Çavuşoğlu: Türkiyə nüvə silahlarına qarşıdır

Çavuşoğlu: Türkiyə nüvə silahlarına qarşıdır 05 Aprel 2018, 15:39 (GMT 4) Bakı, 5 aprel,  SalamNews . Türkiyə nüvə silahlarına qarşıdır. Ancaq Atom Elektrik Stansiyası atom silahı deyil.  SalamNews -un Averdiyi xəbərə görə, bunu Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu bildirib ki, iki gün əvvəl təməli qoyulan Akkuyu layihəsi Türkiyənin ilk nüvə enerjisi stansiyası olacaq. Onun sözlərinə görə, Türkiyənin elektrik enerjisi ehtiyacının ödənməsi üçün  təkcə Akkuyu AES yetməz: "Bu AES enerji ehtiyacının sadəcə yüzdə onunu qarşılayacaq".