Bu il Çin iqtisadi gücünə görə avrozonanı geridə qoyacaq

Bu ilÇində 13,2 trln. ABŞ dolları dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcək və Yaxın Şərq ölkəsiiqtisadiyyatının dəyəri 12,8 trln. dollar olması gözlənilən avrozonanın geridə qoyacaq. Fins.z xəbər verir ki, bu proqnozla"Bloomberg" agentliyi çıxış edib. Agentliyin hazırladığı hesabatda bildirilir ki, 2017-ci ildə avrozona iqtisadiyyatı Çin iqtisadiyyatından200 mlrd. dollara yaxın üstün olub. "Standard Chartered" bankının Sinqapur ofisinin baş iqtisadçısı Devid Man (David Mann) bildirib ki, 2018-ci ilin yekunundaÇin avrozonanı üstələyəcək və bu üstünlüyülində saxlayacaq: "İqtisadi sistem, institutsional infrastruktur, təhsil və fiziki infrastruktur Asiya regionunun üstünlüyünü əks etdirir". Analitiklərin fikrincə, 2020-ci ilə qədər Çində iqtisadi artım tempi illik 6%-dən aşağı olmayacaq. 2020-ci ildən sonra isə5-5,5% təşkil edəcək. © Report