yuxarıya
Onlayn Ödəmə
Merilin Monronun şəkilləri hərraca çıxarılacaq
16.08.2013 12:23
A A
Dünya şöhrətli aktrisa Merilin Monronun nadir şəkilləri Filadelfiyada hərraca çıxarılacaq.

Rusiya mətbuatının verdiyi məlumata görə, şəkillər 1962-ci ildə məşhur fotoqraf Bertom Ştern tərəfindən dəb jurnallarının biri üçün çəkilib. Həmin fotosessiyadan sonra aktrisa dünyasını dəyişib.

Şəkillər 10 000 dollardan 15000 dollaradək dəyərləndirirlir. Hərrac sentyabrın 6-da Friman hərrac evində baş tutacaq.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb
    25.04.2015 18:59
    Bakı. Fərid Mirzəyev - APA. Bakı Metropolitenin 20 Yanvar stansiyasında qatarların hər iki istiqamət üzrə hərəkəti dayandırılıb. APA-nın məlumatına görə,qatarlardakı sərnişinlər boşaldılıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsini...
  • İlham Əliyev həmkarını təbrik etdi
    25.04.2015 18:23
    Prezident İlham ƏliyevCənubi Afrika Respublikasının PrezidentiCeykob Gedleyihlekisa Zumayabu ölkəninmilli bayramı - Azadlıq günü münasibətilə təbrik məktubu göndərib.Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Cən...
  • Onlarla rus alpinist də öldü?
    25.04.2015 17:54
    Zəlzələ zamanı Nepalda 30-dan çox alpinist olub.ANS PRESS-in rus məbuatına istinadən verdiyi məlumata görə, bu haqda məlumat Rusiyanın Nepaldakı səfirliyindən verilib. "Bizdə 30 rusiyalı alpinist haqqında məlumat var. Lakin ölkədə rusiyalıların daha çox olduğu ehtimal edil...
  • Rəsmi Bakı Böyük Britaniya silahının təcavüzkar Ermənistan tərəfindən istifadə edilməsindən narahatdır
    25.04.2015 14:29
    Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir Səba Ağayeva/Rəsmi Bakı Böyük Britaniyanın istehsalı olan snayper tüfənginin işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən istifadə edilməsindən ciddi narahatdır.Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidm...
  • Portuqaliyada zəlzələ baş verib
    25.04.2015 07:36
    Bakı-APA. Portuqaliyanın Azor adaları yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Ribeyri-Qrandi şəhərindən 39 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.Dağınt..
  • Yeni yaranan ölkənin 160 min vətəndaşı- Rekord
    24.04.2015 23:59
    Çex Respublikası vətəndaşı Vit Yedliçkanın yeni qurduöu Liberland dövlətinə vətəndaşlıq üçün müraciətləri rekort həddə çatıb."Qafqazinfo"nun məlumatına görə, ölkənin rəsmi internet saytından 10 gün ərzindən 160 min insan ölkənin vətəndaşı olması üçün m..
  • SOCAR Bakıda ilk qazdoldurma stansiyasını istismara verib
    24.04.2015 23:03
    Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Maksim Tsurkov/Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında ilk qazdoldurma stansiyası istismara verilib. Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.Qazdoldurma stansiyası yeni avtobus deposunda yerləşir.Mənbə qeyd ...
  • Prezident İlham Əliyev nepallı həmkarına başsağlığı verdi
    25.04.2015 19:05
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadava başsağlığı məktubu ünvanlayıb.Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Ölkənizdə baş vermiş güclü zə...
  • İlham Əliyev dövlət başçılarını təbrik etdi
    25.04.2015 19:01
    Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir: "Niderland Krallığının milli bayramı - Kral günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.Bu əlam...
  • Ильхам Алиев поздравил президента ЮАР
    25.04.2015 18:59
    БАКУ /Trend/ - Президент Азербайджана Ильхам Алиев поздравил Президента Южно-Африканской Республики Джейкоба Гедлейихлекису Зуму по случаю национального праздника ..
XƏBƏR LENTİ
  • Əfqanıstanın tikinti sahəsi Azərbaycanlı iş adamları üçün yeni bazar ola bilər
    25.04.2015 19:08
    http://cdn.trend.az/pictures/2012/06/15/Azerbaijan_Afghanistan_flags_Album_150612.jpg
    http://cdn.trend.az/pictures/2012/06/15/Azerbaijan_Afghanistan_flags_Album_150612.jpg
    İran, Tehran, 25 aprel /Trend, müxbir Təmkin Cəfərov/

    Əfqanıstanın tikinti sahəsi Azərbaycanlı iş adamları üçün yeni bazar ola bilər. Bunu Trend-ə Əfqanıstanın Tehrandakı səfirliyinin ticarət ateşesi Hac Əbdülhadi Fərhəng deyib.

    H.Ə.Fərhəng bildirib ki, hazırda Əfqanıstanda Azərbaycandan bir neçə özəl şirkət fəaliyyət göstərir ,lakin biz istərdik ki, Azərbaycan hökumətinin dəstəyi ilə daha böyük şirkətlər və holdinglər Əfqanıstan bazarında sərmayə yatırsın.

    Ə.Fərhəngin sözlərinə görə, Azərbaycanlı iş adamları əsasən, bina tikintisi, su elektrik stansiyalarının tikintisi və bərpası, enerji , neft, qaz və yol tikintisi sahəsində çalışırlar. "Əfqanıstanda mövcud olan bəzi elektrik stansiyalarında yenidən qurma işləri aparılır. Həmin elektrik stansiyaları keçmişdə rusiya mühəndisləri və şirkətləri tərəfindən tikilib. Hazırda bu stansiyaları Azərbaycanlı mühəndislərlər yenidən qurur."

    Onun sözlərinə görə, Azərbaycanlı iş adamları həmçinin Əfqanıstanda elektrik cihazları və transformatorlarının quraşdırlması eləcə də elektrik infrastruktunun təkmiləşməsi sahəsində çalışırlar.

    H.Ə.Fərhəng bildirib ki, biz Azərbaycanın böyük şirkətlərinin geniş formada Əfqanıstanda sərmayələr yatırmasında maraqlıyıq. "Əfqanıstanda tikinti sahəsi yeni və toxunulmamış bir bazardır. Bu baxımdan Azərbaycanlı investorlar böyük işlər görə bilər."
    11
  • Prezident İlham Əliyev nepallı həmkarına başsağlığı verdi
    25.04.2015 19:05
    http://img.milli.az/n/prezident/06/d/prezidentsidaciy1.jpg
    http://img.milli.az/n/prezident/06/d/prezidentsidaciy1.jpg
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadava başsağlığı məktubu ünvanlayıb.

    Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    "Hörmətli cənab Prezident,

    Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

    Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

    6
  • İlham Əliyev dövlət başçılarını təbrik etdi
    25.04.2015 19:01
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir: "Niderland Krallığının milli bayramı - Kral günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

    ***

    Azərbaycan prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir: "Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

    "Qafqazinfo"
    3
  • İraq-İordaniya sərhədində gərginlik: 5 ölü
    25.04.2015 18:59
    http://axar.az/cdn/2015/april/25/1429966800.jpg
    http://axar.az/cdn/2015/april/25/1429966800.jpg
    İraqın İordaniya ilə sərhədindəki Traybil keçid məntəqəsində terror aktı törədilib.

    Axar.az xəbər verir ki, yük maşınına yerləşdirilən bombanın partlaması nəticəsində azı 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

    İraq rəsmilərinin məlumatına görə, hadisə İŞİD terrorçuları tərəfindən törədilib.Xatırladaq ki, sözügedən yer İraq ilə İordaniya arasında yeganə keçid məntəqəsidir.
    5
  • Ильхам Алиев поздравил президента ЮАР
    25.04.2015 18:59
    http://arxiv.az/media/365/1000/trend.az/20150425/44839765/ilham_aliyev_main_160412_albom_.jpg
    http://arxiv.az/media/365/1000/trend.az/20150425/44839765/ilham_aliyev_main_160412_albom_.jpg
    БАКУ /Trend/ - Президент Азербайджана Ильхам Алиев поздравил Президента Южно-Африканской Республики Джейкоба Гедлейихлекису Зуму по случаю национального праздника страны.

    "От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и весь Ваш народ с национальным праздником Южно-Африканской Республики - Днем свободы.

    Надеюсь, что благодаря совместным усилиям отношения дружбы и сотрудничества между Азербайджанской Республикой и Южно-Африканской Республикой будут развиваться и расширяться в интересах наших народов", - говорится в поздравлении главы государства.

    5
  • Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb
    25.04.2015 18:59
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Fərid Mirzəyev - APA. Bakı Metropolitenin 20 Yanvar stansiyasında qatarların hər iki istiqamət üzrə hərəkəti dayandırılıb. APA-nın məlumatına görə,qatarlardakı sərnişinlər boşaldılıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib.

    N. Paşayevin sözlərinə görə, Həzi Aslanov stansiyasından Dərnəgül istiqamətində hərəkət edən 32 saylı qatarda nasazlıq yaranıb: "Köməkçi qatar vasitəsilə nasaz qatar xətdən çıxarılıb. Buna görə də arxadakı qatarlar gözləmək məcburiyyətində qalıb. Xətlərdə artıq hərəkət bərpa olunub".
    5
  • Düymə sərgisi başladı
    25.04.2015 18:59
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Düymə - geyimimizin üstündə olan bu kiçik əşyadan daha sadə və qeyri-adi nə ola bilər.

    Onlar müxtəlif hissələri birləşdirir, birləşmə ideyası isə bizi uzaqdan gələn bu əşyanın mənası haqda daha dərindən düşünməyə vadar edir.

    Gün.Az xəbər verir ki, düymələr qiymətli metallar, sümük, ağac, dəri, xrustal, şüşə, inci və perlamutr, qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Tez-tez onlar tam zinnət əşyaları hesab olunurdu. Düymələri böyüklərdən kiçiyə ötürürdülər, cehizə qoyurdular, hətta qiymətli əşya kimi gizlədirdilər.

    "Düymə" sərgisinin hər iştirakçısı üçün layihənin konsepsiyasına öz münasibətini bildirmək vacib idi, və düşünülülmüş iş ekspozisiyası rəssamların bu mövzuya olan fikirlərini birmənalı təcəssüm edir. Müasir incəsənətdə qarışıq texnikadan istifadə edərək kolorit və kompozisiya baxınmından öz qeyri-adiliyi ilə seçilən işləri yaratmaq mümkündür.

    "Düymə" sərgisi müxtəlif peşələr üzrə ixtisaslaşan gənc və istedadlı rəssamları bir araya gətirir. Keramika, heykəltəraşlıq, qobelen, rəsm və qrafik dizayn üzrə ixtisaslaşan rəssamların əl işləri geyimin bu əvəzedilməz predmetinin mistik və funksional simvolikası üzərində qurulmuşdur.

    Kiçik Qala Art galereyasının dəstəyi ilə sərginin dörd iştirakçısı yaradıcı konsepsiya əsasında birləşərək, özündə təsviri incəsənət, heykəltəraşlıq nümünələri, qrafik dizayn, installasiya və video-art növlərini birləşdirən işlər yaratmışdır. Hərə öz münasibətini paylaşır, hər birinin fəlsəfəsi xarici və daxili dünya ilə ağlasığmaz parallellər təklif edir.

    Azərbaycan Dövlət Rəsm Akademiyasının məzunları bir sır xarici və daxili sərgi və layihələrin iştirakçısı olmuşdurlar. Hər birisi öz sahəsində yiyələndiyi təcrübə və biliklərini ümumiləşdirərək, düymə mövzüsunu müxtəlif rakuslardan aşkar edən işlər yaradır.

    Asimə Səmədli sərgiyə "Daxilində ruh olanlar" qobelenləri və "Divanə" video-artı ilə qatılmışdır. Qobelen ixtisası üzrə bakalavr dərəcəsi olan Asimə, "Potensial 1,2" sərgisini, Azərbaycan regionları üzrə festival, Beynəlxalq türk xalqları sərgisi, müasir qobelen masrter-klassı, ilk şəxsi "Choice" sərgisinin iştirakmısı olmuşdur. Moskvada keçirilən beynəlxalq sərgi laureatıdır.

    İmran Mehdiyev sərgi üçün "Düymınin gücü" heykəl kompozosiyasını hazırlayıb. Heykəltəraşlıq üzrə maqistr olan İmran, heykəl sənəti üzrə Moskvada keçirilən simpozium (Moskva, Burqanov mərkəzi), "Sərhədsiz incəsənət" (Azərbaycan-Türkiyə) sərgisi və "Jeunes Peintres dAzerbaïdjan en Belgique" (Belçika) sərgisinin iştirakçısı olmuşdur.

    Vüsalə Ağarazıyeva "Düymə" sərgisi çərçivəsində keramik düymə qismində olan "Məkan" və "Divanəliyin nəticələri" installasiyasını təqdim edir. "City Art Center" mərkəzinin art-direktoru olan Vüsalə, Azərbaycan Rəssamlar Birliyinin üzvüdür. YARAT çərçivəsində keçirilən "Artım" layihəsi, YARAT master-klassları, ilk peşəkar "Choice" və "Ənənəvi incəsənətlərin təkamülü" sərgilərinin iştirakçısıdır.

    Mehriban Şəmsədinskaya - layihəyə "Dövrün şahidləri" installasiyası ilə qatılır. "Reklam" ixtisası üzrə bakalavr olan Mehriban, maqistr incəsənət alimi, Azərbaycan Rəssamlar Birliyinin üzvüdür. Сentral Saint Martinsvə Sothebys rəssamlıq və müasir incəsənət teoriyası üzrə kursları bitirmişdir. YARAT master-klassları, Artım (Zavod) və Artım (Muzey: Basqın) layihələri, "From Waste to Art 2, 3" beynəlxalq sərgisi, ilk peşəkar "Violet" sərgisinin iştirakçısıdır.

    Sərginin açılışı 25 aprel, 19:00

    Sərgi 22 may tarixinə kimi açıq olacaqdır .

    4
  • Bakı küçəsində quldurluq: gənci ölümünə döydülər, sonra...
    25.04.2015 18:59
    http://img.milli.az/n/kriminal/09/10/dava_333.jpg
    http://img.milli.az/n/kriminal/09/10/dava_333.jpg
    Bakıda gənc oğlanı döyüb, sonra maşına basıb aparıblar

    Milli.Az xəbər verir ki, hadisə Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosunun yaxınlığında yerəşən "Baku Elektronics" mağazasının qarşısında baş verib.

    İki nəfər idman cüssəli şəxs həmin ərazidə 20 yaşlarında cavan oğlana yaxınlaşıb, qısa mübahisədən sonra onu vəşhicəsinə döyüblər.

    Təxminən saat 17 radələrində baş verən davadan sonra iki nəfər möhkəm əzişdirilmiş gənci "Mercedes" markalı maşına zorla mindirib ərazidən uzaqlaşıblar.

    Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, tərəflər arasında baş tutan qısa söhbətdən hadisənin pul üstündə baş verdiyi anlaşılıb. Ehtimal var ki, döyülən gənc tələb olununan pulu vermədiyi üçün zorakılığa məruz qalıb.

    Qeyd edək ki, hadisə yerində nəzarət kameraları var.

    Niyaməddin

    5
  • Azərbaycanlı sürücülər haqqında - 10 FAKT
    25.04.2015 18:58
    http://img.milli.az/n/clickable/204433/03/b/336132.jpg
    http://img.milli.az/n/clickable/204433/03/b/336132.jpg
    Milli.Az kulis.az-a istinadən gənc azərbaycanlı sürücünün 10 ciddi özəlliyini təqdim edir.

    1. Kəmər bağlamağı özünə sığışdırmır.

    2. Radara düşüb cərimə ödəməməyi qəhrəmanlıq sayır.

    3. Heç vaxt qayda pozduğunu etiraf etmək istəmir.

    4. Polislə mübahisəsini 90 faiz öz xeyrinə danışıb hava atır.

    5. Qadınların maşın sürməyini lağa qoyur.

    6. Arxadan vurduğu maşınlara qarşı diqqətsizliyinin iki əsas səbəbi: "nakladka"ların yeyilməsi, yolu keçən mini yubkalı qız.

    7. Əlində gəzdirdiyi smartfon, pulqabı, siqaret və alışqanın yanına əlavə olunası aşağıdakı əşya xəyallarının pik nöqtəsidir: bahalı maşının lazerli açarı!

    8. "Marqat"la ona radarı və polisi "xəbər edən" sürücülərə "çuşka" kimi baxır, özü bunu etməməklə onlardan üstünlüyünü nümayiş etdirir.

    9. Ona elə gəlir ki, maşında çox yaraşıqlı görünür və özündən deyən qız bu mənzərəyə bayılır.

    10. Maşını kobudca idarə etməyiylə demək istədiyi: pullu oğlanam. Bunun əsl səbəbi: maşını özü almayıb.

    6
  • Qorxunc rəqəm durmadan yüksəlir
    25.04.2015 18:58
    http://anspress.com/images/photos/89280.jpg
    http://anspress.com/images/photos/89280.jpg
    Nepalin Pohara əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 879 nəfər həlak olub.

    ANS PRESS-in məlumatına görə, bu barədə Frans Press agentliyi Nepalın daxili işlər nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, ölənlərin 20-si hindistanda, 10-u isə digər qonşu ölkələrdə həlak olanlardır. Bu, son 81 ildə Nepalda ən güclü zəlzələdir.

    Zəlzələnin gücü rixter cədvəli ilə 7,9 bal təşkil edib. Sakinlər evlərini tərk edərək küçələrə çıxıblar. Güclü yeraltı təkanların təsirindən paytaxt Katmanduda bir neçə bina dağılıb, tikililərə aid divarlar uçub. Katmanduda yerləşən və YUNESKO-nun mədəni irs siyahısına daxil edilən Darahara məbədinin qülləsi də dağılıb.

    Dağıntılar altında xeyli insanın qaldığı ehtimal edilir. Axtarışlar nəticəsində 1 nəfər sağ çıxarılıb. Xeyli sayda yaralı da var, lakin onların dəqiq sayı məlum deyil. ABŞ-ın geoloji tədqiqat mərkəzi zəlzələnin episentrinin yerin 31 kilometr dərinliyində olduğunu açıqlayıb. Yeraltı təkanların Hindistanın paytaxtı Dehlidə də hiss edildiyi bildirilir.
    5
  • "Yeni Fikir - 2015" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
    25.04.2015 18:58
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 25 aprel, İbrahim Əsədov, AZƏRTAC 

    Aprelin 25-də Bakıdakı "Park İnn" otelində Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan "Yeni Fikir - 2015" müsabiqəsinin final mərhələsi keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə müsabiqə barədə məlumat verilib. Qeyd olunub ki, bu müsabiqə "QUTechnopark"ın təşkil etdiyi ən böyük layihələrdən biridir.

    Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

    Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər.

    YFM yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.

    Müsabiqənin missiyası innovativ sahibkarlığı dəstəkləmək, "QUTechnopark"da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq, informasiya-kommunikasiya texnologiyalarının inkişafına, eləcə də təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək və təşəbbüskar yanaşmanı inkişaf etdirməkdən ibarətdir.

    Müsabiqənin nəticəsinə görə ən yaxşı 10 layihənin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verir.

    Eyni zamanda, seçilən 10 layihənin müəllifləri QUTechnopark İnkubasiya Mərkəzindən bir il müddətində ödənişsiz istifadə edə biləcək.

    Bildirilib ki, müsabiqə üçün 196 layihə qeydə alınıb. Onlardan 12-si finala çıxıb.

    Sonra final mərhələsi üçün seçilən layihələrin təqdimatı olub. Onlardan 10-u müsabiqənin qalibi seçilib və mükafatlandırılıb.
    5
  • Nura polislərdən şikayətləndi- "Öz qanunları ilə işləyirlər"
    25.04.2015 18:49
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Binəqədi Rayon Polis İdarəsi öz qanunları ilə işləyirlər. Dövlət qanunlarından xəbərləri yoxdur".

    "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Nura Suri "facebook"dakı rəsmi səhifəsində məlumat yayıb. Müğənni 20 manat cərimələndiyini, ödəmək üçün polis idarəsinə gedən atasına qarşı kobudluq etdiklərini bildirib:

    "2-ci dəfədir eyni problemlə üzləşirəm. Dayanma və durma qaydasını pozduğuma görə, evə 20 manat cərimə göndəriblər. Atam ödəməyə banka gedib. Deyiblər ki, qeydiyyata düşməyib, Binəqədi rayonu Polis İdarəsinə gedin. Atam ora gedib. Cavan "serjant" 72 yaşlı atamla elə danışıb ki, elə bil ailəlikcə cinayət törətmişik.

    "Özü gəlsin, gəlməsə qeydiyyata salmayacağıq",- deyib. Atam özünü güclə ələ alıb. 1-ci dəfə də belə olmuşdu. Tural Yusifova da zəng edərək soruşmuşdum. O, " fərqi yoxdur, özün getməyə bilərsən",- dedi. Axı nə vaxt bitəcək bu problemlər? Niyə pul ödəmək üçün polisə getməliyik? Qeydiyyata salınmadığına görə, onlayn ödəyə bilmirik".

    "Qafqazinfo"
    5
  • 21 yaşlı futbolçuya 20 milyon
    25.04.2015 18:46
    http://anspress.com/images/photos/89279.jpg
    http://anspress.com/images/photos/89279.jpg
    "Liverpul"un transfer etmək istədiyi futbolçulardan biri müəyyənləşib.

    ANS PRESS-in məlumatına görə, İngiltərə klubu Mempis Depayı heyətinə qatmaq istəyir.

    PSV-nin formasını geyinən futbolçu Mançesterə yollanaraq "Liverpul"un transfer işləri üzrə direktoru İan Ayre ilə görüşüb.

    Məlumata görə, PSV 21 yaşlı futbolçu üçün 20 milyon funt-sterlinq tələb edir. Qeyd olunur ki, "Liverpul" bu məbləği ödəməyə hazırdı.
    7
  • Azərbaycanlılar yoxa çıxdı?
    25.04.2015 18:46
    http://www.anspress.com/images/photos/86515.jpg
    http://www.anspress.com/images/photos/86515.jpg
    Türkiyənin paytaxtı Ankarada təhsil alan 3 azərbaycanlı tələbə yoxa çıxıb.

    ANS TV-nin məlumatına görə, artıq 15 günə yaxındır ki, Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı gəncdən xəbər yoxdu. Yerli hüquq-mühafizə orqanları, tələbələrin valideynləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları itən tələbələrin axtarışı ilə məşğuldurlar. Türkiyədə təhsil alan tələbələrdən aldığımız məlumata görə həmin gənclər Solçu qanad sayılan, Kürd partiyasını dəstəkləyən Kommunistlərin dəstəyi ilə seçiliblər. ANS-in əldə etdiyi məlumata görə, həmin gənclərdən biri Sənan Güləhmədov ötən il Bakıda "1 May zəhmətkeşlərinə dəstək" şüarı altında keçirilən aksiyada həbs olunubmuş.

    Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova ANS-ə bildirdi ki, səfirliyə yalnız bir nəfər Yıldırım Bəyazid Universitetinin tələbəsi Sənan Güləhmədovun itməsi barədə valideynləri tərəfindən müraciət daxil olub. Qalan iki nəfər barədə rəsmi məlumat yoxdu.

    Nəcibə Nəsibova onu da əlavə etdi ki, onunla universitetdə olan tələbələr deyir ki, oturub-durduğu şəxslər komunistlərə bağlı idi. Amma düşünülmür ki, partiya onun itməsinə səbəb olsun. Ciddi şəkildə axtarışlar gedir.

    90312 491 16 8182 83 79 - Faiq Bağırov

    009055 35877582 - Etimad

    009050 62004180 - Elnur səfirlik

    009053 26126710 - Nəcibə səfirlik təhsil üzrə müşavir

    Mənbə

    ANS TV
    6
  • "Hümbətyan"ın növbəti satqınlığı
    25.04.2015 18:44
    http://azvision.az/photos/1429950666.jpg
    http://azvision.az/photos/1429950666.jpg
    Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyimizin bir nömrəli düşməni olan talış separatçılarının dırnaqarası lideri Əlikram Hümbətov qondarma "soyqırım"ın 100 illiyi ilə bağlı dünya ermənilərinə müraciət ünvanlayıb.

    Satqın Hümbətov müraciətində "talış xalq"nın hər zaman ermənilərin yanında olduğunu və onların dərdinə şərik çıxdığını bildirib.

    Bundan əlavə, O, 1915- ci il hadisələrinin "ermənilərin faciəsi" olduğunu deməklə bir daha satqınlığının möhürünü vurub.

    Azərbaycana düşmən kəsilən Hümbətov müraciətində utanmadan türkləri və türkçülük ideyası ilə yaşayan insanları da təhqir etməkdən çəkinməyib. Ölkəmizin uğurlarını, inkişafını gözü götürməyən qoca "Hümbətyan" erməni dostlarına şikayət edib ki, guya Azərbaycanda yaşayan talışlar təzyiqlərə məruz qalır, onlar qul kimi yaşayırlar:

    "Biz talışlar, bu qəbildən olan vəhşiliklərdən xəbərdarıq. Biz onunla elə bu gündə qarşılaşırıq. Azərbaycanda bizimlə də belə davranıblar! Talışlar elə indi də öz doğma torpaqlarında qul vəziyyətində yaşayırlar!".

    Ahıl yaşında olmayan ağılını itirən bu qoca "əli ətə çatmayan pişik" obrazına girib, Azərbaycanda yaşayan talışları dövlətçiliyimizə qarşı qaldırmağa can atır. Amma, görünür, Hümbətov zamanın o zaman olmadığını unudub, dərk etmir ki, Azərbaycanda yaşayan talışların bəlkə də ən böyük düşməni elə odur.

    "Hümbətyan" müraciətində bir qədər də irəli gedərək: "Talış xalqı bu gün sizinlədir qardaş erməni xalq! Bizim yolumuz həqiqət və azadlıq yoludur! Yaşasın erməni - talış dostluğu! Yaşasın erməni xalqı! Yaşasın Böyük Ermənistan! Yaşasın müstəqil Talışıstan Respublikası - bizim arzularımızın ölkəsi!"-deyərək öz simasını, əsl kimliyini ortaya qoydu.

    Dünyanın erməni yalanlarına "yox" dediyi bir anda Hümbətovun bu yersiz, murdar addımına yalnız bir ad qoymaq olar: SATQINLIQ

    AzVision.az
    6
  • İngiltərənin ən zəngin idmançıları - Siyahı
    25.04.2015 18:41
    http://axar.az/cdn/2015/april/25/1429962593.jpg
    http://axar.az/cdn/2015/april/25/1429962593.jpg
    Britaniyanın nüfuzlu "Sandi Tayms" (Sunday Times) dərgisi ölkənin ən zəngin idmançılarının siyahısını tərtib edib.

    Axar.az xəbər verir ki, siyahıya Formula 1 komandalarından "Mersedes"in ingilis pilotu Levis Hamilton 88 milyon funt-sterlinq ilə liderlik edir. İngilis pilotun vergidən azad olmaq üçün Monakoya köçməsi bir il ərzində 20 milyon sterlinq gəlir əldə etməsi ilə nəticələnib.

    Siyahının ikinci sırasında 72 milyon sterlinqlik sərvətiylə "Mançester Yunayted" klubunun forvardı Ueyn Runi qərarlaşıb. Formula 1-in "McLaren" pilotu Jenson Button isə 71 milyon sterlinqlə zənginlər siyahısında 3-cü yerdə qərarlaşıb.

    Siyahıda yer alan digər idmançıların siyahısı:

    1. Levis Hamilton - 88 milyon sterlinq

    2. Ueyn Runi - 72 milyon sterlinq

    3. Jenson Button - 71 milyon sterlinq

    4. Andy Murray - 48 milyon sterlinq

    5. Rio Ferdinand - 44 milyon sterlinq

    6. Stivn Gerrard - 42 milyon sterlinq

    7. Luol Deng - 40 milyon sterlinq

    8. Joze Mourinyo - 40 milyon sterlinq

    9. Frank Lampard - 39 milyon sterlinq

    10. Sir Nick Faldo - 38 milyon sterlinq

    11. Ryan Giqqs - 38 milyon sterlinq

    12. Rory McIlroy - 38 milyon sterlinq

    13. Arsene Venger - 38 milyon sterlinq
    6
  • Tanınmış aktyorun həbsi ilə bağlı QƏRAR
    25.04.2015 18:40
    http://arxiv.az/media/365/1000/news.lent.az/20150425/44833136/f79b96b44f50a246c78fe106cf9a921b.jpg
    http://arxiv.az/media/365/1000/news.lent.az/20150425/44833136/f79b96b44f50a246c78fe106cf9a921b.jpg
    Türk kinosunun uşaq ulduzu -Sezər İnanoğlu ("Sezərcik" - red.) haqqında həbs qərarı çıxarılıb. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, aktyorun keçmiş nişanlısı Zeynəb Yılmaz İnanoğlunun onu hədələdiyi iddiası ilə polisə şikayət edib.  Aktyorun barışmaq istəyini rədd etdiyi üçün hədə-qorxu gəldiyini söyləyən Zeynəb daha əvvəl Ailə Məhkəməsinə baş vuraraq Sezərin ona yaxınlaşmaması haqda qərarın verilməsinə nail olmuşdu.  Lakin S.İnanoğlu Z.Yılmaza mesajlar yazmağa davam etdiyindən keçmiş nişanlısı yenidən polisə şikayət ərizəsi yazıb. Bundan sonra Sezərin həbs olunması barədə qərar verilib. 
    8
  • Pozitiv ruhda qalmağın 28 yolu
    25.04.2015 18:34
    http://img.milli.az/n/clickable/204433/0c/d/336135.jpg
    http://img.milli.az/n/clickable/204433/0c/d/336135.jpg
    1. Bol-bol su için.

    2. Bol-bol meyvə-tərəvəz yeyin.

    3. İdmanla məşğul olun.

    4. Pozitiv mahnılardan ibarət bir playlist hazırlayın və tez-tez dinləyin.

    5. Gözəl şəkillərə baxın.

    6. Səhər yeməyi yeyin.

    7. Gözəl ətirlərin əhatəsində olun.

    8. Sağlam qidalanın.

    9. Kifayət qədər yatın.

    10. Piyada gəzintiyə çıxın.

    11. Monotonluqdan qurtulun.

    12. Bol-bol kitab oxuyun.

    13. Hər fürsətdə canlı ünsiyyətə qatılın.

    14. Rəngləri həyatınıza daxil edin.

    15. Rəqs edin.

    16. Hər gün təmiz və baxımlı olmağa diqqət edin.

    17. Hər fürsətdə insanlara kömək edin..yaxşılıq edin..kiçik bir şeylər olsa belə.

    18. Gülümsəyin və salam verin: )

    19. Ekranlardan (kompüter, Tv, telefon və s. bu kimi) istifadənizə limit qoyun.

    20. Gecə gec yatmayın, səhər tezdən oyanın.

    21. Uşaqlarla və heyvanlarla zaman keçirin.

    22. Yaradıcı ilə danışın.

    23. Özünüzü hərtərəfli inkişaf etdirin.

    24. Araşdırmaçı olun.

    25. Torpaqla əlləşin.

    26. Planlı yaşayın.

    27. Xobbiləriniz olsun.

    28. Öyrənməyi buraxmayın!

    Kayzen.az

    Baxış:
    6
  • Qızı əməliyyat edən həkimlər gördüklərinə inanmadı
    25.04.2015 18:34
    http://anspress.com/images/photos/89269.jpg
    http://anspress.com/images/photos/89269.jpg
    Beynində şiş olduğu üçün əməliyyat olunan bir qızın beynindən çıxan həkimləri heyrətləndirib.

    ANS PRESS-in məlumatına görə, 26 yaşlı Yamini Karanam adlı qızın nitqində qüsur olub. Buna görə o, müayinə olunub və həkimlər onun beynində şiş olduğunu müəyyən ediblər. Şişi götürmək üçün əməliyyat olunan qızın beynindən çıxan isə embrionik əkizi - teratom olub. Teratomun üzərində sümük, saç və dişlər də olub.

    Yaminini əməliyyat edən cərrahlar 7 min beyin əməliyyatında cəmi 2 teratoma rast gəlindiyini və bunun çox nadir hal olduğunu bildirib. Həmçinin qeyd edilib ki, teratomlarda saç, diş və sümükdən başqa nadir hallarda göz, əl və ayaq kimi orqanlar da olub.
    7
  • Milli Şura növbəti sessiyasını keçirir
    25.04.2015 18:30
    http://deyerler.org/uploads/thumbs/T723BRZ.jpg
    http://deyerler.org/uploads/thumbs/T723BRZ.jpg
    Demokratik Qüvvələrin Milli Şurası növbəti sessiyasını keçirir. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər salınıb:

     

    1. İctimai-siyasi vəziyyət.

    2. 3 may mitinqinə hazırlıq.

    3. Təşkilati məsələlər.

    4. Cari məsələlər.

     

    Sessiyanı açıq elan edən Milli Şura sədri Cəmil Həsənli qurumun üzvü, siyasi məhbus Tofiq Yaqublunun ailəsinin bugünlərdə başına gələn faciəni xatırladıb. Milli Şura üzvləri Nərgiz Yaqublunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

     

    Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlanıb.

     

    Ölkədəki ictimai-siyasi vəziyyət barədə danışan Milli Şura sədri yaranmış iqtisadi böhrana diqqət yönəldib. Xatırladıb ki, ölkənin əsas sərvəti olan neftin istehsalı aşağı düşür, üstəlik dünya bazarında neftin qiyməti də ucuzlaşıb. Cəmil Həsənli manatın kəskin devalvasiyası və bunun ölkədə bahalaşmaya səbəb olmasından da danışıb.

     

    Milli Şura sədri daha sonra hakimiyyətin Qarabağ siyasətini tənqid edib. Bildirib ki, İlham Əliyevin işğala qarşı mübarizəsi televiziyada "Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var" deməkdən ibarətdir. Torpaqlarımızın işğaldan azad olunması üçün effektiv siyasət aparılmır, 20 ildə yürüdülən siyasət özünü doğrultmayıb.

     

    Cəmil Həsənli Azərbaycan hökumətinin Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamaq istəməməsinə də toxunub. "May ayında keçiriləcək Riqa sammitində Asossiasiya sazişi imzalanmalıdır. Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan 6 ölkədən 3-ü bu sazişi artıq imzalayıb. Azərbaycan da bu sazişi imzalamalıdır. Amma biz hökumətin bunu etməmək üçün gətirdiyi müxtəlif bəhanələrin şahidi oluruq. Azərbaycan tərəfi deyir ki, Strateji Tərəfdaşlıq xarakterli proqramlarda iştirak etmək istəyir. Bunun fərqi ondan ibarətdir ki, Assosiasiya sazişi olanda hökumət demokratik dəyişikliklər, ciddi siyasi, iqtisadi islahatlar öhdəliyi götürür. Azərbaycan hökuməti isə bu islahatlardan - demokratik, azad və ədalətli seçki keçirməkdən, koorupsiyanı, monopoliyanı aradaq qaldırmaqdan qaçmaq istəyir, çalışır ki, indiki mühit qorunub saxlansın", - deyə Milli Şura sədri bildirib.

     

    Cəmil Həsənli günümüzün hadisələrindən olan saxta erməni soyqırımına xatirə tədbirlərinin keçirilməsinə də münasibət bildirib. O deyib ki, ermənilər uydurma soyqırımla bağlı apardıqları kampaniyada müəyyən nəticələrə həm də bizim hökumətin "əfəlliyi" ucbatından nail oldular. Milli Şura sədri vurğulayıb ki, bu mövzuda ermənilər əbəs yerə tarix müstəvisindən qaçmırlar. Bilirlər ki, tarixi həqiqətlər onların iddialarını təkzib edir. Ona görə də məsələni siyasi müstəviyə çəkirlər.

     

    Milli Şura sədri sonda ölkədə siyasi məhbuslar probleminin daha da ağırlaşmasına diqqət çəkib və bu xüsusda hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyevə ağır həbs cəzalarının verilməsini mühakimə edib.

     

    Sonra çıxış üçün söz AXCP sədri Əli Kərimliyə verilib. (azadliq.info)
    9
  • Азербайджанские военнослужащие, которые будут участвовать в параде, отправлены в Москву
    25.04.2015 18:30
    http://arxiv.az/media/365/1000/ru.apa.az/20150425/44837689/019acbaf79d55b8844746353908aa4ab.jpg
    http://arxiv.az/media/365/1000/ru.apa.az/20150425/44837689/019acbaf79d55b8844746353908aa4ab.jpg
    Баку. Фарид Мирзоев - АПА. Военнослужащие азербайджанской армии примут участие в параде, посвященном 70-летию Победы в Великой Отечественной Войне.

    Как сообщили АПА в пресс-службе Министерства обороны, 25 апреля подразделение Вооруженных сил Азербайджана с целью подготовки и участия в торжественном параде, посвященном 70-летию Победы в Великой Отечественной Войне, отправлено в Москву.
    5
  • Qüdsdə bir fələstinli öldürüldü
    25.04.2015 18:30
    http://deyerler.org/uploads/thumbs/2TNR17Y.jpg
    http://deyerler.org/uploads/thumbs/2TNR17Y.jpg
    Qüdsdə sionist İsrail polisi 16 yaşlı fələstini qətlə yetirib.

     

    Deyerler.org-un Haber7-yə istinadən verdiyi xəbərə görə, Yedioth Ahronoth qəzeti sionist İsrail rejiminin sərhəd polisi tərəfindən öldürülən 16 yaşlı fələstinlinin Şərqi Qüdsdə yaşadığını bildirib.

     

    Sionist qəzetin verdiyi xəbərdə öldürülən fələstinli yeniyetmənin Qüdsdən Şəriyəyə açılan Zaim hərbi nəzarət məntəqəsində polisə bıçaqlı hücuma cəhdi etdiyi iddia edilir.

     

    Qərbi Şəriyənin ən böyük sionist məskunlaşma yeri olan Maalə Adumin yaxınlığında baş verən hadisədə sionist İsrail polisindən ölən və ya yaralananların olmadığı qeyd olunub.

     

    Bu arada sionist İsrail əsgərlərinin Qəzzanın Fərahin bölgəsində sahədə işləyən fələstinli əkinçilərə hücum etdiyi bildirilib. Sionist İsrail qüvvələrinin Qərbi Yaxanın Kefer Kadom bölgəsində irqçi ayrı-seçkilik divarına və sionizmə qarşı təşkil olunan etiraz aksiyalarına sərt müdaxilə etməsi nəticəsində yaralanan gənclərdən birinin gözü kor olub.

     

    Aksiyada 7 fələstinlinin də sionist əsgərlərinin açdığı atəş nəticəsində yaralandığı və xeyli sayda fələstinlinin də gözyaşardıcı qaz bombasından təsirləndiyi vurğulanıb.

     

    5
  • İlham Əliyev həmkarını təbrik etdi
    25.04.2015 18:23
    http://axar.az/cdn/2015/april/25/1429967907.jpg
    http://axar.az/cdn/2015/april/25/1429967907.jpg
    Prezident İlham ƏliyevCənubi Afrika Respublikasının PrezidentiCeykob Gedleyihlekisa Zumayabu ölkəninmilli bayramı - Azadlıq günü münasibətilə təbrik məktubu göndərib.

    Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

    "Hörmətli cənab Prezident,

    Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.

    Hörmətlə,

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti"
    7
  • Azərbaycanda axtarışda olan 12 nəfər həbs edilib - DİN
    25.04.2015 18:20
    http://arxiv.az/media/365/1000/news.lent.az/20150425/44832534/542820cdfbb0b98a76e80bef6e16889f.jpg
    http://arxiv.az/media/365/1000/news.lent.az/20150425/44832534/542820cdfbb0b98a76e80bef6e16889f.jpg
    Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyindən Lent.a-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

    Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

    Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.
    6
  • Bədəndə sink çatışmayan zaman nə edək? - ARAŞDIRMA
    25.04.2015 18:20
    http://deyerler.org/uploads/thumbs/TV92SHY.jpg
    http://deyerler.org/uploads/thumbs/TV92SHY.jpg
    (Tebyan saytına istinadən)

    Deyerler.org: Bədəndə sink çatışmayan zaman yorğunluq, dəridə çürüklərin yaranması, prostata aid xəstəliklər, saçın tökülməsi kimi hallar baş verər. Sink - bədənə çox lazım olan maddələrdəndir. Bu maddə bədənin immun sistemində iştirak edər və qandakı ağ qan hüceyrələrinin fəaliyyətini yaxşılaşdırar, iltihabla mübarizə aparar. Bu maddə qocalıq əleyhinə olduğu üçün dəri hüceyrələrinin fəaliyyətinə təsir edər. Ona görə də dəridə olan yaraların və yanıqların yaxşılaşmasında böyük rola malikdir. Sağlam saçlara və dırnaqlara malik olmaq üçün sinkə ehtiyac vardır.

    Bəs bu maddə hansı qıdalarda mövcuddur?

     

    1. Dana ciyəri. Dana ciyəri sinklə zəngin olan bir qidadır. 100qr ciyərdə 9 milliqr sink vardır. Yaxşı olar ki, ciyəri suda bişirilmiş, kabab edilmiş və ya tavada qızardılmış halda yeyəsiniz.

     

    2. Dana əti. 100qr ətdə 6 milliqr sink vardır. Ona görə də yaxşı olar ki, dana ətinin yağsız yerindən istifadə edilsin. Həftədə bir və ya iki dəfə dana ətinin yeyilməsi məsləhətdir.

     

    3. Mərci. Mərci və ağ lobyanın tərkibində sink maddəsi çoxdur. 100qr mərcidə 5,5 milliqr sink vardır.

     

    4. Ağ çörək. Ağ undan hzırlanmış çörəyin 100qr-da 5 milliqr sink vardır. Çörəyə vurulan maya sinkin cəzb olmasına yardım edər.

     

    5. Yumurtanın sarısı. Yumurtanın sarısı protein və vitaminlərlə yanaşı, həm də sinklə zəngin olan qidadır. 100qr yumurta sarısında 4 milliqr sink vardır. Ona görə də həftədə iki və üç dəfə yumurta yemək məsləhət görülür.

     

    6. Yulaf. Səhər yeməyində yulaf yeyərək, sinkə olan ehtiyacınızı ödəyə bilərsiniz. Yulafın 100qr-da 3 milliqr sink vardır.

     

    7. Siyənək balığı. 100qr balıqda 2 milliqr sink vardır. Bundan başqa, tərkibində Omeqa-3 maddəsi də zəngindir.

     

    6
  • Dünyada bu dillər yox olacaq
    25.04.2015 18:18
    http://anspress.com/images/photos/52172.jpg
    http://anspress.com/images/photos/52172.jpg
    Bu əsrin sonuna kimi dünyada dillərin yarısı yox ola bilər.

    ANS PRESS-in məlumatına görə, bu barədə BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO)

    hesabatında deyilir.

    Bildirilir ki, hazırda yer üzündə 2 mindən çox dil daşıyıcısı mövcuddur. İndi dünyada 7 mindən çox dil var.

    Mütəxəssislərin fikrincə, bu əsr ərzində ən çox Saxara səhralığının cənubunda yerləşən Afrika, həmçinin Avstraliya, Cənub-Şərqi Asiya və Okeaniya ölkələrinin dilləri zərər görəcək. Bu regionlarda ölkələr dillərin əksəriyyətindən məhrum ola bilərlər. Çünki hər il bu dildə danışanların sayı azalır.

    YUNESKO-da hesab edirlər ki, təhdid altında yox olanlar sırasında Şimali Amerikanın yerli dilləri də var. Əgər amerika hakimiyyəti lazımlı ölçülərin götürülməsinə təşəbbüs göstərsələr, onda bu dillərin varlığını saxlamaq mümkün olacaq.
    7
  • Təşkilat rəhbəri güllələndi- Pakistanda
    25.04.2015 18:15
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Pakistanda insan hüquqları üzrə aktivist Sabeen Mahmud öldürülüb.

    "Qafqazinfo" milliyet-ə istinadən xəbər verir ki, Sabeen Sind əyalətinin Karaçı şəhərində evə qayıdan zaman silahlı hücuma məruz qalıb.

    Polis şöbəsindən verilən məlumata görə, Sabeen Mahmudun yanında anası olub, motosikletlə ona yaxınlaşan naməlum şəxslər tərəfindən öldürülüb və anası ağır yaralanıb.

    Faktla bağlı araşdırma aparır.

    Qeyd edək ki, Sabeen Mahmud "The Second Floor ( T2F )" adlı insan hüquqları təşkilatının qurucusu və direktoru idi.

    "Qafqazinfo"
    6
  • Paradda iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola salınıb
    25.04.2015 18:13
    http://az.apa.az//upload/images/news/2015/april/25/small/612d0988815ec8d6618e66a96111ad7c.jpg
    http://az.apa.az//upload/images/news/2015/april/25/small/612d0988815ec8d6618e66a96111ad7c.jpg
    Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan ordusunun hərbçiləri Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş paradda iştirak edəcəklər.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş təntənəli parada hazırlıq və iştirak məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularından ibarət bölmə aprelin 25-də Moskva şəhərinə yola salınıb.
    5
  • Gültəkin Hacıbəyli: "Olland erməni "soyqrımı" anım günündə iştirak etməklə Azərbaycan hökumətinin əlinə çox ciddi əsas verdi"
    25.04.2015 18:08
    http://deyerler.org/uploads/thumbs/NADR68S.jpg
    http://deyerler.org/uploads/thumbs/NADR68S.jpg
    Fransa Respublikasının Prezidenti Fransua Olland aprelin 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Səfər çərçivəsində bir çox görüşləri planlaşdırılır. Həssas bir dövrə təsadüf edən bu səfər ekspertlər tərəfindən müsbət dəyərləndirilir. Belə ki, İ.Əliyevin və R.Cəfərovun həbsi dövrünə təsadüf edən bu səfər bu kimi işlər baxımından da müəyyən nəticələr verə bilər.

     

    Milli Şuranın Koordinasiya Şurasının sədri Gültəkin Hacıbəyli Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, Fransa həmsədr ölkə kimi, demokratik prinsipləri üstün tutan bir dövlət kimi Ermənistanla bağlı çox ciddi bir yalnışlığa yol verdi: "Mən Fransa prezidentinin bu səfərindən müsbət heç bir şey gözləmirəm. F. Ollandın bu səfəri nə qədər həssas bir dönəmə təsadüf etməsinə baxmayaraq onun ölkədəki insan haqları sahəsi ilə bağlı hər hansısa bir söz söyləməsi və ya fikir bildirməsi ölkə rəhbərliyi tərəfindən qəbul olunmayacaq. Belə ki, bir gün öncə Ermənistanda qondarma soyqrımı anım günündə iştirak edən bir ölkə başçısı Azərbaycanda olan siyasi durumla bağlı nə söz söyləyə bilər? Fransa rəhbərliyi artıq Azərbaycan hökumətinə siyasi məhbuslarla bağlı və təzyiqə məruz qalan vətəndaş cəmiyyəti ilə bağlı bir tövsiyə verməsi ciddi qəbul edilməyəcək. Fransa həmsədr ölkə kimi, demokratik prinsipləri üstün tutan bir dövlət kimi Ermənistanla bağlı çox ciddi bir yalnışlığa yol verdi. Bu da Qərbin Azərbaycanda olan proseslərə təsirini çox ciddi şəkildə azaldacaq. Azərbaycan hökumətinin əlinə ciddi bir əsas verildi. Bu baxımdan Fransa prezidentinin Azərbaycana səfərinin nəticələrindən müsbət heç nə gözləməyə dəyməz".

     

    8
  • "Mauqli"ni Bakıda coşqu ilə qarşıladılar
    25.04.2015 18:07
    http://anspress.com/images/photos/84907.jpg
    http://anspress.com/images/photos/84907.jpg
    Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Qlobal Faytinq Çempionşip 3" turnirinin qalibi olmuş Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Bakıya gəlib.

    ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında "Mauqli" ləqəbli 31 yaşlı idmançı coşqu ilə qarşılanıb.

    Azərbaycan bayraqları ilə "silahlanmış" azarkeşlər "Zabit", "Zabit" deyə Səmədovu alqışlayıblar. Səbəbkar media nümayəndələrinə açıqlamasında qələbəni Azərbaycan xalqına həsr etdiyini bildirib. Döyüşlərin çətin keçdiyini qeyd edən döyüşçü Azərbaycanın adını yüksəklərə qaldırdığı üçün fəxr etdiyini vurğulayıb.

    Qeyd edək ki, Zabit Səmədov "Qlobal Faytinq Çempionşip 3"də əvvəlcə şotlandiyalı ulduz Stiv Makkinnonu, ardından Konqo-Almaniya əsilli Danyo İlunqanı məğlub edib. Bununla da məşhur döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub. Səmədov pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacağını açıqlayıb. O, döyüş idman növünü təmsil etdiyi üçün Azərbaycan Ordusuna hər hansı formada köməklik etməyi özünə mənəvi borc bildiyini söyləyib. Turnirin super finalı isə bu ilin dekabrında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ dolları qazanacaq.
    7
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri