yuxarıya
Onlayn Ödəmə
Roza Zərgərli latın stilində mahnı oxudu
22.07.2013 15:42
A A
Azərbaycanlı müğənni Roza Zərgərli "Hər gün" adlı yeni mahnısını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, mahnının sözləri Azər Şirinə, musiqisi Cəmil Məmmədova, aranjimanı isə Rüstəm Rzayeva məxsusdur. Sözügedən mahnı latın Amerikası stilindədir.

Qeyd edək ki, Roza Zərgərli "Hər gün" adlı yeni mahnısına yaxın vaxtlarda klip çəkdirməyi də düşünür.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
74
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
XƏBƏR LENTİ
  • Avropa Komissiyası yeni tərkibdə işə başlayıb
    01.11.2014 14:45
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Rüfət Əhmədzadə - APA. Avropa Komissiyası yeni tərkibdə - Lüksemburqun sabiq baş naziri Jan-Klod Yunkerin rəhbərliyi altında işə başlayıb.

    APA-nın məlumatına görə, Avropa Komissiyasının yeni tərkibində 28 komissar var, onlardan 9-u qadındır. Yunker yeni tərkibi Avropa Parlamenti ilə razılaşdırarkən cəmi bir nəfərin - enerji məsələləri üzrə komissar vəzifəsinə namizəd olan Sloveniyanın sabiq baş naziri Alenka Bratuşekin adını siyahıdan çıxarmalı olub. Nəticədə bu vəzifəni slovak siyasətçi Maroş Şefkoviç tutub. Sabiq enerji komissarı Günter Öttinger informasiya siyasəti üzrə komissar vəzifəsində çalışacaq.

    Xarici işlər və təhlükəsizlik məsələləri üzrə komissar vəzifəsini isə Ketrin Eştondan İtaliyanın sabiqxarici işlər naziri Federika Mogerini təhvil alıb.
    0
  • Heydər Əsədov: Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
    01.11.2014 14:45
    http://az.trend.az/article_photo/2014/01/13/heydar_asadov_130114.jpg
    http://az.trend.az/article_photo/2014/01/13/heydar_asadov_130114.jpg
    Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Azad Həsənli/

    Son 10 il ərzində dəyər ifadəsində ümumi kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3.4, o cümlədən, bitkiçilik məhsulları istehsalı 3, heyvandarlıq məhsulları istehsalı isə 3.8 dəfə artıb. Trend xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun şənbə günü rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

    Nazir yazıb: "Son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatının demək olar ki, bütün inkişaf göstəriciləri üzrə yüksək artım dinamikası müşahidə olunur".

    H.Əsədov qeyd edib ki, bu dövr ərzində kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşunun həcmi 15, sahə üzrə orta aylıq əməkhaqqı isə 9 dəfə artıb.

    O bildirib ki, hazırda ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsal həcmi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda 2015-ci il üzrə müəyyən olunmuş hədəf göstəricilərinə uyğun səviyyədədir: "Məsələn, artıq 2013-cü ildəki müvafiq istehsal göstəricilərinin 2015-ci il üzrə müəyyən edilmiş hədəf göstəricilərinə nisbəti ət istehsalı üzrə 87.6, süd və süd məhsulları istehsalı üzrə 75.8, kartof istehsalı üzrə 88.4, tərəvəz və bostan bitkilərinin istehsalı üzrə 96.5, meyvə istehsalı üzrə 106.7, yem bitkilərinin əkin sahəsi üzrə 79.3 faiz olub".

    Nazir yazır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxt ət və süd məhsulları ilə özünütəminat səviyyəsi təqribən 30-35 faiz təşkil edirdisə, hazırda ölkənin bu məhsullar üzrə özünütəminat səviyyəsi, müvafiq olaraq, 92 və 76 faizə qədər artıb.

    Məqalədə deyilir: "Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda hər il 50 min tondan çox təzə kartof ixrac edirik. Azərbaycanın ənənəvi olaraq ixrac etdiyi meyvə-tərəvəz məhsullarının ixrac həcmi də ilbəil artır".

    H.Əsədov qeyd edib ki, kənd təsərrüfatının inkişafı üçün son illər ayrılan dövlət büdcəsi vəsaitlərinin artım dinamikası bu tədbirlərin miqyası ilə bağlı əyani təsəvvür yaradır: "Belə ki, meliorasiya-irriqasiya sisteminin yenidən qurulması, baytarlıq və fitosanitar xidmətlərinin göstərilməsi, elmi tədqiqatların aparılması, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi və digər məqsədlər üçün yönəldilən dövlət dəstəyinin həcmi 2007-ci ildə 328 milyon manatdan 2013-cü ildə 657 milyon manata qədər, o cümlədən, kənd təsərrüfatı istehsalçılarına birbaşa subsidiya formasında verilən dövlət büdcəsi vəsaitinin həcmi 66 milyon manatdan 110 milyon manata qədər artıb.
    0
  • Dünyanın ən güclü zəhəri xərçəngin dərmanı çıxdı
    01.11.2014 14:44
    http://www.xezerxeber.com/uploads/images/large/2014/11/01/27782792.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2014/11/01/27782792.jpg
    Dünyanın ən güclü zəhərlərindən olan və el arasında mışyak kimi tanınan arsen zəhəri döş xərçəngi xəstəliyindən ölüm hallarını azalda bilər.Kaliforniya Universitetinin alimləri bu qənaətə gəliblər. Bununla bağlı təcrübələr Çilidə keçirilirdi. Fhstn zəhərindən istifadədən sonra ölüm hallarının azaldığı məlum olub. Məlum olub ki, zəhər əsasən 60 yaşdan aşağı olan qadınlarda yaxşı təsir göstərib: ölüm həddi 70 faiz aşağı düşüb.

    Çili ümumiyyətlə təbiətdə arsenin bol olduğu bir bölgədir. 1958-ci ildə Çilinin bir şəhəri içməli su üçün And dağlarında geotermal qaynağa qoşulur. Suda litrə 800 mikroqram arsen var idi. Bu, ÜST-ün tövsiyə etdiyindən 80 dəfə çoxdur. 1970-ci ildə təmizləyici qurğu quraşdırılır, çünki yerli sakinlərin bəzilərində zəhərlənmə müşahidə olunur. Lakin eyni zamanda bu zəhərlənmələrin xeyir gətirdiyi də görülür. Stenford Xərçəng İnstitutu müəyyən edir ki, laborator şəraitdə xərçəng hüceyrələri arsendən ölürlər, sağlam hüceyrələr isə toksindən müdafiə olunurlar.

    2000-ci ildə Birləşmiş Ştatlar arsen trioksidini leykemiyanın nadir növü üçün dərman kimi istifadəsinə izn verirlər. Ehtimal ki, arsen zəhərindən yaxın günlərdə döş xərçənginin müalicəsi üçün istifadə olunacaq. Hazırda alimlər klinik sınaqlara hazırlaşırlar. Təcrübəyə döş xərçənginin ağır formasına yoluxmuş qadınlar cəlb olunacaqlar.

    0
  • Dünyanın ən güclü zəhəri xərçəngin dərmanı çıxdı
    01.11.2014 14:39
    http://www.xezerxeber.com/uploads/images/large/2014/11/01/27782792.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2014/11/01/27782792.jpg
    Dünyanın ən güclü zəhərlərindən olan və el arasında mışyak kimi tanınan arsen zəhəri döş xərçəngi xəstəliyindən ölüm hallarını azalda bilər.Kaliforniya Universitetinin alimləri bu qənaətə gəliblər. Bununla bağlı təcrübələr Çilidə keçirilirdi. Fhstn zəhərindən istifadədən sonra ölüm hallarının azaldığı məlum olub. Məlum olub ki, zəhər əsasən 60 yaşdan aşağı olan qadınlarda yaxşı təsir göstərib: ölüm həddi 70 faiz aşağı düşüb.

    Çili ümumiyyətlə təbiətdə arsenin bol olduğu bir bölgədir. 1958-ci ildə Çilinin bir şəhəri içməli su üçün And dağlarında geotermal qaynağa qoşulur. Suda litrə 800 mikroqram arsen var idi. Bu, ÜST-ün tövsiyə etdiyindən 80 dəfə çoxdur. 1970-ci ildə təmizləyici qurğu quraşdırılır, çünki yerli sakinlərin bəzilərində zəhərlənmə müşahidə olunur. Lakin eyni zamanda bu zəhərlənmələrin xeyir gətirdiyi də görülür. Stenford Xərçəng İnstitutu müəyyən edir ki, laborator şəraitdə xərçəng hüceyrələri arsendən ölürlər, sağlam hüceyrələr isə toksindən müdafiə olunurlar.

    2000-ci ildə Birləşmiş Ştatlar arsen trioksidini leykemiyanın nadir növü üçün dərman kimi istifadəsinə izn verirlər. Ehtimal ki, arsen zəhərindən yaxın günlərdə döş xərçənginin müalicəsi üçün istifadə olunacaq. Hazırda alimlər klinik sınaqlara hazırlaşırlar. Təcrübəyə döş xərçənginin ağır formasına yoluxmuş qadınlar cəlb olunacaqlar.

    11
  • 13 yaşlı oğlan polisi ayağa qaldırdı - AZƏRBAYCANDA
    01.11.2014 14:39
    http://lent.az/photo/telefon-stasionar-ats.jpg
    http://lent.az/photo/telefon-stasionar-ats.jpg
    Oktyabrın 31-də saat 11.37 radələrində Bakıda yerləşən "Sazz" internet şirkətinə partlayıcı qoyulması barədə məlumat daxil olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şirkətdən DİN-in "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisində yerləşən Baş Ofisə zəng etmiş naməlum şəxsin "İdarəyə bomba qoyulub, qaçın" deyərək dəstəyi asması barədə müraciət edilib. Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.

    Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A tərəfindən verilməsi müəyyən edilib.
    9
  • Aşura ilə bağlı əhaliyə MÜRACİƏT
    01.11.2014 14:39
    http://news.lent.az/upload/images/news/2014/november/01/small/f087b6872a012c148c7fd9d6249d83c8.jpg
    http://news.lent.az/upload/images/news/2014/november/01/small/f087b6872a012c148c7fd9d6249d83c8.jpg
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günü ilə bağlı əhaliyə müraciət edib. Lent.az-ın xəbərinə görə, müraciətdə bəzi insanların Aşuranı yas kimi təqdim etməsinin yolverilməz olduğu deyilir: "Bu günlərdə bəzi mövhumatçılar, xurafatçılar, dini yas dini kimi qəbul edənlər hətta öz şəriət kitablarından xəbərsiz olduqları halda Məhərrəmliyə və Aşura gününə yas günləri kimi baxıblar. Halbuki, Allah Rəsulunun sevimli davamçıları, səhabələri, dostları, əhli beyti, ailəsi bu günləri oruc tutmaqla keçiriblər. Hətta bizim çox şiə qardaş və bacılarımız vardır ki, onlar da bu günləri oruclu keçirirlər. Bu barədə əhli sünnə və əhli şiə mənbələrində çoxlu xəbərlər gəlib".
    7
  • Həzrət Zeynəb məqbərəsinin əfqanıstanlı müdafiəçiləri fotolarını yayımlayıblar - lent
    01.11.2014 14:38
    http://interaztv.com/sites/default/files/1234567891111111111111111111111_420x250.jpg
    http://interaztv.com/sites/default/files/1234567891111111111111111111111_420x250.jpg
    Dəməşqdə həzrəti Zeynəb (ə) ziyarətgahını müdafiə edən əfqanıstanlı döyüşçülər öz fotolarını sosial şəbəkələrdə yayımlayıblar.

    İnterAz-ın "ABNA"-ya istinadla verdiyi xəbərə görə, Dəməşqdə həzrəti Zeynəbin (ə) məqbərəsini qoruyan əfqanlar "Fatimiyyun" hərbi briqadası tərkibində vuruşurlar.

    Əfqanıstanlı döyüşçülərin görüntülərinin sosial şəbəkələrdə yayımlanması Suriyada radikal qruplaşmalar tərəfindən hiddətlə və qəzəblə qarşılanıb.

    Qeyd edək ki, son ildə əfqanıstanlı döyüşçülərdən ibarət "Fatimiyyun" hərbi briqadasının onlarla üzvü Suriyada gedən döyüşlərdə həlak olublar. Əfqanıstanlı döyüşçülər həmçinin, Hələb əyaləti ərazisində hakimiyyətə tərəfdar olan "Milli Müdafiə Bölmələri" sıralarında vuruşurlar.
    5
  • Dövlət çevrilişi baş verən Burkina Fasodan görüntülər
    01.11.2014 14:36
    http://deyerler.org/uploads/thumbs/A7BSH1N.jpg
    http://deyerler.org/uploads/thumbs/A7BSH1N.jpg
    Deyerler.Org: Afrikanın qərbində yerləşən Burkina Fasoda prezidentin 5-ci dəfə hakimiyyətə gəlmək cəhdi xalqı ayağa qaldırıb. Etirazların artması ilə xalq küçələrə axışıb. Təzyiqlərə tab gətirə bilməyən prezident Blays Kompaore hakimiyyətdən getmək məcburiyyətində qalıb.

    Deyerler.org "Fərhəng" xəbər agentliyinə istinadən ölkənin paytaxtı Uaqaduqu şəhərində etirazlar zamanı çəkilmiş görüntüləri təqdim edir. Görüntülərdə qəzəbli kütlənin prezident iqamətgahını yandırması, parlamentin və dövlət televiziyasının narazı vətəndaşların əlinə keçməsi görüntüləri yer alıb.   

    6
  • Asim Mollazadə: "İşğalçı ölkəyə qarşı sanksiyalar tətbiq olunmalıdır"
    01.11.2014 14:36
    http://img.sia.az/news/2014/siaphoto_440983.jpg
    http://img.sia.az/news/2014/siaphoto_440983.jpg
    "Ümumiyyətlə Ermənistan tərəfinin iddiasına görə, guya ki, onlar Avropa İttifaqı ilə əməkdaşlıq edib. Amma bütün hallarda onların oyunları bitmiş hesab olunur". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Ermənistanın Avrasiya İqtisadi İttifaqına və Avropa İttifaqına qoşula bilməməsi məsələsinə münasibət bildirərkən deyib.

    Deputatın sözlərinə görə, Ermənistan müstəqil dövlət deyil və buna görə də o, öz xarici siyasəti ilə bağlı hansısa qərarlar verə bilməz: "Sadəcə olaraq işğalçı ölkəyə sahiblərindən əmr gəldiyi üçün onlar Gömrük və Avrasiya İqtisadi İttifaqına qoşulmaq məcburiyyətində qaldı. Bundan öncə isə rəsmi Yerevan bütün Avropa ictimaiyyətini aldadırdı ki, guya onlar Avropa Birliyi ilə inteqrasiya proseslərində iştirak edir və Avropa yolunu seçib. Təbii ki, bu özlüyündə onu göstərir ki, işğalçı ölkə məharətlə beynəlxalq ictimaiyyəti aldada bilər. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ona görə mümkün olmur ki, beynəlxalq təşkilatlar Ermənistanı sülhə məcbur etmirlər. Düşünürəm ki, işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq olunmalıdır".

    Ceyhun Rasimoğlu
    2
  • 179 yaşlı adam: "Əzrail məni unudub"
    01.11.2014 14:35
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Hindistanın Varanasi kəndində yaşayan kişinin yaşını eşidənlər heyrətini gizlədə bilmir. Mahasta Murasi nə az, nə çox düz 179 yaşındadır.

    Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 əsri tamamlamaq üzrə olan bu kişi yaşını təsdiq edəcək rəsmi sənədlərini də saxlayıb. 6 iyun 1835-ci ildə anadan olan hindistanlı 1957-ci ilə qədər ayaqqabı təmiri ilə məşğul olub. Mahasta "Deyəsən Əzrail məni unudub. Nəvəmin nəvəsinin ölümünü gördüm. 150 yaşını keçən adam eşitmədim. Belə baxıram ki, mən ölümsüzəm" deyib. Xəstəliklə bağlı keçmişdə hər hansı problemi olmayan bu şəxsin son həkimi 1971-ci ildə vəfat edib. Hindistan sakini insanlıq tarixinin ən yaşlısı olaraq Ginnesin Rekordlar kitabına düşüb.

    Gülşən RAUFQIZI
    9
  • Millət vəkili QDİƏT PM-in komitə iclasına qatılacaq
    01.11.2014 14:34
    http://cdn.gun.az/7312.jpg
    http://cdn.gun.az/7312.jpg
    Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev noyabrın 2-dən 5-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

    Gün.Az xəbər verir ki, millət vəkili QDİƏT PM-in Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin işçi qrupunun iclasına qatılacaq.

    İclasda QDİƏT-in Beynəlxalq katibliyinin Əsasnaməsinə və qurumun Reqlamentinə təklif olunan düzəlişlərə baxılacaq, fikir mübadiləsi aparılacaq, A. Hacıyev özü də müzakirələrdə yaxından iştirak edəcək.

    K.Həmidov

    4
  • Azərbaycanlı oliqarxın milyonlarla dollarlıq super yaxtası Bodrumda lövbər salıb
    01.11.2014 14:32
    http://deyerler.org/uploads/thumbs/4NHJBN2.jpg
    http://deyerler.org/uploads/thumbs/4NHJBN2.jpg
    Türkiyənin Muğla vilayətinin Bodrum qəsəbəsi sahillərində, Egey dənizində birdən-birə hər birinin dəyəri azı on milyonlarla dollar olan 6 super yaxta lövbər salıb.

    Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Bodrumun Kumbahçe sahillərində lövbər salan yaxtalar görənləri heyrətə salır.

    Bodrum sakinləri göyərtələrində hovuz, sauna, vertolyot meydançası, restoranlar, əyləncə mərkəzi və s. olan bir-birindən yaraşıqlı super yaxtalara tamaşa etmək üçün sahilə toplaşır.

    Xəbərdə yaxtaların 5-nin adı göstərilir. Bunlar "Azzurra II", "Sputnik", "Titania", "Anuta" və "Radiant" yaxtalarıdır. Yaxtalar Britaniya, Almaniya, Azərbaycan və Səudiyyə Ərəbistanı bayraqları altında üzür.

    Yaxta sahiblərindən yalnız birinin kimliyi məlumdur. Bu, "Radiant" adlı yaxtanın sahibi, "As Majid Al Futtaim Group" adlı Səudiyyə şirkətinin rəhbəri Abdullah əl-Futtahimdir. Şeyx Futtahimin nəhəng yaxtasının üzərində vertolyot, içində çoxlu sayda restoran, qonaq otaqları, sauna, bar, diskoteka, əyləncə mərkəzi var. Lakin yaxtanın sahibi göyərtədə deyil. Ərəb şeyxinin yaxın vaxtlarda özəl təyyarə ilə Bodruma gələcəyi gözlənilir.

    Birdən-birə 6 super yaxtanın Bodrum sahillərində lövbər salmasının səbəbləri dəqiq məlum deyil. Lakin qeyri-rəsmi xəbərlərə görə, yaxta sahibləri Bodruma biznes məqsədi ilə toplaşıblar. Onlar otel və torpaq sahəsi satın almaq üçün danışıqlar aparırlar.

    Azərbaycan bayrağı altında üzən yaxtanın sahibinin kimliyi də hələlik məlum deyil. Qeyd edək ki, azərbaycanlı superzənginlər VİP salonlu özəl təyyarələrlə yanaşı dəbdəbəli yaxtalara da sahibdirlər. Onların yaxtaları xarici limanlarda lövbər salır və offşor zonalarda qeydiyyatda olur.

    Virtualaz.org saytı adları yuxarıda göstərilən yaxtaların fotolarını dəbdəbəli yaxtalar barədə ixtisaslaşmış superyachttimes.com saytından əldə edə bilib. Bu fotoları təqdim edirik.

     

     
    4
  • Ananın məhkum oğluna çatmayan telefon sovqatı
    01.11.2014 14:30
    http://az.trend.az/article_photo/2014/11/01/prison_mobile_011114.jpg
    http://az.trend.az/article_photo/2014/11/01/prison_mobile_011114.jpg
    Azərbaycan, Bakı, 1 noyabr /Trend/

    3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Əlisəfa Arif oğlu Qasımovun yanına qısamüddətli görüşə gəlmiş anası - Bakı şəhəri, 3-cü Əhmədli döngəsi, ev 3 ünvanında qeydiyyatda olan vətəndaş Mehriban Vasif qızı Qasımovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

    Baxış zamanı əl çantasının içərisində gizlədilmiş 1 ədəd "Samsung Duos" markalı və əynindəki şalvarın cibindən 1 ədəd "Samsung Galaxy" markalı mobil telefon aparatı, 3 ədəd "Cin" və 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

    Fakt üzrə araşdırma aparılır.

    Qeyd edək ki, Ə.Qasımov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 69.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.
    3
  • "O, hələ böyük futbolçu ola bilər"
    01.11.2014 14:30
    http://img.milli.az/n/elnur/0b/3/arona.jpg
    http://img.milli.az/n/elnur/0b/3/arona.jpg
    "Everton"un baş məşqçisi Roberto Martinez Aruna Konenin futbolla vidalaşacağına dair xəbərlərə münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan mütəxəsis təxminən 12 ay diz zədəsini sağaltmağa çalışan hücumçunun gələcəyi olduğuna inandığını bildirib.

    "O, hələ karyerasının "Everton" səhifəsini qapamayıb. Bu tipli zədələr nadir hallarda olur. Amma ümid edirəm ki, Kone nəyə qadir olduğunu göstərərək "Everton" karyerasında yüksəlişə nail olacaq. Qarşıda uzun zaman var. Onun meydana tam hazır çıxması üçün yanvara kimi gözləmək lazımdır. Aruna ilə müqaviləni pozmaq barədə düşünmürük. Konenin oyununu və komandaya nə xeyir verdiyini meydanda görmək istəyirəm. İrəliləyişin əlamətləri hiss olunur. O, hələ böyük futbolçu ola bilər."

    3
  • Rihannanın Helloven imici
    01.11.2014 14:30
    http://s017.radikal.ru/i435/1411/45/71303751fbe3.jpg
    http://s017.radikal.ru/i435/1411/45/71303751fbe3.jpg
    Barbadoslu seksual müğənni Rihanna sosial şəbəkədə yeni fotolarını paylaşıb. Helloven bayramı üçün saçlarına yaşıl kölgələr etdirən müğənni gözlərini örtən maskası və əyninə geyindiyi qəribə kostyumu ilə 'Teenage Mutant Ninja Turtles' (Ninza tısbağa) adlı filmdəki qəhramanların obrazına bürünüb.

    Müğənninin yaxın rəfiqələri də 'Ninza tısbağa' olublar. / WseMir.CoM

    Digər şəkilləri görə bilmək üçün zəhmət olmasa qeydiyyatdan keçin
    9
  • Səbinə Babayeva boşanma xəbərindən danışdı
    01.11.2014 14:30
    http://s017.radikal.ru/i400/1411/e6/38910c2e1d3d.jpg
    http://s017.radikal.ru/i400/1411/e6/38910c2e1d3d.jpg
    Bu gün müğənni Səbinə Babayevanın həyat yoldaşından ayrılması ilə bağlı xəbər yayılıb.

    İfaçı əməkdaşımızla söhbətində yazılanların yalan olduğunu deyib:

    "Yanlış xəbərdir. Yalandır".

    Qeyd edək ki, müğənni İctimai Televiziya və Radio Yayımları Şirkətinin rejissoru, eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" filminin rejissoru Cavidan Şərifovla ailə həyatı qurub. Onların toyu 2012-ci il sentyabrın 26-da olub.

    Müğənninin ayrılması ilə bağlı xəbəri vesti.az saytı yayıb. / WseMir.CoM
    7
  • "Zülfüqar" qılıncının istehsalı ilə məşğul olan SSRİ-nin ilk azərbaycanlı milyonçusu Bakıda dəfn edildi
    01.11.2014 14:29
    http://deyerler.org/uploads/thumbs/DRT9YZD.jpg
    http://deyerler.org/uploads/thumbs/DRT9YZD.jpg
    SSRİ-nin ilk azərbaycanlı milyonçusu Bakıda dəfn edildi

    SSRİ-nin ilk rəsmi milyonçusu, bəstəkar Cənnət Əliyev noyabrın 1-də dəfn olunub.

    Bu haqda "Azadlıq" radiosuna Cənnət Əliyevin qohumları məlumat verib. O, Əhmədli qəbiristanlığında, anasının qəbrinin yanında dəfn edilib.

    Unun müddət Rusiyada yaşayan Cənnət Əliyev oktyabrın 31-də uzun xəstəlikdən sonra Bakıda vəfat edib. O, daha çox özünün bəstələdiyi və 1989-cu ildə klip çəkdirdiyi "Təbrizim" mahnısı ilə məşhur olub.

    Virtualaz.org saytı xatırladır ki, Cənnət Salman oğlu Əliyev 17 aprel, 1954-cü ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji, Xalq Təssərrüfatı İnstitutunu, habelə Sverdlovsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

    1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovskda polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlayaraq qısa müddətdə uğur qazanıb və SSRİ-nin ilk milyonçusu kimi tanınıb.

    1994-cü ildə Kalmıkiya prezidenti Kirsan İlumijanovun Yaxın Şərq və ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Bir çox ərəb ölkələrində səfərlərdə və Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətlərinin yüksək mənsəbli nümayəndələri ilə görüşləri olub.

    1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.
    2
  • Pavol Farkaş: "Qəbələ"yə mükafat qazanmağa gəlmişəm"
    01.11.2014 14:29
    http://interaztv.com/sites/default/files/pavol_420x250.jpg
    http://interaztv.com/sites/default/files/pavol_420x250.jpg
    "Qəbələ"nin slovakiyalı futbolçusu Pavol Farkaş Topaz Premyer Liqasının son iki turunda vurduğu qollarla "Sumqayıt" (3:1) və "Araz Naxçıvan" (1:0) üzərində qələbələrdə pay sahibi olub. İnterAz xəbər verir ki, müdafiəçi Naxçıvandakı səfər oyunu, qol vurmaq bacarığı və çempionatın gedişi haqda fikirlərini klub saytı ilə bölüşüb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

    - Topaz Premyer Liqasının 10-cu turunda "Araz Naxçıvan"a 1:0 hesabı ilə qalib gəldiz. Liderlər sırasında mövqeyinizi möhkəmlədən səfər qələbəsi nə dərəcədə çətinliklə əldə olundu?

    - Bu matç çox ağır keçdi. Çətin oyunda bizə vacib olan 3 xal qazandıq. Komandamız da qələbə qazanmağı bacardı.

    - Qarşılaşmanın taleyini həll edən qola imza atdız. Matçdan əvvəl belə olacağını gözləyirdiz?

    - Qələbə qolunu mənim vurmağım önəmli deyil. Əsas odu ki, komanda qalib gəldi. Əlbəttə ki, qol vurduğum üçün sevinirəm. Amma əsas qələbə qazanmağımız idi.

    - Artıq iki turdu vacib qollara imza atırsız. Ötən tur "Sumqayıt"la qarşılaşmada hesab 1:1 olarkən fərqlənmişdiz. Bu dəfə də qələbə qolunun müəllifi olduz. Mərkəz müdafiəçisinin belə məhsuldarlıq göstərməsini nə ilə izah edərdiz?

    - Hər iki qolu standart vəziyyətdən vurmuşam. Belə zərbələrin üzərində məşqlərdə də çox çalışırıq. Bu da məşqçilərimizin istəyidi. Bunun da nəticəsidi ki, top üzərimə gələndə fərqlənə bildim.

    - Standart vəziyyətlərdə hücuma qoşulmağınız əvvəlki turlarda qolla nəticələnmirdi. Amma son iki matçda bundan istifadə etməyi bacardız...

    - Bu, futboldu. Hər şey ola bilər. Bəlkə də əvvəlki oyunlarda bəxtim gətirmirdi, indi isə gətirdi. Futbol belə şeyləri əvvəlcədən bilmək olmadığı üçün maraqlıdı.

    - Karyeranızda bir mövsümdə ən çox 2 qol vurmusuz. 2006/07 mövsümündə "Nitra", 2008/09 mövsümündə "Vasluy"da buna nail olmusuz. Daha bir qol vurub şəxsi rekordunuzu yeniləmək haqda düşünürsüz? Növbəti turun "Bakı" ilə ev oyunu fərqlənəcəyinizi gözləmək olarmı?

    - İlk növbədə müdafiəçiyəm. Bu üzdən də arxa xətdə etibarlı oyuna fikir verməliyəm. Mənim üçün ancaq komandamızın qələbəsi vacibdi. Başqa heç nə. Qol vursam, yaxşıdı. Vurmasam da, əsas 3 xal qazanmağımızdı.

    - İlk 10 turda bütün oyunlarda meydana çıxan azsaylı futbolçulardan birisiz. Bu matçlarda "Qəbələ" 17 xal toplayıb. Liderlər qrupunda qərarlaşıb. Komandanın oyununu və nəticələrini necə qiymətləndirirsiz?

    - Müəyyən oyunlarda bəzən xallar itirmişik. Amma qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq. Məncə, vəziyyətimiz pis deyil. Amma hesabımızdakı xalları daha da artırmalıyıq. Çünki sonda mövsümü sevinclə başa vurmaq istəyirik.

    - Bütün rəqiblərlə meydanda üz-üzə gəlmisiz. Mükafatlar uğrunda mübarizə, buradakı əsas rəqibləriniz haqda nə deyə bilərsiz?

    - Mövsümü mükafatçılar sırasında başa vurmaq üçün şanslarımız var. Mən də "Qəbələ"yə mükafat qazanmağa gəlmişəm. Çünki bu komanda ilə mükafat qazanmaq istəyirəm. Digər komandalar da mükafatlar üçün mübarizə aparır. Ümid edirəm ki, mövsümün sonunda sevinən komandalardan biri biz olacağıq.
    3
  • Bakıda dünyanın ən sürətli avtomobillərinin yürüşünün vaxtı dəyişdirilib
    01.11.2014 14:27
    http://img.salamnews.org/9b703e5ffe706ca78d6269756e801f12/thumb_images_545.jpg
    http://img.salamnews.org/9b703e5ffe706ca78d6269756e801f12/thumb_images_545.jpg
    Bakı, 1 noyabr, SalamNews. Bakıda dünyanın ən sürətli avtomobillərinin yürüşünün vaxtı dəyişdirilib.

    SalamNews xəbər verir ki, paytaxtda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmaması üçün avtoyürüşün vaxtı dəyişdirilərək 16.00-a təyin edilib.

    Məlumata görə, 30 avtomobil Dövlət Bayraq Meydanından Heydər Əliyev Mərkəzinə qədər yürüş keçirəcək.





    3
  • Bakı yaxınlığında film kimi olay: Güllələdiyi şəxsi xəstəxanaya gətirdi
    01.11.2014 14:25
    http://news.lent.az/upload/images/news/2013/october/17/big/00006081955d8b4043f8d8ca7316fe43.jpg
    http://news.lent.az/upload/images/news/2013/october/17/big/00006081955d8b4043f8d8ca7316fe43.jpg
    Yaralının həyatını xilas etmək mümkün olmayıb

    Abşeron rayonunda qətl hadisəsi törədilib. Lent.az-ın məlumatına görə, noyabrın 1-nə keçən gecə Abşeron rayonunun Hökməli kəndində Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib. F.Şükürov daha sonra həmin şəxsi yaralı vəziyyətdə idarə etdiyi "VAZ-2121" markalı avtomobildə Kliniki Tibbi Mərkəzə aparıb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

    F.Şükürov könüllü olaraq Abşeron RPŞ-yə gələrək təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "Etro" markalı ov tüfəngini təhvil verib.
    3
  • Ölkəmiz NATO əməliyyatında
    01.11.2014 14:25
    http://anspress.com/images/photos/48766.jpg
    http://anspress.com/images/photos/48766.jpg
    Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrindəki (İSAF) fəaliyyətinin gələcəyi ilə bağlı açıqlama verib.

    ANS PRESS-in məlumatına görə, o, eunews.az-a müsahibəsində bildirib ki, ISAF-ın Əfqanıstandakı əməliyyatı bu ilin sonunda başa çatır. Azərbaycanın Əfqanıstanda olan qüvvələri transformasiya olunduqdan sonra NATO-nun Əfqanıstandakı post-2014 Qətiyyətli Dəstək (Resolute Support) əməliyyatında iştirak edəcək. Yəni, Azərbaycan qüvvələri Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatı bu ilin sonunda başa çatdıqdan sonra, növbəti ildən Qətiyyətli Dəstəkmissiyasının tərkibində Əfqanıstandakı mövcudluğunu davam etdirəcək.

    Onun sözlərinə görə, bu missiyanın məqsədi birbaşa olaraq döyüş əməliyyatlarda iştirak etmək deyil, bu əməliyyatları həyata keçirəcək Əfqan qüvvələrinə təlim və məsləhət dəstəyi verməkdir. Bu əməliyyatda artıq 14 tərəfdaş dövlətin iştirakı təsdiqlənib.

    Xəzər İbrahim söyləyib ki, NATO-nun Azərbaycan silahlı qüvvələrinin müasirləşdirilməsi proqramında iştirakı davam edir və genişlənir. Yeni layihələr var ki, biz onlara indi yiyələnirik, elələri də var ki, indi təklif olunurlar və biz onların bizim milli maraqlarımıza uyğunluğunu öyrənirik. Burada vacib məqamlardan biri odur ki, bəzi tərəfdaş ölkələr, onlara təklif olunan istənilən əməkdaşlıq proqramını normal qiymətləndirmə aparmadan qəbul edirlər. Bəlkə də onların belə bir qiymətləndirmə aparmağa ehtiyacları və ya çıxış yolları yoxdur. Azərbaycanın isə resurları da, maraqları da var. Müxtəlif dövlətlərlə hərbi və əlaqəli sahələrdə ikitərəfli əməkdaşlıqlarımız, müvafiq planlarımız və prioritetlərimiz var və biz onlara uyğun seçim etməliyik.

    Diplomat NATO-nun Cənubi Qafqazda mövcudluğunun artmasının Azərbaycan üçün təsirindən də danışıb. O deyib ki, Cənubi Qafqaz ölkələrinin xarici siyasətini fərqləndirmək lazımdır. Gürcüstan üzv olmaq istəyir və bunu dəfələrlə deyib. Bu istiqamətdə konkret işlər görülür. Bunun hansı formada öz həllini tapması hələlik aydın deyil. Təbii ki, Gürcüstan üçün xüsusi paketin hazırlanması realdır. Bununla bağlı Uels sammitində təklif irəli sürüldü və bu, gözlənilən idi. Lakin üzvlüklə bağlı heç bir vəd verilmədi. Bu bir reallıqdır.

    Onun sözlərinə görə, Ermənistan, bildiyiniz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu da tam başqa bir blokdur: "Azərbaycan heç bir bloka qoşulmur. Azərbaycan özünə güvənir və öz imkanlarını gücləndirir. Əgər hansısa dəyişiklik olsa, Gürcüstanın NATO ilə münasibətlərindən yenilik yaransa, bu Cənubi Qafqazın təhlükəsizlik konseptinə öz təsirini göstərə bilər. Lakin hazırda bu özü-özlüyündə dərin və geniş bir dəyişiklik vəd etmir."

    O, Gürcüstanın - ərazi mübahisəsi olan bir ölkənin NATO-ya üzv olması nə qədər real-olub olmamasına da toxunub: "Bu baxımdan nə isə demək çətindir, çünki bu, NATO üzv dövlətlərinin qərarıdır və bu qərar siyasi xarakter də daşıya bilər. Prosedur baxımından hər şey çox bəsitdir. İstənilən dövlətin NATO-ya üzv olması üçün bütün üzv dövlətlər onun üzvlüyünə razılıq verməlidirlər. Bu qərara ərazi ilə bağlı mübahisənin təsir edib etməyəcəyini demək çətindir. Onu deyə bilərəm ki, son dövrlər Gürcüstanla bağlı müzakirələr onu göstərir ki, bu çox mürəkkəb məsələdir."
    4
  • Ukraynada 70 hərbçi separatçıların mühasirəsinə düşdü
    01.11.2014 14:22
    http://deyerler.org/uploads/thumbs/ZBET4U4.jpg
    http://deyerler.org/uploads/thumbs/ZBET4U4.jpg
    Deyerler.org: Qondarma Luqansk Milli Respublikasının baş qərargahının yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin 70 hərbçisi Frunze rayonunda separatçıların mühasirəsənə düşüblər, - "RİA Novosti".

    "Ukrayna Silahlı Qüvvələrinin 70 hərbçisi 31-ci blok postun yaxınlığında mühasirəyə düşüblər. Hal-hazırda biz hərbçilərlə təslim olmaları üçün danışıqlar aparırıq", - deyə qondarma Luqansk Milli Respublikanın baş qərargahından bildiriblər.

     

    Qərargahın nümayəndəsi bildirib ki, sözügedən 70 hərbçi ötən gün separatçıların mövqelərinə qumbaraatanlardan atəş açıblar. Bu hadisə nəticəsində 3 mülkü vətəndaş həlak olub.

     

    3
  • Yeniyetmələrə sağlam həyat tərzi təlqin edilir
    01.11.2014 14:21
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1414836747279028733_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/1414836747279028733_600x400.jpg
    Bakı, 1 noyabr, AzərTAc

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodunda gənclər arasında sağlam həyat tərzinin təbliğinə həsr olunmuş tədbir keçirilib.

    ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən zavod Həmkarlar İttifaqı Komitəsinin sədri Samir Əhmədov Azərbaycanda həyata keçirilən gənclər siyasətinin prioritetlərindən birinin yeniyetmələr və gənclər arasında idman və sağlam həyat tərzini təlqin etməkdən ibarət olduğunu deyib. Bildirilib ki, bu məqsədlə gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı kompleks tədbirlər davam etdirilir.

    Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının mütəxəssisləri QİÇS-lə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyanın yayılması ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd olunub ki, narkomanlıqla mübarizənin səmərəsini artırmaq məqsədi ilə müvafiq Proqram qəbul edilib.

    Çıxışlarda gənclərin pis vərdişlərdən uzaq olması üçün müəssisə, idarə və təşkilatlarda mütəmadi maarifləndirmə işlərinin aparılmasının zəruriliyi vurğulanıb.
    3
  • Bakıda Musiqi Festivalı keçiriləcək
    01.11.2014 14:21
    http://img.sia.az/news/2014/siaphoto_440986.jpg
    http://img.sia.az/news/2014/siaphoto_440986.jpg
    1-5 noyabr tarixlərində Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr olunmuş Musiqi Festivalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb. Festival iştirakçıları və qonaqlar Azərbaycanın görkəmli musiqi xadimlərinin və Şəhidlər xiyabanında canlarından keçmiş qəhrəman övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər qoyublar.

    Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqında festivala həsr edilən mətbuat-konfransı təşkil edilib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, xarici musiqiçilər Elizabet Vilson, Moisey Boroda, Dmitri Yanov-Yanovski, bəstəkarlarlar, media nümayəndələri və başqaları iştirak ediblər.

    Konfransı giriş sözü ilə bəstəkarlar ittifaqının sədri Firəngiz Əlizadə açaraq bu ittifaqın 1934-cü il iyunun 30-da yaradıldığını söyləyib: "İttifaq öz fəaliyyətində Azərbaycan musiqi sənətinin yaradıcılıq çoxcəhətliliyini, milli musiqi klassikasının və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanması və yeniləşdirilməsi prinsiplərini əsas götürür. Azərbaycan Bəstəkarlar İttifaqının yaranma tarixi 1934-cü iə təsadüf edir.

    30 iyun 1934-cü ildə on yeddi nəfərin iştirakı ilə Azərbaycan Bəstəkarlarının təsis yığıncağı keçirilib. Həmin on yeddi nəfərin yalnız üçü (Əfrasiyab Bədəlbəyli, Zülfüqar Hacıbəyov və Niyazi) Azərbaycanlı bəstəkar, milli kadr olub. İttifaqın həyatında ən önəmli hadisə isə üç il sonra, 1937-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun təşkilata sədr seçilməsi ilə baş verib. Bu seçim qısa zamanda İttifaqın fəaliyyət dairəsini genişləndirib, onun nüfuzunu artırıb, sıralarını milli kadrlarla zənginləşdirib. Ü. Hacıbəyov İttifaqa 11 il rəhbərlik edib. Ötən illərdə Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqi mədəniyyətinə dahi bəstəkarlar və möhtəşəm musiqi əsərləri bəxş edib. Hazırda isə bu ittifaqa mən sədrlik edirəm. Onu da deyim ki, İttifaqın 80 illiyi ilə əlaqədar olaraq "Musiqi Festivalı" keçiriləcək. Festivala xaricdə yaşayan azərbaycanlı gənc bəstəkarların əsərləri də səsləndiriləcək. Həmçinin xarici musiqiçilər də sözügedən festivalda iştirak edəcəklər".

    Konfransda xarici qonaqlar da söz alaraq Azərbaycanda olduqlarından, bu cür möhtəşəm festivala qatıldıqlarından məmnun olduqlarını dilə gətiriblər. Bildirilib ki, artıq sevindirici haldır ki, Azərbaycanın dahi bəstəkarları və onların əsərləri xaricdə də tanınıb, sevilir".

    Qeyd edək ki, bu gün saat 17:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq.
    4
  • Sənətçi həmkarına 4 min manat ödəyəcək
    01.11.2014 14:21
    http://img.sia.az/news/2014/siaphoto_440982.jpg
    http://img.sia.az/news/2014/siaphoto_440982.jpg
    Türkiyəli müğənni Gülbən Ərgən Mustafa Sandala təzminat ödəməli olacaq. SİA-nın verdiyi xəbərə görə, M.Sandal 2011-ci ildə "Şıkır-şıkır" mahnısını ondan icazəsiz oxuduğuna görə, sənətçini məhkəməyə vermiş və ondan 35 min lirə (təxminən 15 min manat) təzminat tələb etmişdi.

    Qərara əsasən, G.Ərbən Mustafaya 12 min 500 lirə (təxminən 4 min manat) maddi vəsait ödəməlidir.
    7
  • Sumqayıtda kişi meyiti tapılıb
    01.11.2014 14:20
    http://az.trend.az/article_photo/2013/04/16/Ambulance_160413.jpg
    http://az.trend.az/article_photo/2013/04/16/Ambulance_160413.jpg
    Azərbaycan, Bakı, 1 noyabr /Trend/

    Sumqayıtda kişi meyiti tapılıb.

    Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Sumqayıt şəhəri, 6-cı məhəllədə üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti tapılıb.

    Araşdırma aparılır.
    9
  • Pakistan mətbuatı Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar aksiyadan yazıb
    01.11.2014 14:20
    http://cdn.gun.az/7310.jpg
    http://cdn.gun.az/7310.jpg
    Pakistanın Pəncab əyalətinin Sargodha rayonunda Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə keçirilmiş humanitar aksiya ölkə mətbuatında geniş işıqlandırılıb.

    Gün.Az-a Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, "Jhang", "Daily Times", "The Nation", "Navai Vakt", "Daily Khabrian", "Metro Watch" "Daily Asas", "Daily Azkaar" "Daily Pakistan", "The Patriot", "Daily News Mart", "Dali Sama" qəzetləri, "Diplomatik Star" jurnalı, "APP", "Press İnformation Department" informasiya agentlikləri, həmçinin, aparıcı televiziya kanalları - PTV, GEO TV, Express TV tədbir haqqında reportajlar veriblər.

    Məqalələrdə qeyd edilib ki, Sarqodhada təşkil olunmuş mərasimdə Bayt-ul-Malın icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun iştirak etdiyi vurğulanıb.

    Qeyd edilib ki, Bayt-ul-Malın icraçı direktoru çıxışında təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə Azərbaycan xalqına, hökumətinə və AİDA-ya dərin minnətdarlığını bildirib.

    Mərasimdə çıxış edən səfiri Daşqın Şikarov Azərbaycanla Pakistan arasında yüksək səviyyəli əlaqələrdən danışıb. O, eyni zamanda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti haqqında geniş məlumat verib.

    Səfir Bayt-ul-Malın və onun rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirib.

    Pərvanə Sultanova

    2
  • Bakıda mobil telefon mağazasını yaran oğru tutuldu
    01.11.2014 14:20
    http://anspress.com/images/photos/63891.jpg
    http://anspress.com/images/photos/63891.jpg
    Bakıda daha bir oğurluq faktının üstü açılıb.

    ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, oktyabrın 30-da paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini Bəhram Nəsibliyə məxsus mağazadan qapını sındırmaq yolu ilə 4 ədəd mobil telefon oğurlanıb.

    Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Məmmədov tutulub.

    Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 30-da Məhəbbət Rzayevin cibindən 280 manat, Bakı şəhər sakini Yura Taralovla birgə Sərxan Sabirova məxsus mağazadan 60 manat və məişət əşyaları oğurlaması da müəyyən edilib.

    Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Y.Taralov tutulub.
    2
  • Şəkər xəstəliyinin çarəsi bu 7 ədviyyatdadır
    01.11.2014 14:19
    http://s019.radikal.ru/i622/1411/a2/b0de391449c9.jpg
    http://s019.radikal.ru/i622/1411/a2/b0de391449c9.jpg
    Alimlər hər gün yüzlərlə ildir ki, xalq təbabətində istifadə olunan ədviyyatların daha bir sağaldıcı xüsusiyyətini kəşf edirlər. Bütün dünyada getdikcə artan xəstəliklərdən biri şəkərdir.

    Keşniş toxumu

    Çox gözəl qoxusu olan bu ədviyyat sağlamlıq üçün olduqca faydalıdır. Yuxusuzluq problemini aradan qaldıran keşniş toxumu şəkər xəstələri üçün də çox faydalıdır.

    2001-ci ildə aparılan araşdrımalara görə, keşniş toxumu qanda insulinin miqdarını tənzimləyir və xolesterolun səviyyəsini aşağı salır.

    Bu ədviyyati salatlara, suda və ya buxarda bişirilmiş tərəvəzlərə və yumurtaya vura bilərsiniz.

    Sarıkök

    Araşdırmaların nəticələrinə görə, sarıkökün tərkibindəki kurkumin adlı maddə xərçənglə mübarizədə təsirlidir.

    Xərçəng hüceyrələrinin çoxlamasını və şişlərin yaranmasının qarşısını ala bilir.

    2007-ci ildə çinli alimlər kurkumin maddəsinin prostat vəzi xərçəngindən qoruyan hormonların səviyyəsini yüksəltdiyini sübut ediblər.

    Bu ədviyyatın sağaldıcı təsirini daha da gücləndirmək üçün qara istiotla birlikdə istifadə etmək lazımdır. Hindistanın tanınmış elm adamları sarıkökdəki kurkumin maddəsi ilə qara istiotdakı piperine maddəsinin birləşdikdə hər iki ədviyyatın daha yararlı olduğunu tapıblar.

    Sarıkök şəkər xəstələri üçün çox faydalıdır.

    İstiot

    Dünyada ən çox istifadə olunan ədviyyat istiotdur. Tərkibindəki mis sayəsində sümük sağlamlığı üçün çox yaralıdır. Həmçinin qırmızı qan hüceyrələrinin artımını da sürətləndirir.

    İnsan bədənində mis çatışmazlığı zob xəstəliyi və ürək problemlərinə səbəb ola bilir. Bu ədviyyatı ürəyiniz istəyən bütün yeməklərə əlavə edə bilərsiniz. Şəkər xəstələrinin də qara istiotdan istifadə etmələri məsləhətdir.

    Darçın

    Darçın qanda şəkərin miqdarını 10 faiz aşağı salır. Beləliklə, bu ədviyyatdan istifadə edən xəstələrin şəkər səviyyəsi normada qalır. Onu yulafla hazırlanan səhər yeməyinə əlavə edə bilərsiniz. Qəhvəyə şəkər tozu əvəzinə darçın əlavə etmək olar.

    Hil

    Mədə üçün yararlıdır. Bədəndəki qazı azaldraq qarın və mədədəki ağrılardan xilas edir. Həzm sistemini sürətləndirir. Bədəndəki yağların əriməsi üçün ödün işini sürətlənidirir. Südə əlavə edərək içə bilərsiniz. İstəsəniz, bu qarışıma bal da əlavə etmək olar. Şəkər xəstələri şəkər tozu əvəzinə südü dadlandırmaq üçün hildən istifadə edə bilərlər.

    Mixək

    Diş ağrısını kəsir. İnsülin səviyyəsini tarazlaşdırdığı üçün şəkər xəstələri üçün çox yararlıdır. Tərkibindəki manqan maddəsi sayəsində sümük sağlamlığı üçün çox faydalıdır. Yeməklərə, şorbalara, çaya, hətta adi suya da əlavə edə bilərsiniz.

    Zəncəfil

    Ürək bulantısını aradan qaldırır, bu baxımdan hamilələr zəncəfildən bol-bol istifadə etməlidirlər. Miqren ağrılarını kəsir. Qan şəkərini aşağı salır. Maqnezium baxımından zəngindir.

    Xərçəng, şəkər xəstəliyi və ürək xəstəliklərindən qorunmaq üçün ən ideal vasitədir. Bəzi araşdırmaçılar zəncəfilin xərçəng hüceyrələrini öldürdüyünü deyirlər. Ancaq hələlik bu, elmi şəkildə sübut olunmayıb. / WseMir.CoM
    8
  • Cəmil Həsənli: "Mitinqlərin davamlı olması proseslərin necə getməsindən asılıdır"
    01.11.2014 14:17
    http://deyerler.org/uploads/thumbs/7VU3F3T.jpg
    http://deyerler.org/uploads/thumbs/7VU3F3T.jpg
    "Bütün hallarda mitinq  etirazın bir  formasıdır və vətəndaşın konstitusiyon hüququdur. Vətəndaş öz hüququndan istifadə edirsə, öz fikrini, narazılığını nəyəsə bildirirsə normal hakimiyyətin borcudur ki, bundan nəticə çıxartsın".

    Bunları Deyerler.org-a noyabrın 10-da keçiriləcək mitinq haqqında fikirlərini bölüşərkən Milli Şuranın rəhbəri Cəmil Həsənli deyib. O qeyd edib ki, vəziyyətə uyğun adekvat hərəkət olacaq: "Bu mitinqlərin əsas hədəfi siyasi məhbuslar, insan haqları, sosial vəziyyət  və s. kimi məsələlər ölkə əhalisi üçün çox aktual mövzudur. Bu baxımdan biz mitinqin keçirilməsinə qərar verdik. Mitinqlərin davamlı olması proseslərin necə getməsindən asılıdır. Məsələn sabah siyasi məhbuslar buraxılacaqsa, deməli problemin biri aradan qalxacaq. Vəziyyətə uyğun adekvat hərəkət olacaq".

    Xatırladaq ki, Milli Şura noyabrın 10-na mitinq təyin edib. Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

     

    5
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri