Tramp Səudiyyə Ərəbistanın şahzadəsi ilə görüşüb

ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın Ağ evdə görüşü baş tutub. SİA -nın xarici mətbuata istinadən verdiyi məlumata görə, danışıqlarda əsasən hər iki ölkə arasındakı silah və investisiya razılaşmaları ilə İran mövzusu müzakirə olunub. Tramp Amerika-Səudiyyə Ərəbistan münasibətlərinin daha yaxşı olduğunu dilə gətirərək, ən qısa zamanda 13 milyard dollar dəyərindəki silah sifarişini təslim edəcəklərini açıqlayıb. İran mövzusuna münasibət bildirən Tramp, həmin ölkənin addımlarının bölgəyə zərər verdiyini və nəzarət edilməli olduğunu da vurğulayıb.