yuxarıya
Onlayn Ödəmə
Reyestr xidməti işçiləri üçün də Davranış Qaydaları hazırlanır
07.11.2013 11:52
A A
Dünya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçiləri üçün Xidmət Standartları və Davranış Qaydaları hazırlanır. Komitədən "Olaylar"a verilən məlumata görə, bu məqsədlə inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edilməklə beynəlxalq məsləhətçi cəlb olunacaq. Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsində Əmlak Məsələləri Dövlət Komitəsi üçün Strategiya Planı və onun qurumları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçün də Biznes Plan hazırlanıb. Bu Planın mühüm hədəflərindən biri ərazi qeydiyyat idarələrində müştərilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin və şəffaflığın artırılması əsas hədəf kimi nəzərdə tutulur. Eyni zamanda ərazi idarələrinin maliyyə dayanıqlılığının artırılması və xidmətlərin çevikliyinin təmin edilməsi əsas məqsədlərdəndir. Burada başlıca məqsəd Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin göstərdikləri xidmətlərin səviyyəsinin qaldırılması, vətəndaş-məmur münasibətlərinin şəffaf mexanizmlər əsasında qurulması, vətəndaşların elektron informasiya vasitələrindən istifadə etməklə qısa müddət ərzində vətəndaşların əmlak hüquqlarının rəsmiləşdirilməsi və məlumatlar əldə etməsinin təmin edilməsidir.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Prezident təqaüdcüsü olan gənclərin peyntbol-tir yarışması
    05.03.2015 18:33
    Bu gün "5 mart Bədən tərbiyəsi və idman günü"nün 10 illiyi münasibəti ilə Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tədris müəssisələrinin dəstəyi ilə Azərbaycan Respublikası Prezidenti y...
  • Ötən il Azərbaycanda 86 adda dini ədəbiyyatın yayılmasının qarşısı alınıb
    05.03.2015 17:48
    Bakı. Mübariz Aslanov - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində ötən il ölkəyə daxil olan 884 adda dini ədəbiyyatdan 86 adda olanının ölkədə yayılmasının qarşısını alıb.APA-nın məlumatına görə...
  • Azərbaycanda 60 min manata hamam satılır
    05.03.2015 16:06
    Gəncədə hamam satılır.Əmlak Məsələləri Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus hamam martın 10-da hərraca çıxarılacaq.Hamamın ümumi qiyməti 60 181 manatdır. Bu hamama sahib olmaq istəyən şəxs isə 5115 manat beh verməlidir...
  • İclas yekunlaşdı
    05.03.2015 14:40
    Bu gün Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfran...
  • Müdafiə Nazirliyindən Konyada qəzaya uğramış təyyarə ilə bağlı
    05.03.2015 14:37
    "Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Konyada keçirilən təlimdə tam tərkibdə iştirak edir, onlarla bağlı heç bir problem yoxdur".Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Türkiyəyə məxsus hərbi təyyarənin Konyada qəzaya uğraması barə...
  • İbrahim Rəhimpur: "Regionda baş verən böhranların Xəzərə keçməsinə imkan verməməliyik"
    05.03.2015 14:04
    Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair konvensiyanın hazırlanması üzrə Bakıda keçirilən işçi qrupun 39-cu iclasında müəyyən irəliləyişlər baş verib.Gün.Az xəbər verir ki, bu barədə iclasın yekunlarına dair mətbuat konfransında İran xarici işl...
  • Azərbaycan-Türkiyə hərbi təlimində F4 qırıcısı qəzaya uğrayıb
    05.03.2015 13:08
    Bakı, 5 mart, SalamNews, N.Ələkbər.Konyanın mərkəz Karatay mahalı Ortakonak Məhəlləsi yaxınlığında Türkiyənin hərbi təyyarəsi qəzaya uğrayıb.SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, təyyarə Konyada Türk Hava Qüvvələri ilə Azərbaycan Hava Q...
  • IBM Azərbaycanda nümayəndəlik açır
    05.03.2015 12:35
    Bu gün IBM korporasiyası Bakıda yeni ofisinin açılışını elan edib. SİA-nın məlumatına görə, artmaqda olan müştəri və tərəfdaş ekosisteminə qabaqcıl xidmətlər göstərərək regionda fəaliyyətin genişləndirilməsi IBM-in dünya üzrə inkişaf etməkdə olan bazarlarda m...
  • Aleksandr Maslyakov hücuma məruz qalıb
    05.03.2015 10:17
    Bakı - APA. Şən və Hazırcavablar Klubunun (KVN) məşhur aparıcısı Aleksandr Maslyakov (böyük) Moskvada hücuma məruz qalıb.APA-nın "Qovorit Moskva" radiosuna istinadən verdiyi məlumata görə, A. Maslyakov Şeremetyevo küçəsindəki KVN Evinin qarşısında öz avtomobilinə əylə...
  • Avro Azərbaycan manatına nisbətən ucuzlaşıb, dollar isə möhkəmlənib
    05.03.2015 09:52
    Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi bahalaşıb."APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 5-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olu...
XƏBƏR LENTİ
  • Bakı-Quba yolunda "Mercedes" markalı avtomobil piyadanı vurub öldürüb
    06.03.2015 06:21
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Mahir Məmmədli-APA. Bakı-Quba yolunda, DYP-nin Ekologiya postunun yaxınlığında piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, qəza zamanı şəxsiyyəti məlum olmayan təxminən 50-55 yaşlı kişi "Mercedes" markalı maşınla vurulub. Qəza nəticəsində piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

    Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Meyitə və hadisə yerinə baxış keçirilib. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqləri qəza nəticəsində ölən piyadanın şəxsiyyətini müəyyən etmək istiqamətində araşdırma aparırlar.

    Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanılıb.
    6
  • Məşhur Hollivud aktyoru Harrison Ford ABŞ-da təyyarə qəzasında ciddi xəsarət alıb
    06.03.2015 06:16
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/b3ca8d9c821410c8f51203098d718de3.jpg
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/b3ca8d9c821410c8f51203098d718de3.jpg
    Bakı-APA. Məşhur Hollivud aktyoru Harrison Ford ABŞ-da kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ciddi xəsarət alıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə TMZ nəşri məlumat yayıb.

    Məlumata görə, 72 yaşlı aktyorun idarə etdiyi təyyarə Los Anceles şəhəri ətrafında qolf meydançasına çırpılıb. Jurnalistlər baş nahiyəsindən çoxlu sayda ciddi zədələr almış Fordun ağır vəziyyətdə xəstəxanaya aparıldığını bildiriblər.

    Qəzaya uğrayan hava nəqliyyat vasitəsinin İkinci Dünya Müharibəsi dövründən qalmış Ryan PT-22 Recruit tipli təyyarə olduğu bildirilir.
    4
  • Hava almağa çıxdı, eyvandan düşdü
    06.03.2015 06:12
    http://anspress.com/images/photos/66751.jpg
    http://anspress.com/images/photos/66751.jpg
    Türkiyədə bədbəxt bir hadisə yaşanıb.

    ANS PRESS-in məlumatına görə, Türkiyənin Yozqat vilayətində Fatih məhəlləsi sakinlərindən biri gecə saatlarında binanın 3-cü mərtəbəsində yerləşən mənzilinin eyvanına hava almaq üçün çıxıb. Lakin onun bu istəyi xoş sonluqla bitməyib. Belə ki, eyvana çıxan Osman Uğur adlı 62 yaşlı vətəndaş müvazinətini itirərək 3-cü mərtəbədən aşağı yıxılıb.

    Yaxınlarının təcili yardımı çağırması ilə o, dərhal xəstəxanaya çatdırıblar. Həkimlərin ilkin baxışı zamanı onun artıq dünyasını dəyişdiyi məlum olub.

    Mərhumun yaxınları isə baş verən hadisəyə görə əsəb sarsıntısı keçiriblər.
    4
  • Tatlıses 200 qurban dedi
    06.03.2015 05:48
    http://anspress.com/images/photos/51996.jpg
    http://anspress.com/images/photos/51996.jpg
    Türkiyənin tanınmış müğənnisi, AKP-nin millət vəkilliyi namizədliyinə namizəd olan İbrahim Tatlıses 200 qurban nəzir deyib.

    ANS PRESS-in məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. Tatlıses qurbanlardan yüzünün sağlamlığı üçün, yüzünün sülhün təmini üçün nəzir etdiyini qeyd edib:

    "Xəbərlərdə silahı yertə qoyun sözünü eşitdiyim anda coşdum. Daxilimdə bir ümid yarandı. Çünki sülh insanları ümidləndirir. İnancım odur ki, sülh təmin olunsun. Allahıma sözümdür; 100 qurban sağlamlığım, 100 qurban da sülh üçün boğazından ət keçməyənlərə qurban kəsəcəyəm".
    10
  • "Boko Haram" silahlıları Nigeriyada 70-dək dinc sakini qətlə yetirib
    06.03.2015 05:40
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı-APA. "Boko Haram" terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Ncaba kəndinə hücum edərək 68 dinc sakini amansızcasına qətlə yetirib.

    APA-nın məlumatına görə, bu barədə "Frans Pres" yerli sakinlər arasındakı mənbəyə istinadən xəbər verir.   

    "Mən qurbanların sayılmasında iştirak etmişəm. 68 nəfər öldürülüb", deyə kənd sakinlərindən biri agentliyin müxbirinə bildirib.

    Öldürülən sakinlər arasında çoxlu sayda uşaqların olduğu bildirilir. Kənd yerlə yeksan edilərək yandırılıb.   
    6
  • Bakıda toy kortejində "avtoş" oyun çıxardı
    06.03.2015 05:38
    http://www.azxeber.com/files/wR9YUdps0gA9.jpg
    http://www.azxeber.com/files/wR9YUdps0gA9.jpg
    Bakıda növbəti dəfə hərəkət edən toy kortejində həyəcanlı anlar yaşanıb.

    AZXEBER.COM-un məlumatına görə, gəlinlə bəyin avtomobilinin önündə hərəkət edən "avtoş"lar təkər qaldırıblar. 90-GB-927 markalı avtomobilin sürücüsü isə, qoşa xəttin üzərində üzərində xuliqanlıq edərək, digər avtomobillərə təhlükəli anlar yaşadıb.

    Görüntüdən də bəlli olur ki, video Bakıda çəkilib.

    AZXEBER.COM olaraq həmin görüntüləri təqdim edirik:
    5
  • UEFA Krım çempionatının yaradılması ideyasını dəstəklədi
    06.03.2015 05:33
    http://news.lent.az/upload/images/news/2015/march/06/small/ce7be7b8dbecf236532c75b617baf226.jpg
    http://news.lent.az/upload/images/news/2015/march/06/small/ce7be7b8dbecf236532c75b617baf226.jpg
    UEFA Krım çempionatının yaradılması ideyasını dəstəkləyib. Apasport.az saytının məlumatına görə, bu haqda qitə futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Frantişek Lavrines bildirib.

    Lakin çempionatın dəqiq tarixi hələ ki, bəlli deyil: "Biz Krımda çempionatın keçirilməsinə razıyıq. UEFA bunu tamamilə dəstəkləyir. Amma dəqiq tarix haqqında biz hələ ki, heç nə deyə bilmərik. Çünki buna hazır deyilik. Bu gün tez maliyyələşdirmə haqqında danışmaq lazımdı. Hələ uzaqda qarşılıqlı anlaşma məsələsində belə girmədik".

    Güman edilir ki, Krımda iki futbol liqası yaradılacaq - böyüklər və gənclər arasında. Böyüklər arasında səkkiz peşəkar komanda çıxış edəcək. Onlar öz aralarında dörd dairəvi sistemdə oynayacaqlar. Gənclər arasında isə iki dairəvi yarışın qalibi müəyyən ediləcək. Çempionatın təşkili ilə Krım Futbol İttifaqı məşğul olacaq. Hazırda mövcud olan Krım və Sevastopol Futbol Federasiyaları birləşdiriləcək.
    4
  • Bu ölkələrdə qadın olmaq çox çətindir
    06.03.2015 05:31
    http://www.azxeber.com/files/KKch8kWb1X82.jpg
    http://www.azxeber.com/files/KKch8kWb1X82.jpg
    Qarşıdan 8 mart - Qadınlar günü gəlir. Bəzi ölkələrdə qadın kimi dünyaya gəlmək xoşbəxtlikdirsə, bəzilərində isə qadınları heç də yaxşı həyat gözləmir. Özəlliklə, müsəlman ölkələrinin böyük əksəriyyətində qadınların hüquqları məhduddur.

    Axşam.az xarici mediaya istinadən qadın olmağın çətin olduğu 15 ölkəni təqdim edir.

    Misir

    Misirdəki qadınların 99.3 faizi seksual təcavüzə məruz qalır. 91 faiz qadın isə sünnət edilir. Siyasətdə isə qadınların fəaliyyəti sıfıra bərabərdir.

    İraq

    İraq parlamentində qadın millət vəkili yoxdur. Bundan başqa iraqlı qadın pasport almaq istəyərsə, ərinin, evli deyilsə atasının, qardaşının icazə verməsinə dair sənəd aparmalıdır.

    Səudiyyə Ərəbistanı

    Burda qadınların avtomobil idarə etməsinə qanun icazə vermir. Qadağanı pozan qadınlar həbsə atılır. Bu ölkədə təcavüz qadın üçün "zina" sayıla bilər.

    Suriya

    Bu ölkədə rəsmi olaraq qızlar 17 yaşında ərə gedə bilər. Amma Türkiyədəki bir qaçqın düşərgəsində 12 yaşlı qızı ərə vermək istəyirmişlər.

    Yəmən

    Bu ölkədə qızların sadəcə 53 faizi orta məktəbə göndərilir. Hər min qadından ikisi doğuş zamanı həyatını itirir.

    Sudan

    Burda rəsmi olaraq qızlar 10 yaşında evlənə bilərlər. Orta hesabla hər 30 qadından 1-i hamilə olarkən ölür. Min qadından yeddisi doğarkən həyatını itirir.

    Livan

    Livan qaydalarına görə təcavüz edən adam, təcavüzə məruz qalan qadınla evlənmək haqqına malikdir. Qeyri-qanuni abort etdirən qadın 7 il həbsə məhkumdur.

    Fələstin

    Fələstində savadlı qadınlar 92,6 faiz olsa da, sadəcə 17 faiz qadın işləyə bilir. Qadınlar üçün evlənmə yaşı 15-17 yaşdır.

    Somali

    2012-ci il statistikasına görə,doğuş zamanı ən çox ölüm bu ölkədə yaşanmışdı. Bir hesabatda isə göstərilirdi ki, Somalidəki düşərgələrdə 1200 qadın təcavüzə məruz qalıb.

    Cibuti

    Bu ölkədə seksual zorakılıqla bağlı qanun yoxdur. Qadınların 93 faizi qadın sünnətinə məruz qalır.

    Bəhreyn

    Bəhreyndə qadınların 33 faizi ailədaxili işgəncəyə məruz qalmaqdadır.Bu ölkədə2 qadının şahidliyi bir kişinin şahidliyi ilə eynidir.

    BƏƏ

    Birləşmiş Ərəb Əmirliklərində nikahdan kənar uşaq doğmağın cəzası - həbsdir. Və müsəlman olmayan kişi ilə evlənmək də qanunla qadağandır.

    Mərakeş

    Bu ölkənin qanunları qadınlara ərindən ayrılmağı qadağan edir. 15-49 yaş arası qadınların 44 faizi oxuyub yazmağı bacarmırlar. Ölkədə ailələrin 10 faizini erkən yaşda nikahlar təşkil edir.

    Qətər

    Qətərdə qadınların sürücülük vəsiqəsi ala bilməyi üçün ərlərinin rəsmi icazəsi olmalıdır.

    İordaniya

    İordaniyalı qadın xarici kişiyə ərəd gedəndə avtomatik olaraq vətəndaşlıqdan çıxarılır. Ölkədəki daşınmaz əmlakın ancaq 17 faizi qadınlara aiddir.
    4
  • Nəhəng robotlar işıqforları əvəz etdi
    06.03.2015 05:08
    http://anspress.com/images/photos/85331.jpg
    http://anspress.com/images/photos/85331.jpg
    Konqo Demokratik Respublikasının hakimiyyəti çoxlu sayda yol hərəkəti qaydaları pozuntusunun qarşısını almaq üçün ölkənin paytaxtı Kinşasada kameralarla təchiz edilmiş beş robot quraşdırıb.

    ANS PRESS-in məlumatına görə, robotlar günəş batareyaları ilə işləyir. Yol hərəkəti qaydalarına nəzarət etmək üçün robotun "əlləri" qırmızı və yaşıl lampalarla təchiz edilib. "ICTnews" elektron xəbər xidməti bildirir.

    Şəhər hakimiyyəti bu yolla piyada və maşınların hərəkətini nizamlamağa çalışır, çünki Konqo Demokratik Respublikasında yol hərəkəti iştirakçılarının böyük əksəriyyəti standart işıqfor və yol nişanlarına əhəmiyyət vermirlər. Bundan başqa, sonuncular quraşdırılandan sonra çox vaxt oğurlanır.

    Nəhəng robotu oğurlamaq çox çətindir. Robota quraşdırılmış infraqırmızı videokameralar yalnız bütün baş verənləri və yol hərəkəti qaydaları pozuntusunu çəkməklə kifayətlənmir, həm də təsviri real vaxt rejimində polis bölməsinə göndərir.

    Robotların böyük oyuncağa oxşamasına baxmayaraq, sürücülər onun siqnallarına daha diqqətli yanaşırlar. "Biz robota hörmət etməliyik" - yerli taksi şoferlərindən biri deyib.
    12
  • İŞİD 11 komandirini edam etdi
    06.03.2015 04:58
    http://anspress.com/images/photos/72714.jpg
    http://anspress.com/images/photos/72714.jpg
    İraq ordusunun İŞİD-ə qarşı keçirdiyi əməliyyat nəticəsində terror qruplaşması itki verməyə davam edir.

    ANS PRESS-in məlumatına görə, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının dəstək verdiyi əməliyyatda satqınlıq etməsi iddiası ilə yaraqlılardan 11 səhra komandiri edam edilib. Bu barədə "Fars" xəbər agentliyi xəbər yayıb.

    İraq ordusunun Tiqritə martın 2-dən etibarən başlayan iri miqyaslı hücumundan sonra terrorçuların bir qismi şəhəri tərk etməyə başlayıb. Ordu qüvvələri şəhərin iki qəsəbəsi və mərkəzindən başqa digər hissələri nəzarətləri altına alıblar. Əməliyyatda, ümumilikdə, 30 min nəfərin iştirak etdiyi bildirilir.

    Xatırladaq ki, martın 4-də İraqın qərb bölgəsində həyata keçirilən hücum zamanı İŞİD-in məşhur komandirlərindən olan Naim əl-Şaha da daxil olmaqla,40-a yaxın yaralıq məhv edilmişdi.
    9
  • NATO: Rusiya hərbçiləri Ukraynanın şərqində kütləvi şəkildə həlak olur
    06.03.2015 04:34
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/82a71f59c7a12941613408d11654d8c2.jpg
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/82a71f59c7a12941613408d11654d8c2.jpg
    Bakı-APA. NATO-nun nümayəndələri Donbasda Rusiya vətəndaşlarının döyüşdüyünü iddia edirlər.

    APA-nın "Gazeta.ru"ya istnadən verdiyi xəbərə görə, bu barədə "Frans Press"in dərc etdiyi məlumatda bildirilir.

    Məlumata görə, bu barədə ötən gün Riqada keçirilmiş mətbuat konfransında çıxışı zamanı NATO baş katibinin birinci müavini Aleksandr Verşbou bildirib.

    "Rusiya hərbçiləri Ukraynanın şərqində gedən döyüşlərdə kütləvi şəkildə həlak olur", deyə Verşbou qeyd edib.

    Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi keçən ay ABŞ-ın rusiyalı hərbçilərin Donbasda döyüşlərdə iştirak etməsi ilə bağlı bəyanatını təkzib edib.

    Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Münhen təhlükəsizlik konfransında çıxışı zamanı Ukraynada döyüşən rusiyalı əsgərlərdən götürülmüş pasportları nümayiş etdirib.
    8
  • Məhəmməd Əmin Rəsulzadənin vəfatından 60 il ötür
    06.03.2015 04:28
    http://anspress.com/images/photos/59730.jpg
    http://anspress.com/images/photos/59730.jpg
    Martın 6-da Azərbaycanın görkəmli siyasi xadimi, mütəfəkkiri, Şərqdə ilk demokratik dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 60-cı ili tamam olur.

    Məhəmməd Əmin bəy 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya gəlib. İlk təhsilini ikinci "Rus-müsəlman" məktəbində alıb, daha sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Məhəmməd Əmin Rəsulzadə inqilabi fəaliyyətə də həmin illərdə başlayıb. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

    1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə bağlı Bakını tərk edərək bir müddət İranda yaşayıb. Rəsulzadə İranda da siyasi fəaliyyətini davam etdirərək Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasını yaradır.

    Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şahından tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula getmək məcburiyyətində qalır. O, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olur.

    1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ildə fevral burjua inqilabı baş verir.

    1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunur. Mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılır. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını dünyaya yayır. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları içərisində hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu.

    1920-ci il aprelin 27-də baş verən sovet işğalı səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. AXC-nin qurucuları Azərbaycanı tərk etməli oldular. Məhəmməd Əmin Rəsulzadə uzun müddət Avropada mühacir həyatı yaşasa da ömrünün son illərini Türkiyədə keçirdi və 1955-ci il martın 6-da Ankarada həyata vida etdi. Məzarı Ankaranın mərkəzindəki Əsri məzarlığındadır. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan" sözlərini işlədib.
    6
  • Nigeriya klubunun avtobusuna silahlı hücum nəticəsində 5 futbolçu yaralanıb
    06.03.2015 04:24
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı-APA. Nigeriya çempionatının son qalibi "Kano Pillars" klubunun avtobusuna silahlı basqın edilib.

    Apasport.az saytının məlumatına görə, bir qrup azarkeş tərəfindən edilən silahlı hücumda 5 futbolçu yaralanıb.

    Sabah "Heartland"la səfər matçında qarşılaşacaq "Kano Pillars" Abaidən Overri şəhərinə gedərkən, soyğunçuların hücumuna məruz qalıb. 18-i futbolçu və 25 nəfərlik avtobusda komandanın üzlərindən Qambo Məhəmməd, Reyben Oqbonaya, Eneyi Otekpa, Murtala Adamu veUbonqEkpai güllə yarası alıb.

    Hadisədən sonra Nigeriya Futbol Federasiyası qarşılaşmanı təxirə salıb.
    9
  • Şimali Avropada ilk "3D" kafe açılıb
    06.03.2015 04:19
    http://anspress.com/images/photos/85330.jpg
    http://anspress.com/images/photos/85330.jpg
    Finlandiyanın Tampere şəhərinin mərkəzində "3D Crush" adlı kafe açılıb.

    ANS PRESS-in məlumatına görə, adı çəkilən kafenin ziyarətçiləri içəridə qurulmuş "3D" printerin köməyi ilə müxtəlif predmetləri çap edə və ya sadəcə, qurğunun iş prosesini izləyə bilərlər. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.

    İlk öncə "3D" skaner orijinalı skan edir, bundan sonra printer öz işini görür. Sözügedən qurğunun köməyi ilə telefon üçün çexol və ya üçölçülü "selfi" çap etmək olar. "3D" çap xidmətinin dəyəri baha deyil. Məsələn, brelok kimi kiçik əşyanın çapı 1,5 avroya başa gələcək.

    Qeyd etmək lazımdır ki, bundan əvvəl başqa ölkələrdə oxşar kafelər açılıb, "3D" çap texnologiyası isə tədricən həyatımıza daxil olur. Məsələn, Çində "3D" printerlərin köməyi ilə binalar inşa edilir.
    5
  • Neftin qiyməti qalxdı
    06.03.2015 04:19
    http://anspress.com/images/photos/56932.jpg
    http://anspress.com/images/photos/56932.jpg
    Dünya bazarlarında neftin qiyməti qalxıb.

    ANS PRESS-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 60,80 dollara çatıb.

    Təhlilçilərin fikrincə, dolların gücləndiyi və İranla Qərb arasında nüvə razılaşmasının yaxınlaşdığı bir şəraitdə bu artım müvəqqəti ola bilər.

    Dolların güclü olması neftin qiyməti üçün neqativ faktor sayılır, çünki bu, başqa valyutalara malik alıcıların xam neftə tələbatını azaldır.

    Bundan başqa, analitiklər neft qiymətlərinin 25 sent qalxmasına səbəb Liviya və İraqdan neft ixracında yaranan fasilələrin olduğunu bildirirlər.

    Xatırladaq ki, Beynəlxaq Valyuta Fondunun baş direktoru Kristin Laqard neftin qiymətinin ucuz olmasının qlobal iqtisadiyyatın dirçəlməsi üçün yetərli olmadığı haqqında bəyanat vermişdi.
    6
  • Şok! Təcavüzçünü parçalayıb yandırdılar
    06.03.2015 04:18
    http://anspress.com/images/photos/85334.jpg
    http://anspress.com/images/photos/85334.jpg
    Hindistanda zorlama şübhəsi ilə həbsxanada saxlanılan şəxs hiddətli izdiham trəfindən dəhşətli şəkildə cəzalandırılıb. ANS PRESS-in məlumatına görə, hadisə Naqaland əyalətinin Dimapur şəhərində baş verib.

    Şəhərdə, ötən ay tələbə qızın 35 yaşlı banqladeşli Syed Fərid Xan tərəfindən dəfələrlə zorlanması hadisəsinə qarşı etiraz aksiyası keçirilib. "Gənc Tələbə Federasiyası" tərəfindən təşkil olunan aksiyaya qoşulanların sayı on minlərə çatıb.

    Yürüş zamanı şübhəlinin olduğu həbsxananın qarşısından keçərkən hiddətli izdiham binaya hücum edərək qapıları sındırıb və Syed Fərid Xanı qaçırıb.

    Şübhəlini çılpaq soyunduraraq 7 km yerdə sürüyən aksiyaçılar onu daşlarla və dəyənəklərlə döyüblər. Daha sonra parçalanan təcavüzçü izdiham tərəfindən od vurularaq yandırılıb.

    Hiddətli izdiham daha sonra avtomobil ticarəti ilə məşğul olan şübhəlinin mağazasının olduğu küçədəki bütün evlərə və mağazalara od vurub.

    Baş verənlərə müdaxilə etmək istəyən polislə nəzarətdən çıxmış izdiham arasında insident baş verib və çox sayda insan yaralanıb.

    Xatırladaq ki, zorlama cinayətinə görə Hindistan dünyada ilk yerdədir.
    5
  • BMT Təhlükəsizlik Şurası bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək
    06.03.2015 03:54
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı-APA. BMT Təhlükəsizlik Şurası bu gün keçiriləcək iclasında Ukraynadakı vəziyyəti müzakirə edəcək. APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, iclasda BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman, BMT baş katibinin insan haqları üzrə löməkçisi İvan Şimonoviç və BMT-nin humanitar yardım proqramının rəhbəri Con Qinqin hesabatla çıxış edəcəyi gözlənilir.
    10
  • Bakı sakini özünə bıçaqla xəsarət yetirib
    06.03.2015 03:44
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/889f904b0b6cfb4af2e5cc792d1cbcb4.jpg
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/889f904b0b6cfb4af2e5cc792d1cbcb4.jpg
    Bakı. Mahir Məmmədli-APA. Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA-nın məlumatına görə, Dadaş Bünyadzadə küçəsində yaşayan 35 yaşlı Fuad Qəhrəmanov bıçaq xəsarətləri ilə qohumları tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. Qarın nahiyəsindən bıçaq xəsarətləri alan Fuad Qəhrəmanov dərhal əməliyyat olunub. Həkimlər onun həyatını xilas edə biliblər.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Fuad Qəhrəmanov özünə bıçaqla xəsarət yetirib. Əməliyyatçılar dəqiqləşdiriblər ki, 35 yaşlı Fuad ailədaxili münaqişə zamanı əsəblərini cilovlaya bilməyib və bıçaqla özünü vurub.

    Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
    4
  • İŞİD Səddam Hüseyn kimi etdi
    06.03.2015 03:38
    http://anspress.com/images/photos/85333.jpg
    http://anspress.com/images/photos/85333.jpg
    İraq ordusunun İŞİD yaraqlılarına qarşı Tiqritdə başlatdığı əməliyyatlar davam edir.

    ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması ilə mübarizə aparan İraq ordusu çətinliklə üzləşib. Belə ki, yaraqlılar hava hücumlarının qarşısını almaq məqsədilə neft quyularına od vurublar. Hər yer qara tüstüyə büründüyü üçün hərbi təyyarələrin də uçuşu baş tutmur. İraq ordusu Səddam Hüseynin vaxtında ABŞ qırıcılarına mane olmaq üçün bu planı işlətmişdi.

    Tiqrit üzərinə hücum indiyədək İraq ordusu tərəfindən İŞİD üzərinə həyata keçirilən ən miqyaslı həmlədir. Ordu yaxın günlərdə əl-Alam və əl-Dur qəsəbələrini azad etməli planlaşdırır. Çünki terrorçular bu iki qəsəbəni və Tiqritin mərkəzini hələ ki, nəzarətləri altında saxlayırlar.

    Qeyd edək ki, İraq ordusunun Tiqrit üzərinə hücumunun müvəffəqiyyəti Bağdad hökumətinin ölkənin şimalını nəzarət altına almasına yol aça bilər.
    7
  • Bakı Dairəvi yolunda avtobusun iştirakı ilə ağır qəza olub, xəsarət alanlar var
    06.03.2015 03:04
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/8bc6bf77b110b89ce7086e9dfc79e456.jpg
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/8bc6bf77b110b89ce7086e9dfc79e456.jpg
    Bakı. Mahir Məmmədli-APA. Bakının Yasamal rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    APA-nın məlumatına görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücünün Lökbatan qəsəbəsindən Bakı beynəlxalq avtovağzalı istiqamətində hərəkətdə olarkən, yağışlı havada sürəti düzgün seçməyib. Yüksək sürətlə hərəkətdə olan avtomobil sürücünün nəzarətindən çıxaraq, əvvəlcə yolayırıcı səddə çırpılıb. Daha sonra "Mercedes" Şəkidən Bakıya gələn sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində "Mercedes"dəki sərnişin Nicat Süleymanov ağır, digər sərnişinlər və sürücü isə yüngül xəsarət alıblar.

    Yaralı Nicat Süleymanov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar yaralını xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər. Nicat Süleymanov xəstəxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
    16
  • Atletlərimiz birinci oldu
    06.03.2015 02:59
    http://anspress.com/images/photos/85328.jpg
    http://anspress.com/images/photos/85328.jpg
    Gimnastika növləri üzrə birgə çempionatın ilk günü sona çataraq, maraqlı qələbələrlə yadda qalıb.

    ANS PRESS-in məlumatına görə, Birgə Açıq Azərbaycan Çempionatının ilk günü idman gimnastikası üzrə çoxnövçülük yarışlarıyla başlayıb.

    Çoxnövçülük üzrə finalın nəticələrinə əsasən kişi idman gimnastikasında qızıl medalı və ölkənin mütləq çempionu adını Azərbaycanlı gimnast Oleq Stepko (90.600 xal), ikinci yeri onun həmyerlisi Petro Paxnyuk (88.055) və üçüncü yeri isə London Olimpiya Oyunlarının mükafatçısı, Xorvatiyalı Filip Ude qazanıb (86.100).

    Həmçinin, yarışlarda qadın idman gimnastikasında ölkəni təmsil edən Kristina Pravdina da hesabına qızıl medal yazdırdı. 4 çıxışın nəticəsinə görə 50.339 xal toplayan gimnastımız ölkənin mütləq çempionu oldu. Onun ardınca isə Türkiyədən olan iştirakçılar Tutya Yılmaz (50.131) və Demet Mutlu (49.332) sıralanmışdılar.

    Yarışın sabahkı günü isə gimnastikanın 4 növünə - batut, aerobika, bədii gimnastika və akrobatikaya həsr olunacaq. Yarışların yekun günü isə zəngin keçəcək. Belə ki, həmin gün gimnastikanın 6 növü üzrə mübarizələr baş tutacaq.

    Yarışlarda 22 ölkədən 133 gimnast iştirak edir və onların arasında dünya gimnastikasının ulduz simaları, bədii gimnastika üzrə Dünya ikiqat və Avropa üçqat çempionu Yana Kudryavtseva, kişi idman gimnastikası üzrə Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının gümüş mükafatçısı Filip Ude, ölkənin ikiqat mütləq çempionu və Avropa Oyunlarının səfiri Marina Durunda və digərləri var.

    Bu çempionatın əsas xüsusiyyəti Avropa Oyunlarının formatında keçirilməsidir. Yarışlar gimnastika tarixində ilk nümunə olacaq, həmçinin aerobika və akrobatika gimnastlarının bədii gimnastlarla bərabər, idman gimnastlarının isə batutçularla bərabər eyni məkanda mübarizə aparmaqları üçün gözəl fürsət olacaq.
    6
  • Təyyarə qəza keçirdi
    06.03.2015 02:58
    http://anspress.com/images/photos/85332.jpg
    http://anspress.com/images/photos/85332.jpg
    Amerika Birləşmiş Ştatlarının (ABŞ) "Delta" aviaşirkətinə məxsus təyyarələrindən biri təhlükəil eniş edib.

    ANS PRESS-ni məlumatına görə, hadisə martın 5-də Nyu-Yorkun La-Quardina hava limanında meydana gəlib.

    Qəza şəraitinin yaranmasına səbəb isə güclü qar yağıntısının uçuş zolağını tutması olub. Nəticədə, içərisində 125 sərnişin olan "MD-88" tipli təyarə eniş zamanı sürüşərək uçuş zolağından çıxıb. Təyyarədə olan sərnişinlərdən 6 nəfəri yüngül şəkildə xəsarət alıb.

    "Prioritetimiz müştərilərimizin və personalımızın təhlükəsizliyidir. Hər şey qaydasındadır. Hadisə ilə bağlı araşdırmamızı davam etdirəcəyik", - deyə "Delta" hava şirkətindən açıqlama verilib.

    Qeyd edək ki, qəza keçirən təyyarə Atlanta şəhərindən uçurmuş. Hadisədən sonra yağan qarın təhlükə yaratdığı səbəbilə ABŞ-ın federal aviasiya idarəsi hava limanının müvəqqəti bağlanması barədə qərar qəbul edib.
    5
  • Rəsulzadənin ölümündən 60 il keçir
    06.03.2015 02:35
    http://bugun.az/files/news/2015_03/large/910651425592386.jpg
    http://bugun.az/files/news/2015_03/large/910651425592386.jpg
    M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

    Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

    Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

    1902-ci ildə on yeddi yaşında olan M. Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

    Rəsulzadə 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

    1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:

    "Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor".

    Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb edib.

    M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib. /qafqazinfo/
    10
  • Moskvada azərbaycanlı skripkaçı Anar Yusifovun "İlin fəsilləri - fəsillərin cazı" adlı musiqili konserti keçirilib
    06.03.2015 02:34
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/586cacd0335d70fd2a0fd4c3eb6654c4.jpg
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/586cacd0335d70fd2a0fd4c3eb6654c4.jpg
    Moskva.Fərid Əkbərov - APA.Rusiya paytaxtında azərbaycanlı skripkaçı Anar Yusifovun "İlin fəsilləri - fəsillərin cazı" adlı musiqili konserti keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtının elit caz klublarından olan "Esse" caz kafedə keçirilən konsertdə Azəbaycan və Rusiya konservatoriyalarının yetirməsi olan Anar Yusifov "The Moskow Jazz passengers" ansamblı ilə birlikdə dünyaca məşhur skripkaçı Antonio Vivaldinin şedevr kompozisiyalarını fərqli üslubda ifa edib.

    Anar Yusifov Antonio Vivaldinin "İlin fəsilləri" kompozisiyasının birinci hissəsini - "Yay"ı klassik ənənəyə uyğun ifa edərək onu digər musiqiçilərə ötürüb. Beləliklə, saksafon, piano, zərb alətlərinin iştirakı ilə klassik musiqi və caz üslubları improvizə halında təqdim edilib.

    Azərbaycanlı skripkaçı bu konsertin onun üçün Antonio Vivaldinin yaradıcılığına yeni baxış, "İlin fəsilləri" adlanan şedevr əsərə caz adlanan fenomenlə yanaşma olduğunu söyləyib: "Bilirsinizmi, musiqi dünyasında ifaçı çox, yenilik təqdim edən isə azdır. İnsanlarınsa yeniliyə həvəsi, marağı var, auditroiya fərqli və yeni musiqi tələb edir. Düşünürəm ki, bu musiqi öz dinləyicisini tapacaq".

    Musiqiçilər Antonio Vivaldinin şah əsərini dəyişməyərək, əsərin əsas ideyası qalmaqla ona caz elementləri, ritm və imrpovizasiya əlavə ediblər. Layihənin təqdimatının Antonio Vivaldinin doğum günü ilə eyni günə düşməsi isə yeni musiqi məhsuluna marağı bir az da artırıb.

    Azərbaycan konservatoriyasının yetirməsi olan kimi təqdim edilən azərbaycanlı sənətçini Moskvanın elit caz klubunun qonaqları böyük rəğbət va maraqla dinləyiblər. Onun ifası cazsevərlərin alqışları ilə qarşılanıb.

    Moskva Caz Art klubun təsisçisi, caz layihələrinin rəhbəri və prodüseri Aleksandr Eydelman Anar Yusifocun konsertini məmuniyyətlə dinlədiyini bildirib: "Deməliyəm ki, səhnədə çox peşəkar musiqiçilər bir araya gəliblər. Anar özü özlüyündə çox gözəl təhsili olan peşəkardır və əlbəttə ki, onunla bir komandada Rusiyanın caz elitasına daxil olan musiqiçilər ifa etdilər. Qarşılıqlı anlaşma da bu yüksək peşəkarlığın nəticəsində mümkün oldu".
    5
  • İŞİD silahlıları 11 səhra komandirini edam edib
    06.03.2015 02:24
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/1490d8fe4f979f1d08ac437358a54a55.jpg
    http://az.apa.az//upload/images/news/2015/march/06/small/1490d8fe4f979f1d08ac437358a54a55.jpg
    Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları ötən gün İraq ordusunun Tikrit şəhərinə hücumu zamanı mövqelərini qoyub qaçan 11 səhra komandirini "satqın" elan edərək edam edib.

    APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Fars agentliyi məlumat yayıb.

    Qeyd edək ki, İraq ordusunun İŞİD-in nəzarətində olan Tikrit şəhərinə hücumu zamanı onlarla terrorçu mövqelərini qoyaraq şəhəri tərk edib. Məlumata görə, şəhərin şərq və cənub hissələri artıq hərbçilərin nəzarətinə keçib. Ordu hissələri, həmçinin, terrorçuların nəzarətində olan Mosul və Kərkük şəhərlərinə gedən magistral yolu nəzarətə alıb.

    Martın 2-də başlanan irimiqyaslı hücum İraq Silahlı Qüvvələri və könüllülərdən ibarət silahlı dəstələrin birgə ən böyük əməliyyatıdır. Əməliyyatda, ümumilikdə, 30 min nəfər iştirak edir.
    6
  • Məşhur ərəb qadınlarının adları açıqlandı
    06.03.2015 02:18
    http://anspress.com/images/photos/83531.jpg
    http://anspress.com/images/photos/83531.jpg
    Aktyor Corc Kluninin arvadi Amalın adı ən nüfuzlu ərəb qadinlarinin siyahisina salınıb.

    ANS PRESS-in məlumatına görə, bu haqda "Arabian Business Magazine" nəşri xəbər verib.

    "Arabian Business Magazine" bu gün yüz ən nüfuzlu ərəb qadınının illik siyahısını dərc edib. Birinci yer BƏƏ-nin beynəlxalq əməkdaşlıq və inkişaf naziri Lyubna Al Kasimi tutub.

    O, ərəb dünyasında qadınların hüquqları üçün fəal mübarizə aparır. İkinci yerdə Corc Kluninin arvadi vəkil Amal Kluni olub.

    Qondarma erməni soyqırımı, Culian Assanj və Yuliya Timoşenkonun müdafiəsində nun iştirakı qeyd edilir. Üçüncü yerdə Səudiyyə Ərəbistanından Loudjan Xatlul gəlir. Ərəbistanda qadınlara maşın sürmək qadağan edilsə də, Xatlul avtomobilini özü idarə edir.
    7
  • "Samsunq" dünyanın ən böyük gəmisini yaradır
    06.03.2015 02:07
    http://deyerler.org/uploads/thumbs/21UM3DG.jpg
    http://deyerler.org/uploads/thumbs/21UM3DG.jpg
    Cənubi Koreyanın "Samsunq" şirkəti dünyanın ən böyük konteyner daşıyan gəmisini istehsal edəcək.

     

    Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın ən böyük üç gəmi istehsalçılarından biri olan Cənubi Koreya Yaponiyanın "Samsunq" şirkətindən 4 konteyner daşıya biləcək gəmi üçün 620 milyon dollarlıq sifariş aldığını bildirib.

     

    Şirkət gəminin göyərtəsinin 4 futbol meydançası boyda olacağını açıqlayıb.

     

    Şirkətdən verilən məlumata görə, gəminin uzunluğu 400, eni 58.8, hündürlüyü isə 32.8 metr olacaq.

     
    8
  • İŞİD özünün 11 komandirini edam elədi
    06.03.2015 02:05
    http://deyerler.org/uploads/thumbs/T6MA246.jpg
    http://deyerler.org/uploads/thumbs/T6MA246.jpg
    İraqda İŞİD terror qruplaşmasının silahlıları satqınlıqda ittiham elədikləri 11 komandiri edam ediblər. Musavat.com-un məlumatına görə, bu barədə "Fars" agentliyi xəbər yayıb.

     

    Xəbərdə bildirilir ki, İŞİD-in təxminən 150 silahlısı, o cümlədən 11 komandir hökumət qüvvələrinin hücumu nəticəsində Tikritdən qaçıblar. Bu səbəbdən qurum başçılarının qəzəbinə tuş gəliblər.

     

    Hazırda şəhər uğrunda döyüşlər davam edir. İraq hərbi komandanlığı Tikritin azad edilməsi uğrunda əməliyyatların uğurla davam etdiyini və tezliklə ordunun şəhəri İŞİD-çilərdən təmizləyəcəyini bəyan edib.
    6
  • ABŞ-da göydələn satışa çıxarılıb
    06.03.2015 01:46
    http://img.sia.az/news/2015/siaphoto_464609.jpg
    http://img.sia.az/news/2015/siaphoto_464609.jpg
    ABŞ-da ölkədə hündürlüyünə görə ikinci göydələn olan Willis Tower satışa çıxarılıb. Bu barədə məlumatlı mənbələrə əsaslanan Bloomberg agentliyi bildirib. Əvvəllər Sears Tower kimi tanınan Çikaqo göydələninin qiyməti təxminən 1,5 milyard dollar təşkil edə bilər. Hazırda binaya Lloyd Qoldman və Cozef Çetritin daxil olduğu investorlar qrupu sahibdir. 2004-cü ildə onlar göydələni MetLife kompaniyasından 841 milyon dollara almışdılar.

    1973-cü ildə Sears Holdings riteylerinin mənzil qərargahı kimi tikilən bu bina 25 il ərzində ölkədə ən uca bina olub. Hündürlüyü 443 metr olan Willis Tower, eyni zamanda dünyanın ən uca göydələnləri sırasında 12-ci yerdə qərarlaşıb. Hər il binanı 1 milyondan çox turist ziyarət edir.
    11
  • İran XİN: "Altılıq" ölkələri ilə danışıqlarda böyük irəliləyiş əldə olunub
    06.03.2015 01:44
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı-APA. "Altılıq" ölkələri və İran arasında Tehranın nüvə proqramına dair danışıqlarda böyük irəliləyiş əldə olunub.

    APA-nın "TASS"-a istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbərinin müavini Abbas Əraqçı bildirib.

    O qeyd edib ki, buna baxmayaraq, məsələ ilə bağlı fikir ayrılığı hələ qalmaqdadır.

    Bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad nüvə proqramı ilə bağlı danışıqların yekunlaşmaq üzrə olduğunu bildirmişdi.
    9
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri