Türk Şurası prezident seçkilərinə müşahidə missiyası göndərəcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana 20 nəfərlik müşahidə missiyası göndərəcək. "Ölkə.Az"ın sechki-2018.az-a istinadən xəbərinə görə, Şuranın Katibliyindən verilən məlumatda bildirilir ki, heyətə Türk Şurası baş katibinin müavini Ömər Kocaman rəhbərlik edəcək. Bakı, Şəki və Quba şəhərlərində səsvermənin gedişini izləyəcək müşahidəçilər seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək və bəyanat yayacaqlar.