ATƏT PA prezident seçkilərini müşahidə etmək üçün gələn həftə Azərbaycana müşahidə missiyası göndərəcək

ATƏT Parlament Assambleyası (PA) gələn həftə prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana müşahidə missiyası göndərəcək. APA-nın quruma istinadən verdiyi məlumata görə, ATƏT PA müşahidə missiyasına isveçrəli parlamentar Kiener Nellen rəhbərlik edəcək. Missiyaya 20-dən çox ölkədən 40 parlamentar daxildir. Sayı 300-dən çox olacaq ATƏT -in ümumi qısamüddətli missiyasına isə Nilza de Sena rəhbərlik edəcək. O seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı da həyata keçirəcək. ATƏT DTİHB-nin müşahidə missiyasına isə xanım Koryen Yonker rəhbərlik edir. Seçkilərlə bağlı ATƏT PA ATƏT DTİHB və AŞPA ilə sıx əməkdaşlıq edəcək. Müşahidənin ilkin nəticəsi aprelin 12-də açıqlanacaq.