yuxarıya
Onlayn Ödəmə
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Dünya Turizm Günü qeyd ediləcəkdir
26.09.2013 19:21
A A
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) və şəbəkəyə daxil olan mədəniyyət müəssisələrinin 27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar tədbirlər planı hazırlanmışdır.

İdarədən AzərTAc-a bildirmişlər ki, mədəniyyət evləri və mərkəzləri tərəfindən Şirvanşahlar Sarayı Kompleksinə, "Qobustan" Dövlət Tarix-Bədii, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq, "Qala" Dövlət Tarix-Etnoqrafiya, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruqlarına ekskursiya təşkil ediləcəkdir.

BŞMTİ-nin tərkibində fəaliyyət göstərən Bakı şəhəri rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemləri isə bu gün münasibətilə mühazirə, sərgi, məruzə, söhbət, "dəyirmi masa" keçirəcəkdir.

İdarənin şəbəkəsinə daxil olan ev və xatirə muzeylərində, Heydər Əliyev mərkəzlərində tədbirlər təşkil ediləcək, həmçinin həmin gün bu müəssisələrə "Açıq qapı" günü elan olunacaqdır.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
72
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Azərbaycanda ilk dəfə olaraq "Bakı Elm Festifalı-2014" keçiriləcək
    31.10.2014 11:56
    Bakı, 31 oktyabr, SalamNews, R.Ziya. Azərbaycanda ilk dəfə noyabrın 10-11-də Elm Festifalı keçiriləcək.SalamNews xəbər verir ki, bunu Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasında keçirilən mətbuat konfransında festivalın rəhbəri, AMEA Rəyasət Heyətınınti Mərkəzi Apa...
  • Rusiya, Ukrayna və Aİ arasında qaz sazişi imzalandı
    31.10.2014 11:54
    Brüsseldə keçirilən danışıqlarda Rusiya, Ukrayna və Avropa İttifaqı nümayəndələri qış mövsümünü əhatə edəcək qaz tədarükünə dair üçtərəfli müqavilə imzalayıblar.APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, Rusiyanın "Qazprom" və Ukraynanın "N...
  • Dəhşətli qəza: 7 nəfər maşında diri-diri yandı
    31.10.2014 10:44
    Bu gecə saat 00:30-da Rusiyanın Kabardinka qəsəbəsində dəhşətli yol qəzası baş verib.ANS PRESS-in məlumatına görə, qəsəbənin "Don" adlanan qəsəbəsinin 1530-ci kilometrliyində baş verən qəzada 7 nəfər diri-diri yanıb.Belə ki, trasda "Toyota East" markalı avtomobillər "...
  • Bacanaq baldızını zorladı (TƏFƏRRÜAT)
    31.10.2014 10:25
    Türkiyənin Kayseri vilayətində bacanaq baldızını zorlayıb.ANS PRESS-in məlumatına görə, hadisə fermaların birində baş verib.Kayseri şəhərində yaşayan 51 yaşlı Menderes Oflazoğlu baldızı 48 yaşlı Canser Gezeri zorlayıb. Hadisə axşam saatlarında baş verib.Belə ki, Men...
  • Rusiya, Ukrayna və Aİ qaza dair üçtərəfli müqavilə imzalayıb
    31.10.2014 04:01
    Bakı-APA. Brüsseldə keçirilən danışıqlarda Rusiya, Ukrayna və Avropa İttifaqı nümayəndələri qış mövsümünü əhatə edəcək qaz tədarükünə dair üçtərəfli müqavilə imzalayıblar.APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, Rusiyanın "Qazprom" və Ukr...
  • Milliyə yeni baş məşqçi
    31.10.2014 01:14
    Serbiyanın "Srvena Zvezda" klubunun keçmiş baş məşqçisi, Xorvatiya yığmasının sabiq-oyunçusu Robert Prosineçki Azərbaycan millisinə başçılıq edəcək.ANS PRESS-in məlumatına görə, bu haqda Xorvatiya KİV-nə istinadən azerisport.com xəbər yayıb.Dünən Prosineçki Parisdə...
  • 31 Oktyabr hava haqqında məlumat - Hava proqnozu 31.10.2014
    30.10.2014 21:05
    Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Cənub küləyi 8-13 m/s, arabir 15 m/s olacaq.Temperaturun gecə 9-12° isti, gündüz 13...
  • Arvadını öldürmək istədi- 11 il iş aldı
    30.10.2014 19:53
    Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Məhəmməd Rufullayevin cinayət işi üzrə məhkəmə başa çatıb."Qafqazinfo" lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon sakini Məhəmməd Rufullayev yaşadığı evdə həyat yoldaş...
  • "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
    30.10.2014 18:55
    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 deka...
  • Sürüşən və çat verən bina
    30.10.2014 16:49
    Bakı şəhərinin Füzuli küçəsi 39 ünvanındakı sürüşdürülən tarixi (Hacıniskinin evi kimi tanınan tikili nəzərdə tutulur - red.) binada çatlar yaranıb.Bu barədə ANS PRESS-in "qaynar xətti"nə bina sakinləri məlumat veriblər. Sakinlər bildiriblər ki, yaranan problem onlar...
XƏBƏR LENTİ
  • Orta məktəb dərsliyində daha bir - Səhv
    31.10.2014 13:43
    http://cdn.qafqazinfo.az/82487.jpg
    http://cdn.qafqazinfo.az/82487.jpg
    Ondan sonra taxta əyləşən oğlu Xəlilullah isə 1465-ci ilə kimi şah olub. Həmin vaxt isə nə Bakıda metro vardı, nə də "İçərişəhər" stansiyası...

    Sosial şəbəkələrdə dərsliklərdən maraqlı bir foto paylaşılıb.

    "Qafqazinfo"nun verdiyi xəbərə görə, fotonun 5-ci sinif "Ata Yurdu" (Tarix) kitabından çəkildiyi bildirilir.

    Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdirdiyi kitabda qeyd olunur ki, Şirvanşah İbrahim qocalanda oğlu Xəlilullahı yanına çağırıb vəsiyyət edir. İbrahim şah oğluna deyir ki, "Badu-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun "İçərişəhər" stansiyası Şirvanşahlar sarayının yanındadır".

    Qeyd edək ki, Şirvanşah İbrahim Şirvanşahlar dövlətinin 34-cü hökmdarı olub. İbrahim şah 1382-1417-ci illərdə hökmdarlıq edib. Ondan sonra taxta əyləşən oğlu Xəlilullah isə 1465-ci ilə kimi şah olub. Həmin vaxt isə nə Bakıda metro vardı, nə də "İçərişəhər" stansiyası...

    Kitabda isə XV əsrin əvvəllərində yaşayan İbrahim şahın "İçərişəhər" metro stansiyası haqda danışması qeyd edilib. Məlumat üçün bildirək ki, bu stansiya isə 1967-ci ildə açılıb. 2008-ci ilə kimi "Bakı Soveti", bu tarixdən sonra isə "İçərişəhər" adlanır.

    Murad Əhməd
    0
  • Çin sahillərində balıqçı gəmisi batıb, 13 nəfər itkin düşüb
    31.10.2014 13:41
    http://img.salamnews.org/5fce794885ac00df4771d5988117d565/thumb_gemi_478.jpg
    http://img.salamnews.org/5fce794885ac00df4771d5988117d565/thumb_gemi_478.jpg
    Bakı, 31 oktyabr, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Çinə məxsus kiçik balıqçı gəmisinin ölkənin şərq sahilində, Tsjetszyan əyaləti rayonunda batması nəticəsində 13 balıqçı itkin düşüb.

    SalamNews-un RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, hadisə dünən gecə Çjouşan dairəsində eyniadlı arxipelaq sularında baş verib.

    Gəmidə ümumilikdə 15 nəfər olub, balıqçılardan ikisi xilas edilib.

    Balıqçı gəmisinin daha böyük gəmi ilə toqquşma nəticəsində batdığı ehtimal olunur. Hazırda xilasetmə əməliyyatları davam etdirilir. Əməliyyatlarda yerli balıqçılar, o cümlədən Şanxaydan olan xilasedicilər iştirak edirlər.





    0
  • Təhsil Nazirliyindən dərslikdəki səhvlə bağlı- Açıqlama
    31.10.2014 13:38
    http://cdn.qafqazinfo.az/69316.jpg
    http://cdn.qafqazinfo.az/69316.jpg
    Təhsil Nazirliyi 5-ci sinif dərsliyindəki səhvlə bağlı mediada yayılan məlumata münasibət bildirib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, bir sıra informasiya agentliklərinin saytlarında ümumtəhsil məktəblərinin V sinif rus bölməsinin "Azərbaycan dili" (Bakı-2014) dərsliyindəki "Şirvanşahlar sarayı" (I hissə, səh.28) mətnində həmin mətnə aid olmayan bir cümlənin ("Metronun "İçərişəhər" stansiyası Şirvanşahlar sarayının yanındadır") verilməsini yanlışlıq kimi dəyərləndirilib.

    Bununla əlaqədar bildiririk ki, yeni kurikulumun alt-standartlarına görə, şagirddən verilmiş mətnin cümlələri və abzasları arasında əlaqəni tapmaq tələb olunur. Bu standart şagirddə axtarıcılıq qabiliyyətini artırmağa xidmət edir. Həmin standarta görə, bu mətndə də cümlələr arasında məntiqi ardıcıllığın tapılması məqsədilə bir "artıq cümlə" daxil edilib.

    Mətnə aid 29-cu səhifədə verilən 3 nömrəli çalışmada (Bax: "3.Mətnin ikinci abzasında olan cümlələrdən birinin mətnlə əlaqəsi yoxdur. Həmin cümləni tapın və oxuyun") bu "artıq cümləni" tapmaq şagirddən tələb edilir.

    Beləliklə, "Şirvanşahlar sarayı" (I hissə, səh.28) mətnində verilən "artıq cümlə" V sinif üzrə təhsil standartlarının tələbindən irəli gəlmişdir. Bu mətndə heç bir elmi - metodik yanlışlıq yoxdur.
    7
  • Azərbaycana indiyədək Finlandiyadan 800-dək taxılyığan kombayn alıb - nazir müavini
    31.10.2014 13:37
    http://img.salamnews.org/2867891f657fad6b0178684d7666aa65/thumb_214_87.jpg
    http://img.salamnews.org/2867891f657fad6b0178684d7666aa65/thumb_214_87.jpg
    Bakı, 31 oktyabr, SalamNews. Azərbaycan və Finlandiya kənd təsərrüfatı sahəsində əməkdaşlığ məsələləri müzakirə edilib.

    Nazirliyin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, müzakir Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevlə Finlandiyanın ölkəmizdəki səfiri Krister Mikelssonun gözrüşü zamanı olub. Nazir müavini səfirə bu sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sektora göstərdiyi diqqət və qayğısı barədə məlumat verib. Əməkdaşlıq əlaqələrindən bəhs edən nazir müavini bildirib ki, indiyədək Finlandiyadan Yaponiya qrantı hesabına 800-ə yaxın "Sampo Rosenlyu" taxılyığan kombaynı alınaraq Azərbaycana gətirilib və bu sahədə əməkdaşlıq davam etdiriləcək.

    İ.Quliyev iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında sənəd imzalanması, heyvan yemi, bitki mühafizəsi və baytarlıq preparatları istehsal edən müştərək müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsi, müvafiq universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, kooperasiyaların yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması barədə təkliflər irəli sürüb.

    Krister Mikelsson iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsində səylərini əsirgəməyəcəyini bildirib.





    1
  • Türkiyədə 15 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat qəzası baş verib
    31.10.2014 13:37
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1414747994350623015_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1414747994350623015_600x400.jpg
    İstanbul, 31 oktyabr, AzərTAc

    Türkiyənin İsparta vilayətinin Yalvaç qəsəbəsində baş verən yol-nəqliyyat qəzasında 15 nəfər həlak olub, 28 nəfər yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb. Onların bir çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

    Yerli mətbuatın məlumatına görə, qəzaya səbəb qəsəbədəki alma bağlarında çalışan işçiləri daşıyan mikroavtobusun idarəetməni itirərək yol kənarındakı su kanalına aşmasıdır.

    Sabir Şahtaxtı

    1
  • Hazırda ən təhlükəli sürüşmə zonası Lənkəran-Lerik yolundadır
    31.10.2014 13:36
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 31 oktyabr, AzərTAc

    Hazırda ən təhlükəli sürüşmə zonası Lənkəran-Lerik yolunun 17-ci və 19-cu kilometrliyindədir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Əmiraslanov AzərTAc-a məlumat verərkən bildirib.

    Son sürüşmə hadisəsində antropogen amillərin - insan fəaliyyətinin roluna toxunan mütəxəssis tikinti qaydalarının pozulmasına toxunaraq deyib: "Yol çəkilişində yamac qazılaraq tikinti aparılır. Nəticədə yamacın meyilliyi itir və dayanıqlığı pozulur. Bu da sürüşməyə səbəb olur. Amma sürüşmənin əsas səbəbi yağıntıların miqdarı və torpağın süxurlarını təşkil edən məhsuldur. Bu süxurlar yumşaq və gillidirsə, orada mütləq sürüşmə olacaq."

    Ağsu dolayında, Şamaxının bir neçə kəndində, Lerik zonasında, Quba-Xaçmaz ərazisində və digər ərazilərdə hər il torpaq sürüşmələrinin baş verdiyini bildirən S. Əmiraslanov fəal sürüşmə zonalarında vəziyyətin sabit olduğunu deyib. Diqqətə çatdırıb ki, Bayıl, Badamdar, Masazır və Zığ da sürüşmə zonalarıdır. Ancaq bu ərazilərdə torpaq sürüşməsinin qarşısını almaq üçün dövlət tərəfindən ciddi tədbirlər görülür.

    S. Əmiraslanov bildirib ki, nazirlik tərəfindən hər həftə ölkəmizin 51 sürüşmə zonasındakı süxurların vəziyyəti, sürüşmənin aktivləşmə və passivləşmə periodu öyrənilir, növbəti ayda gözlənilən hadisələr haqqında proqnoz hazırlanır. Bundan əlavə, aylıq bülletenlər tərtib olunur, aktlar yazılır və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilir.
    1
  • Nazim Səmədov Migel Anxel Moratinosunu qəbul edib
    31.10.2014 13:36
    http://img.sia.az/news/2014/siaphoto_440706.jpg
    http://img.sia.az/news/2014/siaphoto_440706.jpg
    Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini cənab Nazim Səmədov İspaniya Krallığının keçmiş xarici işlər və əməkdaşlıq naziri Migel Anxel Moratinosun rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə həmçinin İspaniya Krallığının Rusiya Federasiyasındakı keçmiş səfiri Xuan Antonio Març və Barselona Sərgi Mərkəzinin baş icraçı direktoru Rikard Zapatero iştirak edib.

    Görüş zamanı iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın vəziyyəti haqqında müzakirələr aparılıb, Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf edəcəyinə inam ifadə olunub. Barselona Sərgi Mərkəzinin baş icraçı direktoru Rikard Zapatero nazir müavini Nazim Səmədova "Smart city" ("Ağıllı şəhər") layihəsini təqdim edib və həmin layihənin Bakı şəhərində də həyata keçirilməsinin faydalı olacağını söyləyib. Nazir müavini Azərbaycanın qabaqcıl layihələrdə iştiraka hazır olduğunu qeyd edərək, bu layihəyə diqqət göstəriləcəyini bildirıb.

    N.Səmədov qonaqlara 2015-ci il 2-4 aprel tarixində keçirilməsi planlaşdırılan beynəlxalq turizm və səyahətlər sərgisi AİTF, həmçinin 2015-ci il 19-22 may tarixində Bakı şəhərində təşkil olunması nəzərdə tutulan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib, İspaniyanın müvafiq qurumlarının səlahiyyətli nümayəndələrini, habelə turizm şirkətlərini qeyd edilən tədbirdə iştirak etməyə dəvət edib.

    Zaurə Əmirova
    2
  • Gənc sahibkarlar üçün silsilə təlimlərə start verilib
    31.10.2014 13:36
    http://img.sia.az/news/2014/siaphoto_440709.jpg
    http://img.sia.az/news/2014/siaphoto_440709.jpg
    "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) və "Coca-Cola" şirkətinin Azərbaycanda birgə həyata keçirdiyi "Youth Inc." Proqramı çərçivəsində gənc sahibkarlar üçün silsilə təlimlərə start verilib. SİA-nın məlumatına görə, "Youth Inc." Proqramı DVC tərəfindən "Coca-Cola" şirkətinin dəstəyi ilə həyata keçirilir. Proqram gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsi əsasında gənc sahibkarlığın inkişafına xidmət edir. Proqramın əsas tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi, Coca-Cola Şirkəti və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyidir. Coca-Colanın əsas məqsədlərindən biri Azərbaycanda gənclərin sahibkarlıq potensialına imkan yaratmaqdır. Coca-Cola öz resurslarından yerli icmaların inkişafına investisiya qoyur. Son iki ildə Youth Inc çərçivəsində 8 yeni şirkət qurulub, 5 minə yaxın gənc proqramın müxtəlif tədbirlərində iştirak edib.

    ATV telekanalında yayımlanan "İdeya Qazandı!" işgüzar televiziya müsabiqəsində iştirak hüququ qazanan gənc sahibkarlar üçün keçirilmiş ilk təlimdə 30-a yaxın gənc sahibkar iştirak edib. İştirakçılar biznes ideyanın təqdim olunması, layihələndirilməsi və başqa mövzular ətrafında bilik və bacarıqlara yiyələniblər.

    Təlimin iştirakçısı Ramin Səmədov həyata keçirilən təlimin gənc sahibkarlara fayda verdiyini və müsabiqədə uğurlu nəticələr əldə etmək üçün bir vasitə olduğunu vurğulayıb.

    Təlimin digər iştirakçısı Təbrizə Quliyeva isə təlimdən sonra sahibkarlıq fəaliyyəti haqqında yeni biliklər əldə etdiyini bildirib, həmçinin, müsabiqədə iştirakında bu biliklərdən istifadə edəcəyini və müsabiqədən uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib.

    Proqram çərçivəsində növbəti təlimlər 1-2 noyabr tarixlərində təşkil olunacaq.

    Xatırladaq ki, "İdeya Qazandı" televiziya müsabiqəsi Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti tərəfindən tərəfdaşları ilə birgə həyata keçirilən biznes formatlı ilk televiziya verilişidir.

    DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) 1998-ci ildən fəaliyyət göstərir və Azərbaycanın 45 regionunda 33000 üzvü əhatə edir. DVC Azərbaycanda gənc sahibkarlara dəstək və Biznes İnkubatorların yaradılması proqramı "Youth Inc"in müəllifidir. Proqramın inkişafı çərçivəsində təşkilat AmCham (Amerika-Azərbaycan ticarət palatası), JEUNE (Avropa Gənc Sahibkarlar Asosiasiyası) və NBİA (Milli Biznes-İnkubatorlar Asosiyasiyası) tam hüquqlu üzvü olub.

    Ceyhun Rasimoğlu
    1
  • Riqada gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin sərgisi açılıb
    31.10.2014 13:36
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14147476814519546649_600x400.JPG
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14147476814519546649_600x400.JPG
    Riqa, 31 oktyabr, AzərTAc

    Oktyabrın 30-da Latviyanın paytaxtındakı "Riqa birjası" Rəssamlıq Muzeyində gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin "Gecənin musiqisi" adlı sərgisi açılıb.

    Açılış mərasimində Latviyanın sabiq prezidenti Valdis Zatlers, mədəniyyət naziri Datse Melbarde, ölkənin görkəmli mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

    Tanınmış latviyalı sənətşünas Helena Demakova tədbirdə çıxış edərək bildirib ki, Məryəm Ələkbərli Avropa təbiətli rəssamdır. O, əsərlərini Avropa rəssamları üçün ənənəvi olan janrlarda yaradır. Eyni zamanda, onun əsərlərində Şərq incəsənətinin çalarları da var. Latviyalı sənətşünas hesab edir ki, Məryəmin əsərlərinə çox güclü xəyal dünyası hakimdir. Bu gənc rəssam öz əsərlərində insanların duyğularını, mənzərələrin gözəlliyini, çiçəklərin təravətini çox bacarıqla canlandırır. H.Demakova deyib: "Başqa rəssamların min dəfələrlə çəkdiklərini gənc bir rəssamın necə yeni, orijinal və harmonik tərzdə çəkə bilməsini dərk etmək üçün Məryəmin əsərlərini almaq istərdim".

    Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycanın və Rusiyanın görkəmli rəssamı Tahir Salahov deyib ki, Məryəm Ələkbərliyə Tanrı qüdrətindən fitri istedad verilib. Ona görə də əsərlərini qeyri-adi ilhamla yaradır və bu əsərlərdə öz hislərini son dərəcə məharətlə canlandırır. Məryəm Ələkbərlinin əsərləri harmonikdir. Tahir Salahov deyib: "Bu gün onun yaradıcılığı yüksəlişdədir. Mən öz istedadı ilə insanları valeh edən Məryəmə minnətdaram".

    Berlin Rəssamlıq Akademiyasının professoru, alman sənətşünas İnqe Şmidte Məryəm Ələkbərli ilk tanışlığından söz açaraq deyib: "2010-cu ildə məndən xahiş etdilər ki, gənc Azərbaycan rəssamı Məryəm Ələkbərli üçün kataloqun yaradılmasına kömək edim. Kataloq üçün seçilmiş şəkillər məni cəlb etdi və razılaşdım. Sonra onun əsərlərini İstanbulda gördüm. Özümə sual verdim: görəsən, onun yaradıcılığına bu dərəcədə təsir edən nə olub? Rəssamın Fransada təhsil aldığını biləndən sonra hesab edirəm ki, Məryəmin əsərlərinə Matis, Qoqen, Sezan kimi böyük rəssamların yaradıcılığı təsir göstərib. Bugünkü sərgidə Məryəm Ələkbərlinin dəst-xəttinin çox dəyişdiyini görmək olar. O, yeni səviyyəyə çıxıb". Bənzərsiz tablolarına görə Azərbaycan rəssamına təşəkkür edən alman sənətşünas deyib: "Biz Məryəmin hansı istiqamətdə inkişaf edəcəyini bilmirik. O, sərgidən-sərgiyə püxtələşir".

    Çıxışlardan sonra tanınmış pianoçu, Azərbaycanın Əməkdar Artisti Murad Hüseynovun konserti olub.

    Məryəm Ələkbərlinin anası, Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bugünkü tədbirin reallaşması üçün qəlbinin hərarətini əsirgəməyən hər kəsə təşəkkürünü bildirib. O, qonaqları sərgiyə baxmağa dəvət edib.

    Ekspozisiyada istedadlı gənc rəssamın "Madam Julyetin portreti", "Zamanın dörd rəngi (göy, yaşıl, qırmızı, bənövşəyi)", "Məryəm və göyərçin", "Muncuqla avtoportret", "Pinqvinlər və ay" və digər əsərləri nümayiş etdirilir.

    Qonaqlara rus, latış, ingilis və fransız dillərində çap olunmuş "Gecənin musiqisi" kataloqu təqdim olunub.

    "Riqa birjası" muzeyində sərgi noyabrın 9-dək davam edəcək.

    Nigar Cəfərli

    2
  • Azərbaycanlı teleaparıcı: "Qadınlardan zəhləm gedir"
    31.10.2014 13:35
    http://img.milli.az/n/clickable/204433/0f/1/305981.jpg
    http://img.milli.az/n/clickable/204433/0f/1/305981.jpg
    ATV-nin aparıcısı Mətanət Əliverdiyeva qadınlarla rəfiqəlik etmir

    Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə "Gündəlik" verilişində danışıb:

    "Qadınlardan zəhləm gedir. Heç bir xanım məndən inciməsin. Amma bu ifadəni əksəriyyətinə şamil edirəm. Adamın üzünə başqa cür olub, dost deyirlər.

    Arxada nə işlər görürlər... Ona görə də qadınları sevmirəm".

    2
  • Arda Turandan etiraz: "Haqsızlıqdır"
    31.10.2014 13:34
    http://img.milli.az/n/elnur/01/7/arda_turan_0002.jpg
    http://img.milli.az/n/elnur/01/7/arda_turan_0002.jpg
    "Atletiko"nun futbolçusu Arda Turan İspaniya Peşəkar Futbol Liqası tərəfindən cəmi bir mükafat almalarına münasibət bildirib.

    Milli.Az qol.az-a istinadən xəbər verir ki, türk yarımmüdafiəçi komandanın cəmi bir mükafatın (Dieqo Simeone üçün verilən ötən mövsümün ən yaxşı baş məşqçisi mükafatı - red.) verilməsinin haqsızlıq olduğunu deyib. O bildirib ki, Ronalduya verilən mükafatdan başqa, bütün mükafatlara "Atletiko"nun futbolçuları layiq görülməli idi:

    ""Atletiko" 18 illik fasilədən sonra ötən mövsüm İspaniya çempionu oldu. Ancaq komandanın sabiq qapıçısı, bütün çempionatı yüksək səviyyədə keçirən Tibo Kurtuaya belə mükafat verilmədi. Ronalduya verilən mükafatdan başqa, bütün mükafatlara bizim oyunçular layiq idi. Cəmi bir mükafat almağımıza inana bilmirik".

    2
  • (R) DəmirBank-ın "VISA Gold və Platinum kartları müştərilərə pul gətirir" aksiyası davam edir
    31.10.2014 13:34
    http://lent.az/photo/demirbank.jpg
    http://lent.az/photo/demirbank.jpg
    DəmirBank-ın 2014-cü ilin avqust ayından etibarən VISA Gold və VİSA Platinum kart sahibləri üçün tətbiq etdiyi xərclənmiş vəsaitlərin bir hissəsinin geri ödənişi (Cashback) aksiyası davam edir.

    Bu aksiya DəmirBank-ın VISA Gold və VİSA Platinum kart sahibləri üçün keçirdiyi 3-cü aksiyadır. Aksiyanın ilk mərhələləri 2012-ci və 2013-cü illərdə həyata keçirilmişdir.

    Aksiyanın şərtlərinə əsasən, kart sahiblərinin Azərbaycanda və dünyanın istənilən ölkəsində bu kartlar vasitəsilə apardığı nağdsız ödənişlərin müəyyən hissəsi kart hesabına geri qayıdır (Cashback / geri ödəmə xidməti). VISA Gold sahibləri nağdsız dövriyyələrinin 0,7%-ni, VISA Platinum sahibləri isə 1,5%-ni qazanırlar. Aksiya üzrə hesablaşmalar hər ay həyata keçirilir və kart sahibi bu barədə SMS-bildiriş alır. Bu aksiya nağd pul əməliyyatlarına və kartdan karta pul (Card-to-Card) köçürmələrinə şamil olunmur.

    DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətlərini, billpay.demirbank.az səhifəsində kart vasitəsilə kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və s. xidmətləri təqdim edir. DəmirBank-ın kart sahibləri "İl Boyu Endirimlər" proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) kartlar təqdim edir.
    2
  • Tehran radiosunun elektron variantında Gənclər siyasəti üzrə qlobal forum haqqında xəbər yerləşdirilib
    31.10.2014 13:30
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Tehran, 31 oktyabr, AzərTAc

    Tehran radiosunun elektron variantında Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forum haqqında xəbər yerləşdirilib. Xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılış mərasimindəki nitqinə xüsusi yer verilib.

    Qeyd olunur ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmasının, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyini bildirib. "Biz görürük ki, bəzi hallarda qətnamələr bir neçə gün ərzində yerinə yetirilir. Bizimlə bağlı qətnamələr isə 20 ildən artıqdır ki, hələ də kağız üzərində qalır" - Prezidentin bu sözləri də xəbərdə əksini tapıb.

    Xəbərin sonunda vurğulanır ki, Azərbaycanın dövlət başçısı ermənilər tərəfindən işğal olunmuş ərazilərin azad ediləcəyinə əmindir və bu istiqamətdə inamlı siyasət aparır.

    Rabil Kətanov

    2
  • Seyfdən 1 milyon manat oğurlayanlar- MƏHKƏMƏ QARŞISINDA
    31.10.2014 13:29
    http://news.lent.az/upload/images/news/2013/august/21/big/1aa4d23a314fa8a8c3072d887bffce7e.jpg
    http://news.lent.az/upload/images/news/2013/august/21/big/1aa4d23a314fa8a8c3072d887bffce7e.jpg
    Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətdən bir milyon matdan çox pul oğurlamaqda təqsirli bilinən Ramil İmaməliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə Ramil İmaməliyev təqsirləndirilən şəxs qismində ifadə verib. O, törətdiyi oğurluq əməlini etiraf edib. Daha sonra şahidlərin ifadəsi dinlənilib.

    Məhkəmə iclası günün ikinci yarısında şahidlərin dindirilməsi ilə davam etdiriləcək.

    Qeyd edək ki, Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev əvvəllər çalışdığı "Karat MMC"-də işdən çıxdıqdan sonra oğurluq etmək fikrinə düşüb. O, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub. Ramil İmaməliyev ofisdəki seyfin qapısını sındıraraq 1 milyon manat pulu idman çantasına doldurub və aradan çıxıb.

    Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev isə pulun bir hissəsini özü ilə götürərək "İnfiniti" markalı 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb. O, saxlanılarkən maşının yük yerindən 5 min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.

    Ramil İmaməliyev istintaqa ifadəsində bildirib ki, oğurladığı pulların demək olar ki, yarısını bir qrup şəxs hədə qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də saxlayıb.

    Araşdırmalarla müəyyən edilib ki, Ramil İmaməliyevin son zamanlar bahalı avtomobil sürməsi və varlanması onu tanıyan Aqil Şəmiyev və dostlarını şübhələndirib. Onlar Ramili izləyərək Bakı şəhərində yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib zorla avtomobilə oturdublar. Ramil İmaməliyevin ifadəsinə görə, onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək 450 min manat pul tələb ediblər.

    Ramil İmaməliyev onu girov saxlayan şəxslərin əlindən yaxa qurtarmaq üçün anası Ceyran İmaməliyevaya zəng edərək evdəki puldan 400 min manatı göndərməyi tapşırıb. Ceyran İmaməliyeva isə pulu sayaraq kiçik oğlu Ramizə verib və qardaşının dediyi yerə göndərib.

    Ramil İmaməliyevdən 400 min manat alındıqdan sonra o, buraxılıb. Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat istintaq tədbirləri zamanı pulun 20 min manatını Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatını isə Ruslan Əliyevdən aşkar edilərək maddi sübut kimi götürülüb. Eləcə də İmaməliyevlərin evində axtarış aparılarkən hissələrə ayrılaraq müxtəlif yerlərdə gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb.

    Ramil İmaməliyev daha sonra etiraf edib ki, qardaşı tutulmazdan bir neçə gün əvvəl ona və anasına zəng edərək oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramil İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin üstündə qazaraq basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190800 manat pulu taparaq istintaqa təhvil verib.

    Onu da qeyd edək ki, Aqil Şəmiyev, Zamiq Xasıyev, Röyal Qədirov və Ruslan Əliyevin barəsində cinayət işi ayrıca icraatda aparılıb. Adıçəkilən şəxslər Ramil İmaməliyevin cinayət işi üzrə isə şahid qismində dindiriliblər.
    2
  • İsrail-İsveç gərginliyi
    31.10.2014 13:29
    http://anspress.com/images/photos/75517.jpg
    http://anspress.com/images/photos/75517.jpg
    İsveç hökumətinin Fələstini dövlət kimi tanımasına etiraz əlaməti olaraq İsrail Stokholmdakı səfirini geri çağırmaq barədə qərar qəbul edib.

    ANS PRESS-in məlumatına görə, bu barədə RİA "Novosti" agentliyi xəbər yayıb.

    İsrailin xarici işlər naziri İsrail Aviqdor Liberman İsveçin bu qərarını tənqid edərək, Yaxın Şərq siyasətinin çox mürəkkəb olduğunu söyləyib.

    Xatırladaq ki, İsveçin yeni hökuməti oktyabrın 30-da Fələstin dövlətini tanıyıb. Bununla da, İsveç Avropa İttifaqı üzv dövlətləri arasında Fələstin dövlətini rəsmi tanıyan ilk dövlət olub.

    Ümumiyyətlə, Fələstin dövləti 1988-ci il noyabrın 15-də Fələstin Milli Şurasının növbədənkənar sessiyasında Əlcəzairdə elan edilib. Fələstin dövləti BMT Baş Məclisində 2012-ci ildə de-fakto bəyənilib. Fələstini dövlət kimi 26 il ərzində 134 ölkə tanıyıb. Ancaq əvvəllər onların arasında Avropa İttifaqına üzv olan ölkə olmayıb. Hazırda Fələstinin bir çox Avropa dövlətlərində diplomatik missiyası var.
    4
  • `İmkan verin işləyək` - Birgə Qrup toplandı
    31.10.2014 13:29
    http://azvision.az/photos/10744513_726541250773169_1125131918_n.jpg
    http://azvision.az/photos/10744513_726541250773169_1125131918_n.jpg
    Bu gün İnsan Hüquqları üzrə Birgə Qrupun iclası keçirilib. AzVision.az xəbər verir ki, qrupun rəhbəri Sahib Məmmədov işçi qrupun fəaliyyətinin bərpa olunmasından və yeniliklərdən danışıb: "Hesab edirdik ki, İşçi Qrupun yaranması basqılarla müşayiət olunacaq. İşçi qrupun tərkibindəki hüquq müdafiəçilərinə əlavələr olunub. Mirvari Qəhrəmanlı və Əliməmməd Nuriyev qrupa qoşulub.

    Gözlənildiydiyi kimi qrupun ilk iclasından sonra ictimaiyyət müzakirılər aşdı. Bunun yaxşı olmayan tərəfi isə buna qarşı aqressiv münasibətdir. Kimlərəsə siyahının başında bəzəkli adamalar lazımdır, bəzəkli adamların siyahıdan kənarda olmasını məqsədəuyğun saymırlar".

    S.Məmmədov qeyd edib ki, qurumun 2005-ci il siyahı ləğv edilib: "Artıq hüquq müdafiçiləri bilir ki, kimi müdafiə etmək lazımdır. Amma biz heç vaxt həbs olunanlara siyasi məhus deməmişik".

    Qrupun nümayəndəsi Novella Cəfəroğlu qurumun fəaliyyətinə yönələn tənqidəri cavablandırıb. Bildirib ki, İşçi Qrupun üzvlərinin sırasına bəzilərinin daxil edilməməsinin tənqid olunmasını əsassızdır:

    "İntiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynovu cərgəmizdə görmək istəyərdik. Çalışacağıq ki, onlar azad olunsun və bizim sıralarımıza qoşulsun. Bizə 3 ay imkan versinlər addımlarımızı ataq, ondan sonra iradlar bildirsinlər. Bəlkə biz işləyə bilməyəcəyik?

    Siyahımıza xoşumuz gəlməyən adamalar belə salınıb, biz öz dostlarımızın əlbəttə ki, azad edilməsinə çalışacağıq. Onların hamısı dostlarımızı olub, çiyin-çiyinə çalışmışıq".

    Novella Cəfəroğlu həbsdə olanların İşçi Qrup əleyhinə ərizələr yazmağından da danışıb: "Həbsdəki adamları bizi müdafiə etməmək üçün ərizə yazmağa məcbur etmək əxlaqsızlıqdır. Biz onların yanına getmişik, baş çəkmişik. İşçi qrupu yaratmışıq ki nöqsanlar, insan haqlarının pozulmasının qarşısını alaq. O uşaqların hamısı həbsdən çıxmalıdır, icazə verin işləyək. Regionlarda kifayət qədər işçi qrupumuz var, çox partiyalardan güclüyük. İstəmirik qarşıdurma olsun, bəyan edirik ki, qapımız açıqdır, kim istəyir gəlsin işləyək".

    Fatimə Kərimli
    3
  • 70 yaşlı kişi həmkəndlisini güllələdi - Bərdədə
    31.10.2014 13:27
    http://cdn.qafqazinfo.az/61749.jpg
    http://cdn.qafqazinfo.az/61749.jpg
    Bərdə rayonunda güllələnmə hadiəsi baş verib.

    "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Dəymədağlı kəndində olub. 70 yaşlı kişi həmkəndlisinə ov tüfəngi ilə bir neçə dəfə atəş açıb. Güllə yarası alan kişi xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanaraq istintaqa cəlb edilib.

    İlkin ehtimala görə qısqanclıq zəmində baş verib.

    Anar Həşimov
    4
  • İsrail qəzeti Netanyahunu Prime;əl-QaidəPrime; silahlısı obrazında təsvir edib
    31.10.2014 13:26
    http://img.salamnews.org/96fd2539c557dfef56a77c7b86ab611a/thumb_netanyaxu_853.jpg
    http://img.salamnews.org/96fd2539c557dfef56a77c7b86ab611a/thumb_netanyaxu_853.jpg
    Bakı, 31 oktyabr, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. İsrailin ən qədim gündəlik qəzeti olan "Haaretz" ölkə baş naziri Binyamin Netanyahunun Prime;əl-QaidəPrime; terror təşkilatı silahlısı obrazında təsvir edildiyi karikaturasını dərc edib.

    SalamNews-un RİA Prime;NovostiPrime;yə istinadla verdiyi xəbərə görə, karikaturada B.Netanyahu 2001-ci il sentyabrın 11-də Prime;əl-QaidəPrime; silahlılarının silsiləvi terror aktları törətdikləri Ümumdünya ticarət mərkəzi binalarından biri istiqamətində təyyarədə uçan vəziyyətdə təsvir edilib.

    Prime;Karikaturanın mənası budur ki, Bibi (Netanyahu - red.) özündənrazı şəkildə və mənasız olaraq, Amerika ilə əlaqələri dağıdır və bizi miqyas etibarı ilə ABŞ-da törədilən 11 sentyabr terror aktı ilə oxşar faciəyə aparır.Prime;, - müəllif "Twitter"də öz işini belə şərh edib.

    Karikatura geniş ictimai rezonans doğurub. ABŞ-dakı yəhudilərə qarşı istənilən antisemitizm əlamətləri və təhqirlərə qarşı mübarizə üçü nəzərdə tutulmuş Antidiffamasion liqası təxribat xarakterli karikaturaya görə üzr istənilməsini tələb edib.

    Bildirək ki, karikatura Obama administrasiyasının yüksək vəzifəli məmurunun B.Netanyahunu Prime;qorxaqPrime; adlandırmasından sonra dərc edilib.

    Ağ ev nümayəndəsi Coş Ernest Prime;bu şərhlərin ABŞ-ın mövqeyinə uyğun olmadığını və ABŞ prezidentinin baxışlarını əks etdirmədiyini" bildirib.





    3
  • Xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulan keçmiş polis əməkdaşı həbs olunub
    31.10.2014 13:24
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda deputatlığa keçmiş namizəd həbs edilib.

    Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Osmanov Mehralı Məhəmməd oğlu Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

    M. Osmanov Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, M. Osmanov uzun illər polis orqanlarında çalışıb. Bir müddət əvvəl isə xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulub.

    M. Osmanov 2010-cu ildə keçirilən Parlament Seçkilərində 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd olub.
    5
  • Paris görüşünün əsas məqsədi...
    31.10.2014 13:23
    http://avrasiya.net/wp-content/uploads/vasif-231x300.jpg
    http://avrasiya.net/wp-content/uploads/vasif-231x300.jpg
    Vasif Əfəndi

    politoloq

    Olland-Əliyev-Sərkisyan görüşünün təfərrüatları rəsmən açıqlanmasa da bəzi KİV -lər həqiqətə uyğyun olmayan məlumatlar yaymaqla ucuz sensasiya qazanmağa çalışırlar. Paris görüşündən öncə prezidentlərin Soçi görüşünü Rusiya təşkil edərək bu münaqişəni öz nəzarətində saxlamaq niyyətini göstərdi. Rusiyanın bu münaqişənin tərəfi kimi danışıqların predmeti oması düzgün mövqedir. Çünki, Rusiyadan iqtisadi və siyasi asıllığı olan Ermənistan konfliktin həlli istiqamətində heç bir mövqe ortaya qoya bilməz.

    Rusiya tərəfi isə status-kvonun davam etməsində maraqlıdır. Paris görüşünün əsas məqsədi isə Qərbin bu konflikti qismən də olsa bir çərçivəyə salmaq cəhdidir. Azərbacan tərəfi neçə illərdir ki, münaqişənin sülh yolu ilə çözülməsi istiqamətində kifayət qədər konstuktiv mövqe nümayiş etdirərək "Böyük Sülh" müqaviləsinin bağlanmasında maraqlı olduğunu dəfələrlə sübut edib. Lakin Rusiya beynəlxalq qurumlarla birgə razılışadırılmış bütün sülh planlarını əngəlləməkdə davam edir. Qərbin son bir ildə Qarabağa göstərdiyi marağın kökündə duran əsas məqsəd Ermənistan tərəfini "Böyük Sülh" müqaviləsini imzalamağa inandırmaqdır. Lakin Qərbin bu təşəbbüsü o zaman mümkün olacaq ki, Ermənistan Rusiyanın müstəmləkəsindən qismən də olsa azad ola bilsin. Hazırda Ermənistan tərəfi sülh müqaviləsi bağlamağa hazır deyil.

    Rusiyada baş verən hadisələr, iqtisadi tənəzzül və siyasi böhran şəraiti bizi bir qədər də gözləmə mövqeyində dayanmağımıza əsas olmalıdır. Bu il qışın sonuna qədər rus rublunun 70 dollara qədər ucuzlaşacağı və neftin qiymtinin də təxminən 70 dollara düşəcəyi ehtimal olunur. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Azərbaycana zərər vurmamasından ötrü hesab edirəm ki, iqtisadiyyatımızı daha müstəqil təşkil olunmasında maraqlı olmalıyıq. O səbəbdən də heç bir şirnikləşdirici təkliflərə uymayaraq Putinin yaratdığı birliklərdən uzaq durmaq gərəkdir. Hesab edirəm ki, neftin ucuzlaşması Azərbaycana üçün heç də faciəli olmayacaq.

    Əvvəla ziyanın kompensasiyası qərb ölkələri tərəfindən ödənəcəyi və əvəzində digər imkanların açılacağı gözləniləndir. Hər halda son zamanlar qərbin Azərbaycan diqqəti kifayət qədər artıb. Bu səbəbdən də ölkəmizdə beynəlxalq tədbirlərin və böyük həcmli idman yarışlarının keçirilməsi gün -gündən artmaqda davam edir.
    3
  • Paris görüşünün əsas məqsədi...
    31.10.2014 13:23
    http://avrasiya.net/wp-content/uploads/vasif-231x300.jpg
    http://avrasiya.net/wp-content/uploads/vasif-231x300.jpg
    Vasif Əfəndi

    politoloq

    Olland-Əliyev-Sərkisyan görüşünün təfərrüatları rəsmən açıqlanmasa da bəzi KİV -lər həqiqətə uyğyun olmayan məlumatlar yaymaqla ucuz sensasiya qazanmağa çalışırlar. Paris görüşündən öncə prezidentlərin Soçi görüşünü Rusiya təşkil edərək bu münaqişəni öz nəzarətində saxlamaq niyyətini göstərdi. Rusiyanın bu münaqişənin tərəfi kimi danışıqların predmeti oması düzgün mövqedir. Çünki, Rusiyadan iqtisadi və siyasi asıllığı olan Ermənistan konfliktin həlli istiqamətində heç bir mövqe ortaya qoya bilməz.

    Rusiya tərəfi isə status-kvonun davam etməsində maraqlıdır. Paris görüşünün əsas məqsədi isə Qərbin bu konflikti qismən də olsa bir çərçivəyə salmaq cəhdidir. Azərbacan tərəfi neçə illərdir ki, münaqişənin sülh yolu ilə çözülməsi istiqamətində kifayət qədər konstuktiv mövqe nümayiş etdirərək "Böyük Sülh" müqaviləsinin bağlanmasında maraqlı olduğunu dəfələrlə sübut edib. Lakin Rusiya beynəlxalq qurumlarla birgə razılışadırılmış bütün sülh planlarını əngəlləməkdə davam edir. Qərbin son bir ildə Qarabağa göstərdiyi marağın kökündə duran əsas məqsəd Ermənistan tərəfini "Böyük Sülh" müqaviləsini imzalamağa inandırmaqdır. Lakin Qərbin bu təşəbbüsü o zaman mümkün olacaq ki, Ermənistan Rusiyanın müstəmləkəsindən qismən də olsa azad ola bilsin. Hazırda Ermənistan tərəfi sülh müqaviləsi bağlamağa hazır deyil.

    Rusiyada baş verən hadisələr, iqtisadi tənəzzül və siyasi böhran şəraiti bizi bir qədər də gözləmə mövqeyində dayanmağımıza əsas olmalıdır. Bu il qışın sonuna qədər rus rublunun 70 dollara qədər ucuzlaşacağı və neftin qiymtinin də təxminən 70 dollara düşəcəyi ehtimal olunur. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Azərbaycana zərər vurmamasından ötrü hesab edirəm ki, iqtisadiyyatımızı daha müstəqil təşkil olunmasında maraqlı olmalıyıq. O səbəbdən də heç bir şirnikləşdirici təkliflərə uymayaraq Putinin yaratdığı birliklərdən uzaq durmaq gərəkdir. Hesab edirəm ki, neftin ucuzlaşması Azərbaycana üçün heç də faciəli olmayacaq.

    Əvvəla ziyanın kompensasiyası qərb ölkələri tərəfindən ödənəcəyi və əvəzində digər imkanların açılacağı gözləniləndir. Hər halda son zamanlar qərbin Azərbaycan diqqəti kifayət qədər artıb. Bu səbəbdən də ölkəmizdə beynəlxalq tədbirlərin və böyük həcmli idman yarışlarının keçirilməsi gün -gündən artmaqda davam edir.
    4
  • Xədicə İsmayılın yersiz iradlarına tutarlı cavab
    31.10.2014 13:23
    http://azvision.az/photos/xedice-ismayil.jpg
    http://azvision.az/photos/xedice-ismayil.jpg
    İnsan Hüquqları üzrə Birgə Qrupun rəhbəri Sahib Məmmədov jurnalist Xədicə İsmayılın qurumun fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidlərə cavab verib.

    AzVision.az-ın məlumatına görə, S.Məmmədov bildirib ki, Avropanın bir neçə təşkilatı Azərbaycanla və regionla bağlı vəsaitlər udub:

    "Bunların adlarını da çəkə bilərəm, məsələn, Norveç İnsan Hüquqları evi və s. Onların burada partnyorları var. Çox böyük vəsaitlər gəlir. Yaxşı ki, onların bir qismi məhbusların ailələrinə gedir. Bunların başında duran adamlar var. Onlar bu proseslərdə maraqlı deyillər. Bunların koordinasiyası da Xədicə İsmayıla tapşırılıb. Vəziyyətin gərgin olmasında, həbslərin artmasənda maraqlı olan qüvvələr var. İşçi Qrupla bağlı da plan belə idi ki, çalışmaq lazımdır ki, qrupun yaradılması alınmasın, alınarsa onu içəridən idarə etmək üçün öz adamları bu qrupa nümayəndə olsun, bu da baş tutmazsa, onu gözdən salmaq kampaniyası aparılsın. Artıq 3-cü mərhələdədir. Bizə irad tuturlar, amma unudurlar ki, qurumda Norveç İnsan Hüquqları evinin 3 nümayəndəsi var. Bunlar daha nə istəyirlər?"

    S.Məmmədov Xədicə İsmayılın İşçi Qrupa daxil ola bilməməkdə onu təqsirli bilməsindən də danışıb: "Mən məlum bəyanatı axşamdan çap edib çantama qoymuşdum və Milli Məclisdəki iclasda onu oxumaq lazım oldu və oxudum. Buna əsasən iddia edir ki, hamı razı olub, sadəcə mən Xədicə İsmayılın qrupa daxil olmağına mane olmuşam. Əgər məni o qədər güclü hesab edirsə, onda qoysun mən İşçi Qrupda proseslərə müdaxilə etməyə davam edim".

    Novella Cəfəroğlu isə vurğulayıb ki, İşçi Qrupdakı 10 nəfərin hamısı Xədicə İsmayılın əleyhinə çıxış etdi: "Onun etimad göstərdiyi adamlar da onun əleyhinə oldu".

    Fatimə Kərimli
    3
  • `İcazə verin işləyək` - Birgə Qrup toplandı
    31.10.2014 13:21
    http://azvision.az/photos/10744513_726541250773169_1125131918_n.jpg
    http://azvision.az/photos/10744513_726541250773169_1125131918_n.jpg
    Bu gün İnsan Hüquqları üzrə Birgə Qrupun iclası keçirilib. AzVision.az xəbər verir ki, qrupun rəhbəri Sahib Məmmədov işçi qrupun fəaliyyətinin bərpa olunmasından və yeniliklərdən danışıb: "Hesab edirdik ki, İşçi Qrupun yaranması basqılarla müşayiət olunacaq. İşçi qrupun tərkibindəki hüquq müdafiəçilərinə əlavələr olunub. Mirvari Qəhrəmanlı və Əliməmməd Nuriyev qrupa qoşulub.

    Gözlənildiydiyi kimi qrupun ilk iclasından sonra ictimaiyyət müzakirılər aşdı. Bunun yaxşı olmayan tərəfi isə buna qarşı aqressiv münasibətdir. Kimlərəsə siyahının başında bəzəkli adamalar lazımdır, bəzəkli adamların siyahıdan kənarda olmasını məqsədəuyğun saymırlar".

    S.Məmmədov qeyd edib ki, qurumun 2005-ci il siyahı ləğv edilib: "Artıq hüquq müdafiçiləri bilir ki, kimi müdafiə etmək lazımdır. Amma biz heç vaxt həbs olunanlara siyasi məhus deməmişik".

    Qrupun nümayəndəsi Novella Cəfəroğlu qurumun fəaliyyətinə yönələn tənqidəri cavablandırıb. Bildirib ki, İşçi Qrupun üzvlərinin sırasına bəzilərinin daxil edilməməsinin tənqid olunmasını əsassızdır:

    "İntiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynovu cərgəmizdə görmək istəyərdik. Çalışacağıq ki, onlar azad olunsun və bizim sıralarımıza qoşulsun. Bizə 3 ay imkan versinlər addımlarımızı ataq, ondan sonra iradlar bildirsinlər. Bəlkə biz işləyə bilməyəcəyik?

    Siyahımıza xoşumuz gəlməyən adamalar belə salınıb, biz öz dostlarımızın əlbəttə ki, azad edilməsinə çalışacağıq. Onların hamısı dostlarımızı olub, çiyin-çiyinə çalışmışıq".

    Novella Cəfəroğlu həbsdə olanların İşçi Qrup əleyhinə ərizələr yazmağından da danışıb: "Həbsdəki adamları bizi müdafiə etməmək üçün ərizə yazmağa məcbur etmək əxlaqsızlıqdır. Biz onların yanına getmişik, baş çəkmişik. İşçi qrupu yaratmışıq ki nöqsanlar, insan haqlarının pozulmasının qarşısını alaq. O uşaqların hamısı həbsdən çıxmalıdır, icazə verin işləyək. Regionlarda kifayət qədər işçi qrupumuz var, çox partiyalardan güclüyük. İstəmirik qarşıdurma olsun, bəyan edirik ki, qapımız açıqdır, kim istəyir gəlsin işləyək".

    Fatimə Kərimli
    7
  • Topaz Premyer Liqası: Ən kiçik kimdir?
    31.10.2014 13:19
    http://img.milli.az/n/elnur/0c/8/topaz_pl.jpg
    http://img.milli.az/n/elnur/0c/8/topaz_pl.jpg
    Topaz Premyer Liqasının ilk 10 turunda meydana çıxan futbolçuların orta yaş həddi bəlli olub.

    Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş tutan qarşılaşmalarda 225 futbolçu meydana çıxıb.

    Onlardan biri - Junior Nildo iki komandada - "İnter" və "Xəzər Lənkəran"da forma geyinib. Ümumilikdə isə futbolçuların orta yaş həddi 25 yaş 8 ay 27 gündü.

    Çempionatın ən gənc komandası "Bakı"dır. 24 futbolçuya güvənən paytaxtın eyniadlı təmsilçisi kimi "Sumqayıt" və "Neftçi"də də bu rəqəm 25 yaşdan aşağıdır. Ən yaşlı komanda isə "İnter"dir. "Bankirlər" ən yaxın izləyicilərini ay hesabı ilə qabaqlayır.




    yer



    klub



    orta yaş



    Futbolçu sayı



    1



    "Bakı"



    24 yaş 3 ay 17 gün



    24



    2



    "Sumqayıt"



    24 yaş 11 ay 4 gün



    21



    3



    "Neftçi"



    24 yaş 11 ay 11 gün



    26



    4



    "Araz Naxçıvan"



    25 yaş 7 gün



    26



    5



    AZAL



    26 yaş 2 ay 15 gün



    21



    6



    "Simurq"



    26 yaş 3 ay 5 gün



    21



    7



    "Qəbələ"



    26 yaş 3 ay 20 gün



    21



    8



    "Qarabağ"



    26 yaş 4 ay 25 gün



    23



    9



    "Xəzər Lənkəran"



    26 yaş 7 ay 28 gün



    23



    10



    "İnter"



    26 yaş 9 ay 13 gün



    20





    Cəmi



    25 yaş 8 ay 27 gün



    225



    Çempionatın ən yaşlı siması isə "Xəzər Lənkəran"ın qapıçısı Cahangir Həsənzadədir - 35 yaş 2 ay 29 gün.

    "Sumqayıt"ın kapitanı Ruslan Poladov (34 yaş 11 ay 1 gün) ikinci, onun komanda yoldaşı Aleksandr Çertoqanov (34 yaş 8 ay 22 gün) üçüncüdür. "Bakı"nın gənc istedadı Mahir Mədətov isə Premyer Liqada hamıdan kiçikdir - 17 yaş 4 ay 1 gün.

    "Sumqayıt"lı Fərid Kərimzadə (17 yaş 6 ay 27 gün) və "Xəzər Lənkəran"lı Elnur Cəfərov da (17 yaş 7 ay 4 gün) ilk "üçlük"dədir. Ən gənc və yaşlının - Mahirlə Cahangir arasında 17 yaş 10 ay 27 gün fərq var. Bu isə ən gənc oyunçunun yaşından da çoxdur.

    5
  • Əlləri ilə basdırdığı qızını televizorda gördü - ŞOK OLAY
    31.10.2014 13:19
    http://news.lent.az/upload/images/news/2014/october/31/small/5283a1b2ccdb7acd86331bc9c21c4ef1.jpg
    http://news.lent.az/upload/images/news/2014/october/31/small/5283a1b2ccdb7acd86331bc9c21c4ef1.jpg
    Rusiyada baş verən ağlasığmaz hadisə ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, 47 yaşlı rus alim Anatoli Moskvin təxminən 150-yə yaxın uşaq meyitini qəbirdən çıxarıb və evinə apararaq mumyalayıb. 7 dil bilən və onlarla kitab, araşdırmalar müəllifi olan rus alimin bu hərəkətləri heç kimə məlum olmayıb. Maraqlıdır ki, o, 150 uşaq meyitini mumyaladıqdan sonra, qurbanların doğum günlərində xüsusi ad günü keçirib və əyinlərinə ən dəbdəbəli paltarlar geyindirib. Bu qurabalarından biri də azyaşlı Olqa Kardimova olub.

    Bildirilir ki, 2001-ci ildə 9 yaşında olarkən ölən Olqa da A.Moskvinin "sevimli"lərindən olub. Alimin əməlləri üzə çıxandan sonra qızının meyitinin aqibətindən xəbərdar olan O.Kardimovanın anası özündən gedib. Televizorda xəbərləri izləyən qadın 10 il öncə basdırdığı qızı efirdə 9 yaşında olduğu kimi görüb və şok yaşayıb.

    Məhkəmə qarşısına çıxarılan 47 yaşlı Anatoli Moskvin ruhi dispanserə göndərilib. Rus alimin şizofreniya xəstəliyinindən əziyyət çəkdiyi əsas gətirilib.
    5
  • Azərbaycan Türkiyəni İran aslılığından qurtardı
    31.10.2014 13:18
    http://avropa.info/new/fotobaza/orta/27486.jpg
    http://avropa.info/new/fotobaza/orta/27486.jpg
    İran və Türkiyə arasında cərəyan edən nəqliyyat böhranından "Xəzər keçişi" ilə çıxmaq olacaq. İki ölkə arasındakı tranzit qiyməti haqq-hesabından sonra İran türk yük maşınlarına yanacaq satmayacağını bildirib.

    Avropa.info xəbər verir ki, İranın bu qərarından sonra Türkiyə diqqətini Azərbaycan tərəf çevirib. 2015-ci ilin birinci yarısından etibarən Türkiyə Orta Asiya respublikalarına Azərbaycan üzərindən keçib gedəcək.

    Beynəlxalq Nəqliyyat Dərnəyinin sədri Fatih Şener bildirib ki, rəsmi danışıqlardan sonra İran üzərindəki tranzit tamamilə Azərbaycan və Türkmənistan üzərinə keçəcək.

    Şener: "Keçən həftə Azərbaycan tərəfi ilə görüşdük. Xəzər dənizi üzərində Orta Asiya respublikalarına getməklə bağlı marşrut müəyyən etdik. Bizim üçün dörd bərə ayırdılar. 2015-ci ildə İran üzərindən keçən bütün nəqliyyatı bura transfer edəcəyik. Qiymətlər baxımından da Azərbaycan İrandan daha sərfəlidir".

    Şener İranın benzin satmaq istəməsini dünyada analoqu olmayan qərar adlandırıb. Şener: "Əslində İranın verdiyi qərar bizə təsir etmir. Hətta işimizə də yarayır. İran bizə yanacaq satmadığı halda yük maşını depolarını möhürləyir. Bu halda biz yanacağı Türkmənistandan alırıq. İranda yanacağın litrinin qiyməti 18 sentdirsə, Türkmənistanda 1 litr yanacaq 0.14 sentdir".

    O, iranlıların Türkiyədə yanacaq qaçaqmalçılığı ilə məşğul olduğunu deyib. "İrandan çıxıb Tiflisə gedəcək yük maşını Tehran-Bakı-Tiflis marşurutu əvəzinə Türkiyə üzərində keçir. 1100 km əvəzinə 1790 km qət edir. İran yük maşınlarının uzun marşrut seçməsi Türkiyədə yanacaq alveri ilə məşğul olmasıdır. Tiflisə gedən yük maşını oradan litri 1 dollara yanacaq alıb yenidən gətrib Türkiyədə satır. Beləliklə bir şofer Tehrana qayıdanda 2 min dollar qazancı olur".

    Türk tərəfi İranın türk şoferlərinə Türkiyədəki qiymətlərlə yanacaq satma qərarını məntiqsiz sayıb. Şener: "İran şəhərlərindən toyuqlu plovun qiyməti də ucuzdur. Toyuqlu plovadamı qiymət fərqini ödəməliyik?"

    Ramil
    3
  • Qasid müflis oldu
    31.10.2014 13:18
    http://avropa.info/new/fotobaza/orta/2139.jpg
    http://avropa.info/new/fotobaza/orta/2139.jpg
    Qasid firması müflis olub və artıq qəzetlərin bu şəbəkə vasitəsi ilə pərakəndə satışı dayandırılıb. Bu barədə musavat.com-a "Yeni Müsavat" qəzetinin yayım direktoru Abbas İsmayılov məlumat verib. O, deyib ki, artıq 1 noyabrdan etibarən Qasid qəzet yayımı firması "Yeni Müsavat" qəzetini yayım üçün götürməyəcək: "Buna səbəb firmanın müflis olması və redaksiyalara satılan qəzet nüsxələrinə görə pul ödəyə bilməməsidir. Bizə rəsmən bildirdilər ki, yalnız abunələr üçün qəzet nüsxələri götürüləcək. Pərakəndə satış durdururlur". A. İsmayılov bildirir ki, baş verən hadisə "Yeni Müsavat" qəzeti üçün növbəti tiraj və maliyyə itkisidir: "Bu firmada böyük məbləğdə pulumuz qalıb. Üstəlik, yenidən tiraj itirdik. Qəzetlər üçün çox ağır bir dönəm davam edir. Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə çap mediasına aid KİV-lərin əksəriyyəti öz fəaliyyətlərini dayandıracaq ".

    Baş hadisə ilə bağlı Qasid firmasının da rəsmi mövqeyini dərc etməyə çalışacağıq.
    4
  • PKK ölüm siyahısını hazırladı
    31.10.2014 13:18
    http://avrasiya.net/wp-content/uploads/pkk-300x189.jpg
    http://avrasiya.net/wp-content/uploads/pkk-300x189.jpg
    PKK-ın Diyarbəkirdə yaşayan türk hərbçilərinə qarşı həyata keçirəcəyi sui-qəsd planı üzə çıxıb. 

    AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin "Bu gün" qəzeti yayıb.

    Məlumatda deyilir ki, siyahı terror təşkilatı PKK-nın gənc qanadı hesab edilənYDG-H tərəfindən hazırlanıb. 

    Qeyd edək ki, artıq Diyarbəkirdə 3 hərbçi elə küçənin ortasındaca qətlə yetirilib.
    3
  • Vəkili Anar Məmmədovun qətl sifarişindən danışdı - Eksklüziv
    31.10.2014 13:15
    http://axar.az/upload/axar.az1391673896img1542177.jpg
    http://axar.az/upload/axar.az1391673896img1542177.jpg
    Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun adı ilə bağlanan qətlin təfərrüatı ilə bağlı yaxın günlərdə mətbuata açıqlama veriləcək.

    Bu barədə Axar.az-a Anar Məmmədovun vəkili Ruslan Məmmədov Türkiyənin "Hürriyet" qəzetində Ziya Məmmədovun oğlunun ondan pul oğurlayan mühafizəçini öldürtməsini sifariş verməsi ilə bağlı yazılan yazıya münasibət bildirərkən dedi.

    R.Məmmədov yaxın günlərdə mətbuata geniş məlumat veriləcəyi üçün əlavə açıqlamaya indidən heç bir ehtiyac görçədiyini bildirdi:

    "yaxın günlərdə bununla bağlı ətraflı məlumat veriləcək. Həmçinin məsələ ilə əlaqədar lazım olan bütün hüquqi addım atılacaq".

    Qeyd edək ki, Türkiyənin "Hürriyet" qəzeti 2013-cü il mayın 14-də Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Türkiyədəki cangüdənləri arasında baş verən silahlı insident haqqında yenidən yazıb.

    2013-cü il mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verən bu qanlı hadisə Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının, eləcə də "Qarant Holdinq"in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Hadisə Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşlı ehtiyatda olan zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşlı Kubilay Göl arasında yaşanıb. Mübahisə nəticəsində Kubilay Göl İsmayıl Gənci silahla yaralayıb. Faktla bağlı cinayət işi açılıb və 2013-cü il dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb.

    "Hurriyet" qəzetinin yazdığına görə, Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, Anar Məmmədov onu çağıraraq İsmayıl Gənci öldürməsini istəyib. Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib.
    3
  • "Müğənni olmasaydım, "KamAZ" sürərdim"
    31.10.2014 13:14
    http://img.milli.az/n/clickable/204433/0d/2/elikram_bayramov_0044.jpg
    http://img.milli.az/n/clickable/204433/0d/2/elikram_bayramov_0044.jpg
    Müğənni Əlikram Bayramov əslində mühəndis olduğunu etiraf edib

    Milli.Az axşam.az-ın məlumatına görə, "Hər şey daxil" verilişində qonaq olan ifaçı ikinci sənətindən söz açıb:

    "Hər zaman müğənnilikdən pul qazana bilmərik. İlin neçə ayı toy olmur, gəlir götürmürük. Ailəni saxlamaq lazımdır. Bir dəfə mənə sual verdilər ki, müğənni olmasanız, hansı peşəni seçərdiniz?

    Dedim, müğənni olmasaydım, "KamAZ" sürərdim. Əsl kişi peşəsidir. Mən universitet bitirmişəm, mühəndisəm".

    6
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri