yuxarıya
Onlayn Ödəmə
Elmira Axundova: "Mən gənclərdən soruşdum ki, bu adları bilən varmı?"
25.02.2013 22:19
A A
Milli Məclisin iclasında millət vəkili Elmira Axundova çıxış edib. Deputat bildirtib ki, bütün Azərbaycan fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımın qurbanlarını yad edəcək: "Bir çox ölkələrdə mitinqlər, qətlə yetirilmiş soydaşlarımızla bağlı matəm tədbirləri keçiriləcək, yeni məqalə və dəyərli kitablar işıq üzü görəcəkdir. Xocalıda baş verənlərin soyqırım kimi tanınması istiqamətində göstərdiyimiz cəhdlərə beynəlxalq dəstək genişlənir, yeni-yeni dövlətlər, onların parlamentləri Xocalı faciəsinin soyqırım kimi tanınması barədə bəyanatlar qəbul edirlər.

Bütün bunlar fərəhləndirici faktlardır. Lakin mən bununla bağlı başqa bir məsələ haqqında danışmaq istəyirəm. Bu günlərdə gənc auditoriya qarşısında çıxış edərkən bir qrup azərbaycanlı döyüşçünün Xocalı şəhərinin müdafiəsində göstərdikləri qəhrəmanlıqları haqqında faktları qeyd etdim.

Belə ki, polis mayoru Əlif Hacıyevin rəhbərliyi altında OMON bölmələri həmin gün hava limanını cəsarətlə müdafiə edirdilər, sonda Əlif hava limanının nəzarət məntəqəsini partlatdı, özü isə döyüşdə həlak oldu. Ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Milli Qəhrəman adı verilən digər komandir Tofiq Hüseynov özünün bir dəstə döyüşçüləri ilə birgə yerli əhaliyə mühasirədən çıxmağa kömək edərək şəhər uğrunda mərdliklə döyüşürdü. Mühasirəyə düşdükdə isə o, son gülləni öz alnına vurdu.

Mən gənclərdən soruşdum ki, bu adları bilən varmı? Heç kəs cavab verə bilmədi. Bu çox acınacaqlı haldır. Qarabağ müharibəsi haqqında kitablar yazılır, gözəl məqalələr meydana çıxır, təəssüflər olsun ki, bizim gənclər onları oxumurlar. Həm də bu kitablar özləri də məhdud tirajla buraxılır. Heç də bütün məktəb və tələbə kitabxanalarına çatmır. Bununla belə, Qarabağ müharibəsində bizim onminlərlə döyüşçümüz şəhid oldu, çoxları qəhrəmanlıq möcüzəsi göstərdi və ölümlərindən sonra Milli Qəhrəman adı aldılar. Onlar arasında - həm türklər, həm ləzgilər, həm talışlar, həm ruslar, həm də ukraynalılar vardı. Bizim gənclər onların adlarını bilməli, onlarla qürur duymalı, onların bioqrafiyasını öyrənməli, həmin insanlara bənzəməyə çalışmalıdırlar. Bu böyüyən nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin bir hissəsi olmalıdır.

Buna görə mən bu tribunadan Təhsil Nazirliyinə, digər aidiyyəti qurumlara müraciət edərək çox xahiş edirəm ki, "XX əsr Qarabağ müharibəsi tarixi" adlı mövzunu orta məktəbin tədris planına daxil etsinlər. Bu dərslərə ildən-ilə yox, mütəmadi olaraq keçmiş döyüşçülər, Milli Qəhrəmanlar, şəhid olmuş hərbçilərin valideynləri dəvət olunsunlar ki, o vaxtki döyüşçülərin mərdliyi və qəhrəmanlıqları haqqında danışılsın. Qoy bizim uşaqlar anlasınlar: biz qəhrəman millətik, biz doğma torpaqlarımız uğrunda ləyaqətlə döyüşə və həlak ola bilirik. (bizimyolinfo)
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Bakıda iki maşın toqquşdu: 3 yaralı
    02.09.2015 22:55
    Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə Azadlıq prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində qeydə alınıb.Şirinov Kamal Asəf oğlunun oğlunun idarə etdiyi "Range Rover" markalı avto...
  • Lənkəranda quldurluq əməlində şübhəli bilinən rayon sakini saxlanılıb
    03.09.2015 20:17
    Lənkəran. Ağəddin Babayev - APA. Lənkərandaquldurluq əməlində şübhəli bilinən rayon sakini yaxalanıb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Liman şəhər sakini, 29 yaşlı Nisə Mirzağa qızı Cabbarova bu il avqustun 24-də gecə saatlarında naməlum şəxsin ona...
  • Efiopiyalı jurnalistdən Azərbaycan haqqında
    03.09.2015 19:22
    Azərbaycan demokratik ölkədir. Burada hər adam öz fikrini və rəyini azad ifadə edib, istədiyi mövzuda danışa bilər.Lent.az xəbər verir ki, bu fikri tanınmış jurnalist, Efiopiyanın EBC teleradio korporasiyasının "104.7 FM" radiosunun baş redaktoru Yonas Teşome Getane AzərTAc-..
  • Turizm İnformasiya mərkəzlərinin rəhbərləri hesabat verdilər
    03.09.2015 18:35
    Azərbaycan, Bakı, 3 sentyabr /Trend/Bu gün mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ölkəmizdə fəaliyyət göstərən Turizm İnformasiya mərkəzlərinin rəhbərləri ilə görüşüb.Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ..
  • Alim Qasımov həyat yoldaşının şəklini paylaşdı: "Biz Malayziyadayıq"
    03.09.2015 18:17
    Xalq artisti Alim Qasımov qızı əməkdar artist Fərqanə Qasımova və həyat yoldaşı Tamella Qasımova ilə Malayziyaya yollanıb. Lent.az-ın məlumatına görə, xalq artistinin səfərinin məqsədi bu ayın 7-də Malayziya Dövlət Filarmoniyasında verəcəyi konsertdir. Xalq artisti xan...
  • Bəs deyirdiniz balalara Tanrı qıymaz?
    03.09.2015 17:52
    Nə olsun ki, zibillikdə eşələnir. Yoox, bu qızcığaz çox şanslıhellip; Əlindəki zibil qutusunu da təzə tapıb. İndi qapağını açıb, girəcək içinə. Bəlkə də maşın kimi sürəcək. Bəlkə də altına uzadıb mışıl-mışıl yatacaq bir azdan. Siz bir onun gözlərinə ba...
  • Erməni hərbçi məhv edildi
    03.09.2015 17:05
    Ermənistan Silahlı Qüvvələri növbəti itki verib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu gün cəbhənin Tovuz rayonu istiqamətində erməni ordusunda müqavilə əsasında xidmət edən hərbçi Ayk Devoyan (1975) öldürülüb.Xəbəri Ermənistan müdafiə na...
  • Президент Ильхам Алиев ознакомился с условиями, созданными после ремонта в одном из бакинских лицеев
    03.09.2015 16:51
    БАКУ /Trend/ - Президент Азербайджана Ильхам Алиев в четверг ознакомился с условиями, созданными после ремонта и реконструкции в Лицее с физико-математическим уклоно..
  • Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
    03.09.2015 16:18
    Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Malik Xoştərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhk..
  • Göyçayda səyyar xidmət zamanı 200 nəfərə yeni şəxsiyyət vəsiqəsi verilib
    03.09.2015 16:18
    Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitm...
XƏBƏR LENTİ
  • "Neftçi" 1937 manata neçə üzvlük kartı satıb?
    03.09.2015 22:06
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMDkvMDMvMjIvMDAvMDAvNzE0LzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM0UiXV0?sha=78cf119a
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMDkvMDMvMjIvMDAvMDAvNzE0LzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM0UiXV0?sha=78cf119a
    Avqustun 12-də "Neftçi" futbol klubu 3 növ üzvlük kartını satışa çıxarıb.

    Oxu.Az xəbər verir ki, sadə kart - 19,37 manat, VİP kart - 193, 7 AZN və Elit kart - 1937 manata satılır.

    Maraqlıdır ki, bu günə qədər, klub 3 Elit kart satıb, və onları kluba aidiyyatı olmayan adamlar alıblar.

    Qeyd edək ki, Elit kartın sahibi mövsüm ərzində "Neftçi"nin keçirəcəyi bütün ev oyunlarına SkyBox üçün biletlər əldə edir. Keyterinq qiymətə daxildir. O həmçinin komandanın hər bir ev oyununa 2 (iki) nəfər qonaq dəvət edə bilər və stadionun içindəki parkinqdən yararlana bilər. 

    Elit kart sahibinə komandanın orijinal forması, azarkeş maykası, idman kostyumu və şərf hədiyyə olunur. 
    0
  • Türkiyədə son 15 ildə şəkərli diabet xəstələrinin sayı 3 dəfə artıb
    03.09.2015 22:04
    http://deyerler.org/uploads/thumbs/A78HB93.jpg
    http://deyerler.org/uploads/thumbs/A78HB93.jpg
    Türkiyədə son 15 ildə şəkərli diabet xəstələrinin sayı 3 dəfə artıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə dünyada şəkərli diabetin müalicəsində istifadə olunan insulinin təxminən 50 faizini istehsal edən "Novo Noridsk" firmasının Yaxın Şərq Bölgəsi üzrə rəhbər yardımçısı Ole Moelskov Bech bildirib.

     

    Onun sözlərinə görə, 1998-ci ildə bu ölkədə 2,5 milyon şəkərli diabet xəstəsi olduğu halda, hazırda bu göstərici təxminən 7 milyona yüksəlib: "Türkiyə Avropanın diabet yükünün 13 faizini daşımaqdadır. Beynəlxalq Diabet Federasiyası (BDF) 2035-ci ildə Türkiyədəki diabet xəstələrinin sayının 13 milyona yüksələcəyini təxmin edir. 2035-ci ilə qədər Türkiyədə yaşayan diabet xəstələrinin sayı bütün Avropa ölkələrindən daha çox olacaq".

     

    Ole Moelskov Bech deyib ki, Türkiyədə hər gün təxminən 163 insan şəkərli diabet xəstəliyi səbəbindən ölür. Bu da 2013-cü ildə 59 min 786 insanın ölümünə bərabərdir. 2013-cü ildə Türkiyədə ölümlərin təxminən 60 mini diabetə bağlı səbəblərdən qaynaqlanıb.

     

    O, həyat tərzini dəyişməklə diabetlə bağlı problemlərdən uzaq qalına biləcəyini söyləyərək qeyd edib ki, bunun üçün tərkibində az yağ olan sağlıqlı pəhriz, hər gün yarım saat orta dərəcəli idman və siqaretdən uzaq durmaq vacibdir.
    3
  • Şengen zonası donduruldu
    03.09.2015 22:04
    http://deyerler.org/uploads/thumbs/6J53682.jpg
    http://deyerler.org/uploads/thumbs/6J53682.jpg
    Avropa Birliyi ölkələrinə əcnəbilərin girişini tənzimləyən Şengen zonası miqrant və qaçqınların kütləvi axınına görə öz fəaliyyətini dayandırıb.

     

    Axar.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak deyib. Nazirin sözlərinə görə, miqrantlarla mübarizə artıq o qədər mürəkkəbləşib ki, onu davam etdirmək mümkün deyil:

     

    "Faktiki olaraq Şengen zonası fəaliyyətini dayandırıb".

     

    Nazir ölkəsinin miqrantlara tətbiq edilən kvotalara qarşı çıxdığını elan etsə də, qanunsuz miqrasiyaya qarşı mübarizənin ən çətin mərhələsində olduqlarını da etiraf edib.

     

    Xatırladaq ki, Şengen zonası özündə 26 dövlətin sərhəd nəzarətinin vahid sistemini birləşdirir.

     
    1
  • Dünyanı ağladan fotoya görə 4 nəfər həbs olundu
    03.09.2015 22:03
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Suriyalı qaçan ailələrin mindiyi gəminin batmasına görə cinayət işi açılıb.

    Publika.az xəbər verir ki, aralarında 3 yaşlı Aylan Kurdinin də olduğu 12 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı Türkiyə polisi əməliyyata başlayıb. Əməliyyat nəticəsində 4 suriyalı şəxs həbs olunub.

    Qeyd edək ki, Suriyadakı daxili müharibə və İŞİD qətliamı Aylan və ailəsinin Kobanidən Avropaya sığınmaq üçün yola çıxmağa məcbur edib. Gəminin qəzaya uğraması nəticəsində 3 yaşlı Aylan və ondan bir yaş böyük qardaşı Qalib dənizdə batıb. Hər iki qardaşın cəsədini dalğalar Türkiyənin Bodrum sahillərində quruya çıxarıb. Bütün dünya bu dəhşətli faciədən danışır.
    3
  • Kumeyl ibn Ziyad - İmam Əlinin (ə) sirrini saxlayan səhabə
    03.09.2015 21:59
    http://deyerler.org/uploads/thumbs/CZ9HNGX.jpg
    http://deyerler.org/uploads/thumbs/CZ9HNGX.jpg
    Kumeyl - Nəxəyi qəbiləsindən olan Ziyad ibni Nəhikin oğlu idi. Həzrət Peyğəmbər (s) onların haqqında dua etmişdir: "Allahım, bərəkəti onların xeyirinə qərar ver". Kumeylin atası da İslam dininin əvvəllərində iman gətirmiş müsəlmanlardan idi. O, çox dindar və təqvalı bir kişi idi. Deyilənə görə Kumeyl hicrətin 3-cü ilində dünyaya gəlmişdir. Müsəlman bir ailədə böyümüşdü. O, elə uşaqlıq və yeniyetmə yaşlarından İmam Əli (ə) ilə əlaqə saxlayardı. İmam Əli (ə), Həzrət Peyğəmbərin (s) tapşırığı ilə vida həccinə getməmişdən əvvəl, Yəmənə səfər edir və elə bu zamandan Kumeyl İmamın (ə) təlim və tərbiyəsi altında idi.

    Kumeyl, İmam Əlinin (ə) 25 il ev həyatında da ona yaxın olanlardan biri idi. İmamın (ə) buyurduqlarını nəşr etməklə məşğul idi. Kumeyl davamlı olaraq cəmiyyət içində İmam Əlinin (ə) haqqından, məqamından söhbət açar və İmam Əlinin (ə) Həzrət Peyğəmbərlə (s) olan bağlarından danışardı.

    Üçüncü xəlifənin idarəetmə üslubuna etiraz cərəyanında Kumeyl də var idi. İslam dininin yolunu azmasından qorxub, dini müdafiə etməyə qalxmışdı. Elə ona görə də bir dəstə insanla bir yerdə əvvəl Şama, sonra isə Həməsə sürgün edilir.

    Kumeyl həmvətəni olan Malik Əştərlə bir yerdə Həzrət Əliyə (ə) beyət zamanı onun yanında idi. O, həmin günü İmama (ə) beyətini təzələdi. Bir müddət İmam (ə) onu Bağdadın kənarında olan Həyət şəhərini idarə etmək üçün göndərmişdir.

    Kumeyl çox sadiq, arif bir həyat sürürdü və İmamın (ə) sirrini bölüşdüyü səhabələrindən idi. O, İmam Səccadın (ə) dövründə qoca yaşlarında Həccac ibni Yusif Səqəfi tərəfindən çox əziyyətlər gördü və nəhayət 83-cü Hicri ilində şəhid oldu.

    Ubeydullah ibni Əbi Rafi - İmam Əlinin (ə) ən yaxın səhəbələrindən idi. O, nəql edir ki, Həzrət (ə) mənə buyurmuşdu: "(Etimad ediləsi) on nəfəri yanıma çağır". Mən dedim ki, siz özünüz adlarını çəkin: "İmam, Kumeyl ibni Ziyadı da onların cərgəsində qərar verdi". Yəni, İmam Əli (ə) Kumeylə etimad edir və inanırdı və o da Həzrətin (ə) etimadını qazanmış səhabələrdən idi.

    Əllamə Şuştəri bu əqidədədir ki, elm və sirlər İmamın (ə) batinində tüğyan edirdi və İmam (ə) da ürfan gövhərini bayıra çıxartmaq istəyirdi. Ona görə də Kumeyl ibni Nəxəyini öz yanında əyləşdirir və ona sirlər cövhərini verir.

    O zamanın böyük alimləri və İmamın (ə) yaxın səhabələri Kumeyli İmam Əlinin (ə) inandığı və etimad etdiyi kəslərdən bilirdilər. Hətta əhli təsənnün alimləri belə bunu etiraf edirlər. İbn Əbil Hədid bu fikirdədir ki, Kumeyl - İmam Əlinin (ə) xüsusi davamçılarındandır. İmam (ə) tez-tez onu kənara çəkər və ürfanın sirlərini ona agah edərdi. Kumeyl də, öz növbəsində, mənəvi susuzluğunu yatızdırmaq üçün Həzrətə (ə) suallar verərdi. Həzrət Əli (ə) də buyurardı: "Həqiqəti nə edirsən?". Kumeyl deyərdi: "Mən sizin sirrinizin sahibi deyiləmmi?". Həzrət (ə) buyurur: "Bəli, əlbəttə". Kumeyl bu cümlələrlə onu demək istəyirdi ki, sirri başqasına çatdırmağın caiz olmadığını gözəl başa düşür. Kumeyl sirr saxlamaq tutumunu özündə hiss edirdi, ona görə də İmamdan (ə) suallarına cavab gözləyirdi. Həzrət (ə) cavab verən zaman isə onunla kifayətlənmir və həmin mövzunu daha çox açmasını istəyərdi.

    Kumeyl həqiqətən sirr əhli idi, əks halda İmam Əli (ə) "Kumeyl" duasını ona deməzdi.

     

     

     

     

     

     

     

     

     

    5
  • Elnarə Təhməzova ailə qurdu- Azərbaycandan gedir
    03.09.2015 21:58
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Teleaparıcı Elnarə Təhməzova gizli ailə həyatı qurub.

    "Qafqazinfo"ya daxil olan məlumata görə, toy avqustun 8-də Türkiyədə baş tutub. Toy mərasimində aparıcının ailəsi və yaxın qohumları iştirak edib.

    Qeyd olunur ki, Elnarə Təhməzova bir illik münasibətdən sonra azərbaycanlı biznesmenlə ailə həyatı qurmaq qərarına gəlib. İş adamı xaricdə yaşadığı üçün aparıcı birdəfəlik İstanbula köçmək niyyətindədir.

    Xatırladaq ki, bu gün aparıcının eyni verilişlə efirə qayıtması ilə bağlı xəbərlər yayılıb. Elnarə Təhməzovanın evlilik haqda xəbəri isə bu məlumatları sual altına salır. Belə ki, aparıcı ailə qurandan sonra İstanbula köçməyi planlaşdırır

    "Qafqazinfo"
    3
  • Ermənilərdən yeni hücum, yaralılar var
    03.09.2015 21:57
    http://deyerler.org/uploads/thumbs/621C98A.jpg
    http://deyerler.org/uploads/thumbs/621C98A.jpg
    Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və yandırıcı silahlardan cəbhəyanı bölgələri atəşə məruz qoyması nəticəsində Qazaxın Məzəm kəndində də yaşayış evi yanıb.

     

     

    ANS PRESS-in qərb bürosunun əldə etdiyi məlumata görə, kənd sakini Nəsib Nəsibova məxsus fərdi yaşayış evi yanaraq, yararsız hala düşüb. Eyni zamanda digər kənd sakini Hidayət Qurbanovun həyatyanı sahəsində 500 bağlamalıq ot tayası da yanıb.

     

    Qarşı tərəfin kəndi gülləbaran etməsi zamanı kənd sakinlərindən xəsarət alanlar olmayıb. Qazax rayonunun Məzəm kəndinin icra nümayəndəsi Elman Nəsibov baş verən hadisələrdən xəbərdar olmadığını əsas gətirərək məlumat verməkdən boyun qaçırıb. Lakin əldə olunan məlumatları yerli sakinlərdən dəqiqləşdirmək mümkün olub.

     

     

    Cəbhəyə yaxın yanan ev

     

    Ermənistan silahlı qüvvələri ötən gecədən başlayan cəbhəyanı bölgələrdəki kəndləri atəşə məruz qoyub. Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda qarşı tərəfə cavab atəşi açılıb. Lakin atəşkəsin pozulması nəticəsində Məzəm kəndi ilə yanaşı, qonşu rayon olan Tovuzun Əlibəyli kəndində də 2 ev yanıb. Əlibəyli sakini 63 yaşlı Tofiq Kazımov isə yaralanıb. Yaralı Tovuz Mərkəzi Xəstəxanasındadır və müalicəsi davam edir.

     

     

    Xatırladaq ki, Tovuz və Qazax rayonlarının əksər kəndləri cəbhənin ön istiqamətinə yaxındır. Bəzi kəndlərdə təmas xəttinin hava məsafəsi ilə 200 metrliyində yerləşir.        musavat.com

     
    2
  • ABŞ prezidenti Səudiyyə Ərəbistanının kralı ilə görüşəcək
    03.09.2015 21:53
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama sentyabrın 4-də Ağ Evdə Səudiyyə Ərəbistanının kralı Salmanı qəbul edəcək.

    Görüşün məqsədi İraq, Yəmən və Suriyada davam edən münaqişələr və İranın regional siyasəti ilə bağlı narahatlıqlarla bağlıdır.

    Bu, Kral Abdullanın ölümündən sonra taxta çıxan Salmanın Birləşmiş Ştatlara ilk səfəri olacaq.

    Prezident Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman arasında təkbətək görüş Yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir zamana təsadüf etməsi təsadüfü hesab edilmir. ABŞ-ın başçılıq etdiyi koalisiya İraq və Suriyada İŞİD qruplaşmasının yaraqlılarına qarşı mübarizə aparır, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya isə Yəməndə İranın dəstəklədiyi Huti qiyamçılarına müqavimət göstərir.
    5
  • Azərbaycan polisi 7 ton narkotik aşkarladı
    03.09.2015 21:53
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51478509/53323.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51478509/53323.jpg
    Ağstafa polisi külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb.

    Daxili İşlər Nazirlindən ANS PRESS-ə verilən məlumata görə, Ağstafa rayon Polis İdarəsinin əməkdaşlarına rayonun Qırlı kəndində çətənə kolu olduğu haqda məlumat daxil olub. Hadisə yerinə baxış keçirən polis əməkdaşları yabanı halda bitmiş, çəkisi 7,2 t olan 12000 ədəd çətənə kolu aşkarlayaraq məhv ediblər.

    Bundan... Azərbaycan polisi 7 ton narkotik aşkarladı (FOTO)

    Arxiv.az

    108.161.133.88
    6
  • Məşhurlar təcavüzə "yox" dedilər
    03.09.2015 21:52
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Dünya ulduzları sosial layihələrdə tez-tez iştirak edirlər.

    Gün.Az-ın axşam.az-a istinadən xəbər verir ki, tanınmışlar bu dəfə də ənənələrinə sadiq qalıblar. Zoi Saldana, Coşa Hatçerson, Nina Dobrev, Cessika Zor və digərlərinin iştirakı ilə seksual zorakılıq əleyhinə yeni video-çarx hazırlanıb.

    Ulduzların ötürdüyü əsas mesajın məğzi isə belədir:

    "Seks razılıq əsasında olmalıdır. Əks halda bu, təcavüzdür".

    Qeyd edək ki, video-çarx Ağ Evin təşəbbüsü ilə çəkilib.

    3
  • Azərbaycan polisi 7 ton narkotik aşkarladı
    03.09.2015 21:51
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51478509/53323.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51478509/53323.jpg
    Ağstafa polisi külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb.

    Daxili İşlər Nazirlindən ANS PRESS-ə verilən məlumata görə, Ağstafa rayon Polis İdarəsinin əməkdaşlarına rayonun Qırlı kəndində çətənə kolu olduğu haqda məlumat daxil olub. Hadisə yerinə baxış keçirən polis əməkdaşları yabanı halda bitmiş, çəkisi 7,2 t olan 12000 ədəd çətənə kolu aşkarlayaraq məhv ediblər.

    Bundan... Azərbaycan polisi 7 ton narkotik aşkarladı (FOTO)

    Arxiv.az

    108.161.133.88
    3
  • PKK terrorçuları Türkiyədə zirehli maşın partladıb: 8 hərbçi yaralanıb
    03.09.2015 21:50
    http://deyerler.org/uploads/thumbs/YKEN6P5.jpg
    http://deyerler.org/uploads/thumbs/YKEN6P5.jpg
    Türkiyənin cənub-şərqində PKK terrorçularının yola yerləşdirdiyi partlayıcının işə salınması ilə zirehli maşında olan 8 əsgər yaralanıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Muş vilayətinin Kazana rayonunda baş verib.

     

    Hadisədən sonra bölgəyə əlavə qüvvələr göndərilib və PKK-çıların məhv edilməsi üçün genişmiqyaslı axtarış əməliyyatları başlayıb.
    8
  • Ann Brasser hakimiyyəti repressiyalara son qoymağa çağırıb
    03.09.2015 21:49
    http://deyerler.org/uploads/thumbs/4URGF5Y.jpg
    http://deyerler.org/uploads/thumbs/4URGF5Y.jpg
    Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser Xədicə İsmayılova barədə çıxarılan 7,5 il həbs hökmündən təəssüflənib. "Bu hökm məni çox təəssüfləndirdi. Bu hökm Azərbaycan məhkəmə sistemində ciddi və sistemli problemlərin olduğunu göstərir", AŞPA prezidenti bildirib.

    Ann Brasser Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə, insan haqları müdafiəçilərinə və müstəqil jurnalistlərə qarşı sərt basqıları dayandırmağa çağırıb.

     

    O, həmçinin qeyd edib ki, ABŞ-da "Parlament Spikerlərinin IV Dünya Konfransı"nda bu məsələni Oqtay Əsədovla müzakirə edəcək.
    3
  • Türkiyə vətəndaşları girov götürüldü
    03.09.2015 21:44
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51477680/97513.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51477680/97513.jpg
    Türkiyə Xarici işlər Nazirliyi İŞİD və PKK tərəfindən qaçırıldığı iddia edilən 18 Türkiyə vətəndaşına dair açıqlama verib.

    ANS PRESS-in məlumatına görə, xarici işlər naziri Feridun Sinirlioğlu 18 Türkiyə vətəndaşının girov pulu almaq üçün qaçırıldıqlarını ehtimal etdiklərini deyib.

    Sinirlioğlu bildirib ki, onları PKK, ya da İŞİD qaçırmayıb.Türkiyə vətəndaşları girov götürüldü (FOTO)

    Arxiv.az

    108.161.133.88
    13
  • Türkiyəli nazir deputatlara silah çəkib?
    03.09.2015 21:44
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Türkiyənin Gənclər və İdman naziri Akif Çağatayın Cümhuriyyət Xalq Partiyası millət vəkillərinə silah çəkməklə hədə-qorxu gəldiyi iddia edilir.

    Axar.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisində çıxışında HDP vəkili Pervin Buldan bildirib.

    Buldan məsələnin TBMM-də müzakirəyə çıxarılmalı olduğunu qeyd edib və nazirdən bəyanat verməsini tələb edib.

    Türkiyəli nazir isə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini, üzərində silah gəzdirmək kimi bir səlahiyyətinin də olmadığını vurğulayıb.
    8
  • Türkiyə vətəndaşları girov götürüldü
    03.09.2015 21:43
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51477680/97513.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51477680/97513.jpg
    Türkiyə Xarici işlər Nazirliyi İŞİD və PKK tərəfindən qaçırıldığı iddia edilən 18 Türkiyə vətəndaşına dair açıqlama verib.

    ANS PRESS-in məlumatına görə, xarici işlər naziri Feridun Sinirlioğlu 18 Türkiyə vətəndaşının girov pulu almaq üçün qaçırıldıqlarını ehtimal etdiklərini deyib.

    Sinirlioğlu bildirib ki, onları PKK, ya da İŞİD qaçırmayıb.Türkiyə vətəndaşları girov götürüldü (FOTO)

    Arxiv.az

    108.161.133.88
    6
  • Müğənni Teylor Svift rasizmdə günahlandırılır
    03.09.2015 21:37
    http://cdn.trend.az/pictures/2015/07/10/taylor_swift_100715.jpg
    http://cdn.trend.az/pictures/2015/07/10/taylor_swift_100715.jpg
    Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

    Teylor Sviftin "Wildest Dreams" mahnısına çəkilən yeni klipi tamaşaçılara təqdim olunduqdan sonra müğənni tənqid atəşinə tutulub. Trend bu barədə CNN telekanalına istinadən məlumat verir.

    Videonun süjetinə əsasən, T.Sviftin qəhrəmanı köhnə dəbli Hollivud filmində çəkilir. Hadisələrin Afrikada cərəyan etməsinə baxmayaraq, videoda bir qaradərilinin belə olmaması rasizm və müstəmləkəçilik ittihamlarına səbəb olub.
    10
  • Korrupsiyaya görə Yasamal rayon və Mingəçevir şəhər məhkəmələrinin hakimlərinə töhmət verildi
    03.09.2015 21:37
    http://cdn.trend.az/pictures/2012/10/17/court_171012.jpg
    http://cdn.trend.az/pictures/2012/10/17/court_171012.jpg
    Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

    Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

    Şuradan Trend-ə verilən məlumata görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar vurğulanıb, bəzi kadr və digər təşkilati məsələlərə baxılıb.

    İclasda səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılıb, onların işinin yerində öyrənilməsi nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar ətraflı müzakirə olunub. Aparılmış qiymətləndirmə nəticələri üzrə həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib.

    Həmçinin iclasda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılıb.
    5
  • «Google» şəkər xəstəliyi ilə mübarizə aparacaq
    03.09.2015 21:35
    http://faktxeber.com/resimler/haber/manset/200158_464762.jpg
    http://faktxeber.com/resimler/haber/manset/200158_464762.jpg
    /td>



    Google internet korporasiyası diabet kimi geniş yayılmış xəstəliklə mübarizə sahəsində həllər hazırlayacaq. Bu çətin vəzifəni Life Sciences tədqiqat bölməsi həll etməyə çalışacaq və onun əməkdaşları Fransanın Sanofi mütəxəssisləri ilə birgə işləyəcək.Sanofi əczaçılıq şirkətidir, müxtəlif dərman preparatları, həmçinin insulin buraxır. Life Sciences bölməsi 2013-cü ildə fasiləsiz rejimdə xəstəxanaların pasiyentlərinin sağlamlıq vəziyyəti haqda məlumat toplayan yeni tibbi cihazların hazırlanması məqsədi ilə təsis edilib.Life Sciences tədqiqat bölməsinin yeni cihazları məlumatların toplanıldığı xüsusi bulud xidmətinə daimi internetə çıxışa və fasiləsiz qoşulmaya malikdir. Belə yanaşma həkimlərə istənilən vaxt istənilən pasiyentin vəziyyətinə baxmağa və fövqəladə hallarda dərhal reaksiya verməyə imkan verir. Life Sciences əməkdaşlarının fikrincə, bu, diabetin pis nəticələrindən uzaq olmağa imkan verəcək.Sanofi şirkəti bu sahədə Google"un ilk tərəfdaşı deyil. İnternet nəhəngi artıq Novartis AG, DexCom Inc. və Biogen Inc kimi şirkətlərlə əməkdaşlıq edir, ağıllı kontakt linza üzərində işləyirlər. Sözügedən linzalara quraşdırılmış xüsusi ötürücü gözyaşı mayesinin analizi yolu ilə qanda şəkərin səviyyəsini qiymətləndirməyə imkan verəcək.Life Sciencesin mütəxəssisləri bildiriblər ki, onların məqsədi diabetə nəzarət və onun inkişafının dayandırılması üzrə yeni kompüterləşmiş ekosistemin yaradılmasıdır. Bununla Google bir çox diabetiklərin həyatını dəyişdirə bilər. 2015-ci ilin birinci yarısına olan məlumata əsasən, diabetiklərin sayı artıq 382 milyondan çoxdur.

    9
  • Nazir 2016-2025-ci illərin planını açıqladı
    03.09.2015 21:30
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası" layihəsi hazırlanıb.

    Axar.az xəbər verir ki, Azərbaycanı cəlbedici və uğurlu turizm məkanına çevirmək üçün turizm siyasətinin dörd əsas strateji prinsip üzərində qurulmasını tövsiyə edən Strategiya sənayenin inkişafı üçün əlverişli iqtisadi mühitin yaradılması, turizm məhsulunun müxtəlifliyi, sənaye standartlarının təkmilləşdirilməsi və ictimai marağın qorunması şərtilə sənayenin inkişafı üçün zəruri stimullaşdırma, planlaşdırma, koordinasiya, araşdırma və statistik köməyin təmin edilməsinə dair müxtəlif təkliflər təqdim edir.

    Sənəd institusional strukturun təkmilləşdirilməsi, infrastruktur inkişafının gücləndirilməsi, turizm təcrübəsinin müxtəlifliyi, marketinq və kommunikasiya sistemində peşəkarlığın artırılması olmaqla 4 əsas inkişaf istiqaməti haqqında geniş məlumat və dövlətin ölkədə turizmin daha əsaslı inkişafı üçün bu sahələrdə hansı məqsədlərə nail olmağa çalışmalı olduğu haqqında müvafiq tövsiyələr verir.

    Xatırladırıq ki, "2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası" təsdiq edilməsi məqsədilə aidiyyəti quruma göndərilib, hazırda razılaşdırılma mərhələsindədir.
    7
  • Bakirəliyini toy gününə qədər qoruyub saxlayan seks-simvollar
    03.09.2015 21:30
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51476819/97504.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51476819/97504.jpg
    Bakirəliyini toy gününə qədər qoruyub saxlamış Beyons, Adriana Lima və digər ulduzlar. Bu ulduzlar seks-simvol statuslarına baxmayaraq, qarşı cinslə intim əlaqəyə tələsməyiblər. Bəli, onlar yetərincə uzun müddət bakirə qalıblar və heç də bunu dilə gətirməkdən çəkinmirlər.

    Beyons

    Beyonsun sonradan əri olmuş prodüseri Cey Zi ilə eşq romanı 21 yaşından başlayıb. Buna qədər sənətçinin görüşdüyü gənc var idi. O ərindən qabaqkı... Bakirəliyini toy gününə qədər qoruyub saxlayan seks-simvollar (FOTO)

    Arxiv.az

    108.161.133.88
    3
  • Bakirəliyini toy gününə qədər qoruyub saxlayan seks-simvollar
    03.09.2015 21:28
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51476819/97504.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51476819/97504.jpg
    Bakirəliyini toy gününə qədər qoruyub saxlamış Beyons, Adriana Lima və digər ulduzlar. Bu ulduzlar seks-simvol statuslarına baxmayaraq, qarşı cinslə intim əlaqəyə tələsməyiblər. Bəli, onlar yetərincə uzun müddət bakirə qalıblar və heç də bunu dilə gətirməkdən çəkinmirlər.

    Beyons

    Beyonsun sonradan əri olmuş prodüseri Cey Zi ilə eşq romanı 21 yaşından başlayıb. Buna qədər sənətçinin görüşdüyü gənc var idi. O ərindən qabaqkı... Bakirəliyini toy gününə qədər qoruyub saxlayan seks-simvollar (FOTO)

    Arxiv.az

    108.161.133.88
    4
  • Putin Pan Gi Munla görüşəcək
    03.09.2015 21:23
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Rusiya Prezidenti Vladimir Putin sentyabrda Nyu Yorka səfəri zamanı BMT Baş katibi Pan Gi Munla görüşəcək.

    Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.

    O, artıq görüşün detallarının müzakirə edildiyini bildirib.

    Qeyd edək ki, Putin BMT Baş Assambleyasının Nyu Yorkda keçiriləcək 70-ci sessiyasında iştirak edəcək. Rusiya liderinin BMT tribunasından çıxışı da gözlənilir.
    7
  • Dünyanın ən bahalı avtomobili budur
    03.09.2015 21:22
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51476034/97507.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51476034/97507.jpg
    Dünyanın ən bahalı avtomobilinin qiyməti 6 milyon dollardır.

    ANS PRESS-in məlumatına görə, Parisin küçələrində görünən avtomobil bütövlükdə qızıldan istehsal olunub. Bu maşının qiyməti 6 milyon dollar dəyərindədir. Maşın Səudiyyə Ərəbistanda hazırlanıb.

    Bahalı avtomobilin markası isə "Lamborgini Avenator"dur. Avtomobilin göstəricilərinə gəldikdə isə onun mühərriki 6.5 litr həcmli 12 klapanlıqdır. Maşının gücü isə 692 at gücünə bərabərdir.

    Bundan öncə isə ən bahalı avtomobil

    Dünyanın ən bahalı avtomobili budur (FOTO)

    Arxiv.az

    108.161.133.88
    7
  • Dünyanın ən bahalı avtomobili budur
    03.09.2015 21:21
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51476034/97507.jpg
    http://arxiv.az/media/365/1000/anspress.com/20150903/51476034/97507.jpg
    Dünyanın ən bahalı avtomobilinin qiyməti 6 milyon dollardır.

    ANS PRESS-in məlumatına görə, Parisin küçələrində görünən avtomobil bütövlükdə qızıldan istehsal olunub. Bu maşının qiyməti 6 milyon dollar dəyərindədir. Maşın Səudiyyə Ərəbistanda hazırlanıb.

    Bahalı avtomobilin markası isə "Lamborgini Avenator"dur. Avtomobilin göstəricilərinə gəldikdə isə onun mühərriki 6.5 litr həcmli 12 klapanlıqdır. Maşının gücü isə 692 at gücünə bərabərdir.

    Bundan öncə isə ən bahalı avtomobil

    Dünyanın ən bahalı avtomobili budur (FOTO)

    Arxiv.az

    108.161.133.88
    5
  • Prezident ailəsinin arxiv- ı
    03.09.2015 21:18
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva növbəti ailəvi arxiv fotolarını paylaşıb.

    "Qafqazinfo"nun axşam.az-a istinadən məlumatına görə, budəfəki fotolar arasında ulu öndərin Rusiyada təhsil aldığı bina ilə yanaşı, S.Əliyevanın prezident İlham Əliyevlə olan şəkli də yer alıb.

    Həmin fotoları izahı ilə birlikdə təqdim edirik:

    Atam ABŞ-a gedərkən. Hər dəfə o, Londonda dayanardı.

    Sankt-Peterburq. Atamın təhsil aldığı bina

    Bakı. 70-ci illərin ortaları. Mən, İlham və dayəmiz Nina xala

    Anam və atam teatrda. Bakı, 80-ci illərin əvvəli

    "Qafqazinfo"
    7
  • BMT: İŞİD silahlıları bir neçə məğlubiyyətdən sonra taktikanı dəyişib
    03.09.2015 21:15
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları kürd silahlı birləşmələri ilə davam edən döyüşlər zamanı Suriyanın əraziləri üzərində nəzarəti itirir. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqları Şurasının rəhbəri Paulo Serjiu Pineyru bildirib.

    Onun sözlərinə görə, İŞİD silahlıları kürd silahlı dəstələri ilə döyüşlərdə uğradıqları bir neçə məğlubiyyətdən sonra hücum taktikasını dayandıraraq terrorçu-kamikadze, məsafədən idarə olunan minalanmış avtomobillər, yaxud pusqu vasitəsilə terror aktları törətməyə üstünlük verməyə başlayıb.
    5
  • Millimiz Xorvatiyaya qarşı - Yenilənir
    03.09.2015 21:13
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bu gün Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilir.

    Axar.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan millisini də növbəti görüşünə çıxır.

    Millimiz Xorvaiya millisini qəbul edir. Qonaq komanda ilə qrupdakı ilk matçda 0:6 hesabı ilə darmadağın olan seçməmiz bu dəfə meydandan xalla ayrılmaq niyyətindədir.

    Qeyd edək ki, yığmamız sentyabrın 6-da isə Malta millisi ilə səfərdə qarşılaşacaq.
    12
  • Qərbdəki bəzi qurumlar ölkəmizə qarşı qərəzçilikdən əl çəkmirlər - millət vəkili
    03.09.2015 21:12
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Qərbdəki bəzi qurumlar öz çirkin əməllərinin faş olacağından ehtiyat etdiyindən, ölkəmizə qarşı qərəzçilikdən əl çəkmirlər.

    Modern.az xəbər verir ki, bu fikir ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və İnsan Hüquqları üzrə Avropa komissarı Nil Mujnieksin Azərbaycana əsassız ittihamlarına münasibət bildirən millət vəkili Fərəc Quliyevə məxsusdur.

    Millət vəkili qeyd edib ki, Azərbaycanda heç kimi siyasi fikrinə görə təqib etmirlər: "Heç bir mətbu orqana basqı yoxdur. Çoxsaylı mətbu orqan dəfələrlə dövlət tərəfindən maliyyə yardımı alıb. Çoxsaylı jurnalist dövlət tərəfindən mənzillə təmin edilib. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. İnternet qadağası yoxdur. Mətbu orqanlarda çalışanlardan birisi hansısa formada cəzalanırsa, bu, fəaliyyətə görə deyil, deməli, onun fərdi olaraq gördüyü bir iş vardır. Heç kim qanundan kənar davranış üçün təminat almayıb. Heç kim qanunlardan yan keçə bilməz. Heç kimin heç bir statusu ona imkan vermir ki, qanunları tapdalasın".

    Cinayət törədən hər kəs ona görə cavab verməli olduğunu deyən F.Quliyev konkret olaraq Xədicə İsmayılovanın da əməlinə görə ittiham olunduğunu bildirib: "Hamı qanun qarşısında bərabərdirsə, kiminsə statusuna, tutduğu mövqeyə görə ona güzəşt edilə bilməz. Əslində, bir çox Qərb ölkələri burada onların iradəsini həyata keçirmək istiqamətində fəaliyyət göstərən adamları ona görə müdafiə edir ki, onlar araşdırmalar qarşısında dayananda sonuc olaraq həmin təsisat və dövlətlərin də əsl siması açılır. Məlum olur ki, onlar Azərbaycana arxadan hansısa zərbəni vurmaq istəyiblər. Əslində, Qərbdəki həmin qurumlar həbs edilən həmin adamları deyil, öz əməllərini sığortalamaq üçün bu adamları zahirən müdafiə edirlər. Lakin onun əsasında öz əməllərini müdafiə etmək mədsədi dayanır".

    5
  • Olland Ərdoğana zəng vurdu- Gündəm ölən suriyalı uşaq...
    03.09.2015 21:08
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Fransa prezidenti Fransua Olland Türkiyə dövlət başçısı Rəcəb Tayyub Ərdoğanla telefon danışığı aparıb.

    "Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Olland Elysee Sarayında İrlandiyanın baş naziri Enda Kennini qəbul etdikdən sonra bir neçə dünya liderləri ilə telefonla əlaqə saxlayıb. Onlar sırasında Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanda olub.

    O, jurnalistlərə açıqlamasında Ərdoğanla müzakirəsinin detallarını açıqlayıb.

    Fransa prezidenti Ərdoğanla Bodrumda suriyalı uşağın sahilə vuran cansız bədəninin fotoları barədə müzakirə aparıb.

    Bu fotolardan sonra bütün dünyada məsuliyyət şüurunun canlandırılmasının lazım olduğu qeyd olunub.

    Olland fotoların dünya gündəmini zəbt etdiyini, immiqrantlara qarşı münasibətin və nəzarətin gücləndirilməsini bildirib.

    "Qafqazinfo"
    15
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri