yuxarıya
Onlayn Ödəmə
Ukraynada ikili vətəndaşlıq məsələsi
16.02.2013 05:41
A A
Ukraynanın Ali Radasının deputatı Lev Mirimsk ölkədə iki vətəndaşlığa icazə verən qanun qəbul edilməsini təklif edib.

Lent.az-ın RİA-Novosti-yə istinadən məlumatına görə, hazırda Ukraynada ikili vətəndaşlıq qadağandır. Başqa dövlətin vətəndaşı olmaq üçün Ukraynanın pasportundan imtina edilməlidir. Bununla belə qanunsuz olsa da ölkədə başqa dövlətlərin vətəndaşı olan ukraynalı yaşayır.

Hələlik deputatlar bu məsələyə münasibət bildirməyib.

Layihə müəllifi hesab edir ki, ölkəsi Avropa Birliyinə üzv olmaq istəyir, ona görə də bu qanunun qəbulu zəruridir
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Son 80 ilin ən güclü zəlzələsi: ölənlərin sayı 2000-i keçdi
    26.04.2015 11:55
    26.04.201511:46Nepalda zəlzələdən ölənlərin sayı artır.Milli.Az bildirir ki, "Frans Press" agentliyi yerli rəsmilərə istinadən 2000-dən çox adamın həlak olduğu xəbərini yayıb.Həmçinin 300 avstraliyalının taleyindən xəbər yoxdur.---------10:21Nepaldakı dəhşətli zəlzə...
  • Seçki başladı, Nazarbayev səs verdi
    26.04.2015 13:24
    Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.Nazarbayev Astananın 81 saylı seçki məntəqəsində səs verib. Prezident seçicilər tərəfindən alqışlarla qarşılanıb.Qeyd edək ki, prezident postuna 3 namizəd var. Onlardan biri hal-hazırki prezident Nursultan Naz...
  • Nepalda bizdən ölən var?
    26.04.2015 12:20
    Nepalda baş vermiş zəlzələ nəticəsində Azərbaycan vətəndaşları arasında ciddi xəsarət halı qeydə alınmayıbXarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, XİN-nin təlimatı əsasında Azərbaycan Resp...
  • Число жертв землетрясения в Непале превысило 2 тыс. человек
    26.04.2015 11:48
    Число погибших в результате произошедшего в субботу мощного землетрясения в Непале превысило две тысячи человек.Ранее в воскресенье власти подтверждали гибель к..
  • Azərbaycan derbisinin qalibi- "Qarabağ"
    25.04.2015 21:08
    Bu gün Topaz Premyer Liqasında 31-ci turun oyunları keçirilib."Qafqazinfo" xәbәr verir ki, bütün oyunlar eyni gündә baş tutub.Turun mәrkәzi görüşü "Bakcell Arena"da baş tutub. "Neftçi" azarkeşlәri önündә "Qarabağ"ı qәbul edib.Bolqollu keçәn qarşılaşma 3:2 hesabı ilә...
  • Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb
    25.04.2015 18:59
    Bakı. Fərid Mirzəyev - APA. Bakı Metropolitenin 20 Yanvar stansiyasında qatarların hər iki istiqamət üzrə hərəkəti dayandırılıb. APA-nın məlumatına görə,qatarlardakı sərnişinlər boşaldılıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsini...
  • İlham Əliyev həmkarını təbrik etdi
    25.04.2015 18:23
    Prezident İlham ƏliyevCənubi Afrika Respublikasının PrezidentiCeykob Gedleyihlekisa Zumayabu ölkəninmilli bayramı - Azadlıq günü münasibətilə təbrik məktubu göndərib.Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Cən...
  • Zaqatala sakini göbələkdən zəhərlənib
    26.04.2015 17:49
    Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 17 yaşlı oğlan göbələkdən zəhərlənib.Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Uzun Qazmalar kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Yasin oğlu Bəkirov aprel...
  • Dünyada hansı ölkənin pasportu daha etibarlı və güclüdür?
    26.04.2015 17:48
    "Passport İndex" internet saytı dünyada ən güclü və etibarlı pasportlara malik ölkələrin siyahısını dərc edib. Tərtib edilən siyahıda ilk növbədə ölkənin diplomatik çəkisi nəzərə alınıb.Reytinqə Amerika Birləşmiş Ştatları və Böyük Britaniya başçılıq edirlə...
  • Türkiyədə artıq bu sözə görə həbs cəzası verilir
    26.04.2015 17:38
    Türkiyə məhkəməsi gündəlik həyatda baş verən münaqişələrin az qala hamısında deyilən "lan" sözünü işlədənlərə həbs cəzası istədi. ANS PRESS-in məlumatına görə, bu sözün təhqir iddiası səbəbilə məhkəməyə üz tutanların çoxluğu mövzunu gündəmə gətiri...
XƏBƏR LENTİ
  • Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz tarixi xidmətləri xatırlanıb
    26.04.2015 17:59
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 26 aprel, AZƏRTAC 

    Azərbaycan Kooperasiya Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "İqtisadiyyatın kooperativ sektorunda innovasiyalar və yeni texnologiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə əklil qoyub, əziz xatirəsini yad ediblər.

    Universitetin rektoru Eldar Quliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin doğma Vətən və xalq qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırladıb. Rektor bu gün Azərbaycanın çox sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini vurğulayıb. Qeyd olunub ki, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər Ulu Öndərin müdrik siyasətinin bəhrəsidir.

    Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev ideyaları əbədiyaşardır.
    1
  • Putin: "ABŞ-ın Azərbaycandakı kəşfiyyatı..."
    26.04.2015 17:49
    http://axar.az/cdn/2015/march/31/1427776190.jpg
    http://axar.az/cdn/2015/march/31/1427776190.jpg
    Şimali Qafqazdakı terror 1999-cu ildə Rusiyanın məhvin astanasına gətirib çıxarmışdı.

    Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" kanalında nümayiş olunan onun haqqında çəkilmiş "Prezident" filmində deyib.

    "Mən özüm üçün qərar verdim: başqa yol yoxdur, sona qədər getmək lazımdır. Mən yaxşı xatırlayıram və mənə elə gəlir ki, bu haqda bir dəfə demişəm. Beynəlxalq terrorçularının ələ keçirilən yazışmalarını oxuyurdum. Orda yazırdılar: "İndi unikal tarixi hadisədir. Bizim Qafqazı Rusiyadan ayırmaq üçün imkanlarımız var", - prezident deyib.

    Putin bildirib ki, bir gün xüsusi xidmət orqanları Şimali Qafqaz terrorçuları ilə ABŞ-ın Azərbaycandakı xüsusi xidmət orqanlarının birbaşa əlaqəsi barədə məlumat verib:

    "Orada real olaraq hətta terrorçulara nəqliyyatla da kömək edirdilər. Bu barədə mən ABŞ prezidentinə məlumat verdim. O isə həmin şəxsləri pis şəkildə təhqir edərək, məsələni həll edəcəyini mənə söz verdi".

    Prezidentin sözlərinə görə, Rusiya rəhbərliyinə aydın idi ki, vəziyyətə nəzarət edə bilməsə, ölkəni saxlamaq şanslarını itirəcəklər.
    2
  • Zaqatala sakini göbələkdən zəhərlənib
    26.04.2015 17:49
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 17 yaşlı oğlan göbələkdən zəhərlənib.

    Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Uzun Qazmalar kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Yasin oğlu Bəkirov aprelin 26-da saat 11 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

    Hakim müayinəsi zamanı məlum olub ki, 17 yaşlı Əhməd Bəkirov yaşadığı evdə ailə üzvləri ilə birlikdə göbələk yeyib.

    Onda göbələkdən zəhərlənmə əlamətləri olduğu üçün xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Bakıya - Respublika Toksikologiya Mərkəzinə göndərilib.
    2
  • TQDK magistraturaya qəbul imtahanının ikinci mərhələsini keçirib
    26.04.2015 17:49
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

    Modern.az xəbər verir ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılıb.

    İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb. Sualların cavablandırılması üçün 1 saat 30 dəqiqə vaxt ayrılıb. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

    Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi aprelin 1-dən 10-dək aparılıb və bu hüquqa malik olan bakalavrlardan 10170 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 9037 nəfəri Azərbaycan bölməsi, 1133 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

    Bakalavrların 4337 nəfəri oğlan, 5833 nəfəri qızlardır. 5766 nəfər ali təhsil müəssisələrinin builki, 4404 nəfər əvvəlki illərin məzunudur. 30 bakalavr xarici ölkə vətəndaşıdır. İmtahanın idarə olunmasına 70 imtahan rəhbəri, 743 nəzarətçi-müəllim ayrılıb.

    Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar mayın 7-dən 12-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisas müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

    2
  • Dünyada hansı ölkənin pasportu daha etibarlı və güclüdür?
    26.04.2015 17:48
    http://anspress.com/images/photos/89330.jpg
    http://anspress.com/images/photos/89330.jpg
    "Passport İndex" internet saytı dünyada ən güclü və etibarlı pasportlara malik ölkələrin siyahısını dərc edib. Tərtib edilən siyahıda ilk növbədə ölkənin diplomatik çəkisi nəzərə alınıb.

    Reytinqə Amerika Birləşmiş Ştatları və Böyük Britaniya başçılıq edirlər. Bu ölkələrin vətəndaşları pasportları sayəsində 147 ölkəyə, sonrakı yerdə gələn Fransa, Almaniya və Cənubi Koreya sakinləri 145 ölkəyə vizasız səfər edə bilərlər. İtaliya və İsveç vətəndaşlarının 144, Danimarka, Finlandiya, Hollandiya, Lüksemburq, Yaponiya, Sinqapur sakinlərinin 143, İsveçrə vətəndaşlarının isə 142 ölkəyə vizasız daxil olmaq imkanı var.

    Siyahıda altmışıncı yerdə gələn Cənubi Sudan, Birma, Solomon sahili (Sakit Okean) və Fələstin sakinləri yalnız 28 ölkəyə sərbəst getmək hüququna malikdirlər.

    Bir vaxtlar keçmiş Yuqoslaviya pasportu dünyanın ən güclü pasportu sayılırdı. Bu ölkənin pasportu ilə həm Qərb, həm də kommunist rejimli dövlətlərə getmək mümkün olurdu. Buna görə də Yuqoslaviya pasportu ən bahalı pasport hesab edilərək qara bazarda 5-6 min dollara satılardı.
    2
  • Türkiyədə artıq bu sözə görə həbs cəzası verilir
    26.04.2015 17:38
    http://anspress.com/images/photos/83560.jpg
    http://anspress.com/images/photos/83560.jpg
    Türkiyə məhkəməsi gündəlik həyatda baş verən münaqişələrin az qala hamısında deyilən "lan" sözünü işlədənlərə həbs cəzası istədi. ANS PRESS-in məlumatına görə, bu sözün təhqir iddiası səbəbilə məhkəməyə üz tutanların çoxluğu mövzunu gündəmə gətirib.

    Təhqir iddialarına baxan Cəza Dairəsi bu iddialarda, "lan" sözünün kobud və narahatedici olaraq qəbul edib verilən cəzaları pozur, bəraət qərarlarını da təsdiqləyirdi. Ancaq bu dəfə mövzu cəza iddialarındakı son qərar yeri olan Baş Cəza Məhkəməsində müzakirəyə çıxarılıb və bu sözün təhqir olduğuna qərar verildi.

    İddiaya mövzu hadisə, Ankaranın Beypazarı mahalında yaşanıb. Atilla adlı şəxs bir iş üçün gəldiyi polis bölməsidə mübahisə edərkən polisə "Yetər, lan" ifadəsini işlətdi. Kişinin polisə belə müraciət etməsi təhqir olaraq qəbul edilir və hadisə ilə bağlı protokol hazırlanır. Atilla barəsində "təhqir" maddəsilə cinayət işinə başlanır və məhkəmə ona 1 il 2 ay həbs cəzası verib. Cəza 7 min lirə pul cəzasına çevrildi.

    Məhkəmənin qərarından narazı olan Atilla Appelyasiya məhkəməsinə şikayət edir. Appelyasıya məhkəməsi məsələni həll edə bilmədikdə işə Baş Prokurorluq qarışır. Cavabdehin "lan" sözünü polisə təhqir etmək niyyətilə söyləyərək onu təhqir etdiyini, polisin şərəf və şərəfini alçaltdığını bildirdi.

    Məhkəmənin qərarı qüvvədə qaldığından Atilla 7 min türk lirəsi cəza ödəməli olacaq və bundan sonra da məhkəmələr "lan" sözünü təhqir qəbul edəcək.
    7
  • Namiq Nanə ilə sevgilidir?- Yeni iddia
    26.04.2015 17:35
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Teleaprıcı Nanə Ağamalıyeva və meyxanaçı Namiq Qaraçuxurlunun sevgili olması barədə söz-söhbətlər yayılmağa başlayıb.

    "Qafqazinfo" xəbər verir ki, "10-lar" verilisi bu barədə sujet təqdim edib. Sujetdə cütlüyün səmimi fotoları və video görüntüləri yer alıb.

    Namiq-Nanə cütlüyü bu barədə verilən sualları cavabsız qoyub.

    "Qafqazinfo"
    3
  • Mi-35 helikopteri qəzaya uğradı
    26.04.2015 17:33
    http://axar.az/cdn/2015/april/26/1430050010.jpg
    http://axar.az/cdn/2015/april/26/1430050010.jpg
    Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-35 helikopteri Racastan ştatı yaxınlığında qəzaya uğrayıb.

    Axar.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, qəza nəticəsində helikopterin heyəti xəsarət almayıb.

    Hadisə ilə bağlı araşdırmalar aparılır.
    4
  • İlin layihəsi elan olundu
    26.04.2015 17:32
    http://img.milli.az/n/clickable/204433/0f/8/336091.jpg
    http://img.milli.az/n/clickable/204433/0f/8/336091.jpg
    Hot-rodlar aləminin öz müsabiqələri və öz mükafatları var və laureatlar vaxtaşırı elan edilir. Bu yaxınlarda Goodguys Rod and Custom assosiasiyası Plezantonda (Kaliforniya) keçirilən 33-cü illik toplantıda ilin castom-layihəsini elan edib. Qalib Devid Hekstra və onun 1956-cı il buraxılışı Lincoln Continental Mark II avtomobili olub.

    Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil Mae ləqəbi daşyır. Şassi bütünlüklə Roadster Shop şirkətinin sifarişi ilə hazırlanıb. Asqı Corvette C6 modelindən götürülüb, avtomobilin dayanması üçün isə Wilwood əyləcləri cavabdehdir. Kapotun altında Ford istehsalı olan 8,5 litrlik V8 yerləşdirilib.

    Kuzov üzərində Skott Laytinen işləyib. Metal təbəqələr sanki, əl dəyilməmiş kimi görünsə də, əslində hər bir panel düzəldilib, hamarlanıb və modifikasiya edilib.

    Lexus-dan götürülmüş və 8 istiqamətdə elektrik nizamlanan kürsülər bu klassik Amerika avtomobilinə dəbdəbə əlavə edir. Unikal Dakota Digital cihazları və Kicker audiosistemi isə sürücünü müvafiq tonusda saxlayır.

    4
  • Putin evlənmək istəyir
    26.04.2015 17:32
    http://anspress.com/images/photos/89328.jpg
    http://anspress.com/images/photos/89328.jpg
    Rusiya lideri Vladimir Putin Moskvada səfərdə olan Argentina prezidenti Kristina Fernandes de Kirşner ilə evlənmək istəyir.

    ANS PRESS-in məlumatına görə, Rusiyanın bəzi KİV-ləri iddia edir ki, onlar yaxın zamanlarda evlənəcəklər. Bunun üçün Kirşner pravoslav dinini qəbul edəcək. Nikah Moskva və Bütün Rusiya patriarxı Kirill tərəfindən kəsiləcək.

    Rusiya mətbuatı bunun fantastik nəticələr verəcəyini iddia edir: Argentina Avrasiya İqtisadi İtifaqına daxil olacaq və öz ərazisində Rusiya hərbi bazalarının yerləşməsinə icazə verəcək. Vladimir Putin isə Folklend adaları problemini həll etməyə söz verib.
    4
  • Hadı Rəcəblidən Azərbaycan türklərinə həqarət
    26.04.2015 17:27
    http://deyerler.org/uploads/thumbs/HG9TCB2.jpg
    http://deyerler.org/uploads/thumbs/HG9TCB2.jpg
    Deputat vətən xaininə "talış deyil, Lerikin türklər yaşayan kəndindəndir", dedi və ...

    1993-cü ildə Azərbaycanın cənub zonasında "Talış-Muğan Respublikası" elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Əlikram Hümbətov dünya ermənilərinin ünvanına müraciətlə çıxış edib. Özünü "Talış-muğan respublikası"nın prezidenti adlandıran separatçı Əlikram Hümbətov ermənilərə müraciətində qondarma "soyqırım" ilə əlaqədar başsağlığı verib: "Bu gün, erməni xalqı üçün belə bir gündə, biz talışlar, sizinlə bərabər kədərlənirik. Qoy yaradan sizə daha belə ağır sınaqlar göndərməsin!".

     

     

    O, erməni - talış dostluğundan da danışıb: "Allah erməni xalqına səbir versin! Qoy bizim erməni-talış dostluğumuzun təntənəsini qeyd edəcəyimiz gün gəlib çatsın. Talış xalqı bu gün sizinlədir, bizim qardaş erməni xalqımız! Yaşasın erməni-talış dostluğu! Yaşasın erməni xalqı! Yaşasın Böyük Ermənistan!"

     

    O, həmçinin Azərbaycanın ünvanına da ittihamlar səsləndirib: "Biz talışlar, bu qəbildən olan vəhşiliklərdən xəbərdarıq. Biz onunla elə bu gündə qarşılaşırıq. Azərbaycan Respublikasında bizim ilə də belə davranıblar! Bizim minlərlə sadiq oğullarımız Azərbaycan MTN divarları arasında işgəncələrlə məhv edilib! Talışlar elə indi də öz doğma torpaqlarında qul vəziyyətində yaşayırlar!".

     

    Azərbaycanın cənub zonanın ziyalıları isə Əlikram Hümbətovun bu fikirlərinə sərt münasibət göstəriblər. Bu barədə saytımızda yazı gedib.

     

     

    Cənub bölgəsindən olan, milliyyətcə talış olan deputat, parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə mövzu ilə bağlı qalmaqallı acılama verib. O, deyib ki, Ə.Hümbətovun talışların adından danışmağa haqqı yoxdur və "... o, ümumiyyətlə, milliyyətcə talış deyil, Lerikin türklər yaşayan kəndindəndir". H.Rəcəbli qeyd edib ki, bütün hallarda Azərbaycan xalqı, xüsusilə də cənub bölgəsi Ə.Hümbətovu qəbul etmir: "Bu gün Azərbaycanın Əkrəm Əylislisi də var, Əlikram Hümbətovu da var. Bu insanları ilk gündən Azərbaycan cəmiyyəti qəbul eləməyib. Bu adamlar bizim üçün xəyanətkardır. Əlikram Hümbətovdan hələ soruşmaq lazımdır ki, talışca bilir ya yox?.."

     

    Bizim şərh: Hesab edirik ki, hörmətli Hadı müəllim bu mövqeyi ilə yenidən ciddi bir yanlışa imza atıb. Ə. Hümbətovu "türkləşdirmək", türk olduğu şübhə doğurmayan Əkrəm Əylislini də onunla eyniləşdirmək, onların xəyanətini "türklüyünə" bağlamaq qətiyyən doğru deyil və Azərbaycanın bütövlük konsepsiyasına ziddir. Ə. Hümbətov vətən xainidir, ermənidən də betərdir və belə birisinə götürüb "türk kəndindəndir" demək, Azərbaycanın türkəsilli əhalisinə həqarətdir. Ümid edirik ki, deputat H. Rəcəbli növbəti yanlış mövqeyini ən qısa zamanda düzəldəcək və Ə. Hümbətovun ünvanına onun layiq olduğu ifadələri səsləndirəcək.

     

    Eyni zamanda, bu məsələyə heç dəxli olmadan yazıçı Əkrəm Əylislini də əlavə etmək deputatın məkrli niyyətindən xəbər verir. Yəni Hadı Rəcəbli demək istəyir ki, xain də, xəyanətkar da türklərdən çıxıb, onların talışlara heç bir dəxli yoxdur.

     

     

    Azərbaycanın çörəyini yeyən, burada yüksək vəzifələr tutan, deputat seçilən, oliqarx kimi, böyük sərvətlərə malik olan birisinin bu mövqeyi yolverilməzdir və qətiyyən Ə. Hümbətovun yanaşmasından fərqlənmir. Sadəcə, ifadələr fərqlidir.
    7
  • Nepal prezidenti gecəni küçədə keçirdi
    26.04.2015 17:26
    http://news.lent.az/upload/images/news/2015/april/26/small/0b185c143d2cf65b7e2adbf1b9515358.jpg
    http://news.lent.az/upload/images/news/2015/april/26/small/0b185c143d2cf65b7e2adbf1b9515358.jpg
    Nepaldakı güclü zəlzələ ölkə prezidenti Ram Baran Yadavı gecəni küçədə, çadırda keçirməyə məcbur edib. Lent.az-ın TASS-a istinadən xəbərinə görə, onun mühafizəçiləri qonşu çadırda məskunlaşıb.

    Prezidentin cangüdənlərinin sözlərinə görə, XIX əsrdə tikilmiş prezident sarayı növbəti təkanlara dözməyə bilər.

    Yerli KİV-in məlumatına görə, Ram Baran Yadav paytaxt Katmandunun küçələrində, çadırda qalmaqda davam edir.
    4
  • İcra Hakimiyyəti evə daraşan ilanlara müdaxilə etdi
    26.04.2015 17:19
    http://qafqazinfo.az/images/news/94035.jpg
    http://qafqazinfo.az/images/news/94035.jpg
    Ağcabədi rayonunun Boyad kəndində yerləşən yaşayış evlərindən birinə ilanlar daraşıb.

    "Qafqazinfo" report-a istinadən xəbər verir ki, məsələyə Rayon İcra Hakimiyyəti də müdaxilə edib.

    Ev sahibi Məhəmməd Aslanov problemin 5 ildir olduğunu və hər il yay fəslində ilanların onların həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, ötən il evdə təqribən 50 ilan görünüb.

    "Ev 1958-ci ildə çiy kərpicdən inşa olunub. İlanların əsas yuvası da evin təməlində olduğundan aparılan profilaktik tədbirlər nəticəsiz qalıb", - deyə M.Aslanov bildirib.

    Ağcabədi rayon İcra Hakimiyyəti problemin aradan qaldırılması üçün ailəyə yeni torpaq sahəsi və tikinti materialları ayırıb.

    "Qafqazinfo"
    6
  • Son 80 ilin zəlzələ faciəsi davam edir- 2263 ölü, 5590 yaralı
    26.04.2015 17:08
    http://qafqazinfo.az/images/news/94034.jpg
    http://qafqazinfo.az/images/news/94034.jpg
    Ötən gün Nepalda baş verən güclü zəlzələ səbəbindən ölənlərin sayı durmadan artmağa başlayıb.

    "Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, son 80 il ərzində baş verən ən güclü zəlzələ nəticəsində 2263 nəfər dünyasını dəyişib. Nepal rəsmilərinin son məlumatına görə, xəsarət alanların sayı 5590 nəfərə çatıb.

    Ölkədə fövqəladə vəziyyət davam edir. Hindistan, Pakistan, Çin və ABŞ Nepala tibbi yardım göstərəcəklərini vəd ediblər. Ərazidə xilasetmə işləri davam etdirilir. Ölən və yaralıların sayının artacağı qeyd edilir.

    Verilən məlumata görə, ölkə aeroportu fəaliyyətini bərpa edib.

    Xatırladaq ki, Nepalda 7,9 bal gücündə yeraltı təkanlar geniş dağıntılar törədib.

    Zəlzələnin episentri paytaxt Katmandudan 77 kilometr aralıqda yerləşib. Bu gün isə Nepalda 6,7 bal gücündə daha bir zəlzələ olub.

    "Qafqazinfo"
    9
  • Bu şəhərin adı xəritədən silinib
    26.04.2015 16:58
    http://anspress.com/images/photos/89323.jpg
    http://anspress.com/images/photos/89323.jpg
    Vaxtilə Cənubi Vyetnamın paytaxtı olmuş Sayqon. Dong Nam Bo əyalətində yerləşən bu şəhərin adı xəritədən silinib.

    1975-ci ildə azad ediləndən sonra adını dəyişib Hoşimin oldu. Vyetnamın ən böyük şəhəridir.

    Hanoydan 1730 km cənubda yerləşir. Əhalisi 9000 min nəfər (2002), sahəsi 2093 km²-dir.

    Dong Nam Bo əyalətinin inzibati mərkəzi. Şəhərdə hava limanı var. Vyetnamın neft sənayesi mərkəzidir.

    Xəritədə olmayan Sayqon şəhərinin 1970-ci illərdə çəkilmiş fotolarını təqdim edirik:
    8
  • Putin onu təhdid edənlərdən danışdı
    26.04.2015 16:47
    http://axar.az/cdn/2015/april/25/1429902260.jpg
    http://axar.az/cdn/2015/april/25/1429902260.jpg
    Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" kanalına 1999-cu ildə baş nazir olduğu vaxtlarda ona edilən təzyiqlərdən və bundan necə xilas olmasından danışıb.

    Axar.az xəbər verir ki, Putin açıqlamasında 1999-cu ildə Rusiyanın faktiki olaraq oliqarxlar qrupu tərəfindən idarə olunduğunu deyib.

    "Boris Yeltsin mənim prezident olacağımı elan edəndə onlardan bəziləri mənim kabinetimə gələrək dedilər: "Bilirsiz, siz burada heç vaxt prezident olmayacaqsız". Mən də onlara "Baxarıq" cavabını verdim. Bu səhnələrin hamısı hökumət evində baş verib", - Putin bildirib
    10
  • Oksigen 5 saniyə olmasaydı nələr baş verərdi?
    26.04.2015 16:46
    http://anspress.com/images/photos/89326.jpg
    http://anspress.com/images/photos/89326.jpg
    Oksigén havanın tərkibinə daxil olan, tənəffüs və yanmaq üçün zəruri olan, hidrogenləbirləşdikdə su əmələ gətirən rəngsiz və iysiz qaz - kimyəvi elementdir. Bir sözlə, oksigensiz yaşamaq mümkün deyil.

    Bəs, oksigen dünyadan 5 saniyəlik yox olsaydı nələr baş verərdi?

    1. Çimərlikdə olanların hamsında günəş yanığı izi qalacaqdır.

    2. Gündüz göy üzü qaralacaqdır

    3. Təmizlənməmiş metallar bir biriylə birləşəcəklər

    4. Yer qabığı çartlacayaq

    5. Hər kəsin qulaq pərdəsi partlayacaq

    6. Betondan düzəldilmiş bütün binalar uçacaq

    7. Bütün canlıların hüceyrəsindəki hidrogenlər qazı partlayacaq

    8. Suyun 1/3 oksigen təşkil etidiyi üçün dənizlərdə hidrogen qazına çevrilmə başlayacaq

    9. Okeanlarda su hidrogen qazı halında yuxarı qalxacaq
    4
  • Aktrisa hamilədir?
    26.04.2015 16:41
    http://img.sia.az/news/2015/siaphoto_473609.jpg
    http://img.sia.az/news/2015/siaphoto_473609.jpg
    Aktrisa Beren Saatın son fotosu fanatlarını sevindirib. SİA-nın verdiyi xəbərə görə, müğənni Kənan Doğulu ilə evli olan aktrisa ana olmaq üçün karyerasına ara verib.

    Ankarada həyat yoldaşı ilə şərikli məkan işlədən Berenin keçən günlərdə çəkdirdiyi fotoda hamilə kimi görünməsi müzakirəyə səbəb olub. Özü etiraf etməsə də, sevənləri onun tezliklə ana olacağını düşünürlər.

    Qeyd edək ki, bir müddət əvəl B.Saatın əkiz uşaqlara hamilə olması iddiası irəli sürülmüşdü. Lakin sənətçi "Mənim kimi zəif bir bədənli insanda hamiləlik gizlənilə biləcək bir xəbər deyil" deyərək şayiələri təkzib etmişdi.
    6
  • Putin erməniləri necə alçaltdı?
    26.04.2015 16:40
    http://anspress.com/images/photos/89324.jpg
    http://anspress.com/images/photos/89324.jpg
    Aprelin 24-ü Ermənistanda utandığından heç kimin etiraf etmək istəmədiyi bir gerçəyi ortaya qoydu.

    ANS PRESS-in məlumatına görə, erməni mətbuatı uydurma soyqırımın yüzilliyi tədbirlərində Vladimir Putinin "soyqırım" ifadəsini işlətməməsini belə şərh edib.

    Ermənistanın "Lragir" portalı həmin gün Rusiyanın Türkiyədən çəkindiyini üç dəfə etiraf etdiyini yazır. Sayt birinci etiraf kimi Rusiya Dövlət Dumasının sədrinin Çanaqqala savaşının 100 illiyi ilə bağlı tədbirlərə qatılmasını göstərib. "Halbuki, həmin savaşda Rusiya məğlub olanların sırasında idi",- deyə portalın redaksiya heyəti adından dərj edilmiş məqalədə vurğulanır.

    Portalın fikrinjə, ikinji etirafı Putinin müşaviri Uşakov edib. O bildirib ki, Putin İrəvana getmək barədə qərar verməzdən önjə Ərdoğan ilə məsləhətləşib.

    "Üçüncü etirafı isə Putin elədi, İrəvanda abidənin önündə "soyqırım" sözünü işlətmədi",- deyə "Lragir" vurğulayıb. Portalın yazdığına görə, Kreml "soyqırım" sözünü işlətməməyə səfərdən öncə qərar veribmiş.Çünki Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin səfərlə bağlı iradına cavab olaraq "Putinin çıxışının mətnini diqqətlə oxumağı" tövsiyyə etmişdi. Bəllidir ki, mətndə də "soyqırım" sözü olmayıb.
    7
  • Zəlzələ qurbanlarının sayı durmadan artır: ölü sayı 2263-ə yüksəldi
    26.04.2015 16:40
    http://news.lent.az/upload/images/news/2015/april/26/small/a3111391fb4b0e68c687a204bbb5bdb1.jpg
    http://news.lent.az/upload/images/news/2015/april/26/small/a3111391fb4b0e68c687a204bbb5bdb1.jpg
    Dünən Nepalda baş verən güclü zəlzələnin qurbanlarının sayı durmadan artır. Lent.az-ın "İnterfax"a istinadən xəbərinə görə, zəlzələ nəticəsində həlak olanların sayı 2263-ə çatıb, 5580 nəfər isə xəsarət alıb.

    Regionun hər yerində xilasetmə əməliyyatları aparılır.

    Katmandudakı beynəlxalq aeroport artıq fəaliyyət göstərir, daxili və beynəlxalq reyslər adi rejimdə həyata keçirilir.

    Qeyd edək ki, dünən səhər Nepalın paytaxtı Katmandu yaxınlığında 7,9 maqnitudada zəlzələ baş verib. Bu gün səhər iə Nepalda 6,7 bal gücündə daha bir zəlzələ olub.
    6
  • : Avstraliyada Maradona "peyda olub"
    26.04.2015 16:34
    http://www.xezerxeber.com/uploads/images/large/2015/04/26/48007857.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2015/04/26/48007857.jpg
    "Adelaida Yunayted"in müdafiəçisi Tarek Erlix 70 metr məsafə qət edərək, bir neçə futbolçunu aldadıb və topu "Melburn Siti"nin qapısına vurub.

    Tarekin bu reydi "əsrin qolu" hesab olunan, əfsanəvi Maradonanın 1986-cı ildə vurduğu qol zamanı etdiyi reydi xatırladıb.

    Qarşılaşma 4:1 hesabı ilə "Adelaida"nın xeyrinə başa çatıb.
    10
  • AŞPA binası qarşısında erməni yalanlarına qarşı aksiya keçirildi
    26.04.2015 16:33
    http://www.azxeber.com/files/HA576a1ABrjS.jpg
    http://www.azxeber.com/files/HA576a1ABrjS.jpg
    Hüquq müdafiəçisi Əhməd Şahidov Strasburqda kəlbəcərli əsirlərə azadlıq tələb etdi

    Aprelin 24-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının qarşısında erməni yalanlarına qarşı flaşmob aksiya keçirilib. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bir qrup azərbaycanlı ilə birlikdə AŞPA binası qarşısında səssiz aksiya keçirərək, kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb edib və avropalı deputatların diqqətini Xocalı qoyqırımına yönəldib.

    AŞPA-nın Yaz Sessiyasından çıxan avropalı deputatlar Əhməd Şahidovun bu aksiyasını izləyib və fotolarını çəkiblər. Ermənistan nümayəndə heyəti də azərbaycanlı aksiyaçılara yaxınlaşaraq, erməni dilində nəsə danışmış və Əhməd Şahidovun fotolarını çəkiblər.
    6
  • Obama Klintonu lağa qoydu
    26.04.2015 16:29
    http://axar.az/cdn/2015/january/12/1421050472.jpg
    http://axar.az/cdn/2015/january/12/1421050472.jpg
    ABŞ Prezidenti Barak Obama hər il keçirilən Ağ Ev Jurnalistləri Dərnəyinin şam yeməyinə qatılıb.

    Axara.az xəbər verir ki, Amerikanın məşhur siyasət, media, sənət, əyləncə dünyasının məşhur adamlarının da olduğu mərasimdə Obama zarafatları ilə yadda qalıb.

    Prezident ən böyük zarafatı isə yaxın dostu, keçmiş dövlət katibi Hillari Klintona edib.

    Klintonun Nyu Yorkdan Ayova ştatına vaqon tipli avtomobillə 15 saatlıq səfərinə işarə edən Obama, "Bir dostum var. Bir neçə həftə əvvəl milyon dollarlar qazanırdı. Amma indi Ayovada bir vaqonda yaşayır"deyib.
    7
  • : Ancelina Coli BMT-də tənqidi çıxış etdi
    26.04.2015 16:29
    http://www.xezerxeber.com/uploads/images/large/2015/04/26/45488382.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2015/04/26/45488382.jpg
    Dünya şöhrətli ulduz BMT tribunasından Suriyadakı vəziyyət və orada yaşayan qaçqınların halında birbaşa tənqidi fikirlərlə çıxış edib.

    BMT-nin xoşməramlı səfiri olan Coli bildirib ki, BMT-nin əsas məqsədi hərbi konfliktə son qoyulmaq və günahsız insanların həyatını xilas etməkdən ibarət olmalıdır. Amma bu vəziyyət 2011-ci ildən bu günə qədər dəyişməz olaraq qalır.

    Coli əlavə edib ki, qaçqınlar və mülki insanlar hələ də dağıdılmış ərazidə yaşayır. Onlara daha çox diqqət ayırlmalıdır. BMT bu konflikti həll edə və insanlara kömək edə bilmir.

    Xatırladaq ki, Suriyada konflikt yaranan gündən Coli 11 dəfə həmin ərazilərə baş çəkərək düşərgələrdə yaşayan qaçqınlarla görüşüb. Və həmin ərazidə yaşayan minlərlə insanın yaşayışını öz gözləri ilə görüb.

    BMT tribunasından çıxış edən aktrisa məsələnin həllində rol oynayan hər bir insanın şəxsən həmin ərazilərə getməsini və məsələnin nə qədər ciddi olmasını anlamasını istəyib.
    6
  • Lalə Məmmədova illər öncə belə idi
    26.04.2015 16:22
    http://img.milli.az/n/showbiz/0a/8/lale_memmedova_326075.jpg
    http://img.milli.az/n/showbiz/0a/8/lale_memmedova_326075.jpg
    Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə illər öncə, daha dəqiq desək, 21 il əvvəl çəkilən fotosunu paylaşmaqla onu izləyənlərin marağına səbəb olub. Publika.az bildirir ki,Lalə Məmmədova şəklin tarixçəsi haqda maraqlı məlumat da əlavə edib.

    "1994-cü il... Bu şəkildə 16 yaşım var. Şəkli çəkdirərkən ilk dəfə kosmetikadan istifadə etmişəm. Elə xoşbəxt idim ki..."

    7
  • Obamanın məktubları ələ keçdi
    26.04.2015 16:18
    http://img.milli.az/n/0d/7/obama_24ug746456456.jpg
    http://img.milli.az/n/0d/7/obama_24ug746456456.jpg
    Rusiyalı hakerlərin Ağ Evin kompüter sisteminə müdaxiləsinin nəticələri gözləniləndən də artıq ciddi qiymətləndirilməlidir.

    Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" qəzetinin yazdığı məqalədə bildirilir.

    Qəzet insidenti araşdıran yüksək rütbəli amerikalı məmurlara istinadən bildirir ki, təhqiqatçılar rusiyalı hakerlərin prezident Barak Obamanın görüşlərinin qrafiki barədə məlumatları ələ keçirməsi faktı artıq təsdiqini tapıb. Bundan başqa, hakerlər B.Obamanın elektron poçtuna da çıxış əldə edib, prezidentə gələn və onun tərəfindən göndərilən məlumat və məktubları oxuya biliblər.

    Amma hakerlər xüsusi qorunan və B.Obamanın şəxsi "BlackBerry" smartfonunun məlumatlarının trafikini idarə edən serverləri sındıra bilməyiblər. Bu smartfon daim ya B.Obamanın özündə, ya da köməkçisində olur.

    Bununla belə hakerlər Ağ Evdə çalışan məmurların elektron poçtunun arxivinə giriş əldə edə biliblər. Onlar B.Obamanın müntəzəm olaraq yazışdığı digər şəxslərin də məlumatlarını oxumağa nail olub, bununla da prezidentə aid xeyli informasiyanı ələ keçiriblər.

    Ağ Evdən isə əmin edirlər ki, hakerlər amerikalı məmurların ciddi qorunan hökumət şəbəkəsi vasitəsilə paylaşdığı məlumatlara çıxış tapa bilməyiblər.

    5
  • "Müasir Azərbaycan dövlətçiliyinin banisi - Heydər Əliyev" DƏYİRMİ MASA
    26.04.2015 16:14
    http://img.sia.az/news/2015/siaphoto_473654.jpg
    http://img.sia.az/news/2015/siaphoto_473654.jpg
    Bakı Dövlət Universiteti (BDU)Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Müasir Azərbaycan dövlətçiliyinin banisi - Heydər Əliyev" mövzusunda "dəyirmi masa" keçirilib. BDU-dan SİA-yaverilən məlumata görə, tədbiri giriş sözü ilə açan THİK sədri Daşqın Qənbərov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması, möhkəmlənməsi və inkişafında gördüyü böyük xidmətlər haqqında məlumat verib.

    Tarix fakültəsi THT sədri Rəsul Babayev, hüquq fakültəsi THT sədrinin müavini Əli Babayev ümummilli liderin fəaliyyətinə tarixi və hüquqi aspektlərdən yanaşaraq məruzələrlə çıxış ediblər.

    Sonra iştirakçıların sualları cavablandırılıb.

    Elvin Abdulqədirov
    9
  • Aktrisa özünü hansı məşhura oxşadır?
    26.04.2015 16:14
    http://img.sia.az/news/2015/siaphoto_473613.jpg
    http://img.sia.az/news/2015/siaphoto_473613.jpg
    Aktrisa Fahriye Evcen müsahibə verib. SİA-nın verdiyi xəbərə görə, həyatından və karyerasından danışan aktrisa türk filminin ulduzu Türkan Şoraya bənzədilməsi haqqında danışıb. Ekranlara çıxdığından bəri T.Şorayla adı hallanan Fahriyye bu yaxınlarda bir reklam filmində onunla birgə oynayıb.

    Çəkilişlər üçün saç rəngini Şorayda olduğu kimi edən aktrisa bu haqda belə deyib: "Türkiyədə ikona olmaq üçün lazım olan xüsusiyyətlərə sahib yeganə ad Türkan Şoraydır. O, əfsanədir. Gözəllik anlayışı ilk növbədə gözəl baxmaqla, gülüşlə bağlıdır. Bunun üçün də özünə inam vacibdir".
    6
  • Ən bahalı qəhvənin fil nəcisindən hazırlandığını bilirdiniz?
    26.04.2015 16:13
    http://img.sia.az/news/2015/siaphoto_473647.jpg
    http://img.sia.az/news/2015/siaphoto_473647.jpg
    Dünyada elə faktlar var ki, bunu çoxları bilmir. SİA xarici KİV-ə istinadən dünyanın ən bahalı qəhvəsinin istehsalı ilə bağlı maraqlı məlumat əldə edib.

    Belə ki, kanadalı Blake Dinkin Taylandda saxladığı 20 fillə dünyanın ən bahalı kofesinin istehsalı ilə məşğul olur.

    "Black Ivory Coffee" adlanan qəhvənin istehsalı zamanı Bş Dinkin əvvəlcə müxtəlif meyvələri qarışdıraraq qəhvə çəyirdəkləri ilə birlikdə fillərə yedirdir. Sonra fillərin nəcislərini toplayaraq dünyanın ən bahalı qəhvəsini hazırlayır.

    Elvin Abdulqədirov
    6
  • Zəlzələdə ölənlərin sayı 2000-i keçdi
    26.04.2015 16:12
    http://www.xezerxeber.com/uploads/images/large/2015/04/26/02317680.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2015/04/26/02317680.jpg
    Bu barədə Nepal rəsmiləri məlumat veriblər. Ölənlərin sayının daha da artacağı ehtimal edilir.

    Nepalda baş verən dəhşətli təbii fəlakət nəticəsində uçqunların altında qalanların axrarışları davam edir.

    Türkiyə də daxil olmaqla, bir çox ölkələr Nepala yardım göndərib. Evi uçmuş insanların yemək, su və çadıra ehtiyacları olduğu bildirilib. Zəlzələnin vurduğu ziyanın həcmi isə hələlik məlum deyil.

    Qeyd edilib ki, bu faciə son 81 ilin ən dəhşətli təbii fəlakəti sayıla bilər.
    7
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri