yuxarıya
Onlayn Ödəmə
Səlim Müslümov: Ünvanlı sosial yardım son qəpiyinədək vətəndaşlara çatmalıdır
16.11.2013 12:26
A A
Vətəndaşlara ödənilən ünvanlı sosial yardım son qəpiyinədək onlara çatmalıdır. Həmin vəsaitin heç bir şəriki yoxdur və ola da bilməz. Bu yardım ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən ayrılmış vəsaitidir. Vətəndaşlar onu son qəpiyinədək alıb özləri istifadə etməlidirlər.

AzərTAc xəbər verir ki, bunu Qax şəhərində bölgə vətəndaşlarını qəbul edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində demişdir.

Nazirin bildirmişdir ki, qəbul zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti ünvanlı sosial yardımların təyin edilməsi və verilməsi ilə bağlı olmuşdur. Belə yardımların təyin olunmasında müəyyən problemlərin yarandığını vurğulayan Səlim Müslümov demişdir: "Bu gün bizə müraciət edən bir vətəndaşın ailəsində olan dörd nəfərin hamısı əmək qabiliyyətlidir. Amma onun dediyinə görə, həyat yoldaşı və uşağı xəstədir. Əlillik dərəcələri isə yoxdur. Onlar yenə də ünvanlı sosial yardım almaq istəyirlər. Vətəndaş deyir ki, gəlib həyat şəraitimə baxa bilərsiniz, mən kasıb vəziyyətdə yaşayıram. Digər tərəfdən baxanda isə, ailə üzvlərinin dördü də əmək qabiliyyətlidir. Ancaq heç biri işləmir. Onlara iş də təklif olunub. Ancaq işdən imtina ediblər. Belə olan halda necə hərəkət etməliyik?".

Nazir məlumat vermişdir ki, ünvanlı sosial yardımların təyin olunması və çatdırılması məsələlərinə yenidən baxılması nəzərdə tutulur. Bu sahədə ən başlıca vəzifə şəffaflığın, təmizliyin, qayda-qanuna riayət olunmasının təmin edilməsidir. Artıq bu proses başlanmışdır. Dünəndən etibarən bütün ölkə ərazisində noyabr ayının maliyyələşməsi açılmışdır və hesablara vəsait köçürülür. Nazirliyin mərkəzi aparatının mütəxəssisləri prosesi izləmək və buna nəzarət etmək üçün yerlərə ezam olunmuşlar.

Səlim Müslümovun sözlərinə görə, indiyədək ünvanlı sosial yardımların təyin edilməsində bərabər yanaşma prinsipi tətbiq olunmuşdur. Nazir demişdir: "Bu, əslində düzgün deyildir. Bu gün bizə bir vətəndaş müraciət etmişdir. Onun bir ayağı yoxdur, birinci qrup əlildir, əsaya söykənərək hərəkət edir. Ailədə beş nəfərdirlər. Üç uşağı var, üçü də məktəbli yaşındadır. Uşaqlar kiçik olduğu üçün həyat yoldaşı onlara baxır. Təbii ki, onların işləmək imkanı yoxdur və ailə başçısı birinci qrup əlilliyə görə cəmi 67 manat müavinət alır. Başqa gəlir yerləri də yoxdur. Ehtiyac meyarına görə, bu ailəyə 465 manat vəsait verilməlidir. Ancaq cəmi 89 manat yardım təyin olunmuşdur. Belə ola bilməz. Bu halda hər bir ailəyə fərdi yanaşma tətbiq olunmalıdır".
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
349
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Durum gerçəkdən vahimdir, müxalif cəbhədə...
    23.11.2014 11:02
    Mətbuat düz 3 gündür durmadan "Batumi skandal"ını müzakirə edir. Az qala bütün manşetlər onun haqdadır. Hamı bərabər danışır, hamı bərabər ittiham edir və...güman ki, hamı bərabər də susacaq!Radikal müxalifət isə "sağ olsun". Bu mövzuda da bizimlə işləri yoxdur. O...
  • Əhməd Davudoğluya "Zulfuqar" verildi
    23.11.2014 20:07
    Türkiyə baş nazir Əhməd Davudoğlu Tunceli səfəri çərçivəsində məscidə baş çəkib.ANS PRESS-in məlumatına görə, şiə təriqətindən olan vətəndaşlarla görüşən Davudoluya İmam Əlinin qılıncı "Zulfuqar"ın fotosu olan portret hədiyyə olunub.Davutoğlu Tüncelidə ya...
  • Azərbaycanla Türkiyənin mədəniyyət nazirləri görüşüblər
    23.11.2014 19:40
    Bakı. Cavid Zeynallı-APA. Bu gün Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərliyi altında incəsənət ustaları Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.APA-nın məlumatına görə, qonaqlar daha sonra Mədəniyyət və Turiz...
  • "Qarabağ" və "Simurq" qələbə qazandı
    23.11.2014 19:36
    Bu gün Azərbaycan Premyer Liqasının XIII turun oyunlarına start verilib.ANS PRESS-in məlumatına görə, Premyer Liqanın lideri "Qarabağ" klubu öz meydanında AZAL-la qarşılaşıb. Avropa Liqasında yeganə təmsilçimiz bu oyunda rahat qələbəyə sevinib. Belə ki, görüşün ilk dəq...
  • Xəyyam Nisanov "Aeroflot"dan şikayətçidir
    23.11.2014 19:01
    Müğənni Xəyyam Nisanov "Aeroflot"un Azərbaycan üzrə nümayəndəsi Konstantin Abramenkoya şikayət məktubu ünvanlayıb.Milli.Az-ın məlumatına görə, müğənni məlumat verib ki, bu günlərdə o, Moskvadan Bakıya dönərkən fikir verib ki, Bakı aeroportu ilə bağlı sərnişinlər...
  • 80 yaşlı ər və arvadı öldürənlər evdən heç nə aparmayıblar
    23.11.2014 18:59
    Dünən Goranboyun Qaradağlı kəndində baş verən ağır qətlin təfərrüatları məlum olub.Maraqlısı budur ki, rayon polis şöbəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, hadisəni törədən şəxs və ya şəxslər evdən heç bir şey aparmayıblar.Aparılan araşdırma nəti...
  • İslam alimləri Qumda toplaşdı
    23.11.2014 18:56
    Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İranda rəsmi səfərdədir.ANS TV-nin məlumatına görə, Hacı Allahşükür Paşazadə bu gün Qum şəhərində beynəlxalq elmi-dini konfransda iştirak edir. 83 ölkədən nüfuzlu islam alimlərinin, din xadimlərinin qatıldığı kon...
  • Ermənistanda intihar halları getdikcə artmaqdadır
    23.11.2014 18:47
    Paris, 23 noyabr, AzərTAcSon illər Ermənistanda intihar hadisələrinin artması bu ölkənin kütləvi informasiya vasitələrinin bəhs etdiyi əsas mövzulardandır.Fransadakı erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalının 23 noyabr tari...
  • Erməni yalanı ifşa olundu
    23.11.2014 18:41
    "Ermənistan Respublikasının hərbi-siyasi rejiminin helikopter hadisəsi ətrafında bir neçə gündür qaldırdığı ajiotaj elə bir həddə çatıb ki, artıq düşmən tərəfi xalqı sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün davamlı surətdə dezinforma...
  • Azərbaycanda elektrik enerjisi istehsalı artıb
    23.11.2014 18:22
    Bakı, 23 noyabr, AzərTAcAzərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən son 10 ayda 1471,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.Dövlət Statistika Komitəsindən AzərTAc-a...
XƏBƏR LENTİ
  • Azərbaycan ilə Türkiyə arasında mədəniyyət və turizm sahəsində əlaqələr daha da inkişaf edəcək
    23.11.2014 20:38
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1416760415234559798_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1416760415234559798_600x400.jpg
    Bakı, 23 noyabr, Salihə Əliyeva, AzərTAc

    Azərbaycan ilə Türkiyə arasında mədəniyyət və turizm sahəsində əlaqələr daha da inkişaf edəcək. Türkiyənin mədəniyyət və turizm nazir Ömər Çeliklə görüşdə bununla bağlı geniş müzakirələr apardıq.

    Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bu barədə danışıb.

    Nazir deyib: "Biz mədəniyyət və turizm sahəsində müxtəlif layihələrin həyata keçirilməsi, proqramlarım tərtib edilməsi ilə məşğul olacaq işçi qrup yaratmaq qərarına gəldik".

    Ə.Qarayev bildirib ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmizdə Türkiyə Mədəniyyəti Günləri keçirilir. Bir həftə ərzində bizi böyük mədəniyyət proqramı gözləyir. Bu proqram geniş spektri əhatə edir: kino, teatr, rəqslər, sərgilər, konsertlər.

    Nazir deyib: "Biz bir-birimizi yaxşı tanıyırıq, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınıq. Lakin müxtəlif mədəniyyət proqramları və tədbirləri vasitəsilə bu yaxınlığı qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır".
    3
  • Qurban Qurbanov Reynaldonun zədəsindən danışdı
    23.11.2014 20:33
    http://anspress.com/images/photos/76143.jpg
    http://anspress.com/images/photos/76143.jpg
    "İstədiyimiz 3 xalı qazana bildik. Əsas heyət oyunçularına şans verdik ki, "Sent Etyen"lə oyundan öncə təcrübə çatışmazlığı olmasın".

    ANS PRESS PFL-ə istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqada bu gün AZAL-a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

    O deyib ki, komandanın oyununda səhvlər yenə də olub: "Onların üzərində işləməliyik".

    Təcrübəli mütəxəssis bu həftə Avropa Liqası çərçivəsində "Sent Etyen"ə qarşı səfərdə keçirəcəkləri oyunda Reynaldo Silvanın "Qarabağ"a kömək edə bilməyəcəyini bildirib: "Dias da Fransadakı qarşılaşmanı buraxmalı olacaq. Təəssüf ki, onlar Fransada bizə kömək edə bilməyəcəklər. Reynaldo ancaq 10 gündən sonra oynaya biləcək".
    3
  • Fransa İŞİD-ə qarşı "Miraj" qırıcılarını göndərdi
    23.11.2014 20:27
    http://axar.az/cdn/2014/november/23/1416754767.jpg
    http://axar.az/cdn/2014/november/23/1416754767.jpg
    Fransa İordaniyaya İŞİD-lə mübarizə üçün "Miraj-2000" qırıcılarını göndərib.

    Axar.az xəbər verir ki, bu açıqlama ilə Fransanın Baş naziri Manuel Vals çıxış edib.

    O, artıq bir neçə saatdır ki, "Miraj"ların Əmmanda olduğunu bəyan edib.

    Qeyd edək ki, bundan öncə Fransa Birləşmiş Ərəb Əmirliklərindəki 9 "Rafal" təyyarəsi də İŞİD-ə qarşı mübarizəyə qoşulmuşdu.
    2
  • "Formula-1"də yeni ikiqat çempion oldu
    23.11.2014 20:25
    http://img.milli.az/n/02/c/hemilton_2485t737.jpg
    http://img.milli.az/n/02/c/hemilton_2485t737.jpg
    "Mercedes AMG" komandasının ingiltərəli pilotu Lüis Hemilton beynəlxalq "Formula-1" avtoçempionatında qalib gəlib. O, Əbu Dabi Qran-Prisində finişə rəqiblərin hamısından tez çatıb.

    Milli.Az F1-ə istinadən bildirir ki, Hemilton 19 mərhələnin 11-də qalib gələrək 384 xal toplayıb.

    Onun komanda yoldaşı, alman Niko Rosberq çempionatı 2-c, "Red Bull"un pilotu Daniel Rikkardo isə 3-cü yeri tutub.

    Hemilton artıq ikiqat çempiondur. O, ilk çempion titulunu 2008-ci ildə qazanmışdı.

    5
  • QHT Şurası Qubada sessiya keçirib
    23.11.2014 20:17
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə noyabrın 22-də Quba şəhərində əmək müqavilələrinin tərtib olunma qaydalarına həsr edilən məlumatlandırma sessiyası keçirilib. Toplantıda Şuranın aparıcı məsləhətçisi Şahin Məhərrəmov, MQF Quba Regional Mərkəzinin rəhbəri Eynula Xeyrullayev, QHT sədrləri və mühasibləri, DSMF-nin Quba rayon şöbəsinin əməkdaşı Elçin Nuriyev, Dövlət Əmək Müfəttişliyinin hüquqşünası Tengiz Nəzərov, ümumilikdə 40-a qədər şəxs iştirak edib. Sessiyada QHT təmsilçilərinə əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) yerləşdirilməsi qaydaları, əmək müqaviləsinin tərtib olunması problemləri, mülki müqavilələr, könüllü fəaliyyət üçün müqavilələr və bu sahə ilə bağlı digər zəruri məsələlər haqqında ətraflı məlumatlar verilib. Toplantının sonunda ekspertlər iştirakçıları maraqlandıran sualları cavablandırıb.

    9
  • Hava limanında lüt kişi qadın ayaqyolundan qaçdı
    23.11.2014 20:16
    http://img.milli.az/n/0a/1/liman_24578t763636.jpg
    http://img.milli.az/n/0a/1/liman_24578t763636.jpg
    ABŞ-ın Boston şəhərindəki Loqan hava limanında lüt kişi qadın ayaqyolundan qaçaraq çıxıb və qoca vətəndaşa hücum edib.

    Milli.Az Associated Press-ə istinadən bildirir ki, 26 yaşlı Kemeron Şenk həbs olunub. O, qətlə cəhd, ağır xəsarət yetirmək, hücum, polisin döyülməsi, əxlaqsız davranış və əmlaka bilərəkdən ziyan vurmaqda suçlanır.

    Şahidlərin dediklərinə görə, lüt Kemeron Şenk qadın ayaqyoluna tavandan düşüb.

    O, qaçaraq ayaqyolundan çıxanda 84 yaşlı qoca kişiyə hücum çəkib. "Qurban"ının qulağını dişləyən Şenk sonra qocanı elə öz əsası ilə boğmağa çalışıb.

    6
  • Torpaq sürüşməsinin zərərləri açıqlandı
    23.11.2014 20:16
    http://anspress.com/images/photos/67961.jpg
    http://anspress.com/images/photos/67961.jpg
    Bu gecə yağan yağış Bakıda torpaq sürüşməsinə səbəb olub. Nəticədə vətəndaşların mülklərinə ziyan dəyib.

    ANS TV-nin məlumatına görə, ötən gecə kəskin hava şərait ilə əlaqədar Binəqədi rayonu ərazisində torpaq uçqunu baş verib. Daha dəqiq Bəlicəri qəsəbəsi Qabil Süleymanov küçəsi, 42 saylı binanın qarşısında torpaq sürüşüb. Nəticədə beton plitələr tökülüb, xəsarət alan olmasa da, bir "Jiquli" markalı avtomobilə ziyan dəyib. Hadisə şahidləri bildiriblər ki, ötən gecə güclü səs eşidiblər, sakinlər hadisə ilə bağli FHN-ə məlumat veriblər.

    Hadisəyə yağışların səbəb olduğu bildirilir.
    6
  • MN ermənilərin Mi-24 barədə saxta videosunu ifşa etdi
    23.11.2014 20:14
    http://axar.az/upload/axar.az1392538512nazirlik.jpg
    http://axar.az/upload/axar.az1392538512nazirlik.jpg
    "Ermənistanınhərbi-siyasi rejiminin helikopter hadisəsi ətrafında bir neçə gündür qaldırdığı ajiotaj elə bir həddə çatıb ki, artıq düşmən tərəfi xalqı sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün davamlı surətdə dezinformasiyaya əl atır, faktları qarışdırır və yalan yaymaqla hərəkətlərinə bəraət qazandırmağa çalışır".

    Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

    Müdafiə Nazirliyi bir daha bildirir ki, vurulan Mi-24 döyüş helikopterinin və pilotlardan ikisinin qalıqlarının, o cümlədən birinin cəsədinin ərazidən çıxarılması üçün guya Ermənistan tərəfinin hansısa xüsusi əməliyyat keçirməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur, bu uydurmadır və erməni xalqının diqqətini yayındırmaq məqsədini güdür:

    "Tam əksinə düşmən tərəfi son günlər Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə təxribat törətməklə gərginliyi saxlamağa və bu məsələyə bəzi beynəlxalq təşkilatları da cəlb etməyə cəhd göstərir. Azərbaycan tərəfi ilk gündən helikopterin qalıqlarının və ekipaj üzvlərinin cəsədlərinin ələ keçirilməsi və ya hər hansı başqa məqsədlə bu istiqamətdə heç bir addım atmamışdır. Bildiririk ki, düşmən tərəfinin bu ərazidə "xüsusi əməliyyat keçirməsi" kimi absurd, uydurma və əsassız fikirləri qətiyyətlə rədd edir, həmin istiqamətdə ərazinin tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olduğunu bəyan edirik".

    Aviasiya uçuşları üzrə hərbi mütəxəssislərin verdiyi məlumata görə, aviasiya uçuşları üzrə hərbi mütəxəssisləri tərəfindən erməni tərəfinin təqdim etdiyi videomateriallar ustalıqla hazırlanmış çox yaxşı videomontaj kimi qiymətləndirilir: "Pilotların ailələrinə hansı vəziyyətdə onların qalıqları da verilib bunu da təsəvvür etmək çox çətindir. Aviasiya uçuşları üzrə hərbi mütəxəssislərin rəyinə görə, Mi-24 döyüş helikopterinin partlamasından və yerə çırpılmasından sonra oradakı cəsədlərin nə texniki, nə fiziki baxımdan, heç nəzəri cəhətdən də ictimaiyyətə göstəriləsi halda olması belə mümkün deyildir.

    Belə ki, 11 ton çəkisi olan, saatda 250 km sürətlə yerə çırpılan helikopterdən düşən cəsədin də videoda təqdim olunan formada qalması texniki cəhətdən mümkünsüzdür. Fiziki cəhətdən isə insan bədəni yanarkən bədən üzvləri xeyli dərəcədə deformasiyaya uğrayır. Odur ki, erməni tərəfinin guya Mi-24 döyüş helikopterinin ekipaj üzvünün cəsədi kimi təqdim etdiyi və elə düz formada videoda əks olunan kimi uzanaraq həlak olması da qeyri-mümkündür. Yəqin ki, bunu az-cox biliyi olan patoloqoanatomlar da təsdiq edər".

    Mütəxəssislərin fikrincə, təqdim olunan ekipaj üzvlərinin geyim formaları Mi-24 döyüş helikopterinin ekipajına aid olması da çox şübhəlidir və müəmmalı suallar doğurur: "Nümayiş etdirilən paraşütün qalıqları da aviasiya mütəxəssisləri tərəfindən birmənalı və ciddi qarşılanmır. Texniki baxımdan "İqla" daşınan zenit raket kompleksi ilə vurulduqdan sonra baş verən partlayış nəticəsində cəmi 3-4 saniyə yanaraq yerə düşən və zərbədən tam dağılan Mi-24 helikopterin ekipajının qərar qəbul etməsi, hazırlaşması, paraşütlə tullanması və paraşütün ermənilərin təqdim etdiyi görünüşü vəziyyətində qalması nə nəzəri, nə praktiki, nə də fiziki baxımdan mümkün deyildir. Paraşüt özü tezalışan, dərhal yanan kapron materialdan hazırlandığından, yüksık dərəcədə yanğın olan zaman onun videoda görünən formada qalması da şübhəlidir. Buradan isə bir nəticə çıxarmaq olar - ermənilərin təqdim etdikləri foto-video görüntülərin helikopter hadisəsi ilə heç bir bağlılığı yoxdur".
    5
  • "Azadlıq" qəzetinin əməkdaşı Xalid Qarayev azadlığa buraxılıb
    23.11.2014 20:08
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Azadlıq" qəzetivə "Azərbaycan saatı" TV proqramının əməkdaşı Xalid Qarayev azadlığa buraxılıb. Həbsxananı tərk edəndən sonra "Azadlıq" radiosuna danışa jurnalisthəbsini belə xatırlayır: - Bizim ərazidə "polisin adamı" kimi tanınan biri var. Mənə zəng etmişdi ki, ərazidə bəzi təmir işləri aparmalıyıq və mənimlə danışmalıdır. Artıqzəng edəndə anlamışdım ki, nəsə mənə qarşı həbs hazırlanır. Axşam marketdən bəzi şeylər alıb çıxanda arxadan yaxınlaşdı. Bir neçə nəfər də vardı. Dedilər bizimlə gəlməlisən. Bildirdim ki, rəsmi çağırış göndərin. Dedilər ki, gəlməlisən -vəssalam. 4-cü polis bölməsinə apardılar. Oradan da Binəqədi polis idarəsinə. "Azadlıq" qəzetindəki fəlaiyətimlə maraqlandılar.

    Xalid Qarayev deyir ki, İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində onunla normal rəftar edilib.

    X.Qarayev oktyabrın 29-da həbs edilib. Bir gün sonra Binəqədi Rayon Məhkəməsi onuxuliqanlıq və polisə tabe olmama ittihamı ilə 25 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu həbsi siyasi sifariş sayır.

    Bir neçə beynəlxalq təşkilat Xalid Qarayevlə bağlı bəyanat yaymışdı. Bəyanatda Azərbaycan hökümətini jurnalisti azad etmək və ölkədə fərqli düşünənlərin təqibinə son qoymaq tələb olunurdu

    7
  • Voleybol turnirində 50 ölü, 60 yaralı
    23.11.2014 20:08
    http://img.milli.az/n/06/10/afgan_247t636365.jpg
    http://img.milli.az/n/06/10/afgan_247t636365.jpg
    Əfqanıstanda keçirilmiş voleybol turnirində törədilən terror partlayışı nəticəsində həlak olanların sayı 50-yə çatıb.

    Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, olay Paktika vilayətində baş verib.

    "Canlı bomba" özünü voleybol matçı zamanı partladıb.

    Tribunalardakı tamaşaçılar arasında çoxsaylı yerli məmurlar və polis zabitləri vardı.

    Partlayışda 60 nəfər yaralanıb.

    7
  • Bentley-dən möhtəşəm təqdimat
    23.11.2014 20:08
    http://img.milli.az/n/clickable/204433/0e/1/309887.jpg
    http://img.milli.az/n/clickable/204433/0e/1/309887.jpg
    Noyabrın 18-də Los-Anceles beynəlxalq avtosalonu işə başlayıb. Dünya miqyasında bu ən əhəmiyyətli sərgi olmasa da hər il burada sürprizlər qeydə alınır. Bu il çiyinlərində 107 illik tarix daşıyan tədbirdə 30-dan artıq dünya premyerası gözlənilir. 4charx.com saytı "Los-Anceles 2014" avtosalonundan ən maraqlı yenilikləri burada sizinlə bölüşəcək.

    Milli.Az 4charx.com-a istinadən bildirir ki, Bentley Los-Anceles avtosalonunda dəbdəbəli Grand Convertible konseptini təqdim edib. Belə sadə ad ilə maşın gələcək Azure nəslinə ilkin baxış hesab edilə bilər. Bu modelinin gələcək taleyi həll həl edilməyib və ingilislər ABŞ-da potensial auditoriya arasında rəy sorğusu keçirəcəklər.

    Beləliklə texniki cəhətdən Grand Convertible iki qapısı ləğv edilmiş kuzov və yumşaq materialdan hazırlanmış çıxarıla bilən damdan ibarətdir. Dörd nəfərlik kabriolet həm xaricdən, həm də daxildən sabitləşmiş Bentley stilini davam etdirir. Bentley bildirir ki, salonda istifadə edilən olduqca qiymətli ağac materiallarının ümumi sahəsi marka üçün rekord miqdardadır.

    Avtomobil 530 a.g. olan 6,75 litrlik V8 mühərriki ilə təchiz edilib.

    9
  • Əhməd Davudoğluya "Zulfuqar" verildi
    23.11.2014 20:07
    http://anspress.com/images/photos/77306.jpg
    http://anspress.com/images/photos/77306.jpg
    Türkiyə baş nazir Əhməd Davudoğlu Tunceli səfəri çərçivəsində məscidə baş çəkib.

    ANS PRESS-in məlumatına görə, şiə təriqətindən olan vətəndaşlarla görüşən Davudoluya İmam Əlinin qılıncı "Zulfuqar"ın fotosu olan portret hədiyyə olunub.

    Davutoğlu Tüncelidə yaşayan şiələrlə qapalı görüş də keçirib və onların problemlərini dinləyib.
    5
  • Milyonçu Ağa Musa Nağıyevin xəsisliyi
    23.11.2014 19:45
    http://modern.az/images/2014/11/aqa_muasa_naqiyev.jpg
    http://modern.az/images/2014/11/aqa_muasa_naqiyev.jpg
    Bakı milyonçularından biri də Ağa Musa Nağıyev idi. O İsmailiyyə binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcinin ödəməyinə,şəhər kənarında (indiki Semaşko) xəstəxanasını tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq, camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.

    Deyirlər İshak Qaraxanov adında bir bərbər hər həftə evə gəlib Ağa Musanın saqqqalını qırxar, saçını qaydaya salardı. Bərbər bir dəfə yerə döşənmiş xalını görüb deyir ki, "Xozeyin, dövlətli adamsan, bu xalını bağışla mənə".

    Ağa Musadan görünməyən səxavət, işlər müdirinə tapşırır ki, belə bir xalı al ver ustaya. Bir dəfə dənizdə bərk tufan olur, çoxlu gəmi batır. Ağa Musanın gəmilərindən birinin kapitanı gəlib xəbər verir ki, "yükü və gəmini zorla xilas etmişəm, qurban kəsməyi nəzir demişəm, icazə ver...". Ağa Musa bərk dilxor olur, kapitanın sözünü kəsib, başlayır onu məzəmmət eləməyə: "Çox nahaq yerə, atam, atam mənim hesabıma niyə qurban nəzir edirsən? Belə vaxtlarda əhd elə ki, bir həftə oruc tutaram, gəmidə xozeyin hesabına yox, öz hesabıma yeyərəm".

    Araz Vəliyev,

    tarixçi
    10
  • Qənirə Paşayeva Nebahat Çehre ilə bir arada
    23.11.2014 19:42
    http://cdn.qafqazinfo.az/83963.jpg
    http://cdn.qafqazinfo.az/83963.jpg
    Millət vəkili Qənirə Paşayeva Türkiyənin məşhur aktrisası Nebahat Çehre ilə görüşüb.

    "Qafqazinfo" xəbər verir ki, millət vəkili bu barədə "Facebook"da məlumat yayıb:

    "İstanbul-Bakı dönüşündə qardaş Türkiyənin dəyərli sənətçilərindən Nebahat Çehre ilə maraqlı söhbət etdik. Azərbaycan tarixi,mədəniyyəti,musiqisi,Qarabağ problemi ilə yanaşı sənətdən,həyatdan da danışdıq. Nebahat xanım Azərbaycana bir film layihəsi ilə bağlı dəvət əsasında gəldiyini söylədi və ölkəmizə ilk dəfə gələn Nebahat xanımın Azərbaycanı sevəcəyinə inanıram.

    Çünki elə təyyarədən başlayaraq o qədər böyük sevgi ilə danışırdı ki, Azərbaycan haqqında... Çox maraqlı və həyat dolu bir insandır və cəmi 2-3 saat içində dostlaşdıq. Mənə layihə barədə də söylədi.Keçdiyimiz tarixi yolu anladan çox maraqlı bir layihədir və İnşallah uğurlu olsun. Nebahat xanıma ikinci Vətəninizə xoş gəldiniz deyirik".
    9
  • Doqquz ayda Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 17 milyon 412 min kubmetr qaz ötürülüb
    23.11.2014 19:40
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 23 noyabr, AzərTAc

    Cari ilin doqquz ayında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 36,5 milyon dollar əməliyyat xərcləri və 599 milyon dollar əsaslı xərclər sərf edilib.

    "bp-Azerbaijan" şirkətindən AzərTAc-a bildiriblər ki, ilin yekununda əməliyyat xərclərinin 47,2 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nın genişləndirilməsi üzrə işlərin sürətlənməsi nəticəsində 1 milyard 244 milyon dollara qədər artacaq.

    İlin birinci üç rübündə CQBK-nın gündəlik orta ötürücülüyü 17 milyon 412 min kubmetr qaz və ya gündə 106 min 17 barrel neft ekvivalenti olub.
    5
  • Azərbaycanla Türkiyənin mədəniyyət nazirləri görüşüblər
    23.11.2014 19:40
    http://az.apa.az/upload/images/news/2014/november/23/small/94e362ad34521bf5846f1dd312c8e27e.jpg
    http://az.apa.az/upload/images/news/2014/november/23/small/94e362ad34521bf5846f1dd312c8e27e.jpg
    Bakı. Cavid Zeynallı-APA. Bu gün Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərliyi altında incəsənət ustaları Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.

    APA-nın məlumatına görə, qonaqlar daha sonra Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevlə görüşüb, gün ərzində Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar.

    Qeyd edək ki, Azərbaycanda Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri çərçivəsində "Türkiyədən Rənglər" foto-sərgiləri, Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi", Nizami Kino Mərkəzində "Aşk Tesadüfleri Sevər" və "Yozğat Bules" filmlərinin nümayişi, Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı Çin Öyle Bir Hikaye" tamaşalarına baxış keçiriləcək.
    5
  • "Qarabağ" və "Simurq" qələbə qazandı
    23.11.2014 19:36
    http://anspress.com/images/photos/76319.jpg
    http://anspress.com/images/photos/76319.jpg
    Bu gün Azərbaycan Premyer Liqasının XIII turun oyunlarına start verilib.

    ANS PRESS-in məlumatına görə, Premyer Liqanın lideri "Qarabağ" klubu öz meydanında AZAL-la qarşılaşıb. Avropa Liqasında yeganə təmsilçimiz bu oyunda rahat qələbəyə sevinib. Belə ki, görüşün ilk dəqiqələrindən hesabda önə çıxan Ağdam təmsilçisinin təzyiqləri nəticəsində rəqib oyunçu səhv oynamaq məcburriyyətində qalıb və hakim onu meydandan qovub.

    Günün son qarşılaşması Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" "Simurq"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Zaqatala təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, Premyer Liqanın qalan iki görüşü sabah keçiriləcək.

    23 noyabr

    Azərbaycan Premyer Liqası, 13-cü tur

    "Qəbələ" - "Simurq" - 2:3

    Qollar: Marko Stanoyeviç, 7 (0:1), Ekiqo Ehiosun, 40 (1:1), Draqan Çeran, 80 (1:2), 83 (1:3), Bəxtiyar Soltanov, 90 2 (2:3)

    "Qarabağ" - AZAL - 2:1

    Qol: İlqar Qurbanov, 19 (1:0), Eltun Yaqublu, 56-avtoqol (2:0), Rəşad Abdullayev, 61-pen. (2:1)

    Qırmızı vərəqə: Ruslan Məcidov, 21
    7
  • Sperma allergiyası nədir?
    23.11.2014 19:16
    http://s017.radikal.ru/i405/1411/90/fe449a084b0b.jpg
    http://s017.radikal.ru/i405/1411/90/fe449a084b0b.jpg
    Sadəyə alınan ya da çox vaxt eşidilməyən bu allergiyanın nəticələrinin nəzərə alınması mövzusunda cütlükləri xəbərdar edən Levent Cərrahiyyə və Diaqnostika Mərkəzindən Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Yurdanur Ağdan maraqlı cavablar verdi.

    Spermanın meydana gətirdiyi immunoloji (immunitet sisteminə xas) problemlərin kiçik bir hissəsi sperma allergiyası olaraq bilinir.

    Sperma allergiyası necə ortaya çıxar?

    Sperma allergiyası əslində spermanın özünə xas allergiya deyil. Spermaların milyonlarlası bir mayenin içində qorunurlar. Sperma allergiyası, bu mayenin içindəki onlarla maddənin birinə və ya bir neçəsinə inkişaf etmiş reaksiyadır. Sperma hüceyrəsinə deyildə içində olduğu mayedəki maddələrdən birinə və ya bir neçəsinə qarşı ibarət olan bir allergiyadır. O maddələr nədir deyə soruşacaq olsanız o qədər çox ki: kalsium, natrium, maqnezium kimi maddələrin yanında bir çox zülal quruluşunda maddə ehtiva edər işdə bunlardan birinə, ya da bir neçəsinə qarşı inkişaf edər. Bunlar vaginaya töküldüyü zaman bazda bir allergiya meydana gələr və qarşı cinsin hansına allergiyası varsa ona qarşı ciddi reaksiya ortaya çıxar. Xalq arasında bal ayı xəstəliyi olaraq bilinir. Niyə bal ayı xəstəliyi deyilir? çünki ümumiyyətlə ilk əlaqədə ortaya çıxır və cəmiyyətimizdə ümumiyyətlə ilk əlaqədə olduğu üçün ilk gecə xəstəliyi deyil də bal ayı deyilmiş amma bu əslində sperma allergiyasıdır.

    Sperma allergiyasının əlamətləri nələrdir?

    Vajinada şiddətli yanma, qaşıntı, şişmə, qızartı kimi bir təsir göstərər. Bir də bu allergiya bəzi kəslərdə şiddətli olar yəni bütün həyata təsir edən şəklə çevrilə bilər. Dəridə töküntü, şişmə, nəfəs ala bilməmə, təzyiq düşmə kimi ciddi reaksiyalar meydana gələ bilər.

    Sperma allergiyası əslində sistit deyə adlandırılan sidik yolu infeksiyası ilə bənzər ola bilərmi?

    Əslində sistit dediyimiz sidik yolu infeksiyası vaginal infeksiya seyr edən bir infeksiya növüdür. O mikozayı ehtiva edən bir allergik reaksiya söz mövzusu olduğu üçün sidik yolu ilə əlaqədar, sidik çıxışıyla əlaqədardır. Mikoza olduqda, ağrılı bir sidik etmə ortaya çıxar amma o sistit deyil bir allergiyanın göstəricisi ola bilər. Sistit əslində infeksiyadır. / WseMir.CoM
    21
  • Cəlilabadda ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər
    23.11.2014 19:07
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Cəlilabad, 23 noyabr, Bağır Əliyev, AzərTAc

    Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda rayonun ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər.

    AzərTAc xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə nümayiş etdirilən eksponatlar və fotoşəkillərlə tanış olublar.

    Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib.

    Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərov ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar məruzə edib.

    Toplantıda çıxış edənlər ölkəmizdə ədliyyə sisteminin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
    19
  • Ukrayna Kanadanın verdiyi F-18-lərdən imtina etdi
    23.11.2014 19:02
    http://axar.az/cdn/2014/november/23/1416749107.jpg
    http://axar.az/cdn/2014/november/23/1416749107.jpg
    Kanada Ukraynaya F-18 təyyarələrini verməyi təklif edib.

    Axar.az Unian.net-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Müdafiə nazirinin müavini Leonid Polyakov çıxış edib.

    O, bu təyyarələrdən istifadə etməyi öyrənməküçün ukraynalı pilotlara çox vaxt lazım gəldiyi səbəbindən Kanadanın təklifindən imtina edildiyinibildirib.
    12
  • Maqnatlar poçtlarna özləri baxırlar?
    23.11.2014 19:02
    http://img.milli.az/n/clickable/204433/07/d/309906.jpg
    http://img.milli.az/n/clickable/204433/07/d/309906.jpg
    Ceff Bezos

    Milli.Az ICTnews-a istinadən bildirir ki, Ceff Bezos bir dəfə Wikipedia onlayn ensiklopediyasının yaradıcısı Cimmi Uelsə deyib ki, ona məktub göndərənlər ya 10 dəqiqə sonra cavab alır, ya da heç vaxt cavab almırlar.

    Bill Qeyts

    Bill Qeyts müsahibələrindən birində deyib ki, ona gündəlik 40-50 məktub göndərilir. O deyib ki, kiçikhəcmli məktubları səhərlər özü cavablandırır, axşamlar isə böyükhəcmli məktublara baxır. Ehtimal ki, digər məktubları onun assistentləri cavablandırır.

    Larri Peyc

    Elektron poçt qutusunu açdıqda göndərilmiş məktubları yuxarıdan aşağıya cavablandırmağa başlayıram. Baxmadığım məktublar isə cavablandırılmamış qalır. Bəziləri sual göndərdikdən 5 dəqiqə sonra Googleun yaradıcısından cavab aldıqda təəccüblənir.

    Stiv Cobs

    Raul Quitrez Stiv Cobsla Parisdə tanış olub. Sonralar Raul ona elektron məktub yazıb və Cobs onun hər məktubunu cavablandırıb. Raul məktubu səhərlər göndərdikdə cavab bir neçə gün sonra gəlib. Gecə göndərdikdə isə Cobs ani olaraq cavab verib. Raulun bu məktublara necə vaxt tapması ilə bağlı sualını Cobs belə cavablandırıb: Adi insanlarla ünsiyyət saxlamaq və onların fikrini bilmək mənim üçün vacibdir.

    15
  • Xəyyam Nisanov "Aeroflot"dan şikayətçidir
    23.11.2014 19:01
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Müğənni Xəyyam Nisanov "Aeroflot"un Azərbaycan üzrə nümayəndəsi Konstantin Abramenkoya şikayət məktubu ünvanlayıb.

    Milli.Az-ın məlumatına görə, müğənni məlumat verib ki, bu günlərdə o, Moskvadan Bakıya dönərkən fikir verib ki, Bakı aeroportu ilə bağlı sərnişinlərə səhv informasiya verilir.

    Bununla bağlı X.Nisanov K.Abramenkoya məsləhət görüb ki, "Aeroflot"un personalına instruktaj keçirilsin ki, gələcəkdə belə xoşagəlməz hallar təkrarlanmasın.

    Rəşad

    11
  • 80 yaşlı ər və arvadı öldürənlər evdən heç nə aparmayıblar
    23.11.2014 18:59
    http://cdn.qafqazinfo.az/68438.jpg
    http://cdn.qafqazinfo.az/68438.jpg
    Dünən Goranboyun Qaradağlı kəndində baş verən ağır qətlin təfərrüatları məlum olub.

    Maraqlısı budur ki, rayon polis şöbəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, hadisəni törədən şəxs və ya şəxslər evdən heç bir şey aparmayıblar.

    Aparılan araşdırma nəticəsində mənzildə heç bir oğurluq faktı qeydə alınmayıb. Qatillərin axtarışı hələ davam etdirilir. Ər-arvad olan 80 yaşlı cütlüyün qətlinin hansı səbəbdən törədildiyi məlum deyil.

    Qeyd edək ki, qətlə yetirilənlər Məmmədov Tahir və onun həyat yoldaşı Məmmədova Sonadır.

    Anar Həşimov
    15
  • İslam alimləri Qumda toplaşdı
    23.11.2014 18:56
    http://anspress.com/images/photos/53063.jpg
    http://anspress.com/images/photos/53063.jpg
    Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İranda rəsmi səfərdədir.

    ANS TV-nin məlumatına görə, Hacı Allahşükür Paşazadə bu gün Qum şəhərində beynəlxalq elmi-dini konfransda iştirak edir. 83 ölkədən nüfuzlu islam alimlərinin, din xadimlərinin qatıldığı konfransda əsas müzakirə obyekti regionda təkfirçiliklə mübarizədir.

    Sabah isə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İranın ali dini lideri Ayətullah Əli Xamneyi, eyni zamanda digər rəsmi şəxslərlə görüşü gözlənilir.
    16
  • Türkiyənin mədəniyyət və turizm naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
    23.11.2014 18:52
    http://cdn.gun.az/8661.jpg
    http://cdn.gun.az/8661.jpg
    Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərliyi ilə qardaş ölkənin nümayəndə heyətinin üzvləri noyabrın 23-də Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə tər çiçəklər düzüblər.

    Gün.Az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə çiçəklər qoyulub.

    Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən oğullarının və qızlarının xatirəsini yad ediblər.

    Nazir Ömər Çelik və nümayəndə heyətinin üzvləri türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, abidənin önünə çiçəklər düzüblər.

    8
  • Reynaldo "Sent-Etyen"ə qarşı oynaya bilməyəcək
    23.11.2014 18:51
    http://news.lent.az/upload/images/news/2014/april/17/big/9501aaa9c5d93459cc9a47ce6c2a98c7.jpg
    http://news.lent.az/upload/images/news/2014/april/17/big/9501aaa9c5d93459cc9a47ce6c2a98c7.jpg
    Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə qarşılaşacaq "Qarabağ" Fransaya ciddi itkilərlə gedəcək. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun aparıcı üzvü Reynaldo komandasına kömək edə bilməyəcək.

    Ötən gün "Qarabağ"ın AZAL-la oyunöncəsi məşqində zədələnən braziliyalı hücumçunun "yaşıllar"la matçda meydana çıxmayacağı dəqiqləşib. Bu gün "təyyarəçilər"lə (2:1) başa çatan matçda komandasının oyununu kənardan izləyən "sambaçı"nın durumu ilə bağlı baş məşqçi Qurban Qurbanov da məlumat verib.

    Gənc çalışdırıcı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bildirib ki, "Sent-Etyen"lə görüşdə həm Reynaldonun, həm də Diasın xidmətindən istifadə etməyəcək.

    Qeyd edək ki, "Sent-Etyen" - "Qarabağ" matçı noyabrın 27-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
    10
  • Ermənistanda intihar halları getdikcə artmaqdadır
    23.11.2014 18:47
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1416753926895714938_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1416753926895714938_600x400.jpg
    Paris, 23 noyabr, AzərTAc

    Son illər Ermənistanda intihar hadisələrinin artması bu ölkənin kütləvi informasiya vasitələrinin bəhs etdiyi əsas mövzulardandır.

    Fransadakı erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalının 23 noyabr tarixli nömrəsində müstəqil erməni jurnalisti Marianna Qriqoryanın "Ermənistan: intihar faizi artır" sərlövhəli məqaləsində ölkədə intihar hallarının ildən-ilə çoxaldığını bildirib və bunun səbəblərini diqqətə çatdırıb.

    Ermənistan Dövlət Statistika Xidməti İdarəsinin məlumatına istinad edilən məqalədə bildirilib ki, iqtisadi tənəzzülün getdikcə dərinləşdiyi və acınacaqlı vəziyyətin yarandığı bu ölkədə əgər 2003-cü ildə 377 intihar hadisəsi qeyd olunmuşdusa, 2013-cü ildə həmin rəqəm 768-i ötüb. Məqalədə özlərinə qəsd edənlərin əksəriyyətinin intihar üçün Yerevanın mərkəzində yerləşən 62 metr hündürlükdəki Kiyev körpüsünü seçdikləri qeyd olunub.

    Erməni ekspertləri intihar hallarının son on ildə sürətlə artmasını ölkə iqtisadiyyatının tənəzzülə uğraması, məmurların özbaşınalığı, dövlət rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə əhalisinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması ilə əlaqələndiriblər.

    Müəllif intihar hallarının daha çox insanların iş tapa, ailəsini dolandıra bilməməsi zəminində baş verdiyini yazır. Ekspertlər isə getdikcə artan intihar hallarının baş vermə səbəblərinin açıqlanmasına hökumət tərəfindən qadağa qoyulduğunu etiraf edirlər.

    Məqalədə artıq ölkədə ciddi problemə çevrilən intihar hadisələrinin həlli ilə bağlı nə hökumətin, nə də qeyri-hökumət təşkilatlarının hər hansı proqramının olmadığı, dövlət rəsmilərinin intihar hallarının artmasından narahatlıq hissi keçirməmələri və ciddi təşvişə səbəb olan bu hadisəyə soyuqqanlı münasibət göstərmələri təəssüf hissi ilə qeyd edilir.

    Əsgər Əliyev

    12
  • Erməni yalanı ifşa olundu
    23.11.2014 18:41
    http://anspress.com/images/photos/76547.jpg
    http://anspress.com/images/photos/76547.jpg
    "Ermənistan Respublikasının hərbi-siyasi rejiminin helikopter hadisəsi ətrafında bir neçə gündür qaldırdığı ajiotaj elə bir həddə çatıb ki, artıq düşmən tərəfi xalqı sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün davamlı surətdə dezinformasiyaya əl atır, faktları qarışdırır və yalan yaymaqla hərəkətlərinə bəraət qazandırmağa çalışır". ANS PRESS-in məlumatına görə, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

    Müdafiə Nazirliyi bir daha bildirir ki, vurulan Mi-24 döyüş helikopterinin və pilotlardan ikisinin qalıqlarının, o cümlədən birinin cəsədinin ərazidən çıxarılması üçün guya Ermənistan tərəfinin hansısa xüsusi əməliyyat keçirməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur, bu uydurmadır və erməni xalqının diqqətini yayındırmaq məqsədini güdür: "Tam əksinə düşmən tərəfi son günlər Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə təxribat törətməklə gərginliyi saxlamağa və bu məsələyə bəzi beynəlxalq təşkilatları da cəlb etməyə cəhd göstərir. Azərbaycan tərəfi ilk gündən helikopterin qalıqlarının və ekipaj üzvlərinin cəsədlərinin ələ keçirilməsi və ya hər hansı başqa məqsədlə bu istiqamətdə heç bir addım atmamışdır. Bildiririk ki, düşmən tərəfinin bu ərazidə "xüsusi əməliyyat keçirməsi" kimi absurd, uydurma və əsassız fikirləri qətiyyətlə rədd edir, həmin istiqamətdə ərazinin tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olduğunu bəyan edirik".

    Məlumatda qeyd okunur ki, aviasiya uçuşları üzrə hərbi mütəxəssisləri tərəfindən erməni tərəfinin təqdim etdiyi videomateriallar ustalıqla hazırlanmış çox yaxşı videomontaj kimi qiymətləndirilir: "Pilotların ailələrinə hansı vəziyyətdə onların qalıqları da verilib bunu da təsəvvür etmək çox çətindir. Aviasiya uçuşları üzrə hərbi mütəxəssislərin rəyinə görə, Mi-24 döyüş helikopterinin partlamasından və yerə çırpılmasından sonra oradakı cəsədlərin nə texniki, nə fiziki baxımdan, heç nəzəri cəhətdən də ictimaiyyətə göstəriləsi halda olması belə mümkün deyildir.

    Belə ki, 11 ton çəkisi olan, saatda 250 km sürətlə yerə çırpılan helikopterdən düşən cəsədin də videoda təqdim olunan formada qalması texniki cəhətdən mümkünsüzdür. Fiziki cəhətdən isə insan bədəni yanarkən bədən üzvləri xeyli dərəcədə deformasiyaya uğrayır. Odur ki, erməni tərəfinin guya Mi-24 döyüş helikopterinin ekipaj üzvünün cəsədi kimi təqdim etdiyi və elə düz formada videoda əks olunan kimi uzanaraq həlak olması da qeyri-mümkündür. Yəqin ki, bunu az-cox biliyi olan patoloqoanatomlar da təsdiq edər".

    Mütəxəssisin fikrincə, təqdim olunan ekipaj üzvlərinin geyim formaları Mi-24 döyüş helikopterinin ekipajına aid olması da çox şübhəlidir və müəmmalı suallar doğurur: "Nümayiş etdirilən paraşütün qalıqları da aviasiya mütəxəssisləri tərəfindən birmənalı və ciddi qarşılanmır. Texniki baxımdan "İqla" daşınan zenit raket kompleksi ilə vurulduqdan sonra baş verən partlayış nəticəsində cəmi 3-4 saniyə yanaraq yerə düşən və zərbədən tam dağılan Mi-24 helikopterin ekipajının qərar qəbul etməsi, hazırlaşması, paraşütlə tullanması və paraşütün ermənilərin təqdim etdiyi görünüşü vəziyyətində qalması nə nəzəri, nə praktiki, nə də fiziki baxımdan mümkün deyildir. Paraşüt özü tezalışan, dərhal yanan kapron materialdan hazırlandığından, yüksək dərəcədə yanğın olan zaman onun videoda görünən formada qalması da şübhəlidir. Buradan isə bir nəticə çıxarmaq olar - ermənilərin təqdim etdikləri foto-video görüntülərin helikopter hadisəsi ilə heç bir bağlılığı yoxdur".
    15
  • Azərbaycanda elektrik enerjisi istehsalı artıb
    23.11.2014 18:22
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 23 noyabr, AzərTAc

    Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən son 10 ayda 1471,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

    Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə 4,5 faizlik artım əldə olunub.

    Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi 5,4 faiz artaraq 187,5 milyon manat təşkil edib.
    23
  • Heç yerdə görmədiyiniz 10 meyvə
    23.11.2014 18:06
    http://anspress.com/images/photos/77302.jpg
    http://anspress.com/images/photos/77302.jpg
    Dünyanın ən qəribə 10 meyvəsinin adı açıqlanıb. Fərqli iqlimlərdə yetişən bu meyvələr dadı və xarici görünüşü ilə insanı valeh edir.

    ANS PRESS qəribə 10 meyvənin şəklini təqdim edir:

    1. Rambutan. Xarici görünüşünə görə su canlısına bənzəyir. Daha çox tropik iqlimin olduğu yerlərdə yetişir. Çox dadlı və ləzzətli olan, eyni zamanda çiyələyə bənzəyən Rambutanın qabığı qızaran zaman yetişmiş sayılır.

    2. Durian. Bu bitki köhnə corab qoxusu verir. Dünyada ən çox iy verən bitki olan durian 3 kiloqrama qədər böyüyə bilir. Bu meyvə bəzilərinin sevimlisi ola bildiyi kimi, bəziləri bu meyvənin iyinə belə tab gətirə bilmirlər. Qabığının rənginə və quruluşuna görə bu meyvəni ananasa da bənzədirlər.

    3. "Buddanın əli". Bəziləri bu meyvəni "Buddanın əli" limonu, bəziləri isə "Barmaqlı ağac qovunu" adlandırırlar. Sarı rəngli bu qəribə meyvə xoş qoxusu ilə diqqət çəkir və Asiyada yetişir. "Buddanın əli" rəndələnərək salatlarda istifadə edildiyi kimi, balıq yeməklərində limon kimi də istifadə olunur.

    4. Pitaya. Çəhrayı rəngi ilə diqqət çəkən bu meyvənin çiçəkləri həm armud, həm də kivi çiçəklərinə bənzəyir. Yüksək antioksidant və liposom tərkibli bu meyvə lif baxımından da zəngindir.

    5. Akebi. Akebinin hərfi tərcüməsi "mavinin nadir görülən bir tonu" deməkdir. Şimali Yaponiyada yetişən bu meyvənin içi yeyilir. Meyvənin ətli hissəsi ilə tumları bir-birindən çətin ayrıldığından bu meyvə tumlu yeyilir.

    6. Qoya (Acı qovun). Bu meyvə üzüm kimi salxımlarda yetişir. Adətən tam yetişməmiş yığılır və təzə və ya bişirilərək yeyilir.

    7. İlan meyvəsi. Bu meyvə palma ağacının bir növündə salxım şəklində yetişir. Almaya bənzər şirin və azca turş tamı var. İlan meyvəsi təzə və ya xamır şirniyyatlarının içinə qatılaraq yeyilir. Malayziya meşələrində bitən bu meyvə meymunların sevimli qidasıdır. Maraqlı cəhəti isə odur ki, meyvənin tərkibində 13,5 faiz alkoqol var. Buna görə də, meymunların bu meyvəni yedikdən sonra nə hala gələcəyini təxmin etmək heç də çətin deyil.

    8. Manqostan. Tenis topundan azca kiçik olan bu meyvə tropik iqlimdə yetişir. Bənövşəyi qabığın içində ağ rəngli meyvəsi yeyilir. Manqostan sağlığa faydalı olan içki Xanqo sayəsində məşhurlaşıb.

    9. Ulduz alması. 5-10 santimetr ölçülərində olan bu meyvə bənövşəyi və ya solğun yaşıl rəngdə olur. Belə adlanmasının səbəbi isə kəsəndə içinin ulduz şəklində olmasıdır. Tərkibindəki 33 faiz toksiklik dərəcəsinə görə, qabığı yeyilmir.

    10. Hind ənciri. Çəhrayı və ya sarı rəngli bu meyvə kaktusun üzərində bitir. Şəkər, jele və araq istehsalında istifadə olunan hind əncirinin suyu da içilir.
    22
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri