Velosipedlə səyahətə çıxan italiyalı cütlük Azərbaycanda - VİDEO

İtaliyadan olan cütlük Makro Morani və həyat yoldaşı Amalia Siraqusa bir müddət əvvəl Asiyanı görmək arzusu ilə İtaliyadan yola çıxıblar. Bir neçə gün əvvəl Bakıda olan cütlük bu gün Cəlilabaddan keçiblər. Onlar azərbaycanlıların italyanlar kimi istiqanlı olduqlarını deyiblər. Turistlər yol boyu pula qənaət etmək üçün axşamlar çadır şəraitində qalmağa üstünlük verirlər. Lazım olan ərzaqları isə həm yol boyu vətəndaşlar verir, həm də marketlərdən alırlar. Gün ərzində 70-80 kilometr yol qət edən Morani və Siraqusa Azərbaycandan keçməklə Asiya ölkələrini səyahət etmək fikrindədirlər. Xəzərxəbər Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.