Çavuşoğlu: "Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır"

"Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları və Qarabağ problemini Azərbaycan beynəlxalq aləmdə çox yaxşı anladır. Ərdoğan başda olmaqla, bizlər də hər yerdə bunu çox yaxşı anladırıq". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda bildirib. O qeyd edib ki, bütün sənədlərdə bu problemlə bağlı qəti şəkildə qərarlar əksini tapsa da, tətbiqi ilə bağlı heç nə edilmir: "Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu münaqişə sülh, barışıq yolu ilə tezliklə həll edilməlidir. Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır". (apa)