yuxarıya
Onlayn Ödəmə
Füzuli Ələkbərovun rüşvət aldığı məmurların siyahısı hazırlanır
02.12.2013 15:59
A A
Məlumata görə, yeni nazir özündən əvvəl bu vəzifəni tutmuş Füzuli Ələkbərovla bağlı kompromat toplamağa başlayıb.

Nazir bu məlumatlara əsasən nazirliyin rayon şöbələrinin rəhbərlərindən əldə edir.

Belə ki, S.Müslümovun əmri ilə nazirliyin yerli qurumlarında təftiş aparılır, nöqsanlar aşkarlandığı təqdirdə həmin strukturun rəhbəri ilə əlaqə yaradılır.

S.Müslümov həmin şəxslərdən bundan əvvəl vəzifəyə təyin olunmaq və ya vəzifədə qalmağı müqabilində F.Ələkbərova nə qədər rüşvət verdiyini öyrənməyə çalışır.

Bu məqsəd üçün hətta nazirin yerli struktur rəhbərləri ilə yaratdığı telekörpüdən də istifadə olunur. Eyni məzmunlu söhbət bölgələrdə rəhbər vəzifə tutan bir neçə nəfərlə aparılsa da, onlardan hələlik bir nəfər - nazirliyin Quba rayon şöbəsinin rəhbəri bu barədə S.Müslümova məlumat verib.

Bundan sonra şöbə müdiri vəzifəsində saxlanılıb. Məlumata görə, S.Müslümov bu informasiyalardan daha sonra F.Ələkbərova qarşı istifadə edəcək.(az
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
57
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham edilir
    20.04.2014 13:32
    Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirovun həbs edildiyi açıqlanıb. Bu barədə məlumatı Musavat.com-a vəkil Fuad Ağayev verib. Onun sözlərinə görə, bir neçə dəqiqə əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müs...
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar bakalavriat və magistraturada pulsuz təhsil alacaqlar
    20.04.2014 12:37
    Bakalavriat və magistratura təhsilinin məzmunu və təşkili qaydaları dəyişibBakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabinetinin "Bakalavriat təhsilininməzmunu və təşkili qaydaları" və "Magistratura təhsilinin məzmunu, təşkilivə magistr dərəcələrinin verilməsi qaydaları"...
  • "Eurovision" təmsilçisi ağır avtomobil qəzası keçirdi
    20.04.2014 10:47
    Türkiyəni "Eurovision 2012" musiqi yarışmasında təmsil edən məşhur müğənni Can Bonomo ağır avtomobil qəzası keçirib.ANS PRESS-in məlumatına görə, Çanakkaledə konsert verməyə gedən Can Bonomo və komandasının içində olduğu avtomobil qəzaya uğrayıb. Sürcünün qəfl..
  • Azərbaycanda nazirin qardaşı yol qəzasında həlak oldu
    20.04.2014 02:22
    Bu gün Naxçıvan Muxtar Respulikasının Şərur rayonunun Pusyankəndində avtomobil qəzası baş verib.AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, qəza nəticəsindəAbbas Əhmədov hadisə yerində həlak olub.Onunla birlikdə Sərhəd Qoşunlarının Şərur zastavalarının rəhbəri...
  • İstirahət günündə Azərbaycanda hava necə olacaq?
    20.04.2014 00:07
    Aprelin 20-nə Azərbaycanda hava proqnozu haqqında məlumatMilli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış ya...
  • Xristianlar Pasxa bayramını qeyd edirlər
    20.04.2014 09:26
    Bu gün dünya xristianları Pasxa bayramını qeyd edirlər."Pasxa" - İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtir...
  • Şabranda avtomobil yoldan çıxaraq aşdı: yaralılar var
    20.04.2014 17:43
    Bakı-Quba yolunda qəza olub. ANS PRESS-in məlumatına görə, magistral yolun Şabran rayonu ərazisindən keçən hissəsində, daha dəqiqi Taxta Körpüyə çatmamış "VAZ 21010" markalı avtomobil yoldan çıxaraq aşıb.Avtomobildə olan sərnişinlər ağır xəsarətlər alıb. Onlar təc...
  • Azərbaycanda meşə yanır
    20.04.2014 15:57
    MillişAz KanalS-ə istinadən bildirir ki, yanğın hadisəsi İsmayıllının Xəleyi meşəsində qeydə alınıb. Dağlıq ərazidə başlayan yanğın qısa müddət ərzində genişlənib. Yanğının qarşısını almaq məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Yan..
  • Rza Zərrabı həbs edənlərə cinayət işi açıldı
    20.04.2014 12:17
    Türkiyədə 17 dekabr 2013-cü il korrupsiya əməliyyatı zamanı həbs edilən Rza Zərrab ölkə hakimləri, prokurorlar və polislər barəsində İstanbul Cümhuriyyət Prokurorluğuna şikayət ərizəsi göndərib.ANS PRESS-in məlumatına görə, iş adamının telefonunun qanunsuz olaraq d...
  • Everestdə qar uçqunu 16 nəfərin ölümünə səbəb olub
    20.04.2014 07:52
    Bakı-APA. Dünyanın ən uca zirvəsi hesab olunan Everestdə bədbəxt hadisə baş verib.APA-nın "RBK"ya istinadən verdiyi xəbərə görə, dağ zirvəsində baş vermiş qar uçqunu 16 nəfərin ölümünə səbəb olub. Nepal xilasediciləri 13 nəfərin cəsədini qarın altından çıxara ...
XƏBƏR LENTİ
  • Yol polisindən sürücüyə gülməli məktub
    20.04.2014 20:50
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Amma Türkan xanım üstündən 14 gün keçməsinə baxmayaraq həmin şöbəyə getməyib. Çünki: "Mənə yazıblar ki, xətanın törədilməsini qeydə alan radar görüntüləri sizə göndərilir. Əgər göstərilən müddətdə vəsatət vermədikdə və DYP şöbəsinə gəlmədikdə barənizdə inzibati tənbeh haqqında qərar qəbul ediləcək. Amma mən ora getməmişəm və getmək fikrim də yoxdur. Birincisi, ona görə ki, mənim idarə etdiyim avtomobil "Hundai Tucson" markalıdır və nömrəsidə 90 SE 966-dır. Lakin mənə göndərilən məktubda "Toyota-Land Cruser" markalı, 90 UM 035 dövlət nömrə nişanlı avtomobilin fotoları əks olunub.

    Həm də mən həmin ərazini heç tanımıram və orada olmamışam. Bunlar isə iddia edirlər ki, guya mən orada dayanma-durma qaydasını pozmuşam. Görəsən, bu məktubu mənə yazan, fotoları mənə göndərən şəxslər bircə dəfə də olsun öz yazdıqlarını oxuyurlarmı?" Türkan Məmmədlinin sualı çox marıqlıdır: görəsən, yol polisi bu suala nə cavab verəcək? Daha bir maraqlı məqam odur ki, Xətai DYPŞ-nin əməkdaşının göndərdiyi protokolda və fotomaterialların üzərində də Türkan Məmmədlinin avtomobilinin nömrəsi, markası və digər göstəricilər yazılsa da fotonun başqa nəqliyyat vasitəsinə məxsus olduğuna diqqət etməyiblər.

    Belə halda isə çox qəribə bir sual ortaya çıxır: görəsən, qaydanı bu fotolarda əks olunan nəqliyyat vasitəsi pozub, yoxsa Türkan xanımın avtomobili? Hərflər, rəqəmlər realdır, yoxsa fotomaterial? Xatırladaq ki, belə hallara dünya praktikasında vaxtaşırı olaraq rast gəlinir. Bir neçə gün öncə Fransada buna bənzər hal yaşanmışdı. Avtomobilinin maksimal sürəti 220 km/saat olan bir sürücüyə magistralda 519 km/saat sürətlə hərəkət etdiyi üçün cərimə və inzibati məsuliyyət nəzərdə tutan sənəd daxil olmuşdu. Həmin sənəd texniki xəta kimi qiymətləndirilsə də, Paris polisi bu tip yanlışlıqlara görə paytaxt sakinlərindən üzr istədi.
    0
  • Qəbələdə yazlıq bitkilərin əkini uğurla davam etdirilir
    20.04.2014 20:48
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Qəbələnin kəndlərində yazlıq bitkilərin əkini ilə bağlı işlərin qızğın çağıdır.

    Qəbələ Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildirmişlər ki, hazırda kəndlərdə tərəvəz məhsullarının yetişdirilməsi üçün torpaq sahələri şumlanaraq əkinə hazırlanır, əraziyə üzvü və mineral gübrələr verilir. Kəndlərdə quraşdırılan istixanalarda pomidor və xiyar şitilləri yetişdirilir, kartof və kələm əkini, yonca səpini davam etdirilir. Torpaq sahibləri tərəfindən indiyədək 676 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 216 hektarını kartof, 371 hektarını tərəvəz, 89 hektarını isə birillik və coxillik otlar təşkil edir. Hazırda kəndlərdə yazlıq bitkilərin əkini davam edir.

    Rayon aqrokimya laboratoriyası tərəfindən birinci rüb ərzində Qəbələdə mövcud əkin sahələrində torpağın münbitliyini öyrənmək məqsədilə 1870 nümunə götürülərək laboratoriya analizindən keçirilmiş və nəticələri barədə torpaq mülkiyyətçilərinə məlumat verilmişdir.

    Prezident İlham Əliyevin imzaladığı "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli Sərəncamın icrası ilə əlaqədar rayon komissiyası 2013-cü ilin dekabrında 1285 torpaq mülkiyyətçisinə 760,6 min manat yardım hesablamışdır. Hazırda həmin vəsait plastik kartlar vasitəsilə sahiblərinə çatdırılır. Dövlət Toxum Müfəttişliyi tərəfindən 2014-cü ilin birinci rübündə fiziki şəxslər tərəfindən laboratoriya analizinə gətirilmiş 2,7 ton qarğıdalı, 25 ton kartof və digər toxum nümunələri yoxlanılmış və müvafiq rəy verilmişdir. Həmçinin yaz-yay aylarında əkin sahələrinin suvarma suyuna olan tələbatının normal ödənilməsi üçün hazırda arxların lil və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir.
    6
  • Alpina-dan yeni Coupe
    20.04.2014 20:47
    http://img.milli.az/n/clickable/204433/0c/1/262042.jpg
    http://img.milli.az/n/clickable/204433/0c/1/262042.jpg
    Alpina Nyu-York ictimaiyyətinə yeni B6 xDrive Gran Coupe nümayiş etdirib. Milli.Az 4charx.com-a istinadən bildirir ki, yaraşıqlı xarici görünüşə və yüksək məhsuldarlığa heyran olmamaq mümkün deyil, amma çatışmazlıqlardan da qaçmaq mümkün olmayıb.

    Başlayaq yaxşılardan: bu kateqoriyaya birinci növbədə yeni aerodinamik asqı və 21 düymlük təkərlər aiddir.

    Yeni dəri üzləmə, təbii ağacdan dekorativ bəzəklər və Alpina yazılı kandarlar əldə edən salon heç də bundan az yaraşıqlı deyil.

    Daha maraqlı odur ki, yeni Alpina elə həmin 4,4 litrlik V8 turbo mühərriklə əvvəlki 445 a.g. və 650 Nm fırlanma anı deyil, 540 a.g. və 731 Nm fırlanma anı ilə təmin edilib. Nəticədə В6 Gran Coupe yerindən 96 km/saat sürətlənməni 3,7 saniyədə yerinə yetirir. Maksimal sürət isə 319 km/saat təşkil edir. Müqayisə üçün standart modelin müvafiq göstəriciləri belədir: 4,3 saniyə və 250 km/saat.

    Avtomobilin yaxşı cəhətləri burada bitir. Qalır çatışmazlıqlar, daha doğrusu, bir çatışmazlıq ki, bu da qiymətdən ibarətdir. ABŞ-da yeni model yazın sonlarında 118 225 dollara satışa çıxarılacaq.

    3
  • Zəfəran çayının faydası
    20.04.2014 20:45
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bildiyiniz kimi, bir çox bitki çaylarının həddən çox faydaları var. Belə çaylardan biri də zəfəran çayıdır. Zəfəran çayını bütün marketlərdən əldə etmək olar. Bəs zəfəran nədir və hansı faydaları var?

    Zəfəran çayının faydalarını yazmaqla bitməz. Zəfəran çayının xəstəliklərlə yanaşı, arıqlamaqda da rolu böyükdür. Başqa arıqlamaq üçün olan vasitələrdən seçilən zəfəran çayı bədəndə yığılmış artıq yağları əridir. 19 fərqli bitkinin qarışığından əmələ gələn zəfəran çayına heç bir əlavə dadlandırıcı və şəkərli maddə əlavə edilməmişdir.

    Yüksək dərəcədə yağ əridən zəfəran çayı yavaş-yavaş, mədəyə və bağırsağa ziyan vurmadan öz işini görür. Davamlı zəfəran çayı içən hər bir şəxs artıq çəkisindən azad ola bilər. Zəfəran çayını içə-içə yemək də olar. Zəfəran çayı ilə arıqlayan hər bir şəxs təzədən kökəlsə belə, əriyən həmin yağları yenidən yığması mümkün deyil. Başqa vasitələr (dərmanlar və yaxud da arıqlamaq üçün olan hər hansı çaylar) yağları əritməkdən çox, iştahsızlıq yaradır. Bu isə orqanizmə böyük ziyan vurur. Mədə-bağırsaq sistemi pozulur, baş ağrıları, ürəkbulanması olur və s. Zəfərən çayı isə əksinə, orqanizmə ziyan vurmadan sağlam həyat bəxş edir. Zəfəran çayı mədə-bağırsaq sistemini işlədir, bəzi orqanların funksiyalarını da artırır.

    Zəfəran çayı 2 ay qəbul edilməlidir ki, faydasını görəsiniz. İlk 15 gündə həzm sisteminizdə dəyişiklik olduğunu görəcəksiniz. 1 ay tamam olduqda isə mütləq çəkinizə fikir verin. 1 ay müddətində yağları əritdiyi üçün 2-ci ay gözlərinizə inanmayacaqsınız, çəkiniz ən azı 15 kilo azalmış olacaq.

    Zəfəran çayının tərkibi:

    Yasəmən, razyana, qarğıdalı saçağı, gicitkən yarpağı, yaşıl çay, nanə, nar çiçəyi, itburnu, çobanyastığı və s. faydalı bitkilər daxildir.

    Hazırlanması:

    Zəfəran çayını hazırlamaq istəsəniz, paket halında alın. Gündə 3 dəfə ac və yaxud da tox qarına qəbul etmək lazımdır.

    Əgər toz halında olanından qəbul etmək istəyirsinizsə, o zaman gündə 3 dəfə 1 çay qaşığı tozu yarım stəkan suya qatıb, 10 dəqiqə dəmlədikdən sonra içə bilərsiniz. Unutmayaq ki, hər iki çayı nə ilə istəsək içə bilərik.
    4
  • Ancelina Colidən həmkarına evliliklə bağlı qəribə məsləhət
    20.04.2014 20:34
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Hollivud aktrisası Ancelina Joli "Turist" filmindəki tərəf müqabili Conni Depp maraqlı məsləhət verib.

    BiG.Az saytı axsam.az saytına istinadən bildirirki, o, aktyora evlənməməyi tövsiyə edib.

    27 yaşlı aktrisa Ember Herdlə ailə qurmağı düşünən Coniyə verilən bu məsləhət mətbuatda böyük səs-küy doğurub. Ancelinanın fikrincə, Coni Depp hazırda 50 yaşındadır və orta yaş böhranı yaşayır, evlənmək istəməsinin səbəbi də budur.

    Xatırladaq ki, Coni Depp və Ember Herd 2012-ci ildə tanış olub. Daha sonra aktyor 14 ildən sonra öz əvvəlki sevgilisi Venessa Paradidən ayrılıb.
    1
  • Maqnus Karlsen Şəmkirdəki ilk qələbəsindən danışdı
    20.04.2014 20:27
    http://anspress.com/images/photos/4813.jpg
    http://anspress.com/images/photos/4813.jpg
    Dünya çempionu Maqnus Karlsen "Shamkir Chess 2014" turnirinin ilk turunda Şəhriyar Məmmədyarov üzərində qazandığı qələbədən danışıb. Ağ fiqurla oynayan norveçli qrossmeyster bildirib ki, taktika seçimi düzgün olub: "Son 3 klassik turnirin ilk turunda qələbə qazanmışam. Bu dəfə də belə oldu. Heç bir problem olmadı. Rahat qələbə qazandım. Şəmkirə maraqlı partiyalar üçün gəlmişəm. Əlbəttə nəticə vacibdir. İstərdim hər turda uğurlu çıxış edim".

    Maqnus Karlsen eyni zamanda Omanda keçdiyi təlim-məşq toplanışı barədə danışıb: "Oman iqlim cəhətdən Azərbaycana yaxındır. Orada da hava isti idi. Ona görə məhz Omanı seçmişdim. Təşkilatçılıq barədə demək istərdim. Hər şey çox yaxşıdır. Şəmkirdə olduğum müddətdə qonaqpərvərlik və yaxşı insanlar görmüşəm".

    Dünya çempionu mötəbər turnirin yaxın dostu Vüqar Həşimova həsr olunmasını yüksək qiymətləndirib: "Vüqar mənə yaxın insan olub. Təqdir etdiyim şahmatçı idi. Ona böyük hörmətim var. Turnirin ona həsr olunması yaxşı haldır".
    8
  • Aclıq aksiyası başlayır
    20.04.2014 20:24
    http://www.qafqazinfo.az/images/news/71640.jpg
    http://www.qafqazinfo.az/images/news/71640.jpg
    Həbsdə olan NİDA-çı gənclərin valideynləri aprelin 20-də Müsavat partiyasının qərargahında aclıq aksiyasına başlayıb. Bu barədə AzadlıqRadiosuna Zaur Qurbanlının anası Səkinə Qurbanlı məlumat verib.

    "Bu gün 4 valideyn aclıq aksiyasına başlayırıq. Şahinin anası ilə bibisi, Rəşadətin anası, bir də mən. İndi Zaurla danışdım deyir aclıq aksiyasını davam etdiririk və əhvalımız da yaxşıdır. O biri valideyinləri deyə bilmərəm, mən müddətsiz aclıq edəcəm".

    Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Hərəkat üzvlərinə 6 il yarımdan 8 il yarıma qədər cəza istəyib.

    Gənc fəallar etiraz olaraq aprelin 17-dən aclıq aksiyasına başlayıb. həm gənclərin, həm də valideynlərinin tələbi NİDA-çıların dərhal azadlığa buraxılmasıdır.

    İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı "Molotov kokteyli"ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra həbs olunan "Azad Gənclik" Təşkilatının üzvü (həbsindən sonra NİDA-ya üzv yazılıb) İlkin Rüstəmzadəyə də eyni ittihamlar irəli sürülüb. Əvvəl xuliqanlıqda ittiham olunan fəala qarşı sonradan kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

    Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
    6
  • Əhvalı korlanan hamama!
    20.04.2014 20:22
    http://img.milli.az/n/saglamliq/0c/9/el_yumaq.jpg
    http://img.milli.az/n/saglamliq/0c/9/el_yumaq.jpg
    Alman mütəxəssislər əllərin yuyulmasının insana psixoloji təsir göstərib-göstərməməsini araşdırıblar. Nəticə isə onları xeyli təəccübləndirib.

    Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, tədqiqatda iştirak edən könüllülərə çox çətin bir məsələni həll etmək tapşırılıb. Uğursuzluqdan sonra onların hamısının əhvalı pozulub. Yalnız bunların yarısını əllərini yumağa göndəriblər.

    Bir qədər fasilədən sonra tədqiqatın iştirakçılarına yenə həll etmək üçün məsələlər verilib. Bu zaman əllərini yuyanlar daha gümrah və aktiv olublar. Yerdə qalanlar isə verilən tapşırığı yerinə yetirmək üçün heç bir təşəbbüs göstərməyiblər.

    Tədqiqatçılar bildirirlər ki, əlləri yumaq nəinki əli, hətta beyni də yığılmış neqativdən təmizləyir.

    7
  • Beşiktaşın ulduz futbolçusu avtomobil qəzasına düşüb
    20.04.2014 20:07
    http://lent.az/photo/Beshiktash-loqo.jpg
    http://lent.az/photo/Beshiktash-loqo.jpg
    Bu gün İstanbulda "Beşiktaş"ın futbolçularından biri öz avtomobili ilə qəzaya düşüb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, komandanın hücumçularından biri Ömər Şişmanoğlu "Porsche" markalı avtomobili ilə "Atatürk" stadionuna gedərkən qadının idarə etdiyi digər maşına çırpılıb. Futbolçu ciddi xəsarət almasa da, maşını yarasız vəziyyətə düşüb.

    Qeyd edək ki, "Beşiktaş" bu gün "Atatürk" stadionunda "Fənərbağça" ilə qarşılaşacaq. Şişmanoğlu heyətə cəlb edilməyib.
    9
  • Subay sultanlığın əmması
    20.04.2014 20:02
    http://img.milli.az/n/saglamliq/0f/7/bas_agrisi_00.jpg
    http://img.milli.az/n/saglamliq/0f/7/bas_agrisi_00.jpg
    Əvvəllər hesab olunurdu ki, tənhalıq və ailənin olmaması insanı bədbəxt edir. Sonralar isə alimlər bunun tərsinə olduğunu sübut etdilər. Ancaq bir əmması var: bu xoşbəxtlik bir ömür deyil, yalnız 50 yaşadək sürür.

    Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, belə nəticələr iri sığorta şirkətinin keçirdiyi sorğuda bəlli olub. Tənhalıq və xoşbəxtlik arasındakı asılılığın müəyyən edildiyi sorğuda həm evlilər, həm də tənha insanlar iştirak ediblər.

    Məlum olub ki, ikinci qrupdan olan insanlar 50 yaş həddini keçdikdən sonra xoşbəxtlik hissini itiriblər. Rəyi soruşulanların 78%-i bunu etiraf edib.

    Evli olanların 60%-i yaşına baxmayaraq özünü xoşbəxt hiss edib. Ən xoşbəxt insanlar isə nəvəsi olanlar olub. Düşünməyə dəyərhellip;

    10
  • "Qarabağ" və "Neftçi" uduzdu
    20.04.2014 20:02
    http://anspress.com/images/photos/56704.jpg
    http://anspress.com/images/photos/56704.jpg
    Azərbaycan Premyer Liqasında 31-ci turun oyunlarına start verilib. ANS PRESS-in məlumatına görə, turun bütün oyunları bu günə nəzərdə tutulub.

    Tur "Neftçi" və "Qarabağ" klubları üçün uğursuz olub. Belə ki, "Neftçi" "Sumqayıt"a, Premyer Liqanın vahid lideri "Qarabağ" klubu Zaqatalada "Simurq"a uduzub.

    "Rəvan" isə öz meudanında "Qəbələ" qarşısında aciz qalıb.

    Lənkəranda keçirilən "Xəzər Lənkəran" - AZAL matçında qalib müəyyənləşməyib.

    31-ci tur

    "Xəzər Lənkəran" - AZAL - 1:1 (İkinci hissə)

    Qollar: Sadio Tounkara, 7 (1:0), Con Oluremi, 30 (1:1)

    "Simurq" - "Qarabağ" - 1:0

    Qol: Draqan Çeran, 33 (1:0)

    "Rəvan" - "Qəbələ" - 1:2

    Qollar: Viktor Mendi, 38 (0:1), Ürfan Abbasov, 41 (0:2), Yamin Ağakərimzadə, 85 (1:2)

    17:00. "Neftçi" - "Sumqayıt" - 1:3

    Qollar: Mirzağa Hüseynpur, 19 (0:1), Uğur Pamuk, 59 (0:2), Pərdis Fərcad-Azad, 78 (0:3), Ruslan Qurbanov, 90 3 (1:3)

    Qırmızı vərəqələr: Uğur Pamuk, 67 ("Sumqayıt"), Araz Abdullayev, 90 2 (1:3)
    7
  • Ruslar qardaşının qisasını Kliçkodan aldı
    20.04.2014 19:55
    http://avropa.info/new/fotobaza/orta/20854.jpg
    http://avropa.info/new/fotobaza/orta/20854.jpg
    Rusiya telekanalları ukraynalı boksçu Vladimir Kliçkonun avstraliyalı rəqibi Aleks Leapai ilə aprelin 26-da keçiriləcək döyüşünü yayımlamayacaq.

    "Axar.az" xəbər verir ki, döyüşlə bağlı Rusiyanın heç bir idman kanalı anons verməyib.

    "Rusiya boks fanatları aprelin 26-da televizorda mənim döyüşümü görməyəcəklər. Yaxşı olardı ki, idman bizim xalqları ayırmaqdansa birləşdirsin" deyə Kliçkonun Tvitter hesabında yazılıb.

    Almaniyanın "Bild" qəzeti isə, "Putin öz pultu ilə Kliçko qardaşlarının kiçiyini televizirdan söndürüb" yazıb.

    Alman nəşrinin bildirdiyinə görə, buna səbəb Ukrayna böhranı və böyük qardaş Vitali Kliçkonun mövqeyidir.
    9
  • Yemək və yatmaq: "şələ lələni, yoxsa lələ şələni?"
    20.04.2014 19:48
    http://img.milli.az/n/saglamliq/07/7/yemek_yemek_4.jpg
    http://img.milli.az/n/saglamliq/07/7/yemek_yemek_4.jpg
    Yaxşı yatmaq üçün qida rasionundan yuxulamağa ziyan verən ərzaq və içkiləri çıxarmaq lazımdır.

    Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Pensilvaniya Universitetinin əməkdaşı Maykl Qrendner deyir. O bildirir ki, xüsusilə tərkibində kofein olan qidalardan uzaq durmaq gərəkdir.

    Belə bir fikir var ki, alkohol insana yuxulamağa kömək edir. Ancaq belə yuxu dərin və düzənli olmur.

    Alim həmçinin nikotindən, şam yeməyi zamanı ədviyyatlı yeməklərdən istifadə etməməyi məsləhət görür. Həmçinin şam zamanı çox yemək də yuxunu qaçırır.

    Çox çətin bir məsələ isə yuxulamağa kömək edən qidaların seçilməsidir. Məsələn, hinduşka ətinin tərkibində serotoninin yaranmasında iştirak edən triptofan maddəsi var. Ancaq serotonin nəinki adamı yatızdırır, həmçinin insan beynində başqa funksiyaları da yerinə yetirir. Və hinduşka ətinin tərkibindəki triptofan effektiv olsun deyə gərək bir oturuma yarım kilo hinduşkanı həzm-rabedən keçirəsən. Bu vaxta da başqa sual yaranır: "Bəs çox yeməmək nə olsun?"

    Yuxu ritmlərini tənzimləmək üçün melatonini bol olan qida qəbul etmək olar. Əgər "bayquş"sunuzsa, amma səhər 7-də durmalısınızsa, şam zamanı gilənar yeyin. Melatoninin az dozaları (1,5-3 mq) çox dozadan daha effektivdir. Süd - kalsium, qoz-fındıq və buğda - maqnezium, balıq və yoğurt B qrupu vitaminlərilə zəngindir. Bütün bunlar da yuxu rejimini tənzimləmək üçün mühümdür.

    11
  • Pekində avtoşou
    20.04.2014 19:47
    http://anspress.com/images/photos/40919.jpg
    http://anspress.com/images/photos/40919.jpg
    Çinin paytaxtı Pekin ənənəvi avtoşouya ev sahibliyi edir. Bu gün açılan avtomobil sərgisində onlarla yeni avtomobil modeli və konsept-karlar təqdim edilib.

    Avtoşouda xarici avtomobil şirkətləri ilə yanaşı, Çin şirkətləri də təmsil olunur. Ötən il Çin bazarında Avropa, Amerika, Yaponiya və Cənubi Koreyadan olan avtomobillərin satışı 15,7 faiz artaraq, 17,9 milyona çatıb.

    Avtoşouda iştirak edən "Ford" avtomobil şirkətinin prezidenti Alan Mulalli şirkətin yeni modellərində çinli alıcıların daha çox arxa oturacaq istəyini nəzərə aldıqlarını deyib. "Çeri" avtomobil şirkəti isə pik-ap və idman avtomobilləri bazarını hədəf alan yeni "alfa" və "beta" avtomobillərini ilk dəfə Pekin avtoşousunda təqdim edib.
    8
  • Bakının əsas yollarından biri təmirdən sonra istifadəyə verildi
    20.04.2014 19:36
    http://news.lent.az/upload/images/news/2014/april/20/big/de9c771e3758e8d73817ea3223e432e2.jpg
    http://news.lent.az/upload/images/news/2014/april/20/big/de9c771e3758e8d73817ea3223e432e2.jpg
    Bakı şəhərinin Yasamal rayonunda təmirə bağlanmış yol sürücülərin istifadəsinə verilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən İsgəndər Zülalov küçəsi ilə kəsişməsinə qədər ("Kaktus" restoranının yanı) olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri yekunlaşdırılıb. Yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
    14
  • Masallıda III beynəlxalq folklor festivalı keçiriləcəkdir
    20.04.2014 19:33
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    İyunun 12-dən 15-dək Masallı şəhərində III beynəlxalq folklor festivalı keçiriləcəkdir.

    AzərTAc xəbər verir ki, son iki ildə rayonda folklor festivalının yüksək səviyyədə keçirilməsi və bu sənət yarışmasına qatılmaq istəyən ölkələrin sayının artması ilə onun miqyasının genişlənməsi Masallının ən mötəbər tədbirlərə ev sahibliyi etmək bacarığını üzə çıxarmışdır.

    Rayonda keçirilən festivallarda Azərbaycan ilə yanaşı, Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstanın folklor kollektivləri iştirak etmişlər.

    Builki festivala da xarici ölkələrin tanınmış sənətçiləri dəvət olunacaqdır. Bu məqsədlə rayonda hazırlıq işlərinə başlanılmışdır.
    8
  • Çeçen komandirinin qətli üçün Kadırov nurçularla necə razılığa gəlib?
    20.04.2014 19:31
    http://avrasiya.net/wp-content/uploads/kadirov.jpg
    http://avrasiya.net/wp-content/uploads/kadirov.jpg
    "Çeçen səhra komandiri Əli Osayevin öldürülməsində Ruslan Papaçkeri günahkar deyil".

    Bu iddia ilə Türkiyənin "Takvim" qəzeti çıxış edib.   Qəzet Əli Osayevin öldürülməsində Gülən hərəkatının polis strukturlarındakı imamı kimi tanınan Osman Hilmi Özdilin mühüm rol  oynadığını bildirib:  "Gülənçilər Kadırovla razılığa gəliblər. Rusiya kəşfiyyatının ən böyük düşmənlərindən birinin Gülən hərəkatı hesab edilməsinə baxmayaraq, Kadırov onların təklifini qəbul edib. Təklif çox sadə olub. Çeçenistanda nurçu məktəblərinin açılmasına şərait yaratmağın qarşılığında Türkiyədə gizlənən çeçen səhra komandirlərinin qətlə yetirilməsinə yardım göstərilməlidir. Bunun nəticəsidir ki, sonra Əli Osayev qətlə yetirilir. Burada isə bütün günahlar Zona ləqəbli Ruslan Papaçkerinin üzərinə atılır. Əvəzində bir daşla iki quş vurulur".

    Qeyd edək ki, Əli Osayev Çeçenistanda kifayət məşhurdur. O ölkənin əsas səhra komandirlərindən hesab edilir.

    axar.az
    8
  • Volkswagen Golf-dan 4 yenilik
    20.04.2014 19:27
    http://img.milli.az/n/clickable/204433/04/7/262043.jpg
    http://img.milli.az/n/clickable/204433/04/7/262043.jpg
    Alman şirkəti Nyu-Yorka Golf ailəsinin düz dörd yeni üzvünü gətirib. Milli.Az 4charx.com-a istinadən bildirir ki, söhbət Golf SportWagen konseptindən, Golf GTI və Golf R heçbeklərdən və həmçinin modelin elektrik versiyasından gedir.

    Golf SportWagen gələn il Jetta SportWagen modelini əvəz edəcək. Adı çəkilən ikinci model bundan sonra ancaq sedan kuzovunda satılacaq.

    Nyu-Yorkda VW şirkəti 2015 VW Golf GTI modelinin Amerika qiymətlərini də elan edib. Onlar 24395 dollardan başlayır və əvvəlki modelin qiymətindən 195 dollar çoxdur. Əvəzində isə kapotun altında güc 10 a.g. artıb və standart avadanlıqların da sayı artıb.

    10
  • Fransada həbsxana müdirləri üsyan etdi
    20.04.2014 19:20
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Fransada ümumi məhkum və məhbus sayı 67 mini keçdi.

    Vəziyyətə üsyan edən həbsxana müdirləri, ədliyyə naziri Christiane Taubira'ya problemə dərhal müdaxilə etməsi üçün müraciət etdi.

    Həbsxana personalının artan məhkum və məhbus sayı səbəbiylə qeyri-kafi qaldığından və işlərini lazım olduğu kimi edə bilmədiklərindən şikayət edən idarəçilər, həddindən artıq doluluq nisbətinin təhlükəsizlik üçün də ciddi problemlər yaratdığına diqqəti çəkdi.

    Həbsxana müdirlərinin '' Hər gün doluluq nisbətində yeni bir rekorda imza atırıq. Artıq yorulduq. Bu vəziyyətə daha nə qədər və necə dözə bilərik'' deyərək reaksiyalarını ortaya qoyduqları məktubda, ədliyyə Nazirliyinin ölkə daxilində min gözətçi və 30 idarəçi üçün heyət açması tələb edildi.

    Fransa cəzaçəkmə müəssisələrindəki həddindən artıq doluluq nisbəti, Avropa Şurasında fəaliyyət göstərən və üzv ölkələrin həbsxana və nəzarətxanalarda işgəncə və pis rəftarın qarşısının alınması üzrə Komitənin də sərt reaksiyasına gətirib çıxarır.
    10
  • Ukrayna ilə Rusiya sərhədində qan töküldü
    20.04.2014 19:17
    http://anspress.com/images/photos/57263.jpg
    http://anspress.com/images/photos/57263.jpg
    Pasxa bayramında Ukrayna və Rusiya sərhədində gərginlik səngiməyib. Baxmayaraq ki, rəsmi Kiyev rusiyapərəst qüvvələrə qarşı əməliyyatları Pasxa bayramında dayandırdığını bəyan etmişdi.

    Sərhəddə itki ilə nəticələnən atışma olub.

    Ukraynanın Slovyansk şəhərində sərhəd-keçid məntəqəsində atışma baş verib. Avtomobillərə baxış üçün qurulmuş blokpostda atışma zamanı 3 rusiyayönümlü etirazçı və 2 naməlum şəxs ölüb.

    ATƏT-in hərbi nümayəndələri Ukraynanın şərqində müşahidə aparacaq

    ATƏT-in hərbi nümayəndələri Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində inzibati binaların hökumət qüvvələrinə təhvil verilməsini müşahidə etmək üçün əraziyə gəliblər. Bu barədə CNN telekanalı xəbər verir. Cenevrədə dördtərəfli görüşdə əldə olunan razılığa görə, bütün inzibati binaları etirazçılar boşaldacaq və radikal silahlı qruplaşmalar tərksilah olunacaq. Razılaşma ölkədə siyasi gərginliyi nisbətən aradan qaldırsa da, rusyönümlü etirazçıların öz məqsədlərindən daşınacaqları real görünmür. Donetsk vilayətinin Slavyansk şəhərində separatçılar yenidən etiraz aksiyası keçiriblər. Fəalların əsas tələbi regionunun statusuna dair referendum keçirilməsi olub.

    Etirazçı Simon İqoryeviç: "İlk öncə referendum keçirilməlidir. Daha sonra müstəqil olub-olmamağa qərar verəcəyik"

    Etirazçı Valeriy Qriqoriç: "Biz Donetsk Respublikasını elan etdikdə artıq referendum keçirmişdik. İndi biz yarımmüstəqillik. Artıq siyasi istiqamətin nə olacağını və Rusiya Federasiyası ilə hansı münasibətlərin qurulacağını müəyyən etmək lazımdır"

    Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Pasxa bayramı münasibətilə televiziya vasitəsilə xalqa müraciət edib. O Ukraynada tezliklə sülhün bərpa olunacağına ümid etdyini deyib:

    "Biz çətin bir dövr yaşayırıq, Ukrayna xalqı özünün azadlıq arzusunu, ədalət və həqiqi mənəvi dəyərlərin bərqərar olması istəyini dilə gətirir. Diriliş günü iman və sevginin qeyd edildiyi bir gündür. Tanrı Ukraynaya sülh bəxş etsin".

    Bu arada Rusiya prezidenti Vladimir Putin Ukraynanı "Qazprom"a olan 2,2 milyard borcunu ödəməyə çağırıb. Dövlət telekanalına müsahibəsi zamanı Putin Ukraynanın avropalı tərəfdaşlarını bu ölkəyə maliyyə yardımı etməyə təkid edib.
    11
  • İnsanın klonlanmasına bir addım qaldı?
    20.04.2014 19:08
    http://img.milli.az/n/saglamliq/01/4/laboratoriya.jpg
    http://img.milli.az/n/saglamliq/01/4/laboratoriya.jpg
    Amerikalılar yaşlı insanın kök hüceyrələrini klonlaşdıra biliblər.

    Uzun illər sürən nəticəsiz cəhdlərdən sonra həkim Robert Lanzanın laboratoriyasında belə bir uğur əldə edilib.

    Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, yeni metod alimlərə xəstə orqanizmlərdəki zədələnmiş və ya xəstə hüceyrələri yeniləri ilə əvəz etməyə imkan yaradacaq.

    Əvvəllər mütəxəssislər yalnız embriondan, yaxud yeni doğulmuş uşaqdan götürülən kök hüceyrəni klonlaya bilmişdilər.

    Bu yaxınlarda həmçinin məlum olub ki, kapilyar damarından götürülmüş bircə damla qan tam induksiya edilmiş kök hüceyrəsini almağa kifayət edir. Bu insanlara barmaqlarından qan verərək onun yenidən işlənməsi üçün həkimlərə verməsinə şərait yaradır. Perspektivdə bu yeni donorları cəlb edəcək və kök hüceyrələri şəbəkəsi bankının yaradılmasına imkan yaradacaq.

    11
  • Basketbol oynayanda qəpik pul mədəsinə düşdü
    20.04.2014 19:02
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    3 yaşlı oğlan topu səbətə atmaq istəyərkən qəpik pul boğazına gedib.

    BiG.Az saytı Gün.Az saytına istinadən xəbər verir ki, Türkiyədə Kahramanmaraşda yaşayan 13 yaşlı Şahin Seringeç sinifyoldaşları ilə basketbol oynayırmış.

    O topu səbətə atmaq üçün tullananda cibindəki qəpik pul yuxarı sıçrayıb və pulu udub.

    Nəfəsi kəsilən 13 yaşlı oğlanı dərhal xəstəxanaya çatıdırıblar. İlkin müdaxilədən sonra vəziyyəti normallaşıb.

    İndi həkimlər qəpik pulun Şahin Seringeçin mədəsindən təbii yolla çıxmasını gözləyir.
    11
  • "Bakı"nın futbolçusu hakimə kəllə vurdu
    20.04.2014 19:00
    http://anspress.com/images/photos/36947.jpg
    http://anspress.com/images/photos/36947.jpg
    Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən "Bakı" - "İnter" oyununda xoşagəlməz hadisə baş verib.

    ANS PRESS-in məlumatına görə, qarşılaşmanın 72-ci dəqiqəsində kobud oyuna görə, sarı vərəqə ilə cazalandırılan meydan sahiblərinin müdafiəçisi Araujo Santos hakimin qərarına kəskin şəkildə etiraz edib. Baş hakim Rəhim Həsənov isə ona bu etirazınına görə qırmızı vərəqə göstərib. Əsəblərini cilovlaya bilməyən braziliyalı futbolçu Rəhim Həsənova kəllə vurub.
    8
  • Respublika ərazisində 16 partlayış hadisəsi baş vermişdir
    20.04.2014 18:54
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bu ilin birinci rübündə respublika ərazisində 16 partlayış hadisəsi baş vermişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 33 faiz çoxdur.

    Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, partlayışlar zamanı 5 nəfər həlak olmuş, 26 nəfər xəsarət almışdır.

    Bu hadisələrdən beşi fərdi yaşayış evlərində, ikisi fərdi evin yardımçı tikililərində, üçü çoxmənzilli yaşayış binalarında, biri sosial-məişət və mədəniyyət təyinatlı binada, biri istehsalat obyektində, biri yanacaqdoldurma məntəqəsində, biri yeni inşa olunan obyektdə, biri digər yaşayış binasında, biri isə digər yük avtonəqliyyat vasitəindəqeydə alınmışdır.
    13
  • Rus ordusunun Ukraynaya girməsi üçün səbəb yarandı
    20.04.2014 18:50
    http://avropa.info/new/fotobaza/orta/347.jpg
    http://avropa.info/new/fotobaza/orta/347.jpg
    "Biz Slavyansk şəhərinə Rusiya sülhməramlılarının gətirilməsini istəyirik".

    "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Slavyansk şəhərinin meri Vyaçeslav Ponomaryov çıxış edib.

    O hazırda şəhərin "Sağ Sektorun mühasirəsində olduğunu bildirib:

    "Bizim qardaşlarımız öldürürlər. Onlar bizimlə danışmırlar sadəcə öldürürlər. Buna görə də mən Rusiya Prezidenti Vladimir Putinə Donetsk və Luqanska sülhməramlıları yeritmək üçün müraciət etmişəm. Bizi onlardan yalnız Rusiya sülhməramlıları qoruya bilər".
    11
  • İşdən qovuldu, 58 milyon dollar aldı
    20.04.2014 18:49
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Yahoo-da işdən çıxarılan Əməliyyat bölümünün rəhbəri Henriqe De Castronun alacağı təzminat bəlli olub.

    BiG.Az saytı anspress.com saytına istinadən bildirirki, CEO Marissa Mayerin rəhbərliyinə keçdikdən sonra işə aldığı ilk böyük ad olan De Castronun təzminatı 58 milyon dollara çatır.

    Şirkətdə yalnız 15 ay çalışan De Castro 2012-ci il oktyabr ayında şirkətdəki vəzifəsinə başlamışdı. Google-dən transfer edilən Henrique De Castro reklam gəlirlərini artırmadığına görə şirkətdən qovulub.

    Qeyd edək ki, De Castro dörd il üçün 62 milyon dollarlıq müqaviləyə imza atmışdı.
    7
  • Fatimənin (s.ə) elmi
    20.04.2014 18:47
    http://img.milli.az/n/elnur/04/e/namaz_qadin_00.jpg
    http://img.milli.az/n/elnur/04/e/namaz_qadin_00.jpg
    (20 aprel - mövludunun ildönümü münasibəti ilə)

    Həzrət Fatimeyi-Zəhra (ə) həm iman və ibadətdə, həm iffət və həyada, həm də səxavət və bəxşişdə bütün qadınlardan üstün idi. Bu müqəddəs qadının özəllikləri haqqında nə qədər danışılsa və yazılsa, yenə azdır. Böyük alimlərdən birinin dili ilə desək, "əgər Fatimə kişi olsaydı, mütləq peyğəmbər olardı".

    Fatimənin (ə) üstün və özəl xüsusiyyətlərindən biri də uca elmi məqama malik olması idi. Onun evi Mədinənin müsəlman qadınları üçün məktəb sayılırdı. Sualı olanlar, çətinliyə düşənlər o həzrətin qapısına pənah gətirir, sual verib cavabını alırdılar. Fatimə (ə) qadınlar üçün bir ülgü idi. Atasından eşidib-öyrəndiklərini başqaları ilə səxavətlə bölüşür, söz və davranışı ilə onlara yol göstərirdi.

    Fatimənin (ə) elmi məqamını nişan verən nümunələrdən ikisini təqdim edirik.

    *

    Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələrdən soruşdu: "Deyin görüm, qadın üçün ən üstün və xeyirli əməl hansıdır?" Səhabələrni hərəsi bir cür cavab verdi. Söhbətin şahidi olan Həzrət Əli (ə) evə gəlib, bu məsələ barədə Fatimənin (ə) fikrini soruşdu. Həzrət Zəhra (ə) buyurdu: "Qadın üçün ən yaxşı olan budur ki, nə bir naməhrəm onu görsün, nə də o bir naməhrəmi görsün". Əli (ə) bu cavabı Peyğəmbərə çatdırdı. Allahın elçisi bu mükəmməl cavabı haradan öyrəndiyini soruşanda, Əli (ə) həqiqəti açıb-dedi. Peyğəmbər buyurdu: "Həqiqətən, Fatimə mənim bir parçamdır". Bu hadisə Fatimənin (ə) məntiqinin Peyğəmbər məntiqinə hamıdan daha yaxın olduğunu göstərir.

    *

    Bir gün Həzrət Fatimənin (ə) yanına bir qadın gəlib dedi: "Mənim anam qoca və zəif qadındır. Namaz qılmaq qaydalarında çətinliyə düşüb, bəzi sualları var. Özü sizin yanınıza gələ bilmədiyi üçün məni göndərdi ki, sualların cavabını sizdən soruşum". Fatimə (ə) mehribanlıqla buyurdu: "Hər nə sualın varsa, çəkinmədən soruş".

    Qadın suallarını verməyə başladı. Fatimə (ə) bütün sualları tələsmədən, dəqiq şəkildə cavablandırırdı. Qadın hər sualın cavabın alandan sonra yenisini verirdi. Onuncu suala çatanda qadın utanıb durdu. Dedi: "Ay Allah Rəsulunun qızı! Mən sənə zəhmət verdim. Bu qədər bəsdir". Fatimə (ə) isə zərrəcə narahatlıq əlaməti göstərmədən buyurdu: "Xeyr, mənim üçün heç bir zəhməti yoxdur. De görüm, əgər bir nəfərə ağır yük verib hündür bir yerə aparıb qoymasını istəsələr, əvəzində isə yüz min dinar verəcəklərini desələr, o adam razı olmazmı?" Qadın düşünmədən cavab verdi: "Əlbəttə ki, razı olar. Bu qədər böyük məbləğin əvəzində bu nə işdir ki?" Fatimə buyurdu: "Sənin hər sualına verdiyim cavaba görə Allah mənə yerlə göyün arasını dolduracaq ləl-cəvahirat qiymətində savab verir. Ona görə də bu işin çətinliyi məni qorxutmur". Sonra o həzrət buyurdu: "Atamdan eşitmişəm ki, belə buyurub: "Bizim tərəfdarlarımız içindən olan alimlər qiyamət günü məhşərə gələndə, malik olduqları elmin miqdarına və Allah bəndələrini həqiqətə yönəltmək yolunda səylərinə uyğun olaraq, onların əyninə kəramət xələtləri geyindiriləcək. Onların hər birinə nurdan min-min xələt verilər..."

    Daha sonra Fatimeyi-Zəhra (ə) qadına müraciət edərək buyurdu: "Ey Allahın bəndəsi! Bu xələtlərin bir sapı bu dünyadakı bahalı və zərli geyimlərdən min-min dəfə daha gözəldir. Çünki bu dünyanın libasları zaman keçdikcə köhnəlib korlanar".

    İslam.az
    8
  • Ötən il Türkiyədə 42 min 655 adda kitab yayımlanmışdır
    20.04.2014 18:44
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Ötən il Türkiyədə 42 min 655 adda kitab yayımlanmışdır. Bu göstərici 2012-ci illə müqayisədə 11,1 faiz çoxdur.

    Türkiyə Statistika Təşkilatının (TİK) yaydığı məlumatda bildirilir ki, hesabat dövründə ölkə üzrə 1981 adda elektron kitab (DVD, CD), 13 min çeşiddə kitab kaseti, 21 növdə xəritə və 385 digər elektron vəsait oxucuların görüşünə gəlmişdir.

    Kitabların 91 faizi türk, 5,5 faizi ingilis, digərləri isə başqa dillərdə hazırlanmışdır.
    9
  • O yaşda beyin durur
    20.04.2014 18:33
    http://img.milli.az/n/saglamliq/0f/5/stress_1.jpg
    http://img.milli.az/n/saglamliq/0f/5/stress_1.jpg
    Beynin məlumatı yadda saxlamaq, emal etmək və təcrübədə istifadə etmək qabiliyyəti insanın yaşından asılıdır.

    Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, vaxt keçdikcə bu qabiliyyətlər azalır. Üstəlik, beyində bu proses insanın digər orqanlarından daha tez başlayır.

    Kanadanın Saymon Frezer Universitetinin alimləri bildiriblər ki, insan beyninin "öyrənmə funksiyalarının" ilkin sönmə anı təxminən 24 yaşa təsadüf edir.

    Bu yaşı təyin etməkdə alimlərə StarCraft2 kiberoyunçuları kömək ediblər. 3305 oyunçunun yaş həddi 16-44 arası olub. Mürəkkəb statistik modelləşdirmə vasitəsilə alimlər müəyyənləşdiriblər ki, yaşlı oyunçular öz cavan rəqiblərinə nisbətdə daha gec qərar qəbul edirlər.

    Yalnız ləng reaksiyaya baxmayaraq, yaşlı oyunçular da uğurlu nəticələr göstəriblər. Bu ona görə belə olub ki, onlar bu təbii çatışmazlıqlarını illərlə sürən məşq zamanı qazandıqları təcrübə ilə kompensasiya ediblər.

    8
  • Adımızda nələr gizlənib?
    20.04.2014 18:32
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bir çox böyük zəka sahibləri insanın adı ilə taleyi arasında sıx əlaqə olduğunu vurğulayıblar. Və yəqin ki, fikir veribsiniz: bir neçə adaşın talelərini tutuşdursanız, zahiri fərqlərə baxmayaraq, onların hissolunmaz ümmumi cəhərtləri üstünlük təşkil edəcək. İnsan adını dəyişsə, müəyyən dərəcədə xarakterini və deməli, həm də taleyini dəyişə bilər. Təsadüfi deyil ki, yaradıcı adamlar özlərinə təxllüs seçirlər. Təkcə gözəl səsləniş xatirinə yox.

    Adın dəyişilməsi insanada ehtiva olunmuş əlavə potensialın açlışına səbəb olur. Numeroloqlar təsdiqləyirlər ki, yeni ad həyatın gedişini dəyişir. Yeri gəlmişkən, günümüzə qədər din xadimlərində, gizli təriqət və cəmiyyətlərdə qorunub saxnanılan qanun da burdandır:həyat tərzi dəyişiləndə ad da dəyişməlidir. Əlbəttə adın önəmini çox şişirtmək olmaz, çünki bir sıra gigər məsələr də xarakterin biçimlənməsinə təsir edir. Amma, hər halda, adın təsiri inkarolunmazdır!

    Ad - Zəifliyimizin və Gücümüzün gizli xəsinəsidir

    Adımızda nələr gizlənib?

    Hecalara bölək

    Hesab olunur ki, adda nə qədər heca varsa, insanın həyat proqramı da bir o qədər başlıca hissələrdən ibarətdir.

    Birhecalı ad - İnsanın bütün həyatı yeganə bir hədəfə doğru aparır. Amma belə adlar dünyada çox azdır. Azərbaycan da isə ümmumiyyətlə, yoxdur!

    İkihecalı - adı olanlar o zaman özlərinə inamlı olurlar ki, yanlarında onlara dayaq və mayak olası kimsə olur.

    Üçhecalı - adı olan kişilər güclü, şəraitə tez uyğunlaşan, sudan quru çıxan, öz imiclərini qoruyan olurlar. Adı üçhecalı qadınlar başqasını idarə edir,özlərini haqlı olduqlarına inanırlar. Belələri başqalarının taleyinə qarışmamalı, onları dəyişməyə can atmamaldırlar. Həlledici seçim etmək lazım gələndə onları həmişə kritik vəziyyət cəlb edir.

    Dördhecalı - adı olanların həyatında çox şey vərdişlərdən, ənimsənilmiş qaydalardan asılı olur. Belə adamların həyatında yaxınları mühüm rol oynayır.
    7
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri