yuxarıya
Onlayn Ödəmə
Azərbaycanda 18 yaşlı qız özünü bıçaqladı
01.10.2013 10:49
A A
Samuxda ali məktəbə daxil ola bilməyən qız özünü bıçaqlayıb

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, Samux rayon İnstitut qəsəbə sakini, 1995-ci il təvəllüdlü Gülşən İbrahimova qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Üzərində cərrahiyyə əməliyyatı aparılan 18 yaşlı qızın vəziyyəti normal qiymətləndirilir.

Samux Rayon Polis Şöbəsindən bildiriblər ki, Gülşən İbrahimova əvvəlcə tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirsə də, sonra hadisəni olduğu kimi danışıb. Qeyd edib ki, o, ali məktəbə qəbul ola bilmədiyi üçün əsəbləşib və özünü bıçaqlayıb. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
35
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Bakıda həbsxana yandı
    22.09.2014 01:02
    Bu gecə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib.ANS PRESS xidmətin saytına istinadən məlumatına görə, hadisə ilə bağlı dərhal Fövqə...
  • İnşaat bölməsində çalışanların əmək haqqı artıb
    21.09.2014 15:12
    Bakı, 21 sentyabr (AzərTAc). Bu ilin yanvar-avqust aylarında inşaat bölməsində çalışmış işçilərin orta sayı 97,4 min nəfər olub.Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, tikinti sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafi...
  • Azərbaycan incəsənət ustalarının çıxışları fransalı tamaşaçılarının böyük marağına səbəb oldu
    22.09.2014 02:54
    Paris, 22 sentyabr (AzərTAc). Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini fransızlara yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə reallaşdırılan "Qafqazın mirvarisi olan Azərbaycanın m...
  • Şamaxıda ağır qəza baş verib, 4 nəfər ölüb
    22.09.2014 01:23
     Şamaxı. Elvin Yaqubov-APA. Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 22-də saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, Şa...
  • Sürücülərin arzusunda olduğu nömrəni kim aldı? - 10-OO-010
    22.09.2014 00:19
    Azərbaycanda OO seriyalı nömrələri hər adama vermirlər.Azərbaycanda əksər sürücülərin arzuladığı nömrə artıq satılıb. 10 OO 010 dövlət nömrə nişanı Mersedes markalı avtomobilin üzərindədir. Bununla bağlı sosial şəbəkələrdə foto da yayılıb.Avtosfer.az-ın əl...
  • 22 sentyabrın HAVA PROQNOZU
    21.09.2014 23:15
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəc..
  • Rusiyada 25 mərtəbəli bina yanıb
    21.09.2014 23:10
    Bakı-APA. Rusiyanın Krasnoyarsk şəhərində 25 mərtəbəli bina tamamilə yanıb.APA-nın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binadakıları təhliyə ediblər.İlkin m...
  • Zərdabı ildırım vurdu: toy yarımçıq kəsildi
    21.09.2014 22:57
    Bu dəqiqələrdə Zərdab rayonunun Qoruqbağı kəndinə ildırım düşüb.Kənd sakini, jurnalist Nicat İNtiqamın Avropa.info-ya verdiyi məlumata görə, bu gün saat 21:40 radələrində şimşək çaxması nəticəsində, rayonun Qoruqbağı kəndində Məhərrəm Məhərrəmova məxsus hə...
  • Naxçıvanda ev satmaq qadağan edildi
    21.09.2014 22:56
    Naxçıvanda vətəndaşların öz evlərini satmasına qadağa qoyulub."Qafqazinfo"nun xəbərinə görə, bu məlumatı virtualaz.org saytına evlərini satmaq istəyən yerli sakinlər verib.Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl şəxsi mülkləri olan evlərini satmaq istəyib...
  • Əşrəf Qəni Əhmədzay Əfqanıstanda keçirilən prezident seçkilərinin qalibi elan edilib
    21.09.2014 22:35
    Bakı, 21 sentyabr (AzərTAc). Əfqanıstanın müstəqil seçki komissiyası sentyabrın 21-də Əşrəf Qəni Əhmədzayı prezident seçkilərinin qalibi elan edib.AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, komissiyanın sədri Əhməd Yusif Nuristani hər hansı təfərrüat, o cümləd...
XƏBƏR LENTİ
  • Girovun yoldaşı İŞİD-ə müraciət etdi
    22.09.2014 04:30
    http://anspress.com/images/photos/72974.jpg
    http://anspress.com/images/photos/72974.jpg
    İŞİD girovluğunda saxlanılan Britaniyalı taksi sürücüsünün həyat yoldaşı İŞİD yaraqlılarından ərinin azadlığa buraxılmasını xahiş edib.

    ANS PRESS-in məlumatına görə, Britaniyalı Alan Henning ötən ilin dekabr ayında Suriyada yardım paylamaq məqsədilə gələrkən İŞİD yaraqlılar tərəfindən tututlmuşdu.

    Britaniya XİN-i vasitəsilə yayılmış bəyanatında girovun həyat yoldaşı Barbara ərinin Suriyada ərzaq və su ilə yüklənmiş təcili tibbi yardım avtobusunu sürərkən girov götürüldüyünü qeyd edib.

    Barbara Henning ərinin taleyilə bağlı İŞİD-ə bir neçə dəfə müraciət göndərdiyini, lakin həmin müraciətlərə cavab almadığını bildirib.

    Bundan əvvəl İŞİD yaraqlıları digər bir britaniyalı Devid Heynesin edam olunması əks olunmuş və 47 yaşlı Alan Henninqin ölümlə hədləndiyi videonu internetdə yaymışdılar.
    22
  • Azərbaycanda ölümlə nəticələnən növbəti qəza
    22.09.2014 04:13
    http://anspress.com/images/photos/44822.jpg
    http://anspress.com/images/photos/44822.jpg
    Sabirabad rayonu, Qaratəpə kəndi ərazisində gecənin növbəti ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olub ki, "Qazel" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşmuş və minik avtomobilinin sürücüsü 1993-cü il təvəllüdlü Faiq Ədalət oğlu Qarayev qəza nəticəsində hadisə yerində vəfat edib.

    Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü F.Qarayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Xatırladaq ki, bu gecə Gəncədə 2 nəfərin, Şamaxıda 4 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
    17
  • Xodorkovski prezident olmaq istəyir
    22.09.2014 03:52
    http://anspress.com/images/photos/54346.jpg
    http://anspress.com/images/photos/54346.jpg
    Çoxları tərəfindən prezident Putinin əsas siyasi rəqibi sayılan Mixail Xodorkovski həbsdən azadlığa çıxıdığı müddətdə ilk dəfə olaraq prezidentlik vəzifəsinə iddialı olduğunu etiraf edib.

    ANS PRESS-in məlumatına görə, bu barədə Fransanın "Le Monde" qəzeti xəbər verib.

    Parisdə qəzetin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edən "YUKOS" şirkətinin keçmiş rəhbəri sualları cavablandırarkən "böhrandan çıxmaq üçün" Rusiya prezidenti vəzifəsini tutmağa hazır olduğunu bəyan edib.

    Əvvəllər Xodorkovski siyasi ambisiyaların olmadğnı vurğulayırdı.

    Xodorkovski ölkəsində konstitutusiya islahatına ehtiyac duyulduğunu deyib: "Rusiya normal inkişaf etsəydi, prezidentlik vəzifəsinə marağ göstərməzdim".

    51 yaşlı Xodorkovski hesab edir ki, Rusiyada prezident səlahiyyətlərinin bir hissəsi məhkəmə hakimiyyəti, parlament və vətəndaş cəmiyyətinə ötrürülməlidir.

    "…Bohrandan çıxmaq, konstitusiya islahatı keçirmək üçün lazım gələrsə prezident olmağa hazıram"- deyə axır ki, Xodorkovski ondan tərəfdarlarının gözlədiyi cavabı səsləndirib.

    Prezident Putinin mətbuat katibi Dmitri Peskov "KommersantFM" radiostansiyasının efirində YUKOS-un keçmiş rəhbərinin sözlərini şərh etməyə ehtiyac görmədiyini deyib.

    1990-çı illərin sonlarında Mixail Xodorkovski Rusiyanın ən zəngin biznesmeni sayılırdı, lakin Kremli qəzəbləndirdikdən sonra vergidən yayınma və fırıldaqçılıqda ittiham olunaraq 10 il müddətinə həbsə alınmışdı. 2013-cü ilin dekabrın 20-də prezident Putin YUKOS-un keçmiş rəhbərini əhv edib.

    Xodorkovskinin siyasi məhbus olduğu aydın sezilsədə, qarışıqlıq dövründə çox az müddətə qazandığı milyardlar hökümətin bəhanəsinin doğru mənbəyə yönəldiyinə işarədir.
    13
  • "SpaceX" göylərə üçdu
    22.09.2014 03:32
    http://anspress.com/images/photos/19070.jpg
    http://anspress.com/images/photos/19070.jpg
    SpaceX kosmik gəmisi Beynəlxalq Fəza Stansiyasına təchizat aparmaq üçün ABŞ-ın Florida ştatında Keyp Kanveral kosmik uçuş mərkəzindən fəzaya göndərilib.

    ANS PRESS-in məlumatına görə, kosmik gəminin Beynəlxalq Fəza Stansiyasına çərşənbə axşamı günü çatacağı gözlənilir.

    Gəminin kosmik fəzaya göndərilməsi üçün bazar günü hava şəraiti olduqca münasib olub.

    "SpaceX" gəmisinin daşıdığı 2 min 200 ton təchizat arasında fəzada ilk dəfə istifadə ediləcək 3D printer də var.

    Bu, SpaceX gəmisinin kosmik fəzaya beşinci missiyasıdır.
    20
  • Şiə müxalifətinin qalibiyyəti baş naziri istefaya sövq etdi
    22.09.2014 03:28
    http://anspress.com/images/photos/20989.jpg
    http://anspress.com/images/photos/20989.jpg
    Yəmənin paytaxtı Sənada döyüşlərlə başlayan bu gün hökumət və şiə müxalifət nümayəndələri arasında milli birlik hökumətinin yaradılmasına dair razılığın imzalanması ilə başa çatıb.

    Yəmən hökumətinin açıqladığı yazılı bəyanatda prezident Abdrabu Mənsur Hadinin şiələrin Ansarullah müxalifət qrupunun üzvləri və ölkənin aparıcı siyasi partiyalarının nümayəndələri ilə razılığı Sənada prezident sarayında imzaladığı bildirilir.

    Sazişdə tərəflər dərhal atəşkəsə, hökumətin şəffaflığının artırması, iqtisadiyyat və təhlükəsizlik sahələrində islahatlar keçirməsinə çağırılır.

    Yəmən rəsmiləri şiələrin nümayişləri və son ay ərzində silahlı toqquşmalar nəticəsində 100-dən çox insanın həyatını itirdiyini təhmin edir.

    Xatırladaq ki, ölkənin şimalında çoxluq təşkil edən şiə üsyançılar Yəmən hökumətindən daha geniş siyasi hüquqlar verilməsini istəyirdi.

    Hələlik şiələrin hökumətdə hansı rol oynayacağı tam aydın deyil. Paytaxt Sənada BMT-nin sülh üzrə nümayəndəsinin hökumət qüvvələri və şiə üsyançılar arsında sülh sazişinin imzalanacağını elan etməsinə baxmayaraq, bütün gecə döyüşlər davam edib. Keçən həftədən başlayaraq Sənada döyüşlərin şiddətləndiyi müşahidə edilib. Lakin şənbə günü BMT-nin xüsusi nümayəndəsi Camal Benomar tərəflərin şilərin də daxil olduğu milli birlik hökumətinin yaradılmasına dair sazişi imzalayacağını deyib.

    Bu arada Yəmənin baş naziri hökumət qüvvələri və şiə müxalifətin paytaxt Sənada bir həftə davam edən silahlı toqquşmaların sonra sülhə dair razılaşma imzalamağa hazırlaşdığı vaxt istefa verib. Məhəmməd Basindava şiə üsyançıların Sənada heç bir müqavimət olmadan bir neçə hökumət binasını ələ keçirdiyi haqda xəbərlərin verildiyi vaxt istefaya gedir. Prezident Əbd Rabbu Mənsur Hadiyə göndərdiyi istefa məktubunda baş nazir milli birlik hökumətinin yaradılmasına yol açılması üçün istefa verdiyini bildiribYəmənin daxili işlər nazirliyi öz vebsaytında yeləşdirdiyi bəyanatda ölkənin təhlükəsizlik qüvvələrini üsyançılarla döyüşlərdən çəkinməyə çağırıb.
    13
  • Bu yay temperatur rekord həddə çatıb
    22.09.2014 03:22
    http://anspress.com/images/photos/14950.jpg
    http://anspress.com/images/photos/14950.jpg
    Yeni göstəricilərə əsasən, Yer kürəsində hava temperaturu iyun-avqust aylarda rekord həddə yüksək olub.

    ANS PRESS-in məlumatına görə, ABŞ-ın Milli Okeonoqrafiya və Atmosfer idarəsinin bildirdiyinə görə, dünya üzrə orta temperature Selsi üzrə 16,5 dərəcə olub. Bu, 1998-ci ildə qeydə alınmış ən yüksək səviyyədən 0,71 dərəcə çoxdur və 1980-ci ildən bəri qeydə alnmağa başlayandan ən yüksək temperatur göstəricisidir.

    Dünya okeanlarında da avqust ayında ən yüksək temperatur qeydə alınıb. Bu, avqust ayı üçün orta tempreaturdan 0,65 dərəcə çoxdur və iyun ayından sonra ən yüksək temperaturdur.

    Yer kürəsində havanın temperaturu bu il rekord yüksək ola bilər. Əgər ilin son dörd ayı temperatur səviyyəsi rekord həddə qalsa, 2014-cü ilə ən isti il kimi qeydə alınan 2010-cu ili əvəz edəcək.

    BMT-nin çərşənbə axşamı günü başlayacaq İqlim sammitinin diqqət mərkəzində dünya ölkələrinin qlobal iqlimə dair müqaviləni 2015-ci ilin sonuna qədər imzalamasına razı salmaq olacağı gözlənilir.
    16
  • Samux rayonunda qaz təsərrüfatının payız-qış mövsümünə hazırlığı davam edir
    22.09.2014 03:03
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Samux, 22 sentyabr (AzərTAc). Samux rayonunda abonentlərin fasiləsiz "mavi yanacaq"la təmin olunması məqsədilə qaz təsərrüfatının yenilənməsi prosesi uğurla davam etdirilir. Hazırda payız-qış mövsümünə hazırlıq məqsədilə kollektiv gücləndirilmiş iş rejimində çalışır.

    Rayon qaz istismarı sahəsinin qəza xidmətinin rəisi Ayaz Quliyev AzərTAc-a bildirib ki, 1 şəhər, 35 kənd və qəsəbənin "mavi yanacaq"la təminatını həyata keçirən kollektiv artıq 13 min 858 abonentin mənzilində sayğaclaşma işini tam başa çatdırıb. Ziyadlı, Qovlarsarı, Əhmədbəyli, Ağasıbəyli, Qiyaslı və Tatılı kəndlərində daşıyıcı qaz xətlərində müvafiq təmir işləri aparılaraq sızma hallarının qarşısı alınıb. Xüsusilə payız-qış mövsümündə "mavi yanacaq"la təminatda fasilələrin olmaması üçün daşıyıcı və məhəllədaxili xətlər nəzarətdən keçirilərək, əhali arasında maarifləndirmə işləri aparılır. Eyni zamanda, rayon ərazisində yeni salınan yaşayış massivlərində və Kür çayının sol sahilindəki kəndlərin təbii qazla təminatı üçün hazırlıq işləri davam etdirilir.
    13
  • Azərbaycan incəsənət ustalarının çıxışları fransalı tamaşaçılarının böyük marağına səbəb oldu
    22.09.2014 02:54
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14113360094245260131_600x400.JPG
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14113360094245260131_600x400.JPG
    Paris, 22 sentyabr (AzərTAc). Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini fransızlara yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə reallaşdırılan "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Parisin VI rayonunda yerləşən Sen-Sülpis meydanında "Azərbaycan şəhərciyi" təşkil olunub. Şəhərcikdə Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramları ilə çıxış edirlər.

    On gün davam edəcək "şəhərciyin" üçüncü günü Azərbaycanın Əməkdar Artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq ritm qrupu" fransalı tamaşaçıları qarşısında çıxış edib. Qrupun ifa etdiyi "Həyata gəliş", "Beş yarım", "Arabeska", "Caz" və "Atəşgah" rəqs musiqi nömrələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

    Paytaxt sakini Katrin Bojar "Azərbaycan şəhəriyi"ndən və ritm qrupunun çıxışından aldığı təəssüratı AzərTAc-a danışıb: "Azərbaycan barəsində yalnız onu bilirdim ki, Bakı ölkənizin paytaxtıdır, neft və qazla zəngindir. Amma bu gün "şəhərciklə" tanışlıq sayəsində ölkəniz barədə yetərincə məlumat əldə etdim. Burada nümayiş etdirilən qədim xalçalar, qadın geyimləri, misgərlik məmulatları, mətbəx nümunələri, müxtəlif şərablar, Azərbaycanın tarixindən, mədəniyyətindən, musiqisindən, ədəbiyyatından, incəsənətindən, turizm imkanlarından bəhs edən kitablar və bröşürlər ölkənizin necə qədin bir diyar olmasından, mədəni irslə zənginliyindən, Avropaya inteqrasiyasından xəbər verir.

    Bu gün ritmik qrupun çıxışı məni və bura toplaşan paytaxt sakinlərini və qonaqları sözün əsl mənasında valeh etdi. Necə də oynaq musiqiniz var. Qrup üzvlərinin ifaçılıq tərzinə söz ola bilməz. Bir sözlə istər şəhərcik, istərsə də ritmik qrupun çıxışı ölkəniz barədə az məlumatı olan biz fransızlarda geniş təəssürat yaratdı. Doğrudan da Azərbaycan Qafqazın həm mirvarisi, həm də möcüzəli ölkəsidir.

    Əsgər Əliyev

    13
  • Şok! Təyyarrənin mühərrikini oğurlamaq istədilər
    22.09.2014 02:38
    http://anspress.com/images/photos/9157.jpg
    http://anspress.com/images/photos/9157.jpg
    Türkiyənin İstanbul şəhərində qeyri-adi oğurluq hadisəsi baş verib.

    ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, 4 nəfər Atatürk hava limanında təyyarənin mühərrikini oğurlamağa cəhd edib.

    Məlumata görə, hava limanı polisi 4 nəfər şübhəli şəxsi yük maşınına bəzi əşyalar yükləyərkən yaxalayıb.

    Polisi görən kimi qaçmağa çalışan şübhəlilər təqib nəticəsində ələ keçiriliblər.

    Yük maşınında axtarış aparan polislər burda 50 000 dollar dəyərində təyyarə mühərrikinə aid hissələr aşkarlayıblar.

    Polis bölməsinə aparılaraq ifadələri alınan 18 yaşlı E.M., 21 yaşlı B.G., 24 yaşlı D.G. və 30 yaşlı F.E. daha sonra məhkəməyə göndəriliblər.
    11
  • 49 girov İŞİD-i yaradanlardan birinin ailəsi ilə dəyişdirilib - Şok iddia
    22.09.2014 02:34
    http://axar.az/cdn/2014/september/22/1411334414.jpg
    http://axar.az/cdn/2014/september/22/1411334414.jpg
    Türkiyəli 49 girovun qarşılığında İŞİD-in önəmli nümayəndələrindən olan Hacı Bəkirin ailəsinin dəyişdirildiyi iddia edilir.

    Axar.az xəbər verir ki, Hacı Bəkir İŞİD-in quruclarından biri hesab edilir.

    Suriyada savaşan "Liva Əl-Tövid"in Türkiyə və İŞİD arasında vasitəçilik etdiyi və 49 girovun Türkiyəyə qaytarılması qarşılığında "Liva Əl-Tövhid"in Hacı Bəkirin ailəsini sərbəst buraxdığı vurğulanır.

    Qeyd edək ki, Hacı Bəkirin adı "Vikliks" sənədlərində də hallanır.

    Xatırladaq ki, bir müddət əvvəl İŞİD-ə yaxınlığı ilə tanınan saytlar Hacı Bəkirin ailəsinin "Liva Əl-Tövhid" tərəfindən ələ keçirildiyini bildirilmişdi.
    7
  • "Etihad Airways" aviaşirkəti Azərbaycanda fəaliyyətə başlayır
    22.09.2014 02:28
    http://az.trend.az/article_photo/2014/09/22/etihad_airways_220914.jpg
    http://az.trend.az/article_photo/2014/09/22/etihad_airways_220914.jpg
    Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

    Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways" milli aviaşirkəti həftədə 4 dəfə həyata keçiriləcək Əbu-Dabi - Bakı aviareysi üzrə uçuşlara başlayır.

    Sözügedən marşrut üzrə uçuşlara 2015-ci ilin oktyabrın 1-dən etibarən başlanacaq və "Airbus A320" avialayneri ilə yerinə yetiriləcək. Təyyarədə 16 biznes-sinif, 120 ekonom-sinif oturacaq mövcuddur. Ümumiyyətlə isə hər həftə oturacaqların sayı 1 088 təşkil edəcək.

    "Etihad Airways" aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlara başlaması - aktiv inkişaf edən Qafqaz regionunda əlaqələrin qurulması üzrə strategiyamızın əsas hissəsidir", - deyə "Etihad Airways"ın prezidenti və icraçı direktoru Ceyms Hoqan bildirib.

    "Yeni uçuşlar Azərbaycan və BƏƏ arasında biznes və turizm əlaqələrində artan tələbata tam cavab verəcək. Bu, həmçinin, bir çox ölkələrdə, əsasən də Şimali Amerikada yaşayan Azərbaycan diasporası ilə Azərbaycan arasında əlaqəni daha da asanlaşdıracaq".

    "Biznes və istirahət məqsədilə Azərbaycandan səyahət edən sərnişinlər Əbu-Dabi vasitəsilə Fars Körfəzi, Hind regionu, Asiya və Şimali Amerikaya səfər etmək üçün gözəl imkan əldə edəcəklər. Bundan başqa, Əbu-Dabi - Bakı aviareysi Azərbaycan və BƏƏ arasında ticarət və turizm sahələrində onsuzda sıx olan əməkdaşlığı bir qədər də möhkəmləndirəcək", - deyə C. Hoqan əlavə edib.

    Qeyd edək ki, 2012-ci ildə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 400 mln. ABŞ dollarından çox olub. Hazırda 12 mindən artıq azərbaycanlı BƏƏ-də yaşayır.

    "Etihad Airways" 2003-cü ildən etibarən fəaliyyət göstərir və artıq 2013-cü ildə şirkətin sərnişin dövriyyəsi 11,5 mln. təşkil edib. "Etihad Airways" Əbu-Dabi şəhərindən Yaxın Şərq, Afrika, Avropa, Asiya, Avstraliya və Amerikanın 110 istiqaməti üzrə sərnişin və yükdaşımalar həyata keçirir. Şirkətin aviaparkı 104 "Airbus" və "Boeing", həmçinin, 71 "Boeing 787s", 25 "Boeing 777-X", 62 "Airbus A350s" və 10 "Airbus A380s" avialaynerlər də daxil olmaqla, 200-dən çox sifariş verilmiş təyyarədən ibarətdir. "Etihad Airways" şirkəti "Airberlin", "Air Seychelles", "Virgin Australia", "Aer Lingus", "Air Serbia" və "Jet Airways" kimi aviaşirkətlərin səmdarları sırasındadır, hazırda şirkət öz aktivlərinin "Alitalia" və İsveçrədə yerləşən "Etihad Regional" aviaşirkətlərinə yatırma prosesini həyata keçirir.

    Daha ətraflı məlumat www.etihad.com veb-səhifəsində tapmaq olar.
    13
  • Fransadan "Qarabağ"a mesaj: "Buna şübhə belə yoxdur"
    22.09.2014 02:02
    http://axar.az/cdn/2014/september/22/1411332513.jpg
    http://axar.az/cdn/2014/september/22/1411332513.jpg
    "Biz erkən qol vurmağa çalışırdıq".

    Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Sent-Etyen"in baş məqşçisi Kristof Qaltye deyib.

    Ötən gün Fransa klubu ölkə çempionatının çempionatının VI turunda səfərdə azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans"la üz-üzə gəlib. Qarşılaşmadan sonra təcrübəli məşqçi rəqiblərini minimal hesabla (1:0) məğlub etmələrinə şərh verib.

    Qaltye bildirib ki, Avropa Liqasında "Qarabağ"la oyunda qol buraxmamalarından danışıb: "Matçda"Lans" bizim təzyiqimiz altında idi. Qol vurmaqda çox çətinlik çəkdik. Daha sonra vəziyyəti düzəltməyi bacardıq. Fasiləyə qədər istədiyimiz oyun alınmadı. İkinci yarıda isə səylərimizi artırıb, qol vurduq. Çünki biz qələbəyə layiq idik. Bizim üçün çox yaxşı həftə oldu. Həm Avropa Liqasında "Qarabağ"la oyunda qol buraxmadıq, həm də bu görüşdə. Biz rəqiblərimizi asanlıqla məğlub etməyi bacararıq, buna şübhə belə yoxdur. Daha da ciddi oynamaq lazımdır".

    Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyen" oyunu 0:0 hesabı ilə yekunlaşmışdı.
    17
  • Azərbaycanlı aktrisa: "Onun yazdığı məktubları yandırmışam..."
    22.09.2014 02:01
    http://img.milli.az/n/clickable/204433/10/1/296253.jpg
    http://img.milli.az/n/clickable/204433/10/1/296253.jpg
    Aktrisa Gülnarə Abdullayevanın Milli.Az-a müsahibəsi.

    -​ Gülnarə xanım, hamı uşaq olarkən xəyalında bir peşəni xəyal edib arzulayır. Siz də uşaqlıqda səhnə eşqi ilə "yananlardan" olmusunuz?

    -​ Düzünü desəm, aktrisa olmaq heç ağlımın ucundan da keçməyib. Məktəbdə oxuyarkən müxtəlif tədbirlərdə fəal iştirak etsəm də, bir gün aktrisa olacağım ağlıma gəlməzdi. Arzum hüquqşünas olmaq idi.

    -​ Bəs necə oldu ki, fikrinizi dəyişdiniz?

    -​ Bəlkə də, inanmazsınız, amma heç özüm də bilmədən aktrisa oldum (gülür). Bir də ayıldım ki, artıq səhnədəyəm. Amma mənim sənədlərimi Dövlət Mədəniyyət və İncəsənt Universitetinə verdiyimi heç kim bilmirdi. Bu işi valideynlərimdən gizlin etdim.

    -​ Hər halda, on ildən çoxdur ki, səhnədəsiniz... Sizcə, bu illər ərzində bir aktrisa kimi nələrə nail ola bilmisiniz?

    -​ Mənim fikrimcə, insan ölənə qədər öyrənməlidir. Mən də özümdən böyük, illərlə təcrübəsi olan sənətkarladan öyrənə-öyrənə gəlirəm. Amma bunu deyə bilərəm ki, teatra gəldiyim gündən etibarən bir-birindən maraqlı və əsas rollarım olub.

    -​ Bəs filimlərə və seriallara necə dəvət almağa başladınız? Bu məsələdə daha çox sizin fakturanız əsas rol oynadı, yoxsa istedadınız?

    -​ Görünüşlə istedad bir-birini tamamlamalıdır. Ümumiyyətlə, aktrisa plastikadan tutmuş oxumağa qədər-hər bir şeyi bacarmalıdır.

    -​ Siz özünüz oxuya bilirsiniz?

    -​ Bəli, səsimin gözəl olduğunu deyirlər. Amma bu səsdən yalnız teatr səhnəsində istifadə edirəm.

    -​ Qayıdaq bayaqkı suala... Serillarımızda vəziyyət necədir? Sizin üçün nə dərəcədə uğurlu olub?

    -​ Mən bu vaxta qədər "Bir ovuc torpaq", "Sənə inanıram" və s. seriallarda rol almışam. Düşünürəm ki, mənim üçün kifayət qədər uğurlu alındı. Ən azından rejissorların diqqət mərkəzinə düşməyi bacardım.

    -​ Bu vaxta qədər harada idiniz ki? Niyə fəallıq göstərmirdiniz?

    -​ Çünki bir müddət sənətdən tamamilə uzqlaşmışdım, səhnəyə çıxmırdım.

    -​ Səbəb nə idi?

    -​ Ailə qurdum. Uşaqlarla səhnə fəaliyyətini eyni anda çatdırmaq mümkün deyildi. Vaxt məhdudiyyəti var idi.

    -​ Yəqin ki, yoldaşınız da sizin səhnəyə çıxmağınıza ara-sıra qısqanclıqla yanaşırdı...

    -​ Əslində, bu məsələ üstündə elə ciddi bir mübahisəmiz düşməyib. Amma hamıda olduğu kimi onda da qısqanclıq özünü biruzə verirdi.

    -​ Siz də onu qısqanırdınız?

    -​ Mən özüm də qısqancam.

    -​ Maraqlıdır, yoldaşınıza qarşı hirsləndiyiniz zaman əsəbinizi "soyutmaq" üçün nəsə etmisiniz?

    -​ Onun yazdığı məktubları yandırmışam...

    -​ Dram oynamaq ürəyinizdə keçir?

    -​ Əlbəttə. Nə qədər musqili teatrda işləsəm də, komedik obrazlar yaratsam da, bir aktirsa kimi dram da oynamaq istərdim. Çünki aktrisa çoxşaxəli olmalıdır.

    -​ Çoxşaxəli demişkən, rol canlandırmaq baxımından kompleksiniz yoxdur ki?

    -​ Açıq-saçıq rollar mənlik deyil. Elə bilirəm ki, elə rolları ifa etsəm, daxilən narahatlıq keçirdərəm. Hətta bir tamaşada tərəf müqabilimin üzünə toxunmalı, onu hissiyatla tanımalı idim. Təsəvvür edin, onda da üzüm qızarmışdı, özümə yer tapa bilmirdim (gülür).

    -​ Bəs açıq-saçıq geyim necə?

    -​ Bəzi tamaşalar olur ki, rol xatirinə qısa geyinməli oluram. Ancaq ona da bir sərhəd qoyuram.

    -​ Uzun müddətdir ki, Musiqili Teatrda fəaliyyət göstərirsiniz? Kiminləsə konflikt yaşamısınız?

    -​ Tam səmimi deyirəm, belə problemlərlə indiyə qədər rastlaşmamışam. Teatra gəldiyim ilk gündən rəhbərlikdən, aktyor heyətindən çox isti münasibət görmüşəm. Fürsətdən istifadə edib teatrımızın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.

    Cavidan Abdullayev

    10
  • Şamaxıda ağır qəza: 4 ölü
    22.09.2014 01:57
    http://anspress.com/images/photos/30669.jpg
    http://anspress.com/images/photos/30669.jpg
    Bu gecə Şamaxı rayonu, Şamaxı-Ismayıllı yolunun 128-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib.

    ANS PRESS-in FHN-nin saytınaistinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşub, minik avtomobilində sürücü və 3 nəfər sərnişin qəza nəticəsində vəfat ediblər.

    Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və 3 nəfər sərnişinin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
    13
  • Yəmən Baş naziri istefa verdi
    22.09.2014 01:43
    http://axar.az/cdn/2014/september/22/1411331424.jpg
    http://axar.az/cdn/2014/september/22/1411331424.jpg
    Yəmən Baş naziri Səlim Basendva vəzifəsindən istefa verib.

    Axar.az xəbər verir ki, Basendva istefasına səbəb kimi Prezident Əbdurrabu Mənsur Hadi və "Husi Ənsarullah" hərəkatı arasında dialoqa nail ola bilməməsini göstərib.

    Açıqlamasında Prezident Hadini hökuməti tək əlində cəmləşdirməkdə günahlandıran Basendva prezident ilə hökumət arasında danışıqların olacağını əvvəlcə söyləsə də, gözlənilənlərin əksinə Hadi hakimiyyətə bütünlüklə yiyələnmiş olub.
    13
  • Bakıda insanlığın öldüyü an
    22.09.2014 01:33
    http://img.milli.az/n/elnur/0d/0/tecili_yardim_05.jpg
    http://img.milli.az/n/elnur/0d/0/tecili_yardim_05.jpg
    Nomal sivil cəmiyyətlərdə elə hallar var ki, cəza ilə yanaşı, böyük mənəvi qüsur hesab olur. Bakı küçələrində isə mənəvi qüsurlar tez-tez baş verir. Əslində, "mənəvi qüsur" dediyimiz ayıb elə mənəviyyatsızlıqdan doğur

    Dünən redaksiyamıza Bakıda insanlığın öldüyü anları göstərən video daxil olub. Gecə saatlarında ağır xəstəni aparan təcili yardım maşını yolda tıxacda qalıb.

    Təcili yardım maşınının sürücüsü məcbur vəziyyətdə qalıb, sanki sürücülərə yalvarış edir: "Yol verin, maşında ağır xəstə var". Bu mənzərə göstərir ki, maşında ölüm ayağında olan xəstə deyil, əslində yolda insanlıq ölmüşdü...

    Anar Məmmədov

    14
  • Poroşenkonun oğlu ön cəbhədə ruslara qarşı vuruşurmuş
    22.09.2014 01:32
    http://avropa.info/new/fotobaza/orta/22692.jpg
    http://avropa.info/new/fotobaza/orta/22692.jpg
    Ukrayna prezidenti Petro Poroşenko maraqlı açıqlamalar verib. musavat.com xəbər verir ki, Poroşenko Ukrayna telekanallarından birinə müsahibəsində separatçıların Ukrayna hərbi texnikasının 65%-ni məhv elədiyini söyləyib.

    Onun sözlərinə görə, atəşkəs müddətində hərbçilər uzun zaman ön cəbhədə yerləşən hissələri geri çəkiblər. Ukraynanın dövlət başçısı bu məqamda oğlunun da həmin hərbi birləşmələrdən birində xidmətdə olduğunu bildirib.

    Prezident hazırda Ukraynanın şərqində müdafiə rejiminin qurulması prosesinin getdiyini qeyd edib.
    11
  • Baş nazir: "Heç kim bizi cənubdan çıxarda bilməz"
    22.09.2014 01:28
    http://axar.az/cdn/2014/september/22/1411330404.jpg
    http://axar.az/cdn/2014/september/22/1411330404.jpg
    "Heç kim bizi cənubdan çıxarda bilməz".

    Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Binyamin Netanyahu deyib.

    Qəzzaya hücumların sonlandırılmasından sonra ilk dəfə yığıncaq keçirən Netanyahu önəmli mesajlar verib.

    Netanyahu ölkəsinin Qəzzaya hücumları zamanı raket atışlarına məruz qalan İsrailə məxsus yaşayış yerlərindən heç kimin onları ölkənin cənubundançıxarda bilməyəcəyinivə İsrailin düşmənlərinə güclü zərbələr endirildiyini vurğulayıb.

    Qeyd edək ki, Qəzzaya hücumlar zamanı HƏMAS İsrailin demək olar bütün şəhərlərinə, o cümlədən paytaxt Təl-Əvivə güclü raket zərbələri endirirdi.
    10
  • Madriddə miqrantların hüquqlarını müdafiə məqsədilə kütləvi aksiya keçirilib
    22.09.2014 01:23
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Madrid, 22 sentyabr (AzərTAc). Madridin mərkəzi küçələrində 50-dək təşkilatı təmsil edən minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları 2012-ci ildə qəbul olunmuş və 700 minədək insanı tibbi yardım almaq hüququndan məhrum edən qanunun ləğv olunmasını tələb ediblər.

    Qeyd edək ki, bu qanun əsasən, İspaniyada yaşayan qanunsuz miqrantlara şamil olunur.

    Aksiya iştirakçıları bu qanunun yalnız miqrantlar üçün deyil, bütün İspaniya vətəndaşları üçün təhlükəli olduğunu bildiriblər. Onların fikrincə hər hansı yolxucu xəstəlik yayılsa bu bütün cəmiyyəti iflic edəcək.

    Sayca 23-cü olan etiraz aksiyası həmin qanunun qəbul olunmasından bəri hər ayın 3-cü bazar günü keçirilir.

    Aygün Əliyeva

    15
  • Şamaxıda ağır qəza baş verib, 4 nəfər ölüb
    22.09.2014 01:23
    http://az.apa.az/upload/images/news/2014/august/13/big/1335080975b4e35efaecc08de9e3a747.jpg
    http://az.apa.az/upload/images/news/2014/august/13/big/1335080975b4e35efaecc08de9e3a747.jpg
     Şamaxı. Elvin Yaqubov-APA. Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 22-də saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.

    Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi 99-DV-061 dövlət nömrə nişanlı "Merсedes" markalı minik maşını qarşı tərəfdən gələn 99-CS-488 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını ilə toqquşub.

    Hadisə nəticəsində sürücü Əlövsət İsmayılov və avtomobildəki 3 nəfər sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlər vasitəsilə avtomobili kəsərək orada sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

    Ölənlərin bəzilərinin şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.

    Qəzadan sonra "KamAZ"ın sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır.
    11
  • Ana vətən yalnız kenqurular üçün deyil
    22.09.2014 01:07
    http://anspress.com/images/photos/57037.jpg
    http://anspress.com/images/photos/57037.jpg
    "Cənub Qaz Dəhlizi"nin təməl mərasimi ilə bağlı Heydər Əliyev Mərkəzində çıxış edən Rövnəq Abdullayev həyəcanla dedi ki, 2020-ci ildə Avropa Çempionatı Bakıya gələcək. Bu doğrudan da tarixdə qalacaq hadisədir. Çünki tarixdi ilk və son dəfə baş verəcək. Bakı 3 qrup oyununa və çempionatın dördə bir mərhələsinə sahib çıxacaq. Çempionatın Avropanın ən gözəl şəhərlərinə paylanması zamanı Bakı yada düşürsə, hər birimizə bir vətəndaş olaraq ancaq qürur və təbrik düşür. Bura artıq hündür bir yerdir. Uca və hündür. Elə bu nöqtədən də hər şey ələ görünür. Burdan baxıb adam demək, ilk növbədə elə əlində püşk paketi tutmuş və buradan istəniləndə bir, istənilməyəndə başqa sürprizdər çıxaran Qərbə müraciət etmək istəyir. Demək istəyir ki, ay əzizim Qərb! Axı necə olur ki, Azərbaycanın nefti və qazı yaxşı olur, demoktratiyası pis?! Hə?! Necə olur ki, siz Səudiyə Ərəbistanının ən mürtəce monarxiyaları ilə əməkdaşlıq edirsiniz, onların xalatı altından keçirsiniz, Latın Amerikasının ən qatı diktatorları ilə əməkdaşlıq edirsiniz. Amma Azərbayan işinizə yaramır?! Axı indi hər şey aydın görünür.

    1992-94-cü illərdə kimlərinsə, hədəfinizin demokratiya olduğuna inandıra bilirdiniz. O zaman Azərbycan tanınmaq mərhələsində idi. Bu gün həm də tanımaq, bilmək təcrübəsi var. İki gözün olması təbiidir, amma gərək hamıya bir gözlə baxasan. Azərbaycan çoxdandır ki, sizin gözaltınızdır. Amma ala bilmirsiniz. Əvəzində demorktiya kimi müqəddəs idealları gözdən salırsınız. İş o yerə gəlib çatır ki, bu ölkə BMT-nin müfəttişlənini həbsxalanalarına buraxmır. Bunu istəyirdiniz? Azərbaycanın anlaşılmaz azadlıq aşiqlərini də başa düşə bilmirəm. Azərbaycan sanksiyalar hədəfi olacaq! Azərbaycana qadağalar qoyulacaq deyə bayquş muştuluğu istəyən həmvətənlərimiz bu doğrudanmı sizsiniz? Bir zamanların Azadlıq yolçuları. Yolçuluğu dilənçiliklə səhv salmayın. Unutmayın ki, ana vətən yalnız kenqurular üçün deyil, və ya kenqurular üçün deyilməyib.
    13
  • Bakıda avtobus sürücüsü sərnişin üçün ölüm qapısı açır
    22.09.2014 01:02
    http://img.milli.az/n/clickable/204433/10/8/296327.jpg
    http://img.milli.az/n/clickable/204433/10/8/296327.jpg
    Bakının mərkəzində növbəti avtobus özbaşınalığını çılpaqlığı ilə göstərən kadr əldə etmişik. Milli.Az-ın məlumatına görə, paytaxt sakinlərindən birinin avtomobilindəki video cihaza avtobus sürücüsünün sərnişinləri necə təhlükəyə atması düşüb.

    Həmin təhlükəli qayda pozuntusunu nəqliyyat sistemində aidiyyəti şəxslərinin problemi aradan qaldıracağı ümidilə təqdim edirik:

    Gülər

    15
  • Bakıda həbsxana yandı
    22.09.2014 01:02
    http://anspress.com/images/photos/47952.jpg
    http://anspress.com/images/photos/47952.jpg
    Bu gecə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib.

    ANS PRESS xidmətin saytına istinadən məlumatına görə, hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib. Penitensiar xidmətin şəxsi heyətinə həyacan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub.

    Operativ olaraq hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri saat 23.15 radələrində yanğının söndürülməsinə nail olublar.

    Hadisə vaxtı xəsarət alan olmayıb.

    Fakt üzrə Penitensiar xidmət tərəfindən xidməti araşdırma, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təhqiqat aparılır.
    13
  • BP prezidenti hasilatın azalmasından danışdı
    22.09.2014 00:42
    http://anspress.com/images/photos/45252.jpg
    http://anspress.com/images/photos/45252.jpg
    1994-cü ildə Beynəlxalq Əməliyyat şirkətinin lideri, kontraktda ən böyük pay sahibi olan BP-nin bu günkü nümayəndəsi, BP Azərbaycan şirkətinin prezidenti Qordon Birrell "Əsrin müqaviləsi" ilə bağlı ANS-ə müsahibə verib.

    - "Əsirin müqaviləsi" BP-yə və ümumiyyətlə Avropaya nə verdi?

    - "Əsrin müqaviəsi" bu layihədə iştirak edən tərəflərin hamısına son dərəcə əhəmiyyətlı dəyişiliklər gətirdi. BP üçün çox böyük əhəmiyyəti ondan ibarət idi ki, biz son dərəcə böyük neft ehtiyatlarına çıxış əldə etdik. Yüksək səviyyəli texnologiya, təcrübə gətirdik və onları burada tətbiq etməyə başladıq. Çox qısa bir müddətdə neftin əldə olunması gözəl nəticə idi və bu nəticənin əldə olunmasının əhəmiyyəti bu idi ki. həm Azərbaycan, həm də investorlar artıq mənfəət götürməyə başladılar. Bu müqavilə Azərbaycanı əvvəlki roluna və nüfuzuna qaytardı. Azərbaycan enerji xəritəsində aparıcı qüvvəyə çevrildi. Bundan region bəhrələnməyə başladı, eyni zamanda Avropa şaxələnmiş enerji mənbələrinə çıxış əldə etdi. Bu da Avropa üçün olduqca əhəmiyyətlidir.

    - Bir müddət əvvəl "Azəri-Çıraq-Günəşli"də hasilatın azalması çox böyük bir narahatçılıq doğurmuşdu. Ona görə də maraqlıdır, BP-nin planları nədir? Və hasilatın imkanlarını necə dəyərləndirirsiniz?

    - Ümumiyyətlə ordan başlayım ki, "Azəri-Çıraq-Günəşli" çox böyük və çox yüksək keyfiyyətə malik olan bir yataqdır və bir strukturdu. Dünyanın hər bir yerində, ən yüksək keyfiyyətli yataqlarda da, laylarda da hasilat zamanı - hasilatın qalxması və ya hasilatın aşağı düşməsi prosesi baş verir, bu normal bir haldır. Hasilat tam olaraq aybaay, ilbəil eyni səviyyədə, eyni sabitlikdə qala bilməz. Bu neft-qaz sanayesində bu normaldı. Dediyim bu proses - "Azəri-Çıraq-Günəşli"də də baş verdi. Hasilat müəyyən bir müddətə düşdü və sonra hasilat sabitləşdi. Biz BP operatoru olaraq hasilatın stabilləşməsi üçün çox işlər görürük. Hazırda müəyyən yollarla hasilatı sabit saxlamağa nail olmuşuq. Onlardan birincisi qazma əməliyyatlarımızın keyfiyyətini yuxarı qaldırmışıq. Laylara daha çox su və qaz vurmağa başlamışıq...
    20
  • Putinin əfv etdiyi şəxs Rusiya prezidenti olmaq istəyir
    22.09.2014 00:37
    http://axar.az/cdn/2014/september/22/1411327142.jpg
    http://axar.az/cdn/2014/september/22/1411327142.jpg
    Rusiya Prezidenti Vladimir Putinin əfvi ilə həbsdən azad olunan "YUKOS" neft şirkətinin keçmiş prezidenti Mixail Xodorkovski Rusiya Prezidenti olmağa hazır olduğunu deyib.

    Axar.az xəbər verir ki, Fransanın "Le Monde" qəzetinə müsahibə verən Xodorkovski böhran zamanında deyil, normal cəmiyyətin qurulduğu zaman prezident olmaq arzusunu dilə gətirib: "Ölkəmin normal şəkildə inkişaf etdiyi bir vəziyyətdə Rusiya Federasiyasının dövlət başçısı olmaq istəyərəm. Lakin böhrandan çıxmaq, konstitusiya islahatı kimi proseslər burada müstəsnadır. Hakimiyyətin məhkəmə, parlament və qeyri-cəmiyyətdə paylaşılmasını təmin edəcək konstitusiya islahatlar söz mövzusu olarsa vəzifə almağa hazıram".

    Xatırladaq ki, 2003-cü ildə dələduzluq və başqa cinayətlərin törədilməsində təqsirli bilinən milyarder düz 10 il sonra 20 dekabr 2013-cü ildə Putinin sərəncamı ilə əfv olunaraq azadlığa çıxıb.
    11
  • Azərbaycanda təbiət hadisəsi baş verdi
    22.09.2014 00:37
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 22-nə keçən gecə Azərbaycanda payız fəsli başlayıb.

    Modern.az saytının xəbəbrinə görə, sentyabrın22-nə keçən gecə həm də payız gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz sutkanı yarıbayarıya - hər birinə 12 saat olmaqla - bölüblər.

    Sentyabrln 22-dən başlayaraq gecə uzanacaq, gündüz qısalacaq.

    Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

    Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş veriri. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.

    Dədə-babalarımız da tarixən payızın başlanğıcını elə bu gündən hesablayıblar...

    A.Qorxmaz
    10
  • Tbilisidə VI beynəlxalq teatr festivalı açılıb
    22.09.2014 00:19
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1411326513983537154_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1411326513983537154_600x400.jpg
    Bakı, 21 sentyabr (AzərTAc). Sentyabrın 20-də Gürcüstan paytaxtında VI Tbilisi beynəlxalq teatr festivalı açılıb.

    AzərTAc İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, festivalın açılış mərasimində Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Tbilisinin meri David Narmaniya, ölkənin mədəniyyət nazirliyinin rəhbərləri iştirak ediblər.

    Oktyabrın 8-dək davam edəcək festival əsasən iki proqramdan - beynəlxalq və gürcü proqramlarından ibarət olacaq. Bu il "New market" adlı əlavə proqram da təqdim ediləcək, Qafqaz və Qara dəniz sahili ölkələrinin teatr kollektivləri tamaşalar göstərəcəklər.

    Festivalda Azərbaycan və Türkiyə teatrları da iştirak edirlər.
    20
  • Sürücülərin arzusunda olduğu nömrəni kim aldı? - 10-OO-010
    22.09.2014 00:19
    http://axar.az/cdn/2014/september/22/1411326450.jpg
    http://axar.az/cdn/2014/september/22/1411326450.jpg
    Azərbaycanda OO seriyalı nömrələri hər adama vermirlər.

    Azərbaycanda əksər sürücülərin arzuladığı nömrə artıq satılıb. 10 OO 010 dövlət nömrə nişanı Mersedes markalı avtomobilin üzərindədir. Bununla bağlı sosial şəbəkələrdə foto da yayılıb.

    Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu nömrəni bir müddət əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu alıb. Daha doğrusu, OO seriyasından bu nömrə ilk dəfə məhz V.Talıbovun oğluna hədiyyə olaraq verilib. Lakin o, bu nömrədən çox istifadə etməyib. Üstündən 2 ilə yaxın vaxt keçdikdən sonra OO seriyasından olan nömrə ilə Bakı küçələrində maşınlar gözə dəyir. Lakin bir məqamı xüsusi qeyd etmək lazımdır ki, OO seriyasından olan nömrə nişanını hər adama vermirlər. Bu da Baş Dövlət Yol Polisi İdarəsinin öz daxili işi və prinsipidir.

    10 OO 010 dövlət nömrə nişanlı avtomobilin fotosunu təqdim edirik.
    12
  • Cari ilin 8 ayı ərzində bank kreditlərinin həcmi 370 milyon manatı ötüb
    22.09.2014 00:18
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 22 sentyabr (AzərTAc). Cari ilin 8 ayı ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 70,4 faizini təşkil edib.

    Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 5 milyard 827,3 milyon manat olub.

    Həmin dövr ərzində bank kreditlərinin həcmi 376,8 milyon manata, büdcə vəsaitlərinin həcmi 3 milyard 663,3 milyon manata, büdcədənkənar fondların vəsaitlərin həcmi 225,3 milyon manata, əhalinin şəxsi vəsaitlərinin həcmi 288,8 milyon manata, sair vəsaitlərin həcmi isə 63,8 milyon manata çatıb.
    13
  • Müəllimlər etiraz aksiyası keçirdilər
    22.09.2014 00:10
    http://cdn.qafqazinfo.az/79714.jpg
    http://cdn.qafqazinfo.az/79714.jpg
    Türkiyənin Samsun şəhərində bir qrup müəllimlər etiraz aksiyası keçiriblər.

    "Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, aksiyaya səbəb, onların uzun zamandır ki, məktəblərə ezam edilməməsi olub.

    Türk dili müəllimi olan Erhan Dönməz deyir ki, "İmtahanlarda qalib gəlmək üçün oxuduğumuz kitabları Milli Məclisə göndərəcəyik".
    18
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri