Boksçumuz Ağəli Alışov Xarkovda erməniyə qalib gəldi

Aprelin 20-21-də Xarkovda (Ukrayna) "Kliçko K2 Promotions" şirkətinin dəstəyi ilə boks turniri keçirilib.

Gün.Az-ın verdiyi xəbərə görə, turnir çərçivəsində azərbaycanlı Ağəli Alışov erməni Ruben Movsesyanla beynəlxalq reytinq döyüşünə çıxıb.

61,250 kq-a qədər olan 6 raundluq döyüşdə hakimlərin qərarı ilə Ağəli Alışov qalib gəlib.

Xatırladaq ki, 2011-ci ildə Ağəli Alışov EBA versiyası üzrə Avropa çempionu olmuşdu.