Keçmiş sevgilisinə 4,5 min mesaj yazan fransız həbs edildi

Sevgilisindən ayrılan və bu ayrılıqla barışa bilməyərək 5 ay ərzində ona 4,5 min mesaj yazan fransıza qarşı 1 il müddətinə həbs qətimkan tədbiri seçilib. Trend-in məlumatına görə, bundan başqa ayrıldıqları müddət ərzində o, keçmiş sevgilisinə 416 dəfə zəng edib. Bununla yanaşı keçmiş sevgilisini hər yerdə təqib etməsi səbəbindən bu "romantik fransız" haqqında həbs qərarı çıxarılıb.