yuxarıya
Onlayn Ödəmə
Universitetlər üzrə boş qalan ixtisaslar açıqlandı
06.09.2013 12:47
A A
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası universitetlər üzrə boş qalan ixtisasları açıqlayıb. Lent.az-ın məlumatına görə, TQDK-nın şöbə müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, əsasən ali məktəblərin ödənişli ixtisaslarında və o cümlədən özəl ali məktəblərdə plan yerləri boş qalıb. N. Əliyev qeyd edib ki, regional universitetlərin 4-cü qrup üzrə texnoloji ixtisaslarda müsabiqə şərtini ödəyən namizədlər yoxdur: "Artıq vakant yerlər elan olunub və müsabiqədən keçməyənlər üçün əlavə imkanlar yaradılıb. Bununla da ali təhsil müəssisələrinə 2013-2014-cü tədris ili üzrə qəbul başa çatıb".

TQDK-nın şöbə müdiri onu da vurğulayıb ki, 2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə 33 798 nəfər qəbul olub və ayrılmış müddət ərzində 32 701 nəfər (96,75%) qeydiyyatdan keçib.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11 ilik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyat müddəti də saat 17:00-da başa çatıb. Belə ki, bu il ali məktəblərin boş qalan plan yerlərinə 938 nəfər qəbul olmuşdu və ayrılan müddət ərzində onların 732 nəfəri (78%) qeydiyyatdan keçib. Tam orta təhsil bazasında (11 ilik) orta ixtisas təhsili müəssisələrinə isə 8243 nəfər qəbul olub. Onlardan 7248 nəfəri (87,93%) ayrılmış müddət ərzində daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Rusiya, Aİ və Ukrayna qaz danışıqlarına başlayır
    28.08.2015 08:20
    Rusiya, Aİ və Ukrayna arasında təbii qaza dair üçtərəfli danışıqlar sentyabrın 11-də Vyanada keçirilə bilərAvropa Komissiyası və Rusiya arasında təbii qaza dair sentyabrın 11-nə Vyanada planlaşdırılmış məsləhətləşmələrinə Ukrayna da qatıla bilər. APA-nın "TASS"a...
  • ÇL qrup mərhələsinin püşkü atıldı - SİYAHI
    27.08.2015 23:33
    Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşkdə 32 iştirakçı komanda 8 qrupda yerləşdiriliblər.Qitənin ən nüfuzlu klub turnirinin son qalibi "Barselona" E qrupunda yer alıb. Kataloniyalılar bu qrupda Almaniyanın vitse-..
  • Tanınmış jurnalist Mahal İsmayıloğlu vəfat edib
    28.08.2015 14:31
    Bakı. Cavid Zeynallı - APA. Jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.Bu barədə APA-ya M. İsmayıloğlunun qızı Ayan Sadıqlı məlumat verib. Onun sözlərinə görə, jurnalist dializ üçün bu gün Respublika Klinik Xəstəxanasına yerləşdirilib: "Səhər saatlarında xəst...
  • ADA Universitetində müəllimlər üçün yay akademiyası tipli təlim proqramı keçirilir
    28.08.2015 12:43
    Bakı, 28 avqust, SalamNews, A.Bayramova. Avqustun 24-28-də ADA Universitetində "Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası" adlı təlim proqramı keçirilir.SalamNews xəbər verir ki, Təhsil Nazirliyinin "SABAH Qrupları" layihəsinin dəstəyi ilə ADA Uni...
  • `Qəbələ` tarix yazdı -- Azərbaycan futbolunda ilk
    28.08.2015 10:29
    Avrokuboklarda ikinci mövsümünü keçirən "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.Bakıda "Panatinaikos"la 0:0 bərabərə qalan "Qəbələ" Yunanıstanda da rəqibinə uduzmayıb - 2:2. Bu nəticə ilə "Qəbələ" tarixində ilk dəfə qrup m...
  • Müdafiə naziri bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşüb
    27.08.2015 18:48
    Bakı. Ağa Cəfərli-APA. Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində yaxından iştirak edən bir qrup ictimaiyyət nümayəndəsi ilə g..
  • Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
    28.08.2015 17:34
    Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 28-də Antalyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Lent.az-ın Xarici İşlər Na...
  • Kvemo Kartli bölgəsinin qubernatoru: "Turqay Mikayılovu gətirmək üçün Ermənistana gedəcəyəm"
    28.08.2015 16:09
    Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın Faxralı kənd sakini olan azərbaycanlı Turqay Mikayılov artıq 35 gündür ki, Ermənistanda saxlanılır.Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili APA-nın Gürcüstan bürosuna deyib ki, Ermənistan tərəfi bu həftə Gürc..
  • Amerikalı gənc ailə evin mətbəxində gözlənilməz xəzinə aşkar ediblər
    28.08.2015 15:45
    Bakı, 28 avqust, SalamNews, C.Nəzərov. ABŞ-ın Finiks şəhərinin sakini olan ailə mətbəxdə aparılan kosmetik təmir zamanı maraqlı vəziyyətlə qarşılaşıblar.SalamNews xəbər verir ki, gənc cütlük pulları olmadığından yaşadıqları mənzildə özləri təmir işləri aparm...
  • DGK sədri Aydın Əliyev Yardımlıda vətəndaşlarla görüşüb
    28.08.2015 15:45
    Bakı, 28 avqust, SalamNews. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Yardımlı şəhərində Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinləri ilə görüşüb.DGK-nin Mətbuat Xidmətindən SalamNews-a verilən m..
XƏBƏR LENTİ
  • Möhsün Nağısoylu: "Hazırda Dilçilik İnstitutun direktoru kimi işimin başındayam"
    28.08.2015 17:39
    http://deyerler.org/uploads/thumbs/AB6YFAA.jpg
    http://deyerler.org/uploads/thumbs/AB6YFAA.jpg
    "Mən hazırda institutun direktoru vəzifəsində çalışıram və adi günlərdə olduğu kimi bu gün də iş başındayam".

     

    Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, bu il iyulun 24-də AMEA rəhbərliyinin sərəncamı ilə Nəsimi adına Dilçilik İnstitutunun direktoru təyin edilib və həmin tarixdən etibarən öhdəsinə düşən vəzifəni yerinə yetirməyə başlayıb: "Bu müddət ərzində ilk növbədə İnstitutun strukturu, şöbələrin planları ilə tanış olub, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə bağlı institut əməkdaşları ilə söhbət aparıb, müvafiq sənəd və materialları nəzərdən keçirmişik. Göstərilən müddətdən bu günə kimi bütün iş günlərində institutda olmuşam. Nəşr olunan "Türkologiya" jurnalının əməkdaşları, Qədim dillər və mədəniyyətlər, Terminologiya, Nəzəri dilçilik, Tətbiqi dilçilik şöbələrinin monitorinq qrupunun rəhbərliyi və elmi işçiləri ilə söhbətlər aparıb, indiyə kimi görülən işləri nəzərdən keçirərək gələcək planlar barədə danışmışıq. Konkret bu il ilk dəfə olaraq institutun magistraturasına daxil olan magistrantların təhsili ilə bağlı məsələləri müzakirə etmişik".

     

    M. Nağısoylu əlavə edib ki, hazırda məzuniyyət dövrü olmasına baxmayaraq, institutun elmi işlər üzrə direktor müavini və bir sıra əməkdaşları öz işlərini davam etdirirlər: "Hazırda institutun kollektivi payız mövsümünə hazırlıq işlərini davam etdirir və qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə qadirdir".

     

    Qeyd edək ki, Dilçilik İnstitutunun istefa verən direktoru, akademik Tofiq Hacıyev APA-ya açıqlamasında bildirmişdi ki, o, istefa barədə ərizəsini geri götürəndən sonra Möhsün Nağısoylu institutut rəhbərliyindən imtina edib.
    2
  • "Sinəmi açsam da, yaxşı insanam..."
    28.08.2015 17:38
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Məşhur müğənni Miley Cyrus Jimmy Kimmelin proqramına sinə dekolteli kostyumla qatılıb.

    "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcının "Az qala çılpaqsan, atan bu vəziyyətə nə deyir?"sualına Cyrus zarafatyana cavab verib:

    "Atam problem etmir. Əminəm ki, atam sinəmi açıq qoymağımı istəmir. Amma qapalı geyinən fahişədənsə, açıq-saçıq geyinən biri olmağıma üstünlük verir. Sinəmi açsam da, yaxşı insanam".

    Qeyd edək ki, Miley Cyrus amerikan aktyor Billy Ray Cyrusun qızıdır.

    Könül

    "Qafqazinfo"
    0
  • QMİ sədri Allahşükür Paşazadə Əl-Cəzirə Televiziyasının müşaviri ilə görüşüb
    28.08.2015 17:37
    http://img.salamnews.org/a980fca37896c5ebf2a37d2ea812c1f1/thumb_qmi_267.jpg
    http://img.salamnews.org/a980fca37896c5ebf2a37d2ea812c1f1/thumb_qmi_267.jpg
    Bakı, 28 avqust, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının müşaviri Fatima Alsmadi ilə görüşüb.

    QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Şeyxülislam Azərbaycanda İslam dininin yayılması, xalqımızın islam mədəniyyəti xəzinəsinə verdiyi töhfələr barədə, sovetlər dönəmində ateizm rejimi dövründə mənəvi sahədə yaşanmış çətinliklər, habelə müstəqil Azərbaycanda dini-mənəvi irsimizin dirçəldilməsi yönündə görülən işlər barədə geniş məlumat verib.

    Şeyxülislam Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayıb: "Ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısı yüksək olub. Məhz ümummilli liderimiz Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoydu. Məscid, kilsə və sinaqoqların böyuk qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblər arası müstəvidə ehtiramlı münasibət hökm sürür".

    QMİ sədri bildirib ki, bu səylərin sayəsində Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Şeyxülislam A.Paşazadə QMİ-nin fəaliyyətində dinlərarası dialoqun inkişaf etdirilməsinin prioritet istiqamət təşkil etdiyini qonaqın diqqətinə çatdırıb.

    Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı Fatima Alsmadi onu maraqlandıran sualları QMİ sədrinin ətraflı cavablandırmasından məmnunluğunu bildirib. Azərbaycana səfərindən əvvəl müxtəlif mənbələrin məlumatlarına istinad etdiyini diqqətə çatdıran qonaq, ölkəmizdə keçirdiyi görüşlər və apardığı müşahidələrindən aldığı xoş təəssüratları ilə bölüşüb.

    O, Azərbaycanda gerçək tolerantlıq mühitinin, dini irsə ehtiramın, multikultural həyat tərzinin həqiqətən böyük dəyər kəsb etdiyini xüsusi vurğulayıb. Şeyxülislam A. Paşazadənin həyatı və 35 illik fəaliyyətini əks etdirən kitab və albomları nəzərdən keçirən tədqiqatçı jurnalist QMİ sədrini böyük əməllər sahibi kimi səciyyələndirib. Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.





    0
  • Püşk atıldı: "Qarabağ" və "Qəbələ"nin rəqibləri bəllidir
    28.08.2015 17:35
    http://www.xezerxeber.com/uploads/images/large/2015/08/28/85783490.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2015/08/28/85783490.jpg
    Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

    Azərbaycan qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsində ilk dəfə olaraq iki klubla təmsil olunacaq. "Qəbələ" və "Qarabağ" püşk zamanı 4-cü səbətdə yer alıblar.Püşkdə iştirak edən 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünüb. Həmin 48 komandadan 22-i Avropa Liqasında pley-off mərhələsinin qalibi, 10-u isə Çempionlar Liqasının pley-offunda mübarizəni dayandıran klublar olub. Qalan 16 komanda isə qrup mərhələsinə birbaşa qatılıb.

    A qrupu:"Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç)

    B qrupu:"Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Syon" (İsveçrə)

    C qrupu:"Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya),"Qəbələ" (Azərbaycan)

    D qrupu:"Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtyulland" (Danimarka)

    E qrupu:"Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)

    F qrupu:"Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninhen" (Hollandiya)

    G qrupu:"Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyenn" (Fransa), "Rusenborq" (Norveç)

    H qrupu:"Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Rusiya), "Skenderbeu" (Albaniya)

    İ qrupu:"Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenseş" (Portuqaliya)

    J qrupu:"Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa),"Qarabağ" (Azərbaycan)

    K qrupu:"Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras" (Yunanıstan)

    L qrupu:"Atletik" (İspaniya), "Alkmaar" (Hollandiya), "Auqsburq" (Almaniya), "Partizan" (Serbiya)

    Matçların təqvimi:1 tur - 17 sentyabr, 2 tur - 1 oktyabr, 3 tur - 22 oktyabr, 4 tur - 5 noyabr, 5 tur - 26 noyabr, 6 tur - 10 dekabr.

    Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
    0
  • Vitali Kliçko "Solidarnost" bloku" partiyasına başçılıq edəcək
    28.08.2015 17:35
    http://www.xezerxeber.com/uploads/images/large/2015/08/28/94389466.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2015/08/28/94389466.jpg
    Kiyev şəhərinin meri Vitali Kliçko "Pyotr Poroşenkonun "Solidarnost" bloku" partiyasının (BPP) sədri vəzifəsinə təyin edilib.

    Müvafiq qərar bu gün "BPP" partiyasının qurultayında qəbul edilib.

    "BPP" partiyasının üzvləri Yuri Lutsenkonu partiyanın rəhbəri vəzifəsindən azad edib və V.Kliçkonu yeni sədr təyin ediblər.

    Vitali Kliçkonun bu vəzifəyə namizədliyini Ukrayna parlamentində "BPP" fraksiyasının rəhbəri Y.Lutsenko təklif edib.

    "BPP" "Solidarnost" partiyası bugünkü qurultayda Vitali Kliçko da daxil olmaqla "UDAR" partiyasının 19 üzvünü öz heyətinə qəbul etməyi qərara alıb.
    0
  • Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
    28.08.2015 17:34
    http://news.lent.az/upload/images/news/2015/august/28/small/b99789f3c329ac1850c9212347476eb2.jpg
    http://news.lent.az/upload/images/news/2015/august/28/small/b99789f3c329ac1850c9212347476eb2.jpg
    Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 28-də Antalyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Lent.az-ın Xarici İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

    Görüşdə terrorizmin bütün forma və təzahürləri, o cümlədən Türkiyədə son günlərdə törədilən terror aktları qəti şəkildə pislənib, terrorizmin qurbanı olan şəhidlərin ailələrinə başsağlığı verilib.

    Regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal dövriyəsinin artmasına xidmət edəcək Bakı-Tbilis-Qars dəmir yol xəttinin tezliklə fəaliyyətə başlayacağına münasibətdə məmnunluq ifadə olunub. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin ardınca TAP və TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyi diqqətə çatdırılıb.

    Bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən təlimin və ümumiyyətlə, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına və regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi deyilib.

    Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğu vurğulanıb.

    Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət qeyd edilib. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

    Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.
    0
  • "Qarabağ"ın oyunlarının TƏQVİMİ
    28.08.2015 17:34
    http://news.lent.az/upload/images/news/2015/august/28/small/5ea929e2db61b561ecaa6f462ebde732.jpg
    http://news.lent.az/upload/images/news/2015/august/28/small/5ea929e2db61b561ecaa6f462ebde732.jpg
    "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunların təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, J qrupunda yer alan təmsilçimiz ilk qarşılaşmada "Monako" ilə görüşəcək.

    Fransa təmsilçisi ilə görüş sentyabrın 17-də Monakoda baş tutacaq.

    Oktyabrın 1-də isə komandamız "Tottenhem"ı qəbul edəcək.

    Oktyabrın 22-də və noyabrın 5-də "Anderlext"lə ardıcıl iki dəfə qarşılaşacaq Qurban Qurbanovun yetirmələri noyabrın 26-da "Monako"nu Bakıda sınağa çəkəcək.

    Dekabrın 10-da baş tutacaq son turda "Qarabağ" "Tottenhem"lə səfər matçına çıxacaq.
    0
  • ​Qurban Qurbanov qrupdakı rəqiblərdən danışdı
    28.08.2015 17:34
    http://www.azxeber.com/files/jI0bA9wfVvjB.jpg
    http://www.azxeber.com/files/jI0bA9wfVvjB.jpg
    Püşkatmalar lotoreya kimidir. Qismətimizdə olan bu idi və buna da şükür edirik". Bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun baş məşqçisiQurban Qurbanovdeyib.

    Q.Qurbanov Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən bildirib ki, rəqiblərin hər biri güclü komandadır. Onun sözlərinə görə, bu cür komandaları Bakıda görmək Azərbaycan üçün maraqlı olacaq: "Çalışacağıq ki, nə qədər gücümüz var, azarkeşlərimizi sevindirək. Qismətimizdə budursa, durub hansısa komandanı istəmək düzgün çıxmaz. Heç onu etmərəm. Nə qədər potensialımızın olduğunu daha da yaxından öyrənirik".

    Təcrübəli mütəxəssis bildirib ki, püşkatmadan əvvəl hansısa komandalarla eyni qrupa düşmək haqda fikirləşməyib. Baş məşqçi Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Qəbələ" haqda da danışıb: "Qrupu normal qiymətləndirirəm və uğurlar arzu edirəm. "Qəbələ" güclü xarakterə malik bir komandadır. İnanıram ki, yaxşı oyunlarlaAzərbaycanı sevindirəcəklər. "Borussiya" ilə biz bir neçə il əvvəl oynamışıq. Ona görə də Roman Qriqorçuka mənim kömək etməyimə ehtiyac yoxdu. Futbolçular da dəyişib. Roman nəyi necə lazımdırsa, edəcək".

    Q.Qurbanov qeyd edib ki, ilk oyunun hansı komanda ilə harada keçirilməsinin əhəmiyyəti yoxdur: "Onsuz da hər biri ilə oynayacağı".

    Qeyd edək ki, Avropa Liqasının J qrupunda qərarlaşan "Qarabağ" İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klubları ilə mübarizə aparacaq.
    0
  • Seqveylə hərəkət edən operator Useyn Boltla toqquşub
    28.08.2015 17:30
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 28 avqust, SalamNews, C.Nəzərov. Useyn Bolt yüngül atletika üzrə 10 qat dünya çempionu olub.

    SalamNews xəbər verir ki, dünyanın ən sürətli insanı 200 metr məsafəyə qaçışda qalib gəlib. Qaçışdan sonra seqveylə hərəkətdə olan operator yamaykalı sprinterlə toqquşub.





    0
  • Duaların qəbul olunmasına mane olan 4 əməl
    28.08.2015 17:29
    http://deyerler.org/uploads/thumbs/CS7CY7F.jpg
    http://deyerler.org/uploads/thumbs/CS7CY7F.jpg
    Deyerler.org: Hədislərimiz bizə öyrədir ki, bəzi rəzil əməllər vardır ki, əgər ona düçar olsaq, dualarımızın qəbul olunmasına mane olacaqdır. Bu əməlləri tanıyaq:

    1. Haram tikə. Hər kim duasının qəbul olmasını istəyirsə, gərək qazancı halal yolla olsun və başqalarının haqqını halal malla əda etsin. Xüms və zəkat verməmək haram mal yeməyin təsirindəndir. Xüms yoxsul seyyidlərə və İmama (ə.f) aid olan maldır ki, onların tərəfindən istifadə olunmalıdır. O kəs ki, xüms vermir, həqiqətdə başqasının malını və haqqını əda etməmiş olur. Məsumlarımız (ə) halal qazanc əldə etməyi həmişə tövsiyə ediblər. Çünki haram mal insanın mənəvi inkişaf etməsinə mane olur və insana axirət əzabını hazırlayır. Həzrət Peyğəmbər (s) buyurur: "Haram yeyərək ibadət etmək qumun üzərində olan tikiliyə bənzəyir ki, tez xarab olar". Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "O kəs ki, haram tikə yeyər, 40 gecə namazı qəbul olmaz. Hər kim duasının qəbul olmasını istəyirsə, gərək yediklərini və qazancını pakizə etsin".

    2. Bəndələrə zülm etmək. İmam Sadiq (ə) buyurur: "Sizlərdən hər kim duasının qəbul olmasını istəyər, gərək qazancını, işini və ruzisini pakizə etsin və özünü öhdəsində olan məzlumların yükündən xilas etsin. O bəndənin duası ki, mədəsində haram olar, Allaha tərəf yuxarı qalxmaz".

    3. Günah. Günah - duaların qəbul olmasına mane olan ən böyük amildir. İmam Baqir (ə) buyurur: "Bəzən Allah bəndələrindən biri Allahdan hacət istəyər ki, qısa bir zamanda, ya uzun zamanda yerinə yetsin. Ancaq günah edər və Allah hacətini yerinə yetirən məmur mələyə buyurar: "Hələlik əlini saxla və bir müddət onu hacətindən məhrum et. Çünki o, Mənim qəzəbimi hazır etmiş və nəticədə Mənim tərəfimdən məhrum olmağa layiq olmuşdur"".

    4. Əmr-be-mərufu tərk etmək. Əmr-be-məruf - dini vacibatlardan biridir ki, əgər tərk olunarsa, duaların yerinə yetməsinə mane olar. Əmirəl-möminin (ə) vəsiyyətində buyurur: "Əmr-be-məruf və nəhy-əz-munkəri tərk etməyin. Əks halda şər insanlar sizə hakim olar. O zaman dua etsəniz, duanız yerinə yetməyəcəkdir". (Tebyan)

     

    0
  • Tələbələr Heydər Əliyev adına NEZ-də təcrübə keçiblər
    28.08.2015 17:29
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Avqust ayında M.Lоmоnosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakultəsinin 13 nəfər tələbəsi Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsi keçiblər. Socar-dan verilən məlumata görə, tələbələr təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılıb, daha sonra professor, kimya elmləri doktoru Boqdan Lazoryak və zavodun təcrübə rəhbərləri ilə birgə müəssisənin əsas texnoloji qurğularında istehsalat prosesləri ilə yaxından tanış olub, avtomatik idarəetmə sistemi və avadanlıqların iş prinsipləri haqqında məlumatlar əldə ediblər. Tələbələrin istehsalat təcrübəsinin yekunu olaraq zаvodda müəllim və mütəxəssislərin iştirakı ilə təqdimat keçirilib. Zavodun inkişaf tarixi və yaxın gələcəkdə texnoloji qurğuların yenidənqurması, modernizasiyası, eləcə də müasir qurğuların inşası haqda məlumat verilib.
    0
  • Masallıda 27 yaşlı oğlan intihar edib
    28.08.2015 17:28
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Masallı. Ağəddin Babayev - APA. Masallıda intihar hadisəsi baş verib.

    Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün rayonun Dəmirçilər kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Aqil Asif oğlu Abbasov əmisinə məxsus fərdi yaşayış evində özünü asaraq öldürüb. Hadisənin hansı səbəblərdən baş verdiyi hələlik bilinmir.

    Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
    0
  • Azərbaycan və Türkiyə xarici işlər nazirləri regiondakı durumu müzakirə ediblər
    28.08.2015 17:28
    http://cdn.trend.az/pictures/2015/02/25/trend_elmar_mammadyarov_cavushoglu_250215_5.jpg
    http://cdn.trend.az/pictures/2015/02/25/trend_elmar_mammadyarov_cavushoglu_250215_5.jpg
    Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Səba Ağayeva/

    Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Antalyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

    Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.

    Terrorizmin bütün forma və təzahürləri, o cümlədən Türkiyədə son günlərdə törədilən terror aktları qəti şəkildə pisləndi. Terrorizmin qurbanı olan şəhidlərin ailələrinə başsağlığı ifadə olundu.

    Regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal dövriyəsinin artmasına xidmət edəcək Bakı-Tbilis-Qars dəmir yol xəttinin tezliklə fəaliyyətə başlayacağına münasibətdə məmnunluq ifadə olundu.

    Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin ardınca TAP və TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyi diqqətə çatdırıldı.

    Bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən təlimin və ümumiyyətlə, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına və regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi deyildi.

    Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğu vurğulandı.

    Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulandı. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olundu.

    Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıldı.
    0
  • "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
    28.08.2015 17:27
    http://www.xezerxeber.com/uploads/images/large/2015/08/28/85783490.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2015/08/28/85783490.jpg
    Azərbaycan qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsində ilk dəfə olaraq iki klubla təmsil olunacaq. "Qəbələ" və "Qarabağ" püşk zamanı 4-cü səbətdə yer alıblar.Püşkdə iştirak edən 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünüb. Həmin 48 komandadan 22-i Avropa Liqasında pley-off mərhələsinin qalibi, 10-u isə Çempionlar Liqasının pley-offunda mübarizəni dayandıran klublar olub. Qalan 16 komanda isə qrup mərhələsinə birbaşa qatılıb.

    A qrupu:"Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç)

    B qrupu:"Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Syon" (İsveçrə)

    C qrupu:"Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya),"Qəbələ" (Azərbaycan)

    D qrupu:"Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtyulland" (Danimarka)

    E qrupu:"Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)

    F qrupu:"Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninhen" (Hollandiya)

    G qrupu:"Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyenn" (Fransa), "Rusenborq" (Norveç)

    H qrupu:"Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Rusiya), "Skenderbeu" (Albaniya)

    İ qrupu:"Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenseş" (Portuqaliya)

    J qrupu:"Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa),"Qarabağ" (Azərbaycan)

    K qrupu:"Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras" (Yunanıstan)

    L qrupu:"Atletik" (İspaniya), "Alkmaar" (Hollandiya), "Auqsburq" (Almaniya), "Partizan" (Serbiya)

    Matçların təqvimi:1 tur - 17 sentyabr, 2 tur - 1 oktyabr, 3 tur - 22 oktyabr, 4 tur - 5 noyabr, 5 tur - 26 noyabr, 6 tur - 10 dekabr.

    Azərbaycan qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsində ilk dəfə olaraq iki klubla təmsil olunacaq. "Qəbələ" və "Qarabağ" püşk zamanı 4-cü səbətdə yer alıblar.Püşkdə iştirak edən 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünüb. Həmin 48 komandadan 22-i Avropa Liqasında pley-off mərhələsinin qalibi, 10-u isə Çempionlar Liqasının pley-offunda mübarizəni dayandıran klublar olub. Qalan 16 komanda isə qrup mərhələsinə birbaşa qatılıb.

    A qrupu:"Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç)

    B qrupu:"Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Syon" (İsveçrə)

    C qrupu:"Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya),"Qəbələr" (Azərbaycan)

    D qrupu:"Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtyulland" (Danimarka)

    E qrupu:"Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)

    F qrupu:"Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninhen" (Hollandiya)

    G qrupu:"Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyenn" (Fransa), "Rusenborq" (Norveç)

    H qrupu:"Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Rusiya), "Skenderbeu" (Albaniya)

    İ qrupu:"Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenseş" (Portuqaliya)

    J qrupu:"Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa),"Qarabağ" (Azərbaycan)

    K qrupu:"Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras" (Yunanıstan)

    L qrupu:"Atletik" (İspaniya), "Alkmaar" (Hollandiya), "Auqsburq" (Almaniya), "Partizan" (Serbiya)

    Matçların təqvimi:1 tur - 17 sentyabr, 2 tur - 1 oktyabr, 3 tur - 22 oktyabr, 4 tur - 5 noyabr, 5 tur - 26 noyabr, 6 tur - 10 dekabr.
    1
  • Qurban Qurbanov : "Məğlub olsaq da..."
    28.08.2015 17:27
    http://news.lent.az/upload/images/news/2015/august/28/small/1ce21b836717ce6d3a88bd9c9265e8f3.jpg
    http://news.lent.az/upload/images/news/2015/august/28/small/1ce21b836717ce6d3a88bd9c9265e8f3.jpg
    "Bəxtimizin gətirmədiyini demək düzgün çıxmaz. İnşallah, yaxşı olar. Bu cür komandalara qarşı oynamaq bəlkə də hər hansı qələbədən daha üstündü". Bu sözləri apasport.az saytınaaçıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

    Ağdam klubu Avropa Liqasının qrup mərhələsində "Tottenhem", "Anderlext" və "Monako" ilə birgə J qrupunda çıxış edəcək.

    Püşkatmanı və komandasının şansını dəyərləndirən Qurbanov çətin qrupa düşdüklərini etiraf edib: "Hamısı böyük təcrübəyə malik, tanınmış komandalardı. Onların Bakıya gəlməsi həm azarkeşlərimiz, həm də ümumiyyətlə, Azərbaycan futbolu üçün xoş haldı. Düşünürəm ki, bu, futbolumuzun inkişafı üçün böyük təkandı. Hər məşqçi və futbolçu istər ki, belə komandalara qarşı oyunlar keçirsin. Şükür eləyirik. Qismətimiz budu".

    Qurbanov qrupdakı bütün rəqiblərlə sona qədər mübarizə aparacaqlarını qeyd edib: "Hədəf barədə düşünsək belə, doğrudan da, güclü komandalarla eyni qrupa düşmüşük. Ancaq heç birinə məğlub olmaq haqda düşünmürük. Məğlub olsaq da, yaxşı mübarizə apararaq məğlub olacağıq".
    2
  • CHP dərhal üzr istəməlidir - AKP Qadın təşkilatı
    28.08.2015 17:23
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 28 avqust, SalamNews, N.Ələkbər. Bu hücum yalnız Süməyyə Ərdoğanı, qadınları deyil, dövlətin başını, etibarını və təhlükəsizliyini hədəfə almışdır. Bu görə CHP dərhal üzr istəməlidir.

    SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu AKP Qadınlar təşkilatının sədri Əzizə Sibel Könül bəyan edib.

    "Prezident Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğana yönəlik iddialarla bağlı CHP ictimaiyyət qarşısında dərhal üzr istəməlidir. Prezidentimizi İŞİD-lə əlaqələndirmək üçün qurğu quraraq qızı üzərindən çirkin bir kampaniya icra edildi", - deyə o bildirib.





    3
  • "Azəriqaz" üç rayonunun qaz təchizatını məhdudlaşdırır
    28.08.2015 17:21
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Musa Əhmədov - APA-Economics. Avqustun 31-dən etibarən, iki gün müddətində "Qaz İxrac" İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin "Gədəbəy", "Zəyəm", "Çənlibel", "Alakol", "Qovlar" və "Dondarquşçu" qazpaylama stansiyalarında, eləcə də "Zəhmət", "Yastı Meşə", "Morul" və "Sarıtəpə" qaztənzimləyici məntəqələrində carı təmir işləri aparılacaq.

    SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir müddətində Gədəbəy rayonunun, Şəmkir rayounun Zəyəm, Çənlibel, Morul, Sarıtəpə, həmçinin Tovuz rayonunun Alakol, Qovlar, Dondarquşçu kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
    3
  • Dilçilik İnstitutunun direktoru: "İşimin başındayam"
    28.08.2015 17:20
    http://news.lent.az/upload/images/news/2015/august/28/small/e283fa19f791577bec8f5c10da99efda.jpg
    http://news.lent.az/upload/images/news/2015/august/28/small/e283fa19f791577bec8f5c10da99efda.jpg
    "Mən hazırda institutun direktoru vəzifəsində çalışıram və adi günlərdə olduğu kimi bu gün də iş başındayam".

    BunuAPA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, bu iliyulun 24-də AMEA rəhbərliyinin sərəncamı ilə Nəsimi adına Dilçilik İnstitutunun direktoru təyin edilib və həmin tarixdən etibarən öhdəsinə düşənvəzifəni yerinə yetirməyə başlayıb: "Bu müddət ərzində ilk növbədə İnstitutun strukturu, şöbələrin planları ilə tanış olub, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə bağlı institut əməkdaşları ilə söhbət aparıb, müvafiq sənəd və materialları nəzərdən keçirmişik. Göstərilən müddətdən bu günə kimi bütün iş günlərində institutda olmuşam. Nəşr olunan "Türkologiya" jurnalının əməkdaşları, Qədim dillər və mədəniyyətlər, Terminologiya, Nəzəri dilçilik, Tətbiqi dilçilik şöbələrinin monitorinq qrupunun rəhbərliyi və elmi işçiləri ilə söhbətlər aparıb, indiyə kimi görülən işləri nəzərdən keçirərək gələcək planlar barədə danışmışıq. Konkret bu il ilk dəfə olaraq institutun magistraturasına daxil olan magistrantların təhsili ilə bağlı məsələləri müzakirə etmişik".

    M. Nağısoylu əlavə edib ki, hazırda məzuniyyət dövrü olmasına baxmayaraq, institutun elmi işlər üzrə direktor müavini və bir sıra əməkdaşları öz işlərini davam etdirirlər: "Hazırda institutun kollektivi payız mövsümünə hazırlıq işlərini davam etdirir vəqarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə qadirdir".

    Qeyd edək ki, Dilçilik İnstitutunun istefa verəndirektoru, akademik Tofiq HacıyevAPA-ya açıqlamasında bildirmişdi ki, o, istefa barədə ərizəsini geri götürəndən sonra Möhsün Nağısoylu institutut rəhbərliyindən imtina edib.
    1
  • Azərbaycanlı qız öz bakirəliyinə 14 min dollar qiymət qoydu - TƏFƏRRÜATLAR
    28.08.2015 17:17
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMDgvMjgvMTcvMDkvMTkvMjU4L3pjMTIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM0UiXV0?sha=9d4c7245
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMDgvMjgvMTcvMDkvMTkvMjU4L3pjMTIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM0UiXV0?sha=9d4c7245
    Permdə (Rusiya) qəddarlığı ilə dəhşətə gətirən cinayətin törədilməsində günahkar bilinərək həbs olunan - Bereznikidə uşaqbazlıq ilə mübarizə aparan şəxs olub.

    Oxu.Az bu barədə Ural-İnform-a istinadən xəbər verir.

    Daha öncə xəbər verdiyimiz kimi kişi 20 yaşlı azərbaycanlı qızı oğurlayıb, döyüb və zorlayıb. Ona əzab verən adamdan qaçmaq üçün qız özünü üçüncü mərtəbədən atıb.  

    Hadisənin şahidi və tibbi təcili yardım çağıran Yevdokiya Koleqova:

    "Biz qaçıb gəldik və təcili yardım çağırdıq. O, yerdə uzanmışdı və qışqırırdı: "Kömək edin, məni oğurlayıblar. Mən Azərbaycandanam". Deyirdi ki, onun pasportunu alıblar, kim? Nə? Biz bilmirik".

    Müstəntiqlər artıq müəyyən ediblər ki, Azərbaycan vətəndaşı saytda öz bakirəliyini satmağa cəhd edib.

    Elana bereznikili cavab verib, o, 14 min dollar pul təklif edib, bu, 1 milyon rubla yaxındır. Kişi ona Permə qədər təyyarə bileti alıb, daha sonra şəxsən Bereznikidə qarşılayıb. Onlar intim xidmətlərin göstərilməsinə dair müqavilə imzalayıblar. Söz verilən məbləğ qızın gözlərini necə tutubsa o, müqavilədə bir bəndi görməyib.

    Zərərçəkən:

    "Müqavilə mənim ondan 5 milyon rubl dollar borc almağım və vermədiyim təqdirdə burada fahişə işləyəcəyim haqqında idi".

    Kirayə mənzildə müstəntiqlər dəlilləri - böyüklər üçün oyuncaqları, alt paltarları və bıçaqları müsadirə ediblər.

    Zərərçəkənin sözlərinə görə, bunu etməyə məcbur edilib. Onun valideynlərini öldürə bilərdilər. Belə olduğunu görəndə mən dedim ki, onda gəl bir-birimizə yardım edək. Məni burax. Səhər məni buraxmadı. Bu gecə ərzində məni zorladı, vəssalam. 

    Zərərçəkənin sözlərinə görə, kişi, onu yarıçılpaq şəkildə şəkil çəkdirməyə məcbur edib.

    Paradoks ondan ibarətdir ki, şübhəli bilinən şəxs uşaqbazlıq ilə mübarizə hərəkatının üzvü olub. O, iki dəfə mühakimə edilib və ona şizofreniya diaqnozu qoyulub.

    Şübhəli bilinən artıq etiraf ifadəsi verib. Bu gün saxlanılan şəxsi həbs edib istintaq təcridxanasına yerləşdiriblər.
    6
  • "Qarabağ" "Fənərbaxça"nın qisasını aldı"
    28.08.2015 17:16
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Qarabağ" ın vitse-prezidenti Tahir Gözəlİsveçrənin "Yonq- Boyz" klubuna qalib gələrək (3:0) Avropa Liqasının qrupuna vəsiqə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb

    Qol.Az-ın məlumatına görə, qələbə sevincini bölüşən klub rəsmisi digər məqamlara da toxunub

    - "Qarabağ" ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Təəssüratlarınızı bilmək istərdik.

    - Deyə bilərəm ki, Azərbaycan klublarının avrokuboklarda oynadığı ən gözəl oyunlardan biri idi. Möhtəşəm qələbə münasibət ilə bütün "Qarabağ"lıları, ürəyi bizimlə döyünən hər kəsi təbrik edirəm. Biz üç il əvvəl bu komandanı keçə bilməyən "Fənərbaxça"nın da qisasını almış olduq. Vacib qələbə idi, çox sevinirik. Komandamız gözəl oyun sərgilədi. Onlarla qürur duyuruq.

    - "Qarabağ" qrup mərhələsindəki oyunları üçün Olimpiya stadionunu ehtiyyat arena kimi sifariş verə bilər?

    - Hazırkı məqamda bu suala cavab verə bilməyəcəm.

    - Bəs, "Qarabağ" çempionat oyunlarını hansı arenada keçirəcək?

    - Bu məsələ ilə bağlı hələ dəqiq heç nə yoxdur.

    - Komandanız qrup mərhələsinə adladığı üçün yeni transferlər olacaq?

    - Bu dəqiqəyə belə bir planımız yoxdur. Komandamız yaxşı irəliləyir, yeni futbolçular da komandaya uyğunlaşmaqdadır. Əfran İsmayılovu bu cür formada görmək bizi sevindirdi. Onun istedadı bizə məlum idi. Əfranın meydanda "şir" kimi mübarizə aparması mənə xüsusi zövq verdi.

    - Futbolçuları mükafatlandıracaqsınızmı?

    - Bizim standart mükafat siyasətimiz var. Onunla bağlı heç vaxt problemimiz olmayıb. Futbolçularımıza da lazımi mükafat verəcəyik. AFFA prezidenti Rövnəq Abdullayev də futbolçulara mükafat vəd etdi.

    - Bu gün stadion tam dolmamışdı. Buna münasibətiniz necədir?

    - Düzdür, stadionda tam dolmayan sektorlar var idi. Bunun da səbəbi avvəlki oyunlara nisbətən biletlərin bir az baha olması idi. "Qarabağ" artıq Avropaya uyğun futbol oynayır. Klubun məsrəflərini ödəmək üçün sponsordan başqa da gəlir yeri olmalıdır. Bunun üçün də biletlərin qiymətində cüzi dəyişiklik etdik. Bir qədər qiymətləri yüksəltdik. Bu addım azarkeşlərin stadiona gəlişinə təsir etdi. Amma hamımız kluba dəstək olmalıyıq. Böyük klub görmək istəyiriksə, azarkeşlər də bizə köməklik göstərməlidir. Qoy, "Qarabağ" üçün ürəyimiz döyünməklə yanaşı bir az da köməklik edək. 10-15 manatımızdan keçək ki, böyük bir kluba sahib olaq. Bu gün stadiona gəlməyənlər nəyi qaçırdıqlarını anlamış oldular.

    - "Qara bazar" amili də azarkeşlərin az olmasına səbəb ola bilərmi? Çünki kassalardan alınan biletlər "qara bazar"da çox baha qiymətə satılır.

    - Biz biletlərimizi stadionun kassalarında satırıq. Ondan sonrası bizim idarəçiliyimizdə deyil.
    2
  • Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb
    28.08.2015 17:16
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 28 avqust, SalamNews, A.Bayramova. Türkiyənin Antalya şəhərində bu gün Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri üçtərəfli görüş keçiriblər.

    SalamNews xəbər verir ki, Antalya görüşündə Aşqabadda qəbul olunmuş qərarların icrasının müzakirə olunacağı söylənilib.

    Xatırladaq ki, Aşqabad görüşü bu il yanvarın 29-da keçirilib.





    2
  • Polad Bülbüloğlu 45 il öncə
    28.08.2015 17:11
    http://arxiv.az/media/365/1000/news.lent.az/20150828/51214190/d004b717f18326c55862d05e893b7df6.PNG
    http://arxiv.az/media/365/1000/news.lent.az/20150828/51214190/d004b717f18326c55862d05e893b7df6.PNG
    Xalq artisti Polad Bülbüloğlu sosial şəbəkədəki səhifəsində arxiv fotolarını paylaşıb. Lent.az-ın məlumatına görə, xalq artisti şəkilin birində "1970-ci ildə Lyudmila Qurçenko, Müslim Moqamayev və mən" şərhini, digərinə isə "Tofiq Quliyev və mən" şərhini yazıb. Onun paylaşdığı fotolar marağa səbəb olub.

    Polad Bülbüloğlu 45 il öncə

    Arxiv.az

    108.161.133.88
    5
  • Polad Bülbüloğlu 45 il öncə
    28.08.2015 17:08
    http://arxiv.az/media/365/1000/news.lent.az/20150828/51214190/d004b717f18326c55862d05e893b7df6.PNG
    http://arxiv.az/media/365/1000/news.lent.az/20150828/51214190/d004b717f18326c55862d05e893b7df6.PNG
    Xalq artisti Polad Bülbüloğlu sosial şəbəkədəki səhifəsində arxiv fotolarını paylaşıb. Lent.az-ın məlumatına görə, xalq artisti şəkilin birində "1970-ci ildə Lyudmila Qurçenko, Müslim Moqamayev və mən" şərhini, digərinə isə "Tofiq Quliyev və mən" şərhini yazıb. Onun paylaşdığı fotolar marağa səbəb olub.

    Polad Bülbüloğlu 45 il öncə

    Arxiv.az

    108.161.133.88
    3
  • Bakıda dəhşət: burada çalışan əcnəbi işçilərə işgəncə verilir
    28.08.2015 17:05
    http://deyerler.org/uploads/thumbs/JKHET47.jpeg
    http://deyerler.org/uploads/thumbs/JKHET47.jpeg
    Bakıda özünü asmış Banqladeş vətəndaşının çalışdığı "ELİTE MARİNE PTE.LTD" şirkətinə qarşı ittihamlar irəli sürülüb.

     

     

    Şirkətdə qaynaqçı vəzifəsində çalışmış Aydın Ömərov virtualaz.org saytına müraciət edərək şirkət rəhbərliyi tərəfindən işçilərin, xüsusilə əcnəbilərin təhqir edildiyini, hətta döyüldüyünü bildirib. "Şirkətdə təxminən 200 nəfər işçi çalışır. Onların arasında Hindistan, Çin, Banqladeş, İngiltərə vətəndaşları da var. Şirkətin rəhbəri Hok Çon Lim azərbaycanlılar da daxil olmaqla işçiləri təhqir edirdi. Bir neçə dəfə onun hindli qaynaqçıları döydüyünün şahidi olmuşam" - deyə şikayətçi bildirdi. A.Ömərov deyir ki, şirkətdə çalışanlarla əmək müqaviləsi bağlanmır: "Bizimlə 1 saatı 2 manata danışmışdılar. Mən əmək müqaviləsi tələb etdiyim üçün işdən çıxarıldım. Orada işçilərin təhqir edilməsinə etiraz etmişdim. Buna görə də mənimlə işləmək istəmədilər".
    5
  • "Qarabağ" və "Qəbələ"nin rəqibləri bəlli oldu
    28.08.2015 17:02
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqanın qrup mərhələsinin püşkü atılıb. "Qarabağ" və "Qəbələ" klublarının da iştirak edəcəyi qrup mərhələsində püşkatmanın nəticələri müəyyən edilib. Modern.az xəbər verir ki, təmsilçilərimizdən "Qarabağ" "Tottenhem" "Anderlext", "Monako",

    "Qəbələ" isə "Borussiya" Dortmund, PAOK və "Krasnodar" komandaları ilə görüşəcək.

    Qrupların tam siyahısı: A qrupu:"Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç)

    B qrupu:"Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Syon" (İsveçrə)

    C qrupu:"Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "QƏBƏLƏ" (AZƏRBAYCAN)

    D qrupu:"Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtyulland" (Danimarka)

    E qrupu:"Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)

    F qrupu:"Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninhen" (Hollandiya)

    G qrupu:"Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyenn" (Fransa), "Rusenborq" (Norveç)

    H qrupu:"Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Rusiya), "Skenderbeu" (Albaniya)

    İ qrupu:"Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenseş" (Portuqaliya)

    J qrupu:"Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "QARABAĞ" (AZƏRBAYCAN)

    K qrupu:"Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras" (Yunanıstan)

    L qrupu:"Atletik" (İspaniya), "Alkmaar" (Hollandiya), "Auqsburq" (Almaniya), "Partizan" (Serbiya)

    Elmin NURİ
    5
  • Aydın Əliyev Yardımlıda 5 rayonun sakinləri ilə görüşüb
    28.08.2015 17:02
    http://www.azadinform.az/up/news/article/NAZIR/aydineliyev.jpg
    http://www.azadinform.az/up/news/article/NAZIR/aydineliyev.jpg
    Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bu gün Yardımlı şəhərində Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinlərini qəbul edib.

    Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, komitənin müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

    Hər bir vətəndaş DGK-nın sədri tərəfindən diqqətlə dinlənilib və bir çox müraciətlər yerindəcə həll edilib. Araşdırılması zəruri olan müraciətlərin isə qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə isə vətəndaşlara hərtərəfli izahatlar verilib, onlar müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

    Vətəndaşlar onlar üçün yaradılan şəraitdən razılıqlarını bildirib, yerlərdə belə qəbulların təşkili üçün Dövlət Başçısına minnətdarlıq ediblər.
    3
  • Belə etsək, havamız da təmizlənər...
    28.08.2015 17:01
    http://faktxeber.com/resimler/haber/manset/185815_464473.jpg
    http://faktxeber.com/resimler/haber/manset/185815_464473.jpg
    /td>



    Bakıda və Abşeron rayonunun ərazisi illər boyu neft çıxarılan ərazilər olub. Azərbaycan müstəqilliyini əldə edənə qədər sovet hökuməti, ondan əvvəl isə müxtəlif xarici şirkətlər Bakı neftini çıxararaq satıblar və bundan çox yaxşı qazanc əldə ediblər. Həmin şirklətlərin məsuliyyətsiz davranışları, ətraf mühitə və ekologiyaya qarşı etinazsız yanaşma Bakının bəzi hissələrini ekoloji fəlakətlə üzbəüz qoyub.Azərbaycan dövləti Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması üçün əsaslı işlər həyata keçirir. Qara şəhər adlanan ərazisinin Ağ şəhərə çevrilməsi, Bibiheybət ərazisində neftlə çirklənmiş torpaqların təmizlənərək yeni infrastrukturun yaradılması, Böyük şor gölünün təmizlənməsi buna misal ola bilər. Ancaq dövlətin gördüyü tərbirlərlə yanaşı özəl sektorun işi də bu məsələdə faydalı ola bilər.Ancaq özəl sektorun bu işə marağının yaradılması üçün, sözsüz ki, həvəsləndirici tədbirlər də görülməlidir. Misal üçün, qonşu Rusiyada ekoloji cəhətdən yararsız vəziyyətdə olan torpaqların təmizlənməsi üçün maraqlı üsula əl atılır. Həmin ərazilər sahibkarlara güzəştli qiymətlərlə satılır. Əgər sahibkar orada yaşayış binası, ticarət obyekti və ya istehsal müəssisəsi tikməyi planlaşdırırsa, uzun illər vergidən azad edilir. Təki həmin ərazi təmizlənsin və yararlı ərazilərə çevrilsin.Azərbaycanda da bu üsulu tətbiq etmək olarmı?İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, Azərbaycanda çirklənmiş torpaqlardan istehsal sahəsinin yaradılması üçün istifadə edilməsi, hətta bu torpaqlardan istifadə edən sahibkarlara güzəştli kreditlərin verilməsi mümkündür."Güzəştli kreditlər verilməsi yolu ilə və sahibkarlara digər güzəştlərin yaradılması ilə çirklənmiş torpaqların təmizlənməsi vacibdir. Ona görə də oxşar təcrübənin Azərbaycanda gerçəkləşməsi mümkündür. Ekoloji baxımdan çirkli olan torpaqların yaşayış üçün deyil, biznes və istehsal sahələrinin qurulması üçün istifadə edilməsi daha məqsədəuyğundur. Bu baxımdan həmin torpaqlar satılan zaman qeyri-yaşayış məqsədi üçün satılması və həmin torpaqlardan istifadənin məcburiliyi öz əksini tapmalıdır. Yəni həmin torpaqlardan istifadə edən şəxsin üzərinə öhdəliklər qoyulmalıdır ki, mütləq istifadə etsin", - deyə o əlavə edib.Belə təcrübənin Azərbaycanda tətbiq edilməsi həm ekoloji baxımdan çirklənmiş ərazilərin təmizlənməsinə, həm də qeyri-neft sektorunun inkişafına xidmət edəcək.

    2
  • "Arşın Mal Alan" Hollivudda
    28.08.2015 16:58
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunacaq.

    Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib. Bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası olacaq.

    Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş "Ricardo Montalban" kinoteatrında təqdim ediləcək.

    Qeyd olunub ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, "Arşın Mal Alan" filminin isə 70 illiyinə həsr olunur.

    Filmin nümayişi ilə bağlı Baş Konsulluq tərəfindən qısa video-çarx da hazırlanıb:
    4
  • Hafiz Paşayev: "Bir az cəsarətli olmaq lazımdır"
    28.08.2015 16:57
    http://deyerler.org/uploads/thumbs/HA2T2JV.jpg
    http://deyerler.org/uploads/thumbs/HA2T2JV.jpg
    "Ölkədə təhsilin ümumən yeni səviyyəyə qalxması çox vacibdir. Dəyişikliklərə bir az cəsarətlə yanaşmaq lazımdır".

     

    "Report" xəbər verir ki, bunu avqustun 28-də "ADA" Universitetində keçirilən "Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası" adlı təlim proqramının bağlanış mərasimində universitetin rektoru professor Hafiz Paşayev bildirib.

     

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbul imtahanlarını mərkəzləşdirilmiş qaydada aparmasını müsbət dəyərləndirən H.Paşayev bununla bərabər indi mövcud olan yeni tələbləri nəzərə almağın da çox vacib olduğunu bildirib: "İndi yeni tələblər var ki, onları nəzərə almaq lazımdır. Mənə verilən məlumata görə, bu il ali məktəblərdə 6 min yer boş qalıb. Bizim universitetdə yerlər tam dolub. Bəlkə bir-iki yer boş qalıb, o da müxtəlif səbəblərdən. Amma elə universitetlər var ki, cəmi 25-30 faiz yerlər dolub. Halbuki əgər cavanlar ərizə veribsə, oxumaq istəyirlər. Əlbəttə, tələbənin səviyyəsi də vacibdir".

     

    H.Paşayev bu sahədə mövcud olan dünya təcürbəsindən nümunə gətirib: "Dünyada universitetə qapını geniş açıb, sonra çıxışda qapını çox darlaşdırmaq var. Oxuya bilən universiteti bitirir. Müvəffəq olmayan başqa işlə məşğul olmalıdır. Mən görürəm ki, bizim dövlətdə də bu fikir püxtələşir. Bu gün nazirlikdən bir məktub aldım. Ödənişli yerlərə verilən planı ləğv etmək istəyirlər. Bu məsələ ilə bağlı bizdən təklif istəyirlər".

     

    H.Paşayev müəllim heyətini təhsildə yeniliklərələ bağlı təkliflər verməkdə aktiv olmağa çağırıb: "Gözləməyin ki, ancaq Təhsil Nazirliyi nəsə təkliflər versin və o, həyata keçirilsin. Özünüz də aktiv olun".
    2
  • Fərdi və ictimai abırı qorumaq vəzifəsi
    28.08.2015 16:57
    http://deyerler.org/uploads/thumbs/N7RF8A6.jpg
    http://deyerler.org/uploads/thumbs/N7RF8A6.jpg
    Deyerler.org: Abır, izzət və şərəf - Allahın insanın ixtiyarına qoyduğu dəyərli sərmayədir. İnsanın vəzifəsi budur ki, bu sərmayəsini qoruyub saxlasın.

    Bu dünyada hərə bir şey ardıncadır. Biri özü üçün mal toplayır, biri vəzifə ardıncadır. Biri övladını ən böyük sərmayəsi hesab edir və biri də sağlamlığını. Bu insanları bir şey birləşdirə bilər - o da hər birinin öz böyük sərmayəsini qorumaq hissidir. Və bu sərmayə - abırlarıdır. (Tebyan)

    Abrın qorunması ikitərəfli olur: fərdi tərəf vardır ki, insanın özünə aiddir. Fərdi olmayan tərəfidir ki, insanlar bir-biri ilə münasibətdə onu qorumalıdırlar.

    İnsanın abrını qoruması ilk addımda fərdidir. Hər bir insan öz rəftar və əməlinə diqqət etməli və abrını aradan aparacaq işlər görməməlidir. Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Qanınızın, malınızın, abrınızın Qiyamətin bərpasına qədər hörməti vardır". Əgər hər kim deyilənlərdə qüsur işlədərsə, hörmətini aradan aparar.

    Əgər ətrafımıza nəzər salsaq, elə insanları görərik ki, abırlarını bir qəpiyə satmağa hazırdırlar. Onlar özlərini tənbəlliyə vurub, ruzilərini qazanmaq üçün zəhmət çəkmirlər. Küçə və bazarlarda utanmadan insanlara əl açırlar.

    Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim halal mal ardınca gedər, abrını zillət suallarından amanda saxlayar, ailəsini idarə edər, qonşusuna yardım edər - Allah dərgahında üzüağ və başıucadır. Üzü bütöv Ay kimi parlayar".

    Cəmiyyətin hər bir fərdinin abrını qorumaq - hər kəsin vəzifəsidir. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, (din) qardaşının qeybində onu müdafiə edər, Allaha vacibdir ki, onu cəhənəm atəşindən qorusun".

    İmam Sadiq (ə) buyurur: "Böyük Allah buyurur: "Hər kim mömin bəndəmi xar edər - Məni döyüşə çağırmış olar. Hər kim mömin bəndəmi böyük bilər - qəzəbimdən amanda qalar"".

    Nəticədə deyə bilərik ki, bir insan üçün ən böyük sərmayə - abırıdır. Hər bir insan abrını qorumalıdır. Başqa biri tərəfdən isə cəmiyyətin üzvlərinin abrını qorumaq da onun vəzifəsidir.

     

    2
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri