqid edib. Dostluq qrupunun rəhbəri Rusiya-Azərbaycan münasibətlərinin müsbət dinamika ilə inkişafına diqqət çəkib: "Azərbaycan və Rusiya dövlət başçıları bir-birləri ilə əlaqə saxlayır, müxtlif problemləri müzakirə edirlər. Bizim üçün Azərbaycan əhəmiyyətli ölkədir. Biz inamla deyə bilərik ki, Azərbaycan rus dilinin inkişafına görə nömrə birdir. Məhz rus dili bizi bir çox məsələlərdə yaxınlaşdırır".

    Qeyd edək ki, İvan Savelyev Vladimir Jirinovskinin liderlik etdiyi Rusiya Liberal-Demokrat Partiyasının Dövlət Dumasındakı deputatıdır. O həm də Rusiya Dövlət Dumasınınmaliyyə bazarı üzrə iş komitəsinin sədr müavinidir.

    Aqşin KƏRİMOV
    13
  • ARDNŞ ötən ay 2 milyon tondan çox xam neft ixcrac edib
    01.10.2014 20:26
    http://az.trend.az/article_photo/2012/12/04/Ceyhan_Pipeline-Marine_Terminal.jpg
    http://az.trend.az/article_photo/2012/12/04/Ceyhan_Pipeline-Marine_Terminal.jpg
    Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

    ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin sentyabr ayında 8 min 534 ton avtomobil benzini, 83 min 334 ton dizel yanacağı, 19 min 174 ton təyyarə yanacağı və 72 min 889 ton vakuum qazoylu ixrac edib.

    Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumilikdə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 9 min 280 ton avtomobil benzini, 712 min 941 ton dizel yanacağı, 138 min 889 ton təyyarə yanacağı, 417 ton soba mazutu və 358 min 772 ton vakuum qazoylu ixrac edilib.

    2014-cü ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 906,31 dollar, təyyarə yanacağının - 882,59 dollar, dizel yanacağının - 826,08 dollar, 1% kükürdlü mazutun qiyməti isə 567,01 dollar təşkil edib.

    Sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 97,30 dollara, Urals nefti - 96,13 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 98,29 dollara satılıb.

    ARDNŞ 2014-cü ilin sentyabr ayında Novorossiysk limanından 84 min 796 ton, Supsa limanından 253 min 829 ton, Ceyhan limanından 1 milyon 725 min 423 ton xam neft ixrac edib.

    Ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 762 min 582 ton, Supsa limanından 2 milyon 283 min 286 ton, Ceyhan limanından isə 15 milyon 635 min 401 ton xam neft ixrac edilib. ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
    9
  • Tullantılar 100 minədək evi elektriklə əhatə edəcək
    01.10.2014 20:24
    http://azvision.az/photos/xeberler 01.jpg
    http://azvision.az/photos/xeberler 01.jpg
    29 sentyabr - 1 oktyabr tarixlərində Berlində "Cənubi Qafqazda davamlı şəhər inkişafı" mövzusunda beynəlxalq konfrans keçirilib. Almaniya İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin dəstəyi, Almaniya İnkişaf Bankının (KfW) təşkilatçılığı ilə keçirilən tədbirdə "Təmiz Şəhər" ASC də iştirak edib.

    Konfransda müzakirə edilən əksər mövzular şəhərlərdə ətraf-mühitin qorunması, tullantıların idarə edilməsi sahəsində yaranan problemlərə həsr olunub. "Təmiz Şəhər"in şöbə müdiri Oqtay Məmmədov konfransdakı çıxışında Bakıda Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarının fəaliyyət göstərdiyini bildirib.

    Çeşidləmə zavodu məişət tullantılarını qarışıq şəkildə qəbul edir və onun tərkibində olan təkrar emala yararlı materiallar ayrılaraq emal sənayesinə yönləndirilir. Çeşidləmə prosesində təkrar xammal ümumi tullantı kütləsindən ayrıldıqdan sonra qalıq tullantılar yandırılmaq üçün Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna göndərilir.

    Burada tullantılar yandırılaraq onlardan elektrik enerjisi əldə edilir. Tullantıların yandırılması zavodunum fəaliyyəti nəticəsində tullantı həcminin 10 dəfə azaldılması və 100 minədək evi elektriklə təmin edə biləcək enerjinin əldə edilməsi diqqətə çatdırıldı. Bərk Məişət Tullantılarının Yandırılması Zavodu nəinki regionda, hətta Şərqi Avropada ən müasir və ən böyük komplekslərdən hesab edilir.

    Həmçinin, Azərbaycanda ilk tullantıların emalı üzrə ixtisaslaşan Balaxanı Sənaye Parkı layihəsi barədə də məlumat verilib.

    Oqtay Məmmədov "Təmiz Şəhər"in müxtəlif aksiyalar və tədbirlərlə cəmiyyəti tullantıların idarə olunması sahəsində maarifləndirdiyini diqqətə çatdırıb.

    Almaniyalı mütəxəssislər Cənubi Qafqazda "Təmiz Şəhər" ASC kimi müəssisələrin olmasını və səhmdar cəmiyyətin gördüyü işləri müsbət qiymətləndirib.
    12
  • Mirvari Qəhrəmanlı: "Qanun sərtləşməsi QHT-lərin məhvinə gətirib çıxardır"
    01.10.2014 20:22
    http://deyerler.org/uploads/thumbs/K3X9FYA.jpg
    http://deyerler.org/uploads/thumbs/K3X9FYA.jpg
    Milli Məclis QHT-lər və qrantlarla bağlı qanunları sərtləşdirmək niyyətindədir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli bildirib ki, dəyişikliklər edilməsi onun təşəbbüsüdür. "Qrantlar haqqında" qanuna gəlincə, həmin sənədə 5-1-ci hissənin əlavə olunması təklif edilir ki, burada da donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur", -deyə Əli Hüseynli söyləyib.

    Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib ki, bütün hesabatların açıq olmasının tərəfdarıyam: "Artıq bu dəyişikliklə nə etmək istədiklərini bilmirik. Onsuz da qrantlar Ədliyyə Nazirliyi ilə razılaşdırılır. Mən qrant almağa bildiriş almaq üçün iyul ayının 15-dən bütün sənədləri təqdim etmişəm. Hələ də bildiriş verilməyib. Yəni, bildiriş verilmədən bu proses mümkün deyildi. Daha nə tələb olunur artıq bilmirik. Mən qanunlarda QHT-lərin fəaliyyətlərinin şəfafflığının artırlmasını dəstəkləyirəm. QHT-lərin aldığı qrantların cəmiyyətə təqdim olunmasının tərəfdarıyam. Bütün hesabatların açıq olmasının tərəfdarıyam. Amma bu qanunlar təqdim olunan qaydalar hamıya şamil olsun. Yalnız bəzi QHT-lər üçün tələb olunmasın. Göründüyü kimi cəmiyyətdə basqı müəyyən qrup QHT-lərə olur. Hökumətyönlü QHT-lərin çoxsuna yaşıl işıq yandırılıb. İstəyərdim ki, hökumət bu ikiyə bölünmənin qarşısnı alsın. Qanun hamı üçün olsun. Eyni zamanda onu bilməliyik ki, qanun sərtləşdikcə QHT-lərin məhvinə gətirib çıxardır. Bunun qarşısı alınmalıdır, bu prosesə son qoyulmalıdır. Hökumət həqiqətən də ölkədə QHT-lərin inkişafını istəyirsə, QHT-lər arasında ayrı-seçkiliyə son qoymalıdılar və qanundakı sərtləşdirilmələr aradan götürülməlidir".

     

     

    5
  • : Səyyar kəsim məntəqələri olacaq
    01.10.2014 20:21
    http://www.xezerxeber.com/uploads/images/large/2014/10/01/16960419.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2014/10/01/16960419.jpg
    Qurban bayramında pulsuz kəsim məntəqələri fəaliyyət göstərəcək. Belə məntəqələr satış yarmarkalarının yaxınlığında yerləşəcək. Bu məntəqələr qapalı olduğundan gigiyenik baxımından əlverlişidir.

    Məntəqdə kəsimi həyata keçirmək üçün fərqli avadanlıqlar var. Məntəqədə kəsim zamanı ən əsası təmizliyə riayət ediləcək. Bu kəsim məntəqələri qurbanlıq heyvanların satış yarmarkalarının yaxınlığında fəaliyyət göstərəcək. Bu arada satış yarmarkalarının təşkil ediləcəyi ərazilərdə çadırlar qurulur

    Yarmarkalarda qurbanlıq heyvanların qiymətlərinin necə olacağına isə Kənd Təsərrüfatı Naziri Heydər Əsədov aydınlıq gətirib.
    7
  • Ərdoğan ölkəsinin xarici siyasət prioritetlərini açıqladı
    01.10.2014 20:17
    http://deyerler.org/uploads/thumbs/9E3U4X2.jpg
    http://deyerler.org/uploads/thumbs/9E3U4X2.jpg
    Bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə parlamentindəki çıxışı başa çatıb. Prezident Ərdoğan bu çıxışında ölkəsinin xarici siyasətdəki yeni prioritetlərini açıqlayıb, - Türkiyə mətbuatı.

    Ərdoğan bəyan edib ki, anti-terror mübarizəsi, suriyalı qaçqınların öz vətənlərinə geri qayıtması və Suriyanın ərazi bütövlüyü ölkəsinin prioritetləridir. "Türkiyənin xarici siyasət öncəlikləri var. İlk prioritet hər şeydən əvvəl İŞİD və regiondakı digər terrorçu qruplaşmalarla mübarizədir. Həmçinin Suriyanın ərazi bütövlüyünün qorunması və 1.5 milyon suriyalı didərginin öz ölkələrinə geri qayıtması xarici siyasətdə əsas məqsədlərimizdir", - deyə Ərdoğan çıxışında bildirib.

    8
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri