Elşən Orucovu belə təbrik etdilər

Bu gün Azərbaycanın ən sevilən aktyoru Elşən Orucovun doğum günüdür. SİA-nın məlumatına görə, aktyor 29 yaşını qeyd edir.

Nəzərinizə çatdıraq ki, Elşən Orucov hər kəsin maraqla izlədiyi "Bozbash Pictures" serialında "Fəlakət" obrazını canlandırır. Öz rolu ilə tamaşaçıların rəğbətini qazanmağı bacaran Elşən 1985-ci il yanvarın 14-də Bakıda dünyaya gəlib.

Aktyor Elşən Orucovu məşhur simalar da təbrik etməyi unutmayıblar.

Xalq artisti Faiq Ağayev: "Əziz dostum Elşən Orucov. Xoş gəldin bu dünyaya. Ad günün mübarək".

Aparıcı İlkin Həsəni: "2006-cı ilin iyul-avqust ayları mən əsgərlikdə idim. Karyeramın ən pik nöqtəsində o atmosferə düşdüyüm üçün gecələr çox darıxırdım. Ən yaxın dostlarla tez-tez əlaqə saxlayır, sms yazıb, zəng edirdim. Ən çox zəng elədiyim adam isə Elşən idi. Hər dəfə zəng edəndə Elşən telefonu götürmür, üstündən 5 dəqiqə keçəndən sonra özü yığırdı. Deyirdim nə yaxşı sakitçilikdi, hardasan? Elşən isə evdəyəm, yatmağa hazırlaşıram söyləyirdi. Üstündən 1 il keçəndən sonra isə bildim ki, bu adam hər dəfə mən ona zəng edəndə pis olmayım deyə, səs-küylü partilərdə ola-ola qaçırmış maşına ki, səssiz yerdə mənlə danışsın. Bu gün həmin bu dostun ad günüdür. ElşənOrucov ad günün mübarək.

Müğənni Ayaz Qasımov: "Fəlakət qədər əziz qardaşım Elşən, ad günün mübarək".

Müğənni Günay İbrahimli: "Fəlakət ad günün mübarək".

Aparıcı Samir Bayramlı: "Əziz dostum ad günün mübarək. Sən mənim ən uğurlu tələbələrimdənsən. Səninlə fəxr edirəm".

Aktyor Nicat Rəhimov: "Təbriklər qardaşım. Arzum budur ki, həyatada heç vaxt Fəlakət olmayasan. Ad günün mübarək".

Müğənni Zamiq Hüseynov: "Qardaşım doğum günün mübarək. Allah səni hər zaman güldürsün".

Rejissor Kənan Mahmudov: "Mənim canım qardaşım. Ad günün mübarək. Bu həyatda olduğun yerə öz gücünlə, təmiz qəbinlə gəlib çıxmısan. Allah səni dostluqdan, qardaşlıqdan və kinomuzun Fəlakətindən əskik etməsin. Həmişə var ol".

Müğənni Elvin Abdullayev: "Qardaş, doğum günün mübarək. Hər zaman güləsən və güldürəsən".

Müğənni Aysel Əlizadə: "Təbriklər. Hər zaman üzün gülsün və "Əla" günün olsun".

Müğənni Ceyhun Əliyev: "Elşən Orucov səni səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, 2014-cü ildə uğurların bol olsun. İnşallah bu il ailə həyatı qurarsan. Amin".

Müğənni Yaşar Cəlilov: "Mənim əziz qardaşım səni təbrik edirəm".