Türk musiqisinin şedevri öldü

Uzun müddətdir ki, ağır xəstəlikdən Okmeydanı xəstəxanasında müalicə olunan Türkiyə musiqi sənətinin şedevrlərindən biri dünyasını dəyişib.ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tanınmış müğənni Adnan Şenses Türkiyə vaxtı ilə saat 20:30 radələrində vəfat edib.Adnan Şenses kim olub?Türk sənət musiqisi müğənnisi, musiqiçi bəstəkar və keçmiş kino aktyoru Adnan Şenses 21 Avqust 1935-ci ildə Türkiyənin Bursa şəhərində doğulub. İbtidai məktəbə Ankara İsmət İnönü ibtidai məktəbində başlayan A.Şenses, təhsilini İstanbula köçdükləri üçün Karagümrük orta məktəbində davam etdirib və həmin məktəbdə də başa vurub.Ailəsinin istəyi ilə dülgərliklə Şenses, 1956-cı ildə öz istəyi əsasında musiqi sənəti ilə maraqlanamağa başlayır və ilk musiqi dərslərini Suzan Yakar Rutkaydan alır.16 il Ankara radiosunda işləyən Şenses sonradan məşhur kazinolarda işləməyə başlayır. Bundan başqa o, 47 filmdə müxtəlif rollarda oynayıb və bir çox albom çıxardıb.2013-ci ildə Sezen Aksunun hədiyyə etdiyi "Bekleyemedin mi" və "Kaybolan Yıllar" adlı mahnılarının da olduğu "Adnan Şenses bir əfsanədir" albomunu buraxdırır.Albomda Sezen Aksudan başqa, Selami Şahin və Səlcuq Tekay kimi adların da mahnıları var.