"Cavanşir" gölünə 4 milyon kubmetr su ehtiyatı yığılmışdır

Ağsu rayonunda 7,5 min hektar sahəni suvarma suyu ilə təmin edən "Cavanşir" gölünə artıq kifayət qədər su ehtiyatı yığılmışdır.

AzərTAc Ağsu Suvarma Sistemləri İdarəsinə istinadən xəbər verir ki, hazırda göl 4 milyon kubmetr, yəni tutumu qədər su ilə doldurulmuşdur. Ağsu çayından doldurulan Cavanşir gölü artıq Gəgəli, Rəhimağalı, Çaparlı, Daşdəmirbəyli, Qiyaslı, Ərəbuşağı, Qaraməmmədli və Navahı kəndlərinin 4 min hektar taxıl, 410 hektar çoxillik bitkilər, 210 hektar yonca, habelə 220 hektar həyətyanı sahələrini bu il suvarma suyu ilə tam təmin etməyə imkan verəcəkdir.

"Cavanşir" gölündən müxtəlif istiqamətlərə gedən 50 kilometrlik su kanallarının 40 kilometri ötən il, 10 kilometri isə bu il təmizlənərək istifadəyə yararlı hala gətirilmişdir.