Səlim Müslümov 16 gəncə yeni vəzifə verdi

"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aparılan kadr islahatları zamanı boş qalan yerlərin tutulması üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etmişdi. Komissiya 35 nəfər ehtiyatda olan şəxsin məlumatlarını nazirliyə göndərib". Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov həmin gənclərlər görüşündə bildirib. Onun sözlərinə görə, həmin şəxslərdən 16 nəfərinin əmri verilib.

Nazir yeni işə təyin olunan gənclərə müraciət edərək, onlara şəffaf işləməyi tövsiyə edib. "Prezidentin dekabrın 1-də imzaladığı sərəncamla dövlət qulluğunda çalışanların əmək haqları 35 faiz artırılıb. Heç şübhəsiz ki, bu proses davam edəcək".

Nazir gənc işçilərə korrupsiyadan uzaq işləməyi tapşırıb.

S. Müslümov vurğulayıb ki, hazırda nazirlikdə vakant yerlər yenə də qalmaqdadır.