DİM-dən yeni xidmət

1 aprel 2018-ci il tarixində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).