"Neftçi" "İzmir Cup"da mübarizəyə başlayır

Aprelin 6-dan 8-dək Türkiyənin İzmir şəhərində keçiriləcək "İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək "Neftçi” PFK-nın U-12 komandası sabah ilk oyununa çıxacaq. SİA -nın məlumatına görə, baş məşqçi Emin Salmanovun yetirmələri İtaliyanın "Sampdoriya” klubu ilə qarşılaşacaq. 56 komandanın iştirak edəcəyi turnirdə "Neftçi”nin B qrupundakı digər rəqibləri "Atletik” (İspaniya), "Fənərbaxça” (Türkiyə), "Bucaspor” (Türkiyə), "Altınordu Lacivert” (Türkiyə) və "Brommapoykarna” (İsveç) olacaq.