Balakənlilər "İlhamla İrəli!" deyir

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının (MSQ) Balakən rayon şöbəsinin təbliğat qrupunun üzvləri rayonun ictimai fəalları ilə təşviqat kampaniyası çərçivəsində görüş keçiriblər. Görüşü MSQ rayon şöbəsinin sədri Azad Balayev açaraq 2003-2018-ci illərdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı giriş nitqi söyləyib. Rayon Ağsaqqallar Şurasının sədri Rəşid Musayev təşviqat kampaniyası çərçivəsində rayonun yaşayış məntəqələrində keçirilən tədbirlərin xülasəsini verib. Tarix və diyarşunaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev,1 saylı texniki peşə məktəbinin direktoru Rəhim Tağıyev rayon Seçki Qərargahının üzvü kimi təşviqat qrupunun rayonun yaşayış məntəqələrində keçirdiyi görüşlərdən, 11 Aprel seçki gününə rayon seçicilərinin yüksək əhval ruhiyədə seçki məntəqələrinə gedəcəklərindən bəhs ediblər. Hənifə kənd sakini Aftandil Məmmədov Cənab Prezidentin regionların sosial inkişaf strateqiyasının Balakəndə uğurla həyata keçirildiyindən danışıb. Rayon təhsi işçiləri adından çıxış edən gənc müəllimə Vəfa Emçiyeva 2003-2018-ci illərdə prezidentin təhsilə olan qayğısından, yeni-yeni məktəb binalarının tikintisindən, müəllimlərin əmək haqlarının artırılmasından və 11 Apreldə rayon müəllimlərinin mütəşəkkil sürətdə seçki məntəqələrinə gəlişindən danışıb. Sonda 109 saylı Balakən seçki dairəsindən Milli Məclisin üzvü seçilmiş Nəsib Məhəməliyev seçicilər qarşısında geniş çıxış edib.