yuxarıya
Onlayn Ödəmə
Bakıda 45 yaşlı kişi dostunun 15 yaşlı qızını zorladı
20.11.2013 00:01
A A
Bakının Suraxanı rayonu ərazisində 45 yaşlı kişi dostunun 15 yaşlı qızını zorlayıb.

Gün.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 26-da baş verib.

belə ki, C.Y. dalaşdığı üçün arvadı ilə qızını evdən qovub. Onun dostu 1959-cu il təvəllüdlü S.Ş. dostunun arvadı 1969-cu il təvəllüdlü A.Q.-nı və 15 yaşlı L.-ni Zığ qəsəbəsindəki evinə aparıb. Orada bir müddət qala biləcəklərini deyib. S.Ş. bu insanpərvərliyini sonradan çirkin niyyətlə əvəzləyib. O, bir gün evdə heç kimin olmamasından istifadə edib və azyaşlı qıza təcavüz edib. Bundan xəbər tutan A.Q. kişidən şikayət edib.

Bundan əsəbləşən S.Ş. onlar qalan evə gedib və orada onları evdən çıxartmaq istəyib. Evi dağıdıb. Bundan əsəbləşən A.Q. özünü yandırmaq istəyib.

Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsindən verilən məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki tərəfin izahatı alınıb.

Hazırda fakt Suraxanı rayon Prokurorluğundan araşdırılır.

Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
59
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Nəqliyyat Nazirliyinin səlahiyyəti artırıldı
    20.10.2014 22:15
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədəfərman imzalayıb.Mil...
  • Bakı Slavyan Universitetində yeni təyinat
    21.10.2014 17:59
    Bakı, 21 oktyabr, Sevinc İsgəndərova, AzərTAcBakı Slavyan Universitetində respublikada ilk dəfə olaraq rektorun müşaviri vəzifəsinə tələbə təyin olunub.Universitetin rektoru, professor Asif Hacıyevin əmri ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin 2-ci kurs t..
  • Sabahdan seçki prosesi başlayır
    21.10.2014 17:41
    Azərbaycanda oktyabrın 22-dən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə start veriləcək. AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.Qanunvericiliyə əsasən bələdiyyə seçkilərin...
  • İrandan Azərbaycana "narkotik axını" davam edir
    21.10.2014 15:48
    İrandan Azərbaycana 2 kq-dan artıq narkotik vasitələr gətirmək və satmaq cəhdlərinin qarşısı alınıbDövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə İr...
  • Londonun "Heathrow" aeroportunda 130-a yaxın aviareys ləğv edilib
    21.10.2014 14:48
    Bakı, 21 oktyabr, AzərTAcƏlverişsiz hava şəraiti ilə əlaqədar Londonun "Heathrow" hava limanında 130-a yaxın reys ləğv olunub. Bu tədbirlər əsasən Frankfurt və Münhen şəhərləri, həmçinin bir sıra Karib hövzəsi ölkələri ilə hava əlaqəsinə təsir edib.AzərTAc Eurone...
  • Onların ölkədən çıxışına qadağa qoyulub
    21.10.2014 13:46
    2014-cü ilin 9 ayı ərzində vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilən tədbirlər nəticəsində oktyabrın 1-nə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği yanvarın 1-i ilə müqayisədə 5,4 faiz, ötən ilin müvafiq ...
  • Türkiyə prezidenti TANAP layihəsi ilə bağlı iki sənədi təsdiq edib
    21.10.2014 13:43
    Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Trans-Anadolu" əsas qaz ixrac boru kəmərinin (TANAP) tikintisi ilə bağlı iki əlavə sənədi təsdiq edib."APA-Economics" Türkiyənin "Resmi Gazete"sinə istinadən xəbər verir ki, sözügedən sənəd...
  • ÇL həyəcanı davam edir
    21.10.2014 11:12
    İlk oyun günündə 8 qarşılaşma keçiriləcək.E qrupunun lideri "Bavariya" "Roma"nın qonağı olacaq. "Mançester Siti" Moskvada CSKA ilə üz-üzə gələcək.F qrupunda "Barselona" öz meydanında "Ayaks" klubunu, APOEL isə PSJ-ni qonaq edəcək.G qrupunun lideri olan"Çelsi" klubu doğma ...
  • Abşeron sakininin evi yandı
    21.10.2014 10:28
    Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və mətbəxinin tavanı 20 kv.m sahədə və əşyaları qismən yanıb.Fövqəladə Hallar nazirliyindən AZADİNFORM-a verilən məlumata görə, evin qalan hissəsi yanğından müha...
  • Vergidən yayınma hallarının qarşısı alınır
    21.10.2014 10:02
    Tovuz, 21 oktyabr, AzərTAcCari ilin yanvar-sentyabr aylarında Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Departamentinin 11 saylı "Regionalnəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən nəqliyyat xidməti göstərən avtobus və taksi fəaliyyəti ilə məşğul olan 3634...
XƏBƏR LENTİ
  • :Siqaret çəkənlərin nəzərinə
    21.10.2014 20:07
    http://www.xezerxeber.com/uploads/images/large/2014/10/21/53928679.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2014/10/21/53928679.jpg
    Səhiyyə Nazirliyi tərəfindən poliklinikalarda siqaret çəkməkdən imtina üçün xüsusi kabinetlər yaradılacaq.Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən müzakirələr aparılır.

    Ölkədə siqaretdən istifadə edən insanların sayı durmadan artır.

    Artıq bununla bağlı siqaret çəkməyi tərgitmək istiyən insanlar üçün poliklinikalarda xüsusi kabinetlər yaradılması müzakirə olunur.Bu Səhiyyə Nazirliyinin sağlam həyyat tərzi proqramında öz əksini tapıb.

    Poliklinikalarda yaradılacaq bu otaqların siqareti çəkməyi tərgitmək istəyən insanlar üçün faydası çox olacaq.

    İlk olaraq bu otaqlar paytaxtda yerləşən poliklinikalarda yaradılacaq.

    Yaradılacaq bu otaqlar vətəndaşlara ilkin olaraq ödənişli əsaslarla xidmət göstərəcək.
    0
  • Texniki Universitetdə yağışdan sonra... göbələk bitdi
    21.10.2014 20:06
    http://azvision.az/photos/68871_res_01.jpg
    http://azvision.az/photos/68871_res_01.jpg
    AzVision.az Virtualaz.org saytına istinadən xəbər verir ki, universitetin dam örtüyü yararsız halda olduğundan yağan yağış suları auditoriyalara dolub. Taxta döşəməli otaqların birində isə nə az, nə çox - birbaşa göbələk bitib. AzTU-nin tələbələri də bu maraqlı hadisənin fotosunu çəkərək sosial şəbəkələrdə paylaşıblar.

    Həmin foto təbii ki, böyük marağa səbəb olub. Amma foto oxucuları yox, ilk növbədə AzTU və Təhsil Nazirliyi rəhbərliyini daha çox maraqlandırmalıdır. Texniki fənn ustaları müvafiq qurumlarla birgə oturub bunu dəqiq hesablamalıdırlar: təhsilə dövlət büdcəsindən ildə 1,8 milyard manata yaxın, yaxud 2 milyard dollardan çox vəsait xərcləndiyi halda bu göbələk AzTU-nun auditoriyasında haradan, niyə, necə peyda ola bilər?

    Bu fakt Azərbaycanda bir çox təhsil ocaqlarının bərbad vəziyyətindən, şagird və tələbələrin istifadəsi üçün yararsız olmasından xəbər verir.

    Qeyd edək ki, son günlər mətbuatda təhsil ocaqlarının vəziyyəti ilə bağlı xoşagəlməz xəbərlər yayılır. Belə təhsil ocaqlarına misal olaraq regionlarda olan məktəbləri göstərmək olar. Bir neçə gün əvvəl mətbuatda Lənkəran rayonunun Zövlə kənd orta məktəbinin, Bərdə dəmiryol vağzalında yerləşən Ağdam köçkün məktəbinin hansı şəraitdə olması ilə bağlı xəbərlər yer almışdı.

    Havaların bir neçə gün qeyri-sabit keçməsi belə yararsız obyektlərdə daha böyük fəsadlar yaradır. Bu da sübut edir ki, bir çox təhsil ocaqları nəinki qışa, heç payıza da hazır deyil (Obyektivlik naminə deyək ki, son illər ölkədə Avropa standartlarına uyğun məktəblər də tikilir və ya təmir olunur. Amma fakt budur ki, dözülməz vəziyyətdə olan təhsil ocaqları da var).

    Rayonlardakı orta məktəblərlə bağlı məsələni yenə haradasa başa düşmək olar. Bəs Bakının mərkəzindəki məktəbləri, konkret olaraq ali təhsil ocağı olan Texniki Universitetdəki vəziyyəti necə, nə ilə izah edəsən? AzTU-da botanika fənni də keçilmir, biologiya fakültəsi də yoxdur ki, bu göbələk əhvalatında durub nəsə məntiq axtarasan. İndiki halda isə gücün sadəcə təəccüb və təəssüf etməyə çatır...
    0
  • İngiltərə polisinin tuta bilmədiyi avtomobil oğruları
    21.10.2014 20:04
    http://deyerler.org/uploads/thumbs/3EZ4SPJ.jpg
    http://deyerler.org/uploads/thumbs/3EZ4SPJ.jpg
    İngiltərə polisi son dövrlərdə bahalı avtomobil oğrularına qarşı əməliyyat həyata keçirir. Lakin, bu oğruları tutmaq olduqca çətindir. İngiltərədə son dövrlərdə oğurlanmış bahalı avtomobillərin satışında ciddi artım müşahidə olunur.

    Oğruların həyata keçirdiyi üsulu insan heç ağlına belə gətirə bilməz. Oğurladıqları avtomobilləri İngiltərə xaricinə qaçıran oğrular fotoşəkildə görünən kimi bir konteynerin içini ədyal və səhiyyə məhsulları kimi yardım ləvazimatları ilə doldururlar. Oğurladıqları bahalı cipi isə konteynerin tavanına bağlayırlar. Belə olan halda konteyneri açan təhlükəsizlik işçiləri yardım ləvazimatlarından başqa heç bir şey görmür. İngiltərə təhlükəsizlik orqanlarının verdiyi məlumata görə, 60 dəqiqə ərzində oğurlanıb ölkə xaricinə çıxarılan bahalı avtomobillər də mövcuddur. Oğrular daha köhnə üsullarda olduğu kimi şüşələri qıraraq və ya bir başa təhdid edərək avtomobilləri oğurlamırlar. Oğrular yeni nəsil avtomobilləri oğurlayarkən kompüter proqramlarından da istifadə edirlər.

     

    0
  • Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi böyük maraqla qarşılanıb
    21.10.2014 20:02
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139033474603617246_600x400.JPG
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139033474603617246_600x400.JPG
    Bakı, 21 oktyabr, AzərTAc

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, biologiya üzrə elmlər doktoru, professor Naib Əminov Sankt-Peterburqda keçirilən "Mədəni bitkilərin sistematikası və təkamül problemləri" mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.

    İnstitutdan AzərTAc-a bildiriblər ki, konfransda N.Əminov "Buğda genofondunun zənginləşdirilməsi yolları" mövzusunda məruzəsində üçcinsli mürəkkəb hibridlərin yaradılmasını və onların buğda ilə hibridləşməsini buğda genofondunun zənginləşdirilməsi yollarından biri kimi təqdim edib. O, belə çarpazlaşmaların səmərəliliyini göstərərək, yaradılmış yeni sabit formaların molekulyar-sitogenetik tədqiqi haqqında müfəssəl məlumat verib. Bildirib ki, bu tədqiqatlar nəticəsində həmin formalarda əsaslı xromosom dəyişikliklərinin - xromosom əvəzolunmalarının və translokasiyalarının baş verdiyi aşkar edilib.

    Nəticələri əks etdirən mikrofotoşəkillər konfrans iştirakçılarının nəzərinə çatdırılıb. Məruzə böyük maraqla qarşılanıb və iştirakçıların sualları cavablandırılıb.

    Tədbirdə Qazaxıstan, Slovakiya, Çexiya, Özbəkistan, Rusiya, Ukrayna və başqa ölkələrdən də nümayəndələr iştirak ediblər.
    0
  • Namaza başlamazdan əvvəl...
    21.10.2014 20:01
    http://img.milli.az/n/clickable/204433/0d/0/namaz_8745.jpg
    http://img.milli.az/n/clickable/204433/0d/0/namaz_8745.jpg
    Namaza başlamazdan əvvəl qılmadığımız qəza namazlarını hansı ardıcıllıqla qılmalıyıq?

    Milli.Az islam.az-a istinadən bildirir ki, yetkinlik yaşına çatdıqdan sonra insan hər hansı səbəb üzündən gündəlik vacib namazları qılmayıbsa, mütləq bunları qəza etməlidir. Bu zaman əksər müctəhidlərin rəyinə görə, günlər arasında ardıcıllığa riayət etmək vacib deyil. Yəni müxtəlif günlərə aid qəza namazları olan adamın öncə daha əvvəlki günün namazını, sonra isə daha sonrakı günün namazını qılması vacib şərt deyil. Amma bəzi müctəhidlər (məsələn, mərhum Ayətullahül-üzma Behcət) bunu lazım bilirdi.

    Lakin bütün müctəhidlərin fətvasına görə, eyni gündən həm zöhr, həm də əsr namazı qəzaya qalıbsa, əvvəlcə zöhr, sonra əsr namazı qılınmalıdır. Məğrib və işa namazları da beləcə.

    0
  • İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 208,4 milyon nəfər sərnişin daşınıb
    21.10.2014 20:01
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139033533734355987_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139033533734355987_600x400.jpg
    Bakı, 21 oktyabr, AzərTAc

    Yanvar-avqust aylarında İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 208,4 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz çox sərnişin daşınıb.

    Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, bu dövrdə İpək Yolu ilə daşınan yüklərin həcmi 38,9 milyon ton olub. Bunun 50,4 faizi avtomobil, 34 faizi dəmir yolu, 15,6 faizi dəniz nəqliyyatının payına düşüb.

    Yük daşımaları fəaliyyətindən 337,9 milyon manat, sərnişin daşınmasından isə 73 milyon manat gəlir əldə olunub və müvafiq surətdə 9,9 və 12,8 faiz artım qeydə alınıb.
    0
  • "Maidə" surəsi niyə belə adlanır?
    21.10.2014 19:58
    http://deyerler.org/uploads/thumbs/PJH7T99.jpg
    http://deyerler.org/uploads/thumbs/PJH7T99.jpg
    Deyerler.org: "Maidə" surəsi 120 ayəyə malik olan bir surədir. Mədinədə nazil olub. Bu surənin belə adlandırılmasının səbəbi 114-cü ayəsidir ki, buyurur: "Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o, bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan»". (Tebyan)

    Bu surə ictimai mövzulardan bəhs edir. Bu surədə halaldan və haramdan söhbət açılmış və insanlardan alınan əhdə işarə edilmişdir. Bu surə üç dəfə Bəni-İsrayil və xristianların verdiyi vədlərə işarə etmişdir. Adəmin (ə) övladlarının dastanı ibrət olsun deyə, bəyan edilmişdir. Bu surədə rəhbərlik və vilayət mövzusuna toxunulmuşdur.

    "Maidə" Quranın beşinci surəsidir. Maidə o qaba deyilər ki, adətən ondan yemək yeyilir. Yemək süfrəsi mənasını da verir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Maidə" surəsini oxuyarsa, yer üzündə nəfəs alan xristian və yəhudilərin sayı qədər Allah ona on savab verər, on günahını bağışlayar, on dərəcə qaldırar".

    İmam Baqir (ə) buyurur: "Hər kim "Maidə" surəsini hər cümə axşamı oxuyarsa, imanını zülmə qarışdırmaz və Allaha şərik qərar verməz".

    Əllamə Təbatəbai bu surə haqqında buyurur: "Əgər bu surənin əvvəlinə, ortasına və axırına diqqət etsək və bu surədə olan dastanlar haqqında düşünsək, o zaman başa düşərik ki, bu surədə məqsəd - əhdə vəfa etməyə, imanda möhkəm olmağa dəvət etməkdir. Allah Təala o insanların vəzifəsini asanlaşdırar ki, təqvalıdır, imanlıdır, Allahdan qorxar, ehsan edər. Lakin o kəslər ki, İmamları ilə əhdi pozar, itaətdən boyun qaçırdar, əhdə vəfa etməz - onun vəzifəsini çətinləşdirər".

    Bu surə əziz Peyğəmbərimizin (s) həyatının son zamanlarından nazil olan surədir. Ondan sonra heç bir surə nazil olmamışdır. Allah Təala son olaraq bəndələrinə Öz əhdini xatırladır və ona əməl etmələrini buyurur.

     

    6
  • Putinin Ukrayna qərarı
    21.10.2014 19:56
    http://anspress.com/images/photos/66115.jpg
    http://anspress.com/images/photos/66115.jpg
    Rusiya sabahdan etibarən Ukraynadan bütün meyvə-tərəvəzi qadağan edir.

    ANS PRESS-in məlumatına görə, Rusiya buna səbəb kimi Ukraynanın Avropa meyvə-tərəvəzini reeksport etməsini göstərir.

    Rəsmi Moskva iddia edir ki, Ukraynadan Rusiyaya göndərilən meyvə-tərəvəzdə qadağan olunmuş maddələr mövcuddur.

    Rusiya oktyabrın 21-də isə Avropa Birliyindən ət və quş məhsullarının gətirilməsini qadağan edib. Rəsmi Moskva AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq belə bir qərar verib.
    6
  • Putin və Poroşenko telefonda Ukraynanı müzakirə etdi
    21.10.2014 19:55
    http://avropa.info/new/fotobaza/orta/1190.jpg
    http://avropa.info/new/fotobaza/orta/1190.jpg
    Çərşənbə axşamı Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Pyotr Poroşenko arasında telefon danışığı olub. Musavat.com-un məlumatına görə, bu barədə Kreml başçısının mətbuat xidməti açıqlama yayıb.

    Məlumatda iki dövlət başçısının Ukraynanın cənub-şərqində barışığa əməl edilməsinin vacibliyini qeyd etdikləri bildirilir. İki lider həmçinin, qaz sferasında əməkdaşlıq məsələsini müzakirə ediblər.

    Ukrayna prezidentinin saytında da danışıqlar haqda məlumat yerləşdirilib. "Ukrayna və Rusiya prezidentləri atəşin tam dayandırılması və artilleriya sakitliyi rejiminin təmin edilməsinin vacibliyini vurğulayıblar" - məlumatda bildirilir.

    O da qeyd edilir ki, danışıq Brüsseldə gözlənilən energetik məsləhətləşmələr çərçivəsində aparılıb.
    2
  • Seyyid Həsən Nəsrullah BMT səfirini qəbul etməyib
    21.10.2014 19:53
    http://deyerler.org/uploads/thumbs/E4J3HUV.jpg
    http://deyerler.org/uploads/thumbs/E4J3HUV.jpg
     

    Hizbullaha yaxın mənbələr hadisə ilə bağlı bildirir: "BMT səfiri Deymistura Seyyid Həsən Nəsrullahla görüşmək istədiyini bildirdi, ancaq Hizbullah bu və bu kimi görüşləri qəbul etmir və etməyəcək də. Buna görə də onun Hizbullah baş katibinin müavini ilə görüşməsi qərara alınıb".

     

    Şərqul Əl-Övsət qəzeti mövzu ilə bağlı yazır: BMT səfirinin Hizbullah baş katibi ilə görüşünün siyasi cəhəti yoxdur. Çünki Suriyadakı qarışıqlıqdan 3 il keçdikdən sonra Hizbullahın siyasəti və bölgədəki müqavimətin qələbə qazanmasından sonra belə bir görüşə cəhd etmək rəsmi Dəməşq əleyhinə olan beynəlxalq siyasətin uğursuzluğunun sübutudur".

     

    Digər tərəfdən bu görüş o baxımdan da əhəmiyyət daşıyır ki, Avropa ölkələri, xüsusilə də Amerika, Fransa, İngiltərə və Fars Körfəzi Şurası «Hizbullah»ı terror təşkilatları sırasına salmışdı. Eyni zamanda Avropa Birliyi 2013-cü ildə Hizbullahı 2 yerə ayıraraq siyasi və hərbi qanadlara bölməklə hərbi qanadını terror təşkilatları siyahısına salmışdı. Ancaq AB Livan səfiri Ancelina Hizbulahla müzakirələrini davam etdirməkdədir.

     

    7
  • İddialar özünü doğrultdu: ABŞ PYD-yə silah yardımı adı altında İŞİD-ə silah göndərdi
    21.10.2014 19:53
    http://deyerler.org/uploads/thumbs/T5APG5M.jpg
    http://deyerler.org/uploads/thumbs/T5APG5M.jpg
    Deyerler.org: İŞİD terror təşkilatının Ayn əl-Ərəb (Kobani) istiqamətindəki hücumları davam etdiyi bu arada ABŞ-ın bombardmanı və silah yardımı da davam edir. Koalisiya qüvvələri ilə birgə İŞİD-i bombalayan ABŞ döyüş təyyarələrinin İŞİD-ə qarşı döyüşən PYD  terror təşkilatına yardım etmək üçün havadan göndərdiyi hərbi təchizat İŞİD ünsürlərinin əlinə keçib, - "haber7".

    İŞİD tərəfindən yayımlanan görüntülərdə iki terrorçunun ABŞ təyyarələrindən atılmış silahları çəkdiyi görünür. Daha sonra ABŞ tərəfindən PYD-yə kömək etmək üçün atdığı hərbi təchizatın ələ keçirildiyini söyləyən terrorçular silahları və bombaları kameraya göstərir.

    Xatırladaq ki, ABŞ-ın Yaxın Şərq üzrə mütəxəssislərindən sayılan Qreq Mayr(Greg Myre) PYD-yə ABŞ-ın silah və humanitar yardımının rəmzi olaraq bir çox məna daşıya biləcəyini iddia etmişdi.

    O, bu yardımın Ayn əl Ərəbin İŞİD-in əlinə keçməsinin qarşısının almağa kömək edə biləcəyini də inkar etməyib.  "PYD bu silahları istifadə edərək müvəffəqiyyətlər qazana bilər. İŞİD-i Ayn əl Ərəbdən qova bilər  və ya İŞİD bu silahları sabah PYD-nin əlindən ala bilər. Bu silahlar kim tərəfindən və ya necə istifadə ediləcəyi barədə fikir irəli sürmək qeyri düzgündür ", - deyə Qreq Mayr xəbərdarlıq etmişdi.

     

    5
  • "Sənaye, tikinti və enerji statistikası göstəriciləri və nəşr materialları" mövzusunda seminar keçiriləcək
    21.10.2014 19:51
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Dövlət Statistika Komitəsi statistik məlumatların istifadəçilərini "Sənaye, tikinti və enerji statistikası göstəriciləri və nəşr materialları"na dair mövzuda, təşkil olunacaq seminara dəvət edir.

    AZADİNFORM xəbər verir ki, seminar oktyabrın 24-də saat 11:00-da Komitənin inzibati binasının iclas zalında (I mərtəbə) keçiriləcək.
    1
  • Azərbaycanlı hücumçulara nümunə: Braziliyalı qapıçı 123-cü qolunu vurdu
    21.10.2014 19:51
    http://news.lent.az/upload/images/news/2014/october/21/small/b86b4523c6c445a6b99c44365e283dcb.jpg
    http://news.lent.az/upload/images/news/2014/october/21/small/b86b4523c6c445a6b99c44365e283dcb.jpg
    Braziliya yığmasının sabiq qapıçısı Rojerio Seni bu günlərdə karyerasının növbəti qolunu vurub. "San-Paulo"nun 41 yaşlı qolkiperi "Bayi" ilə matçda cərimə zərbəsindən fərqlənib. Lent.az-ın məlumatına görə, bu, Seninin karyerası ərzində vurduğu 123-cü qol olub. Dünyanın ən məhsuldar qapıçısı olan Seni Braziliya çempionatının cari mövsümündə 8 dəfə adını tabloya yazdırıb.

    Qeyd edək ki, təcrübəli çərçivə qoruyucusu bu ilin sonunda karyerasını bitirəcək.
    2
  • Putinin sevgilisi media kraliçası oldu
    21.10.2014 19:49
    http://cdn.qafqazinfo.az/68814.jpg
    http://cdn.qafqazinfo.az/68814.jpg
    Rusiya prezidenti Vladim Putinin sevgilisi Alina Kabayeva yenidən dünya mətbuatının diqqət mərkəzindədir. Halbuki Rusiya dövlət dumasının deputatı, bədən tərbiyəsi, idman və gənclərlə iş üzrə komitənin üzvü, "Alina" xeyriyyəçi fondunun rəhbərinin 31 yaşı bu yaxınlarda tamam olub.

    "Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, Alina Kabayeva 2006-cı ildən Rusiya prezidentinin sevgilisi kimi tanınır, hətta bu münasibətdən iki uşağın- bir qız və bir oğlanın doğulduğu artıq bütün dünyaya bəllidir…

    İtaliyanın nüfuzlu nəşrlərindən olan "La Repubblica" son sayında bu əzəmətli xanımın yeni vəzifə aldığını yazır. Belə ki, Alina Kabayeva Rusiyanın ən böyük media şəbəkəsi olan Milli Media Qrupun direktorlar şurasının rəhbəri təyin olunub. 2006-cı ildə Rusiyanın ən seksual qadını elan olunan bu xanım 2007-ci ildən Vahid Rusiya Partiyasının Dövlət Dumasının deputatıdır. İdmançı kimi isə o, iki olimpiya medalını, dünya çempionatında 14 medalı və 25 dəfə Avropa çempionatının medallarını qazanmış bədii gimnastdir.

    Onun 62 yaşlı Putinlə sevgisi indi də davam edir. Buna baxmayaraq, onun Milli Media Qrupa rəhbər gətirilməsi ortaya çoxsaylı sullar çıxarıb. İş orasındadır ki, bu media qrupun sahibi Yuri Kavalçukdur. O, isə Putinin ən etibarlı dostalrından sayılır. Hətta bu şəxsi Putinin "şəxsi kassiri" sayanlar da var.

    Qəzet yazır ki, Alina Kabayeva 1983-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. Məhz elə həmin il Putin ilk həyat yolaşı Lyudmila ilə ailə həyatı qurmuşdu. Bu evlilik isə bir neçə ay əvvəl rəsmən başa çatdı.

    Məqalədə bildirilir ki, prezident Putin Alina Kabayeva ilə onun 17 yaşı olanda ilk dəfə görüşüb. Bu görüş 2000-ci ildə qeydə alınıb. 2007-ci ildə isə bu xanım artıq deputat idi. Vogue, Maxim, Glamour və Cosmopolitan kimi mərkəzlər onun fotosessiyalarını həvəslə yayrdılar. Bir zamanar o, model kimi də nüfuz qazanmışdı.

    Xanım Kabayeva 2011-ci ildə yenidən Dumaya seçildi. 7 il ərzində o, parlamentdə cəmi 3 dəfə çıxış edib. Maraqlıdır ki, bu xanım Soçi olimpiadası zamanı məşəli daşıyanlardan biri olub.

    "La Repubblica" bildirir ki, indi onun rəhbərlik etdiyi Media Qrup Birinci Kanalın 25 faizinə nəzarət edir. Beşinci kanal və PEN TV onun nəzarətindədir. Rusiyanın nüfuzlu nəşrlərindən olan "Известия" bu media qrupuna məxsusdur. "Твой день" də onlarındır. Xalq arasında populyar olan "Русская служба новостей" də indi onun əlindədir. Bir sözlə o, media kraliçasıdır.

    İtaliya qəzeti yazır ki, gimnast kimi peşəkar olan Alina Kabayevann media müstəvisində təcrübəsindən danışmağa belə dəyməz. "Ancaq Rusiya məntiqlə yox, tayfa qanunları ilə idarə olunur", Rusiyanın müxalifət liderlərindən olan Aleksey Navalnıy ölkədəki vəzifə təyinatları haqqında danışarkən öz bloqunda belə yazıb.

    Qəzet hesab edir ki, Rusiyada əcnəbi media qruplarının qanundan kənar elan olunması fonunda belə bir təyinatın ortaya çıxması xüsusi diqqət çəkir. Rusiya Qərbə bağlı media orqanları ilə vidalaşmağa tələsir. Rəsmi Kreml Rusiyanın Kütləvi İnformasiya Vasitələrinə total nəzarət etmək fikrindədir. Belə nəzarəti isə Alina Kabayeva kimi cazibədar xanımla həyata keçirmək daha yaxşı olardı.
    2
  • "Bakı-2015" idmanın 11 növü üzrə "Rio-2016" Olimpiadasına təsnifat imkanı təqdim edəcək
    21.10.2014 19:47
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139026924022065117_600x400.JPG
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139026924022065117_600x400.JPG
    Bakı, 21 oktyabr AzərTAc, Məmməd İsayev

    "Bakı-2015" ilk Avropa Oyunlarında idmanın 11 növü üzrə Rio-de-Janeyro Olimpiadasına təsnifat imkanı təqdim olunacaq. Lisenziyaların verilməsi yarışlara birbaşa vəsiqə qazanmaq, mərhələli və reytinq xalları üzrə mümkün olacaq.

    AzərTAc xəbər verir ki, bunu "Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari və əməliyyat komitəsinin idman şöbəsinin direktoru Pirs Okallahan oktyabrın 21-də mətbuat konfransında deyiblər.

    Diqqətə çatdırılıb ki, Oyunlarda 6 mindən çox idmançı 16-sı Olimpiya, 4-ü qeyri-Olimpiya olmaqla idmanın 20 növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları bütün növlər üzrə yarışlarda birbaşa təmsil olunacaqlar. Qeyri-Olimpiya növlərinə sambo, karate, çimərlik futbolu və hər komandada üç nəfərin oynadığı basketbol daxildir. On yeddi gün ərzində 18 idman obyektində keçiriləcək Oyunlarda 253 medal sahibini tapacaq.

    Qeyd olunub ki, 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandıracaq idman növlərinə oxatma, yüngül atletika, voleybol və çimərlik voleybolu, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş daxildir.

    Lisenziyalar oxatma, velosiped idmanı, taekvondo, voleybol və çimərlik voleybolu üzrə mərhələli, atıcılıq, stolüstü tennis, triatlon üzrə birbaşa, yüngül atletika və üzgüçülük üzrə isə beynəlxalq federasiyanın təsnifat standartları əsasında veriləcək. "Bakı-2015" Avropa Oyunlarına qatılacaq milli komandalar boks və güləş idmanı növlərində "Rio-de-Janeyro-2016" Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına vəsiqə qazanmaq uğrunda yarışacaqlar.

    Qeyd edək ki, güləş üzrə lisenziya xarakterli dünya çempionatı gələn ilin sentyabrında Las-Veqasda (ABŞ), boks üzrə mundial isə 2015-ci ilin oktyabrında Qətərdə keçiriləcək.
    3
  • Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı olub
    21.10.2014 19:47
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Zümrüd Paşayeva - APA. Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı olub.

    APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Pyotr Poroşenko Vladimir Putinlə Brüsseldə enerji məsələləri ilə bağlı keçirilən görüşü müzakirə edib.

    Dövlət başçıları həmçinin Ukraynanın şərqindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
    1
  • AMEA-nın Əlyazmalar İnstitutunda ərəbdilli əlyazmaların tədqiqi ilə bağlı mühüm işlər görülür
    21.10.2014 19:43
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139024404684054599_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139024404684054599_600x400.jpg
    Bakı, 21 oktyabr, AzərTAc

    Bakı Avrasiya Universitetinin dəvəti ilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Kral Abdullah adına Beynəlxalq Ərəb Dilinə Xidmət Mərkəzinin müşaviri, doktor İbrahim əbə Nəmi və Şahzadə Naif adına Araşdırma və Məsləhət Xidməti İnstitutunun direktor müavini, doktor Xalid əl-Xəran AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

    Əlyazmalar İnstitutundan AzərTAc-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov institutun tarixi, əsas fəaliyyət istiqaməti, ərəbdilli əlyazmaların tədqiqi sahəsində görülən işlər barədə məlumat verib. O, institutda ərəbdilli əlyazmaların tədqiqi ilə bağlı üç istiqamətdə - əlyazmaların toplanması və mühafizəsi, kataloqlaşdırılması, tədqiqi və nəşri yönümdə böyük işlər görüldüyünü diqqətə çatdırıb. Direktor müavini institutun əməkdaşlığa, qabaqcıl təcrübəni öyrənmək və əldə etdiyi nailiyyətləri bölüşməyə hazır olduğunu qeyd edib.

    Doktor İbrahim əbə Nəmi Bakıda belə bir institutun olduğundan məmnun olduğunu söyləyib.

    Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Kamandar Şərifov institutda ərəbdilli əlyazmaların üçcildlik kataloqunun hazırlandığını qeyd edib. Şöbə müdiri ərəbdilli əsərlərin - dinşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq və başqa elm sahələrinə aid əlyazmaların müqayisəli tədqiqata cəlb edildiyini qonaqların nəzərinə çatdırıb.

    Doktor Xalid əl-Xəran bir institutda eyni dildə 12 min əlyazmanın saxlanmasının sevindirici olduğunu və bunun əməkdaşlıq üçün əsas verdiyini vurğulayıb.
    4
  • Ərtoğrul Cavidin xatirəsi anılıb
    21.10.2014 19:42
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1413902179621519187_600x400.JPG
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1413902179621519187_600x400.JPG
    Bakı, 21 oktyabr, Zərəngiz Mansurova, AzərTAc

    Oktyabrın 21-də istedadlı bəstəkar, Hüseyn Cavid ocağının varisi Ərtoğrul Cavidin 95 illik yubileyi ilə bağlı "Turan Cavid Qadın Mərkəzi" İctimai Birliyində anım günü keçirilib.

    AzərTAc xəbər verir ki, birliyin sədri Sevda Cəfərova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə, bəstəkar Rəşid Şəfəq və digər çıxış edənlər Ərtoğrul Cavidin həyat və yaradıcılığından danışıb, onun musiqi irsindən və tədqiqat obyekti olan digər araşdırmalarından söhbət açıblar.

    Ərtoğrul Cavid təkcə musiqişünas və bəstəkar deyil, həm də çox istedadlı bir tədqiqatçı olub. O, böyük bəstəkar Üzeyir Hacıbəylinin rəhbərliyi və tövsiyəsi ilə Azərbaycan dastanlarını, folklorumuzu toplamış, aşıq yaradıcılığını tədqiq edib, ilk dəfə aşıq musiqisini nota köçürüb.

    Tədbirdə Ərtoğrul Cavidlə bağlı xatirələr söylənib, onun musiqisi səsləndirilib.
    7
  • Kenan Doğulu və Bərən Saatın övladı olacaq
    21.10.2014 19:42
    http://www.olaylar.az/foto/xeberler/kenan doglu ve beren saatin olvladi.jpg
    http://www.olaylar.az/foto/xeberler/kenan doglu ve beren saatin olvladi.jpg
    Türkiyənin tanınmış aktrisası Bərən Saat bu il heç bir serial və film təklifini qəbul etməyib.Həyat yoldaşı Kənan ilə birlikdə xaricə səfər etməyi düşünən Bərən bu il ana olmağı planlaşdırır. Bərən Saat Kənanın qardaşı Ozanın 3 qızı olduğu üçün Doğulu ailəsinə yeni bir oğlan uşağının dünyaya gəlməsinin vacib olduğunu açıqlayıb.
    4
  • Gəncə şəhəri daha da inkişaf edəcək və gözəlləşəcək
    21.10.2014 19:38
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 21 oktyabr, AzərTAc

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    AzərTAc xəbər verir ki, Sərəncamda son illərdə Gəncə şəhərində zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm tədbirlər həyata keçirildiyi diqqətə çatdırılır. Bildirilir ki, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, "Xəmsə" abidəsi, "Gəncə Qala qapıları" Arxeologiya və Etnoqrafiya Muzeyi, Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Park Kompleksi yaradılıb, yüksək standartlara cavab verən 4 mehmanxana tikilib, küçələr, çoxsaylı yaşayış binaları yenidən qurulub, parklar salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Hazırda orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan "İmamzadə" kompleksinin bərpası, Gəncə Dövlət Filarmoniyası və Gəncə Dövlət Dram Teatrı binalarının tikintisi davam etdirilməkdədir.

    Sərəncama əsasən, Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
    9
  • Polşa Kremllə birgə Ukraynanı parçalamaq istəyir?
    21.10.2014 19:37
    http://axar.az/cdn/2014/october/21/1413898386.jpg
    http://axar.az/cdn/2014/october/21/1413898386.jpg
    "Heç bir Polşa siyasətçisi digər ölkənin ərazisinin bölüşdürülməsi kimi biabırçı hərəkətlərdə iştirak edə bilməz".

    Axar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Yeva Kopaç söyləyib. O, Polşanın keçmiş Xarici İşlər naziri Radislav Sikorskinin təklifinin doğru olduğu halda qalmaqal yaradacığını deyib.

    Qeyd edək ki, Radoslav Sikorski Kremlin Ukraynanın bölüşdürülmə planını 6 il öncə hazırladığını iddia edib. Onun sözlərinə görə, Rusiya bu vaxta qədər işğal edəcəyi əraziləri tam müəyyənləşdirmədiyi üçün işğal gecikib. İşğalda isə adı keçən ərazilər Zaporojye, Dnepropetrovsk və Odessadır. Donbas Kremlin əsas hədəfi deyil.

    O, həmçinin Putinin Polşanın Baş nazirinə də Ukraynanın parçalanması ilə bağlı təklif irəli sürdüyünü söyləyib. Sikorski Polşaya bunun üçün Lvov şəhərinin təklif edildiyini deyib.
    2
  • Aşıq sənətini yaşadan ustad
    21.10.2014 19:37
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 21 oktyabr, AzərTAc

    Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 20-də Azərbaycan aşıq sənətində özünəməxsus yeri olan, Əməkdar İncəsənət Xadimi, Prezident mükafatçısı Aşıq Ədalət Nəsibovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

    İdarədən AzərTAc-a bildirilib ki, tədbir Aşıq Rza Qobustanlı adına mədəniyyət evində baş tutub.

    Çıxış edənlər bu gün aşıq sənətini yaşadan ən gözəl nümayəndələrdən biri olan Aşıq Ədalət Nəsibovu təbrik edib və ona bundan sonrakı yaradıcılığında uğurlar arzulayıblar.

    Tədbirdə iştirak edən aşıqlar öz gözəl ifaları ilə gecəyə rəng qatıblar.

    Sonda ustad aşıq Ədalət Nəsibov çıxış edərək, yubiley tədbirinin belə yüksək səviyyədə təşkilinə görə bütün təşkilatçılara minnətdarlıq edib, onun sənətinə göstərilən bu cür diqqət və qayğıdan məmnun olduğunu söyləyib.
    5
  • "Sənətkarlıq paytaxtında" poeziya gecəsi
    21.10.2014 19:33
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 21 oktyabr, AzərTAc

    Oktyabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Abşeron rayonunun Heydər Əliyev Mərkəzində "Abşeron - Azərbaycanın sənətkarlıq paytaxtı-2014" layihəsi çərçivəsində poeziya gecəsi keçirilib.

    AzərTAc xəbər verir ki, tədbirə tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, şair və yazıçılar, ictimaiyyət nümayəndələri iştirak edib.

    Layihə çərçivəsində keçirilən tədbirlərin məqsədi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda regionların turizm potensialının tanıdılmasıdır.
    4
  • Azərbaycan və İordaniya arasında təhsil sahəsində əlaqələr müzakirə edilib
    21.10.2014 19:33
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139018083124351515_600x400.JPG
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139018083124351515_600x400.JPG
    Əmman, 21 oktyabr, AzərTAc

    Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun İordaniya Universitetinin rektoru İxleyf Taravnehlə görüşündə ölkələrimiz arasında elm, təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    Görüşdə rektor IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı ilə bağlı təəssüratlarını bölüşüb. O, səfər çərçivəsində Bakı Dövlət Universiteti ilə imzalanmış Anlaşma Memorandumunun hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edib. Rektor Bakıda Ərəb Mədəniyyəti Mərkəzinin yaradılmasına dair məsələnin də Bakı Dövlət Universitetinin rəhbərliyi ilə müzakirə edildiyini bildirib.

    İ.Taravneh İordaniya Universitetində fiziki qüsurlu tələbələr üçün zəruri avadanlıqla təchiz edilən xüsusi auditoriyanın yaradılacağını, həmin auditoriyaya ümummilli lider Heydər Əliyevin adının verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

    Asya Hacızadə

    3
  • İşdə yemək kökəldir
    21.10.2014 19:32
    http://www.olaylar.az/foto/xeberler/isde yemek kokeldir.jpg
    http://www.olaylar.az/foto/xeberler/isde yemek kokeldir.jpg
    Günorta ofisdə çərəz yemək kökəlməyə aparan ən asan yoldur.Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, yeni araşdırmalar ofisdə iş masasının ətrafında yemək yeyənlərin kökəlməyə daha çox meylli olduğunu müəyyən edib.Çoxlarımız ofisdə masamızın ətrafında oturaraq yemək yeməyi ziyansız hesab etsək də yeni araşdırmalar bunun tam əksini ortaya çıxarıblar.İş masasında və ya ofis mətbəxində oturub yeyənlərin yalnız piylənməyə deyil, eyni zamanda aşağı dərəcə vitamin və yüksək xolesterol probleminə meylli olduqları deyilir.Evdən kənarda 6 dəfə və ya daha çox yemək yeyən insanlar yüksək bədən çəkisi, qandan yüksək xolesterolu azaldan lipoprotein azlığı qanda C və E vitamin çatışmazlığı yaşayırlar.
    9
  • Müxalifətdə yeni qalmaqal
    21.10.2014 19:32
    http://anspress.com/images/photos/74811.jpg
    http://anspress.com/images/photos/74811.jpg
    Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında yeni bir qalmaqalın əsası qoyuldu. Hakim partiya nümayəndəsinin müxalifətçinin toyunda görünməsi iki cəbhəni üz-üzə gətirib. İndi onlar bir-birini hakimyyətə işləməkdə günahlandırırlar.

    ANS TV-nin məlumatına görə, Müsavatla Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında isti olmayan münasibətlər bir az da sərinləşdi. Buna səbəb Müsavat funksioneri İkram İsrafilin Yeni Azərbaycan Partiyasının üzvü Aydın Mirzəzadəni oğlunun toyuna dəvət etməsi və YAP-çı millət vəkilinin də dəvəti dəyərləndirməsi olub. Müsavatçılarla hakim partiya üzvünün bir araya gəlməsi isə qarşı cəbhəni qıcıqlandırıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sosial şəbəkədə bu məsələyə özünəməxsus şərh verib.

    "Neçə illərdir bu adamlarla çalışdıq, amma müttəfiq ola bilmədik. Həmişə yarıda qoyub qaçdılar".

    Fuad Qəhrəmanlının atmacasına Müsavatdan da sərt reaksiyalar olub. Ona yazıblar ki, "belə danışma, səni də bu aqibət gözləyə bilər". Və onun yadına Daşkəsənin icra başçısı Əhəd Abvıyevlə qohumluğunu salıblar. Deyiblər ki, "sabah sənin övladının xeyir işində də Əhəd Abıyev gəlib, Əli Kərimli ilə yanaşı oturar". Bu yerdə xatırladım ki, Əhəd Abıyev Parlamentin deputatı olarkən Əli Kərimliyə ən sərt və qeyri-etik davranışları ilə gündəmə gəlib.

    Bu gün isə məlum olur ki, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Əhəd Ağıyevin qardaşı qızı ilə evlənib və doğrudan da gələcəkdə bu perspektiv onu da gözləyə bilər. Əslində burda qeyri-adi heç nə yoxdur. Yəni ruslar demişkən, "drujba-drujba, slujba-slujba". Yəni, şəxsi münasibətləri siyasi müstəviyə daşımaq olmaz. Bir halda ki, bir millətin nümayəndələriyik və siyasi rəqiblərimizi də rəqib gözündə görməliyik, daha düşmən gözündə yox. Məslən, Türkiyə siyasətində bunun gözəl nümunəsi var.

    Ərdoğan - Kılıcdaroğlu rəqib kimi rəqibdir və danışanda hər ikisinin, necə deyərlər ağızlarından od tökülür. Amma eyni zamanda onlar həm də özlərini bir ocağın odu sayırlar. O səbəbdən də onların bir-birinin əlini sıxmasına heç kim dözümsüz yanaşmır. Əksinə, başa düşürlər ki, onların ikilikdə müzakirə etdiyi məsələdən dövlət qazanır. Bizdə isə görünür hələ siyasi mədəniyyət bu qədər inkişaf etməyib. Ona görə də, bir iqtidar nümayəndəsinin bir müxalifət təmsilçisinin toyunda iştirakı belə söz-söhbətlərə səbəb oldu.

    Yeri gəlmişkən, bu Aydın Mirzəzadənin ikinci pozitiv davranşıdır ki, o, bununla gündəmə gəlir. Bir müddət əvvəl də o, müxalifəti qoyun sürüsünə bənzədən deputat həmkarı Etibar Hüseynova etirazını bildirmişdi. Maraqlıdır ki, o vaxt müxalifət düşərgəsi Aydın Mirzəzadənin hərəkətini təqdir etmişdilər. Bu gün isə Fuad Qəhrəmanlı onun müxalifətçinin toyunda iştirakını ayıb sayır. "Bu sizin seçiminizdir, istədiyiniz qədər Aydınlanın" - deyən Fuad Qəhrəmanlı müsavatçılara biz meydanda, siz isə iqtidarın ətəyindəsiniz deyib.
    5
  • Prezident İlham Əliyev nazirlik işçilərini mükafatlandırdı
    21.10.2014 19:31
    http://img.milli.az/n/prezident/08/5/375729_01_prezident.jpg
    http://img.milli.az/n/prezident/08/5/375729_01_prezident.jpg
    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

    "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin aşağıdakı işçiləri təltif edilsinlər:

    "Tərəqqi" medalı ilə

    Abdullayev Şirzad Əyyub oğlu

    Heydərov Pərviz Telman oğlu

    İbrahimov Oruc İbrahim oğlu

    İsmayılova Aynurə Manaf qızı

    Mikayılov Fərhad Qamboy oğlu

    Rəsulova Mətanət Rəsul qızı

    Rüstəmov Vaqif Əli oğlu.

    "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

    Əliyev Kamran Əhəd oğlu

    Dayıyev Rəşad Hikmət oğlu

    Dənyarov Ramin Zakir oğlu

    Qasımlı Faiq Cavad oğlu

    Qasımov Nizami Yunis oğlu

    Quliyev Cəmaləddin Əlibala oğlu

    Məcidov İlkin Sabir oğlu

    Mustafayev Siyavuş Abdulla oğlu

    Vəliyev Samir Teymur oğlu".

    Prezidentin digər sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilib.

    Sənəddə deyilir:

    "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

    Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    "Əməkdar elm xadimi"

    Vəliyev Vilayət Məmməd oğlu

    Yusifbəyli Nurəli Adil oğlu.

    "Əməkdar mədəniyyət işçisi"

    Abbasəliyeva Səyalı Zal qızı".

    3
  • "Tərbiyəsizlik o həddə çatdı ki..."- MTRŞ-dan ANS-ə
    21.10.2014 19:29
    http://cdn.qafqazinfo.az/81876.jpg
    http://cdn.qafqazinfo.az/81876.jpg
    Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ANS kanalında yayımlanan "Comedi.az" verlişini tənqid edib.

    "Qafqazinfo" xəbər verir ki, Təvəkkül Dadaşov bu barədə "facebook" səhifəsində yazıb;

    "ANS-də şənbə günləri "Comedi.az" adlı yumoristik veriliş gedir. Veriliş başdan-ayağa "qara yumor", qeyri-etik sətiraltı məzmunlu "zarafatlar"dan ibarətdir. Studiyaya yığışan qonaqların çoxu da qadınlar, qızlar olur. Fikir vermişəm, sonuncudan əvvəlki buraxılışlarda intim bir səhnəcik göstəriləndə, tərbiyədən uzaq ifadə işlədiləndə kişilər-oğlanlar qalırdı bir qıraqda, həmin qız-qadınlar gülməkdən uğunub gedirdilər. Amma sonuncu verilişdə tərbiyəsizlik o həddə çatdı ki, hətta hər şeyə gülən o qız-qadınların sifətində bir ikrah görünürdü. Zaldan gülüş səsləri kəsilmişdi. Məncə, bu, kanala, verilişi hazırlayanlara bir siqnal olmalıdı. Çünki öz daimi qonaq-tamaşaçıları belə, narazı görünürdü. Bu qədər də olmaz da...zarafatın, yumorun da həddi olmalıdır".
    3
  • Eyyub Hüseynov: "Azərbaycana gətirilən əksər meyvələr zəhərli qaz kameralarında saxlanılır"
    21.10.2014 19:28
    http://deyerler.org/uploads/thumbs/C7KRGV7.jpg
    http://deyerler.org/uploads/thumbs/C7KRGV7.jpg
     

    Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, böyük bananlar GMO məhsullarıdır: "Mən baş pediatorun fikirləri ilə təmamilə razıyam. Əksər bu cür meyvələr zəhərli qaz kameralarında uzun müddət saxlanılır. Çünki, bu meyvələri adi halda saxlayanda iki günə xarab olur. Qaz kameralarında saxlanılan bu meyvələr xüsusən uşaqlar üçün təhlükəlidir. Mən banan ağacının özündə bananın təbii formasını görmüşəm. Onlar barmaq uzunluğunda kiçik və böyük dəstə halında olur. Böyük ehtimal var ki, böyük bananlar GMO məhsullarıdır. Biz uzun müddət "Meyvəli" bazarında labaratoriyanın mövcudluğu haqqında məlumat almaq istəmişik. Amma bu günədək heç bir məlumat əldə edə bilməmişik. Halbuki, "Meyvəli" bazardan topdan satış meyvə satışı həyata keçirilir. Ölkədə meyvələrə kifayət qədər nəzarət olunmur.

     

    Bu kimi halların qarşının alınması üçün ilk olaraq qidanın təhlükəsizliyi haqqında qanun qəbul olunmalıdır. Qida təhlükəsizliyinə nəzarət edən ayrıca qurum olmalıdır. Hal-hazırki qanunlara əsasən hər hansı təhlükəli qida satışı vaxtı heç bir dövlət qurumun səlahiyyəti yoxdur ki, bu satışın qarşısı alınsın. Bu baxımdan tez bir zamanda bu sahədə qanunlar qəbul olunmalıdır. Təsadüfi deyi ki, Avropa İttifaqı bu işdən narahatdır və bu barədə qanun layihəsi hazırlayıbdır və qəbul olunması üçün müzakirəyə verib".

     

    3
  • Qızıl üzükdə "NFC" çipi quraşdırılıb
    21.10.2014 19:27
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139013804643412508_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14139013804643412508_600x400.jpg
    Bakı, 21 oktyabr (AzərTAc). Yaponiyanın "TSLJ" zərgərlik məmulatları istehsalçısı brilyant qaşlarla bəzədilmiş və "NFC" çipinin quraşdırıldığı qızıl üzük təqdim edib.

    Bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat verib. Məlumatda bildirilir ki, "TSLJ" şirkəti (brend Core Jewels) növbəti həftə kontaktsız məlumat mübadiləsi texnologiyası olan "Near Field Communication" (NFC) quraşdırılan ilk daş-qaşlı "One" üzüyü üçün sifarişlərin qəbuluna başlayacaq.

    Qurğunun qiyməti 390 min yen (3670 dollar) təşkil edir. Üzük "Bulud" servislərində şifrlənmiş məlumatlara - məsələn, şəkillərə və videolara daxil olmaq üçün parol əvəzinə istifadə edilə bilər. Bundan başqa, üzükdən "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularda mühafizə edilən məlumatlara çıxış üçün də istifadə etmək mümkündür.

    Satışa dekabrın 10-da çıxarılması gözlənilən üzükdən hələlik elektron ödənişlərin həyata keçirilməsi və ya smartfonun blokdan çıxarılması üçün istifadə qeyri-mümkün olsa da, istehsalçı gələcəkdə ona bu imkanların əlavə edilməsi barədə düşünür.

    Məlumatda bildirilir ki, "NFC" 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş edə (mal və ya xidmətlər, nəqliyyatda gediş haqqı və s.), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər.
    5
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri