yuxarıya
Onlayn Ödəmə
"Azneft" İstehsalat Birliyinin Ə.Əmirov adına neft-qaz çıxarma idarəsində təcrübəçilərlə görüş keçirilmişdir
06.08.2013 18:20
A A
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentinin təlim və inkişaf şöbəsinin əməkdaşları "SOCAR yay məktəbi-2013" layihəsi çərçivəsində "Azneft" İstehsalat Birliyinin Ə.Əmirov adına neft-qaz çıxarma idarəsində təcrübə keçən tələbələrlə görüş keçirmişlər.

Departamentdən AzərTAc-a bildirmişlər ki, görüşdə neft-qaz çıxarma idarəsinin rəisi Ramin Quliyev təcrübəçilərə müvafiq təlimatlar vermişdir.

Sonra təcrübəçilər neft-qaz çıxarma idarəsinin istehsalat təcrübəsi ilə tanış olmaq məqsədilə 2 nömrəli neft-qaz çıxarma sexində və quyuların əsaslı və yeraltı təmir sexinin dərinlik nasoslarının təmiri emalatxanasında olmuşlar.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • "Bütün şikayətlər araşdırılacaq" - Nazir müavini
    09.02.2016 12:36
    "Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılmasına başlanılıb. İqtisadiyyat Nazirliyində də şura yaradılıb".XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında...
  • Azərbaycan dempinqli idxala qarşı tədbirləri gücləndirir
    09.02.2016 12:00
    Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi də müzakirə olunub.İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, s...
  • Komitə sədri: "Ölkə iqtisadiyatının dayanıqlılığını təmin etmək üçün hər cür geniş iqtisadi imkanlar var"
    09.02.2016 11:56
    Artıq Azərbaycanın iqtisadiyyatında, iqtisadi inkişafında yeni mərhələ başlanıb.Bu mərhələdə də əsas məqsəd dünyadakı qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyatının davamlılığını, eyni zamanda, keyfiyyətli inkişafı təmin etmək, milli iqtisadiyyatı...
  • "Formula 1" Avropa Qran Prisinin ilk rəsmi elçiləri elan olundu
    08.02.2016 18:37
    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisini (F1 Grand Prix of Europe) təmsil edəcək rəsmi elçiləri açıqlanıb.Gün.Az xəbər verir ki, Avropa Qran Prisinə 130 günün qaldığı ərəfədə bəs...
  • Mühafizə idarələri oğurluq cəhdlərinin qarşısını aldı
    08.02.2016 18:29
    Fevralın 6-sı gecə saatlarında Binəqədi Rayon Mühafizə İdarəsi (RMİ) tərəfindən qorunan rayon ərazisindəki "Ucuz" marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan "həyəcan" siqnalı yoxlanılan zaman, obyektin giriş qapısına oğurluq məqsədilə müdaxilə olunduğu a...
  • Gürcüstan "Qazprom"la danışıqları dayandırır?
    08.02.2016 16:20
    Georgi Kvirikaşvili qeyd edib ki, "Qazprom"la damışıqlar sırf texniki xarakterli problemlərə aid idi, "strateji danışıqlardan söhbət getmir". Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bəyan edib ki, Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlar ətrafında siyasi spekulyasiya...
  • Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının rəsmisi ilə görüşüb
    08.02.2016 15:57
    Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)" layihəsinin hazırlanması işləri çərçivəsində Bakıda keçirilən "Məşğulluq siyasəti" mövzusunda təlim-semin...
  • Komitə sədri: "Dünya problemlərini həll etməyin yolu dinlərarası dialoq və multikulturalizmdir"
    09.02.2016 13:27
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Qış məktəbi"nin tələbələri ilə görüş keçirilib.Komitənin sədri Mübariz Qurbanlı bildirib ki, görüşdə müxtəlif ölkələrdən nümayəndələr, tələbələr və elm xadimləri i...
  • Mübariz Qurbanlı: Hər il yarım milyon dollar qeyri-islam icmalarına dəstək kimi verilir
    09.02.2016 13:20
    Bakı. İlhamə İsabalayeva - Trend:Hazırda bəzi müsəlman ölkələrində sünni və şiələr arasında toqquşmalar var. Azərbaycanda isə belə hal yoxdur. Azərbaycanda multikultutal dəyərlərin kökündə Azərbaycan xalqının tərbiyəsi, mentaliteti dayanır. Azərbaycan ailələrind...
  • Ödəmə terminalını oğurlayanlar saxlanılıb
    09.02.2016 13:20
    Bakı. Trend:Ödəmə terminalını oğurlayan şəxslər saxlanılıb.Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Abid İsrafilova məxsus mağaza...
XƏBƏR LENTİ
  • Səudiyyə xüsusi təyinatlı qoşunlarını Suriyaya göndərə bilər
    09.02.2016 13:34
    http://deyerler.org/uploads/thumbs/MRGM9FE.jpg
    http://deyerler.org/uploads/thumbs/MRGM9FE.jpg
    Səudiyyə bir neçə min hərbçisini Suriyaya göndərə bilər. Bununla bağlı qərar NATO-nun Brüsseldə keçiriləcək zirvəsində verilə bilər.

     

    Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Səudiyyənin xarici işlər naziri Adil Cubeyr bəyan edib ki, Səudiyyə ABŞ-ın rəhbərliyi ilə yaradılan Qərb koalisiyasının tərkibində öz xüsusi təyinatlılarını Suriyaya göndərə bilər. Gələn həftə NATO-nun Brüsseldə keçiriləcək iclasında Səudiyyənin Suriyaya hərbçilərinin yeridilməsi ilə bağlı müzakirələr aparılacaq.

     

    "Səudiyyə öz xüsusi təyinatlılarını Suriyaya göndərməyә hazırdır", - deyə o, bildirib.

     

    0
  • Faiq Ağayev: "Gəl, səni xoşbəxt eləyim"
    09.02.2016 13:33
    http://www.olaylar.az/foto/xeberler/faiqqaagayevyeni.jpg
    http://www.olaylar.az/foto/xeberler/faiqqaagayevyeni.jpg
    Xalq artisti Faiq Ağayev "Gəl, səni xoşbəxt eləyim" adlı yeni mahnı ifa edib. "Olaylar"az-a açıqlama verən xalq artisti bildirib ki, ifa etdiyi yeni bəstənin sözləri Altay Yaşara, musiqisi Fərid Kərimliyə, aranjemanı isə Givi Usenashviliyə məxsusdur: "Bu mənim bəstəkar Fərid Kərimli ilə ilk işimdir. Bu bəstəni bir il öncə mənə təhvil verdi, çox xoşuma gəldi. Artıq mahnı üçün hazırladığımız video-çarxı bu gün təqdim edirik. Bəstənin tam hazır versiyası isə yaxın günlərdə 106.3 radiosunda səslənəcək. Ümidvaram ki, ifa etdiyim bu mahnı ürəyində sevgi daşıyan hər bir kəsin xoşuna gələcək".
    1
  • Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlanır
    09.02.2016 13:33
    http://www.olaylar.az/foto/xeberler/usaqlarbagliyeniqanun.jpg
    http://www.olaylar.az/foto/xeberler/usaqlarbagliyeniqanun.jpg
    "Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi "Uşaqların sağlamlığına və inkişafına ziyan verən informasiyalardan qorunmaları" haqqında yeni qanun layihəsi üzərində çalışır". Bu barədə SİA-ya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib.

    Komitə sədri vurğulayıb ki, yeni hazırlanan qanun layihəsi uşaqların inkişafında mühüm əhəmiyyətə malik olacaq: "Bəzən elə informasiyalar olur ki, onlar uşaqların həm beyninə, həm savadına, həm də inkişafına təsir edir. Misal üçün sui-qəsd, intiharla bağlı informasiyalar çox zaman uşaqların psixologiyasına təsir göstərir ki, bu da onların gələcək inkişafında fəsadsız ötüşmür. Bütün bunları nəzərə alaraq, komitə tərəfindən belə bir qanun layihəsinin hazırlanması ilə bağlı təklif irəli sürmüşük. Hazırda komitəmizin bütün üzvləri yeni layihə üzərində çalışır. Layihənin yaz sessiyasında müzakirəyə çıxarılacağı planlaşdırılır. Qanun layihəsinin qəbulu üçün səylərimizi əsirgəməyəcəyik".

    A. Naxçıvanlı yaxın zamanlarda komitə tərəfindən geniş maarifləndirici tədbirin keçirilməsi haqqında da məlumat verib. O bildirib ki, Sabunçu rayonunda keçirilməsi planlaşdırılan tədbirdə erkən nikahlar, qadın zorakılığı, adət-ənənələrimiz, ailədə ağbirçəyin və ağsaqqalın rolu ilə bağlı mövzular müzakirəyə çıxarılacaq: "Hazırda tədbirin proqramı hazırlanır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ağsaqqqallar Şurasının, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcra Hakimiyyətlərinin və KİV nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirdə mənəvi dəyərlərimizin yenidən dirçəldilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Təəssüf ki, indiki gənclərin əksəriyyəti qaynana və qaynata ilə yaşamaq istəmirlər. Ancaq biz bilirik ki, kəndlərimizdə elə ailələr var ki, 3-4 oğul, gəlinlər evin ağsaqqalı və ağbirçəyi ilə birgə çox mehriban yaşayırlar. Bunlar ata-bababalarımızdan qalan ənənələrdir ki, onları qorumaq lazımdır. Keçirəcəyimiz tədbirə bu cür ailələrin dəvət olunmasına çalışacağıq ki, gənclərimiz həmin ailələrdən nümunə götürsünlər".
    0
  • DİN əcnəbilərin İmişlidə kanalda boğulması hadisəsi ilə bağlı məlumat yayıb
    09.02.2016 13:32
    http://www.olaylar.az/foto/xeberler/dinecnebilerinkanaldabogulamsi.jpg
    http://www.olaylar.az/foto/xeberler/dinecnebilerinkanaldabogulamsi.jpg
    Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonunda xarici vətəndaşların kanalda boğulması ilə bağlı məlumat yayıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də saat 20.00 radələrində İmişli rayonunun Xəlfəli kəndində Qətər vətəndaşı Salim Ali Said Əlməri icarəyə götürdüyü "Toyota" markalı avtomobili idarə edərkən körpüdən kanala aşırıb. Nəticədə S.Əlməri və sərnişinlərindən - Səudiyyə Ərəbistanı vətəndaşı Melşari Zaid Əl Subeyd suda boğularaq ölüb, digər sərnişini, həmyerlisi Əbdüləziz Əl Kabiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
    0
  • Moskvada miqrantlara məxsus qanunsuz ticarət obyektlərinin sökülməsinə başlanılıb
    09.02.2016 13:32
    http://www.olaylar.az/foto/xeberler/moskvadamiqrantlaramexsusqanunsuz.jpg
    http://www.olaylar.az/foto/xeberler/moskvadamiqrantlaramexsusqanunsuz.jpg
    Moskvada MDB ölkələrindən olan miqrantlara məxsus metroətrafı qanunsuz tikililərin sökülməsinə başlanılıb. APA-nın "lenta.ru"ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Daşınmaz Əmlakın İstifadəsinə Nəzarət Dövlət Müfəttişliyinin rəhbəri Sergey Şoqurov deyib. Onun sözlərinə görə, ilkin olaraq 97 qanunsuz ticarət obyektinin sökülməsinə 700 ədəd texnika cəlb olunub. S. Şoqurov bildirib ki, qanunsuz tikililərin əksəriyyəti yeraltı kommunikasiya xətlərinin üzərində yerləşir. Dövlət müfəttişliyindən bildiriblər ki, qanunsuz tikililərin könüllü şəkildə sökülməsi üçün verilən vaxt ötən gün bitib. Söküntü işləri "Çistıye prudı", "Taqanskaya", "Şelkovskaya", "Partizanskaya", "Sokol" metro stansiyaları yaxınlığında və Lyusinovskaya, Marksistskaya küçələrində aparılır. Qanunsuz ticarət obyektlərinin yerləşdiyi ərazi 50 min kv.m sahəni əhatə edir.

    Qeyd edək ki, Moskva rəhbərliyi ümumilikdə 104 qanunsuz obyektin sökülməsi barədə qərar qəbul edilib. Proses fevralın sonunadək başa çatacaq.
    0
  • Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
    09.02.2016 13:29
    http://www.olaylar.az/foto/xeberler/jurnalisrasim.jpg
    http://www.olaylar.az/foto/xeberler/jurnalisrasim.jpg
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə hakim Eldar İsmayılov çıxış edərək ötən proses zamanı yaşanan insidentə münasibət bildirib. Hakim qeyd edib ki, məhkəmə işə obyektiv baxır. Daha sonra prosesdə təqsirləndirilən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev çıxış edərək həkimlərin və əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Zərərçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev isə çıxış edərək bildirib ki, tibbi ekspertizanın rəyində ziddiyyət var. O, səhiyyə naziri Oqtay Şirəliyevin məhkəməyə dəvət olunmasını istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Daha sonra Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev ilkin ekspertizanı keçirən Hadi Hüseynov və komisyon ekspertizanı keçirən Ziyafəddin Məmmədovun prosesə çağırılıb dindirilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

    Proses fevralın 16-da davam etdiriləcək.

    Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

    C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb. Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.
    4
  • "Zəmanəsindən irəli getmiş şəxsiyyət - Nizami Gəncəvi 875" adlı musiqili ədəbi-bədii tədbir
    09.02.2016 13:28
    http://cdn.trend.az/pictures/2016/02/09/tedbir_kitabxana_090216_01.jpg
    http://cdn.trend.az/pictures/2016/02/09/tedbir_kitabxana_090216_01.jpg
    Bakı. Trend:

    Fevralın 8-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə Xətai rayon Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş "Zəmanəsindən irəli getmiş şəxsiyyət -Nizami Gəncəvi 875" başlığı altında musiqili ədəbi-bədii tədbir keçirilib.

    Trend-in məlumatına görə, tədbirdə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının kollektivi, oxucular, 95 və 261 saylı tam orta məktəblərin şagird və müəllim kollektivi, Azərbaycan Yazıçılar Birliyinin üzvləri "Qızıl qələm" mükafatı laureatı yazıçı Əzizə Ağahüseynqızı, Şərqiyyə Süleymanlı, Qəzənfər Məsimoğlu, "Qızıl qələm" mükafatçısı Tahirə Məğrur iştirak ediblər.

    Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Oruc Quliyev tədbirin böyük Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunduğunu qeyd edib, Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin baş kitabxanaçısı Təranə Quliyeva isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məruzə edib .

    Daha sonra Nizami Gəncəvinin yaradıcılığını əks etdirən şəkillərdən ibarət slaydlar nümayiş olunub.

    Tədbirdə iştirak edən AYB-nin üzvləri çıxışlarında Nizami Gəncəvinin əsərlərində azadlıq, demokratiya, bərabərlik, qadın azadlığı, əmək, zəhmət, sülh məsələlərini tərənnüm etməsindən, dahi şairin ədəbiyyat tariximizdə müstəsna xidmətlərindən, bədii-emosional, estetik-fəlsəfi, həm də elmi-idraki fikirlərindən söz açıblar.

    Tədbirin ədəbi - bədii hissəsində çıxış edən məktəblilər Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyib, şagirdlər Ayan Əhmədli, Tural Mirzəyev və Mirqafar Kərimov Nizami Gəncəvinin "Kərpickəsən qocanın bir cavanla hekayəti"ndən kompozisiya nümayiş ediblər.

    Tədbir gənc ifaçiların hazırladığı konsert proqramı ilə davam edib.

    Tədbirin sonunda qonaqlar Nizami Gəncəvinin kitablarından ibarət sərgi və stendlə tanış olublar.
    2
  • Komitə sədri: "Dünya problemlərini həll etməyin yolu dinlərarası dialoq və multikulturalizmdir"
    09.02.2016 13:27
    http://www.azadinform.az/up/news/article/MM/mubariz-qurbanli-2016.jpg
    http://www.azadinform.az/up/news/article/MM/mubariz-qurbanli-2016.jpg
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Qış məktəbi"nin tələbələri ilə görüş keçirilib.

    Komitənin sədri Mübariz Qurbanlı bildirib ki, görüşdə müxtəlif ölkələrdən nümayəndələr, tələbələr və elm xadimləri iştirak edir: "Əminəm ki, onlar Azərbaycan haqqında kifayət qədər məlumat əldə ediblər. Sevinirəm ki, iştirakçılar Azərbaycan haqqında məlumatla artıq əyani olaraq tanış olurlar. Multikulturalizm Mərkəzinə təşəkkür edirəm ki, bu cür məktəb təşkil edib. Dünyada multikulturalizmin alternativi yoxdur".

    M. Qurbanlı əlavə edib ki, dünyanın 30 ölkəsində milli və etnik zəmində münaqişələrdə insanlar ölür: "On beş il ərzində bu müharibələrdə ölənlərin sayı 2,5 milyona çatıb. Bu münaqişələr zamanı ən azı 50 milyon insan yaşadığı yerdən qaçmağa məcbur olub. Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində 1 milyon Azərbaycan vətəndaşı yurd-yuvasından didərgin düşüb. BMT 10 aparıcı problem müəyyənləşdirib. Bunların həlli üçün bəşəriyyətin dil tapması və onu həll etməsi lazımdır. Bunu həll etməyin yolu dinlərarası dialoq və multikulturalizmdir". /apa.az/
    2
  • 5,7 bal gücündə zəlzələ olub
    09.02.2016 13:23
    http://www.xezerxeber.com/uploads/images/large/2016/02/09/86249577.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2016/02/09/86249577.jpg
    Yeni Zelandiyada 5,7 bal gücündə zəlzələ olub.

    AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, ölkənin cənubundakı St Arnaud və Nelson gölü bölgəsində baş verən zəlzələdə can və ya mal itkisi olmayıb. Zəlzələ Kristçurç və Aukland şəhərlərində də hiss edilib.

    Qeyd edək ki, 2011-ci ildə Yeni Zelandiyanın cənubundakı Kristçurçda baş verən 6,3 bal gücündəki zəlzələdə 185 nəfər ölmüş, təxminən 2 min insan yaralanmışdı.
    3
  • Azərbaycanda biznesin lisenziyalaşdırılması maksimum sadələşdirilir
    09.02.2016 13:22
    http://cdn.trend.az/pictures/2012/05/16/Documents_160512.jpg
    http://cdn.trend.az/pictures/2012/05/16/Documents_160512.jpg
    Bakı. Azad Həsənli - Trend:

    Azərbaycanda dövlət orqanlarını lisenziyaların alınması ilə bağlı sahibkarlara beş gün ərzində metodik yardım göstərməyə təhkim etmək təklif olunur. Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən "Lisenziyalar və icazələr haqqında" qanun layihəsində nəzərdə tutulub.

    İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, bu, sahibkarların əlavə xərclər çəkməməsi və əvvəlcədən lisenziyanı almağa hazır olmalarına əmin ola bilmələri üçün lazımdır.

    Bundan başqa, qanun layihəsi elektron lisenziyaların verilməsini də nəzərdə tutur.

    S.Məmmədovun sözlərinə görə, qanunda "Susmaq razılıq əlamətidir" prinsipi də nəzərdə tutulub: "Bununla da nəzərdə tutulmuş müddət ərzində dövlət orqanı lisenziya almaq üçün müraciətin baxılması üzrə sorğunu cavabsız qoyubsa, o, avtomatik olaraq verilmiş sayılır. Verilmiş lisenziya avtomatik olaraq vahid reyestrə daxil edilir. İstənilən orqan onun köməkliyi ilə sahibkarın lisenziyasının olub-olmamasını yoxlaya bilər".

    Qanun layihəsi lisenziyaların verilməsini 15 gündən 10 günə, icazələrin isə 7 günədək azalmasını da nəzərdə tutur.

    Müzakirələrin yekunu üzrə qanun layihəsi Milli Plenar iclasın tövsiyə olunub.
    4
  • Komitə sədri : "Ölkə iqtisadiyatının dayanıqlılığını təmin etmək üçün hər cür imkanlar var"
    09.02.2016 13:22
    http://www.olaylar.az/foto/xeberler/ziyadsemedzadee.jpg
    http://www.olaylar.az/foto/xeberler/ziyadsemedzadee.jpg
    "Artıq Azərbaycanın iqtisadiyyatında, iqtisadi inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə də əsas məqsəd dünyadakı qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyatının davamlılığını, eyni zamanda, keyfiyyətli inkişafı təmin etmək, milli iqtisadiyyatı, daxili bazarı qorumaq və iqtisadiyyatın neftdən asılılığını azaltmaqdan ibarətdir". Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 9-da keçirilən iclasında adıçəkilən komitənin sədri Ziyad Səmədzadə dilə gətirib. Onun sözlərinə görə, xüsusilə, manatın devalvasiyasından, "üzən məzənnə"yə keçilməsindən sonra ölkə iqtisadiyyatının inkişafını təmin etmək məqsədi ilə dövlət, hökumət tərəfindən çox böyük və əhəmiyyətli addımlar atılır: "Bütün nazirlər, komitə sədrləri, millət vəkilləri regionlarda çoxsaylı görüşlər keçirir, insanların, vətəndaşların təkliflərini dinləyir, eyni zamanda, birmənalı şəkildə bildirirlər ki, ölkə iqtisadiyatının inkişafının dayanıqlılığını təmin etmək üçün geniş iqtisadi imkanlar var və bu imkanların da hərəkətə gətirilməsi üçün hökumət tərəfindən addımlar atılır. Btün bunlar da öz növbəsində imkan verir ki,Azərbaycan dünyadakı qlobal maliyyə-iqtisadi böhran və onun ölkəmizə müəyyən təsirlərinə baxmayaraq, bu prosesdən yenə üzüağ və uğurla çıxa biləcək".
    3
  • Mübariz Qurbanlı: Hər il yarım milyon dollar qeyri-islam icmalarına dəstək kimi verilir
    09.02.2016 13:20
    http://cdn.trend.az/pictures/2016/02/09/dini_qurumlari_090216_01.jpg
    http://cdn.trend.az/pictures/2016/02/09/dini_qurumlari_090216_01.jpg
    Bakı. İlhamə İsabalayeva - Trend:

    Hazırda bəzi müsəlman ölkələrində sünni və şiələr arasında toqquşmalar var. Azərbaycanda isə belə hal yoxdur. Azərbaycanda multikultutal dəyərlərin kökündə Azərbaycan xalqının tərbiyəsi, mentaliteti dayanır. Azərbaycan ailələrində uşaqlar tərbiyə olunarkən kiməsə nifrət hissi aşılanmır.

    Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-dən fəaliyyətə başlayan "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbininn iştirakçıları ilə görüşündə deyib.

    Bakıdakı Heydər Əliyev məscidində sünni və şiələrin birgə vəhdət namazı qıldığını nəzərə çatdıran M.Qurbanlı bildirib ki, tolerant mühitin yaradılması üçün anaların da üzərinə böyük məsuliyyət düşür.

    Azərbaycanda dövlət siyasətinin də tolerant mühiti dəstəklədiyini deyən M.Qurbanlı bildirib ki, hər il yarım milyon dollar qeyri-islam icmalarına dəstək kimi verilir. Bundan başqa, məscidlər, sinaqoqlar, kilsələr elektrik enerjisi ilə təminatda güzəştlər alırlar.

    Dünyada multukulturalizmin alternativinin olmadığını deyən M.Qurbanlı qeyd edib ki, hazırda dünyanın 30 ölkəsində milli, etnik, dini zəmində toqquşma sayəsində hər gün insanlar ölür. Son 15 ildə bu səbəblərdən ölənlərin sayı orta hesabla 2,5 milyona catıb, ən azı, 50 milyon insan isə öz torpağından didərgin düşüb.

    Azərbaycanda münaqişə zonasının olduğunu deyən komitə sədri bildirib ki, Azərbaycanda 1 milyondan artıq qaçqın və köçkün var: "Bu gün kimin ölməsindən asılı olmayaraq, o, dünyanın vətəndaşdır. Dünyanın ən azı, 10 böyük problemi var və BMT 10 aparıcı problem müəyyənləşdirib. Bu problemlərin hamısının həlli üçün bəşəriyyətin dil tapması lazımdır. Ən zəngin ölkələr belə, problemləri təkbaşına həll edə bilməz. Bu problemlərin həllinin ən əsas üsullarından biri sivilizasiyalar, dinlərarası dialoq, miltukulturalizmdir. Əgər biz bir-birimizi irqimizə, dinimizə görə inkar etsək, onda problemləri artıracağıq".

    Komitə sədrinin sözlərinə görə, 2015-ci ilin yaz və payız semestrlərində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldığı qış məktəbi fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək.

    Bakı Multikulturalizm Mərkəzinin qış məktəbinə Azərbaycanla yanaşı, Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali məktəblərinin tələbələri və xarici mütəxəssislər qatılıb.
    3
  • Ödəmə terminalını oğurlayanlar saxlanılıb
    09.02.2016 13:20
    http://cdn.trend.az/pictures/2014/04/03/terminal_million_030414.jpg
    http://cdn.trend.az/pictures/2014/04/03/terminal_million_030414.jpg
    Bakı. Trend:

    Ödəmə terminalını oğurlayan şəxslər saxlanılıb.

    Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Abid İsrafilova məxsus mağazadan 70 manat və orada quraşdırılmış "Milli Ön" ödəmə terminalını oğurlamış Bakı şəhər sakinləri Firuz Abbasov, Azər Mirzəyev və Mədət Hüseynov tutulublar.
    2
  • Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə ekspertiza həkimləri iştirak edəcək
    09.02.2016 13:19
    http://cdn.trend.az/pictures/2016/01/05/rasim_aliyev_05.jpg
    http://cdn.trend.az/pictures/2016/01/05/rasim_aliyev_05.jpg
    Bakı. Samir Əli - Trend:

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

    Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə-tibb ekspetizası həkimlərinin də məhkəməyə gətirilməsi barədə vəsadət qaldırılıb. Bu vəsadət təmin olunub və növbəti prosesdə onların iştirakı gözlənilir.

    Müdafiə tərəfinin səhiyyə nazirinin məhkəməyə gəlməsi barədə vəsatəti, eləcə də, təqsirləndirilən C.Məmmədovun vəkilinin müalicə həkimlərinin istintaq işinə cəlb olunması ilə bağlı vəsatətləri isə təmin olunmayıb.

    Novbəti məhkəmə prosesi fevralın 19-da keçiriləcək.

    Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.

    Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

    O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    3
  • "Kara Sevda"nın Kamalı sabah Bakıya gəlir
    09.02.2016 13:19
    http://www.olaylar.az/foto/xeberler/karsevdaninkamalisabah.jpg
    http://www.olaylar.az/foto/xeberler/karsevdaninkamalisabah.jpg
    "Kara Sevda"nın ulduzuBurak ÖzcivitvəAslı Enversabah Bakıya gələcək. Nizami kino mərkəzindən Anspress-ə sabah "Kardeşim Benim" (Qardaşım mənim) filminin qala gecəsi olacağı məlumat verilib. Mərkəzdən qeyd olunub ki, kinonun baş qəhrəmanlarından biri müğənniMurat BozBakıya gəlməyəcək. Murat Boz gözlənilmədən xəstələnib. O, səhhətində yaranan problemə görə Bakıya gəlməyəcək. Ulduz aktyor Burak Özcivit "İnstaqram" səhifəsində də izləyicəri ilə Bakıya gələcəyini bölüşüb. Təqdimat mərasimi sabah baş tutacaq. Artıq bütün biletlər satılıb.

    Burak Özcivitin "İnstaqram" səhifəsi

    B.Özcivitin Bakıya səfəri ilk deyil. O, ötən il də Bakıda olub. Yanvar ayında sevgilisi aktrisaFahriye Evcenlə"Aşk sana benzer" ("Eşq sənə bənzər") filminin qala gecəsinə qatılıb. Cütlük Bakıda böyük maraqla qarşılanıb.

    Burak Özcivit Bakıda olan zamanı

    "Kara Sevda"nın anonsu
    3
  • "Parlaq Zəka" da Anarın yaradıcılığı
    09.02.2016 13:19
    http://cdn.trend.az/pictures/2016/02/09/parlaq_zeka_090216_01.jpg
    http://cdn.trend.az/pictures/2016/02/09/parlaq_zeka_090216_01.jpg
    Bakı. Trend:

    "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların "Anar" mövzusunda olan mübarizələrini izlədilər.

    Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Tibb Universiteti nin tələbəsi İsmayıl Əliyev, sarı yolda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Soltan Muradov, yaşıl yolda isə Bakı Dövlət Universitetinin tələbəsi Gülşən Sultanlı mübarizə apardı. Bu qarşılaşmanın qalibi təəssüf ki, olmadı.

    Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

    İnformasiya dəstəyi
    3
  • Novruz bayramında Praqaya qrup turu
    09.02.2016 13:17
    http://cdn.trend.az/pictures/2016/02/09/praqa_tur_090216_01.jpg
    http://cdn.trend.az/pictures/2016/02/09/praqa_tur_090216_01.jpg
    Bakı. Trend:

    Çexiyanın paytaxtı hər fəsildə gözəldir. Elə buna görə də onu "Gözəl Praqa" adlandırırlar. Doğurdan da, bu şəhər hər bir guşəsi: orta əsirli küçələr, daş körpülər, qırmızı kirəmitli damlar, qalalar, bir çox kafelər və hər bucaqdan gələn cəzbedici təzə bişmiş şirniyyatların ətri ilə insanı özünə cəlb edir.

    Praqanın müxtəlif yarmarkaları və şouları, hərəkətli meydanlarda küçə konsertləri, maraqlı muzeylər, sərgilər və ekskursiyalar bura gələn turistlərə darıxmağa imkan veriməyəcək.

    Silk Way Travel şirkəti Novruz bayramı ərəfəsində Praqaya 7 gecə/ 8 günlük qrup turu təşkil edir. Qiyməti 742 EUR*-dan başlayır.

    Turpaketə aşağıdakılar daxildir:

    AZAL aviaşirkəti ilə birbaşa uçuş: 20.03.2016 (07:30 - 09:00)/ 27.03.2016 (11:00 - 18:10);

    Qrup transferi (hava limanı-otel-hava limanı);

    Oteldə qalma, səhər yeməyi;

    Viza rəsmiləşdirilməsi;

    Tibbi sığorta.

    * Qiymət nömrədə 2 nəfər qalmaq şərti ilə 1 şəxs üçün göstərilmişdir.

    Ətraflı məlumat və turun bronlaşdırılması üçün:

    Ünvan: Nizami küç, 126 A, Bakı, Azərbaycan

    Тelefon: (012) 437-40-85

    Email: tourism@swtravel.az

    Facebook səhifəmiz
    3
  • İsa Dadaşovun avtomobilindən marixuana çıxdı
    09.02.2016 13:17
    http://www.azadinform.az/up/news/article/2016/fevral/09/marixunan.jpg
    http://www.azadinform.az/up/news/article/2016/fevral/09/marixunan.jpg
    Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun nəzarət zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşı İsa Dadaşovun idarə etdiyi "Ford Tourneo Connect" markalı, 90 TO 442 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerinin tavanında olan örtüyün arxa hissəsindəki boşluqda 1 ədəd bağlamada, xalis çəkisi 1,04 qram təşkil edən qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

    Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.
    4
  • Messi əməliyyat olacaq
    09.02.2016 13:17
    http://www.azadinform.az/up/news/article/2016/fevral/09/messisamir7.jpg
    http://www.azadinform.az/up/news/article/2016/fevral/09/messisamir7.jpg
    Argentina millisi və "Barselona"nın forvardı Lionel Messi əməliyyat olacaq.

    Azadinform xəbər verir ki, argentinalı ulduz yenidən böyrəyində ağrılar hiss edib. Dekabrda böyrəyində daş olduğu üçün klublararası dünya çempionatında "Quanqjou Everqrand"la görüşü buraxan 29 yaşlı futbolçu yenidən eyni problem yaşadığından, məşqdə iştirak etməyib.

    Messi bu gün əməliyyat olunacaq. Sabah evə buraxılacaq beşqat "Qızıl top"un sahibi fevralın 11-dən məşqlərə başlayacaq. Hücumçu sabah oynanılacaq İspaniya kral kubokunun yarımfinal mərhələsində "Valensiya" ilə cavab qarşılaşmasını da kənardan izləməli olacaq. Onun fevralın 14-də keçiriləcək "La Liqa"nın növbəti turunda "Selta" ilə oyunda meydana çıxacağı da sual altındadır.
    3
  • "Şirvan" REŞ-də təmir işləri davam edir
    09.02.2016 13:17
    http://www.azadinform.az/up/news/article/Iqtisadi/azerenerji.jpg
    http://www.azadinform.az/up/news/article/Iqtisadi/azerenerji.jpg
    Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan "Şirvan Regional Elektrik Şəbəkəsi"ndə (REŞ) texniki göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən qış mövsümünün uğurla başa çatdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

    "Azərenerji"dən Azadinform-a verilən məlumata görə, xidməti ərazidə olan enerjitəchizatı müəssisələrinin daha da keyfiyyətli və davamlı elektrik enerjisi ilə təminatı kollektivin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə də 330 kV-lik 3-cü "İmişli", 6-cı "Cənub", 3-cü "Şirvan", 220 kV-lik 4-cü və 5-ci "Cənub" elektrik verilişi xətlərində (EVX) ümumilikdə 9 kilometrdən artıq xətt əsaslı təmir edilmiş, 650-ə yaxın izolyator isə yenisi ilə əvəz edilib. 110 kV-lik 3-cü "Ucar", 4-cü "Kürdəmir", 1-ci "Cənub" və digər daha 9 ədəd hava xətlərinin (HX) ümumilikdə 28 kilometrdən artıq hissəsi əsaslı təmir edilib, 875-dən artıq izolyator dəyişdirilib. O cümlədən, həmin bu vaxtda 1-ci "Lənkəran" HX-nin 11 kilometrdən artıq hissəsi əsaslı təmir edilib.

    Mənbədən onu da bildiriblər ki, təmir-bərpa işləri müəssisənin xidməti ərazisində yerləşən yarımstansiyalardan da yan ötməyib. Belə ki, hesabat dövründə 110 kV-lik "Astara" yarımstansiyasında 2 saylı 25 MVA transformatorun 110 kV-lik tərəfində eleqaz açarı və cərəyan transformatoru yenisi ilə əvəz edilib; 2-ci "Şəhər" HX-nin yağ açarı müasir tipli vakuum açarla əvəz edilib; 1 saylı 15 MVA transformatorun 10 kV-lik giriş yağ açarı, 2 saylı 25 MVA transformatorun 35 və 10 kV-lik yağ açarları təmir edilib. "Salyan" yarımstansiyasında isə 2 saylı 63 MVA transformator və eyni zamanda həmin bu yarımstansiyadan çıxan 35 və 6 kV-lik müxtəlif adda 15-dən artıq HX-lərin yağ açarları əsaslı təmir edilib. Yeri gəlmişkən, 110 kV-lik "Ələt" yarımstansiyasında eyni gərginlikli 4-cü "Ələt" HX-nin eleqaz açarı, 1 və 2 saylı 63 kVA xüsusi sərfiyyat transformatorları təmir edilib, 2 saylı 20 MVA transformatorun əsaslı təmiri isə davam etdirilir.

    Mənbədən əldə etdiyimiz digər bir məlumata görə isə, sözügedən dövrdə 330 kV-lik "İmişli" və "Ağcabədi", 220 kV-lik "Masallı", 110 kV-lik "Masallı", "Kürdəmir", "Sığırlı" və digər bir neçə yarımstansiyalarda müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, o cümlədən müxtəlif gücdə olan transfomatorlar təmir edilərək normal iş rejiminə gətirilmiş, hava xətlərinin yağ açarlarının yenisi ilə əvəz edilməsi işi həyata keçirilib. İcrası reallaşdırılan tədbirlər enerji ötürücülərində dayanıqlığın yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar açır.

    Qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid yuxarı gərginlikli EVX-lərdə və yarımstansiyalarda yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin bu dövrdə yağtutumlu avadanlıqlara baxış keçirməklə aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənib, eyni zamanda EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan təmizlənib. Bütün bunlarla yanaşı 170-ə yaxın müxtəlif çəkidə ilkin yanğınsöndürmə balonları yenidən doldurularaq aidiyyəti üzrə yarımstansiyalara paylanıb.

    Şəbəkədən verilən məlumata istinadən yerinə yetirilən və hazırda davam etdirilən təmir-bərpa işləri bölgənin enerji təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcək.
    3
  • Tahir Mirkişili: "İcazə verən orqan və ya dövlət orqanı 5 gün müddətində sahibkara cavab vermək məcburiyyətindədir"
    09.02.2016 13:16
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Lisenziyalar və icazələr" haqqında qanun layihəsinə bəzi əlavələr edilib.

    Gün.Az-ın məlumatına görə, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevarlın 9-da keçirilən iclasında millət vəkili Tahir Mirkişili qanun layihəsinə edilmiş əlavələr barədə məlumat verib.

    Onun sözlərinə görə, qanun layihəsində müəyyən olunmuş müddətdə icazə verən orqan sahibkarların müraciətlərini cavablandırmırsa, lisenziya avtomatik olaraq verilmiş hesab edilir.

    T.Mirkişili əlavə edib ki, bununla əlaqədar qanun layihəsinə yeni müddəa əlavə edilib:

    "Biz yeni müddəada "lisenziya verilmiş hesab olunduqdan sonra" "avtomatik olaraq reyestrə daxil edilsin" yazdıq. Bunu ona görə etdik ki, hər hansı yoxlayıcı orqan sahibkarı yoxlayanda lisenziyanın olub-olmadığını avtomatik olaraq elektron portaldan yoxlaya bilsin".

    Millət vəkilinin dediyinə görə, daha bir mühüm dəyişiklik icazə verən orqanın metodiki yardım istəyən sahibkarın müraciətinin cavablandırması müddəti azaldılması ilə bağlıdır:

    "Hər bir sahibkar lisenziya almamışdan öncə, metodiki kömək üçün icazə verən orqana müraciət edə bilər.

    Bunun əsas mahiyyəti ondan ibarət idi ki, sahibkarın özünün hazır olub-olmadığını bilməsi üçün əlavə xərc çəkmədən, lisenziyanı alıb-almayacağına əmin olması üçün dövlət orqanı metodiki yardım etməlidir.

    Biz o yardım müddətini məhdudlaşdırdıq. Biz bunu 5 gün müəyyən etdik. Yəni, icazə verən orqan və ya dövlət orqanı 5 gün müddətində sahibkara cavab vermək məcburiyyətindədir".

    İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, nazirlik tərəfindən icazələrin sayının optimallaşdırılması istiqamətində təkliflər hazırlanıb və Prezident Administrasiyasına təqdim olunub:

    "Qanun layihəsi ilə birlikdə həm lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı, həm də icazələrin siyahısı da təsdiq olunmalıdır.

    Bu qanun layihəsi təsdiq olunduqdan sonra bu siyahılar da təsdiq olunacaq və ümumilikdə bu proseslərin tənzimlənməsi beynəlxalq təcrübədə qəbul edilmiş standartlara uyğun olacaq ki, nəticədə bu biznes mühitinin təkmilləşdirilməsi istiqamətində böyük addımlardan ibarət olacaq".

    Qanuna layihəsi müzakirə olunduqdan sonra MM-in plenar iclasına tövsiyə olunub.

    Kamil Həmzəoğlu

    4
  • Ruslar azərbaycanlı iqtisadçını ölümlə hədələyir
    09.02.2016 13:16
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) son illər Cənubi Qafqaz və Orta Asiyanın "ən güclü beyin mərkəzi" seçilməsi fəaliyyətimizə bir sıra radikal qrupların "diqqətini" daha da artırıb.

    Belə ki, Rusiyanın radikal "Pleskov Slavik Qrupu" CESD-ni yəhudilərin yaratdığı mərkəz adlandıraraq, onun sədrini zəhərləməyə çağırmaqdan belə, çəkinməyib".

    Gün.Az xəbər verir ki, bu haqda CESD-n rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov "Facebook" profilində yazıb.

    O, "Pleskov qrupu"nun son hesabatında onun haqqında yazılanlardan sitat gətirib:

    "CESD-nin sədri Vaşinqton Universitetinin məzunu Amerika şinelindən çıxmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir. Əgər onunla yemək yesəniz, sadəcə onu zəhərləyin".

    İqtisadçı sonra qeyd edib ki, CESD-in fəaliyyəti anti-rus anlamına gəlməməlidir:

    "CESD olaraq bəyan edirik ki, regionun ən güclü beyin mərkəzi olmağımız heç bir başqa millətlərlə bağlılığımız deyil, bizim tədqiqatlarımızın keyfiyyətinin nəticəsidir. Biz Azərbaycan təşkilatı olmağımızla qürur duyuruq və hər zaman ölkəmizin və regionun iqtisadi siyasətinə pozitiv təsir etməyə çalışırıq. Bizim fəaliyyətimizi anti-rus və ya hansısa digər xalqa qarşı olması anlamına gəlməməlidir.

    Xoşdur ki, bizim Rusiyanın bir neçə beyin mərkəzi ilə sıx əməkdaşlıq münasibətlərimiz var. CESD Qərb ölkələri ilə yanaşı, Yaponiya, Rusiya, Çin, Cənubi Koreya kimi ölkələr ilə ciddi əməkdaşlığa malikdir. CESD sədrini zəhərləmək isə düşünürük ki, yalnız radikalların ağlına gələ bilər".

    3
  • AFFA 6 klubu cəzalandırıb
    09.02.2016 13:14
    http://www.xezerxeber.com/uploads/images/large/2016/02/09/43213907.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2016/02/09/43213907.jpg
    Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib.

    İclasda Topaz Premyer Liqasının XX turunun oyunlarında baş verən xoşagəlməz olaylar müzakirə olunub.

    Yaşananlarla bağlı müvafiq qərarlar verən komitə 6 klubu cəzalandırıb.

    Turda qeydə alınan 5 qırmızı vərəqə ilə üzləşən futbolçuların cəzaları fərqli olub. Jairo Filyo Rodriges ("Neftçi") "Rəvan", Emin Mehdiyev ("Sumqayıt") "Zirə", Tağim Novruzov (AZAL) "Kəpəz", Yasin Həmid ("Rəvan") "Neftçi" ilə görüşdə ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırıb. Bu futbolçuların hər biri klubunu 200 manat ziyana da salıb. 6 futbolçusu sarı vərəqə alan "Rəvan" daha 1000 manat ödəməli olacaq.

    "Qarabağ"la matçda birbaşa qırmızı vərəqə alan Ruslan Cəfərov isə 2 oyunluq cəzaya məruz qalıb. O, "Xəzər Lənkəran"ı 2000 manat cərimələnməsinə səbəb olub.

    Bu qarşılaşmada meydan sahiblərinin azarkeşləri stadiona limon atıb. Arenaya kənar əşya atmaları klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.
    5
  • Temperatur yüksəlib, yağıntılar azalıb
    09.02.2016 13:14
    http://www.xezerxeber.com/uploads/images/large/2016/02/09/68528495.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2016/02/09/68528495.jpg
    "1991-ci ildən 2012-ci ilə qədər olan məlumatların təhlili göstərir ki, bu dövr ərzində Azərbaycandahavanın temperaturu 0,5-0,6 dərəcə yüksəlib, atmosfer yağıntılarının miqdarı isə 15-89 mm azalıb".

    Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovdeyib.

    O bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatı 1961-1990-cı illərin iqlim məlumatlarını dünya üçün norma kimi qəbul edib: "Qeyd edim ki, dünya üzrə son dövrlərdəhavanın temperaturu 1,5 dərəcə yüksəlib".

    M. Həsənov qeyd edib ki, Azərbaycan ərazisində də iqlim dəyişmələrinin təzahürləri baş verir: "Yanvar, yaxud fevral ayında ölkədəhavaların isti keçməsi Azərbaycan üçün gözlənilməz hal deyil. Ölkə ərazisində bir qədər yüksək temperatur ayrı-ayrı illərdə də müşahidə olunub. Orta aylıq temperaturu hesablayanda normaya uyğun gəlib çıxır. Bu aylarda qeydə alınan istini qlobal dəyişikliklə əlaqələndirmək düz deyil. Ancaq çoxillik normalar üzrə ölkədə temperaturun yüksəlməsi, yağıntının isə azalması müşahidə olunur". (APA)
    4
  • Lisenziyalar üçün dövlət rüsumu iki dəfə azaldılıb
    09.02.2016 13:14
    http://www.xezerxeber.com/uploads/images/large/2016/02/09/00386342.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2016/02/09/00386342.jpg
    İqtisadiyyat Nazirliyi sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılan növlərinin yeni oprtimallaşdırılmış siyahısını təqdim edib.

    "Xəzər Xəbər"in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

    Onun sözlərinə görə, yeni siyahı çox güman ki, hazırda parlamentdə baxılan "Lisenziyalar və icazələr haqqında" qanunla birlikdə qüvvəyə minəcək.

    S.Məmmədov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə lisenziyalaşdırma qaydaları təkmilləşdirildi, lisenziyaların sayı isə 37-dək azaldıldı: "Lisenziyaların verilməsinə görə dövlət rüsumunun həcmi iki dəfə, sahibkarıq fəaliyyəti yalnız regionda həyata keçirildiyi halda isə 4 dəfə azaldıldı. Lisenziyaların verilməsi müddətsiz oldu. Ötən ilin sonundan bütün lisenziyalar "ASAN" xidmət mərkəzlərində verilir".
    3
  • Almaniyada sərnişin qatarları toqquşdu: Ölənlər var
    09.02.2016 13:10
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTYvMDIvMDkvMTIvNTAvMjcvNjE2L2dlcm1hbnkyXzM1NzA4MDNiLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d?sha=769bdcc5
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTYvMDIvMDkvMTIvNTAvMjcvNjE2L2dlcm1hbnkyXzM1NzA4MDNiLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d?sha=769bdcc5
    Almaniyada Bad-Ayblinq şəhəri yaxınlığında iki sərnişin qatarı toqquşub.

    Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

    Xəbər verildiyi kimi, toqquşma nəticəsində səkkiz nəfər ölüb, 150 nəfər müxtəlif xəsarətlər alıb.

    Hazırda baş verənlərin səbəbləri aydınlaşdırılır.

    İki qatarın toqquşduğu əraziyə təcili tibbi yardım maşınları, eləcə də helikopterlər gəlib. Qeyd edilir ki, zərbə nəticəsində bir neçə vaqon relsdən çıxıb. 
    4
  • 8 gün əvvəl qaçırılan müəllimə geri qaytarıldı
    09.02.2016 13:09
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTYvMDIvMDkvMTIvNTgvMTMvOTkyL2dpcmwuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0?sha=45b1b9f8
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTYvMDIvMDkvMTIvNTgvMTMvOTkyL2dpcmwuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0?sha=45b1b9f8
    Fevralın 1-də Ağcabədi rayonunda qaçırılan müəllimə ailəsinə qaytarılıb.

    Oxu.Az APA-ya istinadən xəbər verir ki, 3 saylı Ağcabədi şəhər tam orta məktəbinin müəllimi Fəridə Ağayevanı yaxın qohumu Nadir Ağayevin evlənmək məqsədilə qaçırdığı müəyyənləşib.

    Bildirilir ki, ailə böyükləri onlarla söhbət edəndən sonra qız evlərinə qayıtmağa razı olub. F.Ağayeva polisə izahatında N.Ağayevin onu zorla qaçırmadığını, könüllü getdiyini bildirib.

    N.Ağayevdən şikayətçi olmayan müəllim valideynləri razılıq verdikləri təqdirdə, onunla ailə quracağını bildirib.
    3
  • Saakaşvili: Ukrayna ordusu Rusiyanı zəbt edə bilər
    09.02.2016 13:09
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTYvMDIvMDkvMTIvNDgvMzEvOTkyL3NhYWthc2h2aWxpLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d?sha=2f3e46c3
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTYvMDIvMDkvMTIvNDgvMzEvOTkyL3NhYWthc2h2aWxpLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d?sha=2f3e46c3
    Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili ukraynalı əsgərlərin Amerika silahları ilə təmin edildikləri halda, Rusiyanın bütün ərazisini ala biləcəklərini bəyan edib.

    Oxu.Az xəbər verir ki, Saakaşvili bu barədə Ukraynanın "24" telekanalına verdiyi müsahibəsində bildirib.

    "Ukrayna ordusunda əsas boşluqlar - köhnəlmiş tank əleyhinə silahlardır. Amma bu silahın müasirləri ABŞ-da var və əgər Amerika bu silahlarla Ukraynanı təmin etsə, daha sonra ilk 50 Rusiya tankı bu silahla partladılsa, o zaman hər şey fərqli olacaq", - Saakaşvili bildirib.

    Onun sözlərinə görə, "Ukraynalı əsgərlər dünyada ən yüksək ruha malikdirlər, lazımi bilik, bacarıq və silahla təmin edilsələr, onlar bütün Rusiyanı ala bilərlər".

    Saakaşvili, bu barədə ona amerikanlardan dərs alan gürcü təlimçilərin bildirdiyini, "onların isə hərbi işdən anladıqlarını" qeyd edib.
    3
  • Tağıyevin dağılan evi
    09.02.2016 13:07
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTYvMDIvMDkvMTIvMjcvMjEvOTAzL2hhY2kuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0?sha=0f552a99
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTYvMDIvMDkvMTIvMjcvMjEvOTAzL2hhY2kuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0?sha=0f552a99
    Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı Mərdəkandakı evi baxımsızlığı ilə diqqət çəkir.

    Oxu.Az azadliq.org-a istinadən xəbər verir ki, Bakının məşhur milyonçularından birinin vaxtilə ömrünü başa vurduğu ev indi uçuq-sökük vəziyyətdədir. 

    Hazırda binada 3 məcburi köçkün ailəsi yaşayır. Hər tərəfindən təhlükəli vəziyyətdə olan bu bina, həm də 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin həyətidir.

    Bağın həyətində gözətçi işləyən Rövşən dayı deyir ki, buralar bütünlüklə Hacının şəxsi mülkü olub.

    "Əvvəl sanatoriya idi. 17 ildir Laçın rayonundan olan məcburi köçkünlər yaşayır. Bina qəzalı vəziyyətdədir. Hər an uça bilər. Burada yaşamaq sağlamlıq baxımından da təhlükəlidir. Neyləyək, məcburiyyətdən yaşayırıq", - deyə gözətçi bildirib.

    Rövşən dayı söyləyir ki, heç kəs bu evlə maraqlanmır.

    "2 ildən çox olar, dedilər, "sizi köçürəcəyik". Sonra səs-soraq çıxmadı. İndi də "krizisdir". Çətin ki, bizi köçürərlər. Elə hərdən jurnalistlər binanın şəklini çəkirlər. Bir dəfə də Mədəniyyət və Turizm Nazirliyindən gəlmişdilər. Dedilər ki, bina onların balansına keçib və muzey olacaq", - deyə gözətçi qeyd edib.

    Ancaq rəsmi qurumlar "balans" məsələsi ilə bağlı fərqli mövqe bildirdilər. Mədəniyyət və Turizm Nazirliyindən "Azadlıq" Radiosuna binanın qurumun balansında olmadığını söylədilər.

    Azərbaycan Milli Elmlər Akademiyasından isə bildirilir ki, həmin bina mədəniyyət abidəsi kimi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır.

    "Hazırda oranın bərpaya ehtiyacı var. Pis vəziyyətdədir. Yəqin ki, nazirlik təmir-bərpa işlərini aparacaq", - deyə Akademiyadan bildiriblər.

    H.Z.Tağıyev ömrünün son illərini bu evdə keçirib. 2-ci Dünya müharibəsi illərində bu evdə təxliyə hospitalı yerləşib.
    6
  • Vahid Məhərrəmov: "Ölkədə GMO məhsullarının aşkarlanmaması müasir avadanlıqların olmaması ilə bağlıdır"
    09.02.2016 13:00
    http://deyerler.org/uploads/thumbs/VNBU8DS.jpg
    http://deyerler.org/uploads/thumbs/VNBU8DS.jpg
    Ölkədə GMO məhsullarının aşkarlanması ilə bağlı müəyyən addımlar atılır. Amma bu günə qədər hələ ki, GMO məhsulunun aşkarlanması halı baş verməyib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktor müavini, Genetik Modifikasiya Olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov deyib ki, 2014-cü ildə Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala bölgələrində araşdırma aparılıb: "GMO məhsullarının ən çox rast gəlindiyi qarğıdalı, soya bitkiləri və kartof üzrə monitorinqlər aparılıb. Monitorinqlər zamanı bu bitkilər üzrə GMO toxumlar aşkarlanmayıb".

     

    Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycanda GMO məhsullarının yalnız 4 xətt üzrə müəyyn edilmə prosesi gedir: "Bu gün ölkədə GMO məhsulunun aşkarlanmamasının tәqsiri nə bizim alimlərimizdə, nə də mövcud vəziyyətdə deyil. Problem müasir texnologiyanın Azərbaycanda olmaması ilə bağlıdır.

    Ölkədə GMO məhsullarının aşkarlanması üçün mövcud olan texniki avadanlıqlar imkan vermir ki, toxumlarda GMO olub-olmmasını aşkar etsin. Burada dar çərçivədə müəyyən edilmə prosesi gedir. Azərbaycanda yalnız 4 xətt üzrə müəyyn edilmə prosesi gedir. Amma elə məhsullar var ki, o məhsulun tərkibində 30-dan çox xətt mövcuddur.

     

    Belə olan halda ölkədə mövcud texnika ilə yalnız 4 xəttə müəyyən edilir. Son vaxtlar isə ümumiyyətlə hәmin 4 xətt təsdiq olunmur. Yəni həmin xətlər istiqamətində modifikasiya aparılmır. Bu gün Azərbaycanda müasir texnologiyanın olmaması imkan vermir ki, GMO yolu ilə əldə edilmiş məhsul və ya toxumlar aşakar edilsin. Ölkəyə gətirilən toxumların əksəriyyəti GMO tərkiblidir. Bu cür toxumları hibrid adlandırırlar. Amma düşünürəm ki, məhsuldarlığına fikir verdikdə, xarici görünüşünə baxdıqda məlum olur ki, bəzi məhsulların toxumları üzərində işlənilib.

     

    Bu baxımdan müəyyən göstəricilər alınır. Düşünürəm ki, problem yalnız müasir avadanlıqların olmaması ilə bağlıdır. Lakin bu istiqamətdə ciddi bilik sahibi, təcrübəsi olan mütəxəssislərimiz də yoxdur. Ölkə reallığı GMO məhsulları ilə bağlı fərqli nəticələr ortaya qoymağa imkan vermir".

     

    6
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri