yuxarıya
Onlayn Ödəmə
Bakıda kirayə mənzil bazarında vəziyyət necədir?
17.09.2013 15:48
A A
Deyerler.org: Universitetlərin başlanması ilə Bakıda kirayə mənzil bazarında xüsusi canlanma müşahidə olunmaqdadır. Artıq rayonlardan Bakıya üz tutmuş tələbələrin böyük əksəriyyəti kirayə mənzil tapıblar. Düzdür bəzi tələbələr kirayə qalmaqdansa özünün yaxın qohumlarında qalmağa üstünlük verirlər. Bəs görəsən Bakıda hal-hazırda kirayə mənzil bazarında qiymətlər neçəyədir?

"Deyerler.org"un apardığı araşdırmalar nəticəsində məlub olub ki, şəhərdə universitetlər ətrafında və yaxud metrolara yaxın ərazilərdə ən ucuz ev 200 manatadır (1 otaq - 16-17 kv m.), bu qiymətə də ev tapmaq böyük müşkül məsələdir. Daha çox 1 otaqlı evlər 250 manatdan başlayır. Rayondan Bakıya üz tutmuş tələbələr bu bahalıqda ev tutmağın ən yaxşı yolunu bir neçə yaxın dostlar ilə evi kirayələməkdə görürlər. Hətta bəzi ev sahibləri tələbələr üçün 1 otaqlı mənzildə 3 və ya 4 tələbə qalmaq şərti ilə bir adamı 60, 70 manata da mənzillər təşkil edirlər. Kirayə mənzillər daha çox Yasamal və Səbail rayonları ərazilərində bahadır. Universitetlərin daha çox bu rayon ərazilərində olması bu ərazilərdə kirayə mənzil bazarına öz təsirini göstərir. Təbii ki, Universitetlər və metro ətrafından aralandıqca mənzillərin qiymətlərində də nisbətən ucuzlaşma müşahidə olunur.

Bəzən kirayə mənzil tapan tələbələr bir neçə ay orada yaşadıqdan sonra ev sahiblərinin kaprizləri baş qaldırır və onlar kirayə haqqını artırırlar. Bu kimi hallara son qoymaq üçün kirayə ev tutarkən müqavilə bağlamaq lazımdır.

Kirayə ev taparkən ən çox çətinlik çəkən isə oğlan tələbələr olur. Çünki hər ev sahibi evinə oğlan tələbələri götürməyə razı olmur. Səbəblərsə müxtəlifdir: mentalitet, oğlan uşaqlarının evi səliqəsiz saxlamaları və s.

Kirayə mənzil bazarında axtarışa çıxan kirayənişinlər 150-200 manata ev istəyirlər.Çünki rayonlardan, bölgələrdən üz tutan valideynlərin çox vaxt cibinə uyğun olan qiymətlər bunlar olur.

İndi kirayə evlərin qiymətinin kəllə-çarxa çıxması tələbə və valideynləri çıxılmaz yolda qoyub. Valideyn məcbur olur ki, boğazından kəsib baha da olsa, övladı üçün normal şəraitli bir ev tutsun. Bugünkü tələbələrin o qazancı, imkanı yoxdur ki, ayda 250-400 manat kirayəyə pul ödəsin.

Ümumilikdə isə metronun "Elmlər Akademiyası" stansiyası ətrafında 1 otaqlı mənzil 200-400 manat, "İçərişəhər" stansiyası ətrafında 300-500 manat, "28 may" stansiyası ətrafında 250-400 manat, "Gənclik" stansiyası ətrafında 250-350 manat, "N.Nərimanov" stansiyası ətrafında 250-450 manat, "Nizami" stansiyası ətrafında 250-400 manat, "Neftçilər" stansiyası ətrafında 200-300 manata 1 otaqlı mənzillər kirayələmək olar.

Əgər siz tələbəsiniz və hələ də ev kirayələməmisinizsə o zaman sizə tələsməyi məsləhət görərdik.

Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
181
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Daha bir təyyarə yoxa çıxdı
    24.07.2014 14:36
    Malaziyadan sonra Əlcəzairin "Air Algerie" hava yollarına məxsus təyyarə ilə əlaqə kəsilib."Qafqazinfo" xəbər verir ki, bu barədə "Algerie Press Service" məlumat yayıb. "Air Algerie" hava yollarının yaydığı açıqlamada bildirilir ki, sərnişin təyyarəsi Burkino Fasonun payta...
  • Bakıda tikilməkdə olan binada yanğın başlayıb
    25.07.2014 12:28
    Bakı. Hafiz Heydərov - APA. Bakıda tikilməkdə olan binada yanğın başlayıb.APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 31/5 ünvanında qeydə alınıb. Həmin ünvanda tikilməkdə olan binada baş verən yanğının söndürülməsinə Fövqəladə ...
  • Bakı Metropolitenində işləmək istəyənlər üçün gözəl imkan
    25.07.2014 12:28
    Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/"Bakı Metropoliteni" QSC-nin nəzdində yeni struktur - Tədris Mərkəzi yaradılacaq. Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.Onun sözlərnə görə, hazırda Bakı Metropolite...
  • Bayramda səfərə hazırlaşanlara xoş xəbər
    25.07.2014 11:43
    Ramazan bayramı ilə əlaqədar bölgələrə gedən qatarlara əlavə vaqonların qoşulmasına başlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən məlumat verilib.Bildirilib ki, bayramı ilə əlaqədar y...
  • Şəkidə ot tayasına çıxarkən yıxılaraq ağır xəsarət alan 73 yaşlı kişi 4 gün sonra xəstəxanada dünyasını dəyişib
    25.07.2014 09:53
    Şəki. Vüqar Heydərov - APA. Şəkidə 73 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Bideys kənd sakini, 1941-ci il təvəllüdlü Hidayət İsgəndər oğlu İsg..
  • Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub
    25.07.2014 07:06
    Bakı-APA. Bakı şəhəri, Yasamal rayonunda bu gecə doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndiril..
  • "Neftçi" növbəti mərhələdə
    25.07.2014 03:54
    Bakının "Neftçi" klubu 2014/15 mövsümündə ilk səfər matçına çıxıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Avropa Liqasına II təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayıb. Böyükağa Hacıyevin yetirmələri Sloveniyada "Koper"in qonağı o...
  • Riçard Morninqstar: "Azərbaycandan getdiyimə görə kədərlənirəm"
    24.07.2014 21:58
    Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədəki səlahiyyətlərinin başa çatması ilə əlaqədar etdiyi vida çıxışında bildirib.Səfir qeyd e...
  • Ayxan Məmmədov azadlığa buraxılıb
    24.07.2014 18:46
    Video qalmaqalının iştirakçısı olmuş mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov azadlığa buraxılıb. Məlumatı "Teleqraf.com" saytı yayıb.Məlumata görə, iyulun 23-də Bakı Apellyasiya Məhkəməsində Ayxan Məmmədovun şikayətinə baxılıb.Hakim Həsən Əhmədovun sədr...
  • BQXK Kəlbəcərdə öldürülən azərbaycanlının şəkillərini ailəsinə göstərib
    24.07.2014 16:28
    Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlkin İzzət/Ermənsitan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə öldürülən Azərbaycan vətəndaşının cəsədinin şəkilləri ailəsinə göstərilib.Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İcti...
XƏBƏR LENTİ
  • İranda müctəhidlər "Qüds günü" aksiyalarında iştirak ediblər
    25.07.2014 14:03
    http://interaztv.com/sites/default/files/mohsen qaemi (7 of 10)_420x250.jpg
    http://interaztv.com/sites/default/files/mohsen qaemi (7 of 10)_420x250.jpg
    İranın müxtəlif şəhərlərində Beynəlxalq "Qüds günü" ilə əlaqədar keçirilən aksiya və nümayişlərdə İslam dünyasının müctəhidləri və İran hökumətinin rəsmiləri də iştirak ediblər.

    İnterAz-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, müctəhidlərdən Ayətullah Nuri Həmədani, Məkarim Şirazi də nümayişlərə qatılıblar.

    İran rəsmilərindən isə ölkə prezidenti Həsən Ruhani, məhkəmə hakimiyyətinin sədri Ayətullah Amili Laricani, ölkə ordusu baş qərargah komandanı, Məsləhət Şurasının rəhbəri Haşimi Rəfsəncani və sair rəsmilər iştirak ediblər.

    Qeyd edək ki, beynəlxalq "Qüds günü" Fələstin, Livan, Küveyt, Rusiya, Türkiyə və digər müsəlman və dünya ölkələrində keçirilməkdədir.
    0
  • Daha bir britaniyalı deputatdan Azərbaycana dəstək
    25.07.2014 14:00
    http://525.az/img/pics/large/24255_kbqfu9mc7p.png
    http://525.az/img/pics/large/24255_kbqfu9mc7p.png
    Böyük Britaniyanın Tamvörs vilayətindən millət vəkilliyinə seçilmiş Kristofer Pinçer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında "Many Happy Returns" (MHR) adlı təbliğat kampaniyasına qoşulduğunu bəyan edib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Böyük Britaniya Parlamenti İcmalar Palatasının Enerji və İqlim dəyişiklikləri Komitəsinin üzvü Kristofer Pinçer 2012-ci ildən bəri Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun sədridir.

    K. Pinçer Şəki və Qəbələ də daxil olmaqla Azərbaycandakı qaçqın və məcburi köçkünlərin yerləşdikləri düşərgələrdə olub. Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun 2014-cü ilin mayında Azərbaycana səfəri zamanı o, Azərbaycan jurnalistlərinə açıqlamasında bunları deyib: "Britaniyalı parlamentarilər məcburi köçkünlər üçün Şəkidə salınmış yeni qəsəbələrə baş çəkdik. Bu tikililər didərginlərin həyat şəraitinin yaxşılaşdırılmasında böyük rol oynayır. Biz Dağlıq Qarabağ münaqişəsindən və onun Azərbaycana göstərdiyi təsirdən xəbərdarıq. Biz bu münaqişənin həll olunması və məcburi köçkünlərin evlərinə qayıda bilmələri üçün Böyük Britaniya Parlamentində məsələ qaldıracağıq".

    AAC tərəfindən təşkil edilmiş MHR kampaniyasının başlığı "Many Happy Returns" deyə ingilis sayağı təbrik mesajının əsasında seçilib ki, bu eyni zamanda öz doğma yurd yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. Kampaniyanın İnternet səhifəsində www.manyhappyreturnsidp.com məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilib, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3-də yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib.

    MHR internet səhifəsi həm də öz istifadəçilərinə "Dünya Qaçqınlar Günü"nün əvəz edilib "Dünya Qaçqın və Məcburi köçkünlər günü" kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.
    0
  • "Bulla-dəniz" yatağındakı stasionar dəniz özülündə tikinti-quraşdırma işlərinə başlanılıb
    25.07.2014 13:58
    http://az.trend.az/article_photo/2008/05/13/Oil_rig_130508.jpg
    http://az.trend.az/article_photo/2008/05/13/Oil_rig_130508.jpg
    Azərbaycan, Bakı, 25 iyul /Trend/

    ARDNŞ-nin "Neftqaztikinti" trestində N.Nərimanov adına NQÇİ tərəfindən işlənilən "Bulla-dəniz" yatağında 4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 6 saylı stasionar dəniz özülünün tikinti-quraşdırma işlərinə başlanılıb.

    Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə "Zığ" istehsalat sahəsində 2 ədəd dayaq bloku, 1 ədəd aralıq seksiyası hazırlanıb. Qalan 8 ədəd dayaq bloku və 10 ədəd aralıq seksiyası "BOS Şelf" MMC-də hazırlanır.

    Dənizdə işlərə başlanılması cari ilin avqust ayına planlaşdırılıb. Stasionar dəniz platformasında bir-birinə piyada körpüsü ilə birləşəcək iki hissənin - istehsalat və yaşayış bloklarının tikintisi nəzərdə tutulur. Plana əsasən istehsalat hissəsi 3940 kvadratmetrlik sahəni əhatə edəcək. Burada üç tərəfdən minik və yanalma meydançalarının inşası üçün də işlər görülür.

    Ümumi sahəsi 750 kvadratmetr nəzərdə tutulan yaşayış hissəsi istehsalat sahəsi ilə hər birinin uzunluğu 47 metr olan 2 ədəd piyada körpüsü ilə birləşdiriləcək. Yaşayış bloku iki tərəfdən minik meydançaları ilə, habelə 42 yerlik xilasedici qayıqla təmin olunacaq.
    0
  • Ata və oğul
    25.07.2014 13:58
    http://www.azadinform.az/up/news/article/2014/iyul/25/ata.jpg
    http://www.azadinform.az/up/news/article/2014/iyul/25/ata.jpg
    Ata qəzet oxumaq istəyirmiş, amma balaca oğlu ona mane olur, zəhləsini tökürmüş. Nəhayət, ata bezir və qəzetin bir səhifəsini cırıb oğluna verir. Həmin səhifədə də dünyanın xəritəsi varmış. Ata həmin səhifəni bir neçə hissəyə bölür və oğluna verir.

    "İndi sən də nəyləsə məşğul ola bilərsən. Mən sənə dünya xəritəsini vermişəm, istəyirəm bilim k, sən xətritəni əvvəlki halına gətirə bilərsən ya yox." - ata deyir.

    Bunu deyib ata rahatlıqla mütaliəsinə davam edir. Düşünür ki,oğlunun başı cırıq xəritəni birləşdirməyə çalışacaq və o da rahat mütaliə edəcək. Amma 15 dəqiqə sonra uşaq əlində xəritə atanın yanına gəlir.

    "Anan sənə coğrafiyanı da öyrədib?" - təəccüblənmiş ata soruşur.

    "Mən heç bilmirəm coğrafiya nə deməkdir. Qəzet səhifəsinin o biri tərəfində insan şəkli vardı, mən o şəklinin hissələrini bitişdirib insanı "bərpa" etdim, baxıb gördüm ki, o biri tərəfdə olan dünyada da hər şey öz yerindədir" - uşaq cavab verir.

    Paulo Coelho

    Tərcümə etdi:

    Sevil Gültən
    4
  • Turist azərbaycanlılar - Hollandiya
    25.07.2014 13:58
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Yay tətili dünyanı gəzmək üçün də əla bir fürsətdir.

    İstirahətini daha yaddaqalan və əyləncəli keçirmək arzusunda olanlar, dünyanın məşhur turizm ölkələrində dincəlməyə üstünlük verirlər.

    Ölkədə və ya xaricdə - fərq etməz - harada dincəlirsiniz, dincəlin, əsas odur ki, istirahət zamanı çəkdirdiyiniz maraqlı şəkillərinizi bizimlə paylaşın!

    Gün.Az oxucuların yay istirahəti zamanı çəkdirdikləri maraqlı şəkilləri dərc etməyə hazırdır.

    Bunun üçün ad və soyadınızı, dincəldiyiniz ölkənin, şəhərin adını və orada çəkdirdiyiniz maraqlı şəkilləri editor@gun.az email ünvanına göndərə bilərsiniz.

    Maraqlı səfər şəkilləri sizdən, onları saytımızda paylaşmaq bizdən! Odur ki, tələsin! Layihədə bütün Gün.Az oxucuları iştirak edə bilərlər.

    Rubrikamızın növbəti iştirakçısı Gülər Mehdizadədir. Onun Hollandiyanın paytaxtı Amsterdamda, şəhərə yaxın Marken, Volendam, Eden qəsəbələrində istirahətindən görüntüləri təqdim edirik:

    0
  • MMP-də növbəti təyinat
    25.07.2014 13:57
    http://avrasiya.net/wp-content/uploads/mmp-300x225.jpg
    http://avrasiya.net/wp-content/uploads/mmp-300x225.jpg
    Bu gün Müasir Müsavat Partiyası İdarə Heyətinin növbəti toplantısını keçirib. Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb. Gündəliyin partiyadaxili məsələlər bölümündə təşkilatlarda vəziyyət, təşkilatların gördüyü işlər haqqında Təşkilatı Məsələlər üzrə sədr müavini Fazil Yusubov məlumat verib. Görülən işlər və qərarlar müzakirə edilərək dəyərləndirilib, görüləcək işlərlə bağlı yenidən tapşırıqlar verilib. Bu günkü toplantıya qatılan MMP-nin üzvü, hazırda Moskvada yaşayan Muradov Zakir Baxış oğluna səlahiyyət və vəzifə verilməsi məsələsi müzakirə edilib. İllərdir Müasir Müsavat Partiyasının üzvü olan Muradov Zakir Baxış oğlunun MDB məkanında partiya üçün etdikləri dəyərləndirilib. Qərara alınıb ki, Zakir Muradova vəzifə və səlahiyyət verilsin ki, o partiyanı daha yaxşı təmsil etsin və işlər görsün. Qərar səsə qoyulub, səs çoxluğu ilə Muradov Zakir Baxış oğlu MMP-nin MDB üzrə müşaviri təyin edilib. Qeyd edək ki, Muradov Zakir Baxış oğlu 1978-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib bu günə qədər Moskva və Sank-Peterburq şəhərlərində müxtəlif vəzifələrdə çalışıb. Bundan sonra ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib. Ölkədaxili sabitliyin qorunması üçün partiya üzvlərinə xüsusi tapşırıq verilib. Sonda cari məsələlər müzakirə edilərək toplantı başa çatıb.
    1
  • Qadın busqalteri üçün kopça kəşf edən yazıçı
    25.07.2014 13:53
    http://www.olaylar.az/foto/xeberler/mark.jpg
    http://www.olaylar.az/foto/xeberler/mark.jpg
    mark

    Qadın busqalteri üçün kopça kəşf edən yazıçı

    Mənsur Cəfərov (OLAYLAR İA). Yazıçı Maya Anqlonun həm də şair, rəqqas, idmançı və müğənni olduğunu hamı bilirdi. Anqlonun 17 yaşında ikən fahişəlik etdiyini isə çox az adam bilir. O, uzun müddət fahişəxanada "çalışıb". Qardaşının bu işindən xəbər tutduğunu bildikdən sonra əl çəkib.

    Məşhur inglis yazıçısı Dikkensin qəribə istəkləri olub. O, yaza bilmədiyi vaxtlarda Londondakı Paris Morqunda meyidlər arasında istirahət edirmiş. Dikkens polislərlə Temza çayı sahillərində intihar edən insanların cəsədlərini axtarmağı da sevirdi. Yazıçı həmişə üzü Şimala doğru yatıb.

    Amerikalı yazıçı Mark Tven kariyerası ərzində şaxtaçı, jurnalist və gəmi kapitanı kimi çalışıb. Onun çox kiçik kəşfləri ilə yanaşı bir də böyük kəşfi olub. Tvenin ən böyük kəşfi bu gün də qadınların istifadə etdikləri busqalter kopçasıdır.

    Məşhur şotland yazıçısı Barri həm də peşəkar xokkeyçi olub. O, sonralar xokkey klubu da yaradıb. Barri oyunçuları peşəkarlığına görə yox, tamam başqa meyara görə seçirdi. Yalnız həyat yoldaşlarını sevən kişiləri klubuna götürən Barrinin komandasında məşhur yazıçı Artur Konan Doyl da olub.

    Ölümündən sonra məşhurlaşan Filip K.Dik isə əsərlərini özü yazmadığını iddia edirdi. 1974-cü ildə ağıl dişini çəkdirmək üçün xəstəxanaya gedən yazıçı həkimin ona ağrıkəsici iynə vurmasından qabaq beyninin yadplanetlilər tərəfindən ələ keçirildiyini açıqlayıb.

    Şekspir yazdıqlarından çox sələmdən pul qazanırdı.

    Edqar Alan Po isə ölənə qədər borclarını ödəyə bilməyib. Ponun bütün borcu işkiyə görə yığılmışdı.

    İtaətsizlik nəzəriyyəsinin banisi Anri Toreau nadir hallarda çimirdi. Saçlarını ümumiyyətlə daramırdı. Yamaqlı paltarlar geyinərdi. Toreau həm də üzümdən ilk çörəyi hazırlayan şəxsdir.

    Tolstoyun 13 uşağı vardı. 48 illik evlilikdən sonra evi tərk edib gedəndə Tolstoy "Mənim yaşımda olan hər insanın etdiklərini təkrarlayıram. Son günlərimi təkbaşıma və sükut içində keçirmək üçün dünyadan imtina edirəm" - deyə yazırdı. O, evdən gedəndə 82 yaşı vardı. Bir neçə gündən sonra onun cəsədini qatar stansiyasında tapırlar. O, donmuşdu.

    "Alesiya möcüzələr ölkəsində" kitabının müəllifi Levis Karoll həm də riyaziyyat dahisi idi. O, kitabxanalardan öz kitablarını rahat tapa bilməsi üçün əsərlərinin adını kitabın arxa üzünə çap etdirirdi. Ən sevdiyi minik vasitəsi isə özünün icad etdiyi velosiped idi.

    İrland yazıçı Oskar Uayld və amerikalı Heminquey uşaq vaxtı həmişə analarının təkidilə qız paltarları geyiniblər.

    Virciniya Vulf çox danışmağı sevirdi. O bir dəfə 48 saat dayandaman danışmışdı. Bütün əsərlərini isə rassam bacısının paltarından ilham alaraq yazıb.

    Frans Kafka ət yeməyi cinayət hesab edirdi.

    Aqata Kristi 1926-cə ildə 36 yaşında ikən yoxa çıxır. İnsanlar və polislər küçələrə tökülüşərək onu axtarmağa başlayırlar. 10 gündən sonra Aqatanı mehmanxanada saxta pasportla tapırlar. Ondan nə baş verdiyini soruşanda xatırlamadığını deyir. Həqiqətdə də bu hadisə hamıya sirr olaraq qalır.

    Ernest Heminquey özü haqqında tənqid yazan şəxsi ilk gördüyü vaxt qaldırıb yerə çırpıb. Olaylar.az
    1
  • E-mail göndərəndə ehtiyyatlı olun!
    25.07.2014 13:53
    http://www.xezerxeber.com/uploads/images/large/2014/07/25/15551821.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2014/07/25/15551821.jpg
    Göndərdikləri və ya yönləndirdikləri e-poçtlardan qiymətli və gizli qalması lazım olan məlumatları silməyə çalışanlar ucbatından firmaların bir çox əhəmiyyətli məlumatı, özləri də bilmədən üçüncü şəxslər ilə paylaşdığını bilirdinizmi? Bu qənaətə gəlinməsinin səbəbi isə, "Workshare"in sonuncu dəfə keçiridiyi sorğudur.
    2
  • Məşhur erməni saytına haker hücumu
    25.07.2014 13:52
    http://avropa.info/new/fotobaza/orta/24604.jpg
    http://avropa.info/new/fotobaza/orta/24604.jpg
    Ermənistanın məhşur saytlarından birinə haker hücumu olub.

    Avropa.info nun verdiyi xəbərə görə, sayta daxil olan zaman Rusiya Liberal Demokrat partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycan və ölkə Prezidenti haqda dediyi müsbət fikirlər yazılıb.

    Bundan əlavə sayta Azərbaycanın qüdrətini göstərən 2 video da yerləşdirilib.

    Xəyal Əzizov
    5
  • Donuz ferması ilə bağlı Şeyxə ŞİKAYƏT
    25.07.2014 13:52
    http://azvision.az/photos/seyx 24.jpg
    http://azvision.az/photos/seyx 24.jpg
    QMİ-dən AzVision.az-a verilən məlumata görə, şeyxə Xəzər rayonu Binə qəsəbəsindəki donuz fermasının yığışdırılması ilə bağlı şikayət edilib:

    "Biz Xəzər rayonu Binə qəsəbəsində "südçülük sovxozu" adlanan ərazidə yaşayırıq. Bizim şikayətimizə heç kim baxmır. Şikayətimiz ondan ibarətdir ki, yaşadığımız evlərimizin yanında donuz ferması yaradıblar.

    Bu mübarək ayda oruc tuturuq, amma dinimizdə haram edilən donuzun iyindən tutduğumuz oruc batil olur. Evdə qoxudan oturmaq mümkün deyil. Yayın istisindən oturmaq mumkun deyil.

    Sahibi kimdir, bilmirik. Biz bu üfunətdə yaşaya bilmirik. Gecə-gündüz iydən dayanmaq mümkün deyil. Belə getsə, körpələrimiz infeksion xəstəliklərə duçar olacaq. Xahiş edirik, müsəlmanlara haram olan bu donuz ferması barədə bir məsələ qaldırasınız".

    Fətva Şöbəsi bu şikayətin onların səlahiyyəti çərçivəsində olmadıqlarını bildirib: "Çətinliyinizi anlayışla qarşılayırıq. Lakin bu şikayətə baxmaq bizim səlahiyətlərimiz çərçivəsinə daxil deyil. Bunun üçün əlaqədar orqanlara öz şikayətinizi bildirin.

    Yeri gəlmişkən, donuzun iyindən oruc batil olmur. Allah oruc-ibadətlərinizi qəbul etsin".

    Sevinc İltifatqızı
    4
  • Vladimir Qroysman Ukraynanın müvəqqəti baş naziri təyin edilib
    25.07.2014 13:50
    http://img.salamnews.org/127bf4e3db3529bdfd373d02fa029e90/thumb_rada_761.jpg
    http://img.salamnews.org/127bf4e3db3529bdfd373d02fa029e90/thumb_rada_761.jpg
    Bakı, 25 iyul, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Ukrayna Nazirlər Kabinetinin qərarı ilə baş nazir vəzifəsinin icrası müvəqqəti olaraq Vladimir Qroysmana tapşırılıb.

    SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, hökumət saytında bildirilib ki, bu qərar Arseni Yaçenyukun istefa verməsi ilə bağlı qəbul edilib.





    5
  • Dağlıq Qarabağda istehsal olunan malların saxta etiketlərlə xarici ölkələrdə satışının qarşısını almaq üçün tədbirlər görülür
    25.07.2014 13:48
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Hikmət Hacıyev: "Azərbaycan diplomatlarına önləyici fəaliyyətin aparılması üçün təlimatlar verilir"

    Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni iqtisadi əməllərinin, eləcə də burada istehsal olunan məhsulların saxta etiketlərlə MDB ölkələri və Avropa Birliyi bazarında satılması hallarının qarşısının alınması üçün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən lazımi tədbirlər görülür.

    Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Haciyəv deyib.

    O bildirib ki, bu cür hallar müəyyən olunduğu təqdirdə, Azərbaycan diplomatlarına akkreditə olunduqları ölkələr və beynəlxalq təşkilatlar qarşısında məsələnin qaldırılması, eləcə də önləyici fəaliyyətin aparılması üçün təlimatlar verilir.

    "Təəssüflə qeyd etməliyik ki, beynəlxalq hüquq prinsiplərinə hörmət etməyən Ermənistan ÜTT çərçivəsində götürdüyü öhdəlikləri və ikitərəfli razılaşmaları kobudcasına pozur, malların mənşəyi haqqında saxta məlumat verərək, idxal edən dövləti və onun istehlakçılarını aldatmaqdan çəkinmir", - deyə o vurğulayıb.

    XİN rəsmisi onu da qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət, həmin ərazilərdə istehsal olunan məhsulların xarici ölkələrə ixracı, qondarma rejimlə bu və ya digər formada əməkdaşlığa yol verilməsi məsələsi Azərbaycanın digər ölkələrlə müştərək komissiyalarının iclaslarında mütəmadi şəkildə qaldırılır və bundan sonra bu istiqamətdə fəaliyyət davam etdiriləcək.
    5
  • Bakının Dərbənddəki əsas adamı vurulur
    25.07.2014 13:47
    http://axar.az/cdn/2014/july/25/1406277365.jpg
    http://axar.az/cdn/2014/july/25/1406277365.jpg
    "Hazırda Azərbaycanın Cənubi Dağıstanda varlığının əsas səbəbi Dərbəndin yubileyi ilə əlaqədar olaraq bura maliyyənin cəlb edilməsidir".

    Axar.az xəbər verir ki, rusiyalı ekspert Konstantin Kazenin bu gün "Reqnum" agentliyindəki şərhində bildirib. O, Dərbənddə etnik qarşıdurmanın qarsısını almağın vacib olduğunu deyib:

    "Dərbəndin azərbaycanlı rəhbərinin vəzifədən uzaqlaşdırılması məsələsi yenidən gündəmə gəlib. Bəs görəsən, Qurban Qurbanovun vəzifədən uzaqlaşması Dağıstan üçün nə vəd edir? Əvvəla, bütöv cənubi Dağıstanda Azərbaycan tərəfinin iştirak etdiyi layihələr ətrafında diddişmələr şiddətlənəcək. Hazırda Azərbaycan investisiyasının cənubi Dağıstana yönəlməsinin əsas səbəbi Dərbəndin yubileyi ilə bağlı maliyyə çağırışlarıdır. Qurbanovlar isə Bakının buradakı əsas nümayəndəsi kimi tanınır. Dərbənd şəhəri Dərbənd rayonunun tərkibinə daxil deyil. Amma Qurbanovlar ailəsinin dostluq biznesi sayəsində burada da təsiri çox böyükdür. Bu təsiri saxlamaqla və Bakı ilə olan kontaktları sayəsində Qurbanovlar yəqin ki, azərbaycanlıların Dərbənddə həyata keçirəcəkləri proyektlərin kuratorları rolunu üzərilərinə götürmüş olacaqlar. Həmçinin Qurbanov vəzifədən getdikdən sonra rayonda etnik problemlərin yaranmasının da qarşısını almaq lazımdır. Qurbanovların Bakıdakı dostları sayəsində Dağıstan ləzgilərinin Azərbaycana qarşı münasibəti pisləşib. Bu ləzgilər isə daha çox Azərbaycanın şimal rayonları ilə bağlı iddia irəli sürən şəxslərdir. Əgər ləzgilərdən kimsə Dərbənddə vəzifəyə gətirilməsə, bu, Dağıstan üçün yeni başağrısına çevriləcək. Azərbaycanlılarla ləzgilər arasında bölgülərin aparılması yalnız bölgənin xeyrinə ola bilər".

    Qeyd edək ki, Dağıstan Prezidenti Ramazan Abdullatipov bu həftə Dərbənd rayonunun rəhbəri Qurban Qurbanovun vəzifəsindən çıxarılacağını bildirmişdi.
    1
  • Qadın və kişi arasındakı 5 fərq
    25.07.2014 13:47
    http://www.olaylar.az/foto/xeberler/qadin ve kisi arasinada 5 ferq.jpg
    http://www.olaylar.az/foto/xeberler/qadin ve kisi arasinada 5 ferq.jpg
    Qadın və kişi arasında olan yaradılış fərqləri çox vaxt onların eyni məsələyə bir-biri ilə müqayisə edilməyəcək dərəcədə fərqli yanaşmalarına səbəb olur. Bu dəfəki məqalədə sizinlə qadın və kişi arasında olan bəzi fərqlər və bunların səbəbləri haqqında danışmaq istəyirik.

    Ünsiyyət fərqi

    Danılmaz faktdır ki, kişilərlə müqayisədə qadınlar danışmağa daha çox meyillidirlər. Buna görə də ünsiyyətin daha çox olduğu peşələrdə qadınar daha yaxşı nəticələr göstərir. Kişilər isə əksinə danışmağa daha az üstünlük verən, əsasən düşüncə, məntiq və fiziki zəhmət tələb edən işlərdə uğur qazanırlar. Məsələn : memarlıq,mühəndislik və s.

    Beyin quruluşu

    Kişilər beyinlərinin sol yarımkürəsini işlətməyə meyilli olduqları halda qadınlarda beyinin hər iki hissəsi eyni vaxtda işləyə bilir. Bu isə öz növbəsində kişilərin problemlərə daha praktik, qadınların isə daha duyğusal yanaşmasına gətirib çıxardır.

    Hissləri ifadə etmək

    Qadınlar bədən dilləri və üz ifadələri ilə duyğularını daha asan ifadə edirlər. Kişilər isə bu məsələdə qadınlar qədər bacarıqlı deyil. Buna görə də yeni tanış olan iki qadın maksimum yarım saat ərzində heç nə danışmadıqları halda bir-biriləri ilə münasibət qura bilirlər.

    Bacarıq

    Aparılan araşdırmalar belə deməyə əsas verir ki, qadınlar idrak testləri və duyğusal zəka testlərində daha bacarıqlıdırlar. Kişilər isə əsasən fiziki güc və riyazi biliklər tələb edən məsələlərdə daha bacarıqlıdırlar.

    Eşitmə

    Keçirilən araşdırmalar belə deməyə əsas verir ki, qadınlarda eşitmə qabiliyyəti kişilərə nisbətən daha yaxşı inkişaf edib. Onlar səs tonundakı kiçik dəyişiklikləri, o səs tonu ilə sizin ötürmək istədiyiniz mesajları daha rahat şəkildə anlayırlar. Buna görə də qadınlarla danışdığınız zaman daim səs tonunuza, istifadə etdiyiniz sözlərə xüsusi fikir verin.

    Yaddaş

    Bəzən qarşınızdakı qadın bir neçə il bundan əvvəl baş verən hansısa bir hadisəni bütün xırdalıqları ilə sizə danışa bilər. Bu zaman təccüblənməyinizə ehtiyac yoxdur. Çünki qadınların beyini elə formada qurulub ki, onlar şahidi və ya iştirakçıları olduqları əksər hadisələri uzun müddət xatırlayırlar. Həm də onlar incəliklərə qarşı daha həssas yanaşdıqlarından şahidi olduqları hadisələri bütün təfərrüatı ilə yadda saxlayırlar.
    2
  • : 1 məhəlləyə 28 bomba düşdü
    25.07.2014 13:46
    http://www.xezerxeber.com/uploads/images/large/2014/07/25/73109137.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2014/07/25/73109137.jpg
    "Media Town"a xəbər verir ki, görüntü 20 iyulda lentə alınıb.

    Qəzzanın Şucaiye məhəlləsində çəkilən görüntülərdə 70-dən artıq fələstinli öldürülüb.

    Dörd dəqiqə 17 saniyə davam edən videoda bir məhəlləyə 28 bomba düşür.

    Fələstinli insanların çarəsizliyi açıq-aşkar görünür.

    Görüntüləri çəkən fələstinli Muhammed Maşravi və Əhməd Alşiye isə qaranlıq sığınacağa girsələr də çəkilişi davam etdirirlər.
    3
  • McDonald`s-a ağır zərbə!
    25.07.2014 13:46
    http://img.milli.az/n/clickable/204433/03/1/284108.jpg
    http://img.milli.az/n/clickable/204433/03/1/284108.jpg
    Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi sahəsinə nəzarət və insan rifahı üzrə federal agentliyi (Rospotrebnadzor) McDonald`s hamburgerlərini qadağan etmək niyyətindədir.

    McDonald`s-ın istehsal etdiyi və satdığı çizburgerlər və royal çizburgerlər, file-o-fiş, çikkenburger, giləmeyvə əsaslı dondurmalar və südlü kokteyllərə də məhkəmə sanksiyaları tətbiq edilə bilər.

    Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Rospotrebnadzor artıq müvafiq sənədləri məhkəməyə təqdim edib.

    Qurumun məlumatına görə, McDonald`s məhsullarındakı yağ, zülal, karbohidrat və enerji dəyərləri qəbul edilmiş texnoloji normalardan və şirkətin paketlərinin üzərindəki göstəricilərdən kənardır.

    Rospotrebnadzor məhkəmədən tələb edir ki, həmin məhsulun istehsalı və satışı qadağan edilsin. Məsələ ilə bağlı ilkin məhkəmə dinləmələri avqust ayında keçiriləcək.

    Rospotrebnadzor-un əməkdaşları ötən il McDonald`s-ın Krasnodar şəhərindəki restoranında yoxlamalar aparıb. Hamburgerlərdə və qablarda bağırsaq çöpü bakteriyası aşkarlanıb. Restoranın yoxlanılan 20 əməkdaşından yeddisində qızılı stafilokokk bakteriyası üzə çıxıb. Sanitariya normalarını pozduğuna görə McDonald`s 300 min rubl məbləğində cərimə olunub.

    4
  • Ordudan separatçılara zərbə
    25.07.2014 13:46
    http://anspress.com/images/photos/69019.jpg
    http://anspress.com/images/photos/69019.jpg
    Ukrayna ordusu Luqansk vilayətində daha bir şəhəri separatçılardan azad edib. ANS PRESS-in məlumatına görə, bu barədə hərbi ekspert Dmitri Timçuk Facebook səhifəsində yazıb.

    Onun sözlərinə görə, Ukrayna ordusu Luqansk vilayətinin Lisiçansk şəhərini separatçılardan tamamilə təmizləyə bilib. Əməliyyatlar zamanı 100-dən çox sepratçının öldürüldüyü bildirilir.

    Son məlumatlara görə isə Donetsk vilayətində də ağır döyüşlər gedir. Döyüşlər əsasən Donetsk hava limanı ətrafında davam edir. Dinc sakinlər arasında da ölən və yaralananlar var.
    2
  • İsrail HƏMAS-la danışıqlar aparmayacaq
    25.07.2014 13:45
    http://azvision.az/photos/1017025159.jpg
    http://azvision.az/photos/1017025159.jpg
    AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Rusiya Federasiyasındakı səfiri Olqa Slov bildirib.

    "HƏMAS" terror təşkilatıdır, onunla danışqılar aparmaq mümkün deyil" -deyə, Slov bildirib.

    Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı "Sarsılmaz Qaya" adlı hərbi əməliyyatın keçildiyini elan edib. Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 730-a çatıb. İsrail ordusunun isə 27 əsgəri öldürülüb.

    Eldar Tanrıverdiyev
    1
  • Aktrisa erməni şairini bəhs edən filmdə oynayacaq
    25.07.2014 13:42
    http://img.sia.az/news/2014/siaphoto_422778.jpg
    http://img.sia.az/news/2014/siaphoto_422778.jpg
    Türkiyənin tanınmış aktrisası Tuba Böyüküstün "Küləyin xatirələri" adlı filmdə rol alacaq.SİA-nın verdiyi xəbərə görə, film müxalif erməni şairi Aramın həyatından bəhs edir. Ekran işində II Dünya müharibəsinin son günlərində ölkədən qaçmaq məcburiyyətində qalan şairin səfəri öz əksini tapır. Aktrisa artıq çəkilişlər üçün əri Onur Saylakla birgə Gürcüstana gedib. Hazırda çəkilişlər Batumidə davam edir. Filmin bir hissəsi Artvində çəkiləcək.

    Aktrisanın sözügedən filmə hazırlaşan zamanı lentə alınan fotolarını təqdim edirik:
    1
  • Əmək və Sosial Problemlər üzrə ETTM Litvanın Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək
    25.07.2014 13:41
    http://az.trend.az/article_photo/2014/07/25/litva_250714_01.jpg
    http://az.trend.az/article_photo/2014/07/25/litva_250714_01.jpg
    Azərbaycan, Bakı, 25 iyul /Trend/

    Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin (ETTM) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Mərkəzin xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsinə və qabaqcıl dünya təcrübəsini öyrənməsinə xüsusi önəm verilir.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə işlərin davamı olaraq, mərkəzin əməkdaşları Litvaya səfər ediblər. Burada nümayəndə heyəti Litvanın Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyət prinsipləri, idarəetmə strukturu, iş təcrübəsi ilə yaxından tanış olublar.

    Litva Sosial Tədqiqatlar Mərkəzinin direktoru (LSTM) Meylute Talyunayte, Mərkəzin Əmək və Sosial Tədqiqatlar İnstitutunun direktoru Boquslavus Qruşevski, qurumun Böyük Elmi Şurasının üzvləri ilə keçirilən görüşlərdə LSTM-in fəaliyyəti, onun əmək və sosial müdafiə sahəsində aparılan islahatlarda rolu və s. barədə ətraflı məlumatlar əldə edilib. Burada aparılan tədqiqat işləri, həyata keçirilən layihələrlə bağlı ətraflı təqdimatlar keçirilib və geniş müzakirələr aparılıb. Daha sonra LSTM-in tədris otaqları, konfrans və toplantı salonları, kitabxana ilə tanışlıq olub və mərkəzin şəhər kənarındakı təlim-tədris kampusunda səyyar seminar keçirilib.

    ƏƏSMN-in Əmək və Sosial Problemlər üzrə ETTM-nin fəaliyyət strukturunun təkmilləşdirilməsi məqsədilə LSTM-in təcrübəsindən istifadə edilməsinin məqsədəmüvafiq olduğu vurğulanıb və bu məqsədlə gələcəkdə iki mərkəz arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması qərara alınıb.
    1
  • QMİ suallara cavab verdi: estetik əməliyyatlar haramdırmı?
    25.07.2014 13:38
    http://img.milli.az/n/binalar/09/2/qmi.jpg
    http://img.milli.az/n/binalar/09/2/qmi.jpg
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsi vətəndaşlar tərəfindən QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış suallara cavab verib.

    QMİ-dən Trend-ə verilən məlumata görə, Fətva şöbəsi estetik (plastik) əməliyyat etdirməyin hansı hallarda düzgün, hansı hallarda yanlış olduğu, bunun günah olub-olmaması ilə maraqlanan vətəndaşa bildirib: "Estetik əməliyyatlar niyyətə bağlıdır. Əgər bu əməliyyat hər hansı bir fiziki qüsuru aradan qaldırmaq məqsədi ilə aparılsa, heç bir qadağası yoxdur".

    İmsaka vaxtında dura bilməyib, azan başlayandan bitənə qədər yemək yeyən vətəndaşın sualına cavab olaraq isə Fətva şöbəsi bildirib ki, bu vəziyyətə görə oruc batildir və mübarək Ramazan ayından sonra bir gün qəza tutulmalıdır.

    Digər halda isə qeyd edilib ki, oruc halda ağıza və boğaza su alıb qarqara etmək orucu batil etməz, lakin bunu etmək məsləhət görülmür.

    Qrip olub oruc tutan, lakin xəstəlik zamanı burnunun bir hissəsində yüngül qan olan vətəndaşa isə bildirilib ki, bu vəziyyətə əsasən, oruc düzgündür və batil deyil.

    Xəzər rayonu Binə qəsəbəsində "südçülük sovxozu" adlanan ərazidə yaşayan vətəndaş onların yaşadığı evlərinin yanında donuz fermasının yaradılmasından şikayət edib və deyib ki, donuz iyi və fermada üfunət sakinlərə pis təsir edir. Vətəndaş həmçinin qeyd edib: "Bu mübarək ayda oruc tuturuq, amma dinimizdə haram edilən donuzun iyindən tutduğumuz oruc batil olur".

    Bununla bağlı QMİ-nin Fətva şöbəsi cavab verib ki, bu şikayətə baxmaq onların səlahiyyətləri çərçivəsinə daxil deyil. Bunun üçün əlaqədar orqanlara şikayət edilməlidir. Orucun batil olmasına gəlincə, Fətva şöbəsi qeyd edib ki, donuzun iyindən oruc batil olmur.

    Azərbaycanda həddən ziyadə ifrat dərəcədə dəbdəbəli yas mərasimləri və onlarda yersiz xərc və ərzaqların sərf olunmasının qarşısını almaq üçün QMİ-nin fətva verməsini istəyən vətəndaşa isə belə cavab verilib: "Dəbdəbəli məclislər bizi də narahat edir. Lakin bu, insanların azadlığı ilə əlaqədar bir proses olduğu üçün yalnız qanun çərçivəsində həll oluna bilər. Bunun üçün isə Azərbaycan Respublikasının qanunvericiliyində hər hansı bir müddəa yoxdur".

    1
  • Allahşükür Paşazadə Binəqədi rayonunda inşa olunan məscidin tikintisi ilə tanış olub
    25.07.2014 13:38
    http://img.salamnews.org/96fd2539c557dfef56a77c7b86ab611a/thumb_41406207303_101.jpg
    http://img.salamnews.org/96fd2539c557dfef56a77c7b86ab611a/thumb_41406207303_101.jpg
    Bakı, 25 iyul, SalamNews, K.Orxan. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonun ərazisində inşa edilən məscidin tikinti işləri ilə tanış olublar.

    QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscid kompleks barədə məlumat verərək bildirib ki, yeni məsciddə dindarların rahat ibadət etməsi üçün hər cür şərait yaradılacaq. Məsciddə 95 metr hündürlükdə minarələr inşa edilir.

    Əli Əsədov din xadimləri, inşaat işlərini aparan mütəxəssislərlə məsləhətləşib, işlərin yüksək səviyyədə və vaxtında başa çatdırılması üçün müəyyən göstərişlərini verib.

    Allahşükür Paşazadə görülən işləri yüksək qiymətləndirib, təkliflərini verib və bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirib.





    1
  • Yəhudilər müsəlman əsirləri soyundurdular
    25.07.2014 13:37
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    İsrail ordusunun Qəzzadakı vuruşmalarda əsir aldığı fələstinlilərə qarşı davranışlarını göstərən fotolar yayılıb.

    Gün.Az-ın verdiyi xəbərə görə, fotolar İsraildəki Walla xəbər saytı tərəfindən yayımlanıb.

    Saytda yer alan fotolarda fələstinlilərin İsrail əsgərləri tərəfindən zorla yarıçılpaq və əlləri başlarının üstündə saxladıldığı görünür. Digər fotolarda isə İsrail əsgərlərinin fələstinliləri yarıçılpaq bir şəkildə qrup şəklində zorla hərəkət etdirdiyi lentə alınıb.

    İsrail hakimiyyəti Qəzzaya qədər girən əsgərlərinin 150 fələstinlini əsir aldığını, ancaq yarısının sərbəst buraxılaraq Qəzzaya geri göndərildiyini açıqlayıb.

    Qəzzada adi vətəndaşlara hücumları davam etdirən İsrail ordusu bu dəfə Birləşmiş Millətlərə aid bir məktəbi vurub. Hücumlardan qaçan vətəndaşların sığındığı məktəbdə təxminən 13 uşaq ölüb, 100-dən çox adam yaralanıb.

    Nərmin Rəhimova

    1
  • Lempard "Çelsi"dən ayrıldı
    25.07.2014 13:37
    http://az.trend.az/article_photo/2010/03/27/Frank_Lampard_270310.jpg
    http://az.trend.az/article_photo/2010/03/27/Frank_Lampard_270310.jpg
    Azərbaycan, Bakı, 25 iyul /Trend/

    Frank Lempard ABŞ-ın "Nyu York Siti" klubu ilə razılığa gəlib. Bu barədə Trend klubun saytına istinadən məlumat verir.

    ABŞ-ın MLS çempionatının növbəti mövsümünə 2015-ci ilin mart ayında start veriləcək. Çempionat başlayana kimi F.Lempard ikinci komandada - "Nyu York Melburn Siti" klubunda çıxış edəcək.

    Qeyd edək ki, 36 yaşlı ingilis futbolçu 2001-ci ildən "Çelsi" klubunun şərəfini qoruyur. Bu müddət ərzində o, İngiltərə çempionu (2005, 2006, 2010), İngiltərə kubokunun sahibi (2007, 2009, 2010, 2012), Futbol Liqası kubokunun qalibi (2005, 2007), həmçinin Çempionlar Liqası (2012) və Avropa Liqasının (2013) qalibi titullarını qazanıb.
    3
  • Köhnə pivə zavodundan tapılmış lənətli tablonun sirri
    25.07.2014 13:37
    http://www.olaylar.az/foto/xeberler/pive tablosu.jpg
    http://www.olaylar.az/foto/xeberler/pive tablosu.jpg
    "The Hands Resist Him" 1972-ci ildə amerikalı rəssam Bill Stounxen tərəfindən hazırlanmış rəsmin adıdır. Rəsmdə şəbəkəli pəncərə qarşısında oyuncaq oğlanla qızın görüntüsü təsvir olunub. Rəsm ən populyar əfsanədir. İddialara görə, ona çox baxanda adamda mənfi hisslər oyanır. Rəsmdə təsvir olunmuş işaqlar yuxu ilə dünya arasındakı vaxta rəhbərlik edən bələdçilərdir. Pəncərə isə dünya və arzular arasındakı səddir. Şəbəkədən çölə uzanan əllər yaşamaq mübarizəsidir. İlk dəfə "E-bay"da hərraca çıxarılan əsər aktyor Con Marli tərəfindən alınır. Lakin o çox yaşamır. Marlinin ölümündən sonra isə onu Cek Ualtz əldə edir. Lakin o bir gün sonra köhnə pivə zavodunun həyətindəki zibillikdən tapılır. Rəsmi tapan ailə onu evinə gətirir və qızlarının otağından asırlar. Tablonun otaqdan asılmasının ilk gecəsində valideynlər balaca qızın qışqırtısını eşidirlər. O, rəsmdəki qızla oğlanın biri-birilə dalaşdıqlarını deyir. Lakin ata və ana uşağın bu dediklərini o qədər də ciddiyə almırlar, tezliklə bunu yaddan çıxarırlar. Sonrakı gecə isə balaca qız rəsmdəki uşaqların otağının qapısı qarşısında dayandıqlarını iddia edir. Bundan sonra şübhələnən valideynlər otağa kamera yerləşdirirlər. Lakin kamera alışıb yanır. Onlar rəsmi "E-bay"a qaytarırlar.

    Uşaqların qarbasması Stallio meşəsində görünür

    Rəsm "E-bay"da 199 dollardan hərraca çıxarılır. İllionis şəhərininin kənarındakı kiçik qəsəbədə yaşayan Kim Smit onu 1025 dollara alır. Rəsmi otağından asan Smit hər gecə uşaqların orada hərəkət etdiyinin şahidi olur. O bu barədə tez-tez insanlara danışırdı. Rəsm haqqında əfsanələr böyüdükcə, Smit onun barəsində çoxlu məktublar almağa başlayır. Smitə yazılan məktublarda deyilirdi ki, Kaliforniyada cinayətlərin baş verdiyi Stallio meşəsi ətrafındakı təpələrdə rəsmdə təsvir edilmiş uşaqların qarabasmalarını görüblər: "Biz uşaqları gördük. Onlardan biri şort və digəri isə qısa don geyinmişdi. Oğlan balaca qızı nədənsə qoruyurdu. Oğlanın adı Tom, qızın adı isə Lauradır. Onlar tamamilə rəsmdəki uşaqlar idilər". Qorxuya düşən Smit də sonradan rəsmdən imtina edir. İddialara görə, həmin uşaqlar Stallio meşəsində cinayətkarlar tərəfindən öldürülüb. Real həyatda yaşamış Tom və Lauraya aid əsl rəsmin üzə çıxması ilə onların həqiqətən cinayətin qurbanları olduqları doğrulanır. Rəsmin müəllifi Bill Stounxen də həmin əsəri bu hadisədən təsirlənərək yaradıb. Bill rəsmin çəkilməsindən 1 il sonra ölüb. ("OLAYLAR" İA)
    1
  • Sığorta sahəsinə böyük ehtiyac var
    25.07.2014 13:37
    http://www.olaylar.az/foto/xeberler/ramil abdullayev.jpg
    http://www.olaylar.az/foto/xeberler/ramil abdullayev.jpg
    "Müasir dünyada sığorta sahəsinə böyük ehtiyac var. Əfsuslar olsun ki, bu gün Azərbaycanda sığorta mədəniyyətindən danışmaq bir az tezdir. Çünki sığorta sahəsi Azərbaycanda inkişaf dövrünü keçir". Belə bir açıqlama ilə çıxış edən "AtaSığorta" ASC-nin İdarə Heyətinin üzvü, Sığorta Xidmətləri Departamentinin direktoru, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcbari Sığorta komitəsinin üzvü Ramil Abdullayev deyib ki, 2012-ci ilə qədər bu anlayış, ümumiyyətlə, çox zəif idi: "2012-ci ildə Maliyyə Nazirliyinin tərkibində İcbari Sığorta Bürosu yarandı. Qeyd edim ki, "AtaSığorta" ASC İSB-nun həm təsisçisi həm də iştirakçısı kimi fəaliyyət göstərir. Həmin vaxtlar şirkət daxili böyük layihə çərçivəsində Azərbaycanın 52 rayonuna ezam olunmuşdum, orada qanunvericilikdə olan dəyişiklər ilə bağlı müxtəlif təlimlər aparırdım. Apardığım təlimlərdə iştirakçiların sayı 150-170 nəfərə çatırdı. Treninq saatları bitdikdən sonra təlim iştirakçılarının suallarını cavablandırarkən onların sığorta anlayışının nə dərəcədə zəif olduğunu gördüm. Təsəvvür edin, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını onlar Dövlət Yol Polisinə aid olan bir kağız kimi tanıyırdılar. Yəni düşünmürdülər ki, bu kağız onlar üçün nə dərəcədə xeyirlidir və onun sığorta təminatı üçüncü şəxslərin əmlaklarına vurulan zərərə görə 5 min manat həddində olduğuna inanmırdılar. Qeyd edim ki, 2012-ci ildə Maliyyə Nazirliyinin tərkibində İcbari Sığorta Bürosu yarandıqdan sonra bu sahədə xeyli dəyişikliklər oldu. Insanlar artıq nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının nə olduğunu bilirlər. Bu gün hər hansı yol nəqliyyat hadisəsi baş verəndə insanlar bir-birindən soraqlaşırlar ki, "sığortanız var, ya yoxdur". Düşünürəm ki, 5 ildən sonra Azərbaycan bazarında da sığorta mədəniyyətindən danışmaq mümkün olacaq. Ümumiyyətlə, ölkəmizdə sığorta sahəsində maarifləndirmə işləri çox zəif aparılır. Bunu biz Azərbaycan Sığorta Assosiasiyasının sədri ilə də İcbari Sığorta Komitəsinin iclaslarında müzakirə etmişik. Bu maarifləndirmə prosesi düşünürəm ki, 2 istiqamətdə aparlmalıdır; həm sığortaçılar, həm də dövlət tərəfindən. KİV-də heç olmasa 3-4 daha çox satılan sığorta növləri ilə bağlı maarifləndirmə işləri aparılsa, əhali üçün çox faydalı olar". Ramil Abdullayev Azərbaycan bazarında ən çox satılan sığorta məhsulları barədə də danışıb. Bildirib ki, bunlar nəqliyyat vasitələrinin sığortası, əmlak və tibbi sığortadı. Sonrakı yerləri isə həyat, məsuliyyət, fərdi qəza və səyahət sığortası tutur: "Onu da qeyd edim ki, həyat sığortasına artıq insanların marağı artmaqdadır. Hazırda mən şəxsən nəqliyyat vasitəsinin sığortası, tibbi sığorta və həyat sığortasından istifadə edirəm. Həyatımı da bu yaxınlarda sığortalatdırmışam. Onu da qeyd edim ki, həyat sığortası üçün əvvəllər daha çox şirkətlər öz içşilərini sığorta etdirirdilər. İndi isə insanlar fərdi qaydada da müraciət edib həyatlarını sığorta etdirirlər: "İnkişaf etmiş və etməkdə olan ölkələrə nəzər yetirsək, görərik ki, onlarda xeyli maraqlı sığorta növləri var. Mən Rusiyada olanda, orada yaşayan dostum xarici ölkəyə səfər etmək üçün sənədlərini səfirliyə təqdim etdi və bildirdi ki, səfirlik onun sənədlərindən imtina etsə, sığorta şirkətindən 2 min ABŞ dollarına qədər kompensasiya ala bilər. Onu da qeyd edim ki, AtaSığorta hər zaman olduğu kimi bu gün də çalışır ki, müştırilərimizə yeni sığorta növlərini təqdim etsin. Bu istiqamətdə müəyyən işlər aparılır. Düşünürəm ki, yaxın zamanlarda Azərbaycan sığorta bazarında olmayan bir neçə maraqlı sığorta növlərini müştərilərimizə təklif edəcəyik".

    F.Məhəmməd
    3
  • "Bəbirləri qoruyaq!" adlı II yay düşərgəsi uğurla başa çatıb
    25.07.2014 13:36
    http://az.trend.az/article_photo/2014/07/25/bebirleri_qoruyaq_250714_01.jpg
    http://az.trend.az/article_photo/2014/07/25/bebirleri_qoruyaq_250714_01.jpg
    Azərbaycan, Bakı, 25 iyul /Trend/

    IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində start verdiyi "Bəbirləri qoruyaq!" adlı II yay düşərgəsi uğurla başa çatıb.

    İB-dən Trend-ə verilən məlumata görə, 23-25 iyul tarixlərində Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Masallı rayonunda baş tutan düşərgədə Cəlilabad, Masallı və Yardımlı rayonlarından 30-dan çox məktəbli iştirak edib.

    "Bəbirləri qoruyaq!" adlı II yay düşərgəsində məktəblilər bu nadir canlı növünün məskunlaşdığı ərazilər, onların qorunması, insan və ətraf mühit kimi mövzuları əhatə edən təlimlərdə, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalarda iştirak edib, müxtəlif ekoloji tədqiqatlar aparıblar. Düşərgə ərzində zəngin biliklər əldə edən gənclərə sonda xatirə hədiyyələri də təqdim olunub.

    Xatırladaq ki, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il tarixlərində Lənkəran, Astara və Lerik rayonlarından olan 30-dan çox məktəblinin iştirakı ilə Masallı rayonunda təşkil olunmuşdu.

    Həyata keçirilən düşərgələrin məqsədi gənclərin məktəb yaşlarından ekoloji sahədə maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin, aktiv vətəndaş mövqeyinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirlərinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.

    Qeyd edək ki, hər iki yay düşərgəsi 7 may 2014-cü il tarixində IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan Qafqaz Biomüxtəlifliyi Sammitinin davamı olaraq həyata keçirilib.
    1
  • İnanılması çətin: ölümü aldatdılar, qorxmadılar
    25.07.2014 13:35
    http://img.milli.az/n/clickable/204433/00/e/284001.jpg
    http://img.milli.az/n/clickable/204433/00/e/284001.jpg
    Bu avtomobil qəzası unikal sayıla bilər. Yolda sürətlə hərəkət edərkən maşını sürücü saxlaya bilməyib və ağırtonnajlı yük avtomobili ilə toqquşub. Yük avtomobilindən düşən konteyner də minik avtomobilini əzib, sürücü ilə ön oturacaqdakı sərnişin konteynerin altında qalıblar.

    Onların olduqları maşın əzilərək cəmi 60 sm hündürlükdəki dəmir yığınına çevrilmişdi. Lakin sürücü ilə qadın sağ qalıblar.

    Milli.Az Xinhua-ya istinadən bildirir ki, unikal olay Çinin şərqindəki Şandun vilayətindəki Sindao şəhərində baş verib.

    Xurd-xəşil olmuş maşında qalmış sürücü və onun xanımını xilas etmək üçün hadisə yerinə gəlmiş polislə yanğınsöndürənlər maşını doğrayaraq onları çıxarıblar.

    Qadının bədənində göyərmələr və kəsiklər vardı. Şoka düşmüş qadında ağır xəsarət aşkarlanmayıb.

    Sürücü isə ağır vəziyyətdə olsa da, onun travmaları ölümcül deyildi.

    Yanğınsöndürmə xidmətinin mətbuat katibi Çi Tan deyib: "Bu əzilmiş maşında kiminsə sağ qaldığını düşünmürdük. Maşının üstünə düşmüş konteyneri qaldırmaq üçün 100 tonluq krandan istifadə etdik. Amma oradakı qadın və kişi sağ qalmışdılar. Heyrətamiz hadisədir".

    2
  • "Böyük görməmişliklərim olub"
    25.07.2014 13:35
    http://anspress.com/images/photos/69868.jpg
    http://anspress.com/images/photos/69868.jpg
    "Zamanında böyük görməmişliklərim olub". ANS PRESS-in məlumatına görə, bunu "Elele" jurnalına müsahibəsində tanınmış müğənni Demet Akalın deyib.

    Onun sözlərinə görə, həyat tərzini tənqid edənlər əslində onu qısqanırlar.

    Mən çox kiçik bir yerdən gəldim, düzdür böyük görməmişliklərim oldu. Amma bir anda kim bu qədər pul qazanmağa başlasa bunları edərdi. Mənim tənqid ediləcək yox, nümunə götürüləcək həyatım var. Cansel Özzenginlə gecələrdə 80 liraya çiçek satan iki qız idik".

    Müğənninin sözlərinə görə, nə qədər cəsarətli görünsə də əslində ürkək biridir. Bunu ona hətta həyat yoldaşı da deyir. "Məsələn, Okan mənə deyir ki, sənin kimi ürkək biri necə olur ki, on minlərin önündə mahnı oxuyur?. Hər halda bu modellik həyatına alt paltarları ilə başlamaqdan sonra oldu. Bəzən həyatda böyük risklər almaq lazımdır".

    D.Akalın xəyal belə edəməyəci həyat yaşadının fərqin də olduğunu deyir. "Ya keçmişdə böyük yaxşılıq etmişəm, ya da Allahın sevgili quluyam".
    5
  • Xanım Qafarova son vəsiyyəti nə olub?
    25.07.2014 13:35
    http://news.lent.az/upload/images/news/2014/july/25/small/d9f799fc55c7bdf6623ea49598df87f6.jpg
    http://news.lent.az/upload/images/news/2014/july/25/small/d9f799fc55c7bdf6623ea49598df87f6.jpg
    "Xalam öləndə vəsiyyət etdi ki, qızı bizimlə qalsın"

    Mərhum aktrisa, Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarovanın bacısı oğlu onun son vəsiyyətindən danışıb. Lent.az-a açıqlama verən mərhumun bacısı oğlu deyib ki, xalasının vəziyyəti qızı ilə bağlı olub: "Xalam öləndə vəsiyyət etdi ki, qızı bizimlə qalsın. Xanım xalam dünyasını dəyişən günü uşaq atası ilə getdi. Çünki istəmədik ki, o, anasının ölümünü görsün. Hazırda Gövhər anasının qaldığı şəraitsiz evdə yaşayır. Böyük ehtimalla o, atası ilə yox, elə daim bizimlə qalacaq. Münasibətləri normaldır. Həftə sonları atası ilə görüşür. Gövhər anasının ölümündən xəbərsizdir. Tez-tez soruşur: "anam haradadır? ", "anam gəlmir?". Biz də ölümünü gizlədirik. Deyirik ki, İsrailə müalicəyə gedib. Qayıdacaq".

    Mərhumun bacısı oğlu onu da əlavə edib ki, avqustun 19 da mərhum aktrisanın 40 mərasimi olacaq.

    Qeyd edək ki, mərhum X.Qafarova iyulun 11-də uzun sürən xərçəng xəstəliyindən sonra 47 yaşında dünyasını dəyişib. 1967-ci il mayın 9-da Bakıda anadan olan aktrisa 1991-ci ildə "Şirbalanın məhəbbəti", 1997-ci ildə "Kənddən gələn var", 2001-ci il "Yuxu", 2006-ci il "Adam ol" və 2011-ci ildə çəkilən "Qaynana" filmlərindəki rolları ilə yaddaşlarda iz qoyub.
    5
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri