yuxarıya
Onlayn Ödəmə
Mirvari, gözdə axan şəlalə
18.10.2013 01:37
A A
Büllur və onun kapsulunun istənilən formada bulanması katarakta ilə nəticələnir. "Katarak"ta yunan sözü olub şəlalə deməkdir. Bu, gözdə büllur və qüzehli qişa arasında yuxarıdan aşağıya doğru şəlalə kimi enən tutqun boz pərdəyə bənzər olması ilə bağlıdır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya "Mirvari suyu" da deyilir.

Bulantı

Həkim-oftalmoloq Kəmalə Abbasova deyir ki, normada olmayan müəyyən ingrediyentlərin daxil olması və ya lazımi maddələrin çatışmaması nəticəsində göz daxili mayenin tərkibinin dəyişməsi büllur epitel hüceyrələri və liflərində mübadilə pozğunluğuna səbəb olur. Epitel hüceyrələrində baş verən istənilən mübadilə pozğunluqları nəticəsində büllur lifləri şişir, bulanır və parçalanır. Göz bəbəyinin arxasında yerləşən büllur buynuz qişadan (kornea) gözə düşən şüaları sındıraraq beyinə ötürür. Büllurun bulanması nəticəsində isə şüa göz dibinə çatmır və göz görmə qabiliyyətini itirir. Əksər hallarda bulanma tədricən, 3-5 il ərzində yaranır. Bəzən isə büllur bulandıqdan bir-iki ay sonra xəstə görmə qabiliyyətindən məhrum olur: "Xəstəliyin əsas əlamətlərindən - göz önündə sanki duman və sisin olması, uzaq və ya yaxını görməmək, qaraltılı və ləkəli görmə, görüntünün sarı rəng alması, rəng çalarlarını çətin fərqləndirmək kimi problemləri səbəb göstərmək olar".

Anadangəlmə və qazanılma

Həkimin sözlərinə görə, katarakta anadangəlmə və qazanılma olmaqla iki qrupa bölünür: "Anadanadangəlmə kataraktalara tez-tez gözün digər inkişaf qüsurları ilə birgə rast gəlinir. İrsi xarakter daşıyan bu problem, həmçinin bətndaxili inkişaf patalogiyası nəticəsində ola bilər. Anadangəlmə kataraktalar çox zaman ikitərəfli olur, ancaq büllurun birtərəfli bulanması da müşahidə edilir".
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
47
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
XƏBƏR LENTİ
  • Məşhur aktrisanı donu pərt etdi
    01.11.2014 14:04
    http://img.milli.az/n/clickable/204433/04/3/306241.jpg
    http://img.milli.az/n/clickable/204433/04/3/306241.jpg
    Tanınmış ingilis model, aktrisa və teleaparıcı Amanda Holden dünən Londonda heyvanların qorunması il məşğul olan fondun xeyriyyə gecəsinə qatılıb.

    Milli.Az DHA-ya istinadən bildirir ki, Amanda Holden türk modelyer Zeynep Kartalın əl işi olan don geyinmişdi. Fəqət, o, qırmızı xalıda olarkən paltarı aktrisanı naqolay vəziyyətdə qoyub.

    0
  • Azərbaycan I Divizionunda IX turun oyunları yekunlaşıb
    01.11.2014 14:02
    http://img.salamnews.org/875a37cdd0abd4db1913ac653a99cd52/thumb_diviz_774.jpg
    http://img.salamnews.org/875a37cdd0abd4db1913ac653a99cd52/thumb_diviz_774.jpg
    Bakı, 1 noyabr, SalamNews, R.Nadirli. Futbol üzrə Azərbaycan I Divizionunda 9-cu tura yekun vurulub.

    SalamNews qeydə alınan nəticələri diqqətinizə çatdırır:

    "Göyəzən" 0-5 "Turan Tovuz"

    (Akif Tağıyev, 29; 61; 84; Qaqa Murtsxvaladze, 42; 66)

    "Neftçala" 3-0 "Energetik"

    (Məhəmməd Alıyev, 20 (p.); Məhəmməd Xəlilov, 25; Ramil Mansurov, 74)

    "Lokomotiv" 1-3 "Kəpəz"

    (Rəşad Piriyev, 54 (p.) // Arzuman Nəsibov, 16; Ramil Həşimzadə, 75; Araz Mansurov, 90 3)





    1
  • Liviya böhranı xarici müdaxilə olmadan həll edilməlidir - dünya ölkələrinin Liviya üzrə nümayəndələri
    01.11.2014 14:02
    http://img.salamnews.org/9b703e5ffe706ca78d6269756e801f12/thumb_liviya_302.jpg
    http://img.salamnews.org/9b703e5ffe706ca78d6269756e801f12/thumb_liviya_302.jpg
    Bakı, 1 noyabr, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Liviya böhranı BMT vasitəçiliyi ilə aparılan sülh danışıqları yolu ilə, xarici müdaxilə olmadan həll edilməlidir.

    SalamNews-un RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə bir sıra Avropa ölkələri, ABŞ, Afrika İttifaqı və Ərəb Dövlətləri Liqasının (ƏDL) Liviya üzrə xüsusi nümayəndələrinin Fransanın paytaxtı Parisdə keçirilən görüşünün yekunu üzrə ABŞ Dövlət Departamentinin dərc etdiyi birgə kommyunikedə deyilir.

    Xüsusi nümayəndələr Liviyadakı böhranın hərbi yolla həllinin mövcud olmadığını bildiriblər. Afrika İttifaqı, ƏDL, Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Malta, İspaniya, Böyük Britaniya və ABŞ xüsusi nümayəndələri BMT baş katibinin xüsusi nümayəndəsi Bernardino Leona ilə görüşüblər.

    "Xüsusi nümayəndələr Qadamesdə atəşkəsə çağırışdan sonra baş verən zorakılığı pisləyiblər və Liviyanın bütün ərazisinə humanitar yardımın çatdırılmasını təxirə salınmadan bərpa etməyə imkan verəcək təxirəsalınmaz və şərtsiz atəşkəsə çağırıblar.", - sənəddə deyilir.

    Onun müəllifləri "BMT-nin Liviya ərazisindəki şəhər və hava limanlarından yığma qoşun dəstələrinin çıxarılması və nümayəndəli hökumətin formalaşdırılması üçün zəruri olan dialoqun təmin edilməsinə yönəldilmiş vasitəçilik səylərinə dəstək" ifadə ediblər.





    4
  • SpaceShip Two suborbital hava gəmisi qəzaya uğrayıb
    01.11.2014 14:01
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14148352883451620867_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14148352883451620867_600x400.jpg
    Bakı, 1 noyabr, AzərTAc

    SpaceShip Two suborbital gəmisi Kaliforniyada sınaq uçuşu zamanı qəzaya uğrayıb.

    AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə uçuşu hazırlayan Virgin Galactic kompaniyası məlumat yayıb. İlkin araşdırılmalara görə, qəza gəmidə yaranmış ciddi nasazlıq səbəbindən baş verib. Qəza zamanı bir pilot həlak olub, digəri isə ağır xəsarət alıb.

    SpaceShip Two suborbital gəmisi havaya WhiteKnight təyyarəsinin köməyi ilə qalxmışdı.
    3
  • Səxavət Nur məşhur aktyorun obrazında
    01.11.2014 14:01
    http://img.milli.az/n/clickable/204433/0b/7/306249.jpg
    http://img.milli.az/n/clickable/204433/0b/7/306249.jpg
    Amerikaya köçən aparıcı Səxavət Nur "Cadugərlər bayramı"na qatılan məşhurlardan olub

    Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Karib dənizinin quldurları" filmindəki Kapitan Cek obrazına girib. S.Nur partidən fotolarını İnstagram səhifəsində paylaşıb.

    Qeyd edək ki, hazırda Vaşinqtonda yaşayan aparıcı ingilis dili dərslərinə gedir.

    4
  • "Medcezir": Zənnin səni aldadırsa...
    01.11.2014 14:00
    http://img.milli.az/n/clickable/204433/0a/1/306252.jpg
    http://img.milli.az/n/clickable/204433/0a/1/306252.jpg
    Mertlə Eylülün Mira və Yamanı barışdırmaq üçün oynadıqları oyun pis nəticə verir

    Miranın, əslində, göz yaşları içində göndərdiyi çiçək Yaman üçün heç bir əhəmiyyət daşımır. Mira belə düşünür.

    Yaman Miranın Orkunla kiçik bir tətilə çıxmasını eşidincə dəliyə dönür.

    Yaman onlarla hesablaşmaq üçün yollara düşür.

    Yaman onları sevişən zaman tutmaq istərkən Mira müalicəsini davam etdirmək üçün şəhərdən qıraqda bir xəstəxanada yatır.

    Milli.Az serialın 46-cı bölümünü təqdim edir.

    Elşən İmanov

    3
  • Vurğun Əyyub: "Kimin nə rəy verməsi mənim fikrimi dəyişə bilməz"
    01.11.2014 14:00
    http://lent.az/photo/Vurqun-Eyyub.jpg
    http://lent.az/photo/Vurqun-Eyyub.jpg
    "İlkin olaraq arayışa verilən rəyi oxudum. Əslində arayışla bağlı mən müraciət etməmişəm, çünki qurultayda keçirilən seçkilərin nəticəsində formalaşan qurumları legitim saymıram və o qurumlara da müraciət etməmişəm".Bu sözləriAPA-ya açıqlamasında Qubad İbadoğlunun qurultay öncəsi və qurultayın gedişindəki pozuntularla bağlı təqdim etdiyi arayışa partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının verdiyi rəyə münasibət bildirən Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub söyləyib.

    V. Əyyub deyib ki, qurultayda partiyanın təşkilati işlərinə uzun müddət rəhbərlik etmiş şəxslərdən biri olan Zöhrab Məhərrəmov rayon təşkilatları sədrlərinin qarşısını kəsib, İsa Qəmbərin artıq Arif Hacılını seçdiyini və müsavatçıların da bu seçimə səs verməli olduqlarını söyləyib: "Bu, dolayısı yolla qurultay nümayəndələrinin iradəsinə təzyiq idi. İkincisi, qurultayın Təşkilat Komitəsi seçki günü hər hansı siyahıların paylanmasını qadağan etmişdi. Bu qadağanın əksinə olaraq qurultay günü siyahı paylanırdı. İstər sərbəst Məclis üzvləri, istərsə də Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri siyahı əsasında seçilmişdi. Bu iki məsələ mənim müşahidə etdiyim məsələlərdir və kimin nə rəy verməsi mənim bu barədə fikrimi dəyişə bilməz".

    Qeyd edək ki, Müsavat Partiyasının Mərkəzi-Nəzarət Təftiş Komissiyası başqanlığa sabiq namizəd Qubad İbadoğlunun təqdim etdiyi arayışa rəy verib və qurultayın işində pozuntu olmadığını bildirib. Müsavat Partiyasının başqanı Arif Hacılı bu rəyin ədalətli olduğunu bəyan edib.
    1
  • Musiqi festivalının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
    01.11.2014 13:55
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 1 noyabr, Türkan Abdullayeva, AzərTAc

    Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri və ittifaqın 80 illik yubileyi münasibətilə keçiriləcək musiqi festivalının iştirakçıları noyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

    Festival iştirakçıları və qonaqlar Azərbaycanın görkəmli musiqi xadimlərinin məzarlarını da ziyarət ediblər.

    Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər qoyublar.
    7
  • İstehlakçıları çaşdıran reklamlar: Növbə "Porsche"yə çatdı
    01.11.2014 13:54
    http://az.trend.az/article_photo/2014/08/16/no_image_found.jpg
    http://az.trend.az/article_photo/2014/08/16/no_image_found.jpg
    Azərbaycan, Bakı, 1 noyabr /Trend/

    Azərbaycanın reklam bazarında araşdırmalar aparılır.

    İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Porsche" markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

    Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin reklamlarda "Porsche" markalı avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Porsche - ormanların padşahı" və "Porsche - komfort etalonu" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.

    Bununla əlaqədar bu reklamların sifarişçisi və həmin avtomobillərin satışını həyata keçirən "Əfəndilər" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

    Araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, bundan əvvəl "Audi", "Volkswagen" və "Mazda" avtomobillərinin reklamında da istehlakçıların çaşdırılmasına səbəb olan əlamətlər aşkar edilmişdi.
    6
  • Putinin telefon söhbəti
    01.11.2014 13:54
    http://anspress.com/images/photos/52047.jpg
    http://anspress.com/images/photos/52047.jpg
    Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində bildirib ki, Ukraynanın şərqində bazar günü üçün planlaşdırılmış seçkilər qanunsuzdur və Avropa liderləri tərəfindən tanınmayacaq.

    ANS PRESS-in xarici mətbuata istinadla verdiyi xəbərə görə, onların telefon söhbətində Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Petro Poroşenko da qatılıb. A.Merkel və F.Holland telefon söhbətində deyiblər ki, Ukraynada yalnız ölkə qanunlarına uyğun seçkilər keçirilə bilər. Separatçıların keçirdikləri seçki Rusiyanın da qəbul etdiyi sülh sazişinə ziddir.

    A.Merkel söyləyib ki, Almaniya bu qanunsuz seçkiləri tanımayacaq.

    Xatırladaq ki, ötən həftə Avropa liderləri Brüsseldə Şərqi Ukraynada keçiriləcək seçkilərin tanınmayacağı barədə qərar qəbul ediblər.
    5
  • Türk serialı dayandırıldı
    01.11.2014 13:51
    http://img.milli.az/n/0c/3/arkadas_257876763.jpg
    http://img.milli.az/n/0c/3/arkadas_257876763.jpg
    Türkiyənin ATV telekanalında nümayiş olunan yeni "Üç Arkadaş" teleserialının dayandırılmasına qərar verilib.

    Milli.Az bildirir ki, baş rollarda Hakan Yılmaz, Leyla Feray, Burak Hakkı və Bülent Seyranın oynadıqları serialın ilk seriyası oktyabrın 9-da göstərilmişdi.

    İndiyədək 4 seriyası göstərilən "Üç Arkadaş" oktyabrın 30-da nümayiş olunmuş 4-cü seriyasından sonra final seriyası olmadan dayandırılıb.

    9
  • Ruslar Fabio Kapellonun pulunu vermək istəmir
    01.11.2014 13:51
    http://avropa.info/new/fotobaza/orta/1311.jpg
    http://avropa.info/new/fotobaza/orta/1311.jpg
    Rusiya futbol millisinin italyan baş məşqçisi Fabio Kapello beş aydır maaşını ala bilmir. Kapello deyib ki, artıq bütün dünya ona maaş ödənilmədiyini bilir. O, havayı işləməyin son həddi olduğunu bildirib.

    Baş məşqçinin pulunu verməyən Rusiya Futbol Federasiyası belə əsas gətirib ki, sponsor tapa bilmir. Müqaviləyə görə ruslar italyan baş məşqçiyə ildə 8 milyon avro pul ödəməlidir.
    3
  • Rövşən Lənkəranski ilə Şakro üz-üzə gələcək
    01.11.2014 13:50
    http://avrasiya.net/wp-content/uploads/ded-300x245.jpg
    http://avrasiya.net/wp-content/uploads/ded-300x245.jpg
    İspaniya həbsxanasından azad edilən qanuni oğru Zaxari Kalaşov oktyabrın 29-da Moskvaya gətirilib.

    Kriminal aləmdə "Şakro Molodoy" ləqəbi ilə məşhur olan bu qanuni oğru avtoritetinə görə mərhum Ded Xasandan heç də geri qalmır. Onu "kriminal aləmin marşalı" adlandırırlar.

    Şakronun qayıdışını çoxları həyəcanla izləyərək kriminal aləmdə yeni qarşıdurmaların yaranacağından ehtiyat edirlər.

    Şakro təyyarənin trapından düşən kimi onu Rusiya Daxili İşlər Nazirliyinə aparıblar. Məlumata görə, nazirlikdə qanuni oğru ilə yüksəkçinli şəxslər söhbətləşib.

    Halbuki, bunu bir qədər gec də edə bilərdilər. Bəs, tələskənliyin səbəbi nədir?

    Söhbətdən sonra Şakro nazirlikdən çıxıb. Ömrünün son 7 ilini İspaniyanın Saraqosa həbsxanasında keçirən Kalaşovun başı tamam ağarıb. Hazırda onun yaşı artıq 70-i haqlayır. Ancaq iddialarından, əvvəlki həyatından əl çəkməyəcəyi indidən bəllidir. Hətta həbsxanada olanda belə azadlıqdakı adamları vasitəsilə bütün işlərə nəzarət edirdi.

    Kalaşovun ikili vətəndaşlığa malikdir - onun həm Rusiya, həm Gürcüstan pasportu var. Bəs, nədən İspaniya hökuməti onu məhz Rusiyaya təhvil verdi?

    Gürcüstana qayıtsa, Zaxari Kaloşovu 18 illik yeni həbs cəzası gözləyəcəkdi. Vətənində o, biznesmen Aleks Kreynin oğrlanmasında şübhəli bilinir.

    Çox güman ki, ispan femidası rusiyalı əməliyyatçıların 2006-cı ildəki köməyini unutmayıb. Həmin vaxt Şakro İspaniyada törətdiyi cinayətə görə axtarılırdı. Məhz rusiyalı əməliyyatçıların verdiyi informasiyalardan sonra Şakro qaçıb gizləndiyi Birləşmiş Ərəb Əmirliklərində həbs olundu.

    İndi isə ayırd edək görək Şakro niyə Rusiya Daxili İşlər Nazirliyi üçün bu qədər maraqlı şəxsdir?

    Məsələ ondadır ki, Kalaşov ənənəvi olaraq qumar biznesinə nəzarət edir. O, həbs olunduğu vaxtdan indiyədək  vəziyyət xeyli dəyişib. Moskvada və digər iri şəhərlərdə leqal kazinolar ləğv olunub və bu müəssisələr əvvəlcədən müəyyən olunmuş regionlara keçirilib.

    Rusiya Krımı işğal etdikdən sonra isə yarımadanın MDB zonasındakı "Las-Veqas"ına çevriləcəyi haqda söhbətlər gəzir. Belə bir plan var. Krımın iqtisadi cəhətdən yüksəlişi üçün bu, vacibdir.

    Şakro isə "kriminal aləmin marşalı" kimi bütün qeyri-leqal qumarxanaları Krıma yönəldə bilər. Yəqin ki, nazirlikdə söhbətləşərkən Şakro bu işə qol qoyub ki, onu rahat buraxıblar.

    Ancaq bir məsələ qalır. Krımdakı qumar biznesinə Tariel Onianinin klanı, o cümlədən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranki də maraq göstərir.

    Bir müddət əvvəl Lənkəranskinin Krıma səyahət etməsindən yazmışdıq. Həmin vaxt hətta azərbaycanlı avtoritetin klanına daxil olan gürcü qanuni oğrulardan birinə sui-qəsd də təşkil olunmuşdu.

    Şakronun qayıdışı ilə Krım uğrunda qanuni oğruların savaşı alovlanacaq. Qələbəni hansı klanın qazanacağını isə söyləmək çətindir.
    5
  • Bakıda "Education UK" təhsil sərgisi keçirilir
    01.11.2014 13:48
    http://img.salamnews.org/96fd2539c557dfef56a77c7b86ab611a/thumb_irfan siddiq_659.jpg
    http://img.salamnews.org/96fd2539c557dfef56a77c7b86ab611a/thumb_irfan siddiq_659.jpg
    Bakı, 1 noyabr, SalamNews, A.Bayramova. Bakıda "British Council Azerbaijan"ın təşkilatçılığı ilə növbəti "Education UK" təhsil sərgisi keçirilir.

    SalamNews xəbər verir ki, bu gün başlayan və sabah da davam edəcək "Education UK - Birləşmiş Krallıqda Təhsil" sərgisində Böyük Britaniyadan 43 universitet, məktəb, kollec və dil kursu iştirak edir ki, onlardan da 24 universitet "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda yer alıb.

    Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Sıddıq sərginin açılışında olmaqdan məmnunluq duyduğunu bildirib: ""Education UK" sərgisinin Bakıda təşkil olunması böyük əhəmiyyət kəsb edir. Təhsil hər bir ölkənin qarant simvollarından biridir. Britaniya hökuməti bunu çox yaxşı başa düşür. Ona görə də biz dünyanın ən qabaqcıl ali təhsil sistemlərini yaratmışıq. Təhsil sahəsində Azərbaycanla əlaqələrimizi gücləndirmək üçün əməkdaşlıq edirik. Təqdirəlayiq haldır ki, bu gün burada 40-dan çox universitet və təhsil müəssisəsi iştirak edir."





    7
  • Dağlıq Qarabağ 2016-cı ilədək minalardan təmizlənəcək- USAID
    01.11.2014 13:48
    http://img.salamnews.org/01ac40350337f8f494932fa1dad4a8d6/thumb_garabag_902.jpg
    http://img.salamnews.org/01ac40350337f8f494932fa1dad4a8d6/thumb_garabag_902.jpg
    Bakı, 1 noyabr, SalamNews, C.Nəzərov. Dağlıq Qarabağda müharibədən qalan minaların zərərsizləşdirilməsi üzrə proqram 2016-cı ilə qədər tam olaraq həyata keçiriləcək.

    SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ beynəlxalq inkişaf agentliyinin İrəvan ofisi direktoru Karen Hilliard məlumat verib.

    Dağlıq Qarabağda minalardan təmizlənməyən təxminən 5% ərazi qalır. Bu meşə və ya dağ massivində yerləşən torpaqlardır. Onların minalardan təmizlənməsi böyük səy tələb edir: "Halo Trust təşkilatına ayrılan 5 milyon dollar qrant çərçivəsində 2016-cı ilə qədər bütün Dağlıq Qarabağ ərazisi minalardan azad olacaq. Dağlıq Qarabağda USAID maliyyəsi əsasında minaların təmizlənməsi üzrə proqram davam etdirilir".





    6
  • Millət vəkilləri gənclərin idmana olan marağından danışıblar
    01.11.2014 13:47
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Açıq Əyləncəli Futbol Məktəbləri" layihəsi üzrə dünən Naxçıvanın Şərur rayonu ərazisində tədbir təşkil edilib.

    Modern.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasi Gənclər və İdman naziri Azad Cabbarov, AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Milli Məclisin deputatı Xanlar Vəliyev də iştirak edib.

    Tədbiri giriş sözü ilə açan Naxçıvanın Gənclər və İdman naziri Azad Cabbarov gənclərin idmana olan marağından danışıb və məktəblərdə bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb.

    Daha sonra millət vəkilləri Xanlar Vəliyev və Rauf Əliyev çıxış edərək, gənclərə öz tövsiyələrini veriblər. Tədbirdə 150-ə yaxın uşaq iştirak edib. Onlar məktəb tərəfindən pulsuz ləvazimatlarla da təmin olunublar.

    Qeyd edək ki, silsilə şəklində təşkil olunan bu tədbirlərin əsas məqsədi müxtəlif sosial təbəqədən olan uşaqların xüsusi futbol konsepsiyasından istifadə etməklə onları ümumi maraq naminə birləşdirməkdir.

    2
  • Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
    01.11.2014 13:47
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1414835023472126882_600x400.JPG
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1414835023472126882_600x400.JPG
    Bakı, 1 noyabr, Xalid Məmmədov, AzərTAc

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

    AzərTAc xəbər verir ki, bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

    Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üstünə tər çiçəklər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
    3
  • Dünya maliyyə texnologiyaları bazarının həcmi 4,2 milyard dollar olub
    01.11.2014 13:46
    http://www.azadinform.az/up/news/article/2014/noyabr/01/pulf32gf400_2.jpg
    http://www.azadinform.az/up/news/article/2014/noyabr/01/pulf32gf400_2.jpg
    2014-cü ilin ilk doqquz ayında dünyada maliyyə texnologiyaları bazarının həcmi 4,2 milyard dollar təşkil edib.

    AZADİNFORM xəbər verir ki, bu barədə "Life.SREDA" vençur fondunun araşdırmasında deyilir. Maliyyə texnologiyalarına investisiyalar ildə iki dəfə artır. 2012-ci il ərzində sərmayə qoyuluşları 1,6 milyard, 2013-cü ildə 2,2 milyard dollara bərabər olub. Fondun proqnozlarına görə, cari ildə bu göstərici 5 milyard dollara, 2018-ci ilədək 8 milyard dollara çatacaq.

    Analitiklər yanvar üzrə "The Wall Street Journal" və "Dow Jones VentureSource" nəşrləri tərəfindən tərtib olunan qiymətləndirməsi 1 milyard dolları ötən 37 startap siyahısında "LendingClub", "Square" və "Stripe" kimi üç maliyyə texnoloji startapının yaranmasını qeyd edirlər. 2014-cü ilin yekunları üzrə onlara "KreditKarma" layihəsinin (kredit tarixçəsinin idarə edilməsi) əlavə olunacağı bildirilir. "CrunchBase" resursunun 2014-cü ilin avqustuna olan məlumatına görə, maliyyə texnoloji startapları digər şirkətlərlə müqayisədə daha çox investisiya cəlb ediblər. "Apple" (Apple Pay ilə), "Facebook", "Google" və "Amazon" kimi iri şirkətlər bu bazarda layihələrə malikdir.

    2014-cü ilin ilk üç rübündə bazarın iri investisiya seqmenti onlayn kreditləşmə (1,46 milyard dollar məbləğində investisiyalar), mikromaliyyələşmə (568 milyon dollar), "P2P" kreditləşmə (484 milyon dollar) olub.

    "Life.SREDA" vençur fondu maliyyə mobil və internet startaplarına investisiya qoyuluşlarında ixtisaslaşıb. 2012-cü ilin oktyabrında kapitallaşma dəyəri 100 milyon dollar təşkil edən "Life.SREDA II" fondunun açılması elan edilib.
    3
  • Lənkəranda evi tiryəkxanaya döndəriblər
    01.11.2014 13:46
    http://az.trend.az/article_photo/2014/11/01/lenkaran_mvd_011114_01.jpg
    http://az.trend.az/article_photo/2014/11/01/lenkaran_mvd_011114_01.jpg
    Azərbaycan, Bakı, 1 noyabr /Trend/

    Lənkəran şəhər rayon Polis Şöbəsinə rayonun Göyşaban kəndindəki evlərdən birində tiryəkxana saxlanması barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kəndin sakini, 44 yaşlı Səlim Ağayev yaşadığı evdə yaxalanıb. Əməliyyat zamanı, həmçinin onun evinə gəlmiş müştərilər - 27 yaşlı Hikmət Ağayev və 40 yaşlı Sevinc Dadaşova da saxlanılıblar. Evə baxış zamanı 700 qram herin, 600 qram tiryək, ümumi çəkisi 200 qramdan çox olan 12 kibrit qutusuna qablaşdırılmış marixuana, narkotik maddə hazırlamaq və inyeksiya yolu ilə qəbul etmək üçün lazım olan vasitələr, şprislər, psixatrop tərkibli dərman preparatları, 2 ədəd beşbarmaq, 1 ədəd elektron tərəzi, xeyli sayda mobil telefon, qızıl zinət əşyaları, 4 ədəd bıçaq, 4 ədəd xəncər və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

    S.Ağayev ilkin ifadəsində bildirib ki, narkotik maddələrin kütləvi satışı ilə xeyli müddətdir məşğuldur. O, qeyd edib ki, narkotik maddələri İran İslam Respublikasından ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirib.

    Aaraşdırmalarla o da müəyyən edilib ki, S.Ağayevin evinə gələn müştərilər narkotik maddələri alaraq elə oradaca qəbul edirmiş. S.Ağayev, həmçinin saxlanılan digər şəxslər ifadələrində bildiriblər ki, polis əməkdaşlarının onları saxlayacağından qorxaraq bu işlə kənarda məşğul olmayıblar. Ələ keçməmək üçün narkotik tərkibli maddələr evdə bişirilib hazırlanıb, elə orada da inyeksiya yolu ilə qəbul edilib.

    İstintaq zamanı daha sonra müəyyən edilib ki, S.Ağayev pulu olmayan müştərilərə narkotik maddələri girov almaq şərti ilə də verib. Belə ki, bəzi müştərilər mobil telefonlarını, şəxsiyyət vəsiqələrini, digər qiymətli əşyalarını və bəzən də evlərindən oğurlayaraq gətirdikləri bahalı malları S.Ağayevin evində girov qoyaraq narkotik maddə alıblar.

    S.Ağayevin yaşadığı evə baxış zamanı narkobaronların kriminal aləmdə qəbul etdiyi xüsusi emblemlər də aşkarlanıb. S.Ağayev bildirib ki, bu emblemləri müştəriləri cəlb etmək üçün daim həyətdə göz önündə saxlayıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.
    3
  • Əli Gökdəmir Berti Foqtsun müdafiəsinə qalxdı
    01.11.2014 13:46
    http://img.milli.az/n/elnur/0a/6/gokdemir.jpg
    http://img.milli.az/n/elnur/0a/6/gokdemir.jpg
    Milli.Az "Simurq" klubunun yarımmüdafiəçisi Əli Gökdəmirin apasport.az saytına müsahibəsini təqdim edir

    - Topaz Premyer Liqasının XI turunda "Xəzər Lənkəran"la üz-üzə gələcəksiniz. Çətin səfər qarşılaşmasına hazırsız?

    - Komandamız bu qarşılaşmaya yaxşı hazırlaşıb. Açığı, Lənkərana 1 xal dalınca gedəcəyik. "Xəzər Lənkəran" evdə çox güclü çıxış edir. Səfərdə bu rəqibdən xal almaq heç də asan deyil. Heyətində də çox yaxşı futbolçular var. Onların ustalıq səviyyəsi yüksəkdi.

    - "Xəzər Lənkəran" güclü olsa da, hesabat turunda "Sumqayıt"la matçda zəif oynadılar...

    - Bəlkə də, son oyunda yaxşı çıxış etməyiblər. Amma gəlin "Qarabağ"la qarşılaşmaya baxaq. Oyun 100 dəqiqə olsaydı, "Xəzər Lənkəran" 4:3 hesabı ilə qalib gələ bilərdi. Bunu da nəzərə alın.

    - Hesabat turunda AZAL-la 2:2 hesablı heç-heçə etdiniz. Həmin matçda da gözəl qola imza atdınız...

    - Əslində, biz AZAL-ı məğlub etməliydik. Çünki onlardan güclü oynadıq və xeyli qol epizodları yaratdıq. Rəqib isə səhvlərimizdən istifadə etdi. Vurduqları qolları biz onlara hədiyyə etdik. Səhvlərimiz nəticəsində bərabərliyə razılaşmalı olduq. Mənim qolum isə həqiqətən, gözəl alındı. Həm də komandama 1 xal qazandırdı. Məni tanıyan qapıçılardan soruşsanız, belə zərbələrdən çox istifadə edirəm. Qapıçılar üçün də onları qaytarmaq çətindi. "Simurq"da da belə zərbələr üzərində məşq edirəm. Komanda yoldaşlarım zarafatla mənə Beyl deyirlər.

    - Azərbaycan millisinin baş məşqçi postundan istefa verən Berti Foqts son oyunlarda sizə dəvət göndərmirdi. Səbəb nə idi? Amma əvvəl onun sevimli oyunçularından idiniz...

    - Məncə, zədədən yeni qayıtdığım və "Simurq"da mütəmadi meydana çıxmadığım üçün dəvət etmirdi. Özüm də ondan dəvət gözləmirdim. Çünki hazır deyildim və millini heç düşünmürdüm də.

    - Onun istefası haqqında nə deyə bilərsiz?

    - Mənə görə yaxşı məşqçi idi. 6 il Azərbaycan millisinin baş məşqçisi kimi çalışdı və yığmamızı bütün Almaniyaya tanıtdı. Onun burda olması milli üçün çox şey demək idi.

    - Amma nəticə qazana bilmədi...

    - Nə üçün nəticə yox idi? Azərbaycan heç vaxt qrup mərhələsində 9 xal yığmamışdı. Lakin DÇ-2014-ün seçmə mərhələsində qrupda 9 xal toplamağı bacardıq. Bilirəm ki, onu daha çox müdafiə futbolu oynatdığına görə qınayırdılar. Futbolda önəmli olan nəticədi. Lazım olarsa, 11 müdafiəçi ilə də meydana çıxmaq mümkündü. Əgər bir komanda qol buraxmasa, 100 faiz ən azından 1 xalı qazanacaq. Amma qol buraxsan, məğlub olma ehtimalı böyükdü.

    - Azarkeşləri də nəzərə alıb, yaxşı oyun göstərmək lazımdı...

    - Nəticə həmişə ilk pillədədi.

    - Mahmud Qurbanovdan dəvət gözləyirsiz?

    - Yox. Mənim üçün futbolçu 30 dəqiqə oynadısa, o oynamaq deyil. "Simurq"da cəmi 30 və ya 40 dəqiqə meydana çıxıram. Necə millidən dəvət gözləyə bilərəm? Yaxşı oyun göstərməliyəm ki, məşqçilər məni görüb dəvət etsinlər.

    - Bəs "Simurq"da niyə ilk "11-liy"ə düşə bilmirsiz?

    - Futbolda bir deyim var - "qalib heyəti dəyişməzlər". "Simurq" son 3 oyunda məğlubiyyət nədir bilmir. Baş məşqçimiz də uğur qazanan heyəti dəyişmir. Niyə dəyişsin ki?

    2
  • Bakı metrosunda HƏYƏCAN: relslərin üzərinə yıxıldı
    01.11.2014 13:46
    http://lent.az/photo/Metro-seyreklik.jpg
    http://lent.az/photo/Metro-seyreklik.jpg
    Polislər gözdən əlil şəxsi xilas edib

    Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 31-də metronun Əhmədli stansiyasında Bakı şəhər sakini, I qrup gözdən əlil Ramiz İsmayılov ehtiyatsızlığı nəticəsində qatar xəttinə yıxılıb.

    O, polis əməkdaşları tərəfindən xilas edilib.
    9
  • Məhərrəmin 7-ci günü: Əhli-beytin (ə) üzünə suyu bağladılar
    01.11.2014 13:42
    http://deyerler.org/uploads/thumbs/PN5J417.jpg
    http://deyerler.org/uploads/thumbs/PN5J417.jpg
    Məhərrəm ayının yeddinci günü, Übeydullah ibn Ziyad Ömər Sə#96;də bir məktub göndərib ona göstəriş verdi ki, qoşununu Fərat çayının sahilində saxlayaraq imam Hüseynin (ə) və səhabələrinin üzünə suyu bağlasın.

    Hətta bir damla su belə İmama verməsin. Ömər Sə#96;d dərhal Ömər ibn Həccacı beş yüz atlı ilə Fərat çayının kənarında saxladıb imam Hüseynin (ə) və onun qoşununun sudan istifadə etməsinə mane oldu. İnsanlığa yaraşmayan bu rəftar imam Hüseynin (ə) şəhadətindən üç gün öncə baş verdi.

    Bu an Abdullah ibn Hissin Əzdi adında bir şəxs bağıraraq dedi: Ey Hüseyn (ə)! Bu suyu bundan sonra səmanın rəngi kimi görməyəcəksən! Allaha and olsun ki, susuzluqdan can verənə qədər o sudan bir damcı belə içməyəcəksən!

    İmam Hüseyn (ə) buyurdu: İlahi! Onu susuzluqdan öldür və heç vaxt Öz rəhmətini ona şamil etmə!

    Həmid ibn Müslim deyir: Allaha and olsun ki, bu sözdən sonra onun görüşünə getdim. O xəstələnmişdi, and olsun o Allaha ki, ondan başqa heç bir Allah yoxdur, gördüm ki, Abdullah ibn Hissin qarnı şişənə qədər su içərdi və onu qusardı! Yenə bağırardı "əl-ətəş"! yenə su içər, qarnı şişərdi lakin doymazdı! Beləcə can verib öldü. /rizvan.net /
    9
  • Noyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
    01.11.2014 13:42
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakıda və Abşeron yarımadasında

    buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecəyə doğru yağıntılı olacağı gözlənilir.

    Şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, günün ikinci yarısında 18-23 m/s, arabir 25-30 m/s olacağı, axşama doğru yarımadanın bəzi yerlərində 33-35 m/s-dək güclənəcəyi gözlənilir.

    Temperatur gecə 8-10deg; isti, gündüz 10-13deg;, axşama doğru 5deg;-dək isti, Bakıda gecə gecə 8-10deg; isti, gündüz 11-13deg;, axşama doğru 5deg;-dək isti olacaq.

    Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

    Naxçıvan Muxtar Respublikasında

    havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

    Qərb küləyi 5-10 m/s olacaq, arabir 15-20 m/s-dək güclənəcək.

    Temperaturun gecə 0-5deg; isti, bəzi yerlərdə 3deg; şaxta, gündüz 6-10deg; isti olacağı gözlənilir.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,

    həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

    Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

    havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var.

    Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə 30-33 m/s-dək güclənəcək.

    Temperaturun gecə 3deg; şaxtadan 2deg;-dək isti, gündüz 2-5deg; isti olacağı gözlənilir.

    Qazax, Gəncə, Goranboy,

    Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

    havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

    Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.

    Temperaturun gecə 3-6deg; isti, gündüz 6-10deg; isti olacağı gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,

    İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,

    Quba, Xaçmaz və Qusar rayonlarında

    havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var.

    Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.

    Temperaturun gecə 0-5deg; isti, gündüz 5-8deg; isti, dağlarda gecə 2-7deg; şaxta, gündüz 2deg; şaxtadan 3deg;-dək isti olacağı gözlənilir.

    Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,

    İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında

    havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

    Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.

    Temperaturun gecə 4-9deg; isti, gündüz 8-13deg; isti olacağı gözlənilir.

    Masallı, Yardımlı,

    Lerik, Lənkəran və Astara rayonlarında

    havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

    Şimal-şərq küləyi 5-10 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcək.

    Temperaturun gecə 5-7deg; isti, gündüz 7-10deg; isti, dağlarda gecə 0-5deg; şaxta, gündüz 0-5deg; isti olacağı gözlənilir.

    Hava şəraitinin kəskin dəyişməsi haqqında xəbərdarlıq

    Noyabrın ilk günlərində hava şəraitinin qeyri-sabit, əlverişsiz keçəcəyi, havanın temperaturunun 2-si axşamdan başlayaraq kəskin 7-12deg; enəcəyi, ayın 2-si axşam və 3-4-də 4-6deg; isti olacağı gözlənilir. Şimal-qərb küləyinin noyabrın 2-si günün ikinci yarısından 3-ü axşamadək arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində 30-34 m/s-dək şiddətlənəcəyi ehtimal olunur. Ayın 1-i günün ikinci yarısında, 2-də arabir yağış yağacağı, 2-si axşamdan 5-dək fasilələrlə yağıntı olacağı gözlənilir.
    3
  • Azərbaycanda "səssiz ölüm" halları artmaqdadır
    01.11.2014 13:41
    http://az.trend.az/article_photo/2012/11/16/Dem-Qazi_161112.jpg
    http://az.trend.az/article_photo/2012/11/16/Dem-Qazi_161112.jpg
    Azərbaycan, Bakı, 1 noyabr /Trend/

    Azərbaycanda dəm qazı iki nəfərin canını aldı.

    Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Bakı şəhər sakini Nicat Hacıbəyli Yasamal rayonunda yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb, Qazax rayon sakini Rafət Rzayev dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölüb.
    6
  • "Xədicə İsmayılova Azərbaycanı pisləməklə qrant alanlardandır"
    01.11.2014 13:41
    http://az.trend.az/article_photo/2014/08/16/no_image_found.jpg
    http://az.trend.az/article_photo/2014/08/16/no_image_found.jpg
    Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

    "Xədicə İsmayılova Azərbaycanı haradasa pisləməklə, hansısa təşkilatların qarşısında məsələ qoymaqla qrant almaq uğrunda mübarizə aparan insanlardandır". Bu barədə Trend-ə İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı Xədicə İsmayılovanın "Azadlıq" radiosuna müsahibəsinə münasibət bildirərkən deyib.

    M.Zülfüqarlı X.İsmayılovanı jurnalist kimi tanıdığını qeyd edib: "Hüquq müdafiəçisi anlayışı Xədicə İsmayılovada sonradan yaranıb. Azərbaycanda hüquq müdafiəçiləri var, insan hüquqları ilə bağlı qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları var, amma hər yerindən duran deyir ki, mən hüquq müdafiəçisiyəm".

    Onun sözlərinə görə, hüquq müdafiəçisinin bir səlahiyyəti olmalıdır ki, insan hüquqlarını müdafiə edə bilsin: "Mən özüm də qeyri-hökumət təşkilatının rəhbəriyəm və rəhbərlik etdiyim təşkilat ictimai problemlərin tədqiqi ilə məşğuldur. Mən necə deyə bilərəm ki, mən hüquq müdafiəçisiyəm? Ona görə də gərək hər kəs öz işi ilə məşğul olsun. Digər tərəfdən, Azərbaycan inkişaf etməkdə olan ölkədir və təbii ki, digər inkişaf etməkdə olan ölkələr kimi, burada da problemlər var, qərb ölkələrində də problemlər var. Amma hər bir vətəndaş çalışmalıdır ki, bu problemlərin həllinə kömək etsin. Bu problemləri şişirtmək, dünyaya yaymaq, bundan Azərbaycana qarşı təzyiqlər kimi istifadə etmək əlbəttə ki, Azərbaycan vətəndaşına yaraşmayan haldır".

    Assosiasiya rəhbəri vurğulayıb ki, Azərbaycanda bir qrup insan var ki, bu işi özlərinə biznes kimi qurublar: "Yəni Azərbaycanı haradasa pisləməklə, hansısa təşkilatların qarşısında məsələ qoymaqla qrant almaq uğrunda mübarizə aparırlar. Jurnalist lazım olanda deyirlər ki, jurnalistəm, hüquq müdafiəçisi lazımdırsa, deyirlər ki, hüquq müdafiəçisiyəm. Təki qrantlar bunlara gəlsin. Xədicə İsmayılova da belələrindəndir".

    M.Zülfüqarlı onu da əlavə edib ki, Azərbaycanda insan haqları sahəsində mühüm işlər görülür: "Azərbaycanda insan haqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini deyə bilərik, QHT-lər qarşısında məhdudiyyətlərin götürülməsi, vətəndaş cəmiyyətinin sürətlə inkişafı onu göstərir ki, Azərbaycanda bu məsələ əvvəlki illərdən qat-qat yaxşıdır. Tam məsuliyyətlə deyə bilərəm ki, 2014-cü illə ötən əsrin axırlarını müqayisə edə bilmərik".
    7
  • Bu gün Nar Bayramıdır
    01.11.2014 13:41
    http://anspress.com/images/photos/75619.jpg
    http://anspress.com/images/photos/75619.jpg
    Bu gün Göyçayda nar bayramı başlayıb. Heydər Əliyev prospektində başlayan bayramda nardan hazırlanmış müxtəlif məhsullar sərgilənir. Bundan başqa mərasimdə möhtəşəm konsertin keçirilməsi də planlaşdırılıb.

    Nar Bayramına 55 təsərrüfatdan fermerlərin gələcəyi gözlənilir.

    Təşkil olunmuş tədbirdə Azərbaycanın müxtəlif yerlərindən gələn qonalarla yanaşı xarici ölkələrdən olan vətəndaşlarda iştirak edir.

    Nar bayramı ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilib.
    4
  • Baş nazirin köməkçisinin 42 milyon dolları var
    01.11.2014 13:40
    http://news.lent.az/upload/images/news/2014/november/01/small/ddec1b8a410111ca1e272b79bbeb7ab3.jpg
    http://news.lent.az/upload/images/news/2014/november/01/small/ddec1b8a410111ca1e272b79bbeb7ab3.jpg
    Tailandda ölkə rəhbərliyindəki şəxslərin var-dövlətinin həcmi açıqlanıb. Lent.az-ın məlumatına görə, baş nazir Prayut Kan-o-kanın 3,9 milyon dollarlıq varidatının olduğu hesablanıb. Bundan başqa Tailand Nazirlər Kabinetinin 33 üzvünün var-dövləti də ictimaiyyətə bildirilib.

    Qeyd olunub ki, ən varlı hökumət nümayəndəsi hazırda baş nazirin köməkçisi olan Pridiyartorn Devakuladır - 42,2 miyon dollar. Ən kasıb kabinet üzvü isə təhsil naziri Naronq Pipatanasaydır - 190 min dollar.
    5
  • 200 şagirdin taleyi sual altında
    01.11.2014 13:39
    http://azvision.az/photos/075802-6aff9e70-d58a-11e3-a788-f9855f7e436a.jpg
    http://azvision.az/photos/075802-6aff9e70-d58a-11e3-a788-f9855f7e436a.jpg
    Nigeriyada fəaliyyət göstərən `Boko Haram` terror təşkilatı hökumətlə atəşkəs elan etmədiyini açıqlayıb.

    AzVision.az xəbər verir ki, bu barədə təşkilatın lideri Əbubəkr Şəkau deyib. O vurğulayıb ki, Nigeriya ordusu və hökumətlə heç bir razılaşmaya nail olunmayıb.

    Qeyd edək ki, Nigeriya hökuməti bir müddət öncə teror təşkilatı ilə razılıq əldə olunduğunu və qaçırılan 200-dən artıq şagirdin geri qaytarılacağını açıqlamışdı.

    Boko Haramın son 6 ay ərzindəki hücumları nəticəsində 2 minə yaxın insan həlak olub.

    Fatimə Kərimli
    8
  • Dəniz uçqununda itkin düşən şəxsin cəsədi tapıldı
    01.11.2014 13:36
    http://axar.az/cdn/2014/november/01/1414834217.jpg
    http://axar.az/cdn/2014/november/01/1414834217.jpg
    Neft meydançasında baş vermiş uçqun nəticəsində itkin düşmüş şəxsin axtarışı başa çatıb.

    Axar.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyinin N.Nərinmanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş hesab olunan "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədi noyabrın 1-də 09:00 radələrində ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

    Şirkətin məlumatında deyilir ki, qəza zamanı xəsarət almış digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yardım göstərilib və hazırda hamısı evə buraxılıb.

    Qeyd edək ki, oktyabrın 23-də saat 12 radələrində "Azneft" İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş vermişdi. Hadisə nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılmışdı.

    Həlak olanlar "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu, kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğlu və 4 saylı Tikinti-Quraşdırma İdarəsinin qaynaqçısı, 1961-ci il təvəllüdlü Hüseynov Əbdülhəsən İslam oğludur.
    3
  • Bələdiyyədən quyu, dövlətdən isə kartofu xilas etmək üçün yardım istədilər
    01.11.2014 13:36
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Bizim kəndin bələdiyyəsi ölkənin ən bacarıqlı bələdiyyələrində biridir". Modern.az xəbər verir ki, bu fikri Tovuz rayonu Əyyublu kənd sakinləri bələdiyyə seçkilərinə həsr olunmuş görüşdə səsləndiriblər. "İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi"nin təşkil etdiyi görüşdə bələdiyyə seçkilərinə hazırlıq, bu qurumların əhəmiyyətindən və digər məsələlərdən söz açılıb.

    Görüşdə iştirak edən Əyyublu kənd bələdiyyəsi sədrinin müavini Cəlal Əhmədov rəhbərlik etdiyi qurumun gördüyü işlər, üzləşdiyi problemlər haqqında danışıb. Onun sözlərinə görə, kəndin 12 minə yaxın əhalisi var, bələdiyyə daim onların müraciətlərinin həllinə çalışır: "Bələdiyyələr əhali ilə sıx işləyir, hər dərdlərinə şərik olmağa çalışırıq. İcra nümayəndəsi ilə də əməkdaşlığımız var. Sadəcə bəzən edilən müraciətləri həyata keçirməyə maliyyə vəsaiti və səlahiyyətimiz çatmır".

    Görüşdə qeyd olunub ki, yaxın vaxtlarda Mili Məclisdə bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə baxılacaq və müvafiq qərarın qəbul edilməsi, bu şəbəkənin daha aktiv işləməsinə təkan verəcək.

    Əyyublu kənd sakinləri bələdiyyənin görə biləcəyi işlər sırasında ən əsas artezian su quyusunun vacibliyini önə çəkiblər. Əsasən əkinçiliklə dolanan Əyyublular suvarma suyunun olmamasının çox ciddi problem yaratdığını vurğulayıblar. Bələdiyyənin həm də zibilyığan maşına ehtiyacı olduğunu açıqlayıblar.

    Digər məsələ isə Əyyublu kəndindən əkilən kartof məhsulunu məhv edən kəpənək xəstəliyi ilə bağlı olub. Kənd sakinləri bu məsələdə dövlət səviyyəsində yardımın zəruri olduğunu bildiriblər.

    Qeyd edək ki, bələdiyyə seçkiləri ilə balı görüş İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin icra etdiyi "bələdiyyə seçkiləri " layihəsi çərçivəsində icra olunur. Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir. 3 ay davam edən layihə boyunca ölkənin bir sıra bölgələrində seçkilərlə bağlı maarifləndirmə görüşləri, təlimlər keçirilib, bukletlər nəşr olunub.

    4
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri