yuxarıya
Onlayn Ödəmə
Nazir: Çövkən oyunu YUNESKO-nun qorunan mədəni irs siyahısına daxil edilib
16.12.2013 21:53
A A
Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət bütün sahələrdə, xüsusən tariximizə baxışda öz müsbət nəticəsini verməkdədir.

Gün.Az-ın bölgə müxbirinin məlumatına görə, bu barədə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu gün Şəkiyə səfəri çərçivəsində jurnalistlərlə söbətində bildirib.

Nazirin sözlərinə görə, YUNESKO tarixində ilk dəfə çövkən milli oyunu bu beynəlxalq təşkilatın qorunan qeyri mədəni irs siyahısına daxil edilib. Əbülfəs Qarayev onu da qeyd edib ki, YUNESKO bu qərarı qəbul etməklə bir daha çövkən milli oyununun Azərbaycana aid olduğunu beynəlxalq ictimaiyyətə bəyan edib və eyni zamanda tarixən Qarabağ cins atlarının üzərində oynanıldığını təsdiqləyib. Nazir beynəlxalq təşkilatlar qarşısında gələcəkdə də müvafiq məsələlərin qalrırılaraq həlli istiqamətində davamlı iş aparılacağını diqqətə çatdırıb.

R.Turaloglu

Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
39
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Bakıda pərdəli avtomobil sürən 300 sürücü cərimələndi
    26.11.2014 13:06
    "Maşınların arxa və yan şüşələrinə standarta uyğun pərdə və jalüzlərin vurulması halları azalıb". Bunu  Modern.az saytına Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyib.Onun sözlərinə görə, pərdə və...
  • Qara dəniz ölkələri üçün əməkdaşlığımız və birgə fəaliyyətimiz çox vacidbir - səfir
    26.11.2014 11:59
    Bakı, 25 noyabr, SalamNews, R.Ziya. Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclası keçirilib.SalamNews xəbər verir ki, iki gün davam edən iclasda Azərbaycanla birgə Bolqarıstan, Rumıniya, Ukray...
  • Bakıda məscidi yandırdılar
    26.11.2014 11:26
    Noyabrın 26-da səhər saat 01:55 radələrində Qaraçuxur məscidində yanğın olub.Oxu.Az xəbər verir ki, Hafta.az-ın verdiyi məlumata görə, məscidə 6-7 min manat həcmində ziyan dəyib.Məscidin axundu Mirmahmud Fəttayev məscidin yandırıldığını iddia edib.Lakin bununla bağl..
  • Qafqaz şeyxi Xameneyi ilə görüşdü
    25.11.2014 23:27
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində ölkənin Ali Dini Lideri Ayətullah əl-üzma Seyid Əli Xameneyi ilə görüşüb.QMİ-dən Axar.az verilən məlumata görə, görüş zamanı İranın dini rəhbəri İslam ...
  • Polislərə marallar paylandı
    25.11.2014 17:33
    Rusiya Daxili İşlər Nazirliyi ölkənin şimal rayonlarında çalışan polis əməkdaşları üçün qeyri adi minik növü müəyyənləşdirib.ANS PRESS-in məlumatına görə, polis nişanlı şimal maralları artıq rəsmi olaraq soyuq bölgədə asayiş qoruyucularının miniyi kimi qeydə ...
  • Xalq artistinin ailə faciəsi ilə nəticələnən yol qəzasına səbəb olan şəxs Ali Məhkəməyə müraciət edib
    25.11.2014 16:43
    Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə nəticələnən yol qəzasına səbəb olan Xalid Mədətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.APA-nı...
  • Azərbaycan Kəlağayısı UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib
    26.11.2014 16:18
    Bakı. Cavid Zeynallı - APA. Bu gün Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Kəlağayı faylı ...
  • Eminin əkizləri üçün tikdirdiyi möhtəşəm villadan
    26.11.2014 16:11
    Müğənni Emin Ağalarov oğlanları üçün Xəzərin sahilində saray inşa etdirib."Qafqazinfo" Rusiya KİV-nə istinbadən xəbər verir ki, hər istrahət günləri Moskvadan Bakıya oğlanları Əli və Mikayılı görmək üçün gələn müğənni uşaqları ilə daha rahat vaxt keçirmək ...
  • Dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənəcək
    26.11.2014 16:08
    Dərman bazarında qiymətlərin kəlləçarxa çıxmaması üçün dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi nəzərdə tutulur.Gün.Az xəbər verir ki, bunu parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sözügedən komitənin noyabrın 26-da keçirilən iclasını...
  • Qubada sakinlər içməyə su tapa bilmirlər
    26.11.2014 16:03
    300-ə yaxın sakini olan Qubanın Cağacıq kəndi bir həftdədir ki, içməli su problemi ilə üzləşib. Bunun səbəbi kəndi su ilə təmin edən arteziana verilən elektrik enerjisinin kəsilməsidir. Sakinlər bildirirlər ki, enerji xəbərdarlıq edilmədən kəsilib. Səbəb kimi isə on...
XƏBƏR LENTİ
  • Bakıda müştərini öldürən satıcının cəzası ağırlaşdı
    26.11.2014 16:22
    http://lent.az/photo/Apelyasiya-Mehkemesi-lovhe.jpg
    http://lent.az/photo/Apelyasiya-Mehkemesi-lovhe.jpg
    Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 17 yaşlı Elməddin Dünyamalıyevin barəsində verilən hökmdən Baş Prokurorluğun protestinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi qərar dəyişdirilib. Baş Prokurorluq və zərərçəkmiş tərəfin şikayəti qismən təmin edilib. Məhkəmə Elməddin Dünyamalıyevin cəzasını 7 ildən 9 ilədək artırıb.

    Qeyd edək ki, 2012-ci il sentyabrın 11-də Xətai rayonu İnqilab İsmayılov küçəsi 11 ünvanında ünvanıda fəaliyyət göstərən tikinti materialları mağazasına gələn iki müştəri mağazanın satıcısı, 17 yaşlı Elməddin Dünyamalıyevlə mübahisə edib. Mübahisə zəminində E.Dünyamalıyev müştəri, 27 yaşlı Elməddin Məmmədovu bıçaqlayaraq qətlə yetirib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Dünyamalıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq və zərərçəkmiş tərəf apelyasiya şikayəti verilib.
    0
  • İŞİD-in yanından keçib Kərbəlaya doğru: şiələri gözləyən ölüm təhlükəsi
    26.11.2014 16:22
    http://avrasiya.net/wp-content/uploads/isid10.jpg
    http://avrasiya.net/wp-content/uploads/isid10.jpg
    Britaniyanın "The İndependent" qəzeti şiələri gözləyən ölüm təhlükəsi haqda yazıb.

    Qəzet yazır ki, bu günlərdə dünyanın ən təhlükəli ziyarəti gedir. Şiə müsəlmanlar "İslam Dövləti" (İŞİD) yaraqlılarının nəzarətində olan ərazilərin yanından keçməklə İraqın Kərbəla şəhərinə gedirlər. Bağdadın 70 km-liyində olan Kərbəlada dekabrın 12-si müqəddəs gündür. İmam Hüseynin builki təqvimlə ölüm gününün 40-dır...

    680-ci ildə öldürülən İmam Hüseynin türbəsi Kərbəlada yerləşir. Bura 2013-cü ildə 40 ölkədən 20 milyon zəvvar gəlib. Bu, dünyada ən yüksək illik göstəricidir. Hindlilərin Kumbh Melaya ziyarəti dünyada ən çox adam gələn ziyarətdir, ancaq bu ziyarət 3 ildən bir olur.

    Məkkə ziyarətinə ildə 2 milyon adam gedir. Kərbəla ziyarətləri isə indi çox təhlükəlidir. Keçənilki Kərbəla ziyarətində onlarla adam öldü. Sünni yaraqlılar onlara raket atırdı, maşınlara bomba qoyurdu.

    Məlum olduğu kimi, İŞİD yaraqlılarının əsas hədəflərindən biri şiələrdir. Kərbəlaya gedən yollar çox təhlükəlidir. Zəvvarlar Bəsrədən Kərbəlaya 450 km-lik yolu piyada iki həftəyə gedir. Burada həddən çox adam var və hücum üçün çox əlverişlidir ("Azadlıq" radiosunun xülasəsi əsasında).
    0
  • Müstəmləkəçiliyə məruz qalan gözəl şəhər: Sidney
    26.11.2014 16:22
    http://interaztv.com/sites/default/files/Sydney Travel3_0_420x250.jpg
    http://interaztv.com/sites/default/files/Sydney Travel3_0_420x250.jpg
    Sidney Avstraliyadakı ən qədim məskunlaşma mərkəzlərindən biridir. Şəhər Avstraliyanıniqtisadimərkəzi rolunu oynayır.

    Şəhər "Jackson" limanının sahillərində qurulub. Sidney "Botany" körfəzi ilə "Pittwater" arasında yaşayan "Darut" qəbiləsinin yurdu olaraq tanınır. Bu səbəblə burada qədimdən qalma çox sayda yaşayış məskənləri var.

    Sidneydə həyat 1778-ci ildə bir müstəmləkə koloniyası olaraq başlamışdır və şəhər 60 il ərzində Böyük Britaniyada müxtəlif cinayətlər törədən şəxslərə sığınacaq verdi. Bu pis başlanğıca baxmayaraq Sidney hal-hazırda dünyada məşhur bir mədəniyyət və sənət mərkəzi halına gəlməyi bacarmışdır.

    Sidneydəki yerli xalq buraya 18-ci əsrdə gələn ingilis əsgərləri tərəfindən zorla sürgün edilib. Yerli xalqın böyük bir qismi ingilis hərbi qüvvələri tərəfindən qətlə yetirilmiş, geri qalanların əhəmiyyətli bir qisimi isə ümumiyyətlə pis iş şərtlərindən qaynaqlanan xəstəliklər səbəbiylə ölmüşdür.

    1778-ci ilin yanvar ayında Sidneyə gələn İngilis donanması komandiri Ceyms Cookun təklifiylə şəhərə İngiltərədən 759 nəfər cinayətkar gətirilmişdir. İngilis donanmasının yerləşməsindən sonra körfəzin şimalında bugünkü Sidney şəhəri inkişaf etmişdir.

    2000-ci ildə Olimpiya oyunlarına da ev sahibliyi edərək məşhurluğunu bir az daha artırıb və özündən müvəffəqiyyətlə söz etdirə bilib.

    Sidney Opera evi

    Sidney operaya maraq göstərənləri belə maraqlı memarlıq quruluşu ilə özünə çəkməyi bacarmışdır. Bura mövsümi opera tamaşalarından başqa balet, teatr, film və klassik musiqi performanslarına da ev sahibliyi edir.

    Sidney körpüsü

    Sidneyin və Avstraliyanın ən əhəmiyyətli strukturlardan biridir. Rəsmi olaraq 19 mart 1932-ci il tarixində istifadəyə verilib və o tarixdən bu günə qədər bir neçə dəfə təmir olunub.

    Sidney qülləsi

    Ziyarətçilərə açıq olan müşahidə qismi yerdən 305 m yüksəklikdə yerləşir.

    Darlinq limanı

    Sidney Əyləncə Mərkəzi, Sidney Çin bağçaları, "Tumbalonq" parkı, Milli Dəniz Muzeyi və Sidney Akvariumu kimi müxtəlif binaların olduğu bölgədə yerləşir.
    0
  • Yarıçılpaq azərbaycanlı modellər - "Azeriman"lər
    26.11.2014 16:20
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTEvMjYvMTUvMzUvMDYvMTkvdW5uYW1lZC5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NT4iXV0?sha=d115e96c
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTEvMjYvMTUvMzUvMDYvMTkvdW5uYW1lZC5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NT4iXV0?sha=d115e96c
    Bu yaxınlarda azərbaycanlı kişi modellərinin yarıçılpaq fotolarını çəkən Andy Agapo (Andrey Agapov) adlı fotoqrafın işlərindən xəbər tutdum.

    Ölkə şərtlərimiz daxilində qəbul edilməyən bu cür fotolayihənin müəllifinin fikirlərini öyrənmək mənim üçün çox maraqlı gəldi.

    Necə olur ki, yazılan bu qədər mənfi şərhlərə və deyilən xoşagəlməyən fikirlərə əhəmiyyət vermədən öz işini hər gün əvvəlkindən daha da keyfiyyətli təqdim etməyə davam edir....

    Oxu.Az xəbər verir ki, Andy Agapo Azərbaycanda kişilərə həsr olunan ilk və yeganə fotolayihə - "Azeriman"in müəllifidir.

    "Mən Avropa markaları ilə işbirliyi olan təcrübəli modellər, habelə özünü model biznesində yoxlamaq istəyənlərlə birgə işləyirəm. Əsasən, modellərlə dostlar tanışlar və ya internet saytım vasitəsi ilə əlaqə qururam.

    Mənim fotoqraf dostlarım çoxdur. Onların hər birinin özünəməxsus üslubu var. Hər biri öz sahəsinin peşəkarıdır. Mənim ağlıma belə bir fikir gəldi ki, sırf kişi fotoları layihəsi üzərində çalışım. Ona görə ki, bizim ölkəmizdə bu üsluba çox üstünlük verilmir, səbəb isə milli mentalitetdir... Amma bu adət-ənənə mənim üçün o qədər də əhəmiyyət kəsb etmir. Ona görə də mən istədiyim fotonu çəkirəm. "Azeriman" layihəsinin öz auditoriyası var. Əlbəttə, mənfi rəy verənlər daha çoxdur, lakin bu, mənim üçün yaxşı haldır. Çünki müsbət və mənfi rəylər birlikdə mənim işləməyimə daha çox stimul verir"- deyə Andy Agapo bildirib.

    Aytən Sadıqzadə
    1
  • Yeni ailə qurmuş cavanların rabitələrini möhkəm etmək üçün tövsiyələr - ARAŞDIRMA
    26.11.2014 16:19
    http://deyerler.org/uploads/thumbs/U437M5U.jpg
    http://deyerler.org/uploads/thumbs/U437M5U.jpg
     

    Deyerler.org: Bir çox təzə ailə qurmuş cavanlar ilk zamanlar bir-birinə eşq və əlaqə nişan verərlər. Ancaq çox təəssüf ki, tədbirsiz olduqları üçün get-gedə rabitələrinin soyuq olmasına şahid olarlar. Bəs ərlə arvad rabitəsinin möhkəm olması üçün nə etməlidir?

    Yeni ailə qurmuş cavanlar gərək üç sahədə biliklərini artırsınlar:

    - Qadınla kişinin rabitə quran zaman fərqli baxışlara malik olduqlarını öyrənmək, yəni qadınla kişinin rabitə fərqlərini öyrənmək.

    - Bir-birinin fərqli cismə malik olduqları haqqında mütaliələr etmək.

    - Məsələni necə həll etmək və düzgün qərar çıxartmaq barədə bigiləri artırmaq.

    Qadınla kişi ailə quran zaman gərək rabitə qurmaq üçün özlərinə vaxt ayırsınlar. Yəni, bu rabitəni ön plana çəksinlər. Yersiz sözlər və eyb tutmaq yerinə, bir-birinin müsbət nöqtələrindən söz açsınlar.

    Ərlə arvadın rabitəsini möhkəmləndirə bilən amillər:

     

    1. Dindarlıq. İman, qadınla kişinin münasibətini möhkəm edər və ailədə izzəti-nəfsi, nikbinlik hissini gücləndirər. Ailədə olan narazılıqların sayını azaldar və narkotik kimi haram maddələrdən istifadə etməyin qarşısını alar. Cütlərin ən çox problemi ailəyə qarşı səthi baxışları və şəxsiyyət azadlığının təhlükə altına girməsinə görədir.

     

    2. Həmrəy olmaq. Əgər cütlər bir-biri ilə həmrəh olsalar, bir-birinin hisslərini, rəftar və təfəkkürünü rahatlıqla dərk edə bilərlər. Həmrəh olmaq o demək deyildir ki, qarşı tərəfin nəzərlərini təsdiq edəsən. Bəlkə onu ürəkdən dərk etməkdir. Əgər ərlə arvad arasında həmrəylik olmazsa, onların arasında olan rabitə və münasibət gərgin və iztirablı olar. Hər iki tərəf bu nəticəyə gəlib çatar ki, bir-biri üçün əhəmiyyətli deyildirlər. Belə ki, həmrəylik qadınla kişinin qarşılıqlı hüzuruna səbəb olar.

     

    3. Məhəbbəti bəyan etmək. Sevgini bəyan etmək ailənin davamlı olmasına səbəb olar. Ərlə arvad arasında ruhi hüzur və təhlükəsizlik yaradar. Ərlə arvad bir-biri üçün himayə çətiri olarlar. Ancaq bilmək lazımdır ki, eşq məfhumu qadınla kişi arasında fərqlidir. Hər biri öz hiss və sevgisini bəyan etmək üçün özünəməxsus yollardan istifadə edirlər. Misal üçün kişi bazarlıq edərək və ya xanımı üçün hədiyyə alaraq, qadın isə ləzzətli yemək bişirərək və evdə orijinal bir iş görərək.

     

    4. Söz rabitəsi. Söz rabitəsi qadınla kişi arasında olan mühüm rabitələrdən biridir. Hər ikisi cisni fərqə görə bir-biri üçün gərginlik mənbəyinə də çevrilə bilər. Əgər cütlər hər iki cünsin rabitə quran zaman rastlaşdıqları problemlə tanış olsalar, rabitə quran zaman daha yaxşı sözlərdən istifadə edə bilərlər. Misal üçün, kişilər hədəfə malik insanlardır, yəni söhbət edən zaman hədəflərini sürətlə bəyan edərlər. Halbuki, xanımlar rabitə qurmağı sevən tərəfdir və əvvəl cüzi mövzulardan danışar və sonra əsl məsələyə gələrlər. Əgər bu söhbətlər zamanı xanımlar cüzi mövzulara az toxunsalar və kişilər də quru söhbətlərini bir qədər şirinləşdirsələr, daha yaxşı rabitə üçün addım atmış olarlar.

    Hər bir halda qadınla kişi əgər bir-biri haqqında kifayət qədər məlumata malik olsalar, öz rabitələrinin bağlarını güvvətləndirmək üçün addım atmış olar və həyatlarından ləzzət alarlar.

     

    1
  • Azərbaycan Kəlağayısı UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib
    26.11.2014 16:18
    http://apa.az/photos/UNESCO.jpg
    http://apa.az/photos/UNESCO.jpg
    Bakı. Cavid Zeynallı - APA. Bu gün Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

    Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.

    Nazirlikdən bildiriblər ki, komissiyanın bugünkü iclasında Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, Komitə üzvlərinə təşəkkür edib və UNESCO siyahısına daxil edilməsinin Kəlağayı sənətinin ölkəmizdə inkişafına kömək edəcəyini bildirib.

    Qeyd edək ki, hazırda Kəlağayıdan başqa Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.
    3
  • QHT rəhbərləri Türkiyə baş nazirinin müavininə Qarabağ məsələsini danışıblar
    26.11.2014 16:17
    http://cdn.gun.az/8853.jpg
    http://cdn.gun.az/8853.jpg
    Azərbaycanın bir neçə QHT-nin rəhbəri Türkiyə Böyük Millət Məclisində Türkiyə baş nazirinin müavini, iqtisadiyyat naziri Ali Babacan və Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, millət vəkili İsmail Safi ilə görüş keçiriblər.

    Gün.Az xəbər verir ki, görüşdə Avrasiya İqtisadi Əlaqələr Dərnəynin (EkoAvrasiya), Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımıyla əlaqədar tədbirləri çərçivəsində Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, BayMedia İnformasiya Agentliyinin redaktoru Elnur Eltürk iştirak ediblər.

    Tərəflər arasında maraqlı fikir mübadiləsi aparılıb. Dövlətlərərası əlaqələr, Qarabağ problemi və digər məsələlər müzakirə olunub.

    QHT sədrlərinin Türkiyə Böyük Millət Məclisinin iclasını izləmək şansı olub. QHT sədrləri bu şəriat üçün Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə öz təşəkkürünü bildiriblər.

    0
  • Lənkəranda "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda konfrans keçirilib
    26.11.2014 16:16
    http://img.salamnews.org/9b703e5ffe706ca78d6269756e801f12/thumb_225_461.jpg
    http://img.salamnews.org/9b703e5ffe706ca78d6269756e801f12/thumb_225_461.jpg
    Bakı, 26 noyabr, SalamNews. Lənkəranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Respublikanın Cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda ikigünlük regional konfrans keçirilib.

    Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, tədbirin məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır.

    Konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başcısı Taleh Qaraşov, Milli Məclisin deputatları - Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı iştirak ediblər.

    Tədbirdə çıxış edən M.Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən danışıb. Azərbaycan İslam ölkəsidir və bizim də mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Biz də bu dəyərləri qoruyan ölkələr sırasında olmaqla İslamı yad təsirlərdən qorumalıyıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.

    Sonra dinlənilən məruzələr ətrafında müzakirələr aparılıb.





    2
  • Amerikalı məmurlar Pentaqon rəhbəri vəzifəsini tutmağa qorxurlar
    26.11.2014 16:16
    http://img.salamnews.org/2867891f657fad6b0178684d7666aa65/thumb_the_pentagon_january_2008_829.jpg
    http://img.salamnews.org/2867891f657fad6b0178684d7666aa65/thumb_the_pentagon_january_2008_829.jpg
    Bakı, 26 noyabr, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Pentaqon rəhbərliyinə əsas namizədlərdən biri olan İdarə başçısının keçmiş müavini Mişel Flurnoy onun bu vəzifəyə namizədliyinin irəli sürülməsindən imtina edib ki, bu da prezident Barak Obamanın Çak Heygelin xələfi axtarışını son dərəcə çətinləşdirə bilər.

    SalamNews-un RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, M.Flurnoy qərarı barədə rəhbərlik etdiyi Amerikanın təhlükəsizliyi uğrunda qeyri-hökumət mərkəzinə (Center for a New American Security (CNAS)) müraciətində bildirib. Mərkəzin rəhbəri olaraq qalacağını bildirən Flurnoy B.Obamadan Pentaqon rəhbəri vəzifəsinə namizədliyinin nəzərdən keçirilməməsini xahiş edib. Belə bir qərar verməyinə səbəb kimi isə o, ailə vəziyyətini göstərib.

    "Dünən axşam prezident Obama ilə söhbət etdim. Ondan ailə vəziyyətimlə əlaqədar olaraq, bu vəzifəyə namizədliyimin nəzərdən keçirilməməsini xahiş etdim. Xeyli düşündükdən sonra qərara gəldik ki, indi hökumətə qayıtmaq üçün uyğun vaxt deyil."", - Flurnoyun CNAS-a məktubunda deyilir.

    İndi Pentaqon rəhbəri vəzifəsinə cəmi iki namizəd qalıb. Namizəd Eşton Karter də Flurnoy kimi, bundan əvvəl İdarə başçısının müavini vəzifəsini tutub. Digər namizəd isə Rod-Aylenddən olan demokrat senator Cek Riddir. Lakin o, Ç.Heygelin istefasının açıqlanmasından az müddət sonra namizədliyinin irəli sürülməsindən imtina edib.





    1
  • WhatsApp barədə nələri bilirsiniz? - MƏSLƏHƏTLƏR
    26.11.2014 16:14
    http://img.milli.az/n/clickable/204433/0a/8/310734.jpg
    http://img.milli.az/n/clickable/204433/0a/8/310734.jpg
    Dünyanın ən populyar messencerinə çevrilmiş WhatsApp-da hansı funksiyalar var, nə kimi üstünlüklər mövcuddur və sirləri necə saxlamaq olar?

    Milli.Az Mashable-a istinadən bildirir ki, Android, iOS, BlackBerry və Windows Phone əməliyyat sistemli smartfonlarla planşetlərdə 800 milyona yaxın istifadəçisi olan WhatsApp barədə sadə suallara proqramın FAQ (Tez-tez verilən suallar) bölməsində cavab tapmaq olar.

    WhatsApp, əsasən, istifadəçinin telefon nömrəsi, onun istifadə etdiyi elektron poçt ünvanı və mesajlarını saxlayır.

    WhatsApp-da istifadəçinin smartfon və ya planşetindəki telefon nömrələri, ünvanları və mesaj mətnlərini əsas serverlərdə 30 gün saxlayandan sonra silir.

    Proqram istifadəçi barədə konfidensial məlumatları da toplamır.

    Bununla belə, WhatsApp istifadəçiləri aldıqları və yolladıqları fotolar, audio və videofaylların "bulud" servislərində arxivləndirilməsi zamanı ehtiyatlı olmalıdır.

    iCloud servisinə hakerlərin hücumu deyilənləri daha səbatlı edən məqamlardan biri sayıla bilər.

    Təhlükəsizliyi tam təmin etmək istəyən istifadəçi mesajların arxivinin "bulud" servislərinə yüklənməsinin qarşısını ala bilər.

    Bundan başqa, WhatsApp-a daxil olmağı, proqramda onlayn qalmağı da gizlətmək mümkündür.

    Android əməliyyat sistemi ilə çalışan smartfon və planşet sahiblərinə gəldikdə isə, onlar Google Play-dən WhatsApp Lock proqramını yükləməklə proqrama "qıfıl" qoya bilərlər.

    "Whats Packed 2 Ads" proqramı istənilən həcmdə faylı arxiv formasında yollamağa imkan verir.

    WhatsApp mesajları avtomatik şəkildə arxivləşdirdiyi üçün silinmiş mesajları fövqəladə hallarda yenidən yükləmək mümkündür. Bunun üçün proqramı smartfon, yaxud planşetdən silərək yenidən yükləmək lazımdır.

    WhatsApp-da alınan böyük həcmli faylları smartfona yükləyərək internet trafikini çox sərf etməyin qarşısını almaq üçün yalnız Wi Fi-dan yararlanmaq olar.

    Üstəlik, WhatsApp mesajları paket halında sıxaraq mübadilə etdiyi üçün 10 min mesajlıq söhbət fotolarla birlikdə maksimum 50 meqabayt yer tutur.

    Və ən nəhayət, təhlükəsizliyin normal səviyyədə təminatı üçün WhatsApp-la yolladığınız, yaxud aldığınız fotoları smartfon və ya planşetin yaddaşından silin.

    6
  • Sergey Mixeyev: "Xəzər mövzusunda Rusiya, Azərbaycan və Qazaxıstan arasında ciddi problem yoxdur"
    26.11.2014 16:14
    http://www.azadinform.az/up/news/article/2014/noyabr/26/leyla5.jpg
    http://www.azadinform.az/up/news/article/2014/noyabr/26/leyla5.jpg
    İndiki halda Xəzər regionunda ümumi informasiya məkanı yoxdur. AZADİNFORM-un məlumatına görə bunu Xəzər Əməkdaşlıq İnstitutunun direktoru, politoloq Sergey Mixeyev deyib.

    O qeyd edib ki, bunun bir neçə səbəbi var, İran və Türkmənistanın bəzi cəhətləri də onların tərkibinə daxildir: "İran müstəqil siyasəti olan ölkədir. Ölkənin qədim və zəngin mədəniyyəti var. İran heç zaman ümumi Xəzər dialoquna daxil edilməyib. Son 20 il ərzində vəziyyət dəyişib. İndi 5 Xəzəryanı ölkə tək lokal kontekstdə deyil, qlobal, geosiyasi kontekstdə də kollektiv müzakirələr aparmağa çalışır. Ümumi informasiya sferasına ehtiyac var. İran da bu prosesə inteqrasiya edilməlidir, İranın aktiv iştirakı olmadığı üçün biz problemləri tam şəkildə müzakirə edə bilmirdik".

    Mixeyev hesab edir ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda Türkmənistanın xüsusi mövqeyi var: "Türkmənistan aktiv şəkildə iştirak edərsə, hər kəsə faydalı ola biləcək beştərəfli razılaşma və informasiya mübadilə etmək olar".

    Politoloq qeyd edib ki, Azərbaycan, Rusiya, Qazaxıstana gəlincə, onların arasında ümumi informasiya mühiti olduğunu demək mümkündür: "Bu ölkələrin hakimiyyəti adekvat şəkildə regionda yaranan problemləri dərk edir. Və bu məntiqlidir ki, Xəzər mövzusunda Rusiya, Azərbaycan və Qazaxıstan arasında ciddi problem yoxdur".

    Mixeyevin fikrincə, bu 3 ölkə arasında qarşılıqlı anlaşma üçün vacib faktor beynəlxalq kommunikasiyada rus dilinin qorunub saxlanılmasıdır.
    2
  • Məhşur ABBY Lingvo sosial şəbəkə yaratdı
    26.11.2014 16:14
    http://s010.radikal.ru/i313/1411/6b/bd70d341bd6d.jpg
    http://s010.radikal.ru/i313/1411/6b/bd70d341bd6d.jpg
    Hamımız geniş istifadə etdiyimiz ABBY Lingvo lügətləri artıq sosial şəbəkə platforması bazasında da təqdim edilir. ABBY şirkəti Lingvo Live sosial şəbəkəsini yaratmışdır. Hazırda şəbəkədə pulsuz olaraq 14 dildə 130 lügətdən istifadə etmək olar.

    Şirkətin bildirdiyinə görə, şəbəkə bazasında xarici dil kursları, peşəkar tərcuməçilərin xidmətləri və istifadəçilər arasında dil öyrənmək və ya tərcümə məqsədilə ünsiyyət qurulacaq.

    / WseMir.CoM
    1
  • "Həyat yoldaşıma yalvardım ki…" - "Toppuş bacı"
    26.11.2014 16:13
    http://wsemir.com/uploads/posts/2014-11/1417003851_32105_9a8uvimksh.jpg
    http://wsemir.com/uploads/posts/2014-11/1417003851_32105_9a8uvimksh.jpg
    Əməkdar artist Tünzalə Əliyeva yenidən plastik əməliyyat etdirmək istəyir.

    Wsemir.com-un məlumatına görə, aktrisa bu haqda "Gündəlik" verilişində deyib. Altı dəfə plastik əməliyyat keçirən "Toppuş bacı" həyat yoldaşının qadağasından söz açıb:

    "Buna görə peşman deyiləm. Yenə əməliyyat istəyirəm. Amma həyat yoldaşım icazə vermir.Qoysa, bu dəqiqə etdirərəm. Sonuncu əməliyyata ondan küsülü getmişdim. Axırıncı günə qədər yalvarıb-yaxardım ki, icazə versin. Deyir ehtiyac yoxdur, sən belə də gözəlsən. Əvvəlki plastik əməliyyatları ailəli olmadığım vaxtlarda etdirmişdim. Sonuncu estetik deyildi, mədəmi kiçiltdim".

    Qeyd edək ki, T.Əliyeva Röyal adlı gənclə ailə qurub.

    / WseMir.CoM
    5
  • Tanınmış aktrisamız qəzaya düşdü
    26.11.2014 16:12
    http://avrasiya.net/wp-content/uploads/husniye-300x225.jpg
    http://avrasiya.net/wp-content/uploads/husniye-300x225.jpg
    Bakı Bələdiyyə Teatrının aktirsası, əməkdar artist Hüsniyyə Mürvətova qəzaya düşüb. Publika.az-ın məlumatına görə, aktrisanın idarə etdiyi avtomobil bir neçə dəqiqə öncə Gənclik metrosundan Tibbi Universitetinə gedən istiqamətdə, Mirəli Qaşqay küçəsində vurulub. Əməkdaşımız H.Mürvətova ilə əlaqə saxlayıb. Mürvətova bildirib ki, "Nissan Tida" markalı avtomobil qəfil onun idarə etdiyi "Hyundai" markalı maşının qarşısına çıxıb:

    "Qəfil qarşıma çıxdı. Yaxşı ki, maşını bir az kənara qaçırtdım, yoxsa daha pis nəticələnəcəkdi. Hazırda maşını evakuatorla servisə aparırıq, dəymiş ziyanı sığorta ödəyəcək".

    Qəzadan çəkilmiş fotonu təqdim edirik.
    3
  • Eminin əkizləri üçün tikdirdiyi möhtəşəm villadan
    26.11.2014 16:11
    http://cdn.qafqazinfo.az/84145.jpg
    http://cdn.qafqazinfo.az/84145.jpg
    Müğənni Emin Ağalarov oğlanları üçün Xəzərin sahilində saray inşa etdirib.

    "Qafqazinfo" Rusiya KİV-nə istinbadən xəbər verir ki, hər istrahət günləri Moskvadan Bakıya oğlanları Əli və Mikayılı görmək üçün gələn müğənni uşaqları ilə daha rahat vaxt keçirmək üçün həmin sarayı tikdirdiyini deyir:

    "Bizim ev, bir deyil, iki binadır və onlar güzgü kimi bir-birilərini təkrarlayır. Biz atamla bu layihəni Leylanın hamilə olduğunu biləndə düşündük. Zamanla bu evlərin biri Əliyə, digəri Mikayıla qalacaq"

    Ağalarov hər həftə oğlanlarıyla vaxt keçirmək üçün saraya gəldiyini deyir: "Əvvəl onlar həyat yoldaşımla Londonda yaşayırdılar, lakin bu il məktəbə getdilər və doğma şəhərim Bakıda məskunlaşdılar".
    7
  • Reynaldosuz "Qarabağ", Mövludsuz fransızlar
    26.11.2014 16:09
    http://axar.az/cdn/2014/november/26/1417003520qarabag-1.jpg
    http://axar.az/cdn/2014/november/26/1417003520qarabag-1.jpg
    Sabah "Qarabağ" Avropa Liqasında son səfər matçına çıxır. Ağdam təmsilçisi Fransada "Sent-Etyen"lə görüşdən qalib ayrılsa, qrup mərhələsindən növbəti tura keçmək üçün böyük şans yaranır.

    Axar.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Bakıda məğlub edə bilmədiyi "Sent-Etyen"ə səfərdə qalib gəlməsə, şanslar minimuma enəcək. Amma "Qarabağ" səfər oyunlarında daha yaxşı təsir bağışlayır.

    Fransada uduzacaq komanda 1/16 final şansları ilə rəsmən vidalaşacaq. Məğlubiyyət isə "Qarabağ" üçün "İnter"lə matçı formallığa çevirəcək. Çünki Fransadan xalsız qayıdacağı halda Ağdam klubu 2-ci olmaq şansını itirəcək.

    Komandamız bu oyuna Reynaldosuz çıxacaq ki, bu da "Qarabağ" üçün böyük itkidir. Amma rəqib də ciddi itkilərlə meydana çıxacaq. Bunlar Allen Sen-Maksimin və Mövlud Ərdinçdir. Hər iki futbolçunun "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib.
    9
  • Dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənəcək
    26.11.2014 16:08
    http://cdn.gun.az/8856.jpg
    http://cdn.gun.az/8856.jpg
    Dərman bazarında qiymətlərin kəlləçarxa çıxmaması üçün dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi nəzərdə tutulur.

    Gün.Az xəbər verir ki, bunu parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sözügedən komitənin noyabrın 26-da keçirilən iclasının gündəliyinə çıxarılan "Dərman vasitələri haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirələri zamanı dilə gətirib.

    Onun qeyd etdiyinə görə, adıçəkilən qanuna 4.1.5-ci maddənin əlavə olunması təklif olunur ki, burada da "dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənməsi" məsələsi öz əksini tapır.

    Həmçinin, təklif olunur ki, 4.5-ci maddədə "tarifləri" sözündən sonra "və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri" sözləri əlavə edilsin.

    Eyni zamanda, qanuna "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafuiq icra hakimiyyəti orqanı tərəfindən təasdiq edilir", - məzmununda 4.6-cı maddənin əlavə olunması təklif edilir.

    "Hesab edirəm ki, bu dəyişikliklər xırda həcmili olsalar da, böyük və əhəmiyyətli dəyişikliklərdir.

    İndiyə kimi rayonlara ayrılan dərman vəsaitləri ilə bağlı vəsaitlər rayonların büdcəsinə cəmləşirdi. İndi isə, yəni, növbəti ilin büdcəsində bu vəsaitlərin bir əldə cəmləşməsi nəzərdə tutulur. Yəni, bundan sonra Səhiyyə Nazirliyi vasitəsilə bu vəsaitlər ayrılacaq.

    Əgər bir rayonda dərmanın qiyməti məsələn, 5 manata, digər rayonda isə 10 manata idisə, bundan sonra bütün rayonlarda qiymətlər eyni olacaq.

    Bu gün gündəliyə çıxarılan qanun layihəsində də əksini tapan dəyişikliklər məhz bu məqsədə xidmət edir. O məqsədə xidmət edir ki, qiymətlər kəlləcarxa çıxmasın", - deyə, komitə sədri bildirib.

    Kamil Həmzəoğlu

    5
  • Emin Agalarovun villasından fotolar
    26.11.2014 16:08
    http://wsemir.com/uploads/posts/2014-11/1417003288_32113_avfitvnxer.jpg
    http://wsemir.com/uploads/posts/2014-11/1417003288_32113_avfitvnxer.jpg
    Rusiya mətbuatı müğənni-bəstəkar Emindən müsahibə alıb.

    Wsemir.com-un məlumatına görə, sənətçi açıqlamasında şəxsi həyatı ilə bağlı maraqlı məqamlara toxunub.

    O deyib ki, hər həftə övladlarını görmək üçün Bakıya gəlir:

    'Əvvəl oğlanlarım həyat yoldaşımla birlikdə Londonda yaşayırdılar. Bu il isə onlar məktəbə başladıqlarına görə doğma vətənim Azərbaycana qayıtmalı oldular. Bizim iki evimiz var. Onlar bir-birinin eynisidir. Leylanın (həyat yoldaşı Leyla Əliyeva - red.) əkizlərə hamilə olduğunu öyrəndiyim andan etibarən atamla birlikdə bu ideyanı hazırladıq. Oğlanlarım böyüdükdən sonra evlərdən biri Mikayılın, digəri isə Əlinin olacaq. Ev çox işıqlıdır. Biz bu məqamı xüsusi düşünmüşük. Bütün otaqlardan dəniz görünməlidir. Hətta otaqların bəzilərində divarı şüşədən hazırlamışıq. Evin layihəsi üzərində yapon arxitektoru çalışıb. Mənim sevimli 'uşaq otağı'm burada yerləşir. Bakıya gedəndə bütün boş vaxtımı həmin otaqda keçirirəm. Cizgi filmlərinə baxıram, uşaqlarımla oynayıram".

    "Siz ideal atasınız" sualına Emin belə cavab verib:

    "Mən əminəm ki, uşaqlar ALLAHın əsl hədiyyəsidir. Hələ gənc yaşlarımdan uşaq arzulayırdım. Əkizlərimin olacağını eşidəndə sevincimdən qışqırdım, atlanıb-düşdüm. Həkim mənə güldü: "sakitləş". Onlar doğulanda isə yanlarından ayrılmırdım, əllərini buraxmırdım. İndi yanlarında olmayanda zəng vurub, sorğu-sual edirəm: "Bu gün nə edəcəyik?". Onlar mənə əmr verməyə başlayırlar: "Əvvəlcə leqonu quraq, sonra futbol". Hərdən sərt qərarlarım da olur'.

    Uşaqlığından danışan ifaçı İçərişəhərdə böyüdüyünü vurğulayıb:

    "Zamanla hər şey dəyişdi və biz Moskvaya köçdük. Bir dəfə Robert De Niro ilə birgə filmə baxırdıq. Atam dedi ki, 25 il əvvəl kimsə mənə desəydi ki, De Niro ilə oturub film izləyəcəksən, ona bu cavabı verərdim: "Siz dəli olmusunuz". Hər şey zamanla dəyişir"

    / WseMir.CoM
    1
  • Zaura brilyant üzük bağışladı - fotolar
    26.11.2014 16:08
    http://wsemir.com/uploads/posts/2014-11/1417003621_32106_1gyfkvsyus.jpg
    http://wsemir.com/uploads/posts/2014-11/1417003621_32106_1gyfkvsyus.jpg
    Əməkdar artist Rəmiş "5/5" verilişində aparıcını təəccübləndirib.

    Wsemir.com-un məlumatına görə, gitara ifaçısı barmağındakı brilyant üzüyü çıxararaq Zaur Kamala bağışlayıb:

    "İstəyirəm bu üzüyü Zaurun barmağına taxım. Rəmişin hədiyyəsi Zaurun barmağında olsa, ləzzətli olar. 3 əyarlıdır".

    Z.Kamal isə hər adamdan hədiyyə götürmədiyini deyib:

    "Mən hər hədiyyəni qəbul etmirəm. Böyük sənətkarın hədiyyəsidir. Payı çox olsun. Bunun aşağısına yazacam ki, "Rəmiş müəllimdən Zaura".

    / WseMir.CoM
    1
  • Azərbaycanda şəhid məzarına şok hörmətsizlik
    26.11.2014 16:07
    http://avropa.info/new/fotobaza/orta/28462.jpg
    http://avropa.info/new/fotobaza/orta/28462.jpg
    İmişli şəhərindəki Şəhidlər Xiyabanında Qarabağ döyüşlərində həyatını itirmiş şəhid məzarının barelyefi yoxa çıxıb.

    Avropa. info-nun bölgə müxbirinin verdiyi məlumata görə, həmin məzarın kimə aid olması belə bilinmir.

    "Amma dəqiqdir ki, məzar Qarabağ döyüşlərində dünyasını dəyişmiş şəhidə aiddir. Çünki, burada ancaq Qarabağ döyüşlərində həyatını itirmiş şəhidlərin məzarı yerləşir".

    Əməkdaşımız qeyd edir ki , İmişli şəhər sakinlərinin verdiyi məlumata görə, artıq məzarın barelyefi bir ildən artıqdır ki, yoxa çıxıb. Amma yerli icra strukturları hələ də bununla bağlı bir tədbir görməyib.

    Avropa.info İmişli şəhərində yerləşən Şəhidlər Xiyabanından çəkilmiş videonu təqdim edir.
    1
  • Beyləqanın içməli su problemi həll edilir
    26.11.2014 16:07
    http://avropa.info/new/fotobaza/orta/28463.jpg
    http://avropa.info/new/fotobaza/orta/28463.jpg
    Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir.

    "Azərsu" ASC-nin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, "Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" 2035-ci ilə qədər perspektiv inkişafı nəzərə alınmaqla Beyləqan şəhərində 25 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb.

    Bu layihə çərçivəsində rayonun Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinin 5200, həmçinin bu ərazidə məskunlaşmış 800-dən artıq məcburi köçkünün içməli su problemi də öz həllini tapacaq.

    Təməli 2012-ci ilin oktyabrın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş layihəyə uyğun olaraq Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək məqsədilə Əlinəzərli kəndi yaxınlığında 5 ədəd subartezian quyusu qazılıb və buradan şəhərə 8,6 km uzunluğunda magistral su xətti çəkilib. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd anbar, nasos stansiyası tikilib.

    Ümumi uzunluğu 91 km olan şəhərdaxili su şəbəkəsinin 81 km-lik hissəsi çəkilmiş, 4791 ünvan şəbəkəyə qoşulub. Artıq yeni şəbəkə ilə istehlakçılara içməli suyun verilməsinə başlanılıb.

    İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə smart-kart tipli sayğacların quraşdırılması davam etdirilir və indiyə qədər 5200-dən çox abunəçinin 2 minə yaxını sayğacla təmin olunub. Yanğın təhlükəsizliyini təmin etmək üçün 321 yanğın hidrantı quraşdırılıb.

    Layihə çərçivəsində Beyləqan şəhərinin kanalizasiya sistemləri də yenidən qurulur. İndiyədək 89,9 km uzunluğunda kanalizasiya xətlərinin 83 km-lik hissəsi inşa edilib, 2 mindən çox baxış quyusu tikilib.

    Layihənin növbəti mərhələsində məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək. Bununla da Beyləqan şəhərində yaranacaq tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək.

    Qeyd edək ki, Beyləqan şəhərində içməli su və kanalizasiya sistemləri 1980-ci illərdə yaradılıb. Layihənin icrasına qədər şəhər sakinlərinin təqribən 30 faizi mərkəzləşdirilmiş qaydada qrafik rejimlə içməli su ilə təmin olunurdu. Digər əhali içməli suya olan tələbatını fərdi qaydada ödəyirdi.
    1
  • İlin ən yaxşı müdafiəçiləri
    26.11.2014 16:06
    http://cdn.qafqazinfo.az/50551.jpg
    http://cdn.qafqazinfo.az/50551.jpg
    FİFA 2014-cü ilin simvolik 11-liyini müəyyənləşdirmək üçün 20 ən yaxşı müdafiəçi arasında seçim edəcək.

    "Qafqazinfo" xəbər verir ki, 2015-ci il yanvarın 12-də "Qızıl top"un təqdimetmə mərasimində 4 ən yaxşı müdafiəçinin də adı açıqlanacaq. 20 nəfərlik siyahıdan 4 nəfər müdafiəçi adı seçilərək ilin simvolik 11-liyinə daxil ediləcək. Həmin siyahıda yer alan futbolçular bunlardır:

    David Alaba (Bavariya), Xordi Alba (Barselona), Dani Alveş (Barselona), Jeremi Boatenq(Bavariya),Daniel Karvahal (Real Madrid), David Luiz (PSJ),Felipe Luiz (Çelsi), Mats Hummels (Borussia Dortmund),Branislav İvanoviç (Çelsi), Vinsent Kompani (Mançester Siti), Filip Lam (Bavariya), Marselo (RealMadrid), Xaviyer maskerano(Barselona), Pepe (Real Madrid), Pike(Barselona), Serxiyo Ramos (Real Madrid), Tiyaqo Silva (PSJ), Rafael Varan (Real Madrid), Pablo Zabaleta(Mançester Siti)

    İqbal
    2
  • Eminin Bakıdakı möhtəşəm villasından
    26.11.2014 16:06
    http://cdn.qafqazinfo.az/84145.jpg
    http://cdn.qafqazinfo.az/84145.jpg
    Müğənni Emin Ağalarov oğlanları üçün Xəzərin sahilində saray inşa etdirib.

    "Qafqazinfo" Rusiya KİV-nə istinbadən xəbər verir ki, hər istrahət günləri Moskvadan Bakıya oğlanları Əli və Mikayılı görmək üçün gələn müğənni uşaqları ilə daha rahat vaxt keçirmək üçün həmin sarayı tikdirdiyini deyir:

    "Bizim ev, bir deyil, iki binadır və onlar güzgü kimi bir-birilərini təkrarlayır. Biz atamla bu layihəni Leylanın hamilə olduğunu biləndə düşündük. Zamanla bu evlərin biri Əliyə, digəri Mikayıla qalacaq"

    Ağalarov hər həftə oğlanlarıyla vaxt keçirmək üçün saraya gəldiyini deyir: "Əvvəl onlar həyat yoldaşımla Londonda yaşayırdılar, lakin bu il məktəbə getdilər və doğma şəhərim Bakıda məskunlaşdılar".
    1
  • "Ölkəmizi tanıyaq"
    26.11.2014 16:05
    http://525.az/img/pics/large/30317_w1has0kpex.jpg
    http://525.az/img/pics/large/30317_w1has0kpex.jpg
    Ölkə prezidentinin təşəbbüsü və tapşırığına əsasən, Bakı məktəblərinin IX-XI siniflərində təhsil alan əlaçı şagirdlərin payız tətili müddətində bölgələrə səfəri müvəffəqiyyətlə yekunlaşdı. Xətai məktəbliləri kimi bizim də bəxtimizə Gəncəbasar bölgəsinə səyahət düşmüşdü.

    İlk öncə rayondakı təhsil ocaqlarının hamısını əhatə etməklə 44 nəfər seçildi. Bu zaman şagirdlərin təhsildə uğurları və nümunəvi davranışları əsas götürülmüşdü. İcra Hakimiyyətinin akt zalında humanitar məsələlər üzrə müavin Jalə Abdiyeva, şöbə müdiri Pənah İmanov və Kamran müəllimin iştirakı ilə tədbir barədə məlumatlandırma və təlimatlandırma prosesi həyata keçirildi. Ukrayna meydanındakı Heydər Əliyev parkında reallaşan yolasalma mərasimi isə öz təntənəsi ilə seçilirdi. Ekskursiyaçılara xüsusi geyimlər paylandı və ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyuldu.

    Dörd gün davam edən səfər əsnasında biz Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında olduq, həmin ərazilərin görməli yerlərinə baş çəkdik. Tarix və mədəniyyət abidələri ilə yaxından tanışlıq yaddaşımızda yeni səhifələr açdı, vətənimizin necə zəngin keçmişə, mentallıqla müasirliyin çuğlaşdığı bu günə malik olduğu barədə bilgilərimizi artırdı. Regionların durmadan yüksələn sosial-iqtisadi vəziyyətini, xalqın yaxşılaşan rifahını, insanlarımızın səmimiyyətini və qonaqpərvərliyini bir daha müşahidə elədik. Sözügedən tədbir təhsildə böyük uğurlar üçün stimul rolunu oynadı, dünyagörüşümüzü xeyli genişləndirdi, bizlərə yeni dostlar qazandırdı.

    Qrupumuzla birgə olan Xətai İH-nin şöbə müdiri Pənah müəllimin, Heydər Əliyev adına litseyin direktor müavini Nuranə Şıxəliyevanın, həkim Gülnaz xanımın diqqət və qayğısı ilə əhatələnmişdik. Bələdçilər Abbas Abbasov və Arif Qarayevin biliyindən çox bəhrələndik, Gəncədəki "De Luxe" otelindəki rahat şərait, yolboyu dadlı qidalanma xoşumuza gəldi, avtobusumuzu daim yol polisi əməkdaşlarının müşayiət etməsi isə əvvəldən müəyyənləşmiş təhlükəsizlik tədbirlərindən xəbər verirdi.

    Ölkəmizi doğrudan da yaxından tanımağımız üçün yaratdığı şəraitə görə möhtərəm prezidentimiz İlham Əliyev cənablarına dərin təşəkkürümü bildirirəm.

    O cümlədən, məktəbimizin direktoru Almaz Əzizovaya və sinif rəhbərim Fəxriyyə Bayramovaya da minnətdaram. Arzu edirəm ki, gələcəkdə belə səfərlər həm də bölgə məktəblilərinin doğma Bakımızla tanışlığı zəminində də tez-tez təşkil olunsun.

    Nuriyyə MƏMMƏDOVA,

    Xətai rayonu, Mübariz Nəcəfov adına 86 saylı orta məktəbin IX sinif şagirdi
    2
  • Bakıda Türkiyə Mədəniyyəti Günləri çərçivəsində "Yozqat Blues" filmi nümayiş olunub
    26.11.2014 16:04
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Cavid Zeynallı - APA. Bu gün Nizami Kino Mərkəzində Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində "Yozqat Blues" filmi nümayiş olunub.

    Mərkəzdən APA-ya verilən məlumata görə, film Türkiyə və Almaniya kinematoqraflarının birgə istehsalıdır.

    Filmin rejissoru Mahmud Fazil Coşqun, ssenari müəllifləri Tarık Tufan və Mahmud Fazil Coşqundur.

    Əsas rollarda Ercan Kesal, Ayça Damqaçı və Tansu Biçer çıxış edirlər.

    Qeyd edək ki, Türkiyə Mədəniyyəti Günləri noyabrın 27-də Azərbaycan Akademik Milli Dram Teatrında "Meraklısı için Öyle Bir Hikaye" tamaşası ilə başa çatacaq.
    1
  • Qazaxıstanda qətlə törədən Azərbaycan vətəndaşına hökm oxundu
    26.11.2014 16:04
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Qazaxıstanın Qərbi-Qazaxıstan vilayətinin Uralsk şəhərində Azərbaycan vətəndaşı Nəsrəddin Rzayevin məhkəmə prosesi keçirilib.

    Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, qəsdən adam öldürmə maddəsi ilə ittiham olunan Rzayev təqsirli bilinərək cəzasını ağır rejimli cəzaçəkmə müssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

    İstintaq materiallarına əsasən 2014-cü il avqustun 24-də Azərbaycan vətəndaşları Nəsrəddin Rzayev, F.Məmmədov və Gürcüstan vətəndaşları F.Vəliyev, A. Hüseynov "Kaspi" yay restoranında birlikdə spirtli içki qəbul ediblər. Bundan sonra gecə radələrində onlar evlərinə yollanıblar.

    Yolda Nəsrəddin Rzayev və Gürcüstan vətəndaşı Vəliyev arasında məişət zəminində mübahisə düşüb. Mübahisə sonradan dava çevrilib və Nəsrəddin Rzayev opponetinin cibindən düşən bıçaqla 3-4 dəfə zərbə endirməklə onu qətlə yetirib.

    Vüqar İsmayılov
    1
  • Ağsu rayonunun daha 3 kəndinə təbii qaz verilişi bərpa edilib
    26.11.2014 16:03
    http://www.azadinform.az/up/news/article/bolge/aqsu.jpg
    http://www.azadinform.az/up/news/article/bolge/aqsu.jpg
    "Azəriqaz" İB ölkənin respublikamızın qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirləri uğurla davam etdirir.

    AZADİNFORM xəbər verir ki, bu gün Ağsu rayonunun Ərəbmehdibəy, Xəlilli və Mustafalı kəndlərinə təbii qazın verilməsi bərpa edilib. Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Bildirilib ki, 230 abonenti olan Ərəbmehdibəy kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21,6 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 230 ədəd "Smart" tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

    78 abonenti olan Xəlilli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumilikdə 12 kilometrə yaxın müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 78 ədəd "Smart" tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

    31 abonenti olan Mustafalı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 4,6 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 31 ədəd "Smart" tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
    1
  • Qubada sakinlər içməyə su tapa bilmirlər
    26.11.2014 16:03
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    300-ə yaxın sakini olan Qubanın Cağacıq kəndi bir həftdədir ki, içməli su problemi ilə üzləşib. Bunun səbəbi kəndi su ilə təmin edən arteziana verilən elektrik enerjisinin kəsilməsidir. Sakinlər bildirirlər ki, enerji xəbərdarlıq edilmədən kəsilib. Səbəb kimi isə onların Quba Elektrik Şəbəkəsinə 4071 manat borclarının olduğu göstərilib.

    Milli.Az Regional TV-yə istinadən xəbər verir ki,yerli vətəndaşlar enerji borcunun bu məbləğə qədər yüksəlməsindən xəbərsiz olduqlarını bildirirlər. Sakinlər bildirirlər ki, artezian quyusuna qoyulan elektrik sayğacı iki il öncə elə şəbəkənin əməkdaşları tərəfindən götürülüb. Bu səbəbdən sərf olunan enerjinin miqadarının hesablanmasında problemlər yaşanır. Artezian quyusuna nəzarət edən Məleykə Şirinova deyir ki, ay ərzində hər evdən 2 manat içməli su pulu yığılır. O bildirir ki, istifadə edilən elektrikin müqabilində Quba Elekrik Şəbəkəyə vəsait ödənilib.

    Bunu sübut edən qəbzlər də hazırda ondadır. Məsələ ilə bağlı Quba Elektrik Şəbəkəsindən bildirilib ki, Cağacıq kəndində artezian quyusuna verilən elektrik enerjisi yaranan 4071 manat borc səbəbindən kəsilib. Bələdiyyənin balansında olan artezian quyusuna qoyulan sayğac isə müdaxilə edildiyi üçün açılıb. Yeni sayğacın qoyulması üçün isə 250 manat vəsait ödənməldir. Bundan əlavə bələdiyyə artezian quyusunun yaxınlığındakı elektrik transformatorunun ətrafında da təhlükəsizlik tədbirlər aparmalıdır. Şəbəkədən o da bildirildi ki, sakinləri borcları ödədikləri ilə bağlı məsələ araşdırılacaq. Onlar bununla bağlı şəbəkəyə müraciət də edə bilərlər.

    1
  • iPhone-nı ver Blackberry Passport al
    26.11.2014 16:03
    http://s020.radikal.ru/i701/1411/22/d855c3ac30b9.png
    http://s020.radikal.ru/i701/1411/22/d855c3ac30b9.png
    Blackberry öz yeni smartfonuna marağı artırmaq üçün maraqlı kampaniyaya başlayıb. 2015-ci ilin 13 fevralınadək kohnə iPhone-ləri təhvil verənlər yeni Passport smartfonunu almaq üçün böyük güzəşt əldə edəcəklər. Kampaniyaya 1 dekabrda start veriləckdir.

    Belə ki, iPhone 6-nı təhvil verənlər 400 ABŞ dolları, iPhone 5S-in əvəzinə isə 235 dollar güzəşt alacaqlar. Bu güzəştlər Passport-un alışı zaman nəzərdə tutulacaqdır. Bununla yanaşı bütün kampaniya iştirakşıları 150 dollarlıq müxtəlif əlavə alış-veriş üçün də bonus əldə edəcək.

    Qeyd edək ki, bu maraqlı kampaniya yalnız ABŞ və Kanada sakinləri üçün nəzərdə tutulub.

    / WseMir.CoM
    1
  • "Bələdiyyə seçkiləri gərgin, maraqlı keçəcək"
    26.11.2014 16:00
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Qarşıdan gələn növbəti bələdiyyə seçkiləri çox gərgin və maraqlı mübarizə şəraitində keçəcək".

    Bunu Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə dilə gətirib. Onun qeyd etdiyinə görə, çünki ölkədə bələdiyyələrin fəaliyyəti, bələdiyyələrin ildən-ilə nüfuzu artdıqca, gücləndikcə həmin yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən insanların da sayı artır:

    "Heç təsadüfi deyil ki, hazırda bələdiyyələrdə bir yerə 3 nəfərin namizədliyi qeydə alınb. Ancaq kimlər ki, insanları inandıra biləcəklər, onlar bələdiyyələrə seçiləcək, təmsilçilik hüququ qazanacaqlar. Eyni zamanda, bizim hazırda 5 illik fəaliyyətləri sona çatmaqda olan bələdiyyələrə arzumuz, tapşırığımız odur ki, bütün işləri-maliyyə məsələlərindən tutmuş digər məsələlərəcən onlara aid olan işləri yekunlaşdırsınlar ki, yeni seçiləcək bələdiyyələrə problem yaratmasınlar".

    M. Səlimzadə onu da qeyd edib ki, ölkədə bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri görülür: "Məsələn, əhalinin seçkilərlə bağlı maarifləndirilməsi yönündə işləri Mərkəzi Seçki Komissiyası həyata keçirir. Həmçinin, maddi-texniki təhcizat məsələləri ən müasir standartlara uyğun şəkildə reallaşdırılır. Yəni, demək istəyirəm ki, ölkəmiz növbəti bələdiyyə seçkilərinə hazırdır".

    Kamil HƏMZƏOĞLU
    2
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri