yuxarıya
Onlayn Ödəmə
YURD TV-nin 20:00 xəbər buraxılışı: Şirvanda fərdi yaşayış evi yanıb
09.01.2014 01:00
A A
Gün.Az Yurd TV-nin 08.01.2014-cü il tarixli saat 18:00 buraxılışını təqdim edir.

Yurd TV-nin bu buraxılışında siz aşağıdakı xəbərlərlə tanış ola bilərsiniz:

1.XİN münasibət bildirib

2.Şirvanda fərdi yaşayış evi yanıb

3.Ötən gecə Bərdə rayonunun Zümrüxan kəndində iki yol-nəqliyyat hadisəsi baş verib

4.AMEA sistemi üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanları başlayır

5.Qeyri- iş günləri Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vurur?

6.Bayram tətilindən sonra işə necə başlamalı?

7.İlin rəngləri hansılardır?

Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Rusiya, Aİ və Ukrayna qaz danışıqlarına başlayır
    28.08.2015 08:20
    Rusiya, Aİ və Ukrayna arasında təbii qaza dair üçtərəfli danışıqlar sentyabrın 11-də Vyanada keçirilə bilərAvropa Komissiyası və Rusiya arasında təbii qaza dair sentyabrın 11-nə Vyanada planlaşdırılmış məsləhətləşmələrinə Ukrayna da qatıla bilər. APA-nın "TASS"a...
  • Baş nazirdən AzərTAc-la bağlı QƏRAR
    28.08.2015 18:17
    Nazirlər Kabineti "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında" qərarında dəyişiklik edib.Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azə...
  • "Qarabağ"ın oyunlarının TƏQVİMİ
    28.08.2015 17:34
    "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunların təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, J qrupunda yer alan təmsilçimiz ilk qarşılaşmada "Monako" ilə görüşəcək.Fransa təmsilçisi ilə görüş sentyabrın 17-də Monakoda baş tutacaq.Oktyabr..
  • Tanınmış jurnalist Mahal İsmayıloğlu vəfat edib
    28.08.2015 14:31
    Bakı. Cavid Zeynallı - APA. Jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.Bu barədə APA-ya M. İsmayıloğlunun qızı Ayan Sadıqlı məlumat verib. Onun sözlərinə görə, jurnalist dializ üçün bu gün Respublika Klinik Xəstəxanasına yerləşdirilib: "Səhər saatlarında xəst...
  • ADA Universitetində müəllimlər üçün yay akademiyası tipli təlim proqramı keçirilir
    28.08.2015 12:43
    Bakı, 28 avqust, SalamNews, A.Bayramova. Avqustun 24-28-də ADA Universitetində "Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası" adlı təlim proqramı keçirilir.SalamNews xəbər verir ki, Təhsil Nazirliyinin "SABAH Qrupları" layihəsinin dəstəyi ilə ADA Uni...
  • `Qəbələ` tarix yazdı -- Azərbaycan futbolunda ilk
    28.08.2015 10:29
    Avrokuboklarda ikinci mövsümünü keçirən "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.Bakıda "Panatinaikos"la 0:0 bərabərə qalan "Qəbələ" Yunanıstanda da rəqibinə uduzmayıb - 2:2. Bu nəticə ilə "Qəbələ" tarixində ilk dəfə qrup m...
  • Türkiyə müvəqqəti hökumətinin heyəti bəlli olub
    28.08.2015 23:41
    Bakı-APA. Türkiyənin baş naziri Əhməd Davudoğlu prezident Rəcəb Tayyib Ərdoğanın təsdiq etdiyi müvəqqəti hökumətin heyətini açıqlayıb.APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Ə. Davudoğlu Çankaya köşkündə müvəqqəti hökumətdə t...
  • "Facebook" tarixində bir ilk qeydə alınıb
    28.08.2015 23:20
    "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberq (Mark Zuckerberg) ötən gün yeni bir statistika açıqayıb. "Report" xarici mediaya istinadən bildirir ki, sosial şəbəkənin tarixində ilk dəfədir bir mlrd.-dan artıq insan eyni vaxtda "Facebook"a daxil olub.Sözügedən hadisə ba...
  • Avropa İnkişaf Bankı Gürcüstana 20 milyon həcmində vəsait ayırıb
    28.08.2015 21:51
    Gürcüstan. Nizami Məmmədzadə-APA. Asiya İnkişaf Bankı Gürcüstana ayrılan 20 mln. dollar kredit həcmində vəsaiti təsdiq edib.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə AİB-nın Gürcüstandakı daim nümayəndəliyinin rəhbəri Keyti Culian bildirib. Onun sözl..
  • Azərbaycan və Türkmənistan xarici işlər nazirləri görüşüb
    28.08.2015 19:26
    Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Antalyada keçirilən üçtərəfli toplantısı çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb. Lent.az Xarici İşlər Nazirliyinin mətbuat ...
XƏBƏR LENTİ
  • Türkiyədə içərisində polislər olan avtobus partladılıb, 10 polis əməkdaşı və 14 dinc sakin yaralanıb
    29.08.2015 04:40
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/872c5378e0c1a916d8a3b3f80bb18d47.jpg
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/872c5378e0c1a916d8a3b3f80bb18d47.jpg
    Bakı-APA. Türkiyənin Mardin şəhərində PKK silahlıları içərisində polislər olan avtobusu partladıb.

    APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yerüstü piyada keçidində quraşdırılmış partlayıcı qurğu avtobus körpüdən keçərkən işə salınıb.

    İnsident nəticəsində 10 polis əməkdaşı və 14 dinc sakinxəsarət alıb.

    Yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilir. Partlayış nəticəsində piyada keçidinin bir hissəsi uçub, ətrafdakı binalara xeyli zərər dəyib.

    Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlanıb.
    19
  • Dominikada baş verən fırtına nəticəsində 35 nəfər ölüb
    29.08.2015 03:50
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/e2d734498816316b3d19d6d2e327d625.jpg
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/e2d734498816316b3d19d6d2e327d625.jpg
    Bakı-APA. Karib dənizində yerləşən Dominika dövlətində "Erika" fırtınası 35 nəfərin həyatına son qoyub.

    APA-nın "Prensa Latina" agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər torpaq sürüşməsi baş vermiş Petit-Savanna yaşayış məntəqəsində 27 nəfərin cəsədini aşkar ediblər.

    Məlumata əsasən, təbii fəlakət nəticəsində adanın 80% ərazisi elektrik enerji və içməli susuz qalıb, ölkənin hava limanı daşqın səbəbindən bağlanıb. Adanın bir sıra yaşayış məntəqələri və yolları su altında qalıb. Dominikanın cənub-şərqində yerləşən Pti-Savanna kəndi isə təbii fəlakət nəticəsində ətraf aləmdən tamamilə təcrid olub.

    Qeyd edək ki, avqustun 28-də ABŞ-ın Florida ştatının qubernatoru Rik Skott "Erika" fırtınasının yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət rejimi tətbiq edib.
    20
  • Türkiyədə polis avtobusuna hücum edilib, 23 nəfər yaralanıb
    29.08.2015 03:49
    http://cdn.trend.az/pictures/2012/07/16/Turkey_Ambulance.jpg
    http://cdn.trend.az/pictures/2012/07/16/Turkey_Ambulance.jpg
    Azərbaycan, Bakı, 29 avqust /Trend/

    Türkiyədə, Mardin vilayətinin Qızıltəpə şəhərində polis avtobusuna silahlı hücum edilib. Bu barədə Trend Milliyet qazetinə istinadən məlumat verir.

    Məlumata əsasən, hücum PKK qrupunun üzvləri tərəfindən edilib. 23 nəfər yaralı arasında doqquz nəfər polis əməkdaşıdır.
    7
  • Bakıda inzibati binanın anbarında yanğın olub
    29.08.2015 02:45
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

    APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonu ərazisində hal-hazırda fəaliyyət göstərməyən inzibati binanın anbarının ümumi sahəsi 100 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

    Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
    26
  • Bəhreyndə törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb
    29.08.2015 02:33
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/1956c8652cf4325390b1bb58de1f7395.jpg
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/1956c8652cf4325390b1bb58de1f7395.jpg
    Bakı-APA. Bəhreynin şimalında baş vermiş partlayış nəticəsində 1 polis əməkdaşı ölüb, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb.

    APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılar arasında 4 polis əməkdaşı və 1 uşaq var.

    Xəsarət alanların bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Bəhreynin daxili işlər nazirliyi partlayışı terror aktı kimi qiymətləndirib.

    Partlayışa görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.
    13
  • Şəkidə Motofestival iştirakçıları qəzaya düşüb
    29.08.2015 02:30
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Şəki. Vüqar Heydərov-APA. Şəkidə keçirilən 4-cü Beynəlxalq Motofestival iştirakçısı qəzaya düşüb.

    Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 00:30 radələrində Şəki şəhər ərazisində baş verən yol qəzasından 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

    Həkim müayinəsi və araşdırma zamanı məlum olub ki, Şəkidə keçirilən 4-cü Beynəlxalq Motofestival iştirakçısı olan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elçin Fikrət oğlu Babayev idarə etdiyi motosikletin idarəetməsini itirməsi səbəbindən motosikleti yolun kənarındakı maneəyə vurub. Qəza nəticəsində Elçin Babayev və motosikletin arxa hissəsində əyləşən sərnişin, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Muradova xəsarət alıb. Elçin Babayev yüngül xəsarət aldığından ona xəstəxanada ilkin tibbi yardım edildikdən sonra evə buraxılıb. Qəza nəticəsində ağır kəllə-beyn zədəsi alan Aynurə Muradovaya xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. O, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.
    10
  • Motofestival zamanı bədbəxt hadisə- Şəkidə
    29.08.2015 02:29
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bu gün Şəki şəhərində start götürən 4-cü Beynəlxalq Moto Festivalı zamanı bədbəxt hadisə baş verib.

    "Qafqazinfo" report-a istinadən xəbər verir ki, yerli və xarici baykerlərin iştirakı ilə təşkil edilən festivalda qəza baş verib.

    Belə ki, baykerlərdən biri, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Babayev Elçin Fikrət oğlu idarəetməni itirərək motosikleti yol kənarındakı maneəyə çırpıb. Qəza nəticəsində sürücü və motosikletin arxa hissəsində əyləşən sərnişin, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Muradova xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qızın vəziyyəti ağır olduğundan, o Reanimasiya şöbəsinə yerləşdirilib. Yüngül kəllə-beyin travması alan Elçin Babayevin vəziyyəti isə qənaətbəxşdir.

    Hadisə Şəki Olimpiya Kompleksinə yaxın ərazidə baş verib.

    "Qafqazinfo"
    8
  • Gürcüstanda elektrik enerjisi bahalaşır
    29.08.2015 02:20
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Gürcüstanın energetika və su təhcizatı üzrə milli tənzimləmə komissiyası sentyabrın 3-də Tbilisidə elektrik haqqının bahalaşması ilə bağlı layihə təqdim edəcək.

    "Qafqazinfo" AzadlıqRadiosuna istinadən xəbər verir ki, Tblisini elektrik enerjisi ilə "Telasi" şirkəti təmin edir.

    Şirkət komissiyadan tarifin qaldırılmasını istəyib və səbəb kimi milli valyutanın düşməsini göstərib.

    Avqustun 1-dən Gürcüstanın əksər regionunda elektrik 22 faizdən də çox bahalaşıb. Tariflərin bahalaşmasının mümkünlüyü müxalifət partiyalarının etirazına səbəb olub.

    Bundan başqa şəhər sakinləri bundan sonra kommunal xidmətlərə görə meriyadan maliyyə yarımı ala bilməyəcəklər.

    Paytaxt hökuməti yalnız ehtiyacı olanlara yardım ediləcəyini deyir.

    "Qafqazinfo"
    9
  • Finlandiyada "Gövhəri laməkan mənəm" sədaları
    29.08.2015 02:05
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Finlandiyada "Gövhəri laməkan mənəm" adlı Azərbaycan poeziya antologiyası nəşr olunub.

    Axar.az xəbər verir ki, antologiya Avropa Ədəbi Tərcüməçilər İttifaqının üzvü Tahirə Cəfərovanın təşəbbüsü və redaktorluğu ilə hazırlanıb.

    "Gövhəri laməkan mənəm" adlı antologiyada 27 şairin - Xaqani, Nizami, Nəsimi, Füzuli, Natəvan və Sabir kimi klassiklərin, repressiya qurbanları Hüseyn Cavid və Mikayıl Müşfiqin, XX əsr Azərbaycan şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Nigar Rəfibəylinin, həmçinin müasir Azərbaycan poeziyasının nümayəndələri Vaqif Səmədoğlu, Fikrət Qoca, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı və digər şairlərin şeirləri daxil edilib.

    Festivalda "Gövhəri laməkan mənəm" antologiyasından şeirlər səsləndirilib.
    14
  • "Dortmund"un erməni ulduzu Bakıya buraxılmayacaq - İddia
    29.08.2015 01:59
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Almaniyanın "Bild" qəzeti UEFA Avropa Liqasında "Qəbələ" ilə qarşılaşacaq "Borussia Dortmund"un erməni forvardı Henrix Mxitaryana viza verilməyəcəyini iddia edib.

    Axar.az xəbər verir ki, qəzet iki ölkə arasında illərdir davam edən Dağlıq Qarabağ problemini xatırladaraq Xarici İşlər Nazirliyinin 26 yaşlı futbolçuya viza verməyəcəyini bildirib.

    Son 7 matçda 6 dəfə rəqibi məyus edən erməni futbolçu ilə bağlı açıqlama verən klubun baş məşqçisi Saşa Flig ümidini itirmədiyini deyib:

    "Fikrimcə, bu doğru xəbər deyil. Mxitaryan son həftələrdə inanılmaz performans sərgiləyir və bizim üçün çox önəmli futbolçudur.
    9
  • Su vasitəsilə yeni arıqlama üsulu
    29.08.2015 01:58
    http://cdn.trend.az/pictures/2015/08/28/su_icmek.jpg
    http://cdn.trend.az/pictures/2015/08/28/su_icmek.jpg
    Azərbaycan, Bakı, 29 avqust /Trend/

    Britaniya alimləri artıq çəki ilə yeni mübarizə üsulu barədə məlumat veriblər. Onlar bildiriblər ki, yeməkdən 30 dəqiqə əvvəl 500 millilitr su qəbul etmək arıqlamağa kömək edir. Trend bu barədə "Daily Mirror"-a istinadən məlumat verir.

    Yeni eksperimentdə artıq çəkisi olan və piylənmədən əziyyət çəkən insanlar iştirak edib. Könüllülər 2 qrupa bölünüb. Birincilər yeməkdən 30 dəqiqə əvvəl 500 millilitr su qəbul etdiyi halda, ikincilərdən xahiş olunub ki, yemək zamanı mədələrinin dolu olduğunu təsəvvür etsinlər. Mütəxəssislər 12 həftə ərzində təcrübə iştirakçılarının çəkisini yoxlayıblar.

    Əldə olunan məlumata əsasən, birinci qrupdakı insanlar 4,3 kiloqram itirdiyi halda, ikinci qrup belə bir nəticə göstərməyib. Onlar yalnız 0,8 kiloqramdan azad ola biliblər.
    7
  • "Onlara aktrisanın görünüşü lazımdır"
    29.08.2015 01:54
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Kinoda bəzi texnologiyalardan istifadə olunur ki, kino çəkmək istəyən rejissorun onlardan başı çıxmalıdır.

    Bu sözləri rejissor Bəhram Osmanov teatr rejissoru ilə kino rejissorunun fərqli və oxşar cəhətləri haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, hər iki sənət ortaq nöqtədə birləşir:

    "Teatr rejissoru ilə kino rejissoru eyni sənətdir. Hər ikisi eyni nəzəriyyəni keçir. Bəzi xırda fərqlər var. Kinorejissor öz işini kamera arxasından, kamera prizmasından, obyektivindən görməyi bacarmalıdır. Səhnənin isə öz yazılan və yazılmayan qanunları, perspektivi var. Teatr rejissoru bunu bilməli, duymağı bacarmalıdır.

    Əslində, mən teatr rejissoru ilə kino rejissoru arasında böyük bir fərq görmürəm. Dünyanın bir çox rejissorları həm tamaşalar hazırlayır, həm filmlər çəkir - hər ikisi də uğurlu alınır.

    İstər teatrda, istərsə də kinoda aktyorun rola uyğun gəlib-gəlməməsi məsələsinə fikir vermək lazımdır. Rejissor aktrisadan tələb etməlidir ki, filan rola görə bu formaya düşsün. Kinoda daha çox tipaj axtarırlar, görünüş çox lazımdır onlara, ona görə bu tələb onlarda daha çox olur. Amma hər halda bütün bunlar şərtidir".
    11
  • ABŞ-da seçicilərin çoxu ölü çıxdı
    29.08.2015 01:53
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    İctimai Maraqların Hüquqi Müdafiəsi Fondunun ABŞ-da seçkiqabağı apardığı araşdırma bütün ictimaiyyətin marağına səbəb olub.

    Axar.az xəbər verir ki, fondun apardığı araşdırma əsasında məlum olub ki, ABŞ-ın bir çox ştatında, o cümlədən, Prezident Barak Obamanın vətəni İllinoysda qeydiyyatdan keçən seçicilər ştat ərazisində yaşayan sağ insanlardan daha çoxdur. Yəni seçki siyahısında olanların böyük faizi dünyasını dəyişən seçicilərdir.

    Araşdırma nəticəsində Franklin dairəsində seçicilərin qeydiyyatının onların həqiqi sayının 190 faizini təşkil etdiyi üzə çıxıb. Pulaskidə bu faiz 176-dır.

    Qayda pozuntuları 21 ştatda qeydə alınıb. Siyahıdakı ölü sayına görə liderlik edən ştatlar Miçiqan, Kentukki, İllinoys, Ayovadır.
    7
  • Komandir müavini və arvadının meyiti tapıldı- Rusiyada
    29.08.2015 01:40
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Sever" batalyonunun komandir müavini Musa Ayubov və onun həyat yoldaşının cəsədi Qroznıda aşkar olunub.

    "Onların cəsədləri cümə axşamı Qroznıda qaldıqları yataqxanadakı otaqda tapılmışdır. Hadisə yerində Makarov tipli tapança aşkar olunub və ehtimal edilir ki, qatil məhz bu silahdan qurbanlarının başına atəş açıb. Hal-hazırda, qətldə şübhəli bilinən şəxs yaxalanıb. İstintaq gedir," TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinad edərək xəbər verir.

    "Qafqazinfo"nun BBC-yə istinadən məlumatına görə, Ayubovun qohumu qətldə şübhəli bilinən şəxs kimi saxlanılıb.

    Bundan əvvəl, həmin batalyonun komandir müavini vəzifəsini, siyasətçi Boris Nemtsovun qətlində günahlandırılan Zaur Dadayev yerinə yetirirdi.

    Eyni zamanda, batalyonun komandir müavini vəzifəsini Ruslan Geremeyev də yerinə yetirir və qeyri-rəsmi mənbələrə görə ehtimal olunur ki, o, Boris Nemtsovun qətlinin təşkilatçısıdır. Geremeyevin axtarışa verilməsi barədə rəsmi məlumat yoxdur.

    Boris Nemtsov kürəyindən vurulan dörd güllə ilə Kreml yaxınlığındakı körpüdə fevralın 27-dən 28-nə keçən gecə öldürülüb.

    2015-ci ilin mayına kimi, tərkibində 700 nəfərin daxil olduğu "Sever" batalyonuna Dövlət Dumasının deputatı Adam Delimxanovun qardaşı Alibek Delimxanov qardaşı başçılıq edib. May ayından etibarən, Raxman Abdulkadirov batalyon komandiri səlahiyyətini icra edir.

    "Yuq" batalyonu ilə yanaşı, "Sever" batalyonu Rusiyada etnik prinsip əsasında yaradılmış yeganə hərbi qruplaşmalardır.

    "Qafqazinfo"
    9
  • Türkiyədə polisə hücum olub, ölən və yaralanan var
    29.08.2015 01:22
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/08125dbdf2e9d21c1deb4d0789fe549d.jpg
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/08125dbdf2e9d21c1deb4d0789fe549d.jpg
    Bakı-APA. Türkiyənin Tunceli vilayətinin Nazımiye rayonunda təhlükəsizlik idarəsinə edilən hücum nəticəsində 1 polis əməkdaşı həlak olub.

    APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular qumbaraatan və iri çaplı silahlardan istifadə ediblər.

    Hadisə nəticəsində ağır yaralanan polis əməkdaşı hərbi vertolyotla Elazığa çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində daha bir dinc sakinin yüngül yaralandığı bildirilir.

    İnsident zamanı təhlükəsizlik idarəsinin binasında yanğın olub.

    Hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə havadan dəstəkli əməliyyat başlanıb.
    13
  • "Qalatasaray" əzəli rəqibindən qapıçı transfer edib
    29.08.2015 01:20
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/e367fa9c6e38387df08c0f3f16d8a87f.jpg
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/e367fa9c6e38387df08c0f3f16d8a87f.jpg
    Bakı-APA. "Qalatasaray" heyətinə yeni futbolçu cəlb edib.

    Apasport.az saytının məlumatına görə, sarı-qırmızılar "Beşiktaş"dan qapıçı Cenk Gönəni transfer edib. Bu barədə klubun rəsmi satı açıqlama yayıb.

    Qapıçı ilə 3 illik müqavilə bağlayan istanbullular bu keçid üçün qarşı tərəfə 600 min avro ödəyiblər.

    Cenk özü isə bu keçiddən ilk ilində 900 min avro və oyun başına 10 min, ikinci il uyğun olaraq 950 min və 10 min, üçüncü il isə 1 milyon avro və hər oyuna 10 min avro qazanacaq.
    5
  • Prezidentliyə namizəddən daha bir qeyri-adi hərəkət
    29.08.2015 01:13
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    ABŞ milyarderi, prezidentliyə namizəd Donald Tramp yenə qeyri-adi hərəkətləri ilə gündəmə gəlib.

    Axar.az Nyu York Post-a istinadən xəbər verir ki, seçiçilərlə görüş zamanı namizəd saçının həqiqi olmadığı ilə bağlı yayılan fikirlərə münasibət bildirib. Milyarder saçının həqiqi olduğunu və buna inanmayanların gəlib onun saçına toxuna biləcəyini elan edib.

    Cənubi Karolinada baş tutan görüşdə milyarder qəzetlərin ona şər atdığını və başındakının parik olmadığını sübuta yetirmək üçün zalda ön sıralarda əyləşən xanımlardan birini çağırıb və saçına toxunmağını xahiş edib. Sonra xanım hər kəsə saçın doğrudan da parik olmadığını açıqlayıb.
    7
  • Peruda 5,5 bal gücündə zəlzələ baş verib
    29.08.2015 01:10
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı-APA. Perunun paytaxtı Lima şəhəri yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib

    APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Limadan 130 km cənub-şərqdə, Yauyos əyalətində, ocağı isə 94 km dərinlikdə yerləşib.

    Zəlzələ Limada hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
    7
  • Karib adalarında güclü qasırğa- 12 ölü, 20 itkin
    29.08.2015 01:04
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Karib adalarında güclü Erika qasırğası baş verib.

    "Qafqazinfo"nun məlumatına görə, qasırğa Dominikan Respublikasında 12 adamın ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub. Ölkənin baş naziri Ruzvelt Skerrit hadisə ilə bağlı açıqlama yayıb.

    Skerrit fırtınanın kiçik adalarda həddindən artıq ziyanlara səbəb olduğunu qeyd edib.

    Baş nazir qasırğanın ölkəyə on milyonlarla dollar zərər verdiyini söyləyib.

    "Qafqazinfo"
    9
  • PKK hücuma keçdi: Ölən var
    29.08.2015 01:04
    http://deyerler.org/uploads/thumbs/Z3AFAYD.jpg
    http://deyerler.org/uploads/thumbs/Z3AFAYD.jpg
    Türkiyənin Tunceli bölgəsində PKK terrorçuları polis bölməsinə hücum edib.

     

    Axar.az xəbər verir ki, yaranan qarşıdurma nəticəsində 2 PKK-çı öldürülüb, 3 polis isə yaralanıb. Yaralanan polislərdən biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

     

    Qaçan terrorçuların tutulması üçün bölgədə axtarış işlərinə başlanılıb.

     
    7
  • Komitə sədri qəbul keçirəcək
    29.08.2015 01:02
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Masallıda vətəndaşları qəbul edəcək.

    "Qafqazinfo"nun məlumatına görə, qəbul sentyabr ayının 4-də Masallı rayonunun Heydər Əliyev Mərkəzində keçiriləcək. Görüşdə Cəlilabad, Lənkəran, Astara, Lerik, Biləsuvar, Yardımlı, Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

    "Qafqazinfo"
    8
  • Yeni mövsümün afişası
    29.08.2015 01:01
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Azərbaycan Dövlət Musiqili Teatrı yeni, 106-cı teatr mövsümünün ilk ayı - sentyabr üçün repertuarını açıqlayıb.

    "Qafqazinfo"nun məlumatına görə, mövsümün açılışı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə baş tutacaq. Dahi bəstəkarın eyniadlı tamaşası sentyabrın 19-da bir daha nümayiş etdiriləcək. Sentyabrın 20-də isə Üzeyir Hacıbəylinin "Ər və arvad" tamaşası oynanılacaq. Ayın 25-də teatrın səhnəsində R. Hacıyevin "Qafqazlı qardaşqızı" tamaşasının premyerası keçiriləcək. Tamaşaçılar sentyabrın 26-da F. Sücəddinovun və T. Vəliyevanın "Mən dəyərəm min cavana" tamaşasına baxa bilərlər. Ə. Səmədlinin "Toya bir gün qalmış" tamaşası isə ayın 27-də təqdim ediləcək.

    Tamaşalar saat 19:00-da başlanır.

    "Qafqazinfo"
    8
  • Türkiyə müvəqqəti hökumətinin heyəti bəlli olub - SİYAHI
    29.08.2015 01:00
    http://deyerler.org/uploads/thumbs/H1NVMYC.jpg
    http://deyerler.org/uploads/thumbs/H1NVMYC.jpg
    Türkiyə Cümhuriyyətinin 63-cü hökumətinin tərkibi elan edilib.

     

    APA-nın məlumatına görə, Axşam saatlarında prezident Ərdoğana hökumətin siyahısını təqdim edən baş nazir Əhməd Davudoğlu, siyahının prezident tərəfindən təsdiq edilməsindən sonra Çankaya iqamətgahında yeni nazirlər şurasının tərkibini açıqlayıb.

     

    63-cü hökumətdə aşağıdakı şəxslərə nazir kreslosu verilib:

    Baş nazir- Əhməd Davudoğlu

    Baş nazirin müavini- Numan Kurtulmuş

    Baş nazirin müavini- Tuğrul Türkeş

    Baş nazirin müavini- Cevdet Yılmaz

    Baş nazirin müavini- Yalçın Akdoğan

    Daxili işlər naziri - Səlami Altınok

    Xarici işlər naziri- Firidun Sinirlioğlu

    Elm və sənaye naziri- Fikri Işık

    İnkişaf naziri -Müslim Doğan

    İqtisadiyyat naziri- Nihat Zeybəkçi

    Ətraf mühit və şəhərçilik naziri- İdris Güllücə

    Gənclik və idman naziri- Akif Çağatay Kılıç

    Meşəçilik və su işləri naziri- Veysəl Əroğlu

    Milli təhsil naziri- Nabi Avcı

    AB naziri- Ali Haydar Konca

    Nəqliyyat, dənizçilik, kommunikasiya naziri - Firidun Bilgin

    Ədliyyə naziri-Kənan İpək

    Maliyyə naziri-Məhmət Şimşək

    Səhiyyə naziri- Məhmət Müəzzinoğlu

    Gömrük və ticarət naziri- Cənab Aşçı

    Mədəniyyət və turizm naziri- Yalçın Topçu

    Enerji naziri- Əli Rza Alaboyun

    Milli müdafiə naziri- Vəcdi Könül

    Ailə və sosial siyasətlər naziri- Ayşən Gürcan

    Əmək və sosial təminat naziri- Əhməd Ərdəm

    Ərzaq, kənd təsəsrrüfatı və heyvandarlıq naziri- Kutbəddin Arzu

     

    Qeyd edək ki, Türkitə Cümhuriyyəti tarixində ilk dəfə seçki hökuməti qurulub. Hökumətin əsas vəzifəsi ölkəni 1 noyabrda keçiriləcək erkən seçkiyə qədər idarə etməkdir. Yeni hökumətdə uzun müddətdən bəri XİN icra aparatının rəhbəri vəzifəsində olan Firidun Sinirlioğlunun xarici işlər naziri vəzifəsinə təyin edilməsi diqqəti cəlb edib. İstanbul baş polis idarəsinin rəisi Səlami Altınokun daxili işlər naziri vəzifəsinə gətirilməsi də hökumətin məqsədlərinə uyğun bir təyinat kimi qiymətləndirilib. Yaxın günlərə qədər Milliyyətçi Hərəkat Partiyasının sədr müavini olan Tuğrul Türkeş baş nazirin müavini vəzifəsinə, Böyük Birlik Partiyasının sədri Möhsün Yazıçıoğlunun 27 mart 2009-cu ildə helikopter qəzasında həlak olmasından sonra bir müddət partiyaya rəhbərlik edərək daha sonra AKP-yə keçən və 7 iyundakı seçkidə millət vəkili seçilən Yalçın Topçu mədəniyyət və turizm naziri vəzifəsinə gətirilib. Konstitusiyanın tələbinə görə, seçki hökumətinə məclisdə təmsil edilmiş bütün partiyalardan nazir təyin edilməlidir.

     

    Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) seçki hökumətinə nazir vermədiyinə görə, o partiyalara hökumətdə kreslo verilməyib. Kürd təmayüllü Halkların Demokrasi Partiyasını (HDP) isə hökumətdə 2 nazir təmsil edəcək: Avropa Birliyi naziri Əli Heydər Qönçə və İnkişaf naziri Müslüm Doğan. 60 və 61-ci hökumətlərdə milli müdafiə naziri vəzifəsi tutmuş, ancaq 7 iyunda millət vəkilliyinə namizəd olmamış Vəcdi Könül 63-cü hökumətdə yenidən milli müdafiə naziri vəzifəsinə təyin edilib.

    Türkiyədə son hökumət 28 avqust 2014-cü ildə Əhməd Davudoğlu tərəfindən qurulmuşdu.
    6
  • Belarus müxalifəti prezident seçkisini boykota çağırdı
    29.08.2015 00:51
    http://deyerler.org/uploads/thumbs/KNR2VNE.jpg
    http://deyerler.org/uploads/thumbs/KNR2VNE.jpg
    Belarus müxalifət partiyalarının liderləri mövcud seçki komissiyasının qanunsuz elan edilməsi və yeni prezident seçkisi keçirilməsinə nail olmağa çalışırlar.

     

    Nikolay Statkeviç,Vladimir Neklyayev,Anatoliy Lebedko və Pavel Severinets avqustun 28-də Minskdə keçirdikləri mətbuat konfransında vətəndaşları seçkiyə getməməyə çağırıblar.

     

    Statkeviç bildirib ki, namizədlərin siyahısı hazırlanarkən, seçki artıq sxtalaşdırılıb.

     

    Lebedko isə bildirib ki, prezident Aleksandr Lukaşenkonun namizədliyi üçün imzalar məcburi formada toplanıb , Televiziya isə 24 saat bir şəxsi göstərir.

     

    O bunun bütün namizədlərin KİV-lərə sərbəst çıxışına təminat yaradılması ilə bağlı ATƏT-in standartlarına zidd olduğunu bildirib.

     

    Xatırladaq ki, Belarusada növbəti prezident seçkisi oktyabrın 11-də keçiriləcək (virtualaz.org).
    10
  • Putindən Çinə müəmmalı sürpriz
    29.08.2015 00:45
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Rusiyanın Çindəki səfiri Andrey Denisov Prezident Vladimir Putinin çinlilər üçün böyük sürpriz hazırladığını açıqlayıb.

    Axar.az xəbər verir ki, II Dünya Savaşında Yaponiyaya qarşı əldə edilənzəfərin 70-ci ildönümü münasibətilə Pekində təşkil ediləcək mərasiminə qatılacaq Putinin sürprizi hələlik heç kimə məlum deyil.

    Qeyd edək ki, 9 mayda Rusiyanın paytaxtı Moskvada təşkil olunan paradda çinli əsgərlər məşhur Sovet mahnısı "Katyuşa"nı söyləmişdi. İndi sıranın Pekindəki mərasimdə qatılacaq rus əsgərlərdə olduğunu ifadə edən "Duowvey Nyus"rus əsgərlərinin Çin mahnısı oxuyacağını iddia edib.
    10
  • 21 yaşlı gəncə 30 bıçaq zərbəsi vuruldu - Ağdamda
    29.08.2015 00:33
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Axşam saatlarında Ağdam rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

    "Report" xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

    1994-cü il təvəllüdlü rayon sakini Əliyev Dünyamin Qərib oğlu, hələlik istintaqa məlum olmayan şəxs tərəfindən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb. Yaralı ilk öncə Ağdam, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müəyyən edilib ki, 21 yaşlı gəncə qarının sağ və sol hissələrindən 30 bıçaq zərbəsi vurulub. Dərhal əməliyyat olunan xəstənin vəziyyəti ağırdır.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
    13
  • AKP-dən ilk açıqlama: "Xeyirli olsun"
    29.08.2015 00:33
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Türkiyədə müvəqqəti Nazirlər Kabinetində baş nazirin müavini təyin olunan Yalçın Akdoğan siyahı elan olunduqdan sonra açıqlama verib.

    Axar.az xəbər verir ki, bütün hökumət üzvlərini təbrik edən Akdoğan xeyir-dua verib:

    "Yeni kabinetə daxil olan bütün dostlarımızı təbrik edirəm. Onlara uğurlar diləyirəm. Hörmətli baş nazirimizin dediyi kimi, müvəqqəti bir hökumət kimi deyil, 4 illik bir hökumət olaraq əlimizdən gələn hər cür səyi göstərəcəyik, ən yüksək performansı göstərməyə çalışacağıq. Türkiyədə seçki prosesində ən kiçik bir idarəçilik boşluğu meydana gəlmədən güvən və dinclik içində ölkəmizin seçkiyə aparılması prosesində hökumətimiz vəzifə almış olacaq. Bunu da təkrarən vurğulayaq: bu bir koalisiya hökuməti deyil. Bir AKP hökuməti də deyil. Partiyaların qurduqları bir koalisiya və ya hökumət ortaqlığı da deyil. Bu, tək-tək millət vəkillərinin konstitusiya zərurət və siyasi məsuliyyət boynuna götürərək qurduqları bir hökumətdir. Mən bu çərçivədə vəzifəsi qəbul edilən bütün dostlarımıza təşəkkür edirəm. Xeyirli olsun".
    9
  • ABŞ-da aviaşouda təyyarə qəzaya uğrayıb, pilot ölüb
    29.08.2015 00:30
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/185d5820631e6ce6ea68c0144264dacf.jpg
    http://az.apa.az//upload/images/news/2015/august/29/small/185d5820631e6ce6ea68c0144264dacf.jpg
    Bakı-APA. ABŞ-ın Nyu-York ştatının beynəlxalq hava limanında keçirilən aviaşouda təyyarə qəzaya uğrayıb.

    APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində pilot ölüb.

    ABC telekanalının məlumatına əsasən, insident yerli vaxtla saat 14:00-da qeydə alınlb.

    Hadisənin təfərrüatları və başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.
    9
  • Leyla Qurbanova qızıl medal qazandı -
    29.08.2015 00:09
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMDgvMjgvMjMvNTYvNTIvMzQvbGV5bGFfZ3VyYmFub3ZfYXplX2RmLl9zYWVfbmFuam9fanBuXzVfNF8yLTE0NzA3LTkyMC00ODUtMTAwLXdtLXJpZ2h0X2JvdHRvbS0xMDAtaW1hZ2Vzd21wbmcuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM0UiXV0?sha=b9318471
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMDgvMjgvMjMvNTYvNTIvMzQvbGV5bGFfZ3VyYmFub3ZfYXplX2RmLl9zYWVfbmFuam9fanBuXzVfNF8yLTE0NzA3LTkyMC00ODUtMTAwLXdtLXJpZ2h0X2JvdHRvbS0xMDAtaW1hZ2Vzd21wbmcuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM0UiXV0?sha=b9318471
    Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

    Oxu.Az xəbər verir ki, avqustun 27-28-də mübarizəyə yeniyetmə qızlar qoşulub. 

    Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edirlər.

    Çempionatın üçüncü günündə Azərbaycan güləşçiləri Zelfira Ələkbərli və Şəbnəm Əhmədova bürünc medal qazanıblar.

    Yarışların dördüncü günündə 40, 46, 52, 60 və 70 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar yarışıblar. Azərbaycan yığması yalnız 52 kiloqram çəki dərəcəsində təmsil olunub. Güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb.

    Leyla Qurbanova bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finaladək təmsilçimiz ABŞ, Yaponiya, Polşa və Hindistan idmançılarını mübarizədən kənarlaşdırıb. Həlledici mərhələdə L.Qurbanova Rusiyadan olan rəqibini 6:0 hesablı təmiz qələbə ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib.

     
    18
  • Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı başlayıb
    29.08.2015 00:02
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Şəki, 28 avqust, Mustafa Dadaşov, AZƏRTAC

    Avqustun 28-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan və festivallar şəhəri kimi tanınan Şəkidə növbəti beynəlxalq tədbir - IV Beynəlxalq Qafqaz Motofestivalı başlayıb.

    "Harley Davidson" "Baku HOG Azerbaijan", Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda dünyanın müxtəlif... Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı başlayıb

    Arxiv.az

    108.161.133.88
    8
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri