Türkiyə universitetində dəhşət – 4 ölü, yaralılar da var - Foto

Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin Təhsil fakültəsinə silahlı hücum edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Hücum zamanı ilkin məlumatlara əsasən, 4 tədris işçisi öldürülüb. Yaralıların olduğu bildirilir. Məlumata görə, hücum edən şəxs saxlanılıb. Onun universitetin əməkdaşı olduğu qeyd edilir.