Uels kilsəsi qadınlara yepiskop olmağa icazə verib

Uelsin Anqlikan kilsəsi qadınların yepiskop olmasına icazə verib.

Lent.az-ın BBC-yə istinadən məlumatına görə, kilsəni üç rəhbər orqanı - yepiskoplar palatası, ruhanilər palatası və mirianlar palatasının 3-də ikisinin səs verməsi nəticəsində qərar qəbul olunub.

1920-ci ildə İngiltərə Kilsəsindən ayrılmış Uels Kiləsinin bu yöndə ilk cəhdi 5 il öncə uğursuz olmuşdu. Onda yeni qanun tərəfdarlarının 3 səsi çatmamışdı.

Beləliklə, Britaniyadakı anqilkan kilsələrindən yalnız İngiltərədəki mərkəzi kilsə qadınların yepiskop olmasına icazə vermir.