Millimizin yekun heyəti müəyyənləşib

Bakıda keçiriləcək Türk Şurası Universitet İdman Oyunlarında iştirak edəcək futzal üzrə Azərbaycan yığma komandası hazırlığını davam etdirir. SİA -nın məlumatına görə, məşqlərini Bakı Texniki Universitetinin idman zalında keçən millimizin yekun heyəti müəyyənləşib. Bir neçə məşqdə seleksiya işləri aparan və 20-dən artıq futzalçını məşq prosesinə dəvət edən baş məşqçi Joze Alesio da Silva yarış zamanı güvənəcəyi heyəti müəyyənləşdirib: Rövşən Hüseynli, Ramiz Çovdarov, Adil İsmayılov, Oktay Rüstəmli (hamısı “Araz”), Kamran Hacıyev, Elşən İbrahimxəlilov, İbrahim Zeynalov (hamısı “Marafon Futsal”), Kənan Manafov, Emin Abbasov (hər ikisi “Avanqard”), Fərid Atakişiyev (EKOL), Nihad İsmayılov (“FK.İD.Futsal”) və Oruc Baxşəlizadə ("Neftçi"). Qeyd edək ki, komandamız aprelin 7-də Türkiyə yığması ilə qarşılaşacaq. Oyunun başlama saatı barədə məlumat veriləcək.