yuxarıya
Onlayn Ödəmə
Rusiyada yeni ailə quranlar milliyyətlərini də bildirəcək
10.12.2013 07:39
A A
Rusiyanın Ədliyyə Nazirliyi yeni ailə quranlar üçün sənədlərin doldurulmasına dəyişiklik edib. Lent.az-ın gazeta.ru-ya istinadən məlumatına görə, bundan sonra nikaha daxil olanlar uyğun sənədə milli mənsubiyyətini də yazacaq.

Yeni düzəlişə əsasən, 2014-cü il aprelin birindən bəy və gəlin milliyyəti, təhsili, birgə övladları haqda da məlumatları yazacaq.

Eyni göstəricilər barəsində boşanan zaman da məlumatların verilməsi məcburi olacaq.

Nazirliyin əməkdaşı bu göstəricilərin statistika üçün lazım olduğunu bildirib. Hazırda vətəndaşın istəyindən asılı olaraq, milli mənsubiyyət ölüm və ya körpəyə doğum haqqında şəhadətnamə götürüləndə yazılır.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
22
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Xızıya 2 milyon manat ayrıldı
    23.07.2014 20:25
    Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.Sərəncamda deyilir:"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı ...
  • Təyyarə qəzaya düşdü
    23.07.2014 19:47
    "TransAsia Airways" şirkətinin sərnişin təyyarəsi Tayvanda qəzalı eniş edib, 51 nəfər insan həlak olub, yeddi nəfər yaralanıb.ANS PRESS-in məlumatına görə, bu haqda "Taiwan News" xəbər verib.ATR-72 turbovintli təyyarəsinin içində 54 sərnişin və dörd ekipaj üzvü olub. T...
  • Avqustun 5-dən Bakıda I sinfə vaxtından əvvəl qəbul olmaq istəyən uşaqlar üçün komissiyalar fəaliyyət göstərəcək
    23.07.2014 11:47
    Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlhamə İsabalayeva/Bakı şəhərində xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün yaradılan komissiyalar avqustun 5-dən sentyabrın 10-dək fəaliyyət göstərəcək.Trend Bakı Şəhəri üzrə Təhsil İdarəsini...
  • AZAL Qırğızıstan paytaxtına aviareys açır
    23.07.2014 10:48
    Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Emil İsmayılov/"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təyyarələri oktyabrın 26-dan Bakı-Bişkek-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. Trend-in məlumatına görə, AZAL-ın rəsmi saytında yerləşd...
  • Ağdamın ermənilər tərəfindən işğalından 21 il keçir
    23.07.2014 10:46
    Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 21 il keçir.1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsi...
  • Ötən gecənin qara olayları - Xronika
    23.07.2014 10:35
    Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:Şamaxı rayonu, Şirvan kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan kürsülü, birmərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşya...
  • Köhnə vaqonlar Bakı Metropolitenində artıq yeni simada görünəcək
    23.07.2014 10:05
    Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/Köhnə vaqonlar Bakı Metropolitenində artıq yeni simada görünəcək. Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.Onun sözlərinə görə, artıq Bakı Metropolitenindəki köhn..
  • Nazir: "Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır"
    23.07.2014 09:39
    İyulun 22-də xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyi dövlətləri və Şərq tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında çıxış edib. XİN-dən "Media forum" saytına verilən məlumata görə, nazir çıxışında Ermənistan...
  • Bu ilki yay mövsümündə Cəlilabadda 20 ilansancma faktı qeydə alınıb
    23.07.2014 00:39
    Cəlilabad. Ağəddin Babayev - APA. Bu ilki yay mövsümü ərzində Cəlilabad rayonunda 20 ilansancma faktı qeydə alınıb. Bu barədə APA-nın cənub bürosuna Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib. Bildirilib ki, bu da ötən illə müqayisədə çoxdur. Bununl...
  • XİN rəhbəri: Azərbaycan Avropa ittifaqı ilə strateji tərəfdaşlığın əhatəsini genişləndirməkdə maraqlıdır
    23.07.2014 00:26
    Azərbaycan, Bakı, 23 iyul /Trend/Azərbaycan Avropa ittifaqı ilə qarşılıqlı maraq doğuran digər sahələrdə də strateji tərəfdaşlığın əhatəsini genişləndirməkdə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-d..
XƏBƏR LENTİ
  • Cəlilabadda avtomobil sexində yanğın baş verib
    23.07.2014 21:01
    http://azertag.az/sites/default/files/1406130868.JPG
    http://azertag.az/sites/default/files/1406130868.JPG
    Cəlilabad şəhərinin Qurtuluş küçəsindəki köhnə yük avtomobillərinin saxlandığı sexdə yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsindən AzərTAc-a verilən məlumata görə, əvvəlcə quru otlaq sahəsindən başlanan yanğın tədricən sexdəki avtomobil təkərlərinə keçib. Daha sonra yanğının əhatə dairəsi genişlənməklə sexdəki avtomobil ehtiyat hissələri də alovlanmağa başlayıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyləri nəticəsində alovun sexdə saxlanılmış "ZİL" markalı yük maşınına və eləcə də qonşuluqda yerləşən təsərrüfat malları satış mərkəzinə keçməsinin qarşısı alınıb.

    Yanğının ərazidə oynayan uşaqların odla ehtiyatsız davranması səbəbindən baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırmalar aparılır.
    0
  • "Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar" statistik məcmuəsinin 2014-cü il nömrəsi çapdan çıxıb
    23.07.2014 21:01
    http://azertag.az/sites/default/files/1406130704.jpg
    http://azertag.az/sites/default/files/1406130704.jpg
    "Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar" statistik məcmuəsinin 2014-cü il nömrəsi çapdan çıxıb.

    AzərTAc xəbər verir ki, məcmuədə Azərbaycanda hüquq statistikasının ümumiləşdirilmiş məlumatları əksini tapıb. Statistik məcmuədə 2013-cü ildə Azərbaycan Respublikasının hüquq mühafizə sisteminin fəaliyyətinin nəticələrini əvvəlki illərlə müqayisəli şəkildə xarakterizə edən əsas göstəricilər dərc edilib.

    Nəşrin ilk səhifələrində Azərbaycan Respublikası ilə bağlı ümumi, coğrafi məlumatlar, eləcə də milli bayramlarımız qeyd olunub. Bundan başqa, məcmuədə yer almış xəritələrdə və qrafiklərdə müxtəlif sahələrə aid göstəricilər diqqətə çatdırılıb.

    Məcmuə Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə nazirliklərinin və prokurorluq orqanlarının məlumatları əsasında hazırlanıb. Statistik topluda, həmçinin yanğınlar haqqında Fövqəladə Hallar Nazirliyinin məlumatları da yer alıb.

    Nəşr 1995-2013-cü illər üzrə əsas demoqrafik göstəriciləri, növlərə və sahələrə görə qeydə alınmış cinayətləri, cins və yaş üzrə cinayət törətmiş şəxsləri, məhkum olunanları, prokurorluq orqanlarının işini, yol-nəqliyyat hadisələrini, baş vermiş yanğınları və Azərbaycan Respublikasının regionlarında cinayətkarlığı, eləcə də digər məlumatları xarakterizə edən bir sıra göstəriciləri özündə əks etdirir.

    Statistik toplunun son səhifəsində hüquq sistemində istifadə olunan termin və ifadələrin metodoloji izahı verilib.
    0
  • Ukrayna ordusu ölkənin şərqində daha üç şəhəri separatçılardan geri alıb
    23.07.2014 21:01
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı - APA. Ukrayna güc strukturları Donbass bölgəsində separatçıların nəzarətində olan daha üç şəhəri azad edib.

    APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı nəticəsində silahlı separatçılar Donetsk vilayətinin Karlovka, Netaylivo və и Pervomayskoye yaşayış məntəqələrini tərk etməyə məcbur olub.

    Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko bəyan edib ki, adıçəkilən şəhərlərin icra hakimiyyətləri üzərində Ukrayna bayraqları qaldırılıb.
    0
  • Fransua Olland toyunu təkzib etdi
    23.07.2014 20:55
    http://anspress.com/images/photos/56926.jpg
    http://anspress.com/images/photos/56926.jpg
    Fransa prezidenti Fransua Olland sevgilisi, aktrisa Juli Qaye ilə nəzərdə tutulmuş toy haqda xəbərləri təkzib edib.

    ANS PRESS-in məlumatına görə, Fransa mətbuatı cütluyun yaxın vaxtlarda rəsmi şəkildə evlənəcəyini bildirib.

    "Bu, sadəcə mənim ad günüm olacaq, daha heç nə. Mənə hədiyyə edə bilərsiniz! Amma başqa səbəblərə görə hədiyyələr gətirmək lazım deyil", - deyə Olland "Erop-1" radiostansiyasının efirində bildirib.

    Eyni zamanda daha əvvəl "Le Parisien" fransız qəzeti bildirib ki, 12 avqustda 60 illiyini qeyd edəcək Olland həmin gün Juli Qaye ilə rəsmi nikah bağlamağı planlaşdırır.
    4
  • Google ölümcül silah hazırlayır
    23.07.2014 20:52
    http://img.milli.az/n/clickable/204433/03/c/283350.jpg
    http://img.milli.az/n/clickable/204433/03/c/283350.jpg
    Sürücüsüz hərəkət edən avtomobillər yol-nəqliyyat hadisələrinin sayının azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, Federal Təhqiqatlar Bürosu (FTB) xəbərdarlıq edir ki, avtomatik hərəkət edən nəqliyyat vasitələri təhdid doğurur və "ölümcül silah" qismində istifadə edilə bilər.

    ABŞ xüsusi xidmət orqanlarının rəsmiləri hesab edir ki, "ağıllı" maşınlardan istifadə edən cinayətkarlar təqib zamanı tam sərbəst olaraq sərbəst hərəkət edən avtomobildən atəş aça bilərlər.

    Milli.Az ICTnews-a istinadən bildirir ki, başqa halda isə cinayətkarlar avtomobillərin təhlükəsizlik funksiyasını elə sazlaya bilərlər ki, işıqforları maneəsiz keçə və sürət məhdudiyyətini aşa bilərlər.

    Xatırladaq ki, "Google" şirkəti son beş ildə gələcəyin avtomobillərinin yaradılması layihəsi ilə məşğuldur. Belə maşınlarda süni intellekt texnologiyası, "Google Street View" onlayn xəritəsinin məlumatları, GPS naviqatorlar, videokameralar və real vaxt rejimində ətraf ərazinin və yaxınlıqdakı obyektlərin 3D xəritəsini tərtib edən bir neçə sensor tətbiq edilib. "Ağıllı" avtomobillər elə proqramlaşdırılır ki, maneələri dəf edərək və yol hərəkəti qaydalarına riayət edərək təyinat nöqtəsinə təhlükəsiz çatmaq mümkün olsun.

    1
  • Parlaq qırmızı Range Rover Vogue
    23.07.2014 20:50
    http://img.milli.az/n/clickable/204433/08/9/283341.jpg
    http://img.milli.az/n/clickable/204433/08/9/283341.jpg
    A. Kahn Design tüninq emalatxanası Range Rover Vogue premial yolsuzluq avtomobilinin yeni əlavələrlə işlənmiş 600-LE satışsonrası tüninq paketini təqdim edib. Adətən bu staylinq-komplekti ilə təchiz edilən avtomobillər sakit və tünd tonlarda təqdim edilir. Lakin təqdim edilmiş son nümunə parlaq qırmızı rəngdə icra edilib. Bu rəng çaları iri yolsuzluq avtomobilini idman notlarına malik zərif dizaynla tamamlayaraq onun bütün məziyyətlərini çox yaxşı gözə çarpdırır.

    Milli.Az 4charx.com-a istinadən bildirir ki, təkcə kuzovun iki rəngli boyanması və 23 düymlük gümüş RS600 diskləri avtomobili daha çox diqqətçəkici və cəlbedici edir. Bundan başqa Range Rover 600-LE həmçinin karbon taxmalı yeni qabaq bamper, torlu idman radiator barmaqlığı, iki spoyler və arxa bamperdə karbon diffuzor və onun hər iki yanından çıxmış paslanmayan metaldan Crosshair Quad xaricetmə sistemi ilə də təchiz edilib.

    Salonda kürsülər, mərkəzi dirsəkaltı və qapı kartları yenidən dəri ilə üzlənib. Orijinal taxta lövhələri saxlamaqla tünerlər onları metal aksessuarlarla, o cümlədən alüminium pedallar və qapı kəndarlarının paslanmayan metal üstlükləri ilə tamamlayıblar.

    2
  • Fransa prezidenti aktrisa ilə evlənmək xəbərini təkzib etdi
    23.07.2014 20:48
    http://avropa.info/new/fotobaza/orta/1681.jpg
    http://avropa.info/new/fotobaza/orta/1681.jpg
    Fransa prezidenti Fransua Olland 60 illik yubileyi günündə öz rəfiqəsi, aktrisa Jüli Qaye ilə toy mərasiminin olacağı barədə xəbərləri təkzib edib. musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, "Erop-1" radiostansiyasının efirində deyib.

    "Bu mənim sadəcə, ad günüm olacaq, başqa heç bir şey. Mənə hədiyyələr edə bilərsiniz! Ancaq başqa adla hədiyyə gətirməyə ehtiyac yoxdur", - deyə prezident xəbərdarlıq edib.

    Xatırladaq ki, Fransa qəzeti "Le Parisien" Ollandın avqustun 12-də, 60 illik yubiley günündə Qaye ilə qanuni nikaha girəcəyini, yəni rəsmən evlənəcəyini yazmışdı.
    3
  • Uğurlu sosial-iqtisadi layihələr Göygöl rayonunun kənd və qəsəbələrini də əhatə edib
    23.07.2014 20:44
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Göygöl rayonunun Qızılca kəndində səyyar qəbul-görüş keçirilib.

    Görüşdə rayonun Damcılı, Yalqışlaq və Danayer kəndlərinin sakinləri də iştirak ediblər.

    AzərTAc xəbər verir ki, görüşdə son bir ildə həyata keçirilən sosial-iqtisadi layihələrdən danışılaraq bu layihələrin rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələri də əhatə etdiyi bildirilib. Qeyd edilib ki, rayonun 15-dək yaşayış məntəqəsində yeni məktəblər tikilib, uşaq bağçaları əsaslı təmir olunub, yol infrastrukturu yenilənib.

    Məlumat verilib ki, əsasən heyvandarlıq və əkinçiliklə məşğul olan Qızılca, Damcılı və Yalqışlaq və Danayer kəndlərinin sakinləri dövlətimizin başçısı İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnərək məhsul istehsalını ilbəil artırıblar.

    Görüşdə sakinlər bir sıra məsələlərlə bağlı arzu və təkliflərini bildiriblər. Qaldırılan məsələlərin bəziləri yerindəcə öz həllini tapıb.

    Qəbul-görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev iştirak edib.
    4
  • BMT: marionet teatrında layiqli aktyor
    23.07.2014 20:43
    http://img.milli.az/n/clickable/02/8/bmt_00.jpg
    http://img.milli.az/n/clickable/02/8/bmt_00.jpg
    İsrailin Qəzzaya vəhşi hücumları davam etdiyi, qurbanların sayı durmadan artdığı, dünya mediasını məzlum müsəlman balalarının parçalanmış cəsədlərinin foto və video görüntüləri bürüdüyü zaman baş verənləri kənardan izləyənlərin ən çox verdikləri suallardan biri də "Bəs bə üçün beynəlxalq təşkilatlar susur, İsrail barbarlığını qınamır?" idi.

    Vaxt keçdi, vədə yetişdi. Dünyanın ən nüfuzlu və ali beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdəki qətliamı dəyərləndirdi. Özü də necə! BMT-nin baş katibi Pan Gi Mun mətbuat nümayəndələrinin də iştirak etdiyi toplantıda İsrailin özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb. Daha sonra isə deyib: "HƏMAS-ın raket hücumlarını kəskin şəkildə qınayırıq. Onlar bu hücumlara dərhal son verməlidir. Baş nazir Netanyahuya dünyasını dəyişənlərə görə başsağlığı vermək istəyirəm. İsrail xalqına başsağlığı diləyirəm". Diqqət yetirin. Başsağlığı 600-dən artıq qurban verən Fələstin xalqına deyil, bu günahsız insanları qətl edərkən məhvə məruz qalan işğalçıya ünvanlanıb.

    Bəlkə də, bu sözlərdən sonra sadəcə susmaq, başımızı iki əlimizin arasına alıb, gözümüzü qapayıb dünyanın ədalətsizliyi barədə uzun-uzadı fikirə dalmaq olardı. Amma, bu xəbər nə qədər dərin şok yaşatsa da, etiraf etməliyik: gözlənilməz heç nə olmadı. Artıq neçə illərdir ki, BMT faktiki olaraq marionet quruma çevrilib. Mənzil-qərərgahı ABŞ-da yerləşən təşkilat elə Birləşmiş Ştatların diqtəsi ilə də fəaliyyət göstərir. Odur ki, BMT-nin ABŞ-ın ən yaxın müttəfiqi olan İsraili qınaması absurd olardı. Bir də ki, onsuz da BMT ciddi təşkilat imicini çoxdan itirib. Elə Qarabağla əlaqədar qəbul edilən 4 qətnaməni və bu qətnamələrə məhəl qoymayan Ermənistanın işğal gerçəkliyini xatırlamaq yetər. Bunu xatırladıqdan sonra da BMT-ni qlobal dünya marionet teatrında layiqli aktyor kimi tanımalıyıq.

    Bir sözlə, Qəzza da, İraq da, Suriya da, müsəlmanlar yaşayan digər ölkələr də beynəlxalq təşkilatlardan heç bir, heç olmasa sözdə də olsa yardım gözləməməlidirlər. Çünki planet astronomic cəhətdən Allahın qüdrəti ilə öz oxu ətrafında fırlansa da, siyasi müstəvidə tam başqa oxlar ətrafında hərəkət edir. Özü də Allahın qanunlarına zidd olaraq.

    İslam.az
    2
  • Kraliçanın yarış atı dopinqdə "ilişdi"
    23.07.2014 20:43
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Dopinq-testdən keçirilən kraliçaya məxsus yarış atına qadağan olunmuş preparat verildiyi müəyyən edilib.

    Gün.Az "Akşam" qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniya kraliçası 2-ci Elizabetin "Estimate" adlı yarış atının qanında "Morfin" maddəsi tapılıb.

    Dopinq qalmaqalının ortaya çıxmasından sonra İngiltərə At Yarışları Birliyi kraliçanın atına qulluq edən Maykl Stout haqqında təhqiqata başlayıb.

    Artıq 2-ci Elizabetin hadisə barəsində məlumatlandırıldığı və kraliçanın buna böyük utanc içində olduğu bildirilir.

    Böyük Britaniyada "Morfin"dən istifadəyə icazə verilsə də, yarış günü atlara həmin maddədən verilməsi qadağandır.

    Ş.Z.

    2
  • Günəşdəki ləkələrin yoxa çıxması alimləri təşvişə saldı
    23.07.2014 20:38
    http://axar.az/cdn/2014/july/23/1406129419.jpg
    http://axar.az/cdn/2014/july/23/1406129419.jpg
    Alimlər Günəşdə olan ləkələrin yox olması ilə bağlı təəccübləndiklərini bildiriblər.

    Axar.az xəbər verir ki, bu məlumat alimlərin "Natura"da çap olunan məqaləsində dərc olunub.

    Məqalədə günəşdəki qara ləkələrin maqnit fəaliyyətinin yüksək olduğu əraziləri göstərdiyi bildirilib. Alimlər aktivliyin pik nöqtəsində Günəşdə ləkələrin yaranmaması səbəbini izah etməkdə çətinlik çəkiblər. Lakin onlar küyə düşməməyi tövsiyə ediblər. Onlara bu hadisənin müəyyən müddətlik antrakt ola biləcəyini söyləyiblər.
    7
  • Nigeriyada iki partlayış nəticəsində 75 nəfər ölüb
    23.07.2014 20:37
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı-APA. Nigeriyanın Kaduna ştatında iki partlayış törədilib, nəticədə ən azı 75 nəfər ölüb.

    APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 25 nəfər terrorçu-kamikadzenin müsəlman ruhanilərinin konvoyuna hücumu zamanı ölüb.

    Daha 50 nəfər bazarda törədilən partlayışın qurbanı olub. Partlayışlara görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.
    3
  • Merkeldən açıqlama
    23.07.2014 20:37
    http://anspress.com/images/photos/55434.jpg
    http://anspress.com/images/photos/55434.jpg
    Almaniya kansleri Angela Merkel Almaniya boyu fələstinlilərə dəstək nümayişlərində anti-semit şüarları qətiyyətlə pisləyib.

    ANS PRESS-in məlumatına görə, Merkel iyulun 23-də verdiyi bəyanatında bildirir ki, "azadlığa və tolerantlığa hücum bizim azad və demokartik nizamımızl laxlatmaq cəhdidir. Buna dözmək olmaz və dözülməyəcək".

    İyulun 22-də vitse-kansler Sigmar Gabriel bildirib ki, İsrail hökuməti əleyhinə şüarlar olar, yəhudilər əleyhinə şüarlar qətiyyən olmaz.

    Almaniya üzrə nümayişlərdə yəhudilər haqda təhqiramiz şüarlar səsləndirilir.

    Eyni mənzərə Fransa, İtaliya kimi Avropa ölkələrindəki nümayişlərdə də müşahidə olunur.

    İyulun 22-də Almaniya, İtaliya və Fransa xarici işlər nazirlərinin birgə bəyanatında deyilirdi ki, "anti-semitizmə, yəhudilərə qarşı düşmənçiliyə bizim cəmiyyətlərdə yer yoxdur".
    7
  • Akif Səmədin 55 illik yubileyi qeyd etdilər
    23.07.2014 20:34
    http://img.sia.az/news/2014/siaphoto_422378.jpg
    http://img.sia.az/news/2014/siaphoto_422378.jpg
    Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mərhum şair Akif Səmədin 55 illik yubileyi qeyd edilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan çıxış edərək Akif Səmədi təkcə Azərbaycanın deyil, həm də türk dünyasının şairi, türkün söz sevdalılarının yolunun yolçusu adlandırıb. Mərasimdə Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı, yazıçı-publisist Natəvan Dəmirçioğlu və başqaları çıxış edərək Akif Səmədin şeirlərində insana və insanlığa böyük sevgi olduğunu vurğulayıblar. O, ilahi gözəlliyi duya, ülvi hissləri sözlə ifadə edə bilirdi. Akif Səməd həm də ruh, irfan şairi idi.

    Natiqlər onun "Qiblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən", "Özümə yol" kitablarının ədəbi ictimaiyyət tərəfindən maraqla qarşıladığını, yaradıcılığının könüllərə yol tapdığını söyləyiblər.

    Qeyd edək ki, tədbirdə şairin ifasında xatirə səs yazıları və şeirləri səsləndirilib.
    2
  • Nigeriyada terakt: 25 ölü
    23.07.2014 20:32
    http://anspress.com/images/photos/199.jpg
    http://anspress.com/images/photos/199.jpg
    Nigeriyada ölümə məhkumun hücumu nəticəsində ən azı 25 nəfər insan həlak olub.

    ANS PRESS-in məlumatına görə, terrorçunun əsas hədəfi dəfələrlə "Boko Haram" qruplaşmasını pisləyən nüfuzlu islam din xadimi olub.

    Şahidlərin sözlərinə görə, bomba Kaduna şəhərinin mərkəzində yüklənmiş magistrallardan birində şeyx Daxiru Bauçinin maşını keçən an partlayıb. Bu, artıq ikinci dəfədir ki, ona sui-qəsd olunur.

    Hücum üçün məsuliyyəti hələ heç bir qruplaşma öz üzərinə götürməyib, ancaq "Boko Haram" daha əvvəl Nigeriyanın şimal-şərqində oxşar hücumlar edib.

    "Boko Haram"dan, həmçinin regionda əhəmiyyətli bir körpünün partlatmasında şübhələnilir.
    4
  • Bərdədə 19,1 milyon kilovatsaatlıq elektrik enerjisi istehlak edilib
    23.07.2014 20:25
    http://www.azadinform.az/up/news/article/2014/iyul/23/enerji.jpg
    http://www.azadinform.az/up/news/article/2014/iyul/23/enerji.jpg
    "Bərdə" Elektrik Şəbəkəsin"də (EŞ) cari ilin iyun ayında 19,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib.

    "Azərenerji"dən AZADİNFORM-a verilən məlumata görə, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 5,2 milyon kilovatsaata yaxın olub. Cari ilin 6 ayı ərzində müəssisə üzrə istehlak 119,4 milyon kilovatsaatdan artıq olub. Daimi əhali istehlakçı qrupunda isə istehlak 35,7 milyon kilovatsaatdan artıq olub.
    6
  • Xızıya 2 milyon manat ayrıldı
    23.07.2014 20:25
    http://avropa.info/new/fotobaza/orta/277.jpg
    http://avropa.info/new/fotobaza/orta/277.jpg
    Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Xızı rayonu üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xızı şəhər tam orta məktəbin yeni binasının tikintisi məqsədi ilə Xızı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

    Qeyd edək ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında Xızı rayonunda nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində bir sıra mühüm əhəmiyyətli sosial məsələlər öz həllini tapıb, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati binalar inşa edilib, iri infrastruktur layihələri həyata keçirilib, o cümlədən yol təsərrüfatının yenidən qurulması, suvarma sistemlərinin yaradılması istiqamətində müəyyən işlər görülüb, sahibkarlığın inkişafına güclü təkan verilib, yeni iş yerləri açılıb.
    4
  • Uşaq istəməyən model ərindən boşanır
    23.07.2014 20:24
    http://anspress.com/images/photos/69712.jpg
    http://anspress.com/images/photos/69712.jpg
    Türkiyədə daha bir məşhur cütlük boşanmaq qərarına gəlib.

    ANS PRESS-in məlumatına görə, türkiyəli model Tuba Özay 5 il əvvəl ailə qurduğu italiyalı iş adamı Lüdovik Fattizzo ilə yollarını ayırıb. Buna səbəb olaraq isə həyat yoldaşının modeldən İtaliyada onunla birlikdə yaşamağını və uşağı olmasını istəməsidir.

    Bu barədə açıqlama verən Tuba boşanmaq üçün artıq vəkil tutduğunu bildirib:

    "5 ildir gah İtaliyada, gah da Türkiyədə yaşayıram. Lüdovik onun yanına köçməyimi söylədi, amma mən ölkəmi tərk etmək istəmirəm. Həm də ki, uşağımızın olmasını tələb edirdi, mən isə buna razı deyiləm. O deyir ki, mən karyeramı ailədən üstün tuturam. O, Türkiyəyə gəlmək istəmir, mən də İtaliyaya getmirəm. Bu məsələnin tez bitməsi üçün artıq vəkil də tutmuşuq".

    Qeyd edək ki, T.Özay evlənərkən nikah müqaviləsi bağladıqları üçün heç bir maddi təzminat tələb etməyəcəyini deyib: "Hazırda İtaliya qanunlarına uyğun boşanmağa çalışırıq. Ayrılarkən bir-birimizdən heç nə tələb etməyəcəyik", - deyə model son sözünü vurğulayıb.
    3
  • Daha bir təyyarə faciəsi - /Son dəqiqə
    23.07.2014 20:21
    http://axar.az/cdn/2014/july/23/1406128157.jpg
    http://axar.az/cdn/2014/july/23/1406128157.jpg
    "Transasia Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsi hava şəraitinin pis olması səbəbindən təcili eniş edərkən qəzaya uğrayıb.

    Axar.az xəbər verir ki, sərnişin təyyarəsi Tayvan yaxınlığında yerləşən Penqu adalarından birinə eniş edərkən qəza baş verib.

    Çin mediası hadisə nəticəsində ən azı 40 nəfər həytını itirib. Tayvan mediasının məlumatında isə 51 ölü olduğu bəyan edilib.

    Hadisə ilə bağlı araşdırmalar aparılır.

    .
    6
  • Krit adasında zəlzələ baş verib
    23.07.2014 20:20
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Yunanıstanın hər il milyonlarla turistin ziyarət etdiyi Krit adasında Rixter cədvəli üzrə 4,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ turistlər arasında vahimə yaratsa da xəsarət alan olmayıb.

    Yunanıstanda və ətraf adalarda son aylar Rixter cədvəli üzrə 3-5 bal gücündə zəlzələlər müşahidə olunur.
    2
  • Dünyanın ən bahalı 10 transferindən 8-i İspaniya klublarının payına düşür
    23.07.2014 20:20
    http://az.trend.az/article_photo/2014/07/23/james_rodriguez.jpg
    http://az.trend.az/article_photo/2014/07/23/james_rodriguez.jpg
    Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Ulucay Akif/

    İspaniya futbol klubları bahalı transferlərlə diqqəti çəkir.

    Trend-in məlumatına görə, "Real"ın yeni transferi Xames Rodriqes dünyanın ən bahalı 10 transferi sırasında 80 milyon avro ilə dördüncü yerdədir.

    Qeyd edək ki, dünyanın 10 ən bahalı transferindən 8-ni "Real" və "Barselona" gerçəkləşdirib.

    "Barselona"nın bu yaxınlarda 81 milyon avroya transfer etdiyi Luis Suares üçüncü pillədədir. Birinci və ikinci pilləni 94 milyon avroluq transferlə "Real" klubunun oyunçuları Qaret Beyl və Kriştiano Ronaldo tuturlar.

    Siyahı aşağıdakı kimi davam edir:

    5. Zinəddin Zidan ("Real") - 73,5 milyon avro

    6. Zlatan İbrahimoviç ("Barselona") - 69,5 milyon avro

    7. Kaka ("Real") - 65 milyon avro

    8. Edinson Kavani ("Monako") - 64,5 milyon avro

    9. Radamel Falkao ("Monako") - 60 milyon avro

    10. Luiş Fiqo ("Real") - 60 milyon avro
    0
  • Çinlilər 12 dollarlıq "ağıllı bilərzik" göstərdilər
    23.07.2014 20:19
    http://img.milli.az/n/clickable/204433/10/f/283665.jpg
    http://img.milli.az/n/clickable/204433/10/f/283665.jpg
    Xiaomi şirkəti Mi 4 smartfonundan başqa, həmçinin Mi Band fitness bilərziyini nümayiş etdirib. Onun funksionallığı başqa istehsalçıların müvafiq qurğularına uyğun gəlir, amma yeni cihaz iki əsas özəlliyə (avtonom iş vaxtı və qiymət) malikdir.

    Milli.Az ICTnews-a istinadən bildirir ki, Xiaomi Mi Band istifadəçinin fiziki aktivliyini izləyir, qət edilmiş addımların sayını hesablayır, həmçinin yuxu mərhələlərini müəyyən edir və ən müvafiq dövrdə insanı yuxudan oyada bilər. Bilərzik sukeçirməzdir və daxili Bluetooth 4.0 çipi vasitəsilə smartfonla məlumat mübadiləsi edir.

    Çin istehsalçısı əmin edib ki, Mi Band bilərziyi bir ay müddətində avtonom işləyəcək. Qiyməti 12 dollar təşkil edir.

    3
  • Gənc oğlanın ağzından 232 diş çıxartdılar
    23.07.2014 20:19
    http://anspress.com/images/photos/69721.jpg
    http://anspress.com/images/photos/69721.jpg
    Hindistanda həkimlər bir nəfərin ağzından 232 diş çıxardıblar.

    ANS PRESS-in məlumatına görə, həkimlər şiddətli ağrı şikayətiylə stomatoloqa gedən gənci 6 saat əməliyyat ediblər. Bu qəribə hadisə Mumbaidə yaşanan və dünya stomatologiya tarixinə keçəcək 17 yaşlı Aşik Qavainin başına gəlib.

    Həkimlər gəncin sağ alt çənəsində gördükləri böyük şişlik səbəbiylə testlər ediblər. Əməliyyata başlayan həkimlər daha əvvəl heç görmədikləri bir vəziyyətlə qarşılaşıblar. Həkimlər gəncin sağ alt çənəsindəki azı dişlərinin dibində kiçik dişlər olduğunu görüblər. 6 saat davam edən əməliyyatdan sonra Aşikin ağzından 232 kiçik diş çıxarılıb.

    Həkimlər stomatologiya tarixinə düşəcək bu hadisə ilə bağlı Ginnessin Rekordlar Kitabına müraciət etməyə hazırlaşırlar.
    3
  • Daha bir dəhşətli təyyarə qəzası: 51 ölü
    23.07.2014 20:18
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMDcvMjMvMjAvMTEvNTkvNjQvMjIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjU Il1d?sha=71096f0d
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMDcvMjMvMjAvMTEvNTkvNjQvMjIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjU Il1d?sha=71096f0d
    TransAsia Havayollarına aid ATR 72 sərnişin təyyarəsi Tayvana təcili eniş etmək məcburiyyətində qalıb və bu zaman qəza baş verib. 

    Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Qaosyunadan Maquna uçuş edən təyyarənin göyərtəsində 4 uşaq və 4 ekipaj heyəti olmaqla 54 nəfər var idi.

    Qəza nəticəsində onlardan 51-in öldüyü bildirilir. 

    Məlumata görə, təyyarə yaşayış binalarının üstünə düşüb.
    4
  • Ukraynanın iki "SU-25" qırıcısı  Rusiya ərazisindən vurulub
    23.07.2014 20:15
    http://news.lent.az/upload/images/news/2014/july/23/small/39bce1d8bf713fa0a226cc7f4b893914.jpg
    http://news.lent.az/upload/images/news/2014/july/23/small/39bce1d8bf713fa0a226cc7f4b893914.jpg
    Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki "SU-25" tipli təyyarə 5,2 min metr hündürlükdə Rusiya ərazisindən vurulub.

    Lent.az-ın "Unian.net"-ə istinadən məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko açıqlama verib.

    "Bu gün (iyulun 23-də -red.) Dmitrovka kəndindəki anti-terror əməliyyatı dəstəkləmək üçün Ukrayna silahlı qüvvələrinin 4 "SU-25" təyyarəsi həmin bölgədə uçuş edib.

    Hərbi tapşırığı uğurla yerinə yetirdikdən sonra onlardan ikisi 5,2 metr yüksəklikdə zenit-raket qurğusu vasitəsi ilə vurulublar. İlkin məlumata əsasən, raketlər Rusiya ərazisindən buraxılıb"-deyə, o, vurğulayıb.

    Onun sözlərinə görə, rusiyayönlü terrorçularda belə zenit -raket qurğusu yoxdur.
    1
  • Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 23 İyul
    23.07.2014 20:14
    http://news.lent.az/upload/images/news/2014/july/23/small/86aa8cae06c6a2e508c54902f6546eeb.jpg
    http://news.lent.az/upload/images/news/2014/july/23/small/86aa8cae06c6a2e508c54902f6546eeb.jpg
    GÜNÜN ŞƏRHİ

    Ağdamlı deyiləm. Ümumiyyətlə, Qarabağlı deyiləm. Amma mənə vaxtı ilə Ağdama, Qarabağa getmək nəsib olub. İlk dəfə atam məni aparıb Şuşaya, keçən əsrin 80-ci illərinin ortalarında. Və indiyə qədər də bilmirəm buna görə ona təşəkkür edim, yoxsa qınayım. Mənə Qarabağı göstərdiyi üçün. Qarabağı görməyənlərə haradasa həsəd aparıram. Çünki onlar heç vaxt başa düşməyəcəklər biz nəyi, haranı itirmişik. Bütün uşaqlığı, gəncliyi, ömrü Qarabağda keçən insanları isə ikiqat artıq başa düşürəm. Onların xatirələrini, nisgillərini, danışdıqlarını, danışmaq istəmədiklərini, hətta danışa bilmədiklərini də anlayıram. İnsanlar üçün xatırlamaq həmişə çətin olub. Mənə belə gəlir ki, insan yalnız həyatındakı pis məqamları xatırlayanda kədərlənmir. Əksinə, keçmişdə baş verən ən yaxşı günləri xatırlamaq daha ağırdır. Bir də yaşanmayacaq qorxusuna görə. Bilirəm, belə pessimist danışdığıma görə, məni qınayanlar da olacaq. Amma hər il təqvimdəki qara yazılan günləri yaşadıqca hələ ki, danışmağa başqa söz tapmıram. Həmin qara yazılan günləri qan rənginə boyamaq ümidi ilə...
    2
  • Boyana Yovanovski komanda yarışında daha irəli gedə bilmədi
    23.07.2014 20:11
    http://azertag.az/sites/default/files/1406127636.JPG
    http://azertag.az/sites/default/files/1406127636.JPG
    "Baku Cup 2014" turnirinin komanda yarışında dörddəbir finalın daha bir iştirakçısı müəyyənləşib.

    AzərTAc xəbər verir ki, rusiyalı Aleksandar Panova ilə ingilis Xiter Uatsonun komandası Boyana Yovanovski (Serbiya) - Danka Koviniç (Monteneqro) cütlüyü ilə qarşılaşıb.

    İlk seti A.Panova - X.Uatson cütlüyü qazansalar da (6:4), ikinci setdə B.Yovanovski və D.Koviniç qalib gəliblər (7:5). Olduqca gərgin keçən üçüncü setdə 11:9 hesabı ilə üstün olan A.Panova və X.Uatson bu qələbə sayəsində dörddəbir finala yüksəliblər.

    Boyana Yovanovski bu gün fərdi yarışlarda da mübarizə aparıb və qalib gəlib.
    4
  • Amerikalılar "Facebook" və "LinkedIn" şəbəkələrindən narazıdır
    23.07.2014 20:10
    http://www.azadinform.az/up/news/article/2014/iyul/23/face21r400.jpg
    http://www.azadinform.az/up/news/article/2014/iyul/23/face21r400.jpg
    "Facebook" və "LinkedIn" ABŞ istifadəçilərinin sosial şəbəkələr arasında məmnunluq indeksində ən aşağı qiymət alıb.

    AZADİNFORM xəbər verir ki, bu barədə "American Customer Satisfaction Index 2014" hesabatında deyilir. Resursların ötən illə müqayisədə ballarını artırmasına baxmayaraq onlar sosial şəbəkələr reytinqinin ən aşağı pillələrində qərarlaşıb.

    Reytinqin lideri il ərzində göstəricisini 4 bal artıraraq 76-ya çatdıran "Pinterest" sosial şəbəkəsi olub. Sonrakı yerdə 74 balla "Wikipedia" internet ensiklopediyası (göstərici 4 bənd azalıb) qərarlaşıb. "YouTube" videohostinqi istifadəçilərin məmnunluq göstəricisi üzrə 73 bal toplayıb, "Google " sosial şəbəkəsi 71 balla əvvəlki mövqeyində qalıb. "Twitter" 4 bənd əlavə etməklə 69 bal toplayıb, lakin "Facebook" və "LinkedIn" şəbəkələrindən çox uzaqlaşa bilməyib.

    İnternet axtarış sistemləri arasında istifadəçilər daha çox "Google" (83 bal), "Bing" və "MSN"-dən (hərəyə 73 bal) razı qalıblar. Reytinqi "Yahoo!" (71 bal) və "AOL" (70 bal) tamamlayır. ABŞ istifadəçilərinin axtarış sistemlərinin işindən orta məmnunluq indeksi 80 bal qiymətləndirilib.
    2
  • Din adamından hökm: "Qəzza yer üzündən silinməlidir"
    23.07.2014 20:10
    http://axar.az/cdn/2014/july/23/1406119559.jpg
    http://axar.az/cdn/2014/july/23/1406119559.jpg
    Yəhudi din adamı Dov Lior "Tövrat"ı mənbə göstərərək Qəzzada yaşayan fələstinli uşaq, qadın və yaşlıların öldürülməsini dəstəkləyib.

    Axar.az xəbər verir ki, irqçi vəkil yəhudi din adamı Haham Dov Lior Qəzzada uşaq, qadın, yaşlı fərqi qoymadan, xüsusi ilə də qəzzalı anaların öldülüməsini dəstəkləyərək bu ölkənin yox edilməsinin dində də gərəkli olması haqda hökm verib.

    Haham verdiyi hökmü belə açıqlayıb:

    "Tövratbütün savaşlarda yəhudilərə hücum edən düşmən xalqlara qarşı ayrı-seçkilik etmədən hər cür hücum etməyə icazə verir. Yəhudilərə düşmən kəsilənlərə onların əsgərləri ilə yanaşı bütün varlıqlarını yox etməyi lazım bilir".

    Dini lider yəhudilər əsgərlərin zərər görməməsi üçün hökumətin İsrail ordusuna Qəzzanı tamamilə məhv etmək məsələsində dəstək verəcəyini də bildirib.

    Bir müddət öncə İsrailli qadın millət vəkili Ayelet Şaked də Qəzzadakı soyqırımı dəstəkləyərək, "düşmənlərin qanı əlimizdə olmalıdır və onların anaları da öldürülməlidir ki, oğullarının arxalarından getmələri ədalətli olsun", - deyə bildirmişdi.
    6
  • "Mənim ad günüm yoxdur, mən Xankəndini istəyirəm"
    23.07.2014 20:10
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Ağdamın işğal günü ilə əlaqədar artıq 21 ildir Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova öz ad gününü qeyd etmir. Amma özünün dediyi kimi təbrik edənlər olur.

    ANS TV-nin məlumatına görə, Azərbaycan estradasının canlı əfsanəsi, səsinin sehri ilə milyonları heyran qoyan Flora Kərimova ixtisasca həkim olsa da, bu sənətin ardınca getmədi. Onun insanlara məlhəmi səsi olur. O səs ki, insanın ruhunu oxşuyur, həm də onun qəlbinin məlhəmi olur. "Bu qatarın dalınca baxma", "Aldatma məni", "Əzizim", "Bunu səndən gözləməzdim" və başqa yüzlərlə sevilən mahnılara həyat verir, səhnə ömrü yaşadır.

    Xaraktercə üsyankar biri olduğunu deyən sənətkar həyat yoluna nəzər salarkən qazandıqları üçün Allahına minnətdar olduğunu deyir.

    Səsi ən yüksək nota qədər qalxsa da, sənət aləmində müəyyən dövrlərdə qarşısına çıxan maneələr Flora xanımı hər yüksəlişinin qarşısına bir sədd çəkir. Beləcə 60 illik sənət həyatının cəmi 15-20 ilində xalq artisti öz səsini eşitdirə bilir. İçində olan vətən sevgisi isə ona hər şeydən əzizdir. "Acı bir günü yaşayıram" deyən sənətkarın ən böyük arzusu isə Şuşaya, Qarabağa qayıtmaqdır.

    Xalq artisti Flora Kərimova deyir ki, mənim ad günüm yoxdur, mən Xankəndini istəyirəm.

    "Oxuduğum mahnılar həyatımdır" deyən Flora xanım bu günlərdə boğazından ağır əməliyyat da keçirib. Amma tamaşaçılarını, sevənlərini nigaran qoymaq istəmir. Deyir ki, 2-3 aya əsrarəngiz səsi ilə yeni mahnılarını bizə təqdim edəcək.
    5
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri