Loading

Kürdəmirin 4 kəndində yeni məktəb binasının tikintisi başa çatdırılır

09.07.2013 10:24
Kürdəmir rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsindən AzərTAc-a verilən məlumata görə, hazırda 4 kənddə yeni tədris ocağının inşasında son tamamlama işləri aparılır. Belə ki, 640 şagird yerlik Sığırlı, 360 şagird yerlik Şilyan, 280 yerlik Cəyli və 220 yerlik Köhünlü kənd tam orta məktəbləri üçün yeni binaların inşası artıq başa çatdırılmaq üzrədir. Təzə binaların qarşıdakı dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Kənd məktəbləri üçün yeni tədris ocaqları dövlət vəsaiti hesabına tikilir. Bu binalarda tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq. Binaların dördü də istilik sistemləri ilə təchiz ediləcəkdir.
 
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın